Qida rasionunda uzun müddət askorbin turşusu çatışmazlığı hansı xəstəliyin yaranmasına səbəb olur? -
Pellaqra
-
Beri - beri
-
Ariboflavinoz
-
Sinqa
-
Hemeralopiya
Qida rasionunda uzun müddət askorbin turşusunun olmaması Sinqa xəstəliyini əmələ gətirir.
Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.51
-
Südəmər uşaq əmizdirildikdən sonra qusursa nə etməli? -
Su verilir, qarına isitqac qoyulur
-
Üfüqi vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
-
Vertikal vəziyyətdə tutub sonra böyrü üstə uzandırılır
-
İmalə edilir
-
Dərmanlar təyin edilir
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır. Belə etdikdə, uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.
Ədəbiyyat: N.Tağıyev, “Neonatologiya”, Bakı 2007 səh 135
-
Dostları ilə paylaş: |