Sistem dedikdə müəyyən məqsədə nail olmaq üçün bir-birilə əlaqələndirilmiş müxtəlif elementlərdən ibarət obyekt başa düşülür və həmin obyektə vahid tam kimi baxılır. Sistemlər bir-birindən həm onların qarşısına qoyulan məqsədlərə, həm də tərkiblərinə görə fərqlənirlər. Cədvəl 1-də müxtəlif elementlərdən ibarət olan və müxtəlif məqsədləri reallaşdıran sistemlərə aid misallar göstərilmişdir.
Cədvəl1
Sistemə aid misallar
Sistem
Sistemin elementləri
Sistemin əsas məqsədi
Firma
İnsanlar, avadanlıq, materiallar, binalar və s.
Məhsul istehsalı
Kompüter
Elektron və elektromexaniki elementlər, əlaqə xətləri və s.
Verilənlərin emalı
Telekommunikasiya sistemi
Kompüterlər, modemlər, rabitə kanalları, şəbəkə proqram təminatı və s.
İnformasiyanın ötürülməsi
İnformasiya sistemi
Kompüterlər, kompüter şəbəkələri, insanlar, infor-masiya, proqram və linq-vistik təminat
Professional informasiya-nın istehsalı
İnformatikada «sistem» anlayışı geniş yayılmışdır və bir neçə mənada işlədilir. Ən çox texniki vasitələrin və proqramların toplusu mənasında işlədilir. Məsələn, müəyyən sinfə aid məsələləri həll edən proqramlar və onlarla işləmək üçün sənədlər toplusuna sistem kimi baxılır.
«Sistem» sözünə «informasiya» sözünün əlavə edilməsi onun yaradılmasında və fəaliyyətində məqsədi göstərir.