Ученые записки Scientific works, №1, 2015 İssn 1815-1779



Yüklə 32,08 Kb.
Pdf görüntüsü
tarix31.03.2017
ölçüsü32,08 Kb.
#12936

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

T.A.Əliyev 

66 


UOT 681.32 

ARTERİAL QAN TƏZYİQİNİN ÖLÇÜLMƏSİNDƏ İNSTRUMENTAL XƏTANIN 

AZALDILMASI 

 

T.A.ƏLİYEV  

(Azərbaycan Texniki Universiteti) 

E-mail: atz@box.az 

 

Xülasə:  Məqalədə  arterial  qan  təzyiqinin  qeyri-invaziv  ölçmə  metodu  olan  ossillometrik  metodun  istifadəsi 



zamanı yaranan xətalar araşdırılır. Arterial qan təzyiqini avtomatik ölçən cihazlarda geniş yayılmış bu metodun 

instrumental  xətalarından  biri  də  cihazın  manjetinin  ölçüləri  ilə  bağlıdır.  Manjetin  ölçüləri  qolun  ölçülərinə 

müvafiq seçilmədikdə yarana biləcək xətanın azaldılmasının sadə yolu göstərilmişdir. 

Açar sözlər: arterial qan təzyiqi, qeyri-invaziv ölçmə metodu, ossillometrik ölçmə metodu, instrumental xəta. 

 

Giriş.  Orqanizmdə  qanın  müstəsna  rolu  təkzib  edilməzdir.  Damarlarda  dövr  edən  qan 

aşağıdakı funksiyaları yerinə yetirir [1]: 

1.

 

Nəql  funksiyası-oksigen,  karbon  qazı,  qida  maddələri,  hormonlar,  elektrolitlər  və  digər 



maddələrin nəql   edilməsi

2.

 



Nəfəsalma funksiyası-oksigen və karbon qazının daşınmasının təmin edilməsi; 

3.

 



Trofik funksiyası-qida maddələrinin toxumalara daşınması; 

4.

 



Ekskretor funksiyası-maddələr mübadiləsi məhsullarının, artıq suyun, üzvü və qeyri-üzvü 

maddələrin orqanizmdən xaricetmə orqanlarına çatdırılması; 

5.

 

Termotənzimləmə funksiyası-istiliyin nisbətən çox qızmış orqanlardan ötürülməsi; 



6.

 

Müdafiə funksiyası-imunitetin yaradılması; 



7.

 

Tənzimləyici funksiyası-fizioloji aktiv maddələrin daşınması; 



8.

 

Hemostatik funksiyası-orqanizmin daxili mühitinin stabil saxlanılması. 



Göstərilən  funksiyaların  yerinə  yetirilməsi  üçün  qan  ürəyin  fəaliyyəti  nəticəsində  damarlara 

qovulur.  Qanın  orqanizmi    tam  əhatə  etməsi  üçün  arteriyada  qan  təzyiqinin  müəyyən  səviyyədə 

olması  vacibdar.  Ürək-damar  sisteminin  tədqiqində  arterial  qan  təzyiqi  kifayət  qədər  asan  ölçülə 

bilən  fizioloji  göstəricilərdən  biridir.  Qan  təzyiqi  göstəricisi  ürək-damar  sisteminin  tutumu,  bu 

sistemin  hidravlik  müqaviməti,  ürək  yığılmalarının  tezliyi,  sistola  və  diastola  müddəti  və  qanın 

gatılığı  ilə  təyin  olunur.  Deyilənlərdən  görünür  ki,  arterial  qan  təzyiqinin  göstəriciləri  əsas 

diaqnostik parametrlər olduğundan onun ölçülməsi vacibdir.  

Məsələnin  qoyuluşu.  Arterial  qan  təzyiqinin  dolayı  ölçmə  metodlarına  aşağıdakılar 

aiddir:auskultativ  metod, ossillometrik metod,  fotometrik  və  ultrasəs  metodları.  Bu metodladan  ən 

geniş  yayılmışları  kimi  auskultativ  və  ossillometrik  metodları  göstərmək  olar.  Auskultativ  metod 

1905-ci ildə N.S.Korotkov tərəfindən irəli sürülmüş və hal-hazırkı dövrdə də istifadə edilir. 

Metodun mahiyyəti hər hansı bir ətrafdakı arteriyanın xüsusi manjet vasitəsilə sıxılmasından 

sonra  isə  manjetdəki  təzyiqi  azaltmaqdan  ibarətdir.  Bu  zaman  azalan  təzyiqin  qiyməti  ölçülür. 

Arteriyada eşidilən ilk nəbzə uyğun təzyiq arteriyadakı qan təzyiqinin sistolik qiyməti eşidilən son 

nəbzə görə isə onun distalik qiyməti qeyd edilir.  

Ossillometrik metod 1867-ci ildə E.Marey tərəfindən təklif olunub. Hal-hazırda istifadə edilən 

avtomatik tonometrlərin əksətiyyətinin iş prinsipi ossillometrik metoda əsaslanır. 

Göstərilən  hər  iki  metodun  əsasını,  yuxarıda  göstərildiyi  kimi  arteriyanın  manjet  vasitəsilə 

sıxılaraq tədricən manjerdaxili təzyiqin azaldılması zamanı sistolik və diastolik təzyiqlərin müəyyən 

edilməsi  təşkil  edir  [1-3].  Məlum  olduğu  kimi  arterial  qan  təzyiqini  ölçərkən  istifadə  edilən 

manjetlərin  ölçüləri  müxtəlif  olur.  Onlardan  bəzilərinin  həndəsi  ölçüləri  aşağıdakı  cədvəl  1-də 

göstərilmişdir. 

         Aparılan  tədqiqatlara  görə  [4],  manjetin  ölçüləri  üçün  tövsiyyələr  bunlardır:  manjet 

kamerasının  eni  əhatə  ediyi  qolun  çevrəsinin  40%-ni  uzunluğu  isə  enindən  azı  iki  dəfə  çox 

olmalıdır. Bu tövsiyyələrə uyğun aparılan təcrübələrə görə [4] manjetin əhatə etdiyi qolun çevrəsi 



Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

T.A.Əliyev 

67 


cədvəldə göstərildiyi diapazonda dəyişdikdə arterial qan təzyiqinin qiyməti 

5% xəta ilə müəyyən 

edilir. 

Cədvəl 1. Manjetin ölçüləri 

 

Bu  zaman  xətanın  qiyməti  və  işarəsi 

b/b*  nisbətindən  asılı  olacaqdır  (b-manjetin  tövsiyyə 

edilən  ölçüsü,  b*

  isə  istifadə  edilən  manjetin  enidir).  Qeyd  edək  ki,  b/b*  nisbəti  vahiddən  böyük 

olduqda xəta müsbət, kiçik olduqda isə mənfidir. Göstərilən xətanın qolun manjetlə əhatə olunmuş 

çevrəsinin  uzunluğundan  (L)  asılılığı  şəkil  1-də  göstərilmişdir.  Buradan  görünür  ki,  xəta 

 

həddində  ola  bilər.  Yuxarıda  deyildiyi  kimi  baxılan  xətaya    səbəb  qolun  çevrəsi  ilə  manjetin  eni 



arasındakı  uyğunsuzluqdur.  Hər  bir  tonometr  bir  ölçülü  manjetlə  komplektləşdiyini  nəzərə  alsaq, 

b/b


*

 nisbətindən asılı olaraq yaranan instrumental xəta dəyişməsi şəkil 2-də göstərilmişdir.  

             

 

                    Şəkil 1. Ölçmə xətasının manjetin                  Şəkil 2. Ölçmə xətasının b/b* nisbətidən  



                    həndəsi ölçülərindən asılılıq qrafiki                                      asılılıq qrafiki 

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2015                              İSSN 1815-1779                 

Avtomatika-Автоматика-Automation  

T.A.Əliyev 

68 


Nəticə.  Arterial  təzyiqin  ölçülməsi  zamanı  instrumental  xətanı  azaltmaq  üçün  cihazın 

göstərişinə  b/b*  nisbətinə  müvafiq  əks  işarəli  düzəliş  verilməlidir.  Cihazın  göstəricisinin 

korreksiyası üçün hər bir pasiyentin qolunun çevrəsi ölçülməlidir. Ölçmənin aparılmasının ən sadə 

üsulu  kimi  manjetin  özündən  istifadə  olunması  təklif  edilir.  Manjetin  uzunluğu  boyu  “0”  nöqtəsi 

kimi  b*/0.4  məsafəsi  qeyd  edilir  və  ondan  sağa  və  sola  eyni  addımlarla  (lakin  müxtəlif  rənglərlə) 

bölğülər  aparılır.  Manjeti  bərkidilən  zaman  (içərisindəki  hava  tam  çıxarılmış  vəziyyətdə)  b/b* 

nisbətinə  müvafiq  düzəlişin  qiyməti  və  işarəsi  müəyyən  ediləcək.  Düzəliş  cihazın  strukturundan 

asılı olaraq, avtomatik və ya hesablama yolu ilə aparıla bilər. 

  

Ədəbiyyat 

 

[1].Биология  человека  и  животных  для  инженеров.  Учеб.  пособие  /  Г.Ш.Гафиятуллина, 

О.А.Каплунова,  А.В.Кондрашев  и  др.:  Под  редакцией  В.П.Омельченко-М.:  Высш.  Школа, 

2010, 567 с. 

[2].Эман А.А. Биофизические основы измерения  артериального давления-Л.:Медицина,1983. 

[3].Методы измерения АД и возрастные нормы  http//www.assomed.ru/artdav.htlm. 

[4].Amerikan  Yeart  Association/  Recommendations  for  human  blood  pressure  determination  bu 

sphygmonanometers. Stroke 12:555A-564A, 1981. 

  

УМЕНЬШЕНИЕ ИНСТРУМЕНТАЛЬНОЙ ПОГРЕШНОСТИ ПРИ ИЗМЕРЕНИИ 

АРТЕРИАЛЬНОГО ДАВЛЕНИЯ КРОВИ 

 

Т.А.АЛИЕВ 

(Азербайджанский Технический Университет) 

E-mail: atz@box.az 

Аннотация:  В  статье  рассматриваются  погрешности  неинвазивного  измерения 

артериального  давления  осциллографическим  методом.  Широко  используемый  в 

автоматических  приборах  измерения  артериального  давления  крови  данный  метод  имеет 

инструментальную погрешность связанную с геометрическими размером манжеты. Показан 

путь  уменьшения  погрешности  измерения  при  использовании  манжеты  размеры  которого 

отличаются от рекомендуемых. 



Ключевые  слова:  артериальное  кровяное  давления,  неинвазивный  метод  измерения, 

осциллографический метод, инструментальная погрешность. 

 

INSTRUMENTAL IN REDUCING BLOOD PRESSURE MEASUREMENT 

ERRORS 

 

 

  



 

T.A.ALIEV 

 

       (Azerbaijan Technical University) 



 

  

    E-mail: atz@box.az 



Summary:  In  the  article  noinvasive  blood  pressure  measurement  methods,  which  are  vialotions 

arisng from the use of ossilmetric method. Device to measure blood pressure cuffs linked dimension 

of the instrumental error and one of the devices commnly used by this method automatically. If the 

size of the selected size of the cuffs, the goal was simple way to reduce errors may occur. 



Keywords: blood pressure, noinvasive measurement methods, ossillometric measurement methods, 

instrumental error. 



Daxil olub: 24.02.2015 

                                                                                            Rəyçi: t.e.d., professor V.H. Musayev  

 

Yüklə 32,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin