Tökmə ərintilərinin xalq təssərrüfatında və maşınqayırmada rolu



Yüklə 9,29 Kb.
səhifə1/3
tarix07.01.2024
ölçüsü9,29 Kb.
#205249
  1   2   3
12-ci mühazirə

MARTEN SOBASININ QURULUŞU VƏ İŞ PRİNSİPİ

19-cu əsrin ikinci yarısında sürətlə inkişaf dən sənaye yüksək göstəricilərlə xarakterizə olunan maşın və avadanlıqların yaradılması məsələsini qarşıya qoyur. Bu məsələ isə yalnız yüksək keyfiyyətli poladın tətbiq olunması ilə həll oluna bilərdi. Marten prosesinin meydana gəlməsi ilə polad istehsalında mövcud olan çatışmamazlıqlar qismən və ya təmamilə aradan qaldırılır.

Marten prosesi ilə polad istehsalının mahiyyəti belədir: Marten sobasına müxtəlif təbiətli şixtə materialları (skrap, maye çuqun, filiz və s.) yüklənir, sobanın işlək sahəsində qaz və ya maye yanacağın yanmasından alınan istiliyin hesabına şixtə qızır və əriyir. Belə üsulla poladın alınması fikrini ilk dəfə 1722-ci ildə fransız alimi Reomyur irəli sürmüşdür. O, bu sahədə müəyyən cəhd göstərsə də müsbət nəticələr ala bilməmişdir-sobanın işlək zonasında yüksək temperatur alınmadığından karbonla zəngin dəmir alınmışdır.sobanın işlək hissəsində lazımi temperaturun yaradılması yalnız tüstü qazlarının istiliyini regenerasiya yolu ilə sobaya qaytarmaqla mümkün olmuşdur. Bunu ilk dəfə təcrübi olaraq 1856-cı ildə Vilyam və Fridrix Simens qardaşları göstərmişlər. Burada yanacağın yanmasına lazım olan hava əvvəlcə tüstü qazlarının istiliyi hesabına qızdırılır, sonra isə sobanın yanma zonasına verilir.

Marten sobası Fransız mühəndislərı Emil və Pyer Martenlər ( ata və oğul ) tərəfindən ixtira edilmişdir. Onlar bu qurğunun konstruksiyası qzərində 25 ilə qədər çalışmışlar.

1862 – ci ildə Simens qardaşlaeının təklifi ilə Marten sobasının əsasında regenerasiya prinsipi ilə işləyən yeni soba yaradılmış və 1864-cü ildə Pyer Marten Fransa zavodlarının birində bu prinsiplə işləyən sobada polad əritmişdir. Bu proses Fransada Marten , Almaniyada Simens- Marten prosesi kimi adlandırılır.

Marten əritməsində istifadə edilən şixtənin əsasını çuqun təşkil edir. Deməli Marten prosesində də çuqunun polada çevrilməsi, konvertor prosesində olduğu kimi, karbon, silisium və s. elementlərin oksidləşdirilərək kənar olunması yolu ilə getməlidir. Bu səbəbdən sobada mühit oksidləşdirici xassəli, maye ərinti isə yüksək temperaturlu olmalıdır.


Yüklə 9,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin