Ученые записки Scientific works, №1, 2014 İssn 1815-1779



Yüklə 54,39 Kb.
Pdf görüntüsü
tarix02.03.2017
ölçüsü54,39 Kb.
#9935

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014                                    İSSN 1815-1779                 

Ekologiya-Экология-Ecology 

N.Z. Abdullayeva 

157 


UOT 616.89 

FÖVQƏLADƏ HALLAR NƏTİCƏSİNDƏ YARANAN PSİXOLOJİ ZƏDƏLƏNMƏLƏR VƏ 

ONLARIN ANALİZİ 

 

N.Z. ABDULLAYEVA 

                                                  (Azərbaycan  Texniki Universiteti)  

                                                             E-mail: ird@aztu.edu.az 

 

Xülasə: Məqalədə fövqəladə hallar nəticəsində yaranan psixoloji zədələnmələr analiz edilmişdir. 

Açar sözlər: fövqəladə hallar, psixoloji zədələnmələr, emosional gərginlik. 

 

         İnsan  psixologiyasının  analizi,  onun  qarşısında  duran  problemlər,  bu  problemlərin  fəsadları, 



daim  cəmiyyət  qarşısında  vacib  problem  olaraq  qalır.  İnsanın  psixoloji  sağlamlığı  çox  faktorlarla 

bağlıdır.  İnsanın  psixoloji  zəifliyi,  ümumi  həyat  fəaliyyətində  ona  ciddi  problemlər  yaratması  ilə 

bərabər  fövqəladə  hallar  zamanı  bu  daha  böyük  əhəmiyyət  kəsb  edir  və  ciddi  problemlərin 

yaranmasına gətirib çıxarır. Ona görə də fövqəladə hallarda əhalinin mənəvi psixoloji sağlamlığı ən 

vacib məsələlərdən biridir. Fövqəladə hallar zamanı əhalidə çox böyük emosional gərginlik yaranır. 

Dağıntıların ağır mənzərəsi, doğmaların itirilməsi, təhlükə qorxusu emosional gərginliyə səbəb olur.  

        Fövqəladə hallar zamanı yaranan psixostres müxtəlif insanlarda müxtəlif şəkildə özünü biruzə 

verir.  Bu  orqanizmin  fərdi  xüsusiyyətindən,  ətrafdan,  psixoloji  kompleksdən  və  s.  amillərdən 

asılıdır.  

       Fövqəladə  hallar  zamanı  insanlar  emosional  gərginlik  zamanı  bir  neçə  mərhələni  yaşayırlar. 

İlkin mərhələdə güclü emosional şok yaranır, bunun nəticəsində güclü gərginlik sonralar insanlarda 

ən azı fobyalar kimi ortaya çıxaraq böyük psixi problemlər yaradır.  

        Əhalidə yaranan bu və ya başqa problemlərin qarşısını almaq üçün əhalinin fövqəladə hallara 

mənəvi psixoloji hazırlığı yollarının təkmilləşdirilməsidir [1-3]. 

        Fövqəladə  hallar  zamanı  əhalinin  psixikasına  zədələyici  təsir  edən  iki  əsas  faktor  vardır. 

Birincisi  sağlamlığın  itirilməsi  qorxusudur.  Bu  əsasən  partlayış,  yanğın,  binaların  dağılması, 

radioaktiv  zəhərləmə  və  s.  zamanı insanda  yaranan fizioloji tibbi pozuntulardır.  İkinci əsas faktor 

səhv  məlumatların  yayılmasıdır.  Hər  iki  səbəb  nəticəsində  yaranan  psixi  zədələnmələrin  aradan 

qaldırılması fövqəladə hallar zamanı mümkün deyil. Lakin tibb işçilərinin və xilasedicilərin planlı 

şəkildə psixoloji və sosial işi məsələni müəyyən qədər həll edə bilər.  

       Fövqəladə  hallar  nəticəsində  yaranan  psixi  pozulmalar  adətən  3  intervalda  baş  verir.  Birinci 

interval əhali üşün təhlükə yaranan andan xilasetmə işlərinin aparılmasına qədər dövrü əhatə edir. 

Bu interval adətən 5 saat müddət çəkir. Bu zaman adətən stresin təsiri nəticəsində insanda həyəcan, 

qorxu,  özünü  itirmə,  baş  verən  hadisələri  anlamamaq  kimi  hisslər  yaranır,  sonra  aktivləşmə  və 

əzələlərin güclənməsi ilə əlaqədar insanlar təhlükəsiz yerlər axtarmağa başlayır. Bu halda aktiv və 

passiv  hərəkət  yaranır.  Birinci  halda  insan  düşünülməmiş  hərəkət  edir.  Bu  da  ona  düzgün  qərar 

verməyə, təhlükəsiz yerə gizlənməyə imkan verir. Passiv halda isə insan donmuş halda qalır, kömək 

göstərilən  halda  iradəsiz  olaraq  qəbul  edir,  ya  da  ki,  müqavimət  göstərir.  Daha  ağır  psixi 

zədələnmələr ən çox daxili zədələnmələr zamanı baş verir.  

       Fövqəladə hadisələr baş verdikdə bir sıra mənfi təsirlər yaradır. Fövqəladə vəziyyətlər zamanı  

ekstremal  şəraitdə   qalan  insanlar  eyni  zamanda  psixoloji  gərginlik  keçirərək,  psixi  travmalar  da 

alırlar. Psixoloji  təsirə hətta fövqəladə hadisənin  baş  verdiyi  ərazidə  yaşamayan insanlar da məruz 

qalır. 

        Maraqlıdır  ki,   fövqəladə  halın  yaratdığı  təhlükəli   və  zərərli  faktorların  təsir  radiusuna  nəzər 



saldıqda görərik ki,  psixoloji travmanın təsir radiusu daha genişdir. Fövqəladə vəziyyətin zərərli və 

təhlükəli faktorlarının konkret əraziyə, orada  yaşayan əhaliyə, tikililərə, flora və faunaya təsiri ilə 

zədələnmə ocağı yaranır. Zədələnmə ocağının iki növü bəllidir: 

-  Sadə  zədələnmə  ocağı  -  bir  zədələyici  faktorun  təsiri  nəticəsində   yaranan  zədələnmə  ocağı 

(məsələn, partlayış və ya yanğın nəticəsində dağılma hadisəsi). 


Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014                                    İSSN 1815-1779                 

Ekologiya-Экология-Ecology 

N.Z. Abdullayeva 

158 


-  Mürəkkəb  zədələnmə  ocağı  -  bir  neçə  zədələyici  faktorun  təsiri  nəticəsində  yaranan  zədələnmə 

ocağı  (məsələn,  partlayış  nəticəsində  yanğın  törədən  və  kimyəvi  təhlükəli  maddələrlə  dolu 

həcmlərin hermetikliyinin pozulması ilə nəticələnən dağıntıların əmələ gəlməsi). 

       Zədələnmə ocağı bir çox hallarda mürəkkəb olur. Məsələn, zəlzələ nəticəsində nəinki dağılma, 

eyni  zamanda  yanğınlar,  yoluxucu  xəstəliklər  və  sağ  qalan  sakinlərdə  psixoloji  pozuntular 

(sarsıntılar)  yarana bilər. 

       Zədələnmə  ocağının  forması  isə  mənbənin  təbiətindən  asılıdır.  Belə  ki,  zəlzələ  nəticəsində 

dairəvi forma, qasırğa nəticəsində zolaq şəkilli, yanğın və çökmə zamanı  isə qeyri-düzgün formalı 

zədələnmə ocaqları yaranır. 

        Artıq bu halda psixi zədələnmələrin dərəcəsi tək zərərçəkənin şəxsi keyfiyyətləri ilə deyil eyni 

zamanda  aldığı  zədələrin  dətəcəsi  ilə  bağlıdır.  Müharibələr  adi  silahların  (odlu  silah,  yandırıcı 

vasitələr, həcmli partlayış döyüş sursatları, kasetli döyüş sursatları) tətbiqi ilə başlanır. Adi silahlar 

da getdikcə təkmilləşir və onların zədələyici amillərinin təsir qüvvəsi artər və fəsadlarının miqyası 

genişlənir.  Müasir  müharibələrdə  adi  silahlarla  yanaşi  kütləvi  qırğın  silahları  da  tətbiq  oluna 

bilərlər. Əgər müharibə başlansa səhiyyə sisteminin fəaliyyəti çox mürəkkəb və spesifik bir şəraitdə 

keçəcəkdir.  Buna  görə  əhalinin  tibbi  təminatını  səmərəli  təşkil  etmək  üçün  tibbi  heyətin  kütləvi 

qırğın  silahlarının  zədələyici  amilləri,  onların  təsiri  nəticəsində  meydana  gələn  zədələnmələr  və 

yaranan  kütləvi  zədələnmələr  ocaqlarının  tibbi-taktiki  xarakteristikası  haqqında  kifayət  qədər 

məlumatları olmalıdır. Səhiyyə obyektlərinin Mülki Müdafiə (MM) rəisləri, MMTX rəisləri və tibb 

qurumlarının komandirləri  kütləvi  zədələnmələr ocaqlarında  əhalinin  tibbi  təminatının təşkili  üzrə 

qərar qəbul  etməlidirlər. Qərarı düzgün qəbul  etmək üçün onlar həmin ocaqlarda  yaranmış şəraiti 

qiymətləndirməyi  bacarmalıdırlar.  Şərait  MMTX-nin  fəaliyyətinə  təsir  göstərən  fövqəladə  hadisə 

amillərinin  məcmusu  kimi  başa  düşülür.  Şəraitin  qiymətləndirilməsi  yaranmış  konkret  vəziyyətdə 

tibb ximətinin fəaliyyətinə müsbət və mənfi təsir göstərən amillərini təhlil edərək ümumi nəticə əldə 

etməkdən ibarətdir. 

Tibbi  xidmətin  yaranan  şəraitin  qiymətləndirilməsi.  1.  Zədələnmiş  əxslərin  sayını 

dəqiqləşdirməyə.  2. Tibb xidmətinin vəzifələrini, tibbi yardımın növünü və həcmini dəqiq müəyyən 

etməyə.  3.  Tibb  xidməti  qüvvə  və  vasitələrinə  oan  tələbatı  hesablamağa.  4.  FH-ın  yaranmış 

ocaqlarını  ləğv  edilməsində  müalicə-təxliyə  tədbirlərinin  daha  səmərəli  formasını  seçməyə  imkan 

verir. Kütləvi qırğın silahlarına (KQS) nüvə, kimyəvi və bakterioloji (bioloji) silahlar aiddir. Tətbiq 

olunmuş KQS-ın növündən asılı olaraq kütləvi zədələnmələr ocaqları 4 qrupa bölünürlər:1) nüvə; 2) 

kimyəvi; 3) bakterioloji; 4) kombinə olunmuş zədələnmə ocaqları. 

Nüvə zədələnmələri  ocağinda yaranmiş  şəraitin qiymətləndirilməsi.  Nüvə partlayışı reaksiyası 

zamanı  ayrılan  nüvədaxili  enerjinin  zədələyici  təsirinə  malik  olan  döyüş  sursatlarına  nüvə  silahı 

deyilir. Nüvə partlayışı reaksiyaları ya bölünmə, ya sintez, yaxud da bu proseslərin hər ikisinin eyni 

zamanda  getməsi  ilə  baş  verə  bilər.  Nüvə  silahına  bomba,  mərmi,  raket  döyüş  başlıqlarını 

göstərmək  olar.  Onları  tətbiq  obyektlərinə  aviasiya,  raketlər  və.s.  vasitəsi  ilə  çatdırılır.  Nüvə 

sursatının  enerjisinə  bərabər  partlayış  enerjisini  özündə  daşıyan  adi  partlayıcı  maddə  (trotil) 

kütləsinə  trotil  ekvivalenti  deyilir.  Trotil  ekvivalenti  ton  (T),  kiloton  (KT)  və  meqatonlarla  (MT) 

ölçülür. Nüvə silahı yerin (suyun) səthində, havada yaxud yerin (suyun) altında tətbiq oluna bilər. 

Nüvə  partlayışın  zədələyici  amillərinə  aşağıdakilar  aiddir:1)  zərbə  dalğasi;  2)  işıq  şüalanması;  3) 

ionlaşdırıcı  şüalar  (nüfuzedici  radiasiya);  4)  ərazinin  radioaktiv  madələrlə  çirklənməsi;  5) 

elektromaqnit impulsu. 

Kimyəvi silahın tətbiqi nəticəsində yaranmış şəraitin tibbi qiymətləndirilməsi. Müasir dövrdə 

insanların  həyatına  və  fəaliyyətinə  çox  təhlükə  yaradan  nüvə  silahından  başqa  bəzi  ölkələrin 

ordularının təchizatında kmyəvi  silah da vardır.  Zəhərli maddələrə (ZM), onların  hədəfə çatdırma 

(nəqletmə)  və  tətbiqi  vasitələrinə  kimyəvi  silah  deyilir.  ZM-lər  yüksək  toksiki  təsirə  malik 

birləşmələrdir. Onları insanları, heyvanları və bitkiləri zəhərləmək, həmçinin ərazini və obyektləri 

kmyəvi  cəhətdən  çirkləndirmək  məqsədi  ilə  tətbiq  edirlər.  Onlar  raketlər,  aerozol  generatorları, 

aviasiya kimyəvi bombalar, mərmilər, minalar, qranatlar  və s.vasitəsi ilə hədəfə çatdırılırlar. ZM-in 

çox xarakterik xüsusiyyətləri vardır: xarici mühitdə asan yolla yayılması; davamlı zədələyici təsirə 

malik  olması;  zəhərlənmələrin  klinikasının  və  inkişaf  dinamikasının  müxtəlifliyi;  ZM-in  bir 


Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014                                    İSSN 1815-1779                 

Ekologiya-Экология-Ecology 

N.Z. Abdullayeva 

159 


qisminin  orqanizmə  həm  tənəffüs,həzm  yolu  və  dəri  vasitəsi  ilə  daxil  olması;  zəhərlənmələrin 

inkişafı  ZM  orqanizmə  daxilolma  yollarından  asılı  olması;  psixoemosional  təsirə  malik  olması; 

mühafizə vasitələrindən istifadə etmək zəruriyyətinin yaratması. 

ZM-in  müxtəlif  əlamətlərinə  əsaslanaraq  tərtib  edilmiş  bir  neçə  təsnifatı  mövcuddur.  Aparıcı 

kiliniki  simptomlarına  görə  ZM-nı  təsnifatı:  1.  Sinir  iflicedici  (fosfor  üzvi  maddələr-FÜM)-zarin, 

zoman,Vx-qazlar.  2.  Ümumi  zəhərləyici-sianid  turşusu,  xlorsian  və  s.  3.  Boğucu-fosgen,  difosgen 

və s. 4. Dəri-rezobtiv təsirli-iprit,lüizit və s. 5. Psixokimyəvi (psixomimetiklər)-“BZ”,LSD və s. 6. 

Qıcıqlandırıcılar-adamsit, xlorasetofenon, xlorpikrin və s. 



Bakterioloji zədələnmələr ocağında yaranmış şəraitin qiymətləndirilməsi. İnsanları, heyvanları 

və  bitkiləri  yoluxdurmaq  üçün  istifadə  olunan  patogen  mikrorqanizmlərə,  onların  toksinləri, 

viruslar,  rikketsiyalar,  göbələklər  və  s.  təşkil  edir.  Bu  silah  növünə  taun,  vəba,  tulyaremiya,  təbii 

çiçək,  qara  yara,  tetanus  və  s.  xəstəliklərin  törədiciləri  aiddir.  Bakterioloji  silahı  bir  neçə  üsulla 

tədbiq edirlər: aerozol, yoluxdurulmuş həşarat və gəmiricilər vasitəsi ilə; diversiya yolu ilə (su və 

ərzaq);  zəhərli  maddələri  bakterial  toksinlərlə  birlikdə.  Bakteriolji  silahın  özünəməxsus 

xüsusiyyətləri  vardır:  1.Yüksək  səmərəlilik  potensialı  (insanları  və  heyvanları  cüzi  doza  ilə 

yoluxdurmaq  qabiliyyəti).    2.  İnkubasiya  dövrünün  olması.    3.  Kontagiozluq  (xəstədən  sağlam 

insana  keçmə  qabiliyyəti).  4.  Uzunmüddətli  təsirə  malik  olması  və  xarici  mühitdə  davamlılığı.  5. 

Aşkaredilmənin  çətinliyi,  qidalı  mühitlərə  münasibət  və  antibiotiklərə  qarşı  həsaslığının  təyini.  6. 

Törədicilərin  xeyli  çox  olması.  7.  Güclü  psixoloji  təsiri.  8.  Hazırlanmasının  (nüvə  və  kimyəvi 

silahlara nisbətən) ucuz başa gəlməsi. 



Kombinəolunmuş zədələnmələr ocağında yaranmış şəraitin qiymətləndirilməsi. Müasir dövrdə 

nüvə,  kimyəvi  və  bakterioloji  silahların  eyni  zamanda,  ya  da  onların  ardıcıl  tətbiqi  təhlükəsi 

mövcuddur. Onlar aşağıda göstərilən variantlarda: nüvə və kimyəvi; nüvə və bakterioloji; kimyəvi 

və bakterioloji; nüvə və bakterioloji; KQS-ı adi silahlarla yanaşı tətbiq oluna bilərlər. 

           İki  və  ya  daha  artıq  kütləvi  qırğın  silahlarının  yaxud  digər  hücüm  vasitələrinin  təsiri 

nəticəsində  yerin  və  obyektlərin  zərərləşdirilməsi  və  xilasedici  işlərinin  aparılmasını  tələb  edən 

vəziyyət  yaranmış  əraziyə  kombinəolunmuş  zədələnmələr  ocaği  deyilir.  Bir  neçə  silahın  insan 

orqanizminə  təsiri  nəticəsində  kombinəolunmuş  zədələnmələr:  1.  Müxaniki  tavmalar,  yanıqlar, 

radiasiya  zədələnmələri.  2.  Müxaniki  ravmalar,  zəhərlənmələr,  yoluxucu  xəstəliklər.  3.  Şüa 

zəhərlənmələri, mexaniki tavmalar, yanıqlar və s. kütləvi halda baş verməsi. 

       Zərərçəkənin  psixi  pozulması  müxtəlif  psixi  xəstəliklərə  psixoz,  nevroz  və  kəskin  psixi 

pozulmalara  gətirib  çıxara  bilər.  Psixoz  xəstəliyi  daha  təhlükəlidir.  Çünki  bu  halda  insan  artıq 

məqsədyönlü  hərəhət  edə  bilmir.  Əsasən  fövqəladə  hallar  nəticəsində  zərərçəkənlərdə  psixozun  2 

növü yarana bilər: şok və reaktiv psixozlar. Şok psixoz xəstəliyi əsasən insanın həyatı üçün təhlükə 

yaranma  anında  baş  verir  (yanğın,  zəlzələ,  radioaktiv  zəhərlənmə  və  s.).  Reaktiv  psixozlar  isə 

psixoloji depresiyadır.  Bu xəstəlik depresiya nəticəsində  yavaş-yavaş inkişaf edən bir pozuntudur. 

Lakin bu halda psixi pozuntular o qədər də güclü olmur. Belə hallarda insanda müxtəlif səslər, uşaq 

ağlamağı, qışqırıqlar kimi qulliçinaçiyalar yaranır, düşünmə qabiliyyəti itir. Bu halda insan suallara 

düzgün cavab vermir, elementar hərəkətləri təkrar edə bilmir, hərəkətləri uşaq xarakterli olur, uşaq 

kimi danışır, ağlayır və s. hallar baş verir.  

         Fövqəladə  hallarda  psixi  zədələnmələrin  kəskin  yayılmış  növlərindən  biri  də  isterik 

nevrozlardır.  Bu  halda  insanda  dilin  tutulması,  əzələnin  zəifləməsi,  bir  yerdə  dayanmaq 

qabiliyyətinin  itməsi,  hissiyyat  orqanlarının  itməsi,  korluq,  karlıq,  qusma  hallatının  artması,  ürək 

ağrsının yaranması və s. kimi hallar baş verir. 

        Qeyd  etmək  lazımdır  ki,  nevrozun  yüngül  və  orta  ağırlıq  dərəcəsini  keçirmiş  insanlar  bir 

müddət əmək qabiliyyətini itirir, qərar vermək qabiliyyəti zəifləyir. 

        Fövqəladə  hallar  zamanı  xəsarət  alanların  təhlükəsiz  yerə  daşındığı  yer  psixi  pozulmalar 

nöqteyi  nəzərindən  psixi  zədələnmələr  postu  adlanır,  yəni  artıq  stres  keçirmiş  zərərçəkən  güclü 

gərginlikdə olur. 

         Bu dövrdə əsasən özünü və ətrafı dərk etmə, yaxınları tanıması kimi hallar baş verir, psixoloji 

diskomfort yaranır, beyini pozulması, qıcıqlanma, qəfləti qızışma kimi hallar yaranır. 


Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014                                    İSSN 1815-1779                 

Ekologiya-Экология-Ecology 

N.Z. Abdullayeva 

160 


          Psixi  zədə  almış  insanlara  kömək  göstərilmə  qabiliyyəti  xilaserdicilərdə  ən  vacib 

keyfiyyətlərdən  biridir,  yəni  onlar  psixoloji  hazır  olmalı  və  psixoemosional  tarazılığını  saxlamaq 

qabiliyyətinə malik olmalıdır. Psixi zədələnmə almış zərərçəkənlərə xüsusi yanaşma olmalıdır. Bu 

halda göstərilən yardım nə qədər tez həyata keçirilsə, xroniki halların qarşısı da o qədər tez alınar. 

İlk  növbədə  psixi  zədələnmə  almış  zərərçəkənlər  mümkün  qədər  evakuasiya  edilməməlidir, 

yerləşdiyi  şəraiti  dəyişmədən  yardım  göstərilməlidir.  Onlara  xəstə  kimi  yox,  adi  insan  kimi 

davranmaq  lazımdır,  onun  əvvəlki  halına  qayıdacağına  ümid  yaratmaq,  həyacan  və  stresi  onunla 

söhbət  aparmaqla  aradan  götürmək  lazımdır.  Ona  isti  yemək  və  sakitlik  verməklə,  fikirlərini 

söyləməyə imkan yaratmaq, yavaş-yavaş özünə və həyata inamı qaytarmağa çalışmaq lazımdır. 

         

Ədəbiyyat 

 

[1].Carroll  R.J.,  Ruppert  D.,  Stefanski  L.A.  Measurement  Error  in  Nonlinear  Models.  –  London: 



Chapman & Hall, 1995. – 305 p. 

[2].Ицков  В.Я.  Электромагнитные  поля  в  окрестности  радиотехнических  станций.  Т.1. 

Электромагнитные  поля  в  атмосфере  Земли  и  их  биологическое  значение.  с.  101-108,  М. 

Наука, 1994. 

[3].Сподабаев Ю.М., Кубанов В.П.. Основы электромагнитной экологии. М, Наука, 2000. 341 

стр. 


 

АНАЛИЗ ПСИХОЛОГИЧЕСКИХ ТРАВМ ВО ВРЕМЯ ЧРЕЗВЫЧАЙНЫХ 

СИТУАЦИЙ 

 

Н.З. АБДУЛЛАЕВА 

(Азербайджанский Технический Университет) 

E-mail: ird@aztu.edu.az 

 

Аннотация:  На  статье  анализировано  психологические  процессы  во  время  чрезвычайных 

ситуациях. 



Ключевые  слова:  чрезвычайная  ситуация,  психологическая  травма,  эмоциональная 

состояния.   



.

 

THE ANALYSIS OF PSYCHOLOGICAL INJURIES DURING EMERGENCY 

SITUATIONS 

N.Z. ABDULLAEVA 

(Azerbaijan Technical University) 

E-mail: ird@aztu.edu.az 

 

Summary:  On  article  analyzed  psychological  processes  in  time  emergency  situations. 

Keywords: emergency situation, psychological trauma, emotional states. 

Daxil olub:25.02.2014 



                                                                                              Rəyçi: t.e.n., dosent A.A. Xəlilova 

 

Yüklə 54,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin