Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə6/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   2   3   4   5   6   7   8   9   ...   59
biootibbi diaqnostika muhazire

Yarımkeçiricilər – Bunlar daxilində elektronların enerji dəyişmələrinin şüalanma ilə müşayiət olunmasıyla xarakterizə olunurlar. Yarımkeçirici lazerlər çox yığcamdır. Onlardan məişətdə geniş istifadə edilir. Onlar elektriklə yüklənən lazer diodlarıdır. Lazer diodlarının gücü yaxşı şüalanmada bir vattdan azdır. Multimod diodları pis şüalanmada 10 V-dan aşağı güc tələb edirlər. Bir çip (təx. 0,1 × 1 × 10 mm) daxilində cəmlənmiş lazer diodları bir-biri ilə inteqrasiya oluna bilirlər. Müxtəlif dalğa uzunluğuna, qütbləşdirmə qurğularına malik diodları keyfiyyət itirməsi olmadan bir-biri ilə birləşdirmək olur. Beləliklə 10 kV-dan çox güc alınır.

1917-ci ildə Albert Eynşteyn absorbsiyanın əksi olaraq işığın stimulyasiya olunmuş emissiyasını izah edir. Uzun müddət bu effektin işıq sahəsinin gücləndirilməsi üçün tətbiq edilməsi müəmmalı qalmışdır. Uzun tədqiqatlardan sonra yalnız 1960-cı ildə Teodor Mayman Hyuz şirkətinin laboratoriyasında (Kaliforniya ştatı, ABŞ) Kolumbiya Universiteti və BELL firmasının əməkdaşları ilə birlikdə ilk işləyən lazer düzəltmişdir. Mayman 694 nanometr dalğa uzunluğuna malik qırmızı işıq verən rubin içlikdən istifadə etmişdir. Eyni vaxtda iranlı fizik Əli Yavan qaz lazerini nümayiş etdirir. Sonralar bu işinə görə Albert Eynşteyn mükafatına layiq görülür.

1980-ci illərdə yarımkeçiricilər texnologiyası uzunömürlü və yüksək keyfiyyətli lazer diodlarının hazırlanmasına imkan yaradır. Bunlar kiçik güc ilə CD və DVD oxuyucularında və ya optik lifli verilənlər şəbəkəsində tətbiq oluna bilirlər. Onlar getdikcə inkişaf edərək kVt sahəsinə yaxınlaşaraq nasos enerji mənbəsi kimi aşağı gücə malik lampa həyəcanlandırıcıları əvəz etməyə başlamışlar.

1990-cı illərdə lazerlər daha da təkmilləşdirilərək lövhə və lifli lazerlər üçün yeni həndəsələrin yaranmasına imkan yaradır. Lifli lazerlər əsrin sonunda hazırlama texnologiyasının imkanları sayəsində geniş tətbiq olunaraq 20 kV-a qədər güc yaratmağa nail olmuşlar. Onlar material emalında tətbiqini taparaq CO2, Nd:YAG lazerlərini sıxışdırırlar.



XXI əsrin əvvəlində rentgen sahəsində attosaniyə impulslarını yaratmaq üçün qeyri-səlis effektdən istifadə edilməyə başlanır. Bununla atomun daxilində vaxt axınını müşahidə etmək mümkün olur.

Hal-hazırda lazer sənaye, kommunikasiya, elm və elektronika sahəsində mühüm əhəmiyyətə malik bir alətə çevrilmişdir.



lazerdən tibbin müxtəlif sahələrində, o cümlədən oftalmologiyada qlaukoma və arxa göz seqmenti cərrahiyyəsində, otolarinqologiyada qırtlaq və daxili qulaq cərrahiyyəsində, ümumi cərrahiyyədə qan duruldulması üçün və kəsici alət olaraq istifadə edilir. lazerdən plastik cərrahiyyədə və dermatologiyada da istifadə olunur. 

"Lazer kəsici, qan durulducu kimi istifadə olunmaqla yanaşı, dərinin dermabraziyası və həmçinin çapıq cilalanması, piqment ləkələrinin çıxardılması istənilməyən tüklərin alınması, ziyil və papillomaların yandırılmasında, kapilyar malformasiyalar və tatuajın çıxarılması məqsədilə istifadə olunur".


Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin