qusmadan şikayət edir, qusmanın ona rahatlıq verməsini bildirir. Ehtimal
olunan diaqnoz:
A) kardiyanın axalaziyası
B) duodenal xora
C) xronik pankreatit
D) xronik xolesistit
E) paraezofageal yırtıq
383) Nəyə görə vaqotomiya əməliyyatından sonra mədə xorasının residivi baş
verdikdə plazmada qastrinin təyini vacibdir?
A) Helicobacter pylori –nin fəallığını təyin etmək üçün
B) II tip şəkərli diabetin başlanmasına şübhə olduğuna görə
C) xoranın maliqnizasiyasına şübhə olduğuna görə
D) Zollinger-Ellison sindromuna şübhə olduğuna görə
E) kəskin pankreatiti inkar etmək üçün
384) Mədə xorası olan xəstənin kontrast rentgenoloji müayinəsi zamanı aşkar
olunacaqdır:
A) “daş döşəməli yol” simptomu
B) “mühafizəçi ilgək” simptomu
C) “taxça” simptomu
D) Kloyber kasacığı
E) dolma defekti əlaməti
385) 45 yaşlı xəstə yeməkdən 2-2. 5 saat sonra epiqastral nahiyədə ağrı, acqarına
ağrı, ürəkbulanma, qıcqırmadan şikayət edir. Endoskopik müayinə zamanı
onikibarmaq bağırsaqda 5x7 mm ölçüdə kəskin xora aşkar olunur. Cərrahın
taktikası:
A) selektiv vaqotomiya, piloroantrumektomiya
B) lansoprazol, amoksisillin, klaritromisin
C) pəhriz və endoskopik nəzarət
D) no-şpa, ofloksasin, laktuloza
E) trunkulyar vaqotomiya, piloroplastika
386) Mövcud olmayan piloroplastika üsulu:
A) Heyneke-Mikuliç üsuludur
B) Finney üsuludur
C) Jabule üsuludur
D) Cadd üsuludur
E) Ru üsuludur
387) Onikibarmaq bağırsağın xronik və az miqdarda qanaxma verən xorası
zamanı qanaxmanı təsdiq edən sınaqdır:
A) fenolrot sınağı
B) timol sınağı
C) benzidin sınağı
D) süleymani sınağı
E) fuksin sınağı
Dostları ilə paylaş: |