Xəstənin dərman preparatına həsaslığını yoxlamaq üçün iynə hansı nahiyəyə vurulur?
Əzələ daxilinə
Dəri altına
Dəri içinə
Vena daxilinə
Göstərilən bütün nahiyələrə
İnyeksiya zamanı orqanizmin dərmana,əsasən də antibiotiklərə reaksiyasını yoxlamaq üçün 0,01 ml dərman 15mm uzunluqlu iynə ilə dəri içinə yeridilir. Əgər xəstənin orqanizmi dərmana reaksiya verərsə həmin yer qızarır, şişir, hərarəti digər nahiyələrdən yüksək olur.Bu yerli reaksiya olduğundan ağır allergik fəsada səbəb olmur.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.48 “ Çıraq”2008.