Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
65 
    -  Bizim  millətimizə,  ölkəmizə  sevgimiz 
sizin vəzifənizdən, pulunuzdan böyükdür. 
    - Ona görə dövlətin polisini öldürdün? 
    - Mən heç kimi öldürməmiĢəm. 
    - Hamı ayağa qalxsın. Hökm oxunacaq. 
    - 
Erdal 
Eren, 
dövlətin 
polisini 
öldürmüsən.  Qəsdən  adam  öldürməyə  görə 
sənə  Uca  Məhkəmə  edam  cəzası  verir. 
Tanrı türkü, Tanrı Türkiyəni qorusun. 
      Hələ  də  sözlərin  Ģokundan  ayıla 
bilmirəm.  Dövlət  18  yaĢı  olmayan  birini 
ölüm  cəzası  ilə  təltif  edir.  Özümü  saxlaya 
bilməyib ayağa qalxıram: 
    -  Siz  nə  danıĢırsız,  yoldaĢ  hakim.  Bu 
gəncin  18  yaĢı  tamam  olmayıb.  Edam 
cəzası çox ağırdı. 
   - 
Cənab  vəkil,  məhkəmənin  iĢinə 
müdaxilə etməyin. 
   -  Cənab  hakim,  ədalətsiz  qərar  verirsiz. 
Bir daha düĢünün. 
    - Zaldan kənara çıxarın bu ədəbsizi, qərar 
verilmiĢdir! 
    Bu  nə  dünyadır,  bu  nə  həyatdır 
yaĢayıram mən? Bu nədir axı? 
    Qollarımı 
bururlar, 
etiraz 
etməyə 
çalıĢıram.  BaĢımın  arxasında  küt  ağrı  hiss 
edirəm. 
 
*** 
     –  Hə...  Rəsiz,  deməli...  BaĢımda  küt 
ağrıyla ayılıram. Yenə kazarma? Boliviyaya 
qayıtmıĢam?  Yox  bura  hərbiyə  oxĢamır. 
Bura haradır bilmirəm, amma düĢdüyüm ən 
pis yerdir. 
Yanımda yatanı ayıldıram. Mənə baxaraq: 
    - Bəy, necəsən ayıldınmı? 
    - Biz hardayıq? Bura haradır? 
   -  Bəy,  nə  danıĢırsan,  yadına  gəlmir? 
OğraĢlar çox döyüblər ey səni. 
   - Kim döyüb, necə döyüb, harda döyüb? 
-  Bəy,  yadına  gəlmir?  Ġkinci  minilliyin  ilk 
seçkisində, 
Oktyabrın 
soyuğunda 
mitinqdəydik, 
səsimizi 
qorumağa 
çıxmıĢdıq.  Namizədimiz  səslərin  çoxunu 
almıĢdı. 
Xalq 
namizədini 
seçmiĢdi. 
Küçələrə  tökülüĢmüĢdük.  Polis  kardonunu 
yarıb, ―Həmrəylik Meydan‖ına daxil olduq. 
Ġmkan verməməli idik ―Qoca qurdun‖ oğlu 
hakimiyyətə gəlsin. Bəy, mənə bax, qurban 
olum. YaddaĢın itib? Çox ağrıyırsan? 
    - Yox, yox. DanıĢ, danıĢ, sonra nə oldu? 
    - Nə olacağ ey, polis və əsgər öz xalqına 
xəyanət elədi. Nahiddən, Vüqardan xəbərin 
oldu? 
   - Nə oldu onlara? 
   -  Sənə  nə  olub,  unutmusan?  Bizi 
meydandan  döyərək  çıxartdılar,  gecəynən 
məhkəməyə apardılar, sonra da hərəmizə iki 
il iĢ verdilər. Bayıldayıq. Unutmusan? 
     Necə  bir  oyunun  içinə  düĢdüyümü 
anlamağa 
çalıĢırdım, 
yanımdakı 
isə 
hərarətlə danıĢmağa davam edirdi. 
    -  Nahidi  meydanda  polislər  döyərək 
öldürdülər,  Vüqarın  üstünə  maĢın  sürdülər. 
Onu da öldürdülər. 
     Dəli  olacaqdım,  sayıqlayaraq  yuxuya 
getdim. 
 
*** 
      Ayılanda isə azadlıqda idim. Bir binanın 
qarĢısında  dayanmıĢdıq.  Ġçəridən  gələn 
xəbərdən  sonra  aləm  bir-birinə  dəydi. 
Gənclər  ―Azadlıq‖,  ―Ġstefa‖,  ‖Ədalət‖ 
qıĢqırmağa  baĢladılar.  Polislər,  polis 
formasında  olmayan  adi  adamlar  kütlənin 
üzərinə hücum çəkdi. ġəfayət adlı bir gənci 
polislər  baĢ-ayaq  edərək  polis  maĢınına 
apardılar.  Daha  bir  neçə  gənci  maĢına 
basdılar.  Məhz  basdılar.  Sonra  eĢitdim  ki, 
məhkəmə 
―Mübarizənin 
RəĢadətini‖, 
―Ədalətin Rəsulunu‖ və daha bir neçə azad 
insanı  uzun  müddətli  həbsə  atmıĢdı. 
Ġnsanlar  ―Vicdanın  Ġntiqamını‖  alacaqlarını 
bir-birlərinə  söz  verirdilər…  Heç  kim 
özünü saxlaya bilmirdi. Məğroc müəllim də 
həbs  edilmiĢdi.    Məğroc  müəllim    eee, 
Məğroc  müəllim  gələcəyin  professoru.  Bu 
qədər ədalətsizlik ola bilməzdi axı… 
     Mən bir kənara keçdim. 
     Bir insan həyatında nə qədər bədbəxtlik, 
nə qədər məğlubiyyət yaĢaya bilərdi axı? 
Mən  bezdim,  bu  qədər  də  olmaz  axı. 
Arxama  baxmadan  uzaqlaĢdım  oradan. 
Artıq  məni  oralarda  heç  nə  saxlaya 

66
№ 3 (15) Payız 2015 
 
bilməzdi. Dəfələrlə məğlub olmuĢ bir insanı 
kim öz sırasında görmək istərdi axı? 
Onlardan  uzaqlaĢsam  da,  daima  onların 
fəaliyyətlərini izləyirdim. Mən artıq məğlub 
idim.  O,  lənətəgəlmiĢ  keĢiĢ  haqlı  çıxmıĢdı. 
Mən  uğursuzluq  zolağından  əsrlərdir  çıxa 
bilmirəm, rəis. 
     Rəis dərin köks ötürdü. 
   – Budur rəis, budur mənim tarixçəm. Mən 
hər gecə ölüb, hər səhər ayılırdım. Allahdan 
hər  gün  ölüm  arzulayırdım.  Bir  insana  bu 
qədər  əzab  verilməz  axı.  Sevdiyin  insanlar 
ən  gözəl  anlarını  səndən,  sevdiklərindən 
uzaqda 
keçirir, 
sən 
isə 
adi 
bir 
müĢahidəçisən.  Əlindən  heçnə  gəlmir. 
Anladınmı indi niyə ölümü arzuladığımı? 
    - Anladım, özü də yaxĢı anladım. 
    -  Rəis,  nə  deyirsən?  Sözünün  üstündə 
duracaqsanmı? 
    - ... 
    - Rəis... 
    -  Mən  sənə  nə  deyim?  Nə  eĢitmək 
istəyirsən? ―Öldür özünü‖ deməyimi? 
    - Heç nə demə, silahımı qaytar. 
    Rəisin  çətin  vəziyyətdə  qaldığı  tez-tez 
qarnını  sığallamağından  hiss  olunurdu.  
Nəhayət dilləndi: 
   -  Al  silahını.  Uzaqda  görünən  ―Üç  bacı‖ 
binasını görürsən? 
    - Görürəm. 
    - Onun qarĢısında ―Millətin Məclisi‖ adlı 
bina var. Tanıyırsan? 
    - Bəli. 
    -  Ora  get.  Öz  qanıvı  orda  axıt,  bəlkə, 
özüvü  ölürməyindən  mübarizənə  bir  xeyri 
dəydi. 
    - Çox sağ ol, rəis. 
    - Uzaq ol ərazimdən. 
    - BaĢ üstə. 
    Rəis  siqaretindən  uzun  bir  qüllab  aldı. 
Əcayib 
hekayələr 
danıĢan 
adamın 
getməyindən  bir  saat  keçirdi.  ġəhərin 
üzərinə  qara  sükut  çökmüĢdü.  Telefonun 
səsi onu fikirlərdən ayırdı. Zəng edən növbə 
rəisi  idi.  Ona  Ģəhərin  mərkəzində  -  ―Üç 
Bacı‖  binasının  qarĢısında  baĢ  vermiĢ 
intihar  xəbərini  verirdi.  ―Ora  gedirəm‖- 
deyib telefonun ―no‖ düyməsinə basdı. 
    -  ―Bizim  həyatımız  da  həyat  deyil  ki. 
Harda  baĢdanxarab,  dəli  varsa  gəlib  bizi 
tapar.‖  –  deyib  deyilən  ünvana  sürətlə 
addımlamağa  baĢladı.  Məmməd  Mahirli, 
Əli  Fərahimov  adlanan  jurnalistlərdən  tez 
çatmalı  idi  əraziyə.  Yoxsa  onlar  hadisəni 
çəkib,  hər  kəsə  göstərəcəkdilər.  Sonra  gəl 
böyük  rəisin  qurĢaqdan  aĢağı  sözlərini  eĢit 
də... 
 
*** 
    Uzaqda bir it hürürdü... 
    Bu  cümlədə  fəlsəfə  axtarmayın,  itlər  hər 
zaman hürərlər... 
 
ABġ,  Quincy  Massachusetts  
 
 
 
 
 
Namiq Hüseynli 
 
 
 
Aclıq 
 
     Təcili  yardım  maĢını  hərbi  hissədən  dar 
dağ    yolu    ilə  aĢağıya  enəndə  səhər  hələ 
açılmamıĢdı.  Göyün  üzündə  orda-burda 
hələ  ulduzlar  parıldayırdı.  Növbətçi  zabit 
BabaĢov,  hərbi  həkim  Əlixanov  və  feldĢer 
Təhməzov  xəstənin  ətrafında  oturmuĢ, 
susub  əsgər  Murquzova  baxırdılar.  Hərbi 
həkim  cibindən  siqaretini  çıxaranda  zabit 

                            Üç aylıq ədəbiyyat dərgisi 
67 
BabaĢov  bir  qədər  çaĢdı  və  hələ  qeyzləndi 
də, amma az sonra özünü ələ aldı. 
   - Ġlahi, mən əlli-ayaqlı gedirəm. Görün nə 
günə  düĢmüĢəm.  Belə  gediĢlə  yarım  saata, 
ən  çoxu  qırx  dəqiqəyə  canımı  tapĢıraram. 
Ġlahi,  bədənim  bomboĢ  boĢalıb,  cırıq  qum 
kisəsinə  dönmüĢəm,  məndən  adam  olmaz. 
Offf, mən necə də su istəyirəm, bu maĢında 
su  yoxdurmu,  mənə  su  verin,  –  deyə  əsgər 
Murquzov  nalə  çəkdi.  Lakin  maĢında 
oturanların  heç  biri  onun  səsini  eĢitmədi, 
çünki  o,  nitq  qabiliyyətini  itirmiĢ,  amma 
bundan xəbərsiz idi. 
    -  Sən  bu  kökə  salıbsan  gədəni?  –  deyə 
hərbi həkim üzünü zabitə tutdu. 
   -  Nə  deyirsən  sən  ey,  mənim  nə  xəbərim 
var,  bu  gecə  hərbi  hissədə  mən  növbətçi 
qalmıĢdım  vəssalam.  Nə  zibil  olsa  gərək 
mənim günümdə olaydı. 
   -  Kalan  pazlayacaqlar  sizi,  özü  də 
hamınızı  birdən.  –  feldĢer  rəhim  dolu 
baxıĢlarla zabitə baxdı. 
   -  Bu  çmonun  biri  idi,  mən  neynəmiĢəm, 
allah  bilir,  gecə  durub  gədələrlə  nə  qələt 
edirmiĢ.  Hər  əclafa  görə  mən  cavab 
verməliyəm?  –  zabit  bir  qədər  həyəcanlı 
səslə dedi. 
   Bir  neçə  dəqiqə  səsinə  hay  verən 
olmadığını  görən  əsgər  gözünü  açıb 
yüngülcə ətrafına boylandı. Dərhal həkimin 
də,  feldĢerin  də  üzündə  bir  canlanma 
yarandı,  amma  əsgər  üzünü  nə  həkimə,  nə 
feldĢerə deyil, zabitə çevirdi. 
  -  Mən  əldən  gedirəm,  gör  bunlar  nə 
danıĢır.  Mənim  xilasım  yoxdur.  Anam 
özünü  öldürəcək, atamın ürəyi partlayacaq. 
Offf  mən  necə  də  acmıĢam,  bir  az  yemək 
olaydı  kaĢ.  BaĢım  partlayır,  krupnu 
iliĢmiĢəm deyəsən. Yox-yox bu ölüm məni 
buraxmaz, mən gedirəm, –  əsgər ancaq özü 
eĢitdiyi  nitqini  bitirib  yenidən  gözlərini 
yumdu. 
 
   - Dua elə yaĢasın, canını qurtarsın, yoxsa 
əlli-ayaqlı  gedəcəksən.  Ya  da...  –  həkim 
gözünü  xəstədən  ayırmadan  siqaretini 
sömürərək 
zabitə 
baxdı, 

Əməlli 
tərləyəcəksən. 
   Zabit qəzəblə gözünü yerə dikib susdu. 
   MaĢın 
rayon 
mərkəzindəki 
hərbi 
xəstəxanaya 
çatanda  artıq  müstəntiq 
yanında  iki  polis  nəfəri  ilə  xəstəxanın 
önündə  gözləyirdi.  MaĢının  qapısına 
gətirilən xərəyin təkər səslərini eĢidən xəstə 
diksinib  gözünü  açdı.  MaĢından  düĢənlərlə 
onları gözləyənlər dayanıb bir qədər söhbət 
etdilər. 
   - Ġlahi, niyə mən? Evə getməyə cəmi 3 ay 
qalmıĢdı.  Axı  niyə  belə  vaxtda.  Ġndi 
evdəkilər  yatır  allah  bilir.  Yazıqları  səhər-
səhər  oyadacaqlar.  Pis  xəbəri  verəcəklər, 
onlar  da  göz  yaĢı  içində  gələcəklər.  Ġlahi, 
mədəm necə qazınır, necə yemək istəyirəm, 
necə çay istəyirəm. 
   Əsgəri  əməliyyat  stoluna  uzadanda  son 
bir dəfə də gözünü açıb yumdu. Paltarlarını 
qayçıyla  kəsib  bədəninin  səthinə  soyuq, 
kəskin 
qoxulu 
antiseptik 
sürtdülər. 
Həkimlərdən biri onun boynunu yan çevirib 
digərinə  nə  isə  göstərdi,  xəstə  ağrıdan 
yüngülcə zarıdı. 
    Sonra  əsgərin  hər  iki  qoluna  iynə 
vurdular  və  güman  ki,  ağrıkəsici  iynəydi. 
Ġndi  o  soyuqdan  baĢqa  heç  nə  hiss  etmir. 
Gözləri  yumulu  olsa  da  görür,  səsə  görə 
ayrıd edirdi. 
   -  Ġndi  daha  yaxĢıdır  hər  Ģey,  ağrılarım 
yoxdur, 
ürəyim 
sanki 
döyünmür. 
Neynəyirsən  elə,  ölüm  burdadır.  O  məni 
dartıb 
aparacaq. 
Baxarsan. 
Burdan 
qurtulsam  hər  Ģeyi  edəcəm,  lap  nəĢə  də 
çəkəcəm,  bazlığa  da  gedəcəm.  Hər  Ģey-hər 
Ģey. Əlbəttə, əgər qurtulsam. Belə baxanda 
həyatın heç bir mənası, filan yox imiĢ. Yox, 
düz demirəm? 
    Soyuqqanlı  baxaq  hər  Ģeyə.  Burda 
ölməsəm,  burdan  çıxanda  öləcəkdim  eyni 
Ģeylər  olacaqdı.  Bircə  ağrısı  daha  az.  Bu 
allahın altında gözlənilməz heç nə yoxdur, - 
əsgər içində dayanmadan danıĢırdı. 
   Əməliyyat təqribən bir saatdır baĢlamıĢdı. 
Birdən  iki  nəfər  əməliyyat  otağına  girdi, 
bunlar müstəntiq və yanında zabit BabaĢov 

68
№ 3 (15) Payız 2015 
 
idi.  Həkim  çevrilib  onlara  çəmkirəndə 
müstəntiq  zabiti  dümsükləyib  bayıra 
çıxartdı  özü  isə  həkimi  yaxına    çağırıb 
pıçıldadı. 
   -  Həkim  vəziyyəti  nətəridir?  Bayaq  gözü 
açıq idi. Siz allah elə edin ölüm iĢi olmasın. 
   -  Boynunu  qırıblar,  yaĢasa  da  çiyindən 
aĢağısı iĢləməyəcək. Əli-ayağı iflic olacaq. 
   - BaĢqa harasından vurublar? 
   - Kəlləsini ayaqlayıblar, qabırğaları xürd-
xəĢildir. 
   - Deməli 3-4 nəfər olublar. 
   -  Mən  nə  bilim  üç  olub,  ya  dörd.  A  kiĢi, 
qoy  iĢimizi  görək  də  –  həkim  sözünü 
yarımçıq  kəsib  xəstənin  yanına  qayıtdı. 
Xəstə isə bihuĢedici ağrıkəsicinin təsirindən 
bir qədər keflənmiĢ, ağrıları kəskin azalmıĢ 
və  yəqin  ki  bu  üzdən  daxili  nitqi  heç 
dayanmırdı. 
  -  Ġndi Ülviyyəyə  xəbər  çatsa yəqin  vecinə 
olmayacaq, bəlkə də bir az təsirlənər, amma 
o  it  qızının  ağlayacağına  inanmıram.  Ay 
Ülviyyə, 
ay 
Ülviyyə. 
Sən 
neynədin?Bilsəydin 
öləcəm 
yəqin 
eləməzdin.  Sağ  qalsam  gəlib  iĢini  görəcəm 
sənin  ay  Ülviyyə.  Sənin  o  çolaq  nənəni... 
Ufffff, ürəyim. 
    Birdən-birə  xəstənin  ürəyi  partlayırmıĢ 
kimi döyünməyə baĢladı. Ürək ritmi tamam 
pozulmuĢ,  az  qalmıĢdı  dayana.  Tibb  bacısı 
dərhal  xəstənin  qoluna  təzyiq  aparatını 
keçirib təzyiqini ölçü, təzyiqi düĢmüĢdü. 
   Görünür,  çoxlu  qan  itirmiĢdi.Ya  da  indi 
itirməkdəydi.  Amma  xəstə  özü  bumbuz 
bədənindən 
baĢqa 
ürəyinin 
dəhĢətli 
döyünmələrini  hiss  edirdi,  o  qədər.  BaĢqa 
heç nə.Nə ürəkbulanma, nə baĢ ağrısı, nə də 
hansısa baĢqa ağrılar. 
   -  Ohhh,  mən  gedirəm.  Baxın,  baxın 
ölürəm.Allah  mənə  rəhmət  eləsin.Ġlahi, 
ürəyim  necə  də  yemək  istəyir.Məgər,  bu 
boyda 
xəstəxanada 
bircə 
tikə 
çörək 
tapılmırdı.Təbii  Ģirə  olaydı  heç  olmasa, 
ləzzətlə  içərdim.Ġlahi,  gör  nə  yazıq  günə 
qalmıĢam.Dərdimi deyə bilmirəm. 
   -  Xəstənin  qan  təzyiqi  azalıb,  ürək 
döyüntüləri  get-gedə  azalmaqdadır.  Ġynə 
vurmalıyıq dərhal  iynə. 
   -  YaxĢı  get  gətir,  amma  tez  elə  -  deyə 
həkim,  assisentinə  əmr  verib  dayandı, 
dərindən nəfəs aldı. 
   Bayaqdan 
bəri 
əməliyyatxananın 
pəncərəsindən  içəri  boylanan  hərbi  hissə 
komandiri həkimin əməliyyata ara verdiyini 
görüb  dərhal  özünü  içəri  soxdu,  həkimə 
yaxınlaĢıb pıçıldamağa baĢladı: 
     - Həkim, mən bu əsgərin komandiriyəm, 
allahın  bir  qəzasıdır  olub.  UĢaqlar 
zarafatlaĢırlarmıĢ.  Siz  allah,  müstəntiqə 
baĢqa  Ģey  deyin.  Döyülüb  deməyin, 
məsəlçün,  ürəyi  tutub,  beyninə  qan  sızıb 
deyin.  Ġndi  ölən-öləcək  qalanın  evi 
yıxılacaq.Baxmayın, hamısı cavandır. 
    Bax,  uĢaqların  qohumları  çıxıblar  artıq, 
yoldadırlar, 
gəlirlər, 
sizi 
də 
görəcəklər.YaxĢımı?Hə? 
   -  A  kiĢi,  ayıbdır, orda  xəstə  ölür,  gör  sən 
nə  danıĢırsan,  utanmırsan?  Məni  niyə 
əsəbləĢdirirsən  çıx  bayıra  –  deyə  həkim 
komandiri əməliyyatxanadan qovdu. 
    Asissent  həkim  iynəni  vurandan  sonra 
xəstəyə  elə  gəldi  ki,  ürəyi  4-5  dəqiqəlik 
tamam  dayanıb  yenidən  vurur.  Ya  da  ola 
bilsin,  bəlkə  hələ  vurmur,  amma  vuracaq 
kimi  görünür.  Çünki  xəstə  ətrafda  baĢ 
verənləri  dumanlı  da  olsa  hiss  edir,  səsləri 
ayırd  edir,  pıçıltıların  mənasını  tutmağı 
çalıĢırdı və ara vermədən daxili nitqi davam 
edirdi. 
   -  Yəqin  indi  günorta  olar,  anamgil 
yoldadılar  ya  da  gəliblər,  bayırda  məni 
gözləyirlər.  Çıxan  kimi  mütləq  təndir 
çörəyindən  yeyib,  təbii  Ģirədən  içəcəm.Bu 
ölüm,  oğraĢ  ölüm  deyəsən  mənim  yaxamı 
buraxdı. Ah, mən ölümü gördüm qayıtdım. 
Ġndi Ülviyyə də, Ġlahə də gözləsin məni. 
   Əməliyyat  artıq  baĢa  çatmıĢdı.Həkim 
ayaqyolunun  qarĢısında  durub  siqaret  çəkir 
telefonu  ilə  oynayırdı.Belə  əməliyyatlar  nə 
birinci, nə sonuncu dəfə idi. 
   Ġnsana  bir  dəhĢəti  bir  dəfə  yaĢadandan 
sonra,  onu  növbəti  dəfə  dəhĢət  yox  zövq 

                            Üç aylıq ədəbiyyat dərgisi 
69 
kimi  yaĢamaq  istəyir,  yenidən  və  yenidən 
onun üzərinə qayıtmağa can atır. 
   Həkim 
siqaretini 
çəkib 
kötüyünü 
pəncərədən  atmaq  istəyəndə,  xəstəxanın 
həyətində  bayaqkı  komandiri  və  yanında 
dayanmıĢ  bir  neçə  mülki  geyimli  kiĢini 
gördü, baĢını bulayıb dodağının altından nə 
isə mızıldandı. 
    Gün  yenicə  dönmüĢdü,  günorta  saat  3-4 
olardı.Əsgər  Murquzov  üstünə  metlax 
düzülmüĢ  çarpayıya  bənzər  bir  yerdə  lüm-
lüt  vəziyyətdə  uzanmıĢdı.Deyəsən,  içəridə 
istilik  sistemi  iĢə  salınmamıĢdı.Əsgərin 
daxili nitqi isə hələ də iĢləyirdi. 
   -  Ahh  yazıq  canım,  mən  necə  də 
üĢüyürəm,  niyə  məni  normal  yataqda 
uzatmayıblar,  üstümə  niyə  ədyaldan, 
yorğandan  atmayıblar.  Ġlahi,  necə  də 
acmıĢam, anamgil çatmıĢ olarlar artıq.Niyə 
onları  yanıma  buraxmırlar.  Niyə  heç  kim 
səsimə  səs  vermir.  Mən  hardayam  belə. 
Bura haradır... 
 
 
 
Sədaqət
 
 
    Qız deyirdi ki, gələcəkdə istərdim oğlum 
ağıllı olsun, onu musiqi məktəbinə, Ģahmata 
qoyaram.  O  danıĢarkən  mən  pəncərəyə 
söykənib  ona  qulaq  asırdım.  Gözümün 
qarĢısında  balaca  bir  qız  uĢağı  canlanırdı, 
onun  qızı  idi  və  onlar  birlikdə  uĢaq 
bağçasına,  musiqi  məktəbinə,  Ģahmat 
məktəbinə,  orta  məktəbə,  univerisitetə, 
toylara,  ad  günlərinə,  qəbir  üstlərinə, 
aeroporta, 
pasport 
idarəsinə, 
qohum 
ziyarətlərinə 
gedib 
gəlirdilər. 
Gedib 
gəldikcə  qız  böyüyür,  iriləĢir,  anasının  üzü 
qırıĢıb  saçları  çallaĢdıqca,  qızının  döĢləri 
böyüyür,  saçları  uzanır,  ayaqları  ətlənirdi. 
Amma  bir-birini  kino  lenti  kimi  əvəz  edən 
bu xəyalların içində mən yox idim. Bu məni 
bir anlığa dəhĢətə gətirdi, hətta əsəbləĢdirdi, 
baĢımı  bulayanda  o 
əlini 
çiynimə 
toxundurdu,  ―Sən  yaxĢısan?‖  –  deyə 
soruĢdu.  ―Hə  hər  Ģey  qaydasındadır‖.  – 
deyə mən cavab verdim. 
     Ondan  ayrılandan  2,  ya  3  il  sonra  idi, 
bəlkə  də  4  il  idi,  dəqiq  xatırlamıram.  Mən 
səhər  key  kimi  yuxudan  oyanıb,  əl-üzümü 
və  diĢlərimi  yumadan,  səhər  yeməyi 
yemədən  avtobusa  minmiĢdim.  Avtobus 
irəlilədikcə  radioda  30-cu  illər  Amerikanın 
ən  məĢhur  caz  mahnılarından  biri  ―Nature 
boy‖  səslənirdi.  Hələ  yenicə  çıxmıĢ  günəĢ 
düz  gözlərimə  vururdu,  üzümün  bir  hissəsi 
günəĢ 
nuruna 
boyanmıĢdı. 
Radioda 
musiqilər  tez-tez  bir-birlərini  əvəz  edirdi, 
mən  susub  asıq  sifətlə  eləcə  oturmuĢdum. 
Birdən 
yadıma 
düĢdü 
ki, 
Bakının 
harasındasa  o  hələ  də  yaĢayır,  nəfəs  alır, 
mənsə  uduzduğumu  hələ  də    etiraf  edə 
bilməmiĢəm.  Ġnsanın  uduzduğunu  özünə 
etiraf  edə  bilməməsi  kimi  böyük  faciə 
yoxdur. 
     Qəflətən 
onun 
əzab 
çəkməsini 
arzuladım, məsəlçün sevimli əri ölə bilərdi, 
çox  sevdiyi  atası  və  anası  qəzaya  düĢə 
bilərdilər, uĢağına pis bir Ģey arzulamadım, 
amma  özünün  necə  deyərlər  sağalmaz 
xəstəliklərə  tutulmasının  heç  də  pis 
olmayacağını ağlımdan keçirdim. 
     Avtobus  irəlilədikcə  Ģəhərdən  kənara 
çıxırdı  və  bayaqdan  üzümə  vuran  günəĢin 
Ģəfəqlərindən  əsər-əlamət  görünmürdü. 
Bayırda  hava  get-gedə  tutqunlaĢmıĢ,  narın 
yağıĢ yağmağa baĢlamıĢdı. Məni vəhĢicə bir 
qadın qıĢqırığı fikrimdən ayırdı. ―Görüm nə 
arzulayırsan öz baĢına gəlsin, allah sənin o 
iki  balanı  yetim  qoysun  elə!‖  –  deyə  üzü 
qırıĢmıĢ,  saçları  ağarmıĢ,  əynində  öz 
ölçüsündən  böyük  bir  palto,  geniĢ  cins 
Ģalvar  geyinmiĢ  qadın  mənə  çəmkirdi. 
Dəbdən bir az kənarda qalsa da  baxımlı və 
mədəni  bir  qadın  olduğu  dərhal  anlaĢılırdı, 
çünki  boyundan  bir  böyüdücü  eynək 
asılmıĢdı,  onun  kitablarla,  mətnlərlə  həĢir-
nəĢir olduğunu göstərirdi. 
      Mən  üzümə  Ģillə  kimi  dəyən  Bakı 
ləhcəsindəki  bu  sözlərdən  sonra  ilk  olaraq 
üzümü  yanımda  oturan  adamlara  çevirdim, 
mənə  reaksiyalarına,  gülüb-gülmədiklərinə, 

70
№ 3 (15) Payız 2015 
 
yaxud  məni  öz  aralarından  rədd  etməyə 
hazırlaĢıb-hazırlaĢmadıqlarını 
yoxlamaq 
istədim. Ancaq adamların üzlərində zərrəcə 
də  tərpəniĢ  yox  idi,  tuncdan  tökülmüĢ  çinli 
əsgər  fiqurları  kimi  donub  qalmıĢdılar. 
Üzümü qadına çevirəndə qadın artıq irəliyə 
doğru 
gedib 
dayanacaqda 
düĢməyə 
hazırlaĢırdı.  Onun  arxasınca  getməyə,  niyə 
az  öncə  mənə  qarğıĢlar  yağdırdığını 
soruĢmağa  cəsarət  etmədim,  nə  də  olsa 
qadın  xaylağıdır,  adamı  söyər,  üstünə 
qıĢqırar, çığır-bağır salar deyə düĢündüm. 
    Bir  müddət  beləcə  yerimdə  quruyub 
qaldım,  qadın  düĢəndən  az  sonra  içinə 
düĢdüyüm  bu anlaĢılmaz  və  bir  o  qədər  də 
rəzilcə  durumdan  xilas  olmaq  üçün  durub 
avtobusu 
təcili 
saxlatdıraraq  düĢdüm. 
Həyəcanlı  addımlarla  qadının  düĢdüyü 
dayanacağa  doğru  addımladım,  ətrafa 
boylandım,  dayanacaqda  iki  kiĢidən  baĢqa 
kimsə gözə dəymirdi. Yaxınlıqda bir köhnə 
bina və çoxlu ağaclardan baĢqa nə bir ev, nə 
bir  bina,  nə  də  bir  maĢın  nəzərə  çarpırdı. 
Həyəcanla 
dayanacaqda 
dayanmıĢ 
kiĢilərdən  indicə  düĢmüĢ  qadının  haraya 
getdiyini  xəbər  aldım.  KiĢilər  bir-birinin 
üzünə  baxıb  belə  bir  qadını  görmədiklərini 
söylədilər,  yaxınlıqdakı  binanın  nə  binası 
olduğunu  soruĢanda  isə  məlum  oldu  ki, 
bura  keçmiĢ  kondisioner  zavodudur  ki, 
uzun  illərdir  qapanıb  və  çoxdandır  orda 
kimsə 
çalıĢmır. 
BaĢıma 
gələn 
bu 
müəmmanı  tam  dərk  etmədən,  zavoda 
doğru  addımladım.  Ətrafda  kimsə  yox  idi, 
bir  neçə  addım  sonra  məni  iki-üç  küçə  iti 
qarĢıladı,  itlərdən  qorxduğum  üçün  dərhal 
geri qayıtdım. Dayanacaqdakı kiĢilərdən az 
öncə  burda  düĢmüĢ  qadının  bütün  yadda 
qalan niĢanələrini bir-bir tərif etdim, kiĢilər 
az öncə bu dayanacaqda nə bir qadın, nə də 
bir  kiĢinin  düĢmədiyini  yenidən  və  təkidlə 
bildirdilər. 
      AxĢam  evə  tamam  içkili  halda,  qanı 
qara qayıtmıĢdım. Siqaret çəkməkdən dilim 
və dodaqlarımda qəribə bir acıĢma, pis dad 
yaranmıĢdı.  Evə  çatan  kimi  yatağıma 
uzanıb  əlimi  boynumun  ardına  qoydum, 
gözlərimi  yumub  bu  gün  baĢıma  gəlmiĢ 
hadisəni,  qadının  sözlərini  xatırladım. 
Bütün  Ģübhələrimi  avtobusda  musiqinin 
təsirindən  özümü  unutduğum  və  keçmiĢ 
sevgilimlə  bağlı  düĢündüklərimi  əslində 
səsli  düĢündüyüm  üzərində  toplamıĢdım. 
Lakin bir  Ģübhəli məqam da o idi ki, niyə 
belə  düĢünməyimə  ətrafdakıların  heç  biri 
yox  məhz  o  qadın  reaksiya  vermiĢ  və  ən 
əsası  niyə  heç  evli  olmadığım  halda  iki 
balama qarğıĢ qarğamıĢdı. Sonra düĢüb hara 
getmiĢdi, 
göyəmi 
çıxmıĢdı, 
yerəmi 
batmıĢdı. 
     Ġçkinin  xumarlandırıcı  təsirindən  və 
ətrafda  səslənən  gözəl  musiqinin  ruhumu 
sığallamasından gözlərim yüngülcə qapandı 
və  mən  yenidən  keçmiĢimdə  yarımçıq 
qoyub  gəldiyim,  böyük  dərdim,  ağrıdıqca 
ağrıyan yaram haqda düĢünməyə baĢladım. 
    Onda bağ mövsümü yenicə baĢlayırdı və 
biz  bağa  2-3  gün  olar  köçmüĢdük.  Atam 
məni  qonĢu  Nikolayın  evinə  nəyinsə 
arxasınca  yollamıĢdı.  Nikolay  miliyyətcə 
rus idi, gözünün ağı-qarası bir oğlu vardı ki, 
onu da rusla evləndirmiĢdi, ancaq oğlugilin 
uĢaqları  olmadığından  uĢaq  evindən  bir 
uĢaq  götürmüĢdülər.  Mən  içəri  girəndə 
Nikolay  məni  yenicə  yetiĢməyə  baĢlamıĢ 
üzümdən  yeməyə  dəvət  etdi.  Mən  oturub 
üzümdən  iki-üç  gilə  yemiĢdim  ki,  içəridən 
Nikolayın  ögey  nəvəsi  çıxdı,  heç  nə 
demədən  mənimlə  üzbəüz  oturub  maraqla 
üzümə baxdı. Nikolay dilləndi: 
    -  Bax  Mila,  sənlə  həmyaĢıddır  bu  oğlan, 
məktəblər  bağlanıb  gəlib  bağa  dincəlməyə, 
sən  də  darıxanda  arada  bir  onunla  oyna, 
gedin odey o sahilləri gəzin. 
    Qız  gülümsünəndə  mən  birdən-birə 
diksinib  ayağa  qalxdım.  QonĢugilə  nə 
arxasınca  gəldiyimi  unudub  tez  qapıdan 
çıxdım. Aradakı qısa müddətlik sərinlikdən 
sonra 
Məryəmlə 
tez-tez 
görüĢüb 
söhbətləĢməyə,  əncir  yeməyə,  üzüm 
dərməyə getdik. Bağ mövsümünün sonunda 
ikimiz 
də 
Ģəhərə 
yollandıq, 
sonra 
Nikolaydan  oğlugilin  nömrəsini  istədim, 
arada bir telefonla danıĢdıq, bir dəfə atamla 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin