Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor


USTAD  dərgisi \ Fevral 2016 92 USTAD



Yüklə 32.82 Mb.
Pdf просмотр
səhifə14/16
tarix26.07.2017
ölçüsü32.82 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

USTAD 
dərgisi \ Fevral 2016
92
USTAD 
dərgisi \ Fevral 2016
ayağı üstə bir daha döndü: qadın, qadın kimi 
düşmürdü pillələri, güldən-gülə sıçrayan bal 
arısı kimi səkirdi. Şümşad kimi düz ayaqları, 
üzükdən keçən beli, uzun Nefirtiti boynu və 
çilçıraq kimi şölə saçan gözləri... 
Kapituliyasiya başlandı... batmış nitqini 
cilalayınca O ötüb keçə bilərdi, ona görə elə 
batıq səslə gülümsəməyə çalışaraq dedi:
– Sizin tuflilərinizin altında nəsə var?
Qadın qəşş eləyib güldü.  Özü də bu gülüş 
deyildi,  bir az da davam etsəydi orqazm  halı 
baş verəcəkdi.  Bütün şəhərin yaxşı tanıdığı 
bu yaraşıqlı televiziya icmalçısının qabağında  
saymazyana dayanmaq  mümkün deyildi 
zatən. 
– Ayaqqabımı deyə bilmərəm, amma 
ayaqlarımda nəsə olduğunu dəqiq bilirəm. – 
Ayaq səslərinin dediklərini indi dili deyirdi. 
Qadının əlində gül dəstəsi vardı... Axı 
televiziyaya gələnlərə gül bağışlamırdılar, 
hələ onlara gül aldırır, başqa təmənnada da 
olurdular. Burda nəsə başqa ovsun vardı. 
Qadın icmalçının onun əlindəki güllərə 
baxdığını görüb bu dəfə açıq təhdidlə ona 
meydan oxudu:
– Nədi, elə bilirsiniz, elə sizə gül 
bağışlayırlar?! Mənim pərəstişkarlarım 
buracan dalımca gəlmişdilər...
– Axı siz... – Sözünün dalısını gətirə 
bilmədi. Qadın onu tam əsarətdə saxlayırdı. 
Bütün doqquz milyonluq tamaşaçını özünə 
qulaq asmağa məcbur edən  icmalçı – Aqil 
müəllim bir qadının girovuna çevrilmişdi, 
özü də teleşirkətin pilləkənlərində... Dayan, 
dayan, deyəsən, onu hardansa tanıyırdı, 
amma hardan?
– Mən, mifoloqam, Yaz  bayramı 
haqqında  ilk tədqiqatların müəllifiyəm. Hər 
il Novruz bayramında Bahar qız da mən 
oluram... Siz məni həmişə milli geyimdə 
görmüsünüz, ona görə tanıya  bilmədiniz... 
Bir də biz hər gün televiziyaya çıxmırıq axı...
Oooooooo! Bu daha çox irəli getdi. Öz 
aləmində zəfərini qeyd edir, deyəsən... “Sən 
mifoloqdan çox, mifsən, mən ölüm!”
Tanıdı onu. Hətta sədrin yanında bir dəfə 
görmüşdü də. Sədr ağzını elə açmışdı ki, elə 
bil bu saat yeyəcəkdi qızı...
– Yaxşı, biz indi neyləyək? – lap fərsiz 
adamlar kimi dilləndi. 
“Zəhrimar elə, çor elə! Axmaq adam. 
Sual verməyinə bax?!” – ürəyində özünü o ki 
var danladı.
Qadın yenə o  qəddar gülməyini 
başlamışdı ki, yavaşca ona tərəf əyildi:
– Nolar, burda belə gülməyin... Bəlkə  sizi 
maşınla aparım?
– Olar, niyə olmur ki? Dədəmiz 
döyməyəcək, nənəmiz döyməyəcək...
Bu da bir işarə...
Və maşına minib getdilər  bir baş 
bulvardakı Gəmi-restorana...
          
***
 
İki gün sonra zəngləşib görüşmüşdülər. 
Bu dəfə artıq Aqilin şəhərdən kənarda – 
Günəşlidə  hamıdan gizli  tutduğu birotaqlı 
evində. Sonralar da davam etdilər. Həftədə 
iki, bəzən üç dəfə. Bu görüşlər onun 
həyatında yeni bir səhifə açdı, bəlkə də 
stimul oldu. İndi o, efirdə daha coşqulu 
danışırdı. Elmi işini daha ürəklə yazırdı və 
bu qadın onsuz da hələ cavan olan icmalçını 
daha da cavanlaşdırmışdı...
(Belə hal həyatında bir neçə dəfə 
olmuşdu. Amma epizodik. Ən uzun çəkəni 
bir, yaxud iki ay. Sonra həmin qadınla dost 
kimi qalmışdılar. Bu isə ayrı aləm idi. Bu 
yanmışda nə sirr vardısa, Aqili salmışdı 
tilsimə. Adamın içinə duman kimi sıımış – bu 
onun nənəsinin sözüydü, qısılmaq, yayılmaq, 
bürümək anlamlarına yaxındır, amma o deyil 
– sevgi vurub çıxmışdı sifətinə. Elə bil üzündə 
yazılmışdı: “Mən xoşbəxtəm! Mən sevirəm!”)
Əlbəttə, itkisiz ötüşmədi. Arvadı onun 
“üzündə yazılanları tez oxuya bildi”, deyəsən, 
– pal-paltarını çamadana yığıb dəhlizə 
qoymuşdu. O da götürüb səssizcə getdi. İndi 
ora hərdən qızlarını görməyə gedir, bir də 
pul-para verməyə.
***
 
Bir dəfə o gün-gündən daha çox 
bağlandığı qadına dedi:
– Sən heç məndən bir şey 

söz  məkanı
93
USTAD 
dərgisi \ Fevral 2016
92
USTAD 
dərgisi \ Fevral 2016
istəməyəcəksən? Mən sənə nə hədiyyə 
edim?
Qadın o musiqili gülüşünü (bu gülüşü 
eşidən kişinin özünü sərbəst saxlaması 
mümkünsüzdü) bir də səsləndirib dedi:
– Mənə  çoxlu  çiçək al... Arasında 
xrizantemalar da olsun... özü də sarısı...
O maşınını gül dəstələri ilə doldurmuşdu. 
Düz bir saat o gülləri onun  köhnə Vorovski 
tərəfdəki evinə daşımaqla məşğul oldular...
          
***
 
...Əl atıb  gül dəstəsinin içindən tək 
sarı xrizantemanı çəkdi, palataya gözucu 
baxıb 
(qızının gətirdiyi çaynik, fincan, 
çarpayının başından asdığı pijama  və kiçik  əl 
televizoru  gözündə deyildi)  qapıdan çıxdı. 
Gənc həkimin  dediklərini eşitsə də, dönüb 
baxmadı da:
– Bəs bunları götürmürsünüz?..
 
     
***
 
Bura Yeni Günəşlidir. Şəhərin ən hündür 
yeri. 
Göyə baxdı – necə dərinmiş, necə 
sehrliymiş, gömgözəlmiş.
Üzbəüz Köhnə Günəşliyə baxdı. Köhnə-
zad deyilmiş, elə bil Yeninin ekiztayıdır. Hələ 
o döşdə oynayan uşaqlar necə xoşbəxtdirlər. 
O zibil tiyanlarının yanında fırlanan dilənçi 
də həyatından razı kimi görünür. O dəstəylə 
uçuşan göyərçinlərə bax bir! Səni allah, belə 
yaxından uçan göyərçin dəstəsi görmüşdün 
indiyəcən?.. Bir bu küçə itlərinə bax! Elə 
gəzirlər, elə bil hər gün uşaqların daşa basdığı 
sahibsiz it yox, meşənin şahı aslandırlar...
Kefi durulan kimi oldu. Telefonu çıxardıb 
adlar siyahısında  “T” yazan kimi Təranə 
çıxdı və düyməni onun adının üstünə basdı.
– Təriş, mənəm...
– Bilirəm...
– Gülə görə sağ ol. Amma sənə ayrı 
sözüm var... Bilmirəm deməyə ehtiyac var, 
ya yox?
– Niyə, de.
– Mən pis xəstəyəm... Ölümümə az 
qalb... Ciddi deyirəm... 
– Yaxşı da...
– Hə, ciddi sözümdür...  Səni bir 
saatlığamı, on dəqiqəliyəmi görə bilərəm?
Qadın kallaşmış səslə dedi:
– Hara gəlim?
– Özün bilirsən.
– Yaxşı. İki saata gəlirəm...
***
 
Qadın həmişəki kimi şux geyinmişdi. 
Amma geyimi şux olsa da, qamətinin 
şuxluğu sezilmirdi. Əlində bir dəstə gül 
vardı, ortasında sarı xrizantema. Gülü  
başıaşağı tutmuşdu – yasa aparılan güllər 
kimi. Yarıaçıq qapıdan içəri girəndə əski 
sevgilisini stulda oturmuş görüb ona sarı 
atıldı – ayağı qan gölünə batanda diksinmədi 
belə. Onun qoluna girib hər iki biləyindən 
süzülən qana əhəmiyyət vermədən qoxusunu 
gendən aldığı yatağa apardı. Başını sinəsinə 
söykəyib qəhqəhə ilə gülməyə başladı... 
Bu o pilləkənlərdəki orqazm yaradan gülüş 
deyildi – çiliklənmiş şüşə səsi vardı onda. 
Sevgilisinin doğranmış biləklərindən axan 
qan damlalarını bu gülüşün iti ağzı  tökmüşdü 
sanki...
Ağ mələfədə qan izləri qadın gülüşünün 
müşayiətiylə yayılır, get-gedə  hansısa qədim 
heroqlifə – tanış olmayan yazıya oxşayırdı...

mif söz
95
USTAD 
dərgisi \ Fevral 2016
94
USTAD 
dərgisi \ Fevral 2016
Cəlil 
Cavanşir
Əyyubun 
səbri
Q
atarın sonuncu dəfə fit verib 
nəriltiylə yerindən tərpəndiyi 
beş saat olmuşdu. Vaqondakı 
səfər yoldaşlarımın bəziləri xorhaxor yatsa 
da, bəziləri hələ oyaq olduğunu bəlli etmək 
üçün narazı şəkildə fısıldayıb, yerində sağa-
sola çevrilirdilər. Bütün yolboyu gözümü 
qırpmamışdım, Əyyub kişini düşünmüşdüm. 
Dilindin dua tükənməyən, mətanətli 
baxışlarından şükranlıq oxunan, imanına 
şübhəni yaxın qoymayan bu adamın 
baxışları gözlərimin qabağından getmirdi. 
Səhər qatardan düşüb, qəfil yol qəzasında 
dünyadan köçən dostum Süleymanın dəfninə 
getmək üçün taksiyə əyləşdim. Süleymangilin 
evinə çatanda bütün tanışlar, yaxın və 
uzaq qohumlar artıq toplanmışdı. Çox ağır 
faciəydi. Əslində, Süleymangilin ailəsinin 
başına gələnləri izah etmək üçün faciə sözü 
çox aciz qalar. Bir ilin içində Əyyüb kişinin 
qapısından 12 cənazə qalxmışdı! Təsəvvür 
edirsiniz? 12! Mərhum Süleymanın iki 
qardaşı Rusiyada ailəsi ilə birlikdə qətlə 
yetirilmiş, bu xəbəri eşidən bacısı və anası 
təyyarə hava limanına enməmiş infarkt 
keçirmişdi. Süleyman isə qardaşlarının, 
anasının və bacısının qəbirlərini ziyarət edib 
geri qayıdanda yolda sükan arxasında yuxuya 
getmiş, idarə elədiyi avtomobil yük maşınının 
altına girmişdi. İnanmayacaqsınız, amma yük 
maşınının sürücüsü də bacısının böyük oğlu 
Yusif imiş. İki cənazə birdən gəlmişdi Əyyub 
kişinin qapısına... İndi də ehtişamlı evinin 
darvazasına on dörd qara lent bağlanmışdı. 
Bağ-bağatlı, meyvə ağaclarının bir-birinə 
boy vermədiyi geniş həyətə hüzn və kədər 
hakim idi.  Əyyub kişinin illər əvvəl tikdirdiyi, 
bütün ailənin xoş və firavan günlər keçirdiyi 
olduqca dəbdəbəli, üç mərtəbəli möhtəşəm 
evin darvazasının önündə bir anlıq ayaq 
saxladım. İçində daimi yaşayış olan, xoşbəxt 
insanların məskunlaşdığı, qonaq-qaralı 
evlərdən biriydi. Heç vaxt dəyişməyən, 
heç vaxt qonaq-qarasız qalmayan bu evin 
indiki görkəmi isə insanı xoflandırırdı. 
Bütün otaqları mebellə bəzədilib. Bu 
əşyalar illərdir yerindən tərpənmədən evin 
özünəməxsus ruhunu qoruyurdu. Rəngi 
solmuş, xarab olmuş əşyalar əsla evdən 
çıxarılmaz, atılmazdı. İllər boyu burada 
yalnız yeni doğulan uşaqlar üçün alınan uşaq 
çarpayılarına yer hazırlanardı. Həmişə səs-
küylü, qonaq-qaralı ev indi sükut içində idi. 
Həyətdə qonşular ehsan qazanlarının altını 
qalayır, samovarlara od salır, yas çadırının 
stol-stulunu daşıyırdılar. Əyyub kişi bir 
tərəfdə səssiz-sədasız dayanıb aramla, səbirlə 
təsbeh çəkirdi. Sinəsinə qədər uzanmış 
ağappaq saqqalından üzünə qəribə bir işıq 
yayılırdı. Üzündə illər əvvəl Süleymanın 
toyunda gördüyüm o sakit və şükranlıq dolu 
ifadə vardı. Yaxınlaşıb görüşdüm. Kədərli 
gözlərinə baxıb özümü saxlaya bilmədim. 
Boynuna sarıldım. Göz yaşı məni boğdu.
– Başın sağ olsun Əyyub əmi! Süleyman 
hamımızın belini qırdı...
– Başımız sağ olsun, oğul! Şükür Allahın 
kəramətinə! Kəramətindən və lütfündən sual 
olunmaz, rəbbim bilir nə etdiyni...Verən də 
odur, alan da...
***
Günorta dəfndən qayıdanda Əyyub 
kişinin üzünə baxdım. Eyni səbir və təmkinlə 
təsbeh çəkirdi. Köhnə tanışlarla, dostlarla yas 
çadırına keçdik. Camaat öz arasında pıçıltıyla 
hekayə

mif  söz
95
USTAD 
dərgisi \ Fevral 2016
94
USTAD 
dərgisi \ Fevral 2016
ailənin başına gələn faciələrdən danışır, 
Əyyub kişinin əzminə heyrət edirdilər. Baş 
verənlər bir insanın ağlını başdan çıxaracaq 
qədər çox idi. Bir ilin içində on dörd cənazə 
qalxan həyətdə Əyyub kişi təkbaşına 
qalmışdı. Evin böyük oğlu İshaq Moskvada 
böyük biznes şəbəkəsinə rəhbərlik edirdi. 
Ailəsi ilə birlikdə Moskva ətrafında dəbdəbəli 
bir villada, rusların içində, özü də namazında, 
orucunda qüsur etməyən həqiqi bir mömin 
ömrü yaşayırmış. Atası Əyyubdan aldığı 
tərbiyəni bir gün də unutmazmış. Övladları 
da onun kimi...
Ölkədəki biznesini idarə edən qardaşı 
İlyas isə ailəsini də götürüb Moskvaya  
gəzməyə, qardaşının yanına gedəndə baş 
verəcəklərdən xəbərsizmiş. İshaqın inanclı 
bir insan olduğunu bilən Suriyada döyüşən 
terrorçuların Rusiyadakı dəstəkçiləri ondan 
İŞİD üçün külli-miqdarda ianə tələb etmiş, 
İshaq pul verməkdən imtina etməklə bütün 
ailəsini təhdid altında qoymuşdu. İlyas bütün 
bunlardan xəbərsiz yollanmışdı Moskvaya. 
Qana susamış İŞİD tərəfdarları isə bir gecə 
qəfildən basqın edib hər iki qardaşı və ailəsini 
qətlə yetirmiş, evdə olan bütün sərvəti 
talamışdılar. O dəbdəbəli həyatdan bir ovuc 
kül qalmışdı...
Sonra İlyasın nəzarət etdiyi mebel 
zavodunda yanğın olmuş, bütün sərvəti 
bir gecədə heçə çevrilmişdi. Əyyub kişi və 
Süleyman mərhumlardan qalan borcları 
güclə vermişdilər. İndi də Süleymanın və 
bacısının son yadigarı Yusifin faciəsi... 
O böyük ailədən sadəcə Əyyub kişi sağ 
qalmışdı bu dəbdəbəli, gözoxşayan evdə. 
Çadır boyu ailə üzvlərinin çərçivələnmiş, 
qara lentlə bağlanmış şəkilləri asılmışdı...
***
Əyyub kişi sovetlərin at oynatdığı 
vaxtlarda yüksək vəzifələrdə işləmiş, 
imperiyanın hər üzünü görmüş insan idi. 
Zəhmət, alın təri, əzmkarlıq sayəsində 
müstəqillik illərində böyük sərvət qazanmış, 
amma var-dövlətin çoxluğundan qudurub 
cızığından çıxmamışdı. Qazandığına şükr 
etməyi, əlindəki sərvətin sadəcə özünə 
məxsus olmadığını bilən nadir insanlardan 
idi. Ailə üzvləri də onun kimi imanlı, əqidəli 
və dürüstdü. Qazancından neçə-neçə kasıb 
tələbəyə təhsil haqqı ödəyər, evsizlərin, 
yoxsulların qayğısına qalar, kasıblarla dostluq 
edər, məktəb təmirinə, xəstəxana tikintisinə 
pul xərcləməkdən çəkinməzdi. Dilindən dua, 
şükranlıq əskik olmaz, malın-mülkün əsil 
sahibini bir an da olsun unutmazdı. Hərdən 
məclislərdə Əyyub kişiyə söz atanlar da 
tapılardı: “Ağsaqqal, bu qədər cah-calalın 
olmasa yenə də şükr etməyi, yenə də dua 
etməyi bacararsanmı? Sənin duaların, 
möminliyin var-dövlətə, oğul-uşağına görədir, 
Əyyub kişi!” 
Bu atmacaların qarşısında Əyyub kişi 
ciddiyyətini pozmazdı:
– Onun kəramətindən şübhə edilməz! 
Verən də odur, alan da! İstəsə bir günün 
içində hər şeyi almağı da, geri qaytarmağı da 
bacarar!
Adı dillərdə dolaşan bu ailənin faciəsi və 
Əyyub kişinin əsla asi olmaması hamı kimi 
məni də təəccübləndirirdi...
***
Süleymanın ölümündən üç il keçmişdi. 
Əyyub kişini tamamən unutmuş, gündəlik 
həyatın qayğıları arasında dostumun tənha 
atasından xəbərsiz, məişət qayğılarının və 
rəhbərlik etdiyim xəstəxananın problemləri 
arasında itib-batmışdım. Hər gün palatalara 
bir-bir baş çəkir, xəstələrlə maraqlanır, 
əməliyyatdan çıxan, əməliyyata girən 
həkimlərlə, xəstələrə nəzarət edən tibb 
bacıları ilə söhbətləşirdim. Qazancım 
normal, yaşayışım ürəyimcəydi. Hərdən ağır 
əməliyyatlara özüm girir, gecəni xəstəxanada 
keçirirdim. Bir gün qəbul şöbəsinə ölümcül, 
bədəni yaralarla dolu bir xəstə gətirdilər. Onu 
xüsusi palataya köçürəndən sonra diaqnoz 
qoymaq üçün analizlər alındı. Həkimlər 
ümidsiz halda konsiliuma toplaşmışdılar. 
Ümidsiz xəstənin müalicəsi ilə bağlı qərarımı 
gözləyirdilər. Bütün analiz nəticələri 
qarşımda, həkimlərin xəstə ilə bağlı ümidsiz 
fikirlərini dinləyirdim. Qəfildən onun adı-

mif  söz
97
USTAD 
dərgisi \ Fevral 2016
96
USTAD 
dərgisi \ Fevral 2016
soyadı gözümə sataşdı:
– Təcili xəstəni görmək istəyirəm, təcili! 
Mənə onun yatdığı palatanı göstərin!
***
Əyyub kişinin vəziyyəti olduqca ağır, 
çarəsiz görünürdü. Bütün bədəni yaralar 
içində idi. Ciyərləri soyuqlamış, işıqlı siması 
sapsarı saralmışdı. Heysizlikdən dili söz 
tutmasa da, dodaqlarının arasından süzülən 
duaları eşidirdim:
- Şükür kərəminə, ya rəbb! Verən də 
sənsən, alan da! 
Təcili müalicəyə başlamaq üçün göstəriş 
verdim. Əyyub kişi günlərlə bir nöqtəyə 
baxır, sadəcə dodaqları tərpənirdi. Bəzən 
xəfif xışıltıdan şükür etdiyini anlayırdım. O 
hətta bu ümidsiz halında da dualarından 
qalmırdı. Bütün xəstəxana onun 
qulluğundaydı. Sadəcə dostum Süleymana 
görə yox... Əyyub kişinin səbri və əzmi 
qarşısında da özümü borclu hiss edirdim. 
Bədəninə yayılmış irinli yaralar gündən-günə 
daha da böyüyür, hər yerini işğal edirdi. 
Palatanı nə qədər sərin saxlasaq da, sanitar-
gigienik qaydalara əməl etsək də, bu yaralara 
qurd düşür, üfunət iyindən heç bir tibb bacısı 
palataya girmək istəmirdi. Hər dəfə onu 
görəndə göz yaşlarımı saxlaya bilmir, bu 
çarəsiz xəstəlik qarşısında acizliyimi etiraf 
edirdim. İrandan, Türkiyədən gələn həkimlər 
də xəstəliyin çarəsiz və ümidsiz olduğunu 
təkrar edir, sonra da çıxıb gedirdilər.
Nəhayət, xəstəlik Əyyub kişini tamam 
əldən saldı. Sonuncu dəfə yanına girəndə 
güclə eşidilən xırıltılı səslə mənə yalvardı:
– Həkim, məni evimizə göndər. Öz 
evimdə ölmək istəyirəm...
***
70 yaşlı Əyyub kişi həyətdə 3 yaşlı 
oğlunun əlindən tutub asta addımlarla 
gəzişir, bağçadakı gülləri, meyvə ağaclarını 
yoxlayırdı. Həyət on il əvvəl gördüyüm kimi 
öz şahanə görkəmindəydi. 
...Bu gün səhər qatardan düşəndə güclü 
bir əl yapışmışdı biləyimdən:
– Ver çantanı, oğul, yol yorğunusan. 
Qulaqlarıma inanmamışdım. Bu, 7 il 
əvvəl çarəsiz xəstəlikdən əziyyət çəkən, 
ümidsiz halda evinə göndərdiyim Əyyub 
əminin səsiydi. Üzündə əvvəlki işıq, dimdik 
qarşımda dayanmışdı. “Lexsus”un yük yerini 
açıb çantamı yerləşdirdim. Əyyub kişi cavan 
oğlan qıvraqlığı ilə sükan arxasına keçib 
avtomobili işə saldı. Onun bu qədər qıvraq və 
sağlam olması əsl möcüzəydi. Mən sonuncu 
arzusunu yerinə yetirib evinə göndərəndən 
üç gün sonra Almaniyadan aldığım iş 
təklifini qəbul edib, ölkədən getmişdim. 
Rəhbərlik etdiyim 
xəstəxananı, evimi, 
kiçik laboratoriyamı – 
bir sözlə, hər şeyimi 
qoyub getmişdim. 
İki gün öncə isə bir 
əməliyyat üçün məni 
bura dəvət etmişdilər. 
Yüksək məbləğdə pul 
təklif etdiklərindən 
düşünmədən adıma 
alınan gediş-dönüş 
biletini qəbul edib, 
hesabıma köçürülən 
məbləğdən bir qədər 
xərclik götürüb gecəylə 
Bakıya uçmuşdum. 

mif  söz
97
USTAD 
dərgisi \ Fevral 2016
96
USTAD 
dərgisi \ Fevral 2016
Bakıda əməliyyatın əyalətdə keçiriləcəyini 
eşidib qanım qaralsa da, dostum Süleymanın 
doğulduğu və dəfn olunduğu yerləri yenidən 
görmək, Əyyub kişinin məzarını ziyarət 
etmək haqda düşünmüşdüm. İnanılmaz 
olsa da, məzarını ziyarət etmək istədiyim 
adam qarşılamışdı məni. Arayıb-soraqlamış, 
oğlunun sünnəti üçün ağlasığmaz məbləğdə 
pul ödəyib məni Almaniyadan buralara qədər 
gətirtməyi bacarmışdı...
Yolboyu necə sağalmasından, xəstəliyə 
necə qalib gəlməsindən, təkliyin daşını 
atıb yenidən evlənməsindən, ona bu 
yaşında yenidən atalıq sevincini yaşadan 
Məhəmməddən danışırdı. Pəncərədən içəri 
soxulan təmiz bahar küləyinin dalğalandırdığı 
saçları və ağ saqqalı ona sirli, müdrik 
görkəm verirdi. Dilindən eyni duanı eşidəndə 
illərdir beynimdə səslənən o duaya mən də 
qoşuldum: “Şükür kərəminə, ya rəbb! Verən 
də sənsən, alan da!”
***
Məhəmmədin sünnətindən sonra bütün 
tanışlar, qohumlar bər-bəzəkli çadırda yemək 
süfrəsi arxasında toplanmışdı. Əyyub kişi 
asta və şirin səslə “Qurani-Kərim”dən  
“Ənbiya” surəsini oxuyurdu. Hamı səssizcə 
bu nur üzlü, səbir, əzm və iman sahibini 
dinləyirdi. 83-cü ayəyə çatanda Əyyub 
kişinin çöhrəsi daha da işıqlandı. Hamı 
maraqla ona diqqət kəsildi. Əyyub kişi başını 
qaldırmadan:
– Bu ayə, illərdir mənim səbrimin, 
şükranlığımın açarıdır. Diqqət edin, lütf və 
kərəm sahibi, rəhimlilərin ən mərhəmətlisi 
nə buyurur: “Əyyubu yada sal. Bir vaxt o
Rəbbinə dua edərək belə demişdi: “Mənə 
bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən”.
1
Hamı təəccüb içində Əyyub kişinin 
üzündəki işıq haləsinə tamaşa edirdi, o isə 
səbri ilə İblisi utandırmış Əyyub peyğəmbərin 
hekayəsini danışırdı...
1. İmam Cəfəri Sadiq, Əyyubu ağuşuna almış 
bəlaların səbəbi haqqında bunları deyib: “Əyyuba 
üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər 
qarşısında çox şükr etməsi idi. Onun imanına 
həsəd aparan İblis, onun çox şükr etməsini 
nemətə qərq olması ilə əlaqələndirmişdi. O, 
Allaha: ”Sən Əyyubdan dünya nemətlərini alsan, 
görərsən ki, o şükr edənlərdən deyil. Mənə icazə 
ver, sübut edim ki, dediklərim doğrudur”, - deyir... 
Allah İblisə icazə verdi, İblis əvvəlcə Əyyubun 
var-dövlətini, sonra övladlarını əlindən çıxardı. 
Lakin bu hadisələr Əyyubun şükrünü daha da 
artırdı. Daha sonra Əyyubu xəstəliyə düçar 
edib, hey-hərəkətini əlindən aldı. Lakin Əyyub 
şükrünü davam etdirirdi. İblis bu böyük insanın 
iradəsini qırmaq üçün hücumlarını şiddətləndirdi. 
Ətrafdakıların “axı nə günah etmisən ki, belə 
bəlaya düşmüsən” kimi qınaqları Əyyubun qəlbini 
parçalayırdı. Amma misilsiz bəlalar qarşısında 
Əyyub son nəfəsədək şükründən əl çəkmədi. Və 
daha sonra Allah bütün aldıqlarını Əyyuba geri 
qaytardı...

maraq saatı
99
USTAD 
dərgisi \ Fevral 2016
98
USTAD 
dərgisi \ Fevral 2016
B
ir çoxlarımız “cizgi roman” 
ifadəsini gördükdə nəyə görəsə 
ağlımıza uşaqlar, həm də azyaşlı 
oxucular və pərəstişkarlar gəlir. Bəzən 
düşünürəm ki, bunun səbəbi “cizgi roman” 
və “cizgi filmi“ söz birləşmələrindəki “cizgi” 
sözü ilə bağlıdır. Bəlkə də rənglər, yaxud 
sadəcə şəkillərlə... Hər halda, bu sualın 
cavabını öyrənməyi çox istərdim. Nə isə... 
Keçək bizim haqqında danışmaq istədiyimiz 
“cizgi romanları”nın tarixinə. 
Bu mediumun, incəsənət formasının 
dəqiq yaranış tarixi və yaxud səbəbi hələ də 
bizlərə məlum deyil. Ancaq düşünürük ki, 
bu mediumun ilk nümunələri məhz Misir 
ehramları divarlarına, Qobustan qayalarına 
həkk olunmuş şəkillərdir. Tarixi ilə bağlı 
isə onu qeyd etmək yerinə düşər ki, bu 
gün inkişaf etməkdə olan “cizgi romanı”n 
– komikslərin geniş kütlə ilə mütəmadi 
görüşdüyü dövr 19-cu əsrin sonundan 
başlayır. Bu dövrdə ilk dəfə Cozef Pulitzerin 
(bəli, bəli, məşhur Pulitzerin) “Yellou Kid” 
(“Yellow kid”– sarı uşaq) adlı bir səhifəlik 
komikslərini öz qəzetlərinin son səhifəsində 
yayımlayır. Tez bir zamanda rəqib qəzetlər də 
oxşar strategiyaya üz tuturlar. Hətta bir dövr 
iki qəzet və iki fərqli rəssam “Yellou Kid”in 
macəralarını yayımlamağa başlayır. Beləliklə, 
20-ci əsrin ikinci onilliyinə qədər bu trend 
öz yayımını davam etdirir. Bir səhifəlik 
formatda olan komikslər tədricən qəzet və 
jurnalların, xüsusən də qeyri-ciddi zəmində 
olan amerikan “pulp maqazin”lərin sonunda 
bir neçə səhifədə və rəngli şəkildə oxuculara 
təqdim olunur.  
30-cu illərin əvvəllərində artıq Amerikada 
komiks oxuyan insanlar qrupu formalaşır. 
Dok Səvic (Doc Savage) dünyanın dörd 
bir yanında başına gələn sərgüzəştlər, Fləş 
Qordonun (Flash Gordon) kosmik macəraları 
və Şadounun (Shadow) varlı superqəhrəman 
alter eqosu milyonların qəlbini fəth edir. 
Şadou (Shadow) hətta radiodram formasında 
da tamaşaçı kütləsi ilə görüşür. Ancaq 
qrafik romanların QIZIL ÇAĞI 1938-ci ildə 
“Əkşən komiks 1”-in (“Action Comics 1”) 
işıq üzü görməsi ilə başlayır. Bu komiksdə bir 
neçə fərqli hekayə yer almış, üz qabığında 
avtomobili havaya qaldıran göy paltarlı, 
qırmızı plaşlı bir kişi əks olunmuşdu. Bu, 
Sabahın adamı idi. Bəli, doğru oxudunuz, 
Cerri Sigəl (Jerry Siegel) və Co Şusterin (Joe 
Schuster) yaratdığı həmin qəhrəman. Bütün 
dövrlərin ən çox komiks satmış adamı, polad 
adam. SUPERMEN! 
Bu qəhrəmanın doğuşu ilə komiks tarixi 
yeni qızıl çağa qədəm qoydu. Supermen qısa 
zaman ərzində inanılmaz şöhrət qazandı. 
Uşaqlar, böyüklər – hər kəs onu oxumağa 
başladı. Radiodramlar, televiziya serialları 
və Supermen adını daşıyan başqa məhsullar 
kapitalist Amerikasında çiçəkləndi. 
Ölümsüz hesab olunan Klark Kent 
(Clark Kent) Supermenlə paralel başqa bir 
qəhrəman yaratmaqla daha sakit, amma 
daha köklü şəkildə oxucuları fəth etməyə 
başladı. “Detektiv komiks” (“Detective 
Comics”) jurnalında Bryus Ueyn (Bruce 
Wayne) adlı heç bir super gücü olmayan şəxs 
yaşadığı Qotham (Gotham) şəhərini qorumaq 
üçün texnologiya və yaxın döyüş sənətlərinin 
vəhdətindən özünü yarasa adama – Betmenə 
çevirir. Qeyd edim ki, “Detektiv komiks” 
sonradan “Əkşən komiksi (“Action Comics”) 
də alaraq öz məhsuluna çevirmişdi. 
Diqqətinizi digər bir məqama da çəkmək 
istərdik ki, bu dövrdə “Marvel komiks” 
(“Marvel comics”) brendi hələ mövcud 
deyildi, onun sahibi Martin Qudman (Martin 
Goodman) “Timeli komiks” (“Timely 
“Cizgi roman”
 
nədir?
Fərid Hüseynli

Каталог: sntazmedia -> edbyoxl0


Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə