Xəstə civəli termometri sındırdıqda tibb bacısı nə etməlidir?
Qalıqları hermetik qaba yığmalı və sanitar- epidemioloji stansiyaya (SES-ə) xəbər verməli
Qaqlıqları yaş tamponla yığıb, zibil qutusuna atmalı
Qalıqları su ilə axıtmalı
Qalıqları tozsoran ilə yığmalı
Civə dağılan yeri furasilin məhlulu ilə silməli
Civə zəhərli maddə olduğu üçün onun ətrafa yayılması insanlar və ətraf mühit üçün çox təhlükəlidir. Ona görədə tibb bacısı sınmış termometrin qalıqlarını hermetik qaba yığıb SES-ə məlumat verməlidir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.96 “Azərnəşr” Bakı 1984