Təqdim edir: XXX kənan Yasən Qrup: 174 Kurs: II fənn: Torpaqşünaslıq Mövzu: Şəmkir Aqroparkının Azərbaycana təsiri Müəllim: Afaq Hacıyeva



Yüklə 4,11 Mb.
tarix30.11.2019
ölçüsü4,11 Mb.
#29753
Təqdim edir1122

Təqdim edir: XXX Kənan Yasən Qrup: 174 Kurs: II Fənn: Torpaqşünaslıq Mövzu: Şəmkir Aqroparkının Azərbaycana təsiri Müəllim: Afaq Hacıyeva


Təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulan “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin avqustun 20-də açılışı olub.

Ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.

Mərkəzin inzibati binasında hüquq, maliyyə, biznesin inkişafı departamenti yerləşir. Burada tibb otağı və mətbəx də var.

Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın tanınmış şirkətlərindən birinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik ölçülü meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur.

İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır.

Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarda saxlanılması müasir standartlara uyğun olmaqla mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir.

Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən və gücü sutkada 1 ton olan “determing room” qurğusu da var. Mərkəzdə, eyni zamanda, İtaliyanın aparıcı şirkətlərindən birinin tutumu 24 min ton olan 71 ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur.

Aqroparkın yaradılması ölkənin ixrac həcminin artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilən vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin yaradılmasında əhəmiyyətli rol oynayacaq.

“Ceyrançöl” massivi ərazisində yerləşən hissəsində iri taxılçılıq, bitkiçilık və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib.

“Ceyrançöl”də 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub. Burada sahəsi 260 kvadratmetr olan 9 otaqdan ibarət ikimərtəbəli ofis binası tikilib. Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə aqroparkda mövcud 1000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2000 hektar, 2018-ci ildə 1600 hektar olmaqla, ümumilikdə, 4600 hektara çatdırılması planlaşdırılır.



Bu ilin payızında 3 min hektar pivotaltı sahəyə taxıl əkilməsi və 15 min ton məhsul istehsalı, 2018-ci ildə isə 3 min hektarda qarğıdalı əkilməsi və 30 min ton məhsul götürülməsi nəzərdə tutulur. İntensiv bağçılığın yaradılması məqsədilə isə 2400 hektarda damcılı suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə gələcəkdə 36 min ton məhsul istehsalı gözlənilir. Pivotaltı sahəyə qarşıdakı illərdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək.

Diqqətiniz üçün təşəkkür edirəm....
Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin