Üç aylıq ədəbiyyat dərgisi №2-3 (18-19)



Yüklə 4.32 Mb.
Pdf просмотр
səhifə1/29
tarix27.06.2017
ölçüsü4.32 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   29

Üç aylıq ədəbiyyat dərgisi  
№ 2-3 (18-19) 
www.yazidergisi.com 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yay-payız - 2016
 

2
№ 4 (16) Yay-payız - 2016
 
 
 
Təsisçi və baş redaktor:  
Azad Qaradərəli 
 
e-mail ünvanımız: 
azadqaradereli@yahoo.com 
 
Dərginin elektron ünvanı: 
www.yazidergisi.com 
 
Facebook ünvanımız: 
http://www.facebook.com/yazıdergisi. 
edebiyyatjurnalı 
 
Dərgi ilə telefon əlaqəsi:  
050-3737121 və 055 -7173403 
  
 
BANK HESABIMIZ: 
  
HESAB SAHİBİ: 
VƏLİYEV AZAD VƏLİ OĞLU 
Hesab nömrəsi: 382100000001713 
VÖEN 1801515182 
İBAN 
AZ75JBBK00000382100000001713 
BANKIN ADI: 
Bank of Baku ASC Neftçilər filialı 
VÖEN 1700038881 
Kod: 507376 
Müxbir hesab 
AZ27NABZ01350100000000007944 
S.W.I.F.T. JBBKAZ22
 
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 
Mətbu nəşrlərin qeydiyyat reyestri №3467 
 
 
 
D
ə
rginin qapaq hiss
ə
sind
ə
  
v
ə
 
içə
risind
ə
  
verilmiş 
 r
ə
sm  
ə
s
ə
rl
əri  ünlü türk rəssamı 
Abidin Dinonundur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Üç aylıq ədəbiyyat dərgisi 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elşən Böyükvənd 
(Güney Azərbaycan) 

4
№ 4 (16) Yay-payız - 2016
 
 
 
Baş redaktordan.......................5 
 
Ədəbiyyat xəbərləri................6-7 
 
Yazıçılarnın arxivindən 
Sabir    Əhmədli    “Yazılmayan  yazı” 
roman, davamı.......................10-18 
 
Poeziya, poeziya 
Sevinc  Elsevər,  Aqşin  Evrən,  Anar 
Həbiboğlu, 
Sara 
Selcan, 
Faiq 
Hüseynbəyli, 
İltimas 
Səmimi, 
Məhəmməd  Tanhu,  İbrahimxəlil, 
Xeyrulla Xəyalın  şeirləri........20-32 
 
İlk addımlar 
Elmar Xəta və Aysel Abdullazadənin 
şeirləri.................................. 34-36 
 
Nəsr. Hekayə, roman 
Ziyad Quluzadə, Vahid Qazi, Eldəniz 
Quliyev,  Orxan  İsmayıl,  Çinarə 
Omray,Nicat 
Həşimzadə, 
Vüsal 
Oğuz, Azad Qaradərəlinin hekayələri 
..............................................37-86 
Yaşar  Bünyad  “İblis  busəsi”(  roman 
davamı) .................................88-105 
 
Güneyin səsi 
Kiyan Xiyavın şeirləri............... 
Şirvani Ədilli “Müasir ədəbiyya-
tımızda güney mövzusu” .....106-109 
 
Çevirmə  
L.Tolstoy, Nazim Hikmət, İ.Brodski, 
A.Rembo, Fazil İskəndər, Berrin 
 
 
 
 
 
 
 Taşın  əsərləri  və  müasir  İran 
şeirindən seçmələr.................111-132 
 
Rezonans 
Ə.Əylislinin  kitab  yarmarkasına 
buraxılmaması.......................133-137 
 
Ədəbiyyat tariximizdən 
Ə.Ağoğlu 
“Sərbəst 
insanlar 
ölkəsində...............................138-161 
 
ƏDƏBİYYAT 
TARİXİMİZİN 
AYIB YERİ 
 M. Rahim “Kontrrevolüsioner, 
kontrabantçı, oğru”
..................161-164 
 
Yaddaş 
Tofiq  Qəhrəmanov  –  70  (dəyirmi 
masa) .................................165-169 
 
Esseistika 
A.Pellegrini,  Niyazi  Mehdi,  Azad 
Qaradərəlinin esseləri...........171-194 
 
Bloq Yazıları 
Fatimə 
Kərimlinin 
bloqundan 
seçmələr................................196-197 
 
Palitra 
Rəssam 
Abidin 
Dinonun 
əsərləri...............................198-199 
 
Yeni nəşrlər ................................200 
 
 
 
 
 
 
 
BU SAYIMIZDA 

Üç aylıq ədəbiyyat dərgisi 

 
  
 
“Yazı”nın 5 yaşı tamam oldu. Düz 18 
nömrə, 3600  səhifə   orjinal  (tərcümələr 
də  orjinal  sayılmalı  məncə)  ədəbi 
material  çap  etmişik.  Çap  etdiyimiz 
gənclərin  bir  çoxu    “Yazı”nın  kəşfi  idi. 
İndi  adları  ədəbi  aləmdə  yaxşı  bəllidir. 
Çevrəmizdə  adlar  var  ki,  dərgimizin 
ətrafında  bir  halə  kimidirlər.  Yəni  onlar 
artıq “Yazı”nın təkcə yaradıcı qrupunun 
üzvləri  deyillər,  həm  də  Azərbaycan 
ədəbi sferasında söz sahibidirlər. 
Dərgimizdə  çap  olunmağın  elə  də 
çətinliyi  yoxdur:  yetər  ki,  istadadla 
yazılmış  əsər  olsun.  Hətta  bu  cür 
əsərlərin pinti redəktəsini də boynumuza 
götürürük. Əlbəttə, buna qəti imkanımız 
olmaya-olmaya.  Amma  çiynini  yük 
altına  verəndə  gərək  təntiməyəsən. 
“Qazı olma,  başın ağrımasın” deyiblər. 
Ən  böyük  çətinliyimiz  maliyə 
problemidir. Amma hələ ki, bunu önləyə 
bilmişik.  Dostların,  “Yazı”sevərlərin 
hesabına  etmişik  bunu.  Hə,  bir  şeyi 
bilin:  hər  adamdan  da  yardım  qəbul 
etmirik.  Ya  gərək  ayrı  tələbdə  olmasın, 
ya  da  çap  etdirmək  istədiyi  yazı 
(özünün,  yaxud    başqasının)    istedadla 
olsun... 
Bu  beş  ildə  Yaradıcı  qrupun  tərkibi 
dəyişdi, yeniləndi. Çıxanlar da bizimdir, 
yeni  gələnlər  də.  Əlbəttə,  tamam  üz 
döndərib  gedənlər  də  oldu.  Uğurlarına 
xeyir. 
Ən  böyük  itkimiz  Yaradıcı  qrupun 
üzvü  Rafiq  Tağının  qətli  oldu.  Ustad 
nasirin  özündən  sonra  xatirəsini  əziz 
tutduq,  yazılar  çap  etdik  haqqında, 
vəfatının  ildönümlərini  qeyd  etdik. 
Amma  bu  boşluğu  heç  nə  ilə  doldura 
bilmədik. 
Bu  gün  əsərləri  dünyada  yetərincə 
çap olunan Əkrəm Əylisli dərgimizçün 
 
 
 
 
xüsusi  olaraq  əsərlər  yazdı.  Bundan 
başqa bir dünya şöhrətli sənətkarımız  
Rüstəm  İbrahimbəyovun  da  əsərini  çap 
etdik. 
Mərhum 
sənətkarımız 
Sabir 
Əhmədlinin  arxivindən  verdiyimiz  nəsr 
nümunələri  oxucularımızın  marağına 
səbəb oldu.  
İlk  nömrəmizdən  bu  yana  Güney  
Azərbaycanın 
qələm 
sahiblərinin 
modern  ədəbiyyat  nümunələrinə  yer 
ayırdıq.  Türkiyədə,  İranda,  ABŞ-da, 
Finlandiyada,  Norveçdə,  Almaniyada 
başqa 
ölkələrdə 
yaşayan 
həmvətənlərimizin  də  yazılarına  diqqət 
göstərdik,  onların  ən  maraqlılarını 
oxucularımıza çatdırdıq. 
Qardaş  Türkiyə  ədəbiyyatına  xüsusi 
yer  ayırmağımız  təsadüfi  deyil.  Bu 
ölkənin  ədəbi  simalarının  dünyaya 
açılması (Nazim Hikmət, Orxan Pamuk, 
Əlif  Şəfəq  və  sair)  onların  daha  özgür, 
daha 
modern 
ədəbiyyatın  yanında 
olduğuna  işarədir.  Biz  də  buna 
söykənərək  qardaş  ölkənin  həm  klassik, 
həm  müasir  ədəbiyyat  xadimlərinin 
əsərlərini dilimizə çevirib oxucularımıza 
çatdırmağı özümüzə borc bildik. 
Dünya  və  rus  ədəbiyyatının  klassik 
və  müasir  ədəbi  qüvvələrinin  ən  seçilən 
nümunələrini 
 
“Yazı”da 
vermək  
məramımıza da sonacan sadiqik. 
Dəyərli 
oxucular! 
Bu 
gün 
Azərbaycan  oxucusu  (həm  də  yazıçısı), 
nə yazıqlar ki, çörəklə imtahana çəkilib. 
Bütün zamanlarda sözdən, ədəbiyyatdan 
qorxan  iqtidar  sahibləri  onun  çəmbərini 
daraldıblar.  Heyhat!  Söz  aşiqləri  nə 
yolla 
olur-olsun 
“Yazı”nı  ayaqda 
tutmaqda 
qərarlıdırlar. 
Bildiririk: 
sonuncu 
“Yazı”sevər 
qalanacan 
dərgimizin nəşrini dayandırmayacağıq.  
Bəsirət gözünüz bağlanmasaın! 
 
BAŞ  REDAKTORDAN
 

6
№ 4 (16) Yay-payız - 2016
ƏDƏBİYYAT         
XƏBƏRLƏRİ 
 
Kanada İnsan  
Haqları Muzeyində 
Mirzə Fətəli Axundov 
   
 
 Muzeydəki 
ilk 
qalereya  “İnsan 
haqları  nədir?” 
adlanır. 
Burda 
“tarixin 
100 
mühüm 
anı” 
təqdim olunur; 
bəşəriyyətin  in-
san  haqları  an-
layışını qavrama-
sında 
irəliyə 
doğru atdığı addımlar divarlarda asılmış 
lövhələrdə qısa mətnlərlə xatırladılıb. Bu 
qalereyada 
həmçinin 
 
ən  qədim 
dövrlərdən  üzü  bəri  insan  haqları 
sahəsində  müstəsna  xidmətləri  olan 
adamların  şəkilləri  (rəsmləri  yaxud 
fotoları) 
asılıb. 
Filosoflar, 
dövlət 
adamları,  ictimai  hərəkatçılar,  və  s. 
təxminən  40-a  yaxın  şəkildir.    19-20-ci 
əsrlərdən  də  bir  xeyli  adamın  şəkilləri 
var.    Keçmiş  SSRI  coğrafiyasından  isə 
Mirzə  Fətəli  Axundovun  şəkli  var! 
Azərbaycan  yazıçısı  və  filosofu,  Islam 
dünyasında  qadın  haqları  məsələsini 
qabardan  ilk  fikir  adamı  kimi  təqdim 
olunur.   
 Kanada  İnsan  Haqları  Muzeyində 
çəkilmiş foto 
Maraqlıdır  ki,  şəkli  də  SSRI  zamanı, 
1962-ci  ildə  150  illik  yubileyi  zamanı  
çıxan  bir  poçt  markasından  götü-rüblər. 
Əslində  şəkil  markanın  çox  iri  ölçüdə 
(asılmış  digər  şəkillərin  ölçüsündə) 
böyüdül-müş 
formasıdır. 
(Xəbərdə 
xaricdə 
yaşayan  soydaşımız  Azər 
Əhmədovun yazısından istifadə olunub.) 
 
Man Booker Beynəlxalq 
mükafatı Koreyalı  
yazıçıya verildi 
 
 
 
İnsan  qəddarlığına  etiraz  olaraq  ət 
yeməkdən  imtina  edən  qadın  haqda 
"Vegetarian"  romanı  2016-cı  ilin  "Man 
Booker"  Beynəlxalq  Kitab  Mükafatını 
qazandı.  
50  min  funt  sterlinqlik  (73  min  ABŞ 
dolları)  mükafatı  romanın  müəllifi 
koreyalı Han Kang qaydaya görə, kitabı 
ingilis 
dilinə 
çevirmiş 
britaniyalı 
tərcüməçiDeborah Smith ilə bölüşür. 
 Londonda  təqdim  olunan  mükafatın 
münsiflərdən biri Boyd Tonkin deyib ki, 
Cənubi Koreyada doğulmuş müəllif Han 
Kang'ın romanı "unudulmaz və orijinal" 
idi. 
 Bu il mükafatın uzun siyahısında 12, 
qısa  siyahısındaOrhan  Pamuk,  Elena 
Ferrante,  Angolan  Wordsmith  Jose 
Eduardo  Agualusa,  Yan  Lianke,  Robert 
Seethaler kimi tanınmış müəlliflərin son 
romanları vardı. 
 Bədii  tərcümə  üzrə  də  ən  böyük 
mükafat  sayılan  Man  Booker-i  qazanan 
"Vegetarian"  romanının  tərcüməçisi 
Deborah  Smith  isə  deyib  ki,  Koreya 
dilini  21  yaşında  öyrənməyə  başlayıb, 
məhz  bu  dili  ona  görə  seçib  ki,  ingilis-
koreya dili tərcüməçisi qıtlığı varmış."O 
zamana  qədər  Koreya  mədəniyyəti  və 

Üç aylıq ədəbiyyat dərgisi 

adamlarıyla 
heç 
bir 
kontaktım 
olmamışdı". 
 "Vegetarian" 
romanı 
Cənubi 
Koreyada  bir  universitetdə  yazıçılıqdan 
(Creative  Writing)  dərs  deyən  Han 
Kang'ın ingilis dilinə tərcümə edilən  ilk 
romanıdır.  O,  bundan  əvvəl  daha  bir 
roman  (Human  Acts)  yazıb.  Xanım 
Kang  nüfuzlu  mükafatı  alan  ilk 
koreyalıdır.  
 
 
İran universitetlərində 
Azərbaycan dili və 
ədəbiyyatı fənni üzrə 
tədrisə başlanılır 
 
 
 
 
İranın  Təhsil  və  Qiymətləndirmə 
Təşkilatı  Universitetlərin  gələn  il  qəbul 
imtahan  proqramına  Azərbaycan  dili  və 
ədəbiyyatı fənnini də əlavə edib. 
 Humanitar  fənlər  üzrə  tələbə  qız  və 
oğlanlar  2016-2017-ci  il  tədris  ilində 
Azərbaycan  dili  fənni  üzrə  də  təhsil  ala 
biləcəklər.  İranın  Elm,  Təhqiqat  və 
Texnologiya  Nazirliyinin  icazəsi  ilə 
Azərbaycan  dili  və  ədəbiyyatı  fənni 
universitetlərdə  bakalavr  pilləsi  üzrə 
tədris  olunacaq.  Bu  fənn  ilk  dəfə  olaraq  
qəbul  imtahanlarında    ərəb,  fars  fənləri 
ilə yan-yana göstəriləcək. 
Qeyd  edək  ki,  İran  Konstitusiyasının 
15  və  19-cu  maddələrində  ana  dilində 
tədris  məsələsi  göstərilib,  lakin  bu  iki 
maddə uzun illər idi ki, icra olunmurdu.  
Prezident Həsən Ruhaninin hökuməti bu 
maddələrin 
icrasına 
başlayıb. 
Konstitusiyanın 
15-ci 
maddəsində 
göstərilir  ki,  “İran  xalqının    rəsmi  yazı 
və  danışıq  dili  fars  dilidir.  Sənədlər, 
yazışmalar,  rəsmi  sənədlər  və  dərsliklər  
bu  dildə  olmalıdır.  Lakin  yerli  danışıq 
dillərindən  mətbuatda  istifadəsi  və 
məktəblərdə  və  universitetlərdə  fars  dili 
ilə yanaşı həmin dillərin tədrisi azaddır”.  
Prezident 
 
Ruhani 
hakimiyyətə 
gəldikdən 
sonra 
 
məktəb 
və 
universitetlərdə 
yerli 
dillərdə 
(Azərbaycanca, kürd, bəluç və türkmən) 
tədrisə icazə verib. (APA) 
 
Nobel laureatlı Orxan 
Pamuk məhkəməyə 
verilib
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yavuz Konuk adlı şəxs, yazıçı Orxan 
Pamukun 
"Qırmızı 
saçlı 
qadın" 
romanının 
114-cü 
səhifəsində 
yazılanların türk əxlaqına zidd olduğunu 
əsas  gətirərək  məhkəməyə  müraciət 
edib. 
O, 
şikayətində 
kitabın 
nəşriyyatlardan,  kitab  mağazalarından 
yığılmasını  və  bu  hissənin  çıxarılmasını 
tələb edib. 
Yavuz  Konuk  ərizəsində  Orxan 
Pamukun  türk  xalqından  üzr  istəməli 
olduğunu da bildirib.  
 
 

8
№ 4 (16) Yay-payız - 2016
 
 
 
 
 
 
 
 
 
 
 
 
  İmzasını yaxşı tanıdığım bir neçə 
görkəmli  yazıçının  bir  yerə  toplaşıb 
“Yazı”  adında  dərgi  yaratması,  bu 
işdə  böyük  yazıçımız  Rafiq  Tağının 
xeyir-duasının  olması,  məndə  ilk 
gündən  bu  dərginin  ciddi  bir  ədəbi 
hadisəyə 
çevriləcəyinə 
ümid 
yaratmışdı. 
Ümidlərimdən 
doğrulanları  da  oldu,  boşa  çıxanları 
da.  Ümidimin  boşa  çıxan  kəsimi 
dərgini 
yaradanların 
ədəbiyyat 
uğrunda  yaratdıqları  birliyi  qoruya 
bilməməkləri  oldu.  Ancaq  məni 
heyrətə 
salan 
və 
ümidlərimi 
doğruldan  cəhət  görkəmli  yazıçı 
Azad  Qaradərəlinin,  çox  vaxt  belə 
hallarda  özünü  göstərən  küskünlüyə 
qapılmaması,  bezib  tutduğu  yoldan 
çəkilməməsi  oldu  və  “Yazı”  dərgisi 
başqanının iç sözünü bilən birisi kimi 
deyə  bilərəm  ki,  Azad  bəyin  bu 
dərgini  indiyədək  yaşada  bilməsi, 
onu  adi  hadisə  olmaqdan  çıxarıb  bir 
ədəbiyyat möcüzəsinə çevirdi. 
  
“Yazı”  dərgisi  nəşrə  başlayanda, 
ortalıqda  hakimiyyətin  qoltuğuna 
sığınan 
rəsmi 
statuslu 
ədəbi 
dərgilərdən  başqa,  hələ  öz  sözünü 
deməkdə  olan  “Alatoran”  dərgisi  də 
var idi və adama elə gəlirdi ki, bu iki 
müstəqil  dərgi  ədəbi  cameənin 
müxtəlif 
təmayüllü, 
müstəqil 
yaradıcılarını 
birləşdirmək 
üçün 
yetərli 
olacaqdır. 
Ancaq 
çox 
keçmədən 
“Alatoran” 
da 
öz 
fəaliyyətini  dayandırdı  və  Azad 
Qaradərəli  heç  bir  maliyyə  dəstəyi 
olmayan,  müstəqil  statuslu  “Yazı” 
dərgisi  ilə  ədəbi  mühitdə  təkbaşına 
qalası oldu. Bax, burada Azad bəyin 
ədəbiyyat  sevgisi  özünün  gücünü 
ortaya  qoydu  və  onun  “öldü  var, 
döndü  yox”  iradəsi  “Yazını”  da  tez 
açıb  tez  solan  ötəri  bir  hadisəyə 
çevrilməkdən qurtara bildi. 
 
Sözün 
düzü, 
Azərbaycandan 
uzaqlarda  yaşadığım  üçün  “Yazı” 
dərgisinin  ətrafında  gedən  prosesləri 
yetərincə  izləmək  imkanım  yoxdur. 
Ancaq  dərginin  gec  də  olsa,  əlimə 
gəlib  çatan  saylarına  baxdıqca,  – 
görülən  işdən  gül  qoxusu  gələr 
deyiminə 
uyğun 
olaraq, 
– 
sevinməmək  olmur.  Ən  başlıcası 
“Yazı”  dərgisi  bu  uzun  illər  ərzində 
onun  başqanının  çalışmaları  ilə  öz 
müstəqilliyini  qoruyub  saxlaya  bildi 
və 
bildiyimə 
görə,  ədəbiyyatın 
maraqlarını  müxtəlif  şirnikləndirici 
təkliflərin  təhrikindən  qoruya  bildi. 
İllərlə  oxucularla  ünsiyyət  qura 
bilməyən  yazıçı  və  şairlərin  “bir 
kitablıq” 
əsərlərinin 
“Yazı” 
dərgisində  yayınlanması  onlar  üçün 
ədəbi mühitə qovuşa bilmək üçün bir 
körpü oldu, rəsmi saytların “qapıdan 
qovduğu”  neçə-neçə  gənclər  “Yazı” 
dərgisinin  umacaqsız  yardımı  ilə 
sözlərini bəlli bir auditoriyaya çatdıra 
bildilər.  
 
 “YAZI”  DƏRGİSİNİN   
5 YAŞI TAMAM OLUR: 
T
Ə
BRİKL
Ə
R, ARZULAR, 
T
Ə
KLİFL
Ə

 

Üç aylıq ədəbiyyat dərgisi 

Kitabın  oxunmadığı,  insanların 
gündəlik  qayğılardan  vaxt  tapıb  öz 
daxili  aləmləri  ilə  məşğul  ola 
bilmədikləri  bir  dönəmdə,  “Yazı” 
dərgisi  gündüz  vaxtı  əlində  çıraqla 
insan  axtarışına  çıxan  Diogensayağı, 
ədəbiyyata  olan  marağı  sönməyə 
qoymamaqla  yanaşı,  həm  də,  ədəbi 
mühitin  canlanmasında  da  özünün 
gərəkli və böyük işini görməkdədir. 
İnanmaq  istərdim  ki,  Azad  bəyin 
başladığı və bütün ağırlığını çiynində 
daşıdığı  bu  böyük  iş  də  boşuna 
getməyəcək,  “Yazı”  dərgisi  tarixin 
sınağından  uğurla  çıxıb,  “Əkinçi”, 
“Molla Nəsrəddin” kimi fundamental 
mətbuat 
abidələrimizin 
sırasında 
özünə  layiq  olan  bir  yer  tuta 
biləcəkdir.         
 
 
 
 
 
 
 
 
Araz  Gündüz 
 
 
 
     (Moskva) 
          
 
 
 
 
 
Qırx  il  bundan  əvvəl  -  1976-cı 
ildə  Bakıda,  o  vaxtkı  APİ-nin  - 
Pedoqoji  İnstitutun  yataqxanasında 
qeyri-formal  da  olsa,  bir  ədəbi 
dərnək  fəaliyyət  göstərirdi.  Onun 
əsas  təşkilatçılarından  biri  Azad  idi. 
O  vaxtlar  bir  şerimi,  bir  hekayəmi 
deməyə  ürək  eləməzdik,  bir  yazımı 
oxumaq istəyirəm deyirdik. 
     Zaman  keçdi,  Azad  Qaradərəli 
təsis  etdiyi  və  baş  redaktoru  olduğu 
jurnalı  "Yazı"  adlandırdı.  Bu  jurnalı 
oxuyan  hər  kəs  müasir  Azərbaycan 
ədəbi  mühitini  tanıdığı  kimi  dünya 
ədəbiyyatı  və  incəsənətinin  sayılıb 
seçilən  simalarından  da  xəbər  tutur. 
Yazının  5  illik  fəaliyyətində jurnalın 
əsas  ağırlığını  çiyinlərində  daşıyan 
dostum Azad Qaradərəliyə və onunla 
əməkdaşlıq  edən  həmkarlarına  daha 
böyük uğurlar arzulayıram.  
 
 
 
            Arif Həkimoğlu 
kino işçisi 
 
 
 
 
 
 
 
  “Yazı” jurnalını ilk çıxdığı gündən 
alıram. 
Gah 
dostum 
Azad 
Qaradərəli  göndərib,  gah  da  özüm 
köşklərdən almışam. Onu deyim ki, 
bu  jurnal  sözün  yaxşı  mənasında 
adamda  bir  asılılıq  yaradır  –  kitab, 
jurnal, mütaliə asılılığı. 
        Belə 
çətin 
zamanda 
bu 
qalınlıqda  jurnal  buraxmaq  hünər 
istər.  O  da  ki,  dostum  Azad 
Qaradərəlidə  və  onun    jurnalının 
redaksiya  heyətinin  üzvlərində. 
Maşallah, 
Türkiyə, 
İsveç, 
Finlandiyadan 
yazanlar 
var 
“Yazı”ya.  İllah  da  Təbrizdən! 
“Yazı”nın  bu  amalı  ürəyimizdən 
xəbər verir. Beş yaşı mübarək olsun!  
 
 
 
 
 
 
 
 
    Ramazan Hüseynov 
 
 
 
 

10
№ 4 (16) Yay-payız - 2016
YAZIÇILARIN 
ARX
İVİNDƏ
 
SABİR ƏHMƏDLİ 
 
 
 
 
 
Yazılmayan yazı 
memuar roman 
 
(Əvvəli ötən saylarımızda) 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə