Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 32.82 Mb.
Pdf просмотр
səhifə12/16
tarix26.07.2017
ölçüsü32.82 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

canlı yaddaş
79
USTAD 
dərgisi \ Fevral 2016
78
USTAD 
dərgisi \ Fevral 2016
özümü də təmin etmirdi. Fikirləşirdim ki, 
bir daha üzərində işləyərəm. İndi başqa 
bir əsərə başlamışam... Düzdü, gözüm 
zəif görür, amma işləyirəm. Jurnalistlərin 
həyatından yazıram. “Tale dolayları”. 73 
səhifə yazmışam artıq. Bilmirəm bitirə 
biləcəyəmmi? Güman edirəm ki, yaxşı əsər 
olmalıdır. 
– 
Konkret prototipiniz var, yoxsa 
ümumiləşdirilmiş obraz olacaq?
– Ümumiləşdirilmiş obrazdır. Əziz 
Əzimli. Taleyin dolaylarından keçib. 
Vaxtilə xalq düşməni kimi atasını tutublar. 
Bu da böyüyüb, sonra institut illərində 
müxalifətçilərə qoşulub, tutulub. Bir sözlə, 
keçid dövründə jurnalistlərin başına hansı 
işlər gətirilibsə, o haqdadır. Bilirsiniz, 
jurnalist gərək təpədən dırnağa vətəndaş 
olsun. Yazıçı da vətəndaş olmalıdır, amma 
yazıçı yaradıcılığında ümumiləşmələr çox 
olur. Əsl jurnalistlərin həyat tərzi daha 
mürəkkəbdir.  
– Bu həyat tərzinə bu qədərmi 
bələdsiniz? Bələd olmaq naminə 
əvvəlki yaradıcılıqda gah kitabxanaçı 
işləmisiniz, gah tərbiyəçi... Hərçənd 
ki, jurnalist də işləmisiniz, amma 
müstəqillik illərində jurnalistika mühiti 
çox dəyişikliklərə uğradı... Bu sovet 
dövrünün jurnalistikası deyildi... 
– Kifayət qədər bələdəm. Çünki özüm də 
vaxtilə yazılar yazmışam qəzetlərə, jurnalist 
kimi işləmişəm. Bilirsiniz də, məni dörd-beş 
il işsiz qoydular, mən də “Bakı” qəzetinə 
– Nəsir İmanquliyevin yanına getdim. Baş 
redaktor idi. Mənə kömək elədi. Göndərirdi 
sənaye müəssisələrinə, fabriklərə, zavodlara, 
neft mədənlərinə. Gedirdim, oçerk yazırdım, 
gətirirdim, oxuyurdu, hətta dərc olunmamış 
qonorar yazırdı. Ailəmi dolandırırdım. Yaxud 
“Azərbaycan gəncləri” qəzetinə, hətta 
“Kommunist” qəzetinə məqalə yazmışam. 
Ən çox da radioda işləyirdim. 
– 
Hansı verilişdə?
– Müxtəlif verilişlərə oçerklər yazırdım. O 
zamanlar Yazıçılar birliyində böyük intriqalar 
var idi. Yəqin ki, bilirsiniz. Süleyman 
Rəhimovun tərəfdarları bir tərəfə idi, Mehdfi 
Hüseynin tərəfdarları – yəni ki qazaxlılar bir 
tərəfə. Belə bir ziddiyyət əmələ gəlmişdi. 
Mən də qazaxlı olduğuma görə mənə qarşı 
çıxırdılar.
– 
Burdan baxanda bir az absurd 
görünür... Amma İsmayıl Şıxla da 
qazaxlı idi. Ona qarşı da belə münasibət 
var idi? 
– Bilirsiniz, o çox təmkinli adam idi. 
Adətən qarışmırdı bu məsələlərə. Məndə 
bir az çılğınlıq var idi, o dəqiqə reaksiya 
verirdim. Məsələn, iclaslarda, yığıncaqlarda 
Mehdi Hüseyni, ya da İsa Hüseynovu 
tənqid edəndə, dözə bilmirdim. Müdafiəyə 
qalxırdım, sonra da o adamlar mənə qarşı 
çıxırdılar. Yaxud “Vicdan susanda”nı tənqid 
edirdilər, nə günə qoymuşdular. Onun 
üstündə Mirzə İbrahimov iclasda mənim 
məsələmi qaldırmışdı. Hətta partiyadan 
çıxarılmamı istəyirdi. Nəriman Həsənzadə 
partiya təşkilatı katibi idi. Mirzə İbrahimov, 
– “bu əsər sovet hakimiyyətinə zidd əsərdir. 
Sovet insanının vicdanı heç zaman susmur, 
susa bilməz”, – deyib sonra da üzünü tutdu 
Nəriman Həsənzadəyə ki, partiya təşkilatı 
katibisən, təklifini de. O da durdu, duruxa-
duruxa – hiss elədim ki əvvəldən sözləşiblər 
– istəməsə də dedi ki, partiyadan çıxarılsın. 
İnsafən Əli Vəliyev yerindən qalxdı, – “Mən 
qəti razı deyiləm, cavan adamdı, partiyadan 
çıxarılmaq çox ciddi məsələdi. Töhmət 
verilsin”, – dedi. Süleyman Rüstəmlə Osman 
Sarıvəlli də bu təklifi müdafiə elədilər. Rəsul 
Rza isə dedi ki, “Hiss olunur burada təşkil 
olunmuş bir şey var, belə olmaz, bu bizim 
təşkilatımızın adına pisdir”. Nə isə... Mirzə 
İbrahimovla höcətləşdilər, Rəsul Rza da 
acıq edib çıxdı getdi. Mən partbileti çıxarıb 
atdım Mirzə İbrahimovun üstünə. Adamlar 
sus-pus qaldılar. O gecə götürdüm Brejnevə 
məktub yazdım ki, ya Türkmənistanda, ya 
da Özbəkistanda yaşamağım üçün şərait 
yaratsın. Beləcə ara qarışdı. Və məni düz 
dörd il işsiz qoydular.
– Hər halda, bu əsərlə bağlı idi də... 
Yoxsa sizin qazaxlı olmağınıza görə 
edirdilər?
– Həm o var idi, həm də bu... Bir 
məsələ də vardı... Bunu mən “Gizlinlər”də 
yazmışam. Mirzə İbrahimovla aramı 

canlı yaddaş
79
USTAD 
dərgisi \ Fevral 2016
78
USTAD 
dərgisi \ Fevral 2016
vurmuşdular. “Azərbaycan” jurnalının baş 
redaktoru Cəlal Məmmədov. Lənətlənmiş 
Əkrəm Əylislinin “Mənim nəğməkar bibim” 
povestinə görə. O vaxt “Azərbaycan” 
jurnalında nəsrə mən baxırdım. Əsəri 
oxuyub bəyənmiş, çap olunmaq üçün 
təqdim etmişdim. Amma o nədənsə yaxın 
qoymurdu. Növbəti dəfə bu əsəri təklif 
edəndə Cəlal Məmmədov dedi ki, “Mirzə 
müəllim Yaltadan məktub yazıb, onuncu 
nömrədə onun İran inqilabçısı Ruzbeh 
haqqında əsəri gedəcək. Yazıb bitirmək 
üzrədir”. Mən də dedim ki, bəlkə o zamana 
kimi tamamlaya bilmədi, amma bu hazır 
əsərdir, özü də cavan adamdır. O da 
mənimlə dalaşdı: “Yəni sən deyirsən ki, 
Mirzə İbrahimov hələ yazsın, görək necədir?” 
Dedim: “Əşşi, mən nə vaxt belə söz dedim”. 
Nə isə... Aradan on beş-iyirmi gün keçdi. 
Sonra məni Yazıçılar İttifaqına çağırdılar. Bir 
Kübra xanım var idi, hamıya da “yoldaş” 
deyirdi. Dedi: “Yoldaş Vidadi, səni yoldaş 
Mirzə İbrahimov çağırır”.  Gördüm Mirzə 
müəllim qəzet oxuyur, salam verdim, almadı. 
Qəzeti kənara itələyib, başladı hədələməyə: 
“Sən özündən çox çıxırsan. Özündən 
başqa heç kimi bəyənmirsən. Yəni belə 
yekələnibsən ki, məni saymırsan? Nədi, 
mənə yazmaq öyrədəcəksən?” İstədim 
deyim ki, “ay Mirzə müəllim, mən kiməm 
sizə yazmaq öyrədim, siz bizim müəllimimiz 
olmusunuz”. Amma o, “yox, sən dikbaşlıq 
edirsən, baş redaktorla da yola getmirsən...” 
– deyib qəzəbləndi. Gördüm yox, mükün 
deyil, qapını örtdüm, çıxdım. Ertəsi gün 
gələndə dedilər ki, artıq burda işləmirsən. 
Nəsr şöbəsinin müdiri idim. Ədəbiyyat 
qəzetinə adi ədəbi işçi göndərmişdilər. Mən 
də getmədim, yuxarılara yazdım, məsələ 
uzandı. Bir sözlə, Mirzənin mənə qarşı kini 
var idi.
– Tək sizə qarşı idi bu 
münasibət?Ümumiyyətlə, necə insan 
idi?  
– Çox savadlı, bilikli, mütaliəli adam 
idi. O dövrün yazıçılarının arasında ikisi 
xüsusilə mütaliəli idi. Mehdi Hüseyn, bir də 
Mirzə İbrahimov. Hər ikisi çox savadlı idilər. 
Mirzə İbrahimov həm də yaxşı təşkilatçı idi. 
Nazirlər Kabinetinin sədr müavini olmuşdu. 
Sonr da ali sovetin sədri oldu – Xruşşov 
devriləndən sonra...
– Təşkilatçılığı – anladım, bəs 
yazıçılara münasibətdə necə idi?
– Əslində, o, Yazıçılar İttifaqına 48-
ci ildə sədr gəlmişdi – Səməd Vurğundan 
sonra. “Gənclər günü” adlı bir dərnək 
yaratmışdı. Bütün ali məktəblərdən ora 
cavanlar, ədəbiyyat həvəskarları gəlirdilər. 
Şeirlərini, hekayələrini, tənqidi məqalələrini 
oxuyurdular. Səməd Vurğundan tutmuş 
bütün şairlər, yazıçılar o tədbirlərdə iştirak 
edirdi. Cavanlar oxuyur, onlar qüsurlarını 

canlı yaddaş
81
USTAD 
dərgisi \ Fevral 2016
80
USTAD 
dərgisi \ Fevral 2016
deyir, yaxşılarını çapa məsləhət görürdülər.
– Gənclərə münasibətdə ən xeyirxah 
olan kim idi?
– Biz hamımız çalışırdıq ki, Səməd 
Vurğun gələn günü şeir oxuyaq. Bütün 
cavan şairlər... Gözləyirdik, o gəlməyəndə 
oxumurduq. Çünki o elə aydın, elə yumşaq 
deyirdi ki, sən nə tələb olunduğunu başa 
düşürdün. Hətta bir yığıncaqda Səməd 
Vurğunla Mirzə İbrahimov əməlli-başlı sözə 
gəldilər. Ağacavad Əlizadə var idi, sonra 
jurnalın katibi oldu. Kartof haqqında şeir 
yazmışdı. “Kartof, kartof, nə kartof, çıxıb 
bir-birinin üstünə kartof”. Təxmini belə 
bir şeir idi. Səməd Vurğun bunun üstünə 
əsəbiləşdi ki, “şeiri belə hala qoymaq olmaz. 
Bu nə mövzudur”. Bunun üstündə Mirzə 
İbrahimovla mübahisə elədilər. Səməd 
Vurğun acıq eləyib çıxıb getdi. O zaman 
biz cavanlar ona daha çox inanırdıq. Həm 
xoşrəftar idi, həm də yaxşı məsləhətlər 
verirdi. 
– Sizin nəslinizdən olan, o tədbirlərə 
qatılan cavanlardan Səməd Vurğun 
şairtək daha çox kimi dəyərləndirirdi?
– Bəxtiyar Vahabzadəni. Mənimsə iki 
şeirimi bir yığıncaqda tərifləmiş, sonra özü 
tərtib etdiyi almanaxda vermişdi. “Anam sən 
oldun”, bir də “Bənnanın imzası”. Amma 
“Polyak qızı” şeirimi bərk tənqid eləmişdi. 
“Gənclər günü”ndə Süleyman Rüstəm də, 
Məmməd Rahim də olurdu... Rəsul Rza da 
düz söz deyən idi. O da az-az şeir bəyənirdi. 
Və sözünü açıq deyirdi. Amma yenə də 
Səməd Vurğuna gənclər daha çox üstünlük 
verirdilər.
– Səməd Vurğunla Rəsul Rza 
arasında hər zaman konflikt olub və 
ya yaradılıb. Müşahidələriniz sizə nə 
deyir – onların üzdə münasibətləri necə 
idi? 
–Hərəsi öz dəst-xəttini müdafiə edirdi. 
Rəsul Rza sərbəst şeiri dəstəkləyirdi. Hətta 
bir yığıncaqda Rəsul Rza qayıtdı ki, “Ay 
Səməd, sənin yazdığın sərbəst şeirlər bu 
biri şeirlərindən daha güclüdür”. Səməd 
Vurğunun buna yaman acığı tutdu, təhqir 
kimi qəbul elədi. Dedi: “Xeyr, mən özümü 
bədbəxt şair hesab edərəm ki, sərbəst 
şeirlərim güclü ola...”  Bu da Rəsul Rzanın 
acığına gəldi.  
Onların arasında ziddiyyət var idi. Amma 
mən cavan olsam da Səməd Vurğunla 
məclislərdə çox olmuşam... O heç vaxt Rəsul 
Rzanın əleyhinə heç nə deməzdi. Mən Rəsul 
müəllimin yanında olmamışam, ona görə 
də bir söz deyə bilmərəm... Ümumiyyətlə, 
Səməd Vurğun kiminsə haqqında mənfi 
mənada söz danışan deyildi. Cəmi bircə dəfə 
ondan bu ruhda nəsə duymuşam. İclasdan 
çıxmışdıq, Səməd Vurğun, Mehdi Hüseyn, 
Osman Sarıvəlli... Mən də bunlara qoşuldum. 

canlı yaddaş
81
USTAD 
dərgisi \ Fevral 2016
80
USTAD 
dərgisi \ Fevral 2016
Birdən Səməd Vurğun dedi ki, “ayə, bu 
Mirzədən ehtiyatlı olun, bu həmşəridir, nə 
desən çıxar”. Bu məni həm təəccübləndirdi, 
həm də çox düşündürdü. Düzdü, o zaman 
təəccüblənmişdim, amma sonralar gördüm 
xasiyyətində bir az qərəz var. 
– Səməd Vurğunda yox idi?
– Mən bir neçə müşahidəmi deyəcəyəm. 
Əhməd Cəmil “Can nənə, bir nağıl de” 
şeirini yazmışdı. Mənim gözümün qabağında 
oldu bu hadisə. Səməd Vurğun Əhməd 
Cəmillə rastlaşdı, görüşdülər, o Əhmədin 
alnından öpdü. Dedi ki, “nə gözəl şeir 
yazıbsan? Çox bəyəndim, çox ürəyimdən 
oldu, sənə qibtə elədim bu şeirə görə”. Onda 
elə xasiyyət var idi. Osman Sarıvəllinin də 
bir şeiri var idi – “Hər kim yüz il yaşamasa, 
günah onun özündədir”... Eyni münasibəti 
ona da göstərdi... Səməd Vurğun yaxşı şeirə 
görə ürəkdən sevinir, tərifləyirdi. Bir dəfə 
Bəxtiyarı şeirinə görə necə qucaqladığını 
gördüm. Onda o böyüklük, o ürək genişliyi 
var idi. 
– Bəs açıq-açığına müdafiə etmək 
necə?
– Edirdi, bəli. Ən çox o zamanlar əmək 
mövzusu tələb olunurdu, buna görə Mirzə 
İbrahimovla bir neçə dəfə gənclərin üstündə 
dalaşmışdı. Onun bir məqaləsi də var idi – 
“Şairin haqqı”... O şeirin Nizami üslubuna 
yaxın yazılmasına çağırırdı... Sonra onun 
əleyhinə bir dəstə şair məqalə yazıb yuxarı 
göndərdilər. Süleyman Rüstəm də qol 
çəkmişdi, amma sonra teleqram vuraraq 
adını geri götürtdü.
– 
Niyə? Peşman oldu?
– Hə. Tərəfdar olmadığını bildirdi. 
– Süleyman Rüstəmi necə 
tanıyırdınız?
– Çox zarafatcıl, xeyirxah adam idi. Pis 
adam deyildi. Amma məsələn, Məmməd 
Rahim bir az qərəzli idi. Rəsul Rzanı da 
haqpərəst, öz sözünü deyən adam kimi 
tanımışam.
– 
Siz o dövrün Yazıçılar Birliyində 
də olmusunuz, sonrakı dövrün Yazıçılar 
Birliyini də görmüsünüz. O dövrdəki 
prosesi, qarşıdurmaları sonrakı, 
bugünkü hadisələrlə eyni dərinlikdə 
qiymətləndirmək olar?
– Yox. Sizə bircə şeyi deyim ki, Anar 
ona getmədi. Adətən belə qarşıdurmaları 
müşavirələr, o yığıncaqlar meydana 
çıxarırdı... Bizim vaxtımızda olan 
müşavirələrdə bilirsən necə hadisələr olurdu? 
Bəzən təhqirə də keçirdilər hətta... Çox ciddi 
söz-söhbətlər gedirdi... Əsərlərin analizləri 
aparılırdı... Amma sonra yığışdırıldı.
– Yəni o müzakirələr sizə bir yazıçı 
kimi nəsə verirdimi?
– Çox şey verirdi. Əsərlərin təhlili zamanı 
biz çox şey öyrənirdik. Əsəri saf-çürük 
edirdilər, yaxşını qiymətləndirirdilər, yamanı 
tənqid edirdilər. 
– 
Amma “Vicdan susanda” əsərinin 
saf-çürüyü sizə ilk zərbələri vurdu axı? 
– Hə, elə oldu.
– Bəs əsər böyük tirajla çap 
olunandan sonra münasibət necə 
dəyişdi?
– Ondan sonra çox fərqli oldu hər 
şey... Məmməd Cəfər Cəfərovla bir binada 
qalırdıq. Bir axşamçağı qarşılaşdıq, dedi, 
əsərini mənə rəyə göndəriblər. 
– Haradan göndərmişdilər ki?
– Onu demədi. Sadəcə, dedi,  
“oxumuşam, bəyənmişəm, qeydlərim 
var, gəl bu əsəri rus dilində çap elətdir, 
rus ziyalıları daha obyektivdilər, müsbət 
yanaşacaqlar”. Dedim ki, “mənə qarşı 
münasibəti görmürsünüzmü?” O vaxt 
“Ədəbiyyat fondu” var idi, onun vasitəsilə 
əsərləri sətri tərcüməyə verirdilər. Məmməd 
Cəfər bir xeyli fikrə getdi, dedi görüm 
neynirəm. Fondun sədri ilə danışıb həll 
eləmişdi. Beləcə əsər tərcümə edildi və çap 
olundu. “Literaturnaya qazeta”da akademik 
Boqomolovun, bir də bir Ukrayna yazıçısının  
mülahizələri dərc olunmuşdu. Sonra 
“Komsomolskaya pravda” da əsəri təriflədi 
və burda mənə münasibət dəyişdi. 
– 
Bəs mənfi rəy yazanların reaksiyası 
necə oldu?
– Bircə Asif Əfəndiyev mənə yaxınlaşdı – 
bulvarda rastlaşdıq. Dedi, “ay Vidadi, daha 
nə istəyirsən, məndən də yaxşı adamlar 
əsərin haqqında müsbət rəy yazdılar, 
qiymətləndirdilər. Bağışla da, olub”... Bir də 

canlı yaddaş
83
USTAD 
dərgisi \ Fevral 2016
82
USTAD 
dərgisi \ Fevral 2016
Mirzə İbrahimov bir yığıncaqda – xaricdən 
qonaqlar gəlmişdi – əsərimi təriflədi. Özü də 
o cür tənqid etdikdən sonra... İki il dalbadal 
bu əsər 100 min tirajla Moskvada dərc 
olundu. Bu, heç bir yazıçımızda olmayıb. 
Sonra Azərbaycanda – “Azərnəşr”də doqquz 
dəfə dönə-dönə çap olundu. Bir sözlə, 
“Vicdan susanda” məni öz uğuru ilə çətin 
vəziyyətdən çıxardı.
– Mən bilən, “Vicdan susanda” qədər 
sizə uğur gətirən, çox danışılan ikinci 
bir əsər olmadı...
– Bircə “Müqəddəs ocaq” tərifləndi. Akif 
Hüseynov da haqqında yazdı. 
– Amma “Vicdan susanda” qədər 
olmadı hər halda.
– Yox, o qədər olmadı. Hətta 
Amerikadan, Kaliforniyadan bu əsəri 
dərc etmək üçün istəmişdilər. Əsər 
ukrain, türk dilində çıxdı, hətta iranda, 
İran azərbaycanlıları üçün Tehranda ərəb 
əlifbasıyla dərc olundu. Bir sözlə, mənim ən 
doğma əsərim odur. 
–Doğmalığın səbəbi ancaq gətirdiyi 
uğurla bağlıdır, yoxsa başqa səbəb də 
var?
– Var, başqa səbəb də var. O əsərdə 
əsas qəhrəman mən özüməm. Orda mənim 
həyatımdan bir çox məqamlar verilib.
– Tək o əsərdəmi?
– Hər bir əsərdə yazıçıdan nəsə var. Bu 
mütləqdir. Amma o əsərdə daha çoxdur. O 
əsərin müsbət qəhrəmanı Vüqar Şəmsizadəni 
prototipi mənəm. 
– 
Vidadi müəllim, “Gizlinlər”də belə 
bir şey yazmısınız ki, “elə şeylər var onu 
məsləhət bilmədim yazmağa”...  Nə idi 
ki bunlar?
– Şəxsi münasibətlərin çoxunu açmaq 
istəməmişdim o yazıda. Məsələn, Mirzə 
İbrahimovla, ya dövrün digər yazıçıları ilə... 
Amma müsahibələrdə çox şeyi 
onsuz da deyirsiz də... 
– Hə, düz deyirsən, amma yenə də 
ehtiyat elədim... Bəzilərinin övladları, 
nəvələri var, fikirləşdim ki, könüllərinə 
dəyər... Bir az da ədəbi aləmə, oxuculara 
lazım olmayan məsələlər olduğunu 
düşündüm. Amma bir çox şeyləri də 
yazıram... Məsələn, Əli Vəliyevi çox 
bəyənirdim – düzlüyünə görə... Haqpərəst 
idi, heç nəyə baxmırdı, öz sözünü deyirdi. 
Hətta eşitmişəm ki, Mircəfər Bağırovun 
yanında Səməd Vurğunu tənqid edirlər, 
onda bircə Əli Vəliyev durub deyib: “Səməd 
Vurğun elə Səməd Vurğundur, o bu gün də 
var, sabah da olacaq”. Bağırovun hüzurunda 
deyib bu sözləri. Bağırov da bu sözünə görə 
Səməd Vurğunun üstündən keçib. Onda 
belə mərdlik-mərdanəlik var idi... Amma o 
birilərində buna rast gəlməmişəm. Məsələn, 
İsmayıl Şıxlı ağıllı adam idi. Səbirli, təmkinli 
idi. Gözləyirdi, mübahisələrdə dinmirdi, hətta 
mən bəzən inciyirdim də ondan. Amma 
o susurdu, bilirdi harda necə danışmaq 
lazımdır. 
– 
Yəni siyasətcil adam idi... Bunun 
özü də yaxşı xüsusiyyətdir. Lazım 
gəldikdə susmağı da bacarmaq lazımdır. 
– Hə, siyasətcil idi.Onun siyasəti nə 
məndə var idi, nə İsa Muğannada. 
– 
İsa Muğanna da bu qarşıdurmalara 
qatılır və çılğınlıq edirdi?
– O da əsəbi idi. Amma o zamanlar 
özünü müdafiə edə bilmirdi, bacarmırdı. O 
qədər onun üstünə düşürdülər ki...
– Nədə ittiham olunurdu? 
– Sovet cəmiyyətinin qüsurlarını 
əsərlərində – “Saz”da,. “Tütək səsi”ndə 
verməkdə. O mövzulara görə ona hücum 
ediləndə mübahisə etmirdi. Sonra da getdi 
kinostudiyada işləməyə...
– 
Siz də kinostudiyada işləmisiniz...
– Ondan bir müddət sonra... İsa 
Hüseynov baş redaktor idi. O, “26-lar” filmi, 
Nərimanov haqqında film, “Tütək səsi”ni o 
zaman çəkdi. Mən isə dublyaj şöbəsinin baş 
redaktoru oldum. 
– Orda niyə az işlədiz?
– 2 il yarım çəkdi. Gördüm ki, tərcümələr 
vaxtımı çox alır, əsərim yarımçıq qalır. Bütün 
gecəni işləyirdim. O vaxt evimiz də darısqal 
idi... Gözləyirdim ki, uşaqlar yatsınlar, sonra 
yazım... 
– Bir yazıçı kimi harda işləmək daha 
rahat idi? “Azərbaycan”da, yoxsa?
– “Azərbaycan” jurnalında... Amma 
oradakı işin bir pis cəhəti var idi ki, insana 

canlı yaddaş
83
USTAD 
dərgisi \ Fevral 2016
82
USTAD 
dərgisi \ Fevral 2016
düşmən qazandırırdı. Bir tərəfdən xeyirxahlıq 
edir, istedadlı cavanları dərc edirsən, amma 
o biri tərəfdən də pis, zəif əsərləri yaxın 
qoymursan.... Asif Əfəndiyevin məni 
pisləməsinin səbəbi nə idi? Əmisi Nəsib 
Əfəndiyevin müharibədən bəhs edən 
“Vyana” adlı zəif əsərini dərc etməmişdim. 
– “
Azərbaycan” jurnalında işlədiyiniz 
12 il ərzində elə bir yazıçı oldumu ki, 
onun istedadında yanıldınız? Maşallah 
yaddaşınız yaxşıdır. 
– Biri var idi, Qax rayonundan, 
televiziyada işləyirdi. Gəray Fəzli. O vaxt 
bir romanını çap etmədim. Sonra çap 
olundu, amma özü də etiraf etdi ki, üzərində 
sonradan çox işləyib. Amma dediyim ki, 
yaxşı əsər üstündə mübahisə də etmişəm. 
Əkrəm Əylislinin əsəri kimi. Düzdü, sonra 
onunla münasibətim korlandı. Yazıçı kimi pis 
yazıçı deyil, amma sonra o əsəri yazdı.
– Bu əsərə görə münasibət korlanıb?
– Yox, “Azərbaycan” jurnalında 
Rasputinin “Mariyaya pul lazım idi” əsərini  
çap etdirmişdim. Onun bir-iki yerini ixtisar 
elədiyinə görə oldu. 
– 
Kim daha çox düşür yadınıza 
yaxınlıq etdiyiniz insanlardan?
– Qabil. Çox səmimi, zarafatcıl adam 
idi. Əsərim çıxan kimi oxuyur, zəng edirdi...  
Ürəyiaçıq adam idi, hay-küylü... Başqasının 
uğuruna sevinə bilirdi. Deyilənə də tez 
inanırdı, sadəlövhlüyü vardı. Şeirləri də 
özünə oxşayırdı. 
– 
Dövrünüzün tənqidinin böyük təsir 
gücü var idi. Kimisə yüksəldə, kimisə 
ədəbi mühitdən uzaqlaşdıra bilərdi. 
O müzakirələrdən, tənqidlərdən geri 
çəkilən, ədəbiyyatdan gedən oldumu?
– Tərifin məhv etdikləri də oldu, tənqidin 
məhv etdikləri də.... O vaxt Mirzə İbrahimov 
hər iclasda tərifləyirdi – Əli Soltanlı... 
Sonra ilham bulağı qurudu-nədi, yoxa 
çıxdı. Tənqiddən də qırılan var idi. Sabir 
Süleymanov. Özünəməxsus yazırdı. Amma 
tənqidlərə dözmədi. Tənqid də belədir də, 
bəzən uğur gətirir, insan acığa düşür, mübariz 
olur, bəzən də sındırır. Ədəbiyyat çox çətin 
aləmdir. Hamıya asan görünür, amma çox 
çətindir. Burda fitri istedaddan başqa dözüm 
də lazımdır. 88 yaşım var, yenə də yazıram. 
Çoxu 50 yaşından sonra mövzu tapa, işləyə 
bilmir. 
– 
Çox böyük tirajlarla dərc olunmuş 
və ədəbiyyat hesabına yaxşı məbləğdə 
qonorar  almış yazıçısınız. Siz necə 
deyirsiniz, ədəbiyyat qazanc üçün uyğun 
sahədir?
– Qətiyyən. Ədəbiyyata qazanc məqsədilə 
gələn adam yanılır. Hətta bəzi nadir əsərlər 
sənə pul gətirsə belə, yenə də fikrimdə 
qalıram. Keçmişdən bəri hansı yazıçımız 
ədəbiyyatdan bəhrələnib, xeyir görüb? 
– Vidadi müəllim, oxucu məktubu çox 
almısınız?
– Çox...
– Saxlayırsınız?
– Bəli. Vermişəm dövlət arxivinə. Təkcə 
Azərbaycandan yox, SSR-nin hər yerindən 
məktub alırdım. 
– 
Axırıncı  dəfə nə vaxt almısız?
– 91-92-ci ildə. Ondan sonra yazmırlar. 
Bir hadisə danışım. Bəzən elə oxucu 
məktubu olurdu ki, heyrətlənirdim. 
Görürdüm çox ağıllı sözlər deyir, əsərə 
dərindən yanaşır... Bir dəfə hətta o 
məktublardan birinin dalınca Şəmkir 
rayonuna da getdim.  Orta məktəbdə 
direktorun köməkçisi işləyən bir qız idi. 
– 
Müəllif çəkmişdi marağınızı, yoxsa?
– Getdim öyrənəm görəm özümü yazıb, 
yoxsa kimsə kömək edib yazmağına. 
Qarayanız bir qız idi. Söhbət əsnasında 
gördüm ki, məktubda yazdığından bir az da 
dərinlərə getdi. Yəni belə oxucular olurdu... 
Əsərin dərinliklərinə varan, psixoloji 
məqamları tutan... Amma “Vicdan susanda” 
ilə bağlı təhqir dolu məktub da almışam. 
Onun  da izinə düşdüm getdim, Bakıdan 
yazmışdılar. Məni görüb pərt oldu. Məktublar 
yaxşıdır. İnsanı ruhlandırır... İstəyirsən ki, 
daha yaxşı yazasan. 
– 
Bu gün hələ də incik qaldığınız 
yazıçı varmı? Məsələn, istərdiniz ki, 
aranızda barışıq olsun... 
– Demək bir az yaxşı düşmür. Amma var... 
İndi bu dünyada deyil... 

Каталог: sntazmedia -> edbyoxl0


Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə