Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 32.82 Mb.
Pdf просмотр
səhifə4/16
tarix26.07.2017
ölçüsü32.82 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

rakurs
23
USTAD 
dərgisi \ Fevral 2016
22
USTAD 
dərgisi \ Fevral 2016
formasını öyrənən bir çox insan şeirə çörək 
ağacı kimi baxdı ki, bunun nəticəsində də 
məddahlar meydana çıxdı. Və beləcə, ağ 
qaradan seçilməz oldu. Məddahlıq çoxaldıqca 
haqq sirrin daşıyıcıları olan şairlər saraylarda 
özlərinə yer tapa bilmədilər, hökmdarla 
xalqın arasında vasitəçi olmaqdan uzaq 
düşdülər. Bəlkə də, bunun nəticəsi idi ki, 
sonralar sufizm, hürufizm kimi təriqətlər 
yarandı. Bu elmlərin sirrini özündə 
daşıyanlar isə dərviş libasında xalqın yanında 
yer tutdular. İmadəddin Nəsiminin, Yunis 
Əmrənin, Şəms Təbrizinin xalq arasındakı 
nüfuzu bunun bariz nümunəsidir. 
Şahla şair münasibətinin pozulması 
sonrakı dövrlərdə şairin şah, şahın da şair 
olmaq arzusunu inkişaf etdirdi. Şərq-türk 
təfəkkürünə görə, xaqanlar Tanrının seçdiyi 
insanlardır. Tanrının seçdiyi insan haqq 
sözünün nə olduğunu bilməlidir ki, idarəçiliyi 
də ədalətli olsun. 
Elə bu səbəbdəndir ki, XII-XIII əsrdən 
sonra türk hökmdarları arasında bir ənənə 
başladı. Onlar öz varislərini ürfan elmindən 
dərs almağa, sözün qüdrətinə vaqif olmağa 
yönləndirdilər. Beləcə, beş-altı yüz il içində, 
demək olar ki, bütün türk hökmdarları sözün 
sirrinə agah, ürfan elminə bələd oldular. 
Onların uzun sürən hakimiyyəti, daim 
parlayan qılıncları vardı. “
Türk ruhunun 
ucalığını, türk mədəniyyətinin böyüklüyünü 
göstərən amillərdən biri də Gündoğandan 
Günbatana geniş türk coğrafiyasında 
qurulmuş dövlətlərə başçılıq etmiş sultanların, 
hökmdarların çoxunun şeir yazmasıdır”. (5: 
s.3)
Tariximizdə bəlli olan dünya 
hökmdarlarının həyatına nəzər salsaq, 
ikinci bir xalq tapa bilmərik ki, türklərdə 
olduğu qədər şair-hökmdar görək. Qazi 
Bürhanəddin, Çingiz xan, Cahanşah Həqiqi, 
Şah İsmayıl Xətayi, Sultan Süleyman və s. 
Bu heç də təsadüfi deyil. Çünki dünyaya 
böyük bir inanc sistemi, mədəniyyət bəxş 
edən türklər ilk öncə sözə, sonra isə 
qılınca söykənmişlər. Necə ki Məhəmməd 
peyğəmbər etmiş və İslam İmperiyasını 
qurmuşdu. Bunun ən uca zirvəsi isə taxta 
qılınca sarılan söz sərrafı, hürufi elminin 
döyüşən qılıncı, XIV-XV əsrdə yaşamış 
İmadəddin Nəsimi idi.
Fəlsəfə doktoru Fəxrəddin Salim “Milli 
yaddaş sistemində ürfan və təsəvvüf” 
əsərində  deyir: 
“Tarixdə Sultan Mahmud 
Qəznəvinin, Qazi Bürhanəddinin, Əlaəddin 
Keyqubadın, Uluğbəyin və nəhayət, Şah 
İsmayıl Xətayinin simasında birbaşa və 
şəxsən sufi olan, ürfan əhli, ərbabi-təsəvvüf 
olan hökmdarlar yalnız türklərə məxsusdur. 
Bu fakt həm tarixi, həm mədəni, həm 
fəlsəfi, həm də siyasi baxımdan çox böyük 
əhəmiyyətə malikdir. Nəqşibəndilərin 
Orta Asiyada, mövləvilərin Anadoluda, 
xəlvətilərin, nemətullahilərin, qadirilərin, 
hürufilərin, bektaşilərin digər cəmiyyətlərdə 
yüksək mövqelərə gəlmələri, dövlətin və  
xalqın aparıcı simalarına çevrilmələri məhz 
türk hökmdarlarının xidmətidir”. (3: s.86) 
Bəli, tədqiqatçının da qeyd etdiyi kimi, ürfan 
elminə bələd olan türk hökmdarları bu bəşəri 
elm sahiblərini ən yüksək vəzifələrə cəlb 
etdi, haqqın bərqərar olması üçün onların 
tövsiyələrindən yararlandılar. 
Biz bu vəhdəti XII-XIII əsrlərdə 
Azərbaycan torpaqlarında hökmdarlıq 
etmiş Məhəmməd Cahan Pəhləvan, Qızıl 
QAZİ
BÜRHANƏDDİN

rakurs
23
USTAD 
dərgisi \ Fevral 2016
22
USTAD 
dərgisi \ Fevral 2016
Arslan və Axsitanla 
Nizami Gəncəvinin, 
Fateh Məhmədlə 
Ağşəmsəddinin III 
Məhmədin, Xəlvəti şeyxi 
Şəmsəddin Sivasinin, 
Hüseyn Bayqara ilə 
Əlişir Nəvainin  dostluq 
münasibətlərində 
görürük. Bu amil 
isə birincilərin 
dövlət idarəçiliyini 
asanlaşdırmışdır. Hətta 
Monqol dastanlarında 
“Qızıl nəslin” ən böyük 
fatehi adlandırılan Çingiz 
xanın ən yaxın dostu, 
sonradan sərkərdəsi 
olmuş, çobanlıqdan 
general rütbəsinə 
yüksəlmiş Bogurdçi 
Noyananın incitdiyi üçün 
ona şeir ithaf etməsi 
də fikrimizi dəstəkləyən 
amillərdəndir. 
XV əsrdə böyük 
imperiya qurmuş Əmir 
Teymur kimi fatehlər də 
Kirmani kimi şairlərin 
haqq sözünü eşitməkdən 
çəkinməmiş, buna daim 
ehtiyac duymuşlar. 
Lakin Teymur sarayında 
alp ərənlər kimi müharibə meydanlarında 
hayqırtısını eşidirik”. (2: s.205) 
Sözünün əri olan istənilən şəxs cəmiyyət 
tərəfindən sevilmiş, sayılıb-seçilmişdir. 
Əslində, hər sözü haqq kimi qəbul edilən bir 
hökmdar özünü ər kimi, alp kimi, ərdəmli 
kimi aparırsa, haqqı nahaqdan seçə bilirsə, 
demək ki, gücü qılıncda deyil, sözdədir. 
Necə ki, Əmir Teymurun iti, parlaq qılıncı 
Nəsiminin sözlə cilalanmış taxta qılıncı 
qarşısında aciz qalırdı.
“Bütün kainatı ilahi, mütləq varlıqla bir 
sayan, yaradıcı ilə yaradanı, insanla Allahı 
eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, 
özünü isə bu vəhdət və birlik gülzarının 
həmişə hörmət görmüş şair Kirmani, 
Osmanlı sarayında təlxək-cücə obrazı 
səviyyəsinə endiyi zaman Türkün dünya 
hökmranlığının sonu gəlmişdir deyə bilərik. 
XIV əsr Qeysəriyyə hökmdarı olmuş Qazi 
Bürhanəddin şeirlərindən birində deyir:
“Ərənlər öz yolunda ər tək gərək,
Meydanda erkək kişi nər tək gərək,
Yaxşı yaman, qatı yumşaq olsa, xoş
Sərvərəm deyən kişi erkək gərək”.
Türk şeirinin ən gözəl və özəl janrı olan 
bu tuyuqda “
Şairin həyat səhifələrindən 
cizgilər işıqlandırılır. Biz burada, sanki 
hökmdar Bürhanəddinin dövləti idarə işi ilə 
təmasa girməsini, döyüşçü Bürhanəddinin 
QAZİ
BÜRHANƏDDİN
FATEH
SULTAN MƏHMƏD

rakurs
25
USTAD 
dərgisi \ Fevral 2016
24
USTAD 
dərgisi \ Fevral 2016
bülbülü, şairi adlandıran Xətayi özünü 
“mütləq həqiqət” deyə vəsf etmişdir” (7: 
s.12)
Sufi isən, alıb-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə, – deyərək insanlığa 
yol göstərirdi. 
Bu misraların sahibi, əlbəttə ki, insanı 
tanıyır və onun idarəçiliyində dediklərinin 
əridir. 
Şah İsmayıl Xətayinin bir aforizminə 
diqqət edək:
 “Müdrik əcdadlarımızdan 
miras qalmış üç şeyi sizə vəsiyyət 
edirəm: Ana dilimizi, vicdanımızı, 
Vətənimizi”. 
Bir insan üçün ən önəmli dəyər onun 
dili, Vətənidir. Bunun dəyər və qiymətini 
bilməyən isə bəşəri ola bilməz. Şah İsmayıl 
Xətayi üçün babalardan örnək qalan digər 
bəşəri amil isə vicdan idi. Vicdanı özünə 
hökmdar bilən kimsə 
nə dini, nə milli, nə də 
irqi ayrıseçkiliyin əsiri 
ola bilməz. Vicdan 
bəşəriyyətə hökmdar ola 
bilsəydi, bu gün dünya 
bu vəziyyətdə olmazdı. 
Məhz bu vicdan sahibi 
Xətayi yazır ki,
 
Sil, süpür qəlbini,             
süddən bəyaz et, 
Öldür nəfsini, şeytandan    
                                arıt.
Doxsan doqquz yerə               
                 çıxdı Bəyazid,
Halına münasib yeri              
                         bulunca.

Əgər diqqətlə 
yanaşsaq, görərik ki, 
Xətayi təkcə həyat və 
insan barədə real, ağıllı, 
humanist nəsihətlərlə 
kifayətlənmir, öz təriqət 
görüşlərinin təbliğinə 
də ayrıca diqqət 
yetirir. Yuxarıda misal 
gətirdiyimiz parçalardakı 
işarələr, oxucularına “sufi” deyə müraciət 
etməsi, məşhur sufi şeyxi Bəyazid Bistamini 
nümunə göstərməsi fikrimizə ən yaxşı 
sübutdur”. (7: s.12)
 Akademik Ramiz Mehdiyev “Şah İsmayıl 
Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” 
məqaləsində qeyd edir ki, 
“Şah İsmayıl 
fenomeninin ən mühüm əlaməti ondan 
ibarətdir ki, poeziya, yaradıcılıq dövlət başçısı 
üçün əyləncə, ikinci dərəcəli məşğuliyyət 
deyildi, əksinə, siyasi ideyaları daha təsirli, 
inandırıcı şəkildə təbliğ etmək, öz ideallarını, 
məqsəd və vəzifələrini yaymaq və izah etmək 
üsulu idi” (1). Tamamilə haqlı yanaşmadır. 
Bir liderə xas olan birinci əlamət sözdən nə 
zaman və necə istifadə etmə bacarığıdır. 
“Söz vardır kəsər savaşı, söz vardır 
kəsdirər başı” – deyən hökmdar şairin 
Osmanlı Sultanlarına yazdığı məktublarda da 
biz bunun şahidi oluruq. 
QANUNİ
SULTAN SÜLEYMAN

rakurs
25
USTAD 
dərgisi \ Fevral 2016
24
USTAD 
dərgisi \ Fevral 2016
“Məndədir yer ilə göyün hikməti, həm  
  
 
 
 
    qüdrəti,
Abü atəş, xaki badü cümlə ərkan 
məndədir” − deyən Xətayinin “öz vəhdəti-
vücud fəlsəfəsində hürufiliyə − Nəimi və 
Nəsimiyə daha çox yaxınlaşdığını görürük. 
Hürufizmdə olduğu kimi Xətayi də içində 
ilahi nuru gəzdirən maddi, cismani insanda 
Tanrıya məxsus ucalıq və kamillik görür. O, 
Nəsiminin bir çox şeirlərinə nəzirələr yazmış, 
onun məsləki uğrundakı fədakarlığına qibtə 
etmişdir”. (2.s.372) 
İçində Tanrı işığı gəzdirən və bunu duyan 
bir sənətkarın hökmdarlığı, əlbəttə ki, xalqın 
ürəyincə olacaqdır. Heç təsadüfi deyil ki, Şah 
İsmayıl Xətayi bir neçə ilin ərzində 2 milyon 
kvadrat metrlik ərazini öz idarəçiliyi altına 
almışdır. Fikrimizcə, bütün bunlar yeniyetmə 
bir haqq şairinin qılıncının yox, ilahi sözünün 
qüdrəti idi. Söz qılıncını haqq, polad qılıncını 
isə nahaqq – şər üzərində şahə qaldıran bir 
hökmdar idi Şah İsmayıl Xətayi. 
Nəticə
“Sultanların şeirləri, şeirlərin sultanları” 
əsərində dəyərli müəlliflər türk şair 
hökmdarlarını araşdırmış və 56 şair- 
hökmdarın həyatı və yaradıcılığı haqqında 
məlumat vermişlər. Bu şairlərdən 29-u 
Osmanlı sultanı, 8-i Krım xanədanı, 5-i 
Türkmən-Azərbaycan şahı, 4-ü Məmlük 
hökmdarı, 6-sı Teymurlu, 4-ü Babur 
xanədanıdır. Bu şairlərin hökmdarlığına, 
hakimiyyətinin ədalətinə, qurduğu dövlətin 
gücünə, fəth etdiyi ölkələrdəki nüfuzuna 
baxdıqda ən böyüklərin ən yaxşı şair- 
hökmdarlar olduğunu görərik. Bu fikrimizi 
təsdiqləmək üçün XVI əsrdə hökmdarlıq 
etmiş Sultan Süleyman Qanunini, Şah 
İsmayıl Xətayini göstərə bilərik. Hər iki 
hökmdar həm sözünün, həm də qılıncının 
gücü ilə bütün hökmdarlardan fərqlənmişlər. 
Vəhdəti-vücud elminə sahib olan 
hökmdar insanı Tanrının nişanı bildiyi üçün 
onunla ədalətli rəftardan başqa bir qaydaya 
sahib ola bilməzdilər ki, buna da yaxından 
bələd və sahib olan türk hökmdarları cahan 
hökmdarlığına haqlı olaraq iddialı idilər. 
Yalnız qılıncın gücünə sahib olanlar məhvə 
məhkumdurlar. Sözün gücünə hakim 
olanlar isə əbədi yaşamağa və yaşatmağa 
qadirdirlər. Necə ki, bu gün Bilgə Kağanın, 
Sultan Süleymanın, Şah İsmayılın sözünün 
gücü öz hökmünü itirməmişdir. 
Ədəbiyyat
1.  az.apa.az 14.08.2015 
2.  Azərbaycan ədəbiyyatı tarixi. III cild. 
Bakı. Elm. 2009.  s.205
3.  Fəxrəddin Salim “Milli yaddaş sistemində 
ürfan və təsəvvüf”. Bakı 2010. Elm və 
təhsil. s.86 
4.  Kutsal kitap. Korean Bible Society. Yeni 
Yaşam Yayınları. 2011.  Yuhanna. 1. 
s.1124
5.  Mustafa İsen, Ali Fuat Bilkan, Tuba 
İşinsu Durmuş. Sultanların şeirləri, 
şeirlərin sultanları. Bakı 2013. 
Qanun. s.3.
6.  Reza Aslan. Tanrı yoxdur Allahdan 
başqa. İstanbul. Okyanus. 2014. s. 
44
7.  Şah İsmayıl Xətayi. Əsərləri. Bakı-
2005. Şərq-Qərb. s. 148

yazıçı sözü
27
USTAD 
dərgisi \ Fevral 2016
26
USTAD 
dərgisi \ Fevral 2016
Gülümsəyən 
qız
ASLAN Quliyev
hekayə
B
aşdaşlarının arasına çökən bürkü 
onu əldən salır, istidən öləzimiş 
yovşanların tünd, acı  qoxusu 
başını gicəlləndirirdi, yovşanların belə 
tünd qoxuyacaqlarını təsəvvür eləməzdi. 
Balıqqulağı, göbələk bitirmiş, yağışdan, 
günəşdən bozarmış daş hasar   günəşin 
yandırıcı şüalarından qorumasaydı, ayaq üstə 
qala bilməz, yıxılardı. 
Etinasız baxışlarla ətrafı nəzərdən 
keçirirdi, bir az aralıdakı qara mərmərdən 
yonulmuş başdaşının üzərindən cavan qız 
şəkli boylanırdı. Qız olduqca gözəl idi,   
baxışlarından  fani dünyanın iztirabları, 
həsrəti yağırdı.  Belə gözəl qızın dünyasını 
tez dəyişməsinə heyfsləndi, görəsən nəymiş 
ölümünün səbəbi. Bir vaxtlar gəzirmiş, 
gülürmüş, dünyaya gözəllik, fərəh səpirmiş. 
İndisə bürküdən boğulan qəbiristanlıqda 
uyuyurdu. 
Birdən başında tüklərinin biz-biz 
durduğunu hiss elədi, qız ona gülümsəyirdi. 
Gözlərinə inanmadı, başını silkələyir, özünü 
ələ almağa çalışırdı, yox, səhv görməmişdi, 
qız gözlərini süzdürərək gülümsəyirdi. Sanki 
başdaşı üzərindəki şəkil yox, canlı insan idi. 
Cansız sükutla uyuyan qızın şəkli gülümsəyə 
bilməzdi, sadəcə onu isti vurmuşdu. 
Molla adamları getməyə çağıranda 
dirçəldi, əməllicə sevindi. Getməmişdən əvvəl 
bir də dönüb geri baxdı, özüydü ki vardı,  qız  
gülümsəyirdi. Adamların arasından keçib, 
günəşin yandırdığı, yerdən-göydən alov 
ələnən meydançaya çıxdı, istidən az qala 
huşunu itirəcəkdi. Maşınına keçib matoru işə 
salan kimi də sərinkeşi qoşdu, günün altında 
qızmış maşın hələm-hələm soyumurdu. 
Dostu da gəlib çıxdı, istidən şikayətlənirdi.
Yerini dəyişib dostuna dedi ki, maşını 
sür, mən özümü yaxşı hiss eləmirəm. Dostu 
da, – “Hamısı istidəndir, – dedi, – rəng-
ruhun ağarıb, istiyə dözümün yoxdusa, gərək 
çölə çıxmazdın”. “Əlbəttə, çıxmamalıydım, 
– hirslə cavab verdi, – əl çəkmədin,  
qonşuluq borcunu verməsəymişəm, dünya 
dağılacaqmış, bu qocanı qəbrə qoyub üstünü 
torpaqlaya bilməyəcəklərmiş”. Dostu  maşını 
yerindən tərpətdi, şəhərə doğru istiqamət 
götürdü. Maşın gur axına qarışandan sonra 
istəməsə də, fikirlərini  bölüşməyə ehtiyac 
duydu.
– Bilirsən, orda, qəbiristanlıqda…
– Nə olub? – dostu sözünü axıra kimi 
deməyə imkan vermədi.
– Qız mənə gülümsəyirdi.
– Harda, qəbiristanlıqda?
– Dənizdə! – hirslə qışqırdı.
Dostu bir şey başa düşə bilməyib, başını 
yırğaladı, o isə qızğınlıqla inandırmağa 
çalışırdı: “Orda, başdaşının üzərində cavan 
bir qız şəkli vardı, qız mənə gülümsəyirdi. 
Əvvəlcə inanmadım, elə bildim məni qara 
basır, şəkil gülümsəyə bilməzdi. Dəfələrlə 
baxdım, amma yanılmırdım, qız doğrudan da 
gülümsəyirdi. Hətta qəbiristanlıqdan çıxanda 
belə geri boylanıb baxdım, yanılmamışdım”. 
Dostu inanmırdı, – “Hamısı istidəndir, – 
deyirdi, – gün vurub səni”.
“Döndər maşını geri, – dedi, – gedib 
baxaq, görək mən deyəndir, ya yox? Öz 
gözlərimlə gördüyümü deyirəm, sənsə istidən 
dəm vurursan!” 
Dostu qayıtmaq istəmirdi, məcbur elədi, 
geri qayıtdılar. Alov püskürən həmən 
meydanda maşını saxlayıb düşdülər, 
yerdən-göydən ələnən istidən başı hərləndi, 

yazıçı sözü
27
USTAD 
dərgisi \ Fevral 2016
26
USTAD 
dərgisi \ Fevral 2016
istidə çox qalmamaq üçün iti addımlarla 
qəbiristanlığa getdilər, hələ uzaqdan yovşan 
qoxusu vurdu onu. Hər nəydisə bu gün 
yovşan qoxusuna dözə bilmirdi, həm də 
dözülməz istidə yovşan  çox tünd qoxuyurdu. 
Başdaşlarının arasından keçib onun dediyi 
qəbirə yaxınlaşdılar. Üzərində gözəl qızın 
şəkli əks olunmuş başdaşının qarşısında 
dayanmışdılar, qız gülümsəyib-eləmirdi, 
baxışlarından kədər  yağırdı.
– Gülümsəyir? – dostu istehza ilə soruşdu.
– Yox, istəməsə də, təsdiq eləməli oldu.
– Mən deyəndi, səni qara basıb.
– İnan, gülümsəyirdi.
 – İndiki kimi?
 – Yaxşı, gedək, – mübahisə eləmək 
fikrində deyildi.
Geri qayıtdılar, qəbiristanlıq qapısından 
çıxanda geri boylandı. Yenə başında 
tükləri biz-biz durdu, qız bu dəfə də ona 
gülümsəyirdi, ancaq bu acı gülüş idi, istehza, 
kinayə var idi bu solğun gülüşdə. Daha 
dostuna heç nə demədi, qorxdu deyə, – 
“bax, qız gülümsəyir”, – dostu da baxanda 
qız gülümsəyib eləməyə. 
Evə qayıtdı, fikri-zikri qəbiristanlıqdaydı. 
Mərmər başdaşının üzərində gülümsəyən 
qız varlığına hakim kəsilmişdi, ona rahatlıq 
vermirdi. Özünü tamam unutmuşdu, 
neylədiyinin fərqində deyildi, bircə anın 
içindəcə hissiz, duyğusuz, etinasız  adama 
çevrilmişdi. Yuxulu  aləmdə yaşayırdı, solğun 
gülüşlə gülümsəyən qız gözləri önündən 
getmir, qarşısıalınmaz bir maraqla bu sirri 
açmaq istəyirdi.  Başdaşı üzərindəki şəkil 
necə gülümsəyə bilərdi, həm də niyə ancaq 
ona gülümsəyirdi?
Açarı burub motoru söndürdü, başını 
qaldırıb ətrafa baxanda gözlərinə inanmadı, 
qəbiristanlıq qapısının qabağındakı günəşin 
yandırıb qarsadığı balaca meydançada 
dayanmışdı. Nə vaxt dostu düşmüş, özü 
sükan arxasına keçib maşını bura sürmüşdü, 
xəbəri olmamışdı. Maşından düşdü, getmək 
istəmirdi, ancaq iradəsinin əleyhinə olaraq 
ayaqları onu irəli aparırdı. Acı yovşan 
qoxusunu ciyərlərinə çəkib  rütubət, yanıq 
qoxusu verən başdaşlarının arasından keçib, 
qızın şəkli olan başdaşına yaxınlaşdı. Qız 
gülümsəyirdi, ancaq getdikcə bu gülüş daha 
kinayəli, istehzalı olurdu. Bir az aralıda  
qoca kişi cığırlarda bitmiş dəvətikanlarını, 
qanqalları bellə dibdən vurub bir yerə 
yığırdı. Səslədi, qoca dikəlib başını yuxarı 
qaldıranda, – “bura gəl”, – deyə əliylə işarə 
elədi. Qoca bir söz demədən ona yaxınlaşdı, 
baxışlarında sual, maraq var idi. Başdaşını 
qocaya göstərib, üzərindəki şəklə baxmağı 
xahiş elədi.
– Baxdım, nə olub?
– Bir şey hiss eləmirsən?
– Yox, – qoca başını yırğaladı, – şəkildi 
də.
– Gülümsəyir, görmürsən? – səsini  
qaldırdı.
– Neyləyir? 
– Gülür!
– Sən dəlixanaya get,  yerin oradı. Burda  
ölülər yox,  dirilər də gülmürlər.
– Qoca sarsaq! – nifrətlə dedi.
– Necə dedin?!
 Qoca hərləyib beli onun başına vurmaq 
istədi, vaxtında geri sıçramasaydı, bel başını 
iki yerə böləcəkdi. Qocanın əl çəkmək fikri 
yox idi, arxasınca düşmüşdü, hərləyir, fırlayır, 
bellə tutuzdurmaq istəyirdi. Bel torpağa, 
daşa dəyir, cingildəyirdi. Birtəhər canını 
qurtara bildi, qaçıb küçəyə çıxcaq  taksi 
saxladı, oturan kimi də sürücüyə sürməsini 
tapşırdı. Yalnız taksi yerindən tərpənib on-on 
beş addım aralanandan sonra öz maşınının 
arxada qaldığı yadına düşdü. Taksini 
saxlatdırıb geri boylandı, güzgüdə əlində bel 
olan qocanın maşının yanında dayandığını 
gördü, qayıda bilməzdi, hirsli qoca beli ilə 
axırına çıxardı. Yalnız o çıxıb gedəndən 
sonra taksini geri sürdürdü, maşınına minənə 
kimi qorxu hissi onu tərk eləmədi, qocanın 
indicə hardansa çıxıb beli başına vuracağını 
gözləyirdi. Maşını yerindən tərpətdi. Sərinkeş 
işləyir, soyuq hava axını onu ağuşuna alır, 
ancaq qəlbini didən fikirlərdən yaxa qurtara 
bilmirdi. Nə qədər çox düşünürdüsə, bir 
o qədər labirintə düşür, dalana dirənirdi. 
Nahaq gəldi. Nəyisə aydınlaşdıra bilmədi, 
ondan başqa kimsə qızın gülümsədiyini görə 
bilmirdi.  Ən qəribəsi də getdikcə bu gülüş 
acı, kinayəli olurdu. 

yazıçı sözü
29
USTAD 
dərgisi \ Fevral 2016
28
USTAD 
dərgisi \ Fevral 2016
Bu sirrə aydınlıq gətirmək üçün dəfələrlə, 
həm də günün müxtəlif vaxtlarında 
qəbiristanlığa gedir, başdaşının üzərindəki 
şəklə baxır, hər dəfə də yanılmadığını 
görürdü: qız istehzalı, kinayəli  təbəssümlə 
gülümsəyirdi. Xoşbəxtlikdən bircə dəfə 
də olsa hirsli qoca ilə rastlaşmırdı. 
Qəbiristanlıqda o qədər vaxt keçirirdi ki
yovşanın kəsif qoxusu üst-başına, paltarlarına 
hopurdu. 
Dostu onun qəbiristanlıqdakı şəkillə 
maraqlanmasından hansı yollasa xəbər 
tutmuşdu. Bir gün işdən qayıdanda  dedi, 
– Gəl gedək qəbiristanlığa, görüm səni ora 
çəkən nədir. 
Dostu psixoloqdu, deyirdi insanda 
bu kimi hallar olur, kişinin fotoşəkillərlə, 
ikonalarla, heykəllərlə cinsi istək arzusunda 
olması piqmalionizm adlanır. Başdaşının 
üzərindəki şəklə vurulmaq isə kişilərdəki psixi 
pozğunluğun başqa təzahürüdü, bu daha çox 
şizofrenik əlamətdir. Hirsləndi, – “Özündən 
nələr uydurursan, mən  o qıza, ya da onun 
şəklinə vurulmamışam. Mən adi bir sirri 
açmaq istəyirəm: niyə   bu qızın şəkli mənə 
gülümsəyir, ən çox da təklikdə olanda? 
Maşına oturub birlikdə qəbiristanlığa 
getdilər, dostu yaxınlaşıb qızın şəklinə əlini 
sürtdü, bilmək olmurdu nəyi aydınlaşdırmaq 
istəyir, sonra da fotoaparatını çıxarıb 
daşın şəklini çəkdi. Geri qayıdanda ondan 
soruşdu: “Sən qızlarla qeyri-adi hadisələr 
yaşamayıbsan ki?” “Yox, – dedi, – həyatda 
qeyri-adi hadisələr yaşadığım olub,  qızlara 
gələndə isə, onlarla bir qayda olaraq 
adidən adi hadisələr yaşamışam. Üç dost 
idik,  kafe işlədirdik, içəridə beş-altı yataq 
otağı var idi. Hər yerdən qızlar gəlir, orda 
müştərilərlə görüşürdülər. Yazırlar e, guya 
qızları zorla bu işlərə cəlb eləyirlər, şəxsən 
mənə təsadüf eləməyib. Kimsəni ora zorla 
gətirmirdik, əksinə, on dörd, on beş yaşlı 
qızları ordan qovduğum çox olub. Yalvarır, 
yaxarır, əl çəkmir, onlara müştəri tapmağı 
xahiş eləyirdilər. Atasından küsən, ailəsindən 
inciyən, dolanmaq, yemək üçün pul tapa 
bilməyənlər, aldananlar, sevgililərindən 
ayrılanlar, boşanmış ailələrdə yaşayanlar 
bizə gəlirdilər. Aralarında hər cür qızlar 
olurdu, hansını istəyirdim, onunla da vaxt 
keçirirdim. Nəyə görə də qeyri-adi hadisə 
yaşamalıydım?”
Yalnız həyətdə nəyisə xatırlayıb dostuna, 
– “Qeyri-adi hadisə olub, – dedi, – amma  
qızlarla bağlı deyildi. Təxminən üç ay bundan 
əvvəl birdən hiss elədim ki, daha o kafeyə 
getmək istəmirəm. Neylədimsə, özümü orda 
işləməyə məcbur eləyə bilmədim, öz payımı 
dostlarıma satıb, ordan getdim və bir daha 
qayıtmadım”. 
– Hər şeyi  orda axtarmaq lazımdı! – 
dostu dedi.
– Yəni harda?
– O qızın nə vaxt öldüyünü bilirsənmi?
– Hə, başdaşının üzərində ölüm tarixi 
yazılıb. Bu ilin aprel ayında.
– Yəni üç ay bundan əvvəl, – dostu 
mənalı tərzə dedi.
Lənət şeytana, psixoloq nə demək 
istəyirdi? Hər halda, qəribə bir uyğunluq var 
idi, düz üç ay bundan əvvəl kafeni satmış, 
ordan getmişdi. Qız da üç ay bundan əvvəl 
ölmüşdü. Bu tarixlər arasında nə əlaqə ola 
bilərdi? 
Dostu, –  “Belə olmayacaq, – deyirdi, – 
özün heç, məni də işə salıbsan, ancaq bu 
haqda fikirləşirəm. Ağlı başında olan, sağlam 
bir adam niyə belə cəfəngiyat danışmalıdı? 
Gecə gedək qəbiristanlığa, qəbri qazıb, 
qızı çıxaraq, onda bir çox suallara cavab 
taparıq”. “Necə? – qışqırırdı. – Yoxsa qızın 
alnına yazılıb niyə və nədən ölməsi, niyə 
mənə gülümsəməsi? Ya bəlkə qədimilərdə 
olduğu kimi qızın həyatını daş, gil lövhələrə 
yazıb, özüylə birlikdə basdırıblar?” Dostu əl 
çəkmirdi, – “Nə sirr varsa, o qəbirdədir, – 
deyirdi, – qazıb meyiti çıxarandan sonra hər 
şey aydınlaşacaq”. 
Məcbur qalıb dostunu qovdu,  
yatmamışdan qabaq Allaha dua  elədi: “İlahi,  
məni psixoloqlardan qoru!”
Səhər anası onu oyatdı, dostu ölmüşdü, 
meyitini qəbiristanlığın qapısı ağzında 
tapmışdılar. Geyinib küçədəki uşaqların 
yanına getdi, məlum oldu ki, psixoloq nədən 
ötrüsə ling, bel götürüb gecə qəbiristanlığa 
gedib, üç ay bundan əvvəl ölmüş bir qızın 
qəbrini qazmaq istəyib, linglə bir-iki daşı 

Каталог: sntazmedia -> edbyoxl0


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə