formaları.
PLAN
1.Hüceyrə zədələnməsi.
2.Mikrosirkulyasiyanın və periferik qan dövranının pozulması.
3.İltihab.
4.Qızdırma.
Hüceyrə və toxumlardakı patoloji proseslərin,patoloji və mühafizə reaksiyalarının
təkamül prosesində formalaşmış daimi kombinasiyaları tipik patoloji proses adlanır.
BƏdəndəki hər hansı patoloji proses ilk növbədə hüceyrələrin zədələnməsi ilə
başlanır.Xəstəliktörədici amillərin təsirindən hüceyrənin quruluşunun və
funksiyalarının pozulmaına hüceyrə zədələnməsi deyilir.Hüceyrə zədələnməsinin
səbəbləri həddindən artıq çoxdur.Onlar müxtəlif prinsiplər üzrə qruplaşdırmaq
olar.İlk növbədə fiziki,kimyəvi,bioloji amillər ayırd edilir.Bunlar ekzogen və ya
endogen ola bilər.hüceyrə infeksiyon və qeyri-infeksiyon amillər də zədələyə bilər.
Hüceyrəni
zədələyən
fiziki
amillər
özləri
də
çox
müxtəlifdir:mexaniki,elektrik,radiasion
amillər,sərbəst
radikallar,elektromaqnit
dalğalar və s..
Kimyəvi amillərə üzvi və qeyri-üzvi turşu və qəlivələr,ağır metal duzlar,sitotoksik
birləşmələr,pozulmuş maddələr mübadiləsinin məhsulları və s.aiddir.Bir sıra
dərmanlar düzgün tətbiq edilmədikdə,xüsusən dozası artıq götürüldükdə,hüceyrələri
zədəliyir.
Ən
müxtəlif
bioloji
amillər
orqanizmə
infeksiyon(viruslar,rikketsiyalar,mikroorqanizimlər,göbələklər),parazitlər(bağırsaq
qurdları),toksik(ilan,əqrəb,arı və s.),mexaniki(heyvanların dişləməsi,buynuzla
vurması və s.)təsirlər göstərməklə hüceyrələri zədələyə bilər.
Hüceyrə zədələnməsinin patogenezinə bunlar aiddir:
1.Hüceyrə membranın zədələnməsi:
2.Hüceyrənin ferment sistemlərinin zəifləməsi:
3.Hüceyrədə gedən proseslərin enerji təchizatının pozulması:
4.Hüceyrədə ionlar maye arasındakı balansın pozulması:
5.Hüceyrədaxili tənzim mexanizimlərinin fəaliyyətinin pozulması:
Dostları ilə paylaş: |