Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi


Ağ neftin və digər yanar mayelərin satışında yanğın təhlükəsizliyi tədbirləri



Yüklə 406 Kb.
səhifə10/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
tic mues teh qay

4.3. Ağ neftin və digər yanar mayelərin satışında yanğın təhlükəsizliyi tədbirləri

4.3.1. Ağ neft və digər yanar mayelərin satılmasına və saxlanılmasına yanmayan materiallardan hazırlanmış mühafizə konstruksiyaları olan ayrıca yerləşən binalarda icazə verilir.

4.3.2. Ticarət zalları yanmayan arakəsmələr vasitəsi ilə yanar mayelərlə dolu çənlərin, yaxud qabların yerləşdirildiyi otaqlardan ayrılmalıdırlar.

4.3.3. Rezervuarlardan yanar mayenin paylama çəninə verildiyi boru kəməri hərəkətsiz bərkidilməli və onun üzərində paylama çəninin yanında ventil olmalıdır. Belə ventildən biri də boruda rezervuara yaxın qoyulmalıdır. Paylama çəninin həcmi 100 litrdən çox olmamalıdır. Çənin qurulduğu yer elə abadlaşdırılmalıdır ki, ağ neft satılan zaman yerə tökülməsin. Yanar mayenin ötürülməsi və saxlanılması üçün çənlər və boru kəmərləri ən azı iki yerdə etibarlı torpaqla birləşdirilməlidir. Torpaqlanmanın etibarlılığı ildə bir dəfədən az olmayaraq elektrik müqavimətinin ölçülməsi yolu ilə yoxlanılmalıdır.

4.3.4. Ağ neftin satıldığı mağazaların nəzdindəki anbarlarda ağ neftin həcmi 5 kub.m-dən çox olmayan çənlərdə, yaxud rezervuarlarda saxlanılmasına icazə verilir.

4.3.5. Ağ neftin buraxılması üçün nəzərdə tutulan piştaxtanın üstünə qığılcım verməyən metal təbəqə vurulmalıdır ki, hər hansı zərbə zamanı qığılcım törənməsin. Neftölçən cihazların qurulduğu mağazalarda piştaxtaların qurulması vacib deyildir.

4.3.6. Mağazalarda və anbarlarda döşəmələr yanmayan və oyuqlu olmalı, qapı boşluqlarında yanmayan astanalar, yaxud elə panduslar qoyulmalıdır ki, qəza hallarında bütün saxlanılan mayelər ora yerləşə bilsin.

4.3.7. Ağ neftin avtosisternalardan satışı ərazi relyefinin nəzərə alınması şərti ilə ən yaxın binadan ən azı 15 metr aralı məsafədə satılmalıdır.

4.3.8. Ağ neftin pərakəndə ticarəti üçün nəzərdə tutulan otaqlarda qablaşdırma materiallarının saxlanılmasına icazə verilmir.

4.3.9. Yanar mayelər satılan binalarda sobaların qurulması qadağan edilir.

4.3.10. Tezalışan və yanar mayelərdən boşalan taralar yalnız xüsusi mühafizə olunmuş (çəpərlənmiş) meydançalarda saxlanıla bilər.


Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin