Terapiya ixtisası üzrə nümunəvi test sualları 1 Sadalananlardan hansı aterosklerozun əsas risk amili deyil?



Yüklə 184,5 Kb.
səhifə1/3
tarix07.01.2017
ölçüsü184,5 Kb.
#4993
  1   2   3
Terapiya ixtisası üzrə nümunəvi test sualları


1) Sadalananlardan hansı aterosklerozun əsas risk amili deyil?
A) Hipodinamiya

B) Psixoemosional gərginlik

C) Siqaret çəkmə

D) Hiperxolesteremiya

E) Artıq bədən çəkisi
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
2) Alkoqol qəbulu aterosklerozun inkişafında hansı rolu oynayır?
A) Aterosklerozun risk amillərinə aid deyil

B) Aterosklerozun əlavə risk amillərinə aiddir

C) Aterosklerozun əsas risk amillərindən biridir

D) Aterosklerozun inkişafında mühüm rol oynamır

E) Aterosklerozun inkişafında mühüm rol oynayır
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
3) Aterosklerotik düyün daha tez harada yerləşir?
A) Arteriyaların bifurkasiya yerində

B) Arteriyaların istənilən hissələrində eyni tezliklə rast gəlinir

C) Arteriyaların proksimal hissələrində

D) Arteriyaların distal hissələrində

E) Arteriyaların distal və proksimal hissələrində
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
4) Aterosklerotik düyün daha çox hansı arteriyalarda rast gəlinir?
A) Serebral arteriyalar

B) Bud arteriyası

C) Böyrək

D) Koronar arteriyalar

E) Körpücükaltı arteriyalarda
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
5) Aterosklerotik düyünün fəsadlarına nə aid deyil?
A) Olduğu dammar mənfəzinin daralması

B) Tromboz

C) Fibroz kapsulun cırılması

D) Damarın cırılması

E) Xoralaşma
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
6) Aşağıda sadalanan hansı tip dislipoproteidemiya daha aterogen hesab edilir?
A) II tip

B) V tip


C) IV tip

D) III tip

E) I tip
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно –сосудистая
7) Aşağıda göstərilən hansı lipoproteidlər antiaterogen rol oynayır?
A) Yüksək sıxlıqlı lipoproteidlər

B) Xilomikronlar

C) Aşağı sıxlıqlı lipoproteidlər

D) Çox aşağı sıxlıqlı lipoproteidlər

E) Lipoproteid (a)
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
8) Aşağıda göstərilən hansı lipoproteidlər daha aterogen rol oynayır?
A) Xilomikronlar

B) Aşağı sıxlıqlı lipoproteidlər

C) Yüksək sıxlıqlı lipoproteidlər

D) “remnant” hissəciklər

E) Çox aşağı sıxlıqlı lipoproteidlər
Ədəbiyyat: Ройтберг Г.Е., Струтынский А.В.// Внутренние болезни, сердечно -сосудистая система .2007
9) ÜİX (ürək işemik xəstəliyi) olan şəxslərdə aşağıda göstərilən hansı qrup preparatlarının qəbulu ömrü daha çox uzadır?
A) Nikotin turşusu

B) Ezetimib

C) Statinlər

D) Fibratlar

E) Hormonlar
Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000
10) Miokard infarktı keçirtmiş xəstələrdə hansı hallarda statinlər təyin olunmalıdır?
A) Yalnız xolesterinin səviiyyəsi yüksək olduqda

B) Təkrari mikard infarktı təhlükəsi yüksək olanlarda

C) Yalnız aşağı sıxlıqlı lipoproteidlərin səviyyəsi yüksək olduqda

D) Stenikardiyası olanlarda

E) Miokard infarktı keçirən bütün xəstələrə təyin olunmalıdır
Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000
11) Kliniki praktikada ən çox işlədilən statin hansıdır?
A) Rozuvastatin

B) Atorvastatin

C) Lovostatin

D) Fluvestatin

E) Simvastatin
Ədəbiyyat: Кобалава Ж.Д.// Клиническая фармакология и терапия. 2000
12) Aşağıdakı preparatlardan hansı supraventrikulyar aritmiyalarda təsirsizdir?
A) Verapamil

B) Adenozin

C) Lidokain

D) Diqoksin

E) Propranolol
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
13) Hipo- və ya hipertireoidizm, fotosensibilizasiya, pulmonal fibroza hansı antiaritmik preparat səbəb ola bilər?
A) Xinidin

B) Amiodaron

C) Propafenon

D) Meksiletin

E) Lidokain
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г.
14) Qulaqcıq səyriməsində ritmə nəzərət məqsədi ilə işlədilən ən effektli preparat hansıdır?
A) Fenitoin

B) Diqoksin

C) Meksiletin

D) Disopiramid

E) Lidokain
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология национальное руководство,2007г.
15) Mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün ilk növbədə hansı preparat istifadə olunur ?
A) Lidokain

B) Novokainamid

C) Strofantin

D) Verapamil (finoptin)

E) Obzidan
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
16) Lidokain effektli olmayanda mədəcik taxikardiyası tutmasını aradan qaldırmaq üçün hansı preparat təyin edilir?
A) Mezaton

B) Strofantin

C) Obzidan

D) Verapamil (finoptin)

E) Kordaron
Ədəbiyyat: А. В. Недоступ « Как лечить аритмии. Диагностика и терапия нарушения ритма проводимости», 2006г.
17) Sadalananlardan hansı arterial hipertenziya zamanı subklini orqan zədələnməsinə aid deyil?
A) Topuq-bazu AT indeksi <0,9

B) Elektrokardioqrafik SMH və exokardioqrafik sol mədəciyin hipertrofiyası

C) Yuxu arteriyalarının intra-media qalınlığı <0,9

D) Qan plazmasında kreatinin səviyyəsinin mülayim artması

E) Göz dibinə qan sızma
Ədəbiyyat: Arterial hipertenziyanın diaqnostikası və müalicəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kliniki protokolu , Bakı, 2009
18) ÜİX (ürək işemik xəstəliyi) dəyişdirilə bilinməyən risk amili hahsıdır?
A) Arterial hipertenziya

B) 50-60-dan yuxarı yaş

C) Dislipidemiyalar

D) Tütünçəkmə

E) Piylənmə
Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostikası və müalicəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kliniki protokolu , Bakı, 2009
19) Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?
A) Miokardın naməlum etiologiyalı zədələnməsi

B) Miokardın keçirilmiş məlum infeksiyadan sonra zədələnməsi

C) Miokardın hər hansı bir xəstəliyi zamanı zədələnməsi

D) Miokardın spesifik xəstəliyi

E) Miokardın koronarogen mənşəli zədələnməsi
Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии”1999, Шлант Р.К., Александр П.В.“ Клиническая кардиология ”, 2000.
20) Aşağıdakı preparatların hansı ilə β-blokatorların birgə təyini məqsədəuyğun deyil?
A) Mevakor

B) Verapamil

C) Aspirin

D) Kaptopril

E) Hipotiazid
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
21) Aşağıdaki preparatlardan hansı periferik vazodilyatatorlara aid deyil?
A) Kaptopril

B) Molsidomin

C) Propranolol

D) Prazozin

E) Nifedipin
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
22) XÜÇ (xroniki ürək çatışmazlığı) diaqnozu üçün aşağıdakı instrumental metodlardan hansı daha informativdir?
A) Exokardioqrafiya

B) Döş qəfəsinin rentgen müayinəsi

C) Veloerqometriya sınağı

D) Elektrokardioqrafiya

E) Koronor angioqrafiya
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
23) Bu preparatlardan hansı XÜÇ (xroniki ürək çatışmazlığı) proqnozuna daha yaxşı təsir edir?
A) AÇFİ

B) Ca antaqonistləri

C) Diuretiklər

D) Nitratlar

E) Aspirin
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
24) Periferik ödemlər və taxisistolik səyrici aritmiya olanlarda ən vacib dərman kombinasiyası hansıdır?
A) Diuretik + A II blokatorlar

B) β-blokator + diuretik

C) Diqoksin + diuretik

D) AÇFİ + diuretik

E) Ca antaqonisti + diuretik
Ədəbiyyat: Метелица В.И. «Справочник по клинической фармокологии сердечно-сосудистых лекарсвенных средств » 2005
25) Miokard infarktı nədir?
A) Miokardın miokardiopatiya ilə əlaqədar baş vermiş nekrozu

B) Ürək əzələsinin aşkar metabolik dəyişikliklər nəticəsində zədələnməsi

C) Koronar arteriyanın kəskin okklüziyası nəticəsində ürək əzələsinin nekrozu (ölməsi)

D) Miokardın işemik zədələnməsi

E) Ürək əzələsinin aşkar iltihabi dəyişikliklər nəticəsində zədələnməsi
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004
26) Aşağıda sadalanan amillərdən hansı miokard infarktının risk amili deyil?
A) Alkoholdan mülayim dərəcədə istifadə (15-30 qr-a qədər)

B) Kişi cinsinə mənsub olma

C) Az hərəkətli həyat tərzi

D) Arterial hipertenziya

E) Yaş
Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008
27) XÜÇ (xroniki ürək çatışmazlığı) zamanı sol mədəciyin diastolik disfunksiyasının ən yaxşı müayinə üsulu hansıdır?
A) Sutkalıq EKQ monitorlama müayinəsi

B) EKQ


C) Tredmil test

D) Rentgenoloji müayinə

E) Doppler ExoKQ
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
28) Kəskin sol mədəcik çatmamazlığında hansı diuretikin istifadəsi daha məqsədəuyqundur?
A) Diakarb

B) Veroşpiron

C) İndapamid

D) Mannitol

E) Furosemid
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
29) Mitral stenoz zamanı protodiastolik küyün yaranma səbəbi hansıdır?
A) Mitral requrgitasiya

B) “Sol mədəcik – sol qulaqcıq” təzyiq qradiyentinin artması

C) Aortal requrgitasiya

D) Qulaqcıqların aktiv sistolası

E) Səyrici aritmiya
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
30) Ürəyin dəqiqəlik həcmi nədir?
A) Bir dəqiqədə ürək vurğularının sayının sistola vaxtı qovulan qanın miqdarına hasili

B) Ürək vurğularının sayının arterial təzyiqə hasili

C) Ürək vurğularının atma fraksiyasına (AF) nisbəti

D) Ürək vurğularının sayının nəbz təzyiqinə hasili

E) Bir dəqiqədə ürək vurğularının sayının sistola vaxtı qovulan qanın miqdarına nisbəti
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
31) Anasarka nədir?
A) Plevra boşluğunda mayenin olması

B) Sifətdə ödemin olması

C) Perikardda mayenin olması

D) Qarın boşluğunda mayenin olması

E) Bütün toxuma və boşluqların ödemi
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
32) XÜÇ-də (xroniki ürək çatışmazlığı) ən çox təsadüf edilən şikayət hansıdır?
A) Öskürək

B) Təngnəfəslik

C) Yuxusuzluq

D) Başgicəllənmə

E) Ürək ağrısı
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
33) Sol mədəciyin struktur və həndəsi formasının dəyişməsi necə adlanır?
A) Remodelləşmə

B) Keylşmə

C) Yuxulu miokard

D) Dilatasiya

E) "cor bovinum"
Ədəbiyyat: Окороков А.Н. «Диагностика болезней внутренних органов» т 8. 2004
34) β-blokatorlar hansı sinif antiaritmik preparatlara aiddir?
A) I qrup

B) III qrup

C) II qrup

D) V qrup

E) IV qrup
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
35) Amiodaron hansı sinif antiaritmik preparatlara aiddir?
A) I qrup

B) II qrup

C) V qrup

D) III qrup

E) IV qrup
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
36) Anaprilinin (obzidan) orta effektiv sutkalıq dozası nə qədərdir?
A) 10-20 mq

B) 400 mq və daha çox

C) 30-40 mq

D) 80-200 mq

E) 50-60 mq
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
37) Aşağıdakı preparatlardan hansı III-cü sinif antiaritmik preparatlara aiddir?
A) Sotalol

B) Propafenon

C) Ropranolol

D) Metoprolol

E) Esmolol
Ədəbiyyat: В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г
38) Miokard infarktı keçirmiş xəstələrdə ikincili infarkt və qəfləti ölüm hallarının qarşısını alan preparat hansıdır?
A) Xinidin

B) Propranolol

C) Amiodaron

D) Flekainid

E) Prokainamid
Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
39) Xəstəxanadan kənar pnevmoniyalı xəstənin intensiv terapiya blokunda müalicəsinə göstəriş hansıdır?
A) leykositoz

B) Hərarətin normadan artıq olması

C) Vazopressorlarla müalicəyə ehtiyac olan septiki şok vəziyyəti.

D) 1 payın zədələnməsi

E) Tənəffüsün sayının <30 olması
Ədəbiyyat: Xəstəxanadan kənar pnevmoniyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
40) Bronxial astma simptomlarını qısa müddətdə yüngülləşdirən qısa müddətli təsirə malik beta 2 agonistlərə hansı aiddir?
A) Natri kromolin

B) Flutikazon

C) Formoterol

D) Salmeterol

E) Salbutamol
Ədəbiyyat: Bronxial astma üzrə klinik tövsiyyələr. Bakı, 2008
41) Bronxial astma simptomlarını qısa müddətdə yüngülləşdirən antixolinergik preparat hansıdır?
A) Terbutalin

B) İpratropium bromid

C) Aminofillin

D) Fenoterol

E) Montelukast
Ədəbiyyat: Bronxial astma üzrə klinik tövsiyyələr. Bakı, 2008
42) Bronxial astma simptomlarını qısa müddətdə yüngülləşdirən teofillin qrup preparata hansı aiddir?
A) Oksitropium bromid

B) Beklometazon

C) Aminofillin

D) Budesonid

E) Metilprednizolon
Ədəbiyyat: Bronxial astma üzrə klinik tövsiyyələr. Bakı, 2008
43) Kəskin işemik insult keçirən arterial hipertenziyalı xəstələrdə uzun müddətli antihipertenziv müalicə nə zaman başlanılmalıdır?
A) Xəstəlik başlayan andan

B) Xəstəliyin başlanmasından 24 saat sonra

C) Xəstəlik başlayandan 4-5 gün sonra

D) Uzun müddətli antihipertenziv müalicəyə ehtiyac yoxdur, yalnız arterial təzyiq yüksələn zaman qısa təsirli preparatlardan istifadə etmək lazımdır.

E) Xəstəliyin başlanmasından 3 gün sonra
Ədəbiyyat: İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
44) Kəskin koronar sindrom zamanı opioidlər ağrını aradan qaldırmazsa, hansı preparatın istifadəsi məsləhət görülür?
A) Daxilə beta adrenoblokator təyin etmək

B) Oksigen verilməsi

C) Xəstənin nitrosorbiti dil altına qoyub sorması yaxud çeynəməsi

D) 250mq aspirin çeynəmək

E) Vena daxilinə nitratların yeridilməsi
Ədəbiyyat: Döş qəfəsində ağrının differensial diaqnostikası üzrə klinik protokol. Bakı, 2009
45) Mədəciklərin asistoliyası zamanı hansı tədbirlərin görülməsi məsləhətdir?
A) V/dax. kordaron infuziyası

B) V/dax. dopamin infuziyası

C) V/dax. mezaton yeridilməsi

D) V/dax. atropin, adrenalin yeridilməsi və elektrik stimulyasiyası

E) V/dax. lidokain yeridilməsi
Ədəbiyyat: Диагностика и лечение больных острым инфарктом миокарда с подьемом сегмента ST электрокардиограммы. Российские рекомендации, Москва 2007.
46) EKQ-də ST seqmentinin elevasiyası olmayan miokard infarktının müalicəsində aşağıdakı hansı preparatın istifadəsi məsləhət görülmür?
A) Trombolitiklərin

B) Aspirinin

C) Klopidoqrelin

D) ß adrenoblokatorların

E) Nitratların
Ədəbiyyat: Рекомендации по лечению острого коронарного синдрома без стойкого подьема сегмента ST на ЭКГ. Российские рекомендации, Москва 2010.
47) Hamiləlik dövründə arterial təzyiqi tez endirmək üçün hansı preparatın istifadəsi məsləhətdir?
A) Laziksi v/dax. vurmaq

B) Papaverini v/dax. yeritmək

C) Nifedipini daxilə qəbul etmək

D) Anaprilini çeynəmək yaxud sormaq

E) Kaptoprili çeynəmək yaxud sormaq
Ədəbiyyat: Диагностика и лечение артериальной гипертензии у беременных. Проект рекомендаций. Москва 2010.
48) Hamiləlik zamanı arterial hipertenziya fonunda ağciyərlərin ödemi əmələ gələrsə, seçim preparatı hansıdır?
A) Nifedipini sormaq yaxud çeynəmək

B) Kaptoprili çeynəmək yaxud sormaq

C) Nitroqliserin dil altına bir neçə dəfə

D) MgSO4 v/dax.

E) Nitroqliserin v/dax. damcı ilə
Ədəbiyyat: Диагностика и лечение артериальной гипертензии у беременных. Проект рекомендаций. Москва 2010.
49) Anafilaktik şokun ilkin əlamətləri qeyd edilən zaman seçim preparatı hansıdır?
A) Tavegil

B) Na tiosulfat

C) Kalsi glükonat

D) Dimedrol

E) Adrenalin
Ədəbiyyat: Anafilaktik şok üzrə klinik protokol. Bakı, 2009.
50) Atrio-ventrikulyar blokadalı xəstədə Morqani-Adams-Stoks tutması baş verərsə, hansı tədbirin görülməsi məsləhətdir ?
A) Ürəyin elektrostimulyasiyası

B) İzoptin v/dax.

C) Adrenalin inyeksiyası

D) Dopamin infuziyası

E) Mezaton inyeksiyası
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
51) «Kəskin qarın” zamanı həkim taktikası necə olmalıdır?
A) Təcili hospitalizasiya

B) Ağrıkəsicilər vurmaq

C) İşlədici preparatlar istifadə etmək

D) Xəstəni imalə etmək

E) Narkotiklərdən istifadə etmək
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
52) Kəskin pankreatit zamanı aşağıdakılardan hansı məsləhət görülmür?
A) Papaverin hidroxlorid

B) 2-3 gün ərzində aclıq

C) Atropin sulfat

D) Morfinin istifadə edilməsi

E) Qarın nahiyyəsinə soyuq qoyulması
Ədəbiyyat: Мартынов А.А. Диагностика и терапия неотложных состояний в клинике внутренних болезней. 2000 г.
53) Qəfləti koronar ölüm zamanı təxirəsalınmaz tədbirləri 2 həkim yerinə yetirərsə, süni tənəffüs və masaj hərəkətlərinin nisbəti necə olmalıdır?
A) 3:10

B) 2:15


C) 2:10

D) 1:7


E) 1:5
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
54) Qəfləti koronar ölüm zamanı təxirəsalınmaz tədbirləri 1 həkim yerinə yetirərsə, süni tənəffüs və masaj hərəkətlərinin nisbəti necə olmalıdır?
A) 1:5

B) 2:15


C) 3:15

D) 2:10


E) 3:10
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
55) Ürəyin qapalı masajı zamanı masaj hərəkətlərinin tezliyi necə olmalıdır?
A) 1 dəqiqədə 50 dəfə

B) 1 dəqiqədə 90-dən çox

C) 1 dəqiqədə 40-50 dəfə

D) 1 dəqiqədə 50-dan az

E) 1 dəqiqədə 60-80 dəfə
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
56) Aşağıdakılardan hansı qlikozid intoksikasiyasının əlamətinə aid deyil?
A) Əşyaların sarı yaxud qırmızı rəngdə görünməsi

B) Ürəkbulanma, qusma

C) Atrio-ventrikulyar blokada

D) Ekstrasistoliya

E) PQ intervalının qısalması
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
57) Mədə-bağırsaq traktının parezi zamanı məsləhət görülmür:
A) Serukal

B) Prozerinin ə/dax. yaxud d/altı istifadəsi

C) Mədənin 5%-li Na bikarbonat məhlulu ilə yuyulması

D) Domperidon

E) Narkotik analgetiklərin istifadə edilməsi
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
58) Feoxromositoma mənşəli hipertonik krizlərdə aşağıdakılardan hansının istifadəsi məsləhət görülür:
A) Aminazinin

B) Fentolamin, tropafen

C) Qanqloblokatorların

D) ß-adrenoblokatorların

E) MgSO4
Ədəbiyyat: Окороков А.Н. Лечение болезней внутренних органов. Витебск, 1998.
59) Anafilaktik şokun müalicəsində 2-ci sıra preparatlara hansı aiddir?
A) İnfuzion terapiya

B) Adrenalin

C) Qlükokortikoidlər

D) Aminofillin

E) Antihistamin preparatları
Ədəbiyyat: Anafilaktik şok üzrə klinik protokol. Bakı, 2009.
60) Garaciyərüstü sariliğa nə aiiddir?
A) Birləşmiş və sərbəst bilirubinin ganda artması

B) Birləşmiş bilirubinin və gələvi fosfatasanin artması

C) Ganda birləşmiş bilirubinin artması

D) Ganda sərbəst bilirubinin artması

E) Ganda retikulositlərin asalması.
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
61) Sümük iliyində hansı hüceyrə gruppaları geyd olunur?
A) Eritropoezə və trombopoezə aid hüceyrə gruppu

B) Retikulyar stromanın hüceyrələr gruppu və ganyaradaci hüceyrələr gruppu

C) Leykopoezə aid hüceyrələr gruppu

D) Ganyaradacı hüceyrələr gruppu

E) Eritropoezə aid hüceyrələr gruppu
Ədəbiyyat: А.И.Воробъев.Руководство по гематологии, т.1, М.1985 г.
62) Sümük iliyin parenximasının dənəli sıranın birincili hüceyrələr necə adlanır?
A) Mieloblastlar

B) Mielositlər

C) Promielositlər

D) Metamielositlər

E) Leykositlər
Ədəbiyyat: А.И.Воробъев.Руководство по гематологии, т.1М., 1985 г.
63) Eritroud xəttin morfoloji tərəfdəv müəyyən olunan birinci hüceyrə necə adlanır?
A) Retikulosit

B) Eritroblast

C) Eritrosit

D) Normosit

E) Pronormosit
Ədəbiyyat: А.И.Воробъев.Руководство по гематологии, т.1, 1985 г.
64) Granulositlərin ən axırıncı bölünən hüceyrəsi hansıdır?
A) Metamielosit

B) Cübugnüvəli granulosit

C) Mielosit

D) Segmentnüvəli granulosit

E) Promielosit
Ədəbiyyat: А.И.Воробъев.Руководство погематологии, т.1, 1985 г.
65) Toxumaların oksigenə yüksək tələbəti neyə səbəb olur?
A) Retikulositopeniyaya

B) Ganın pH-in dəyişilməsinə

C) Eritropoetinin yaranmasına

D) Ganın gatılaşmasına

E) Leykositlərin ganda artmasına
Ədəbiyyat: А.И.Воробъев, Руководство по гематологии, т. 1,1985 г.
66) Sümük iliyin səviyəsində trombosit etişən zaman hansı hüceyrədən aralanır?
A) Promegakariositdən

B) Pronormositdən

C) Megakarioblastdan

D) Megakariositdən

E) Normositdən
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
67) Eritrositlərin diametri normada nə gədərdir?
A) 4,5-5,5

B) 6,0-7,0 mkm

C) 5,0-6,0 mkm

D) 7,5-8,0 mkm

E) 8,5-9,0 mkm
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
68) Bağırsağın hansı fermentin təhsirindən hem-in cevrilməsi olur?
A) Glyutationperoksidaza

B) Katalaza

C) Hemoksigenaza

D) Glyutamintransferaza

E) Glyutationreduktaza
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
69) Dəmirtərkibli zülalın, hem gruppasi olmayanın, adı nədir?
A) Transferrin

B) Hemoglobin

C) Ferritin

D) Hematoidin

E) Hemosiderin
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
70) Hemoglobinin yaranması ücün hətdindən artıg porfirin sintesi harada gedir?
A) Əzələrdə

B) Limfa düyünlərdə

C) Dalagda

D) 12 b.bağırsagda

E) Gara ciyərdə
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985


Yüklə 184,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin