Üç aylıq ədəbiyyat dərgisi №3(15)


Üç aylıq ədəbiyyat dərgisi



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix06.09.2017
ölçüsü3,87 Mb.
#29041
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

                            Üç aylıq ədəbiyyat dərgisi 
59 
gedəndə  bunu  yoxlamıĢdım.  Ümumiyyətlə, 
uĢaqlıqdan  bəri  davam  edən  ibadətlər 
təhtəlĢüurumda  uzun  müddət  iz  buraxan 
refleks  yaratmıĢdı.  Səhv  etmirəmsə,  buna 
Ģərti  refleks  deyirlər.  Qəbiristanlığın 
yanından keçəndə musiqinin səsini kəsmək, 
salavat  zikr  etmək  və  baĢqa  rituallar. 
Günlərin bir günü orda – qəbirdə yatanların 
mənim 
bu 
mənasız 
vərdiĢimnən 
bezdiklərini  hiss  eləməyə  baĢladım.  Bu  o 
vaxt  idi  ki,  artıq  yolumun  üstündəki  bütün 
qəbirləri  yerinə,  rənginə,  görünüĢünə  görə 
əzbər  tanıyırdım.  Daha  əvvəlki  qədər 
sürətlə  də  keçmirdim  yanlarınnan.  Piyada 
qaçsa,  ötə  bilərdi  sanasan,  yəni  hər  dəfə 
gecənin  yorğun  saatlarında  iĢdən  evə 
qayıdanda  o  qədər  aĢağı  sürətlə  sürürdüm 
maĢını. Musiqinin səsini də bir az artırırdım 
ki,  eĢidə  bilsinlər.  Üstəlik  onlardan 
müqəddəs  ruhlara  sahiblik  edənlərin 
Ģərəfinə  yolboyu  içirdim  də.  Müqəddəs 
ruhlarına  içiləcəklər  mütləq  vardı  –  ən  azı 
səhərlər  oranı  keçəndə  üçrəngli  bayraqları 
bağrına basıb məni yolçu edən baĢ daĢlarını 
tanıyırdım.  Bəlkə,  uĢaq  vaxtı  ilaxır 
çərĢənbələrdə  pay  apardığımız  xonça  dolu 
bayram Ģirniyyatlarını yanlarına çəkənlər də 
onlarıydı. Bizi görüb utanacaqlarından necə 
ehtiyat  edirdiksə,  sovqatımızı  sinə  daĢının 
üstünə qoyan kimi qaçıb gedirdik... 
Ġçki  düĢkünü  olmasam  da,  hər  gün  onların 
Ģərəfinə  içdiklərim  və  yaranan  aludəçilik 
Ģüurum  özümdə  olmayanda  məni  narahat 
edirdi.  Ən  çox  da  gecələr  az  yatıb  uzun-
uzadı gördüyüm qarıĢıq yuxularda. Səhərlər 
ayılanda  hiss  edirdim  ki,  uĢaq  vaxtı  bəlkə 
də  hər  gün  yuxularımda  uçmağımdan  əsər-
əlamət  qalmayıb.  Sanki  qanadlarımı 
sındırıb  hansısa  uçurumun  ətəyindən  üzü 
aĢağı  –  qaranlıq  bir  dərəyə  yuvarlamıĢdılar 
ki, hər gün bir az da dərinə batam. YaxĢı ki, 
günəĢ var idi. Bax bunu, sözgəliĢi demirəm, 
son  aylar  gecədən  səhərə  qədər  oyaq  qalıb 
sübhdən günəĢi görüb sonra yatırdım. Daha 
doğrusu 
görməmiĢ 
yata 
bilmirdim, 
gözlərimə  yuxu  getmirdi.  Elə  bilirdim  bu 
sonuncu  yuxu olacaq. Qəribə  bir  qorxu  idi, 
canıma  keçmiĢdi.  Ta  ki,  axırıncı  dəfə 
atamın  qəbrinə  baĢ  çəkənə  qədər. 
Siqaretsiz,  içkisiz  –  əliboĢ  getdiyimə  görə 
pis  də  danlandım.  Özümə  gəldim  desəm, 
fikrimi  tam  izah  edə  bilmiĢ  olaram. 
Doğrusu,  məzəmmət  anlarında  özümü 
olmaz  dərəcədə  –  saçıma,  yaĢıma,  baĢıma 
uyğun  olmayacaq  tərzdə  itirdim,  amma 
ordan  ayrılandan  sonra  aylardır  gördüyüm 
yozulmaz yuxuların sirrini bircə anda çözüb 
xeyli rahatladım. 
ĠĢ elə gətirmiĢdi ki, iĢ yerimə gedən yol da 
düz  qəbiristanlığın  beĢcə  addımlığınnan 
keçirdi. Rahat təsəvvür edə bilməyiniz üçün 
dəqiq deyim – evim və iĢ yerimin, yəni hər 
ikisini  dilsiz-ağızsıs  insanların  dincəldiyi 
daĢ  otaqlardan  vur-tut  iyirmi-otuz  addım 
ayırırdı.  Və  beləcə  mən  hər  gün  ölüb 
ölümnən  qayıdırdım.  Mənimçün  dəyiĢən 
təkcə qəbirlərin yeri, rəngi və görünüĢü idi. 
Ucuz  piltə  daĢlarınnan  yonulmuĢlardan 
baĢlamıĢ,  ağ,  qara,  hərdən  də  qırmızı 
mərmərli baĢ daĢlarına qədər hamısı tanıĢlar 
idi. Yəni mən onları əzbərimdən tanıyırdım. 
Onlarınsa  heç  biri  məni  tanımazdı. 
Tanıyardı  bəlkə?  –  deyə  hərdən  sual  da 
verirəm 
öz-özümə.  Amma  yox  əĢi, 
tanımazdı, tanımazdı... 
ġöhrətpərəst 
olmamağıma 
rəğmən 
qəbiristanlığa  köçəndən  sonra  mənim  də 
daĢımın  məhz  qırmızı  mərmərdən  olmasını 
çox  istəyirdim.  Lap  elə  olmayan  kimi. 
Yanında  balaca  bir  skamya  olsaydı,  lap 
yerinə  düĢərdi.  Mən  kim  idim  ki,  adi  bir 
kənd  müəllimi.  Amma  bulunduğum  bütün 
ortamlarda  insanlar  məni  əllərinin  içi  kimi 
tanıyırdılar.  Bacardığımdan  hamıya  kömək 
etməyə  çalıĢırdım.  Bilirəm,  indi  bunu 
demək  heç  yerinə  düĢmür.  Hərçənd  ki, 
içimdə  qırmızı  mərmərli  qəbir  daĢına  qarĢı 
yaranan  olmazın  vazkeçilməz  eĢqinin  də 
hardan  qaynaqlandığını  sizə  ərz  eləmək 
məcburiyyətində  hiss  edirəm  özümü.  Hə, 
bir  xeyli  vaxt  əvvəl,  oturdum,  bir 
düĢündüm,  bir  daĢındım  ki,  ölüb  gedəndən 
sonra, lap elə hamı kimi özümü təsəlli edib 
desəm  –  dünyamı  dəyiĢəndən  sonra, 

60
№ 3 (15) Payız 2015 
 
məndən  də  bir  niĢanə  olaraq  baĢ  daĢım 
qalsın. Bəlkə də o vaxtçün axmaq ideyaydı. 
Amma  mən  bunu  qafama  qoyannan  sonra 
ciddi  cəhdlə  əlləĢib-vuruĢub  aldığım  cüzi 
maaĢı  tədarük  eləməyə  baĢladım.  Və 
hesabladım  ki,  pulu  düzətmək  üçün  cəmi-
cümlətani  28  il  iĢləməliyəm.  Əgər  dözüb 
bundan  əlavə  daha  bircə  il  də  iĢləyə 
bilsəydim,  öz  qəbrimin  teritoriyasında  altı-
yeddi  Ģam  ağacı,  bir  neçə  kvadrat  metr 
döĢənmiĢ  yer  və  bir  də  dediyim  kimi  – 
balaca  bir  skamyanın  da  pulunu  düzəldə 
bilərdim. 
Qurduğum  plan  üzrə  iĢə  baĢlayanda  otuz 
yaĢım  təzə  tamam  olmuĢdu.  Qırmızı 
mərmərdən büstümün, heç olmasa qəbrimin 
olmasıyçın  daha  bu  qədər  yaĢamalıydım. 
Hardasa  altmıĢa  yaxın  yaĢamaq  deməkdi 
bu.  Mənimçün  möcüzə  kimi  bir  Ģey  idi. 
Çünki  buna  qədər  artıq  üç  dəfə  real 
ölümdən 
salamat 
qurtulmuĢdum. 
Birincisində 
yüksəklikdən 
dərəyə 
düĢmüĢdüm. 
Doqquz 
yaĢım 
vardı. 
Ölməsəm  də,  hər  yerim  sınıq-sınıq 
olmuĢdu. 
Ġkincisində 
dənizdə 
boğulmuĢdum.  On  iki-on  üç  yaĢım  olardı. 
Sudan  çıxandan  və  ayılandan  sonra,  ciddi 
zədə  almamıĢdım.  Ayılandan  sonra  məni 
ölümcül 
döydülər. 
Yenə 
ölmədim. 
Doqquzuncu  sinifdə  oxuyanda  baĢ  verən 
sonuncu  hadisə  isə  yadıma  düĢəndə  hələ 
indi  də  əsməcə  tutur.  HuĢsuz  halımla 
qulaqlarımda o vaxtdan bəri uzaq küy kimi 
qalan ―beĢ qırx beĢ olub‖ sözlərini heç vaxt 
unuda  bilmirəm.  Bir  də  əməliyyat  otağına 
atamın 
qollarında 
aparıldığımı 
hiss 
elədiyimi 
inanmadığım 
yuxu 
kimi 
xatırlayıram... 
Dediyim 
kimi, 
doqquzuncu 
sinifdə 
oxuyurduq.  Bu  həmin  orta  məktəb  idi  ki, 
nənəm  həmiĢə  buranın  böyük  vətən 
müharibəsində  hospital  kimi  istifadə 
edildiyindən  danıĢardı.  Novruz  bayramı 
qabağıydı. Daha doğrusu biz həmiĢəki, kimi 
hazırlıqlara  bir  az  tez  baĢlamıĢdıq.  QıĢ 
aylarında 
sinif 
otaqlarına 
çevrilmiĢ 
palataların  hər  köĢəsinə  sobaya  atıb 
qızınmaqçün  qalaq-qalaq  Ģam  qozaları 
yığardıq. 
Coğrafiya  müəllimimiz  üzüyola  adamıydı. 
ƏsəbiləĢdirəndə 
yanağımızdan 
tutub 
ayağımızı 
yerdən 
üzməyini 
nəzərə 
almasam,  rəhmətliyin  yuxa  kimi  ürəyi 
vardı. 
Həmin  gün  əmək  təlimi  məĢğələsində 
itilədiyimiz adına hərə dediyimiz uzun odun 
miĢarının narın yonqarlarını kağızın arasına 
yığıb  sinfə  gətirdik.  Coğu  (coğrafiya 
müəllimimizi  oğlanlar  öz  aramızda  belə 
çağırırdıq) sinfə girər-girməz spiçkanı çəkib 
dəmir  yonqarlarını  masasının  üstündə 
yandırıb  tələsik  yerimizə  qaçdıq.  Cəm 
halında 
danıĢsam 
da, 
indiyə 
kimi 
yadımdadı,  o  yonqarları  sinfə  gətirən  də, 
yandıran da mən olmuĢdum. Təbii ki, Coğu 
əsəbiləĢib  elə  həmin  dərs  valideynlərimizi 
məktəbə 
çağırdı. 
Evimiz 
yaxınlıqda 
olduğuyçün  mənim  atam  dərs  bitməmiĢ 
özünü  yetirdi.  O  gələnə  qədər  tədbirimi 
görmüĢdüm. 
Çantamdakı 
―bayram 
hazırlıqlarımızı‖ 
valideynləri 
məktəbə 
çağrılan digər iki sinif yoldaĢımdan da alıb 
otaqdakı  sobada  gizlətmiĢdim.  AĢkara 
çıxsaydı  evdə  vəziyyətimiz  acınacaqlı 
olacaqdı.  Xüsusilə  də  mənim.  Və  həm  də 
bayrama  ―əliboĢ‖  qalacaqdıq.  ―Bayram 
hazırlıqlarımız‖  dediyim  əməlli-baĢlı  silah-
sursat idi: nazik polad borudan hazırlanmıĢ 
3  ―part-part‖,  daha  2  dənəsi  misdən 
hazırlanmıĢı  da  var  idi.  Bunnan  baĢqa  2 
naqan  və  mənim  mövsümçün  ―yeni 
ixtiram‖ hesab olunan xüsusi ―tapança‖ idi. 
Tapança  formasında  yonduğumuz  taxtanın 
üstünü  qara  izolentlə  elə  qəĢəng  sarıyıb 
bağlamıĢdıq  ki.  Əsgərlikdən  yanvarda 
qayıdan  qonĢumuzun  mənimçün  gətirdiyi 
avtomat  gülləsini  ucu  itilənmiĢ  və  ―juqut‖ 
rezinlə  çəkilib  tarımlanmıĢ  qapı  cəftəsinin 
qarĢısındakı 
oyuğa 
yerləĢdirilmiĢdim. 
ĠĢləmə mexanizmi belə olacaqdı: tətiyi əvəz 
edən  mismar  çəkiləndə  cəftəni  saxlayan 
rezin  boĢalacaq  və  cəftənin  iti  ucu 
mərminin  arxasındakı  nöqtəyə  dəyərək 
―atəĢ‖ açacaq. UĢaqlıq həvəsi, nə deyəsən... 

                            Üç aylıq ədəbiyyat dərgisi 
61 
Axmaqlıq  etdiyimin  fərqində  deyildim  ki! 
Axmaq olduğumuzu yalnız evdə döyüləndə 
hiss edirdik. 
Atamın 
gəliĢi, 
Coğunun 
hiddətdolu 
Ģikayəti, 3-4 dəqiqə sonra zavuçun gəlməsi 
dəqiq yadımdadı. Hətta zavuçun ―peçi az da 
olsa qalayın, bu gün otağınız çox soyuqdu‖ 
deməsi  də.  Mən  onda  özümü  itirib  nə 
edəcəyimi  bilmədən  sobaya  tərəf  cumdum 
ki,  sinif  növbətçisi  artıq  sobaya  dörd-beĢ 
dənə  Ģam  qozası  atıb  alıĢdırmıĢdı.  Mənsə 
çox  gözləmiĢdim.  Səsimi  çıxarmağa  da 
qorxmuĢdum.  Ən  son  anda  beynimə  gələn 
fikir isə sobanı söndürmək olmuĢdu. Və bir 
də  xatırladığım  sobanın  qapağını  açmağım 
oldu... 
QızıĢıb  alıĢan  barıtın  təsirinnən  açılan 
mərmi sobanın qabağında əyildiyimçün sağ 
tərəfdən  sinəmnən  bir  az  aĢağı  hissəni 
tutmuĢdu.  Bunu  mənə  bir  neçə  ay  sonra 
danıĢdılar.  Onda  ancaq  özümə  gəlib  əsil 
ölümnən  qurtulmuĢdum.  Möcüzə  kimi  bir 
Ģey  idi.  Həm  də  rayon xəstəxanasında. Hə, 
bir  də  demiĢdilər  ki,  həmin  güllənin  adı 
―beĢ qırx beĢ‖ imiĢ... 
Və  bir  də  heç  vaxt  həmin  ―beĢ  qırx  beĢ‖i 
görmək  mənə  nəsib  olmadı.  Hərbi  xidmət 
vaxtım  çatanda  birinci  dəfə  yüksəklikdən 
düĢəndə aldığım zədənin fəsadlarınnan daha 
birini  öyrəndim  –  görmə  qabiliyyətim  çox 
zəifləmiĢdi. Əsgərliyə aparmadılar... 
BaĢıma  gələn  bu  qədər  Ģanssız  və  ölümcül 
hadisələrdən  sonra  bütün  gərəksiz  iĢlərdən 
uzaqlaĢmıĢdım. 
―Anası 
namaz 
üstündəymiĢ‖,  –  deyirlər  belə  olanda  səhv 
etmirəmsə.  Bir  də  ki,  uĢaq  vaxtı  ―atalar 
üçdən deyib, analarsa dörddən‖, – deyirdik. 
Bu  ifadəni  sonralar  heç  bir  yerdə 
eĢitmədim,  oxumadım.  Çünki  özümüzdən 
uydurmuĢduq,  atalar  deməmiĢdi.  Amma, 
görünür, 
mənimki 
dördüncü 
dəfəyə 
qalmıĢdı. Görünür deyəndə ki, son illər elə 
bil  bunu  dərk  edib,  qəbullanmıĢdım.  Buna 
görə də çox ehtiyatlı davranırdım. 
         Unudulmaq  bəzən  insanın  ağlına 
gələn ən axırıncı fikirdi. Amma bəzən də ilk 
baĢına  gələn  hadisə  də  elə  bu  olur.  Nə  baĢ 
verdiyini 
isti-isti 
hiss 
etmir 
hərdən. 
Unudulduğunu  unutmağa  çalıĢır.  Heç  nə 
alınmır  amma  –  tərkedilmənin  ikicə 
addımlığında... 
Əslində  məni  də  qorxudan  bu  idi.  Yayın 
cırhacırında  belə  rütubət  qoxusundan  zorla 
dayandığım  sinif  otaqlarında  saatlarla 
keçdiyim  dərslərin  müqabilində  aldığım 
qəpik-quruĢları  toplamağa  baĢladığım  artıq 
iki  il  olmuĢdu.  Yaman  həvəslə  çalıĢırdım. 
Bu  günə  qədər  məni  qorxudan  çox  Ģeyləri 
sözün  əsil  mənasında  dəf  edə  bilmiĢdim. 
Bircə  unudulmaqla  bağlı  qorxum  tərsə-
məssəb  idi.  Gün  keçdikcə  daha  artıq 
çulğalayırdı məni. Gözümün qabağında hər 
kəs  tərk  edilirdi,  unudulurdu,  müĢkül 
məsələ  olmadığını  da  hiss  edirdim.  Amma 
ki,  çifayda  –  hələ  də  qorxurdum.  Əslində 
cəhd etsəydim çox çətin olmayacaqdı, bəlkə 
də.  Bir  addım  mən  atacaqdım,  bir  addım 
yola  salanlar.  Olmadısa,  tərk  edəcəkdilər. 
Tərk etmək daha gözəl idi, bu arada. Amma 
daha 
dəhĢətlisi 
baĢ  verə  bilərdi  – 
unudardılar. Sadəcə unudardılar... 
Gərək  və  mütləqdi  ki,  insan  getdiyi  yerdə 
olsun.  Yəni  bu  vacibdir.  Getmisənsə 
getməyini  biləcəksən,  onca  dəqiqəlik  yox, 
ürəklə  gedəcəksən.  Ümumiyyətlə  getməyin 
sadə fəlsəfəsi var – getmək fikir kimidi. Və 
bu  da  gərəkdir  ki,  adamın  fikri  aranda-
turanda  olmasın.  Özündə  olsun,  sadəcə 
özündə.  Amma  mən  iĢə  gedəndə  fikrim 
evimin  yanındakı  qəbiristanlıqda,  evə 
qayıdandasa  iĢ  yerimin  yanındakı  baĢ 
daĢlarının  yanında  qalırdı.  Gecə  göz-gözü 
görməyəndə  evə  qayıdırdım  iĢdən  evə. 
Qəbiristanlıqdakı 
baĢ 
daĢlarını 
seçə 
bilməsəm  də,  səhərə  qədər  iĢləyən  baĢdaĢı 
sexinin  parlaq  iĢığında  bərq  vuran  təzə 
mərmərləri  hər  gün  görə  bilirdim. 
YonulmamıĢ  daĢ,  yonulmuĢ  daĢ,  kimsəsiz 
daĢ, kiminsə Ģəklini daĢıyan daĢ və sonra da 
onun 
sexdən 
yox 
oluĢu, 
qəfildən 
qəbiristanlıqda  peyda  olmasını  izləmək 
təkrar-təkrar baxıb hər kadrını əzbərlədiyim 
qısa  film  kimiydi.  Mənə  elə  gəlirdi  ki,  bu 
kənddə  insanlar  hər  gün  ancaq  ölməklə 

62
№ 3 (15) Payız 2015 
 
məĢğuldu. Heç kim, heç bir canlı doğulmur 
bu kənddə. Sanasan əzrayil növbəyə düzüb 
sırası gəldikcə bu adamları yanına çağırırdı. 
Tanımadığım tanıĢları sexdəki rəssamlar elə 
həvəslə,  elə  canlı  çəkirdilər  ki,  cansız 
daĢlara,  ölməyim  gəlirdi.  Bircə  unudulmaq 
xofunu ata bilməməkdən qorxurdum. Və bir 
də hələ cəmi iki ili yola sala bilmiĢdim. Bu 
müddətə  tədarük  elədiyim  pulla  adımın 
ikicə  hərfini  yazdıra  bilərdim  daĢa. 
Zəhrimar  da  elə  uzunuydu  ki!  Adımı 
deyirəm.  Ġki  dəfə  gedib  pasportdakı  adımı 
dəyiĢdirmək  fikrinə  də  düĢdüm.  Çünki 
hesablamıĢdım.  Üç-dörd  hərfli  ad  seçsəm 
ən  azı  beĢ  il  qabağa  düĢə  bilərdim. Amma 
idarələr  get-gələ  salannan  sonra  bu 
lüzümsuz  fikrimnən  vaz  keçdim.  Gərginlik 
yaratmağa 
ehtiyac 
yoxuydu, 
canım 
çıxacaqdı  bir  az  çox  yaĢayacaqdım. 
Vəssalam... 
...  Adətən  ―zaman  unutdurur‖  deyirik. 
Bəzən  fərqinə  varırıq  ki,  əslində  zaman 
unutdurmur,  sadəcə  daha  yaxĢı  xatırladır. 
Mənimçün  də  son  iyirmi  səkkiz  il  beləcə 
ötüb keçmiĢdi. Artıq əlli səkkiz yaĢım vardı. 
Həyatda  özümə  görə  ən  böyük  planımı 
reallaĢdırmağın  bir-iki  addımlığındaydım. 
Pulumu  da  artıqlaması  ilə  toplaya 
bilmiĢdim.  Hətta  keçən  həftə  vaxt  tapıb, 
gedib  qəbir  yerimin  də  behini  vermiĢdim. 
Sağ 
olsunlar, 
hissə-hissə 
ödəyə 
bilməyimçün  bir  il  vaxt  da  vermiĢdilər. 
ġəkil  məsələsində  hələ  də  qərara  gələ 
bilməmiĢdim.  Gündə  bir  fikrə  düĢürdüm. 
Rəssama gah at belində, gah sinif otağında, 
gah  da  əlimdə  avtomat,  yaxud  bayraq  olan 
bir  Ģəklimi  çəkməsini  tələb  edirdim.  O  da 
baĢlamırdı  ki,  baĢlamırdı.  ―Məllim,  qəti 
qərara  gəlin,  sonra  baĢlayaq‖,  –  deyib  hər 
dəfə  yola  salırdı. Tərs  kimi  adımı  da  daĢın 
üstünə  yazmırdı  ki,  Ģəkil  böyük  olsa 
yerləĢməz.  Ġndi  baĢa  düĢürəm  ki,  məni 
hərifləyirmiĢ, ütük oğlu ütük... 
Bu  dəfə  zaman  Ģeirlərdə  deyildiyi  kimi  su 
kimi  axıb  getmiĢdi.  Hesablamama  görə 
sonuncu il idi. Bu ili də sağ-salamat iĢləyib 
baĢa  vura  bilsəydim,  hər  Ģey  hazır  idi. 
Kiməsə  borcum  da  qalmayacaqdı.  Rahat, 
adam balası kimi ölə biləcəkdim... 
Çox  yerində  deyiblər  –  sən  saydığını  say, 
gör  fələk  nə  sayır.  Hələ  də  qarıĢdırıram, 
qulağımdakı 
bu 
Ģiddətli 
küy 
sinif 
otağımızdakı  sobada  qoyub  gəldiyim  ―beĢ 
qırx  beĢ‖dən  qalmadı,  yoxsa  baĢdaĢı 
mərmərlərini yonan ustanın dəzgahının səsi. 
Ġndi  fərqinə  varıram,  inanmağım  gəlməsə 
də, bu küy sübh çağı eĢitdiyim qorxunc ana 
bağırtısından qalıb qulaqlarımda... 
 
*** 
Bir  həftə  əvvəl  gecə  cəbhədə  Ģəhid  olan 
əsgərə 
dərs 
demiĢdim. 
Həm 
də 
qonĢumuydu.  Anasının  o  səsi  hələ  də 
qulaqlarımda cingildəyir. Elə bil qadın üç il 
əvvəl  vəfat  etmiĢ  ərinin  əvəzinə  də 
bağırmıĢdı 
tifaqının 
dağılmasına. 
QonĢuların  pıç-pıç  edib  danıĢdıqları  kimi, 
dünyanın  düz  vaxtında  avtomat  gülləsinə 
tuĢ gəlmiĢdi oğlu. ―Bizimkələr öldürüblər‖, 
―ehtiyatsızlıqdan  olub‖,  ―erməni  vurub‖,  – 
bilən-bilməyən hərə bir Ģey danıĢırdı. 
Anaya  –  baĢsız  qalan  təknəfərlik  bu  ailəyə 
bütün  qonĢular  baĢsağlığı  verirdi.  Mənsə 
iyirmi  doqquz  il  iĢləyib  yığdığım  halal 
zəhmətimlə 
yondurduğum 
qırmızı 
mərmərdən  olan  qəbir  daĢlarımı  Ģəhid 
Ģagirdimə bəxĢiĢ elədim. Halal xoĢu olsun! 
Həmin gün eĢidəndə ki, onu ―beĢ qırx beĢ‖ 
ilə vurublar özümü zorla saxladım. Qayıdıb 
keçən  il  özümçün  aldığım  qəbir  yerinə 
gəldim.  Burda  hönkürtü  ilə  ağlasaydım  da 
kimsə  görməzdi.  Təzəcə  qazılmıĢ  xəndəyə 
baxanda  gözlərimə  iĢıq  gəldi.  Qəbrimin 
içində it balalamıĢdı. Onu tanıdım, buranın 
gözətçisinin  iti  idi  –  Bobik.  AltmıĢ  illik 
həyatımda ilk dəfəydi ki, bu qəbiristanlıqda 
kimsə  ölmürdü,  əksinə,  tanıdığım  birinin 
balaları  dünyaya  göz  açırdı.  Sevincimnən 
özümü  itirmiĢdim.  AĢağı  əyilib  Bobikin 
boynunu  qucaqlayıb  üzünnən  öpməyə 
çalıĢdım.  Amma  ha  əyilsəm  də  boyum 
çatmadı... 
p.s.  Və  bir  də  qismətdə  boyum  çatmadığı 
yerdə ölmək var idi... 

                            Üç aylıq ədəbiyyat dərgisi 
63 
Etibar Salmanlı
 
 
 
ASAYĠġ 
   
         Parkda  öpüĢən  və  ya  öpüĢmək 
arzusuyla  alıĢan  cütlüklərə  bircə  baxıĢla 
milli-mənəvi  dəyərlər  aĢılayırdı.  Çünki  o, 
əsl 
asayiĢ 
keĢikçisi 
idi. 
Səhərdən 
―Ulupark‖ın  içində  o  baĢ-bu  baĢa  var-gəl 
edirdi.  Axırda  yorulub  bir  skamyada 
oturmaq istəyəndə, fəvvarəli hovuz tərəfdən 
çığırtı  eĢitdi.  Qızlar-qadınlar  əlində  silah 
olan  adamı  görüb  qaçmağa  baĢlamıĢdılar. 
AsayiĢ keĢikçisi əlini qoburuna atdı, özü də 
skamyanın 
arxasına 
tullanıb 
kömək 
çağırmaq  istədi.  Amma  gördü  ki,  həmin 
vətəndaĢ  kimsəni  yox,  məhz  özünü 
öldürmək istəyir. Bir az ürəkləndi, ürəyində 
―dəlinin  biridir,  məni  də  vurmasın‖  deyə 
dua  edə-edə  o  tərəfə  irəlilədi.  Sakinlər 
ağacların  arasına  doluĢub,  cəsarətli  asayiĢ 
keĢikçisinin 
hovuza 
doğru 
təntənəli 
irəliləyiĢini izləyirdi. 
    –  Ayə,  vətəndaĢ,  bir  əl  saxla.  Dayan 
görüm. EĢitmirsən məni, vətəndaĢ? 
    – Rəis, imkan ver, ölüm də. Ölməyimizə 
də qarıĢırsız artıq? 
    AsayiĢ  keĢikçisinin  vücudunu  yenidən 
həyəcan  bürüdü.  Bu  dəli  özünü  öldürsə, 
polisdə rütbə həsrətiylə iĢlədiyi bütün illəri 
zay olacaqdı. 
    –  Nə  ölmək?  Nə  danıĢırsan?!  Dayan 
bir!...  Niyə  öldürmək  istəyirsən  özünü? 
Ölkəmizdə 
―Birinci 
Trans-Qalaktika 
oyunları‖  keçiriləcəyi  ərəfədə  qan  tökmə. 
Cavan  adamsan,  gələcəyin  var.  Yoxsa  sən 
də 
ölkəmizi 
sevməyənlərin 
qapqara 
dəyirmanına su Ģırıldadırsan? 
   –  Rəis,  nə  oyun?!  BezmiĢəm  daha 
yaĢamaqdan.  Mən  cavan  adam  deyiləm. 
Mənim iki yüzdən çox yaĢım var. 
    –  Ayə,  sən  nə  danıĢırsan?  Nə  içmisən 
axĢam-axĢam?  Ġki  yüz  nədi?  DanıĢ  görüm, 
nə məsələdi. Ciddi bir səbəbin olsa, gedib o 
biri  ərazidə  öldürərsən  özünü.  Mənim 
―uçastka‖ma 
intihar 
eləmək 
qəti 
qadağandır! 
    – 
Rəis, 
yaxĢı, 
baĢıma 
gələnləri 
danıĢacağam, ancaq sən də söz ver ki, icazə 
verəcəksən özümü öldürməyə. 
    –  AsayiĢ  keĢikçisi  heç  vaxt  yalan 
danıĢmaz.  Söz  verirəm.  Amma  o  silahı  sal 
aĢağı. Mənə ver görüm silahı. 
    VətəndaĢ  tapançanı  rəisə  uzatdı.  Ġkisi  də 
hovuzun  kənarında  oturdular,  amma 
aralarında 3-4 metr məsafə var idi. 
   –  Rəis,  deməli,  belə...  Mən  ilk  dəfə  bu 
dünyaya Amerika BirləĢmiĢ ġtatlarında göz 
açmıĢam.  Mən  bu  həyata  mübarizə  üçün 
gəlmiĢəm. 
Həyatım 
boyu 
mübarizə 
aparacağımı,  amma  uğursuz  olacağımı 
anama qoca bir keĢiĢ demiĢdi... 
    Polis qımıĢdı. 
   –  Hə,  anam  da  mənə  hamilə  qalanda 
falçıya getmiĢdi. Falçı da canıyanmıĢ elə bil 
UZĠ-yə baxmıĢdı, o dəqiqə dedi ki, zırrama 
bir oğlun olacaq, amma əli çörəkli olacaq... 
He-he! – sonra özünü topladı, yenidən ciddi 
sima aldı. – hə, danıĢ görüm! 
      PəriĢan  saçları  olan  cavan  intiharçı 
tüklü üzünü qaĢıyıb söhbətə davam etdi: 
     –  Mən  həyatımın  ən  qızıl  illərini 
prezident  Avraham  Linkolnu  qorumağa 
həsr etdim. Hər zaman Avraham Linkolnun 
sağ  əli  olmuĢam.  Tarix  məni  yazmayıb, 
ancaq  mən  tarix  üçün  çox  iĢlər  görmüĢəm. 
Tarixi  mən  yazmıĢam.  –  Həmsöhbətinin 
pıqqıldadığını  görüb  əsəbiləĢdi!  –  Rəis, 
zarafat  eləmirəm!..  Prezident  insan  haqları 
uğrunda  mübarizə  aparanda  dəfələrlə  sui-
qəsd  cəhdləri  olurdu.  Düz  dörd  dəfə 
prezidentimizi  ölümdən  qurtardım.  Hətta 

64
№ 3 (15) Payız 2015 
 
bir dəfə atəĢ açılan tərəfə özümü atıb güllə 
yarası da aldım. 
    – Axırını danıĢ, sonra noldu, eloğlu? – 
    –  Rəis,  tələsmə  də…  Bir  gün  prezident 
teatra  -  premyerası  olan  bir  tamaĢaya 
gedəcəkdi.  UĢaqlıqdan  ədəbiyyata,  teatra, 
kinoya heç marağım olmayıb mənim. O gün 
prezidentin  də  icazəsiylə  iqamətgahda 
qalaraq  istirahət  etdim.  Sağ  istirahət 
eləməyəydim!  Teatrda  prezidentə  sui-qəsd 
oldu,  onu  ağır  yaraladılar.  Özümü  ona 
çatdıranda artıq o da öləcəyini bilirdi. Mən 
o  gecə  yata  bilmədim.  Bütün  gecə  dərin 
düĢüncələrimlə  baĢ-baĢa  qaldım.  Elə  bu 
xəyallarla da yuxuya getmiĢəm… Ayılanda 
Ģoka  düĢdüm.  Əynimdə  zabit  forması  var 
idi.  Divardakı  yazılar,  ətrafdakı  əĢyalardan 
Boliviyada 
– 
kazarmada 
olduğumu 
anladım.  Hövlnak  özümü  kazarmadan 
bayıra  atdım.  Bəli,  mən  zabit  olaraq 
Boliviya 
ordusunda 
idim. 
Güzgüyə 
yaxınlaĢdım.  Sinəmdə  adım  yazılmıĢdı  - 
Mario 
Teran. 
Mən 
Mario 
Teran 
olmuĢdum…  Nə  iĢim  var  idi  axı    Boliviya 
cəngəlliklərində. Mən necə zaman arasında 
səyahət  etmiĢdim  axı?  Hər  Ģey  dəyiĢmiĢdi. 
Geyimlər, əĢyalar, hətta tütün də… Bir neçə 
saat beləcə kazarmanın qarĢısında oturdum, 
siqaret  çəkərək  nə  edəcəyimi  düĢündüm. 
DüĢüncələrimə  hərbi  hissə  komandirinin 
―Hamı sahəyə!‖ əmri son qoydu. 
Sahədə  bizə  əmr  verildi,  əmr  isə  dünya 
səviyyəli  terrorçu  Ernesto  Çe  Gevaranın 
ölüsünü, yaxud dirisini tapmaq idi. 
    –  Ayə,  Teran,  bu  Ernesto  bizim  22-ci 
bölmənin  axtarıĢa  verdiyi  vəhabi  liderdi? 
Uzun saqqalı olan kiĢi? 
    –  Ay  rəis,  sənə  onun  vəhabi  olduğunu 
kim deyib? 
     – Qəzetlər elə yazırdı, Teran. 
     – Rəis, sən qəzet də oxuyursan? Elə Ģey 
yoxdu, o kiĢi heç vəhabi nədir bilməyib. 
     –  YaxĢı  görək,  davam  elə.  Yaman 
maraqlı danıĢırsan. 
     –  Mən  o  zamanlar  Çe  Gevaranın  kim 
olduğu  bilmirdim.  Zabit  yoldaĢlarıma 
qoĢuldum,  axtarıĢa  baĢladıq.  Sən  demə, 
―Xalqlara azadlıq ideyası‖ ilə Ernesto bizim 
torpaqlara  gəlib  çıxıb.  Bizim  Amerika 
xüsusi  kəĢfiyyat  orqanları  tərəfindən  təlim 
keçmiĢ,  ən  son  amerikan  texnikasıyla 
silahlanmıĢ  ordumuz  cəngəllikdə  azmıĢ, 
sadə  xalqın  qorxaraq  kömək  etmədiyi 
əlacsız  partizanları  mühasirəyə  alaraq  Çeni 
əsir  aldı.  Onu  yaxınlıqdakı  kəndlərdən 
birinin  məktəb  binasına  apardıq.  Cəsarətli 
insan  idi.  Ölümün  gözlərinə  qorxmadan 
baxırdı.  Prezidentimizdən  ―öldürün‖  əmri 
gələnə qədər onunla münasibətdə olduq. Bir 
insan axı necə bu qədər öz ideyalarına sadiq 
ola bilər?! Əmr gələndən sonra da heç kim 
onu  edam  etmək  istəmirdi.  PüĢk  atdıq. 
Lənətə  gəlsin,  bu  dəfə  də  mən  əsas  rolu 
oynamalı idim. Silahımı götürüb üzünə son 
dəfə  baxdım.  ―Qorxma,  atəĢ  aç!‖  -  dedi 
mənə.  Arxasına  keçdim,  əllərim  əsirdi. 
Boynunu  niĢan  alıb  atəĢ  açdım.  Mən  onu 
öldürə  bilmədim,  əllərim  əsdiyindən  güllə 
ayağına  dəydi.  Ürəyim  həyacana  tab 
gətirmədi. HuĢumu itirib Çe-nin ayaqlarının 
altına yıxıldım. 
       Polis qımıĢdı: 
       – Teran, səndə yaman istedad görürəm. 
Bəlkə,  səni  rəisimizlə  tanıĢ  edim?  O  da 
ədəbiyyatı,  tarixi  sevir.  Tez-tez  tutulan 
canilərə  otağında  Ģeir  guppuldatmağını  da 
eĢidirik. 
      –  Bəsdir  görək,  rəis.  Mən  ölmək 
istəyirəm. 
      – Bitdi? 
      – Yox! 
     – Onda davam elə. 
     -Gözlərimi  açanda  bu  dəfə  də  yeni  bir 
yerdə  idim.  QarĢımda  bığ  yeri  yenicə 
tərləmiĢ  bir  gənc  oturmuĢdu.  Heç  nə 
anlamadım. Bir neçə dəqiqə əvvəl Boliviya 
cəngəlliyində  idim.  Görəsən,  indi  hara 
düĢmüĢdüm? 
   - Davam elə, polisi necə öldürdün, əclaf? 
   - Mən heç kimi öldürməmiĢəm. 
    - Məqsədiniz nədir? 
    - YaĢamaq, Azadlıq, Ədalət! 
    -  Məqsədiniz  böyük  Türkiyəni  qaranlığa 
gömməkdirmi? Siz ölkənizi sevmirsinizmi? 

Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin