Yenidoğulmuşlarda dərinin infeksion xəstəliklərinə nə aiddir?
Bişməcə
Teleangioektaziya
Yenidoğulmuşun qovuqcuqlu xəstəliyi
Omfalit
Tərlilik
Yenidoğulmuşlarda dəri və selikli qışalar zərif və tez zədələnən olur. Bu səbəbdən də onlara qulluq ehtiyatla aparılmalıdır. Əgər dəriyə düzgün qulluq edilməzsə, dərinin tamlığı pozularsa, dəridən infeksiya keçərək dərinin infeksion xəstəliyini : yenidoğulmuşun qovuqcuqlu xəstəliyi( vezikulopustuloz)əmələ gətirir.
N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 183 .
Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?
Vaxtından gec doğulanlar
Vaxtında doğulanlar
Vaxtından əvvəl doğulmuşlar
Çox döllü hamiləlik
Çox saylı hamiləlik
Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır. Mərkəzi sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən belə uşaqlarda bir sıra funksional pozğunluqlar meydana çıxır. Belə uşaqlarda tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128.
Dostları ilə paylaş: |