Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 32.82 Mb.
Pdf просмотр
səhifə11/16
tarix26.07.2017
ölçüsü32.82 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

türkün  özü
69
USTAD 
dərgisi \ Fevral 2016
68
USTAD 
dərgisi \ Fevral 2016
skamyada oturdu. Nə edəcəyini, köməyi 
hardan-kimdən alacağını bilmədən ətrafına 
baxındı. Ayağının altında bir qəzet gördü. 
Könülsüz əyilib yerdən götürdü. 2000-ci il 
5 may tarixli “Veçernyaya Almatı” qəzeti 
idi. Marağı olmasa da ilk iki səhifəni gözdən 
keçirdi, birdən gözünə “Saqqallı bomjlar” 
məqaləsi sataşdı. Başladı oxumağa: “Son 
zamanlar evsiz-eşiksiz, işi olmayan, yaşamaq 
üçün heç biri imkanı qalmayan bomjların 
sayı artmışdır. Bu bərk kişilərin heç də 
hamısı alkoqolik və narkoman deyillər. Onlar 
sosial həyatın ağır gerçəklikləri nəticəsində 
cəmiyyətdən kənarlaşdırılmışlar. Evləri 
olmadığı üçün binaların zirzəmilərində, 
damlarında yaşamağa və səfil həyat 
sürdürməyə məcbur olmuşlar. Bizim 
cəmiyyətdə belə insanlara qarşı mərhəmət 
və sosial qayğı çatışmır. Rusiyada bunu 
nəzərə alaraq, P.Demidov adına Yaroslavl 
universitetinin professoru Fyodor Zavyalov 
və iqtisad elmləri namizədi Yelena 
Spiridonova bomjların problemlərini tədqiq 
etməyi öz qarşılarına məqsəd qoyublar. 
Onların səbirli araşdırmaları nəticəsində 
bomjların 83 %-nin qohumları tapılmışdır, 
27 %-nin valideynləri, 64 %-nin bacı və 
qardaşı, 54 %-nin isə uşaqları. Buradan belə 
nəticə çıxarmaq olar ki, insanlarda nəciblik 
və fədakarlıq çatışmır. Tədqiqat göstərdi ki, 
bomjların əksəriyyəti savadlı və ya texniki-
peşə cəhətdən hazırlıqlı insanlardır. İstənilən 
müəssisədə sürücü, maşinist, operator, 
çilingər, xarrat, elektrik kimi işləyə bilərlər. 
Normal insan kimi yaşamaq istəyirlər, 
amma evləri olmadığına görə heç bir 
yerdə qeydiyyatda deyillər. Əksəriyyətinin 
evdən məhrum olma səbəbi isə keçmişdə 
məhkəməyə düşmək və cəza almaq olub. 
Bəs nə ilə, hansı gəlirlə dolanırlar: 43 faizi 
təsadüfi və müvəqqəti işdən əldə etdikləri 
qazancla, qalanı boş şüşə, metal qırıntısı, 
xammal toplamaqla. Yay vaxtı oğurlanan 
meyvə-tərəvəzi satanlar da olur. Səfillərin 
ancaq beşdən biri normal təqaüd və ya əlillik 
təqaüdü ala bilir. Gəlirləri yeməyə, içkiyə 
və siqaretə xərclənir. Bundan başqa, bir 
miqdar pul geyim, dərman və sabun almaq 
üçün gərəkli olur. Bir yaxşı cəhət var ki, 
gəlirlərinin 17 faizini qəzet və jurnal almağa 
xərclədikləri ortaya çıxmışdır. Buna da 
şükür!”. 
Aydın qəzeti bir kənara qoydu, ətrafına 
baxındı. Səhər çoxdan açılmışdı, amma 
həyətdə hələ ki, heç kim yox idi. Qəzet 
oxuyarkən ayağının ağrısını his etməmişdi. 
Amma indi ağrısı artmışdı.
Bir  müddət düşüncələrə qərq olaraq 
yerindəcə oturub qaldı. Üzü daşlaşmışdı. 
Cibindən darağı çıxardaraq saçını və uzanmış 
saqqalını daradı. Ətrafa baxdıqdan sonra 
inamla cibindəki bıçağı çıxartdı. Güclü 
əli səhv etmədi, hədəfini tutdurdu. Yeni 
yüksəlmiş Günəşin işığında parlayan bıçaq 
Aydının yumşaq vücuduna soxuldu. Gözlərini 
yumaraq bıçağın iti tiyəsi ilə qarnını yırtdı...
Aydın bədənindən daşmaq istəyən 
bağırsaqlarını əlləri ilə tutdu və yavaş-yavaş 
oturdu. Gözləri qapandı, ağzı köpükləndi. Bu 
anda, bir az əvvəl buludun arxasına gizlənən 
Günəş yenə çıxdı, hər yer aydınlandı. Ağrı 
itdi... Aydının qarşısında gözünü kor edəcək 
qədər parlaq bir ilğım meydana gəldi – ahu 
quşu şəffaf dumanın içindən süzə-süzə 
çıxırdı. Sonra bu ahu quşu ağ uzun don 
geyinmiş Rımcana çevrildi. Aydın sevgilisini 
qucaqlamaq istədi, özünü irəliyə verdi, amma 
yıxıldı. Quş qanadlarını çalaraq Aydına 
sərinlik verdi. Rımcan gülümsədi. Onun 
valehedici təbəssümü Aydının qəlbini qeyri-
adi sevinclə doldurdu, özünü çox xoşbəxt 
hiss etdirdi və çoxdan məhrum qaldığı 
rahatlığa qərq etdi. Dözülməz dərd və acılar 
gətirən bütün qara günləri arxada qaldı.
Sonra Aydın gözlənilmədən yerdən qalxdı 
və nəhayət, Rımcana toxuna bildi. Bədəni 
yüngülləşmiş, ilğımın parıltısına qarışmışdı. 
Yer üzündəki həyat ona bir yer tapa 
bilmədiyi üçün Göy üzünə göndərdi və sanki 
heç bir şey olmamış kimi yoluna davam etdi. 
Yer üzündəki həyatın aldadıcı gözəlliyi par-
par yanır, Günəş işıq saçır, Ay batır, yenidən 
doğur, gündüz ilə gecə bir-birini əvəz edirdi.
Özünün bitmək-tükənmək bilməyən 
qayğıları ilə bu cür tez keçib bitən həyat...
                                                                                                   
Çevirdi: Azər Musayev

şeir zamanı
71
USTAD 
dərgisi \ Fevral 2016
70
USTAD 
dərgisi \ Fevral 2016
Rəsmiyyə
Sabir
NEQATİV
Bir ömür həsr etdim
Sənin yoxluğuna.
Yaza bilmədiyim
hər şeirdə,
çəkə bilmədiyim 
hər rəsmdə,
oxuya bilmədiyim
hər nəğmədə
Sən varsan.
Mənim sevgi sarayımda
hər zaman küllü-ixtiyarsan.
Sən 
yaşanmamış günlərimin 
neqativisən, 
böyük eşqim!
QAYITDIM
Hamı yer üzündə həyat yaşadı,
Mən isə dərdləri yığıb qayıtdım.
“İnsan ömrü axar sudur”, – dedilər,
Dərya tək içimə axıb qayıtdım.
Sığışa bilmədim nə günə, aya,
Mənim yaşadığım gəlməz ki, saya,
Ömür dedikləri bu tamaşaya,
Uzaqdan eləcə baxıb qayıtdım.
Qəm məni sızlatdı, döndərdi neyə,
Yer mənə dar gəldi, üz tutdum göyə,
Yanar ürəyimi söndürüm deyə,
Gözümün yaşını sıxıb qayıtdım.
AYRILDIQ
Biz ayrıldıq.
Nə dünya məhvərindən qopdu,
nə də zaman dayandı.
Biz ayrıldıq.
Nə şimşək çaxdı,
nə də tufan qopdu.
Biz ayrıldıq.
Nə yerdə daşlar ağladı,
nə də ki, göydəki buludlar.
Biz ayrıldıq.
Bir damla göz yaşı
nöqtə qoydu sevgimizə.
Biz ayrıldıq.
Sadəcə 
yazıq oldu hər ikimizə...
KÖLGƏ
Heç nə ölmür.
Hər şey şəklini dəyişir. 
Mən doğulduğumdan bəri
şəklimi dəyişirəm. 
İnsanın ölümü də 
şəkildəyişmədir.
Əvvəlcə kölgənin
qısalmasından başlayır.
İkinci kursda oxuyarkən 
Mənə fəlsəfə dərsi keçən 
professorun öləcəyini 
kölgəsinin qısalmasından 
anlamışdım. 
Öyrətdiyi fəlsəfə 
şəklini dəyişmişdi.
Rüşvət fəlsəfəsi,
yaltaqlıq fəlsəfəsi,
yerlibazlaq fəlsəfəsi,
Hegel,
Kant,
Freyd fəlsəfəsiylə uzlaşmırdı.
Professorun boyu ilə 
kölgəsi kimi…
Heç nə ölmür.
Hər şey şəklini dəyişir…

şeir zamanı
71
USTAD 
dərgisi \ Fevral 2016
70
USTAD 
dərgisi \ Fevral 2016
İLAHİ
Sən tökdüyün dərdləri,
Mən yığıram, İlahi.
Qəlbimdə qəm çoxalır,
Sıxılıram, İlahi.
Bir ömürdə min bir sirr,
Ahım daşları dəlir,
Dərdim üst-üstə gəlir,
Sıxılıram, İlahi.
Zamansız yağdı qarın,
Saçıma narın-narın,
Soyuyur insanların,
Yaxılıram, İlahi.
Səni duyduğum andan,
Razıydım keçəm candan,
Çıxdığım nərdivandan,
Yıxılıram, İlahi.
SÖZÜN BİTDİYİ YER
Dünya, sənədir sualım, 
Ədalətin harda qalıb?
Bülbül ağzına su alıb,
Qarğa ötdüyü yerdəyik.
Nə deyək zalım fələyə, 
Salıb mərdləri tələyə,
Vicdanlar kor olub deyə
Haqqın itdiyi yerdəyik.
Həyat bizi edib çaş-baş,
İçimizdə min bir təlaş,
İnsanlığın yavaş-yavaş,
Əldən getdiyi yerdəyik.
Az deyildir sənin yaşın,
Nə çilələr çəkib başın,
Sus, dədəmoğlu qardaşım,
Sözün bitdiyi yerdəyik.
Bəxt gülməyir üzümüzə, 
Gün doğmaz ki, ömrümüzə,
Kəfən biçir tale bizə, 
Dünya adlı qəbirdəyik.
GÖRÜNÜR
Getdiyim haqqın yoludur,
Yoluma duman bürünür.
Mən yürüyürəm, arxamca,
Cansız kölgələr sürünür.
Torpaq ayağımdan çəkir,
Gözlərim qanlı yaş tökür,
Ömrümə qaranlıq çökür,
Bəxtimin ulduzu sönür.
Dünyada bunca adam var,
Dərdimdən dərdlilər anlar,
Uzaqlaşdıqca insanlar,
Tək, uca Allah görünür... 
ALLAH
Üz tutdum dünyaya, yolum çən oldu,
Səadət dediyin məndən gen oldu,
Dərdimi saxladım, biri min oldu,
Öz-özümü yeyib bitirdim, Allah.
İndi gördüklərim dərin yuxumu,
Ayılıb yenmişəm zəif qorxumu,
Özümdən alaraq ölməz ruhumu,
Yenə dərgahına gətirdim, Allah.
Ömür dedikləri bir anlıq imiş, 
Bəxtimin sarayı viranlıq imiş, 
Dünya başdan-başa qaranlıq imiş,
Yıxılıb özümü itirdim, Allah.

tam ciddi
73
USTAD 
dərgisi \ Fevral 2016
72
USTAD 
dərgisi \ Fevral 2016
naŞİR
İ
ş saatının ilk çayından ikicə udum alıb 
bir az soyuması üçün kənara itələdim. 
Yerinə dünəndən yarımçıq qalan nəşrə 
hazırladığım kitabın çap olunmuş qaralama 
vərəqlərini çəkdim. İki gündü kefim yox idi. 
Ədəbiyyatın çəmini-çümünü bilən bir nəfər 
“Solmaz” dərgisi üçün yazdığım hekayəni 
amansızca tənqid eləmişdi. Xeyli adlı-sanlı 
adamdı – Xudu Fərəcovu deyirəm. Zənn 
etmirəm ki, hansınızsa bu professoru 
tanımasın. İndi qarşımdakı vərəqlərdə sətirlər 
yerində oynaşdıqca hiss elədim ki, fikrim 
yenə də burda deyil – srağagün başıma 
gələn o hadisədə ilişib qalıb. Ölkədə gerçək 
ədəbiyyatın yiyələri, sahib çıxanları var, 
tənqid eləməlilər də – uzun-uzadı özümə 
təskinlik verib düşüncələrimə bu sözlərlə 
nöqtə qoydum. Ancaq bundan sonra fikrimi 
əlimdəki yazıya cəmləyə bildim.
Qapı döyülmədi, amma içəri biri girdi. 
Məşğul olduğumu göstərməkçün və bir az da 
əsəbiləşdiyimə görə laqeyd davranıb başımı 
qaldırmadım.
– Gözünün nuru getdi, az oxu! – qonağım 
otağa girdiyi kimi də tələm-tələsik halda 
başımın üstünü kəsdirib hırıldamağa başladı.
Gözlərimə inanmadım, Qədir idi. Onu 
axırıncı dəfə universiteti bitirdiyimiz gün 
görmüşdüm – on beş il əvvəl. Elə o vaxt da 
belə düşüncəsiz adam idi. Amma nə yalan 
deyim, gəlişinə çox sevindim.
Xoş-beş edib oturduq. Öləndən-itəndən, 
keçəndən-qalandan danışıb cibindən iki dənə 
fləş kart çıxardaraq həvəslə stolun üstünə 
tulladı.
naşirin 
  bir günü...
– Ağzına kimi şeirlə doludu. Al qoşginən 
ora, sən mənim canım. Gör qardaşın sənnən 
sonra nələr yaradıb ey!
Qədirin birinci kursda oxuyanda 
dekanımıza dalbadal dörd şeir həsr edib qrup 
nümayəndəsi seçildiyi gün yadıma düşdü.
– Özün necəsən e? Bə burda işlədiyini 
mənə niyə xəbər eləməyibsən? Qardaşın da 
düşüb dağa-dərəyə nəşriyyat axtarır!
Bir-iki dəqiqə məni danlayıb yanıma – 
kompüterimin başına keçdi.
– Hə, odu, odu. Bütün şeirlərim ordadı, 
– faylları tapdığımı görüb uşaq kimi sevincək  
yerində atılıb-düşməyə başladı. – Birini də 
indicənə – yolda gələ-gələ sənə yazmışam!
Göstərdiyi “Qədir Qiymət” adlı qovluğu 
açdım. Dilim dinc dayanmadı:
– “Qiymət” yeni təxəllüsündü?
– Yox, əşşi. Qiymətlər qalxandan bınnan 
yazıram də, – gözünü monitordan ayırıb 
üzümə baxmadan pis-pis güldü. – Bu gün 
çapa versək, neçə günə hazır olar?
Sizə kiçik bir sirr açım, nəşriyyatda 
işlədiyim ötən doqquz il müddətində ən 
çox nifrət elədiyim sual elə bu “neçə günə 
hazır olar”dı. O səbəbdən ki, bizim mötəbər 
Müşfiq XAN

tam  ciddi
73
USTAD 
dərgisi \ Fevral 2016
72
USTAD 
dərgisi \ Fevral 2016
müəlliflər yarımçıq, ya da yazmağa niyyət 
elədikləri kitablar üçün də bu sualı verirlər. 
Qısası, bu sualdan çiyrənmişəm. Tərs-tərs 
üzünə baxdım. Amma bu dəfə də fikri 
məndə deyildi.
Əlqərəz, üç saat sonra Qədir Qiyməti 
birtəhər yola salıb yerimə təzəcə 
oturmuşdum ki, bu dəfə də zəng elədi:
– Yadımnan çıxdı deyəm, orda bir 
ağ fləşim qaldı. İçi ləbələb şəkillərimnən 
doludu. Hamısını dünən çəkdirmişəm. İlk 
fotosessiyamdı, sən canun, birini kitabın 
əvvəlinə, birini axırına, qalanını da şeirlərin 
arasına verərsən. Sən allahun, uşaqlara 
tapşır, qəşəng dizayn-zad eləsinlər.
Sağollaşıb əlaqəni kəsdim. Doğrudan 
da Qədirin otuz iki geqabaytlıq ağ fləş kartı 
stolumun bir küncündə – təzə qəndqabımın 
yanında dururdu.
Oxuduğum səhifənin ortasına çataçatda 
qapı yenə açıldı. Daha doğrusu bu dəfə 
əvvəlcə taqqıldatdılar, dalınca açdılar. Gələnin 
üzünü və bədənini görə bilmirdim – adam 
qucağında beş dənə stulu iç-içə yığıb içəri 
girməyə çalışırdı. Qeyri-ixtiyari yan-yörəmə 
nəzər saldım. Gətirdiklərindən əlavə daha iki 
boş stul var idi, həmişəki kimi. Düz otağın 
ortasına çatanda başını stulların arxasından 
çıxarıb tanışlıq verməyə çalışdı. Sözəgəlməz 
dərəcədə gərgin və gülməli vəziyyət almışdı.
– İcazə olar, məllim. Mənəm e, dünən 
səhərə yaxın sizə feysbukda kitab çapı ilə 
bağlı yazmışdım ha – Qəzənfər. Əslində adım 
Qənbərdi.
İşarə elədim ki, stulları yerə qoya bilər. 
Yalnız bundan sonra Qənbər qucağını 
boşaldıb cəld hərəkətlə təzədən çölə sıçradı.
– Gəlin, – deyib, qapının ağzında 
dayananlara hövlnak işarə verdi. Tez də 
qayıtdı.
Otaqda heç kim yox idi, özümüzdük – 
mən, Qənbər, Qənbərin anası, Qənbərin 
atası, Qənbərin qardaşı, Qənbərin gələcək 
nişanlısı, Bakıya maşın almaqçün rayondan 
dünən gələn Qənbərin bibioğlusu və 
Qənbərin bu dünyada varı-yoxu yeganə 

tam ciddi
75
USTAD 
dərgisi \ Fevral 2016
74
USTAD 
dərgisi \ Fevral 2016
dostu olan Əlfağa.
– Ay oğul, bizim uşaq kitab yazıpdı, 
gəlmişük onu çıxardağ, – ağsaqqallığı 
Qənbərin atası öhdəsinə götürüb söhbətə 
giriş verdi.
– Nağayarağ e, uşağdı dayna, həvəsdi 
vaxtlarıdı, – şairin anası xeyli qəmgin notlarla 
zarıdı.
– Şşşş, – Qənbər yəqin ki, “şeir” 
deyəcəkdi.
Amma mobil telefonuma gələn zəngdən 
sonra sözünü ağzında çeynəyib uddu. Zəng 
vuran yenə də Qədir idi. Cavab verməyib, 
məşğul olduğumu bidirməkçün qırmızı 
düyməni basdım. Səssiz rejimə keçirməyə 
macal tapmamış mesaj gəldi:
– Qardaş, kitabın adını tapdım! “Qədrimi 
bilməsən də, məni heç ha vaxt unuda 
bilməyəcəksən”. Necədi? Amma deyəsən, 
bir az uzundu... (((((
Qədir bu müdhiş mesajının sonunda 
səksən səkkiz dənə mötərizə qoymuşdu. 
Çox  yox, cəmi səksən üç dənəsini ixtisar 
elədim ki, oxuyub əldən düşməyəsiz. Çünki, 
hələ söhbətimin canı qabaqdadı. Amma 
onu da deyim ki, özümdən asılı olmadan ha 
düşündüm görəsən Qədir zəngin ardınca 
dərhal bu mesajı hansı ara vaxt eləyib yazdı, 
ağlıma bir şey gəlmədi. Yəqin yaramaz, bu 
telefonundan götürmək mümkün oldu. Email 
ünvanıma gələn “Qənbər Qulu” adlı faylı 
açdım.
– Bunlar şeir deyil axı, – səbrimi basıb 
dəqiqləşdirməyə çalışdım.
– Hə, məllim, şeirlər axırdadı. Kitabın 
əvvəli massonlar haqqında araşdırma 
yazılarımdı.
– Harda araşdırmısınız?
– Ququlda. Deyim, saytı yaz da, ora, 
çıxacaq hamısı.
Bunu deyib cibindən bir pitik çıxartdı:
– Deməli, az, nöqtə, wikipedia, nöqtə, 
org.
Təxminən iki saat sonra Qənbər Qulugili 
ellikcə ram və mürəxxəs etməyə müvəffəq 
oldum. Xoşbəxt idim. Saata baxdım – 
axşamüstü altı olacaqdı. Səhər açılandan 
stolumun üstündə pərən-pərən düşmüş çapa 
hazırlanan kitabın vərəqlərini sahmana salıb 
otağın havasının dəyişməsi üçün pəncərəni 
açıb, böyük ümidlərlə təzədən yerimə 
çökdüm.
Mən deyim iyirmi dəqiqə, siz deyin yarım 
saat. Bundan artıq zaman keçməmişdi. Bir 
nəfər ədəb-ərkanla qapını döydü. “Gəlin”, 
– dedim. Deyəsən, eşitmədi. Özüm də 
fikirli olduğum üçün düşündüm ki, ola bilsin 
qulağıma səs gəlib. Amma çox keçmədi, kim 
idisə, təzədən taqqıldatmağa başladı. Ancaq 
dəfə zənginə cavab verməyəcəyimi bilib 
mesajı qabaqcadan yazıb hazırlayıbmış.
– Vayfayın parolunu deyə bilərsiz, məllim? 
– Qənbərin nagüman səsi eşidildi.
– Əzbər bilmirəm. Nə üçün lazımdı? – lap 
məəttəl qalmışdım.
– Şeirlərimi telefona yazmışam. 
Göndərim emayıl poşdanıza.
Əməkdaşlarımızın uzun sürən 
mücadiləsindən sonra şeirləri Qənbərin 

tam ciddi
75
USTAD 
dərgisi \ Fevral 2016
74
USTAD 
dərgisi \ Fevral 2016
bu dəfə bir az əsəbi olduğunu hiss elədim. 
“Gəlin, gəlin” – az qala qışqırdım.
– Salam-əleyküm. Qərib müəllim sizsüz?
Adam o qədər həyəcanlı görünürdü ki, 
daha cəld cavab verə bilməm üçün başımın 
işarəsi ilə “hə” dedim. Qəfil də anladım ki, 
sözlə cavab versəydim, daha tez olardı. Lap  
başımı itirmişdim.
– Sizinlə danışmaq istəyən var, – bunu 
deyib öz mobil telefonunu mənə sarı uzatdı.
– Məllim, professor Xudu Fərəcovun 
köməkçisi ...
Zəng edən adamın təqdimatının əvvəlini 
eşidəndən sonra qulağımda ansızın küy 
peyda oldu. 
– Alo, alo, məllim ordasız?
– Bəli, buyurun, – handan-hana özümə 
gəlib cavab verdim.
– Sürücüm indi sizə bir dividi verəcək. 
Ordakı kitabdan altmış min dənə çap edərsiz. 
Bir həftəyə lazımdı.
Tirajı eşidəndən sonra bayaqkı küy bu 
P.S. Səkkiz-on il əvvəl, rəhmətlik 
direktorumuz həmişə məni görəndə 
“ŞİR kimi oğlansan, bu işlərin 
öhdəsindən ancaq sən gələrsən” 
– deyəndə hələ duza getdiyimi, 
günlərin birində belə “şair”lə, belə 
“ədəbiyyatçı” ilə, belə “araşdırmaçı 
müəllif”lə işləyəcəyimi hardan 
biləydim? İndi yorğun, amma daha 
çox usanmış, yumağa dönmüş 
halımla güzgünün qabağına keçəndə 
gördüm ki, bir naŞİRin mənə baxır...
dəfə şəklini dəyişib titrəşim halına keçdi. 
Sonra da qulağımdan ötürülərək  bütün 
bədənimə yayıldı. Sürücü diski stolumun 
üstünə qoyub heç nə demədən getdi.
Yarım saat sonra özümə gəlib orda 
yazılanlara nəzər salmağa çalışdım. Mətn 
professor Xudu Fərəcovun on səkkiz 
səhifəlik giriş sözü ilə başlayırdı. Nəğməkar 
şair Dildar Hüseynin ədəbiyyatımızın, 
poeziyamızın inkişafı və rəngarəng televiziya 
verilişlərindəki fəaliyyəti, şəxsiyyəti haqqında 
ağızdolusu tərifdən ibarət idi. Hə, hamınızın 
tanıdığı “Taxta-şalban Dildar”ı deyirəm.
Keçmiş-davamedici zamanda Dildar 
Hüseyni, qeyri-qəti gələcək zamandasa Xudu 
Fərəcovu tanıdığıma, bu səhər ona haqq 
qazandırdığıma görə it peşmanı olmuşdum. 
Və yəqin ki, axşam evə qayıdandan sonra 
da, sabah da bugünkü peşmançılıqdan doğan 
təəssüf hissim məni tərk etməyəcəkdi...

canlı yaddaş
77
USTAD 
dərgisi \ Fevral 2016
76
USTAD 
dərgisi \ Fevral 2016
Y
azıçıların hər birinə həm də 
yaşayan tarix, müəyyən dövrün 
ədəbi mühitini, hadisələrini, 
gizlinlərini xatirələrində, ruhunda gəzdirən 
“canlı yaddaş” kimi yanaşmaq lazımdır. 
Məsələn, mən təəssüf edirəm ki, birbaşa 
Azərbaycan tarixini əks etdirən, onun 
qoynunda döyünən ürək deyilsə də, hər 
halda çox əhəmiyyətli bir “orqan” olan ədəbi 
muhitdə baş verənlər haqqında hər zaman 
yazılmır, danışılmır. Və ya danışılanda da 
hadisələrə çox subyektiv rakursdan baxılır. 
Halbuki ədəbiyyata dəqiq dəyər vermək 
üçün mühiti, zamanı, prosesi, baş verən 
hadisələri, onların yaradıcı insana təsirini, 
məcburiyyətləri, məhdudiyyətləri və s. bilmək 
çox vacibdir. Bu olmadıqda ortaya mütləq 
yanlış nəticələr çıxacaq. Kimsə qınanacaq, 
kimsə ittiham ediləcək... Halbuki hər ədəbi 
fakta (əsərə də həmçinin!) mütləq olaraq 
onun öz zamanı və mühiti kontekstində 
yanaşmaq lazımdır.
O ki qaldı subyektivliyə, əslində, bundan 
da çox narahat olmaq lazım deyil. Çünki 
həqiqət hıqiqətdir. Hətta bir çox subyektiv 
yanaşmaları üst-üstə gətirdikdə belə, o 
mütləq ortaya çıxacaq.
Vidadi Babanlı ilə görüşümüzün əslində, 
bir çox səbəbi vardı. Həm evində xəstə yatan 
yazıçıya baş çəkmək, həm yaradıcılıq və 
ədəbiyyat haqda danışmaq (onun özü üçün 
də bunun xoş olacağına əmindik), həm də 
ötənlərə qayıtmaq...  
Hal-əhval tutduqdan sonra istər-istəməz 
bu yaxınlarda həyat yoldaşını itirən yazıçının 
kiminlə yaşadığını, qulluğunda kimin 
durduğunu, baş çəkənlərinin olub-olmadığını 
soruşuruq.
–  Uşaqlar hamısı işdə olurlar, axşamlar 
yığışırlar evə. Amma bir nəfər köməkçi 
var. O durur qulluğumda da. Baş çəkənlərə 
gəlincə, sağ olsunlar, yoldaşım rəhmətə 
gedəndə gəlmişdilər. Anarın köməkçisi Rauf 
gəlmişdi, “Litfondun” (Ədəbiyyat fondu) 
yardımını da gətirmişdi – min manat.  Özü 
isə zəng eləmişdi, gələ bilməmişdi. Fikrət də 
xəstə idi, o da zəng eləmişdi. Başqa elə bir 
gələn olmayıb. Bilirsiniz, dostlarımın çoxu 
vəfat edib. Bu birilər də belə də... Hərdən 
jurnalistlər axtarıb yada salırlar, sağ olsunlar.
– Kiminlə yaxın dost idiniz, Vidadi 
müəllim?
– Yazıçılardan İsmayıl Şıxlı ilə, İsa 
Muğanna ilə... O həm də mənim dayım oğlu 
idi. Qabillə, Nəbi Xəzri ilə də yaxın idik... 
Hamısı dünyasını dəyişib... 
VİDADİ
BABANLI
“Mən sovet 
dövrünün 
yazıçısıyam!”

canlı yaddaş
77
USTAD 
dərgisi \ Fevral 2016
76
USTAD 
dərgisi \ Fevral 2016
– Biz ədəbiyyatşünaslar yazıçıları 
dövrlə adlandırmağa adət etmişik. 
Amma mənim üşün şəxsən çox 
maraqlıdır. Həm sovet dövründə yazan, 
həm də müstəqillik illərində əsərləri 
dərc olunan Vidadi Babanlı özünü necə 
adlandırar? Və ən əsası necə hiss edir? 
Sovet dövrü yazıçısı kimimi?
– Mən sovet dövrü yazıçısıyam. Düzdü, 
müstəqillik illərində də üç romanım dərc 
olunub, yazıb-yaratmışam. Amma əsas 
romanım, mənə şöhrət gətirən “Vicdan 
susanda” sovet dövründə yazılıb. “Ömürlük 
cəfa”, “Həyat bizi sınayır”, “Ana” dramı, 
“İnsaf nənə”... Hamısı sovet dövründə 
yazılmış əsərlərdir. Amma son illərdə 
də yazmışam. Bu il təzə kitabım çıxıb – 
“Zəmanə adamı”... Sizə də bağışlayacam. 
Səhv etmirəmsə, “Azərbaycan” 
jurnalına yeni bir roman təqdim 
etmişdiniz bu yaxınlarda, amma dərc 
olunmayıb. “Lotu” adlı. Niyə? 
– Həmin əsər bu əsərdir də... Onu 
qaytardılar geri, mən də üzərində işlədim, 
adını da dəyişib qoydum “Zəmanə 
adamı”. Düz bir il təzədən işləmişəm, 
təkmilləşdirmişəm. Psixoloji cəhətdən 
dərinləşdirmişəm. Nizami Cəfərov da bunun 
haqqında yazıb. 
– Yəni tənqid öz müsbət münasibətini 
bildirib. Yeri gəlmişkən, tənqid və 
tənqidçilərlə münasibətiniz necədir? 
Sovet dövründə, ondan sonra...
– Bir az narazıyam tənqidçilərdən. 
– Heç təəccüblənmədim. Tənqidçidən 
razı olan yazıçı tapmaq çətindir...
– Yox e... Elə bil ki bir az dərinə getmək 
istəmirlər mənim əsərlərimi təhlil edəndə. 
Əsərin ictimai mənası, məsələlərin qoyuluşu, 
necə həll olunması, psixoloji cəhətdən necə 
həll edilməsi... haqqında çox yazmırlar... 
Mənim haqqımda Məmməd Arif yazıb. 
Dərin adam idi. Mehdi Hüseyn... O da 
dərin adam idi, güzəştə getmirdi. Amma 
bəyənirdi mənim yazılarımı. Əkbər Ağayev, 
Akif Hüseynov, Pənah Xəlilov, Qulu Xəlilov 
yazıb. Düzdü,  Qulu bir az ikitərəfli adam 
idi, bəzən münasibətə görə yazırdı... Amma 
gərək tənqidçi münasibət gözləməsin. 
Sovet dövründən sonra isə Nizami Cəfərov, 
Rüstəm Kamal yazıb. 
– Sovet dövründə daha çox hücuma 
məruz qalan da, təriflənən də “Vicdan 
susan”da olub. Bəs Müstəqillik illərində 
hansı əsəriniz sizi qane edən reaksiyanı 
doğurdu? 
– Daha çox “Gizlinlər” haqqında yazıldı. 
Oxumusunuz?
– 
Oxumuşam, haqqında yazmışam 
da... “Azərbaycan” jurnalında dərc 
olunmuşdu. 
– “Ömürlük cəfa” haqqında, “Qəribə 
eşq” adlı əsərim haqqında da yazdılar. 
Tənqid etdilər. Etiraf edim ki, bu əsər heç 

Каталог: sntazmedia -> edbyoxl0


Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə