Təsdiq edirəm” Tədris işləri üzrə Prorektor Dos. Məmmədov Q.Ə. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti



Yüklə 43,62 Kb.
tarix24.05.2020
ölçüsü43,62 Kb.
#31495
növüMühazirə
C fakepathM.X. liyevasillabus Sillabus 050628

Təsdiq edirəm”

Tədris işləri üzrə Prorektor

Dos.______Məmmədov Q.Ə.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Energetika” fakultəsi



050628–“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə

BAKALAVR HAZIRLIĞI ÜÇÜN

FİZİKANIN ƏSASLARI” fənninin



SİLLABUSU







050651

Kurs

Semestr..

Tədris planına görə saatların miqdarı

O cümlədən:
Mühazirə

Laboratoriya

Kreditlərin sayı

1

1

60

30

30

4

Əyani şöbə üzrə tələbələrin auditoriyadan kənar sərbəst işlərinə ayrılan saatların miqdarı 60 saat nəzərdə tutulur. Sillabus işci proqramı 050628–“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tədris planına uyğun tərtib olunmuşdur.

Sillabus “Fizika” kafedrasının iclasında (prot.№1, 02.09.2016-cı il) müzakirə olunmuşdur.

Kafedra müdiri vəzifəsini

müvəqqəti icra edən dosent Həsənov Z.Ə.
Sillabus Energetika fakultəsinin Elmi Şurasının iclasında (pr. №1,6.09.2016-cı il) müzakirə olunmuşdur.


Şuranın sədri dosent Həsənov Z.Ə.

Sillabusu tərtib etmişdir professor M.X.Əliyeva

Fizikanın əsasları ” fənni üzrə sillabusun strukturu




  1. Fənnin təsviri

  2. Fənnin hədəf və məqsədi

  3. Fənnin qısa məzmunu

  4. Fənnin tədrisinin növləri və müddəti

  5. Tələbələrin sərbəst işi üçün tapşırıqlar və onların yerinə yetirilmə müddəti, məsləhət saatları

  6. Müəllim haqda məlumat

  7. Müəllimin tələbləri

  8. Cari biliyin qiymətləndirmə meyarları, aralıq qiymətləndirmə cədvəli

  9. Istifadə olunan ədəbiyyat



I.Fənnin təsviri
”Fizikanın əsasları ” fənni ümumi fizika kursunun “mexanika”, ”rəqslər və dalğalar”, molekulyar fizika və termodinamika,“Elektromaqnetizm”, “elektromaqnit sahəsi”,”dalğa optikası”, “kvant optikası”, “atom fizikasının və kvant fizikasının elementləri ” kimi bölmələrini əhatə edir.
II. Fənnin hədəfi və məqsədi
Dünyəvi təbiət elmi olan Fizikanın fənn olaraq tədrisində əsas məqsəd gələcəkdə mühəndis olacaq tələbələr üçün vacib olan təməl biliklər sistemini formalaşdırmaqdan ibarətdir. Fizika kursunun predmeti, əsas bölmələri, istiqamətləri və problemləri, onun qavranılmasının məqsədi, vəzifələri, formaları və mənbələri tələbələr tərəfindən fənnin öyrənilməsinin hədəfini təyin edir.
III. Fənnin qısa məzmunu
Fənn aşağıdakı mövzularda tədris olunur:

Mexanika. Mexaniki hərəkət, Hesablama sistemi. Düzxətli bərabərsurətli və bərabərtəcilli hərəkət. Əyrixətli hərəkət. Normal və tangensial təcil. Bucaq sürəti və təcili. Nyuton qanunları, kütlə və cəki. Mexaniki qüvvələr. İmpulsun saxlanma qanunu. Meşşerski tənliyi.

Mexaniki iş, güc və enerji. Konservativ qüvvələr. Enerjinin saxlanma qanunu. Kürələrin elastiki və qeyri-elastiki toqquşması. Bərk cismin irəliləmə və fırlanma hərəkəti. Qüvvə və impuls momenti. Ətalət momenti. Huygens-Şteyner teoremi. Fırlanan cismin kinetik enerjisi. İdeal və real mayelərin hərəkəti. Kəsilməzlik və Bernulli tənlikləri. Özlülük əmsalı və onun təyini. Mayenin laminar və turbulent axını. Reynolds ədədi. Harmonik rəqsin əsas xarakteristikaları. Müstəvi dalğa tənliyi.



Molekulyar fizika və termodinamika. Molekulyar-kinetik nəzəriyyə. İdeal qaz modeli. Qazın təzyiqi və temperaturu. Molekulların toqquşmaları, sərbəst yol və toqquşmaların orta sayı. Barometrik düstur, Maksvel və Maksvel-Bolsman paylanması. Sistemin hali, daxili enerji, iş və istilik miqdarı. Termodinamikanın birinci qanunu. Entalpiya. İstilik tutumu. Sabit həcmdə və sabit təzyiqdə istilik tutumu. İzoproseslər. Adiabatik proses.Termodinamikanın ikinci qanunu. Dairəvi proseslər. Entropiya. Real qazlar. Qaz halından maye halına keçid. İzotermlər. Real qazın daxili enerjisi. Coul-Tomson effekti. Mayelərdə səhti gərilmə. Kapilyarlıq. Mayelərin buxarlanması və qaynaması. Doymuş buxar. Məhlullar. Osmotik təzyiq. Qazlarda köçürmə hadisələri. İstilikkeçirmə, diffuziya, daxili sürtünmə.

Elektromaqnetizmin əsasları. Elektrostatika. Yüklərin saxlanması qanunu. Kulon qanunu. Elektrostatik sahənin intensivliyi. Qaus teoremi və onun tətbiqləri. Elektrostatik sahənin potensialı və potensiallar fərqi. Naqillər elektrostatik sahədə. Elektrik tutumu. Kondensatorlar. Elektrostatik sahənin enerjisi. Elektrik dipolu. Dipolun elektrik sahəsi. Dipol xarici elektrik sahəsində.Dielektriklər elektrostatik sahədə. Dielektriklərin polyarlaşması. Elektrik induksiya vektoru. Pyezoelektrik effekt. Seqnetoelektriklər.

Sabit elektrik cərəyanı. Dövrə hissəsi və tam dövrə üçün üçün Om və Coul-Lens qanunları. Kirxhof qaydaları. Metalların elektrik keçiriciliyi. Klassik elektron nəzəriyyəsinə görə Om, Coul-Lens və Videman – Frans qanunlarının izahı.Klassik elektron nəzəriyyəsinin catişmazlıqları. Qazların elektrik keçiriciliyi. Plazma. Vaakumda elektrik cərəyanı. Amper və Bio-Savar-Laplas qanunları. Maqnit sahəsində görülən iş. Maqnit seli. Hərəkətdə olan yükün maqnit sahəsi. Lorens qüvvəsi.Kütlə spektrometrləri. Tam jərəyan qanunu. Elektromaqnit induksiyası. İnduksiya e.h.q. və induksiya cərəyanı. İnduktivlik. Solenoidin induktivliyi. Maqnit sahəsinin enerjisi.Maqnetiklərin növləri. Dia-, para- və ferromaqnetizmin elementar nəzəriyyəsi.Dəyişən cərəyan. Dəyişən cərəyan üçün Om qanunu. Burulğanlı elektrik sahəsi. Sürüşmə cərəyanı.Maksvel nəzəriyyəsi.



Optika. İşığın interferensiyası. İnterferensiyanın müşahidə olunma üsulları. İşığın difraksiyası. Bir və çox yarıqdan difraksiya. Difraksiya qəfəsinin ayırdetmə qabiliyyəti. İşığın polyarlaşması və dispersiyası. İstilik şüalanma qanunları. İşığın kvant təbiəti. Fotoeffekt və Kompton effekti.

Rengen şüalarının kristallardan difraksiyası. İşığın polyarlaşması. Qoşaşüasınması. Brüster qanunu. Polyarizator, analizator. Süni qoşaşüasınması. Optik fəallıq. Dispersiyanın klassik elektron nəzəriyyəsi. İşığın səpilməsi , udulması.


11.Kvant optikası, atom və kvant mexanikası haqda məlumat.

Atomun quruluşu və spektral qanunauyğunluqlar. Hidrogen atomlarının spektral seriyaları. Rezorford təcrübəsi. Atomun quruluş modelləri. Frank-Herts təcrübəsi. Bor postulatları . Atomun enerji səviyyələri.

İstilik şüalanması, fotoeffekt, Kompton effekti, fotonlar. De-Broyl hipotezi, Şredinger tənliyi və onun həlli. Atomun quruluşu, Bor nəzəriyyəsi. Frank-Herts təcrübəsi, Spektral seriyalar. Atom fizikasının və kvant mexanikasının elementləri haqqında məlumat. Şredinger tənliyi.

IV. Fənnin tədrisinin növləri və müddəti

050628–“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə fənnin tədrisində mühazirə dərslərinin aparılması və sərbəst işlər nəzərdə tutulur.

İxtisas üzrə tədris planında nəzərdə tutulmuş dərs növləri və saatları cədvəl 1-də, mövzular üzrə ayrılan saatlar cədvəl 2-də, mühazirə dərslərinin mövzuları uyğun olaraq cədvəl 3-də, keçiləcək laboratoriyua işlərinin siyahısı cədvəl 4.1-də,təqdim olunan sərbəst işlərin (prezentasiyaların) mövzuları isə cədvəl 4.2-də göstərilmişdir.



V. Tələbənin sərbəst işi üçün tapşırıqlar və onların yerinə yetirilməsi müddəti, məsləhət saatları.

Fənnin tələbələr tərəfindən semestr ərzində ardıcıl mənimsənilməsi üçün prezentasiya formasında bir sərbəst işin yerinə yetirilməsi nəzərdə tutulur. Sərbəst işin tapşırıqları keçilən mövzulara aid müəllimlər tərəfindən verilir. Tələbələr keçilən mühazirə və laboratoriya dərslərinin, həmçinin mövcud ədəbiyyatın əsasında verilən tapşırıqları sərbəst yerinə yetirir. Sərbəst işlərin tapşırıqları cədvəl 4.2-də verilmişdir.


VI.Müəllim haqqında məlumat

Müəllimin

a.s.a


Elmi adı, dərəcəsi

Mühazirə otağı

Tələbələrə auditoriyadan kənar məsləhət vaxtları

Məsləhət üçün otaq

Mahirə XASAY QIZI ƏLİYEVA

Fizika –riyaziyyat elmləri doktoru, professor

522

1300-1630

524


VII.Müəllimin tələbləri:
Müəllimin tələblərinə aşağıdakı meyarlar daxildir:

1)Dərslərdə tələbələrin müntəzəm iştirak etmələri;

2)Mühazirə dərslərində nəzərdə tutulmuş mövzular barədə sərbəst çalışmaqla dərslərdə hazırlıqlı iştirak etmək;

3) Təklif olunan ədəbiyyatlarla sərbəst işləmək;

4) Dərslərdə aktiv iştirak etmək, aydın olmayan məsələlərlə bağlı müəllimə suallar vermək;

5) Fənnin tədrisinə ayrılmış ümumi saatların 50%-ni auditoriyadan kənar sərbəst işləmək üçün fəaliyyət göstərmək və onun 50%-ni müəllimlə birgə işləmək;

6) Semestr ərzində hər dərsdə cari biliyin yoxlanılmasının aparılması və nəticəsinin qrup jurnalında qeydə alınması ilə bağlı tələbələrin məsuliyyət daşımaları;

7) Fənnin dərindən mənimsənilməsi ilə bağlı müəllimə qarşı tələbkarlıq göstərmək;

8) Tələbələr tərəfindən semestr ərzində fənnin mənimsənilməsi ilə bağlı nəzərdə tutulmuş maksimum 50 balın qazanılması üçün ciddi cəhd göstərmək.

VIII. Cari biliyin qiymətləndirmə meyarları, aralıq qiymətləndirmə cədvəli.

Tələbələr tərəfindən fənnin mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədilə mühazirə, və laboratoriya dərslərində cari biliyin qiymətləndirilməsi aparılır. Bunlardan əlavə semestr ərzində 3 dəfə monitorinq mexanizmi əsasında sessiyalararsı yoxlamalar keçirilir. Yoxlamalar VII, XI və XVI- cü həftələrdə aparılır. Aparılan yoxlamaların nəticələri qrup jurnalında 0-10 rəqəmləri ilə qeyd olunur , semestr ərzində fənnin mənimsənilməsinin qiymətləndirilməsi müəyyənləşdirilir və tələbələrin semestr ərzində fənn üzrə qazandığı balların tərkibinə daxil edilir.

Biliyin qiymətləndirilməsi çoxballı sistem əsasında aparılır. Fənn üzrə tələbələrin topladığı maksimum balın həddi 100-dür. Bunun 50 balı imtahanda, 50 balı isə semestr müddətində qazanıla bilər.

Semestr ərzində toplanılacaq maksimum 50 balın tədris göstəriciləri üzrə paylanması “kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirlməsi haqqında” ADNSU-nun 02/1396 nömrəli , 03.10.2008-ci il tarixli əmrinə əsasən aparılır.

050651 ixtisası üzrə:

-10 bal dərsə davamiyyətə görə;

-10 bal tələbənin sərbəst işinə görə;

-10 bal semestr ərzindəki manitorinqlərin nəticələrinə görə

İmtahana, dərsə davamiyyətə, fənlər üzrə sərbəst işə, laboratoriya dərslərinin nəticələrinə görə balların qiymətləndirlməsi “ Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə”yə görə aparılır.

FƏNNİN TƏDRİSİNİ TƏMİN EDƏN ƏDƏBİYYAT SİYAHISI 1.N.M.Mehdiyev “Fizika kursu”, ADNA nəşriyyatı Bakı, 2015.

2.B.D.Əliyev, Q.T.Həsənov “Ümumi fizika kursu”, Bakı, 2005.

3. A.M. Paşayev , E.M. Qocayev, H. S. Orucov “ Ümumi fizika kursu” .

Bakı, 2012 , 453s., 481s.

4..N.M.Qocayev “Optika”, Bakı, 2001

5. A.M.Mehrabov, G. Quliyeva, Z. Babayev “ Ümumi fizika kursu” Bakı, 2013, 590s.

6. Т.И.Трофимова «Курс Физики» Москва_Высшая Школа, 2008, 540 с.


Cədvəl 1

Cəmi

Müh.

Kredit

Sem.

30

30

2

1


Cədvəl 2

Proqramın mövzuları




müh

1

2

2

2

3

2

4

2

5

2

6

2

7

2

8

2

9

2

10

4

11

2

12

2

13

2

14

2

15

2

Cəmi

30

Fizikanın əsasları” fənnində mexanika-molekulyar, termodinamika, elektrostatika, sabit cərəyan, elektromaqnetizm, optika, atom fizikasının və kvant fizikasının elementlıri bölmələri üzrə dərs yükünün bölgüsü ( ixtisas: 050628)

Cədvəl 3




Mövzular

Mühazirə




01

Giriş. Mexaniki hərəkət və onun əsas xarakteristikaları. Maddi nöqtənin irəliləmə hərəkətinin dinamikası. İmpulsun saxlanması qanunu. Dəyişən kütləli cismin hərəkəti. Meşşerski tənliyi/ Mexaniki nisbilik prinsipi/

2




02

Mexaniki İş. Güc. Enerji. Konservativ qüvvələr.

Kinetik eneri haqqında teorem. Potensial eneri



Enerjinin saxlanması qanunu. Enerjinin qrafiki göstərilməsi


2




03


Bərk cismin mexanikasi.
Ətalət momenti. Fırlanan bərk cismin kinetik enerjisi
Qüvvə momenti. Bərk cismin fırlanma hərəkəti dinamikasının əsas tənliyi. İmpuls momenti və onun saxlanması qanunu
Bərk cismin deformasiyası.

2




04

Mexaniki rəqslər və dalğalar. Mexaniki harmonik rəqsin dinamik tənliyi. Rəqs edən maddi nöqtənin koordinatı, sürəti, təcili, enerisi. Sünən və məcburi rəqslər. Mexaniki dalğa. Dalğa tənliyi, dalğa üzunluğu, sürəti, periodu..Müstəvi və sferik dalğalar.







05

Maye və qazlar. Maye və qazların ümumi xassələri. İdeal mayenin hərəkəti. Bernulli tənliyi. Özlülük (daxili sürtünmə). Mayelərin laminar və turbulent axın rejimləri. Cisimlərin mayedə və qazda hərəkəti


2




06


Molekukyar fizika və termodinamika Molekulyar-kinetik nəzəriyyənin əsas tənliyi. Maksvellin ideal qaz molekulların sürətlərə və istilik hərəkəti enerjisinə görə paylanma qanunu . Barometrik düstur. Bolsman paylanması. Molekulların toqquşmalarının sayının orta qiyməti və sərbəst yolunun orta uzunluğu.

Termodinamikanın əsasları. Sistemin hali, daxili enerji, iş və istilik miqdarı.Termodinamikanın birinci qanunu.İstilik tutumu. Termodinamikanın ikinci qanunu. Dairəvi proseslər.Entropiya.



2





07

Elektrostatikanın əsasları. Kulon qanunu. Elektrostatik sahənin intensivliyi. Qaus teoremi. Elektrostatik sahənin potensialı və potensiallar fərqi.

2




08

Naqillər elektrostatik sahədə. Elektrik tutumu. Kondensatorlar. Elektrostatik sahənin enerjisi. Elektrik dipolu. Dielektriklər elektrostatik sahədə. Elektrik induksiya vektoru.

2




09

Sabit elektrik cərəyanı. Om və Coul-Lens qanunları. Kirxhof qaydaları. Metalların elektrik keçiriciliyi. Klassik elektron nəzəriyyəsinə görə Om, Coul-Lens, Videman – Frans qanunlarının izahı.

2




10

Elektromaqnetizm. Amper və Bio-Savar-Laplas qanunları. Maqnit sahəsində görülən iş. Maqnit seli. Hərəkətdə olan yükün maqnit sahəsi. Lorens qüvvəsi.Kütlə spektrometrləri. Holl effekti.

2




11

Tam cərəyan qanunu. Elektromaqnit induksiyası. İnduksiya e.h.q. və induksiya cərəyanı. İnduktivlik. Maqnit sahəsinin enerjisi. Maqnetiklər.

2




12

Dəyişən cərəyan. Burulğanlı elektrik sahəsi. Sürüşmə cərəyanı. Maksvel tənlikləri.

2




13

İşığın interferensiyası və difraksiyası.

2




14

İşığın polyarlaşması və dispersiyası. İstilik şüalanma qanunları.

2




15

İşığın kvant təbiəti. Kompton effekti. Atomun quruluşu, Rezerford modeli. Bor postulatları. Frank-Hers təcrübəsi. Hidrogen atomunun spektral seriyaları. Hidrogen atomunun enerji səviyyələri. Atom fizikası və kvant mexanikasının elementləri .Şredinger tənliyi.

2




Bölmə 4: Fənnin tədris-metodiki materialları

4.1. Mexanika, molekulyar fizika və termodinamika, elektrostatika və sabit və dəyişən cərəyan, maqnetizm,optika, atom və kvant fizikası bölmələri üzrə laboratoroya işləri

Cədvəl 4.1





Laboratoriya dərslərində keçirilən dərslərin mövzularının adları

İxtisaslar 050628 və saatların miqdarı

1

Giriş. Xətaların hesablanması qaydaları

2

2

Düşmə üsulu ilə ətalət momentinin təyini

4

3

Zərbə mexanizminin öyrənilməsi

4

4

Kleman-Dezorm üsulu ilə qazların istilik 1tutumlarının nisbətinin təyini

4

5

Om qanununa əsasən xüsusi müqavimətin təyini

4

6

Buqer qanununun öyrənilməsi və lazer şüalarının mayelərdə udulma əmsalının təyini

4

7

Lazer şüalarının dalğa uzunluğunun difraksiya qəfəsi vasitəsilə təyini

4

8

Fotoelementin inteqral həssaslığının təyini

4




Yekun

30 saat


Cədvəl 4.2

Təqdim olunan sərbəst işlərin (prezentasiya) təsnifatı



Tələbələrə təqdim olunan sərbəst işlərin mövzuları

verilmə tarixi,

(həftə)

TSİ-nin yerinə yetirilməsi vaxtı, (həftə)

1

Sürtünmə qüvvəsi və tətbiqləri

2

5-6

2

Ümumdünya jazibə qanunu

2




3.

İkiatomlu qazların istilik tutumunun temperatur asılılıgı

2

6-7

4.

Dielektriklərin polyarlaşması

2

8

5.

Keşiriciliyin kvant nəzəriyyəsi

2

9

6.

Çevrəvi cərəyanın yaratdığı maqnit sahəsinin induksiyası və intensivliyi

2

9

7

Elektromaqnit dalğalarının təcrübədə alınması

2

10

8

Atomun quruluşu modelləri və onların çatışmazlıqları

2

10

9.

Dəyişən elektrik cərəyanı üçün gərginlik diaqramlrı

2

11

10

Atom fizikasının elementləri . Atomda elektronun enerji səviyyələri

2

14

Məsləhət saatları- həfənin II-V günləri saat 1330-1630




Yüklə 43,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin