Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 32.82 Mb.
Pdf просмотр
səhifə9/16
tarix26.07.2017
ölçüsü32.82 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

USTAD 
dərgisi \ Fevral 2016
Çardaqda karton qutuda uşaqlığıma aid 
bəzi əşyalar tapmış və mənə – Naqanoya 
göndərmişdi. Çoxu istifadəyə yararsız əşyalar 
olsa da, içində K.-nın çəkib mənə verdiyi 
rəsmlərdən ibarət bir qutu da var idi. Yəqin 
ki, valideynlərim K.-dan yadigar qaldığından 
onu mənim üçün qoruyub-saxlamışdılar. 
Ancaq bu rəsmlər içimdəki qorxunu 
oyatmaqdan başqa heç bir işə yaramadılar. 
Elə bilirdim K.-nın ruhu geri qayıdıb 
rəsmlərdə canlanacaq... Buna görə də onları 
atmaq üçün yenidən qutuya qoydum. Ancaq 
heç cür ata bilmədim.
Bir neçə gün davam edən qərarsızlıqdan 
sonra qutunu yenidən açdım və özümü 
saatlarla K.-nın əl işlərinə baxmağa məcbur 
etdim. Əksəriyyəti mənzərə rəsmləri idi.  
Kağızlarda okeanın tanış sahili, şam ağacları 
və bizim şəhər təsvir olunurdu. Hamısı da 
K.-nın əlinin rəngində və şəffaflığında idilər. 
Üstündən illər keçməsinə baxmayaraq, 
onlar hələ də heyranedici dərəcədə canlı 
idilər və yaddaşımda olandan daha təsirli 
görünürdülər. 
Qutudakı rəsmlər içimdəki isti xatirələri 
yenidən oyatdı. Balaca K.-nın dərin 
hisləri, dünyaya baxışı bu şəkillərdə öz 
əksini tapmışdı. Birlikdə etdiyimiz şeyləri, 
getdiyimiz yerləri sürətlə xatırlamağa 
başladım. Və gözlərinin gözlərim olduğunu, 
birlikdə gəzdiyimiz vaxtlarda dünyaya onun 
canlı, qəmsiz  baxışı ilə baxdığımı anladım. 
Ondan sonra işdən qayıdanda hər gün K.-nın 
şəkillərini nəzərdən keçirməyə adət etdim. 
Hər bir əsərinə oturub saatlarla baxırdım. 
Həmişə də uşaqlığıma aid uzun müddətdir ki, 
beynimdə gizlətdiyim bir mənzərəni tapırdım. 
K.-nın əl işinə baxdıqca beynimə bəzi 
şeylərin yayıldığını hiss edirdim. Təxmini 
bir neçə həftə bu cür davam etdikdən sonra 
günlərin birində ağlıma bir fikir gəldi: İllərdir 
dəhşətli bir səhvə yol verirdim. Dalğanın 
ucunda uzanarkən K. mənə nifrətlə və 
yaxud da incik-incik baxmırdı, məni özü ilə 
aparmaq istəmirdi. Gözlərini mənə zilləyərək 
gülümsəməsi də, təsadüfən, ya da  işıq və 
kölgənin düşmə bucağının təsirindən əmələ 
gəlmiş ola bilərdi. Bu, K.-nın bilərəkdən 
etdiyi bir hərəkət deyildi. Çox güman ki, 
onda artıq dərketmə qabiliyyətini itirmişdi, 
sanki ömürlük ayrıldığımıza görə mənə 
xəfifcə gülümsəyirdi. Bəlkə də, üzündə 
gördüyümü zənn etdiyim kəskin nifrət 
baxışı həmin anda məni ələ keçirmiş dərin 
qorxunun əksindən başqa bir şey deyilmiş. 
O axşam K.-nın əsərlərinə baxdıqca yeni 
düşüncələrimə daha çox inandım. Rəsmə 
nə qədər çox baxsam da, bir uşağın zərif və 
təmiz ruhundan başqa heç nə tapa bilmədim.
Uzun müddət yazı masamda  oturdum. 
Edə biləcəyim başqa heç nə yox idi. Günəş 
batdı və axşamın solğun qaranlığı otağı 
bürüməyə başladı. Sonra ətrafa gecənin 
dərin səssizliyi çökdü. Elə bil, sonsuzluğa 
qədər belə davam edəcəkdi. Nəhayət, 
vəziyyət dəyişdi və qaranlıq  öz yerini dan 
yerinin şəfəqlərinə verdi. Yeni bir günün 
günəşi səmanı çəhrayı rəngə boyadı. Məhz 
həmin anda geri qayıtmalı olduğuma qərar 
verdim. Bir neçə əşyamı çantaya atdım, işə 
gəlməyəcəyimi demək üçün şirkətə zəng 
etdim və köhnə şəhərimə qayıtmaq üçün 
qatara mindim. 
O sakit, kiçik sahil qəsəbəsi xatirələrimdə 
olduğu kimi deyildi, çox dəyişmişdi. 60-cı 
illərdə qısa müddət ərzində sürətlə inkişaf 
edən sənaye şəhəri yaranmış, görünüşü 
fərqli olmuşdu. Stansiyanın yanındakı balaca 
hədiyyə dükanı ticarət mərkəzinə çevrilmişdi, 
şəhərin yeganə kinoteatrı indi supermarket 
kimi fəaliyyət göstərirdi. Evim uzun müddət 
idi ki, yox idi. Bir neçə ay əvvəl sökülmüş, 
torpağına qədər qaşınmışdı. Bağdakı bütün 
ağaclar kəsilmiş, qara torpağın üstündə bir 
çəngə ot belə qalmamışdı. K.-nın keçmiş evi 
də yox olmuş, yerində maşın və kamazlarla 
dolu beton avtopark tikilmişdi. Amma 
kövrəlmədim. Onsuz da qəsəbə uzun müddət 
idi ki, mənim deyildi. 
Sahilə tərəf getdim və sahilbəndin 
pilləkənləri ilə yuxarı dırmaşdım. O 
biri tərəfdə, həmişəki kimi okean gözlə 
görünə bildiyi qədər – üfüq xətti boyunca 
maneəsiz şəkildə yayılmışdı. Sahil də heç 
dəyişməmişdi: uzun qumsallıq, şappıldayan 
dalğalar, suyun kənarında gəzişən insanlar... 
Saat 4-ü keçirdi və günortanın ahəstə 
günəşi üzü qərbə tərəf yavaş-yavaş 

tərcümə guşəsi
57
USTAD 
dərgisi \ Fevral 2016
56
USTAD 
dərgisi \ Fevral 2016
xəyalpərəst addımlarla irəliləyirdi. Batarkən 
də ətrafındakı hər şeyi öz ağuşuna alırdı. 
Çantamı qumların üstünə atdım və 
oturdum... Səssizcə sakit dəniz mənzərəsinə 
tamaşa edirdim. Nə vaxtsa nəhəng bir 
qasırğanın gördüyüm bu səhnəni məhv 
etdiyini, böyük bir dalğanın dünyadakı 
ən yaxın dostumu udduğunu təssəvür 
etmək mümkün deyildi. Çox güman ki, 
həmin qorxunc hadisəni xatırlayan kimsə 
qalmamışdı. Elə bil, hiss etdiyim hər şey 
xırda detallarına qədər uydurduğum xəyal idi. 
Və elə o an içimdəki dərin qaranlığın 
qeyb olduğunu duydum. Qəflətən gəldiyi kimi 
yoxa çıxdı.... Oturduğum yerdən qalxdım 
və ayaqqabılarımı çıxarmağa, ya da şalvarın 
balağını yuxarı qatlamağa ehtiyac duymadan 
ləpədöyənə tərəf getdim. Topuğuma qədər 
dalğaların içinə girdim. Mən uşaq ikən 
sahili yuyan dalğalar indi də sanki barışmaq 
istərcəsinə nəvazişlə  ayaqlarımı yalayır, qara 
ayaqqabımı və balağımı isladırdı. 
Əvvəlcə kiçik bir dalğa gəldi, sonra 
uzun fasilə çökdü, sonrasında isə növbəti 
dalğa... Və geri qayıtdı... Yanımdan keçən 
insanlar təəccüblə gözlərini mənə zilləyirdilər, 
ancaq vecimə də deyildi.
 
Səmaya baxırdım. 
Göydən bir neçə hərəkətsiz, boz, toppuş 
bulud asılmışdı. Sanki, illərdir orada məni 
gözləyirdilər. Ancaq niyə bu cür hiss 
etdiyimi bilmirdim... Tufanın “gözündə” 
olanda da başımı qaldırıb göyə baxdığımı 
xatırlayırdım. Sonra zamanın məhvəri içimdə 
dartılaraq yaşadığım qırx ili sökük ev kimi 
çökdürdü. Burulğan kimi keçmişlə indini 
birlikdə fırlanan kütlə tək qarışdırdı. Bütün 
səslər öləzidi, ətrafımdakı işıq parçalandı. 
Müvazinətimi itirdim və dalğaların içinə 
yuvarlandım. Ürəyim boğazımda döyünürdü. 
Əl-ayağım boşalmışdı. Uzun müddət 
üzüqoylu suda qaldım. Ancaq qorxmadım. 
Heç bir qorxu hiss etmədim. Artıq məni 
qorxudacaq  bir şey yox idi. O günlər 
keçmişdə qalmışdı. 
Bu hadisədən sonra bir də dəhşətli 
qarabasmaları görmədim. Daha heç gecənin 
bir yarısında qışqıraraq oyanmıram da. Artıq 
həyata yenidən başlamağa çalışıram. Bəli, 
bunun üçün gecikdiyimi bilirəm. Yaşamaq 
üçün çox vaxtm olmaya bilər. Ancaq 
gec olsa da, nəhayət ki, nicat tapdığım, 
yaxşılaşmağa başladığım üçün şükr edirəm. 
Bəli, şükr edirəm: Həyatımın sonuna 
qədər xilas olmaya, qaranlıqdan qorxaraq 
qışqırmağa davam edə bilərdim.
Yeddinci adam susdu və bir-bir gözlərini 
ətrafdakılara zilləyərək baxdı. Heç kim nə 
danışır, nə də hərəkət edirdi. Elə bil, nəfəs 
də almırdılar. Hamı hekayənin davamını 
gözləyirdi. Çöldəki külək kəsmişdi. Artıq heç 
bir şey qımıldanmırdı.
Yeddinci adam əli ilə yenidən köynəyinin 
yaxalığını dartışdırdı. Sanki deyəcəyi sözləri 
axtarırdı. 
“Onlar bizə qorxmalı olduğumuz tək 
şeyin qorxu olduğunu deyirlər. Ancaq mən 
buna inanmıram”, – o dedi. Bir saniyə sonra 
əlavə etdi: “Düzdür, qorxu var. O, müxtəlif 
vaxtlarda və formalarda gəlir və bizi boğur.  
Lakin qorxunun bizi hədələdiyi vaxtlarda edə 
biləcəyimiz ən pis şey arxamızı ona çevirib, 
gözlərimizi yummaqdır. Belə olduqda, 
içimizdəki ən dəyərli şeyi təhvil verib, başqa 
bir şeylə əvəzləyirik. Mənim vəziyyətimdə o 
başqa şeyin adı dalğa idi”.
İngilis dilindən çevirdi: 
Rövşən Danyeri

türkün sözü
59
USTAD 
dərgisi \ Fevral 2016
58
USTAD 
dərgisi \ Fevral 2016
Böyük
 
çölün
 
      böyük
  
oğlu
Elxan Zal
S
abit Dosanov çağdaş  qazax 
ədəbiyyatının ünlü isimlərindən 
biridir. Onun əsərləri yalnız 
Qazaxıstanda deyil, onun hüdudlarından 
kənarda da məşhurluq qazanıb. Əsasən 
realist romanlar müəllifi kimi tanınan yazıçı 
demək olar ki, ədəbiyyatın bütün janrlarında 
əsərlər yazıb. Yaradıcılığına şeirlə başlayan 
S.Dosanov, sonradan qələmini roman, dram, 
publisistika, esse kimi janrlarda da uğurla 
sınamışdır. Əsərlərini qazax dilində yazıb. 
Məlum olduğu kimi, Sovetlər dönəmində 
Qazaxıstanda qazax dilinə böyük bir basqı 
vardı və rus dilində yazan müəlliflər daha 
çox uğur qazanırdı. Amma Sabit Dosanov 
asan uğur qazanmaq yolunu seçmədi, o 
qazax yazıçıları Muxtar Auezov kimi, Sabit 
Mukanov  kimi, Berik Şaxanox kimi doğma 
dilin yaşadılması və inkişaf etdirilməsi yolunu 
seçdi. Nəhayətsiz bozqırlara səpələnmiş 
qazax xalqının həyatını, ənənələrini, yaşadığı 
ağrı-acını özündə əks etdirən gözəl romanlar 
yazdı. 
Qazaxlar Sovet dönəmində böyük 
məşəqqətlər çəkmiş xalqlardan biridir. 20- 
ci yüzilin 20-30-cu illərində qazax xalqının 
yüzdə yetmişi repressiyalardan və aclıqdan 
məhv olub. Sovet rəhbərləri döyüşkən 
köçəriləri əkinçilərə çevirmək istəyərək 
onların malını, mülkünü əllərindən alırdı, 
yüz minlərlə insan acından öldü. Sonra boş 
qalmış yerlərə başqa xalqları köçürməyə 
başladılar. Beləliklə də qazaxlar öz 
ölkələrində azlığa çevrildilər. Fəqət içlərindəki 
türk ruhu onları sınmağa qoymadı. Çoxillik 
əsirlikdən sonra onlar yenə də Doğudan 
Batıya, Güneydən Qüzeyə min kilometrlərlə 
uzanan Böyük Çölün sahibinə çevrildilər. 
Ruhu azad olan əsir olamaz. Azad ruh 
həmişə azadlığın peşindədir. 
Sabit Dosanovun “Ağ aruana” əsərinin 
qayəsi budur. Yad ellərə aparılmış aruana 
– dişi dəvə bir an da olsun doğma çölləri 
unuda bilmir, daima əsirlikdən qaçmaq 
SABİT
DOSANOV

türkün  sözü
59
USTAD 
dərgisi \ Fevral 2016
58
USTAD 
dərgisi \ Fevral 2016
barədə düşünür və sonda bütün təhlükələrə 
sinə gərib doğma yerlərə, vətəninə qayıdır. 
Müəllif ağ dəvənin timsalında öz xalqının 
azadlıq arzularını ölməz bir nəğməyə çevirə 
bilib. Bu əsər rus dilinə çevrilib Moskvada 
nəşr olunandan sonra müəllifə böyük 
şöhrət qazandırıb. Müxtəlif dünya dillərinə 
çevrilib. Onun digər əsərləri də öz xalqının 
keçmişinin, bu gününün, gələcəyinin ustalıqla 
qələmə alınmış canlı, kaloritli lövhələridir. 
Xalqının həyat labirintlərinin qaranlıq 
dəhlizlərinə səyahət edən Sabit Dosanov, öz 
əsərləriylə bu qaranlıqda işıq yandıra bilir. 
Onun “Dağ yolu”, “İkinci həyat”, “20-ci 
yüz il” kimi romanları qazax xalqının, qazax 
cəmiyyətinin şanlı 
salnamələridir. “Dağ yolu 
romanında müəllif qazax bozqırlarındakı 
həyatı canlı, realist boyalarla təsvir edir. 
“İkinci həyat” romanı məşhur qazax şairi 
Kasım Amanjolovun həyatından bəhs edir 
və çağdaş qazax ədəbiyyatının ən yaxşı 
nümunələrindən sayılır. 
Bu il 75 yaşı tamam olan yazıçının 
yubileyi Qazaxıstanın bir neçə şəhərində, 
Astanada, Almatıda və Kustanayda geniş 
şəkildə qeyd edildi. Yubiley tədbirlərinə 
dünyanın 20 ölkəsindən, o cümlədən  
Azərbaycan və Türkiyədən də qonaqlar 
qatılmışdı. Mən Azərbaycan Yazıçılar Birliyi 
adından bu tədbirlərə qatılan Azərbaycan 
yazıçısı kimi deyə bilərəm ki,  böylə xalq 
sevgisini hər bir qələm adamı arzulayar. 
Kustanay şölənlərinə qatılmış şair İbrahim 
İlyaslı bunun canlı şahididir. Böyük türk 
çöllərində yazıçı şərəfinə inanılmaz 
şölən verildi. At yarışları təşkil edildi və 
Azərbayacan şairi İbrahim İlyaslı bu at 
yarışlarının ilk qalibi oldu.  
Yəni Sabit 
Dosanov öz varlığıyla yalnız yazmır, həm də 
türkün ənənəsini yaşadır. 
Sonda onu da deyim ki, Sabit Dosanov 
Beynəlxalq M.Şoloxov mükafatı laureatı, 
Rusiya Ədəbiyyat Akademiyasının 
akademikidir. Amma mənim üçün ən əsası 
böyük yazıçı və böyük kişidir.

türkün  özü
61
USTAD 
dərgisi \ Fevral 2016
60
USTAD 
dərgisi \ Fevral 2016
HƏYATIN 
KƏNARINA 
ATILMIŞLAR
h e k a y ə
Sabit Dosanov
Qazaxıstan
B
oğucu qızmar hava elə bil 
duman kimi şəhərin küçələri ilə 
axırdı, qabağına çıxan hər şeyi 
bürüyür, içinə alırdı. Qaynar hava buruna 
soxulur, sinəni yandırır, ciyərləri təngnəfəs 
edir, insana dərindən nəfəs alıb özünə 
gəlməyə imkan vermirdi. Hər yeni nəfəs 
rahatlaşdırmaq yerinə bir pay da qızğın 
hava verirdi. Bir ay idi ki, nə yel əsmişdi, 
nə də yağmur çisələmışdi… Yandıran 
Günəşin altında yarpaqlar da vaxtından əvvəl 
saralmışdı. Torpaq elə quruyub çartlamışdı 
ki, hətta ağacların da altında solğun, cod 
və cansız görünürdü. Asfalt da dözmürdü – 
ayaqqabı dabanı bataqlığa batan kimi təpimiş 
asfaltın qırına girirdi. Alatau ətəklərindəki 
bu gözəl şəhər boz rəngli ağır toz qatına 
bürünürdü. Ancaq səhərin erkən vaxtlarında 
dağlardan yüngül təmiz hava axını gələrdi, 
onu da az-maz, zorla hiss edərdin.
Aydın hər zaman olduğu kimi səhər 
tezdən, yapışqan kimi nəm istilik düşməmış 
qəzet köşkünə qaçardı. İllərdi belə adəti 
var idi, günə qəzet oxumaqla başlayardı. 
Qəzet köşkündəki sarışın rus qadın onu 
yaxşı tanıyırdı. Yaşlı bir təqaüdçü olsa da, 
əla yaddaşı var idi. Hətta Aydın hansı 
qəzetləri alacaq – onu da bilirdi. Köşkdən 
uzaqlaşmadan yenicə qəzetləri vərəqləməyə 
başlamışdı ki, birdən çox tanış gələn xırıltılı 
bir səs onu çağırdı:
– Aydın!
Sürətlə çevrilib baxdı və gördüyünə 
inanmadı. 
– Aydın, sənsən?! ...Məni tanımadın? – 
ortaboylu, qarabuğdayı, yumru qarnı olan bir 
cigit utana-utana Aydına yaxınlaşdı. Bic-bic 
qıyılan gözlər diqqətlə onu süzürdü.
– Tanıdım, niyə tanımadım? Qafur! –
Aydın səmimiyyətlə sevinərək əlini uzatdı, 
içindən gələn bir istəklə Qafuru bağrına 
basdı.
– Heç gözləməzdim ki, sənə rast gələm!... 
Neçə il idi itmişdin, nə yaxşı birdən-birə 
tapıldın! – Qafurun xışıldayan səsi artıq 
başqalarının da diqqətini çəkirdi.
Aydın yaxındakı beşmərtəbə binanı 
göstərərək, dedi:
– Niyə burda dayanmışıq? Gedək evə.
Qafur başa düşdü ki, Aydın tək yaşayır. 
Mənzil tərtəmiz idi, amma evə qadın əli 
dəymədiyi bəlli idi. Necə deyərlər, ailə 
rahatlığı yox idi. Nə vaxtsa göy rənglə 
boyanmış, indi solmuş divarlar, boş servant, 
əsgərcəsinə səliqə ilə düzəldilmiş yataq 
üzündən mənzildən “subaylıq iyi” gəlirdı. 
– Bağışla, bəs Rımcan və Aybar hardadı? 
Sən niyə təksən?
– İtirdim onları... oğlumu da, yoldaşımı 
da, – Aydın bir az ara verib dilə gəldi, gözləri 
doldu, ağlamaqdan özünü zorla saxladı, – 
dörd il əvvəl, – ah çəkib dedi. – 
Avtomobil qəzası... Rımcanla Aybar 
Çimkəndə qonaq gedirdilər. Korday 
aşırımında avtobus çevrilir, ikisi də həlak 
oldu... – boğazına yığılan qəhər sözünü 
bitirməyə imkan vermədi.
Qafur dostunun çiyninə toxunaraq, – O 
vaxtdan bəri yalqızsan? Evlənməmisən? – 
soruşdu.
– Evlənmək istəmədim, axı bilirsən 
Rımcanı necə sevirdim. Yadındadır da onu 
necə aldım?... – Səsindən bəlli idi ki, Aydın 
Qafurdan inciyir. – Sən ki, bizim toyumuza 
gəlmişdin, özün də sağdış idin...
– Əlbəttə yadımdadır, Aybar anadan 
olanda da, məktəbə gedəndə də necə 
bayram etmişdiniz...
– Aybar yerindəcə ölmüşdü. Rımcan 
isə qəzadan sonra gətirdikləri rayon 
xəstəxanasında rəhmətə getdi. Gözünü 
əbədiyyətə bağlamazdan əvvəl axırıncı sözü – 

türkün  özü
61
USTAD 
dərgisi \ Fevral 2016
60
USTAD 
dərgisi \ Fevral 2016
“Aydına çox çətin olacaq, axı hər işdə mənə 
arxayın  idi...” olub.
İkisi də susdular. Çay soyumuşdu. Qafur 
çayxor idi. Çayı yaxşı dəmlənmiş, isti-isti 
içməyi sevərdi. Ona görə də dadına baxmaq 
üçün həmişə bir qurtumluq stəkanın dibinə 
süzdürərdi. İndi isə soyumuş açıq çayı guya 
ləzzətlə içdiyini göstərirdi. – Hə... Bəs işin 
necədir? Elə orda işləyirsən?
– Yox, ixtisara düşdüm.
– Necə yəni? Kim olsa da sən ixtisara 
düşə bilməzdin! – Qafur hiddətindən hətta 
ayağa qalxdı.
– Elə düşünürsən? – başını tərpədərək 
təmkinlə soruşdu.
– Sən institutu qırmızı diplomla 
bitirmişdin. Həmişə eyni yerdə işləmişdin, 
stajın çox idi. Necə deyərlər, kəllə idin, 
yadıma gəlir sovet dövründə Moskvada 
Ümumittifaq ixtiraçılar iclasına dəvət 
olunmuşdun. Elə deyil bəyəm? Qazaxıstanda 
sənin kimi istedadlı mühəndis azdır.
– Təzə gələnlər qaldı, bizlər – köhnələr isə 
getdik, – Aydın tamamilə sakit idi.
– Axı bu ədalətsizlikdir, sənin təqaüdə 
çıxmağına da çox var.
–  Qorxuram ki, təqaüdün üzünü 
görməyəm, – sakitcə dilləndi. – Bilənlər deyir 
ki, təqaüdün hesablanması üçün axırıncı beş 
ilin maaş məbləği əsas götürülür. Mənim 
təqaüdə çıxmağıma isə hələ on iki il var, 
özüm də iki ildir işləmirəm.
– Onda sən gərək vəzifəyə baxmadan nə 
iş olsa, işləyəsən.
– Bəyəm indi vəzifə, iş seçmək vaxtıdır? 
Bir yerdə vaxtyor işlədim, bu yaxınlarda 
o yeri də itirdim, – üzündə kinayəli acı 
təbəssüm yarandı, – Kiməsə bu iş də çox 
lazım oldu.
– Eybi yoxdur, ümidini üzmə!.. Səni 
qırağa atan deyilik. Sənə iş tapsam, 
Astanaya köçərsənmi? Bu üçotaqlını da 
dəyişə bilərsənmi?
– Mən öz Rimcanımı və Aybarımı qoyub 
gedə bilmərəm, – deyərək Aydın dostunun 
sözünü kəsdi.
Əlbəttə
, məni başa düşmək çətindir, 
amma... – Aydının nəfəsi daralırdı.
Yenə səssizlik yarandı. Qafur getməyə 
hazırlaşdı
.
Bir fikirləş, – inadla deməsə də, yenə 
də sözünü təkrarladı, – Mən sənə Astanada 
iş axtararam, tapılmasa da öz müdirimdən 
xahiş edərəm.
– Fikirləşərəm, – deyərək Aydın dostanə 
bir təbəssümlə gülümsədi.
– Astanaya bizə qonaq gəl, bu da 
ünvanım. 
– O-ho! – Aydın vizit kartına baxaraq 
sevincək dedi. – Mobil telefonun da var 
sənin.
– Vallah, mənə nə vizit kartı lazımdır, 
nə də mobil telefon. Bunların hamısını 
müdir təşkil edib... Səndən bir şey soruşum, 
dissertasiya yazmışdın, necə oldu, müdafiə 
edə bildin?
– Yox, eləmədim.
– Niyə? Sən ki, onu çoxdan bitirmisən?
– Bilirsən, artıq səs-küy, rütbə, ad-san 
sevmirəm,– Aydın gülərək cavab verdi.
– Hə, bilirəm əlbəttə, çox adamdan 
eşitmişəm, sən öz peşəni elə bilirsən ki, 
yeri gəlsə akademiki də susdura bilərsən. 
Məndə sənin bacarığın, qabiliyyətin olsaydı, 
dünyanın altını üstünə çevirərdim.
– Artıq dünyanı bilik yox, pul idarə edir.
– Bəli, heyif ki, haqlısan!... Yaxşı, mən 
gedim, müdir narahat olacaq.
– Almatıda neçə gün qalacaqsan?
– Bugün axşam reysi ilə müdirlə birlikdə 
Moskvaya uçuruq. Müdir Moskvadan xaricə, 
dincəlməyə gedəcək. Mən onun yeni cipini 
sürüb Astanaya gətirəcəm.
Aydın Qafuru avtobus dayanacağına 
qədər ötürdü. Qaynar bir səhər idi, göyüzü 
açıqdı. Almatının havası kaprizli qadın 
kimidir, gün ərzində qırx dəfə dəyişə bilər. 
Haradansa basıb gələn boz buludlar günəşi 
gizlətdi. Havadakı nəmişlik daha da artdı. 
Cənub-qərbdən əsməyə başlayan külək 
asfaltın üstündən qızmar tozu qaldırıb üzləri 
yandırdı, sərinlik gətirmədi. Yağışın ağır, isti 
damcıları aramla yeri döyəcləməyə başladı...
Dəyişən havadan bir nəticə çıxarda 
bilməyən Aydın yerindəcə dayanıb, 
düşüncəyə qərq oldu.
Aclıqmı ona əziyyət verirdi, yoxsa buludlar 
kimi ağır düşüncələrmi üst-üstə gəlirdi? 

türkün  özü
63
USTAD 
dərgisi \ Fevral 2016
62
USTAD 
dərgisi \ Fevral 2016
Bəlkə havasızlıq materiallaşaraq qurğuşun 
kimi sinəsini tutmuşdu? Ya da Qafurla görüş 
onun qəlbinin dərinliklərində yatan qayğıları 
oyatmışdı? Nə olduğunu başa düşmədən 
gecənin yarısına qədər yuxuya gedə bilmədi. 
“Ya Rəbbi, görəsən həyatımdakı bu qara 
zolaq nə vaxt qurtaracaq?... Görmürsənmi, 
qada-bəlanın ağır zənciri necə dolanıb 
ətrafıma, necə sıxır məni?.. Kömək elə, ya 
Rəbbi!.. Yardım elə, kömək dur! Məndən üz 
döndərmə! Mən axı hər şeyi sənin əhdinə 
görə etmişəm!” 
Gah bir, gah da o bir yanına döndü, 
köhnə taxta yatağını cırıldada-cırıldada 
səhərə yaxın yuxuya gedə bildi. Oyananda 
da ağır qalxdı, zorla durdu. Köhnə pərdənin 
deşiklərindən içəri düşən günəş şüaları beton 
binanın otağını dözülməz dərəcədə isitmişdi
.
Titrəyən ayaqlarını zorla sürüyərək, 
səndələyərək yaxınlaşıb pəncərəni açdı. 
Küçədə hava daha isti idi. Açıq pəncərədən 
boğanaq hava həvəslə içəri doldu, sanki özü 
də istidən qaçmağa yer axtarırdı. Yenə ürəyi 
sıxıldı, gözləri dumanlandı. Birdən yadına 
düşdü ki, iki gündür yemək yemir. Sonraya 
saxladığı, bərk ac olsa yeyəcəyi şorbanı 
yadına saldı. “Deyəsən, soyuducuda yeməyə 
nə isə olmalıdır” – bu ümidlə divardan tuta-
tuta mətbəxə getdi.
Soyuducunun qapısını açıb, məəttəl 
qaldı. Bütün rəflər boş idi. Təkcə bir küncdə 
köhnə çörək dilimləri, bir də hisdən boz 
ləkə almış qazança var idi. Bir həftə əvvəl 
sümüklərdən bişirdiyi şorbanı qızdırıb içdi 
və soyuducunu söndürdü. “Soyuducuda 
saxlamağa yağım yox, südüm yox, gərək 
onu yuyub-təmizləyim. Bir də nə vaxt şorba 
bişirməyə sümüyüm olacaq ki? Təmizlənmiş 
soyuducunu bəlkə ucuza satmaq olar? Evdə 
bundan başqa satmağa heç nə yoxdur”. 
Yarım qab şorbanı iki dilim çörəklə 
yeyib, bir az özünə gəldi. Çaydan-sudan 
içmək lazım idi. Köhnə dəmi qızdırıb içmək 
istəmədi. Dünən qurutduğu otları dəmləyib, 
ot çayı içdi. Çay acı olmasın deyə, içinə bir 
az duz atdı. Qənd-şəkər çoxdan qurtarmışdı

Duzlu çayın dadı bir az “koje” içkisinə 
bənzəmiş oldu
. Şəhərin kənarında qırx il 
əvvəl inşa edilmiş doqquzuncu mikrorayon 
külək əsən tərəfdə yerləşirdi. Aydının 
mənzili köhnəlmiş “xrüşşovka”nın beşinci 
mərtəbəsində idi. Qonaq otağına girəndə, 
tavandan istilik batareyasına gələn borunun 
üstündə düymə boyda qara ləkə gördü. 
Yadına düşdü ki, yazda borunun bu yeri bir 
az çatlamış
, damcı-damsı axan su sızıntı 
əmələ gətirmişdi. Barmağı ilə yoxladı. Gördü 
ki, suyun çöküntüsü ilə pasın tozundan deşik 
yeri öz-özünə tutulub. “Allah kasıba kömək 
edər”, – keçdi ağlından.
Divanda uzanıb, sabah neyləyəcəyini 
və yeməyi haradan tapacağını düşünürdü. 
“Bu gün də gəldi-çıxdı, sabah məni nə 
gözləyir? Dünən bütün günümü qara 
bazarda oturub qaldım, axırıncı nəyim varsa 
– antikvar kitablarımı düzdüm qabağıma, 
cəmi cümlətanı 300 tenge qazandım... On 
tenge yola xərclədim, qəzet aldım, qalan 
270 tenge neçə günümə çatar? Camaat 
çox qəribə olub!... Sovet dövründə ancaq 
piştaxta altında tanışa-bilişə baha qiymətə 
satılan kitabları indi on qat ucuzuna almaq 
istəmirlər. Axırıncı ümidim on cildlik tibbi 
ensiklopediyadır. Bəxtim gətirsə, onun 
puluna bir müddət yaşamaq olar...”
Televizor çoxdan sıradan çıxmışdı. Tərs 
kimi radionun da səsi batıb!.. İndi qəzetləri 
nə ilə alacam? Özünü yalqız bir adada olan 
insan kimi hiss edən Aydın, dünyada baş 
verən son hadisələr haqqında məlumatları 
qonşularından öyrənirdi. Nohuru dolduran 
su hərəkətsiz qalmaqdan iy verər. Heç 
kimlə ünsiyyətdə olmayan insan da sanki 
özündə olmur. Həftələrlə, aylarla heç 
kimlə əlaqəsi olmayan Aydın hiss edirdi ki, 
qapalı, tutqun, adamayovuşmaz tərki-dünya 
olub. Xasiyyət və alışqanlıqları dəyişir, özü-
özündən nifrət etməyə başlayırdı. Bundan 
qorxaraq mümkün qədər qonşularla çox 
söhbət etməyə çalışırdı. Çünki qaraqabaq 
tərki-dünya insan olmaq Aydın üçün kasıb 
olmaqdan daha qorxulu görünürdü. Amma 
elə olurdu ki, kəlmə kəsməyə də adam 
olmurdu. “Sən mənə, mən də sənə” dövrü 
başlamışdı. İnsanlar da həmsöhbət seçimində 
artıq ehtiyatlı davranırdılar. Hələ ki, Aydınla 
söhbət etməyi özünə yük görməyən iki nəfər 

Каталог: sntazmedia -> edbyoxl0


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə