357
Üç bin iki yüz yedi beytdürür [3, 173]
Poemanın əvvəli “Bismillahir-rəhmanir-rəhim! Həzə kitabi-qisseyi-Yusif
əleyhüssəlam” ilə başlayır. İlk fəsildə şair iki misradan sonra Yusifin həyatını
təsvir edir. Sonrakı fəsillər bu şəkildə davam edir. Diqqətimizi çəkən cəhətlərdən
biri də bəzi fəsillərin eyniadlı olmalarıdır: “Rücui-qissə”, “Feili-bəyan yəxluq”,
“Rücui-qisseyi-Yusif
əleyhüssəlam”,
“Hədisi-Mustafa-əleyhüs-səlavat-və-s-
səlam”, “Rücui-qisseyi-Yusif əleyhüssəlam”, “Rücui-qisseyi-bəradərani-Yusif və
Yəqub əleyhüssəlam”, “Şeiri-Yəqub-əleyhi-s-səlavat-və-s-səlam”, “Fəsli-Malik
rəbban duşin təbirciyə varub sordı”, “Rücui-bəradəri-Yusuf və Yəqub
əleyhüssəlam”, “Məclisi-əvvəli-Züleyxa doxtər”, “Bir kəz Züleyxa atası evində
yatmış idi, duş gördi”, “Şeiri-Züleyxa”, “Məclisi-salisi-Züleyxa doxtər”, “Şeiri-
Züleyxa xatun”, “Məclisi-qütbü-ğur amədi”, “Hekayət”, “Məclisi-Yusif
əleyhüssəlam müfəssirlər böylə xəbər verdilər”, “Məclisi-Züleyxa xatun”, “Şeiri-
Züleyxa xatun”, “Məclisi-şərabdar”, “Münacati-Yusif əleyhüssəlam”, “Hekayəti-
Yusif
əleyhüssəlam”,
“Münacati-Yusif
əleyhüssəlam”,
“Məclisi-Yusif
əleyhüssəlam”, “Məclisi-Yusif əleyhüssəlam”, “Şeiri-təlifi-kitabi-Fəqih quyəd”,
“Hekayəti-Yusif
əleyhüssəlam”,
“Hekayəti-təzvici-Züleyxa
məaYusif
əleyhüssəlam”, “Şeiri Fəqih”, “Hekayəti-Yəqub Nəbi əleyhüssəlam”, “Şeiri-Yusif
əleyhüssəlam”, “Qisseyi-Yusif əleyhüssəlam”, “Hekayəti-Yusif əleyhüssəlam”,
“Hekayəti-Yusif əleyhüssəlam”, “Hekayəti-Yusif əleyhüssəlam”, “Böhtan etdilər
Yusifin
qardaşləri”,
“Hekayəti-Yusif
əleyhüssəlam”,
“Hekayəti-Yusif
əleyhüssəlam”, “Qisseyi-Yəqub əleyhüssəlam”, “Hekayəti-Yusif əleyhüssəlam”,
“Hekayəti-Yusif əleyhüssəlam”, “Hekayəti-Bəşir”, “Şeiri-Yəqub əleyhüssəlam”,
“Hekayəti-Yusif əleyhüssəlam”, “Hekayət”, “Hekayəti-Züleyxa”
Yuxarıda qeyd etdiklərimizdən görünür ki, Suli Fəqih poemada fəsillərin
adlandırılmasında həm türk, həm fars, həm də ərəb dilinə aid sözlərdən və
ifadələrdən istifadə etmişdir. Bu cür məharət yalnız hər üç dilin (Azərbaycan-türk,
fars və ərəb) bütün qayda-qanunlarını mükəmməl bilən bir söz sahibinə aid ola
bilər.
Poemanın quruluşu sadədir. Əsərdə nəzmə çəkilən obrazların daxili
həyəcanları, mühitə münasibətləri sadə, canlı təsvirlə verilmiş, cümlələr hər bir
obrazın xarakterinə uyğun seçilmişdir. Şair poemada 12 qəzəldən istifadə etməklə
qəhrəmanın daxili aləmini aça bilmişdir.
Epik şeiri ənənəsi mövzu cəhətdən də maraqlıdır. Suli Fəqihin müraciət etdiyi
xalq şeiri üslubunda yaranan “Yusif və Züleyxa”, demək olar ki, xalq arasında
sevilib-seçilən mövzulardan olmuşdur. Şair bu əsəri yazarkən xalq arasında
yayılmış variantdan istifadə etmişdir. Ədəbiyyatşünas alim qeyd edir:
Dostları ilə paylaş: