Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ tibbi yardım göstərilir? -
Təkmilləşmiş həkim yardımı
-
İlk həkim yardımı
-
İlk yardım
-
Xüsusiləşdirilmiş yardım
-
İxtisaslaşmış yardım
İlk tibbi yardım zədələnmə ocağında qanaxmanın və ağrının qarşısını almaq üçün aparılır. İlk tibbi yardım dəqiq və hərtərəfli düzgün aparıldıqda ölümün və ağırlaşmaların sayı azalır.
Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76
-
Sudaboğulan şəxsə ilk tibbi yardım hansı ardıcıllıqla göstərilməlidir? -
Dərman müalicəsi
-
Ağ ciyərlərin süni ventilyasiyası
-
Ürəyin qapalı masajı
-
Bədənin isidilməsi
-
Sudan çıxarmaq və ağız boşluğundan yad cisimləri xaric etmək
-
Ürəyin açıq masajı A) 5, 2, 3
B) 2, 3, 4,
C) 4, 5, 6
D) 1, 4, 5
E) 1, 5, 6
Suda boğulan şəxsə yardım göstərilərkən ilk növbədə tənəffüs yollarının keçiriciliyi bərpa edilməlidir:Şəxs sudan çıxarlır,ağız boşluğundakı yad cismlər xaric edilir, süni tənəffüs verilir,ürəyin qapalı masajı həyata keçirilir.
Ədəbiyyat:Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.465-466 Москва 1988
-
Dostları ilə paylaş: |