Telman xəLİlov, maya zeynalova


IX FƏSİL  DÜNYA OKEANININ QLOBAL EKOLOJİ



Yüklə 38.1 Mb.
Pdf просмотр
səhifə9/14
tarix19.07.2017
ölçüsü38.1 Mb.
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   14

IX FƏSİL 
DÜNYA OKEANININ QLOBAL EKOLOJİ 
PROBLEMLƏRİ 
 
9.1. Dünya okeanı resurslarından istifadə problemləri 
 
Ekoloji mahiyyətcə su, həqiqətən biosferdə  həyat ami-
lidir. Su Yer kürəsində ən geniş yayılmış qeyri-üzvi birləşmə 
olmaqla, mühüm mineraldır. Su bütün həyat prosesinin əsası 
olub, planetin hərəkətverici amili olan fotosintez prosesinin 
oksigen mənbəyidir. 
Planetimizdə yayılmış canlı aləmin hər birinin-bitkilərdə 
90, heyvanlarda isə 75 %-ni, meduzalarda isə 98 %-ni su 
təşkii edir. İnsan susuz 8 gündən artıq yaşaya bilmir. Əsas 
kimyəvi elementlərin miqrasiyası suda həll olmaqla başa 
çatır. 
Yer səthinin 70,8%-ni okean və dəniziər, 29,2%-ni isə quru 
təşkil edir. Ümumi su ehtiyatlarının 93,9% dünya okeanından 
ibarətdir. Dünya suyunun ümumi həcmi 1370 mln.km
3
 olduğu 
halda içməli su göstərilən miqdarın 2,53 %-dir. Təbiətdə 
suyun dövranının Yerdə şirin su mənbələrinin yaranmasında 
böyük rolu var. Kainatımızın planetləri içərisində Yer Günəş 
sisteminin  ən sulu planeti hesab edilir. Dünya okeanının 
ümumi sahəsi 361,3 mln. km
2
, orta dərinliyi 3700-metrə 
çatır. Yer kürəsində olan bütün okeanlar bir-birilə əlaqəlidir. 
Dünya okeanı 4 böyük hissəyə bölünür. Onlardan ən böyüyü 
Sakit okeandır. O, dünyada ən dərin okeandır (Marian çökək-
liyi 11022m). Onun sahəsi 178 mln km
2
-dir. Atlantik okeanı 
Sakit okeandan 2 dəfə kiçikdir. (sahəsi- 91,7 mln km
2
), 
üçüncü yeri Hind okenı tutur (sahəsi- 76,2 min km
2
). Şimal 
buzlu okean ən kiçiyidir (sahəsi-14,7 mln km
2
-dir.) Dünya 
okeanına il ərzində kondensasiya nəticəsində quruya düşdü-

123 
yündən 40 dəfə artıq həcmdə su düşür.Hidrosferdəki su 
aramsız olaraq hərəkət edərək rütubətin daimi dövranı nəti-
cəsində  dəyişir. Okean və quru səthindən buxarlanan su 
atmosferi rütubətləndirir. Həmin rütubət kondensasiyaya 
uğrayaraq yağış və qar şəklində yenidən yer səthinə qayıdır. 
Dünya okeanının üzərinə il ərzində 1140 mm yağış düşür, 
1240 mm isə su buxarlanır. Ən çox su buxarlandıran Hind 
okeanıdır,  ən az su isə Sakit okeandan buxarlanır. Planetar 
miqyasda suyun kiçik və böyük dövranı müəyyənləşdiril-
mişdir. Böyük dövranın təsirilə uzun geoloji dövr ərzində 
hidrosfer yaranmışdır. Kiçik dövranda isə (buxarlanma) 
yağıntı-axım sistemi formalaşır. 
İnsan cəmiyyəti inkişaf etdikcə okeana münasibət çox 
dəyişmişdir. Bir vaxtlar dəniz və okeanlar «dünyanın qurta-
racağı» sayılırdı. Okeanlar xalqları ayırırdı. Sonralar dəniz-
çilik inkişaf etdikcə okeanlar müxtəlif dövlətiəri yaxınlaş-
dırdı. Təsadüfi deyil ki, qədim yunan alimi Homer yazırdı 
ki,Yer hər tərəfdən enli çay-okeanla əhatə olunur». 
Alimlərin məlumatına  əsasən, Yerdə insanın həyatı eko-
loji sistemlərin ən iri pozulması nəticəsində mümkün olmuş-
dur. Təqribən 2 milyard il bundan əvvəl dünya okeanında 
yayılmış mikroorqanizmlər  ətraf mühiti böyük miqdarda 
zəhərli ayrılmalarla çirkləndirərək, həm özlərini, həm də ki, 
planetdəki başqa həyat formalarını  məhv etmişlər. Bu 
öldürücü zəhər oksigen olmuşdur. Sadə bakteriyalar bütün 
atmosferi dəyişdirmişdir ki, bu da son onilliklərdə Yer 
planetinə olan yeni baxışın ən gözəl nümunəsidir. 
İnsan cəmiyyətinin ərzaqla təmin edilməsində olduqca az 
istifadə olunan potensial ehtiyat mənbələri planetimizdə hələ 
çoxdur. Bunlardan ən mühümü Dünya okeanıdır.Dünya 
okeanının sərvətlərini daha intensiv surətdə  mənimsəməklə 
insanların gələcək  ərzaq ehtiyatına olan tələbatını xeyli 

124 
ödəmək mümkündür. Yüksək qida keyfıyyətlərinə  və insa-
nın sağlamlığında böyük əhəmiyyətə malik molyuskalardan 
və su yosunlarından istər dünya və istərsə də ayrı-ayrı ölkə-
lər miqyasında ərzaq kimi hələ tamamilə az istifadə olunur. 
Sakit okean elmi tədqiqat balıq təsərrüfatı və okeanoqrafiya 
institutunun mütəxəssislərinin apardıqları  tədqiqatlara görə 
Uzaq  Şərqin sahil sularında və Yapon dənizi körfəzlərində 
hər hektardan 100 tona qədər müxtəlif su yosunları toplamaq 
olar. Perunun Qiurxilyo şəhərindəki milli universitetin 
müəllimi Auqusto Aldave Paxaresin tədqiqatları göstərir ki, 
«Kuturu», yəni «dəniz oğlu» adlı yosunun tərkibində 40 %-ə 
qədər zülal (bu ətin tərkibindəki zülaldan çoxdur), 50% -ə 
qədər karbohidrat və 2,3% yağ vardır. Onun geniş yayıl-
masını nəzərə alaraq müəllif belə hesab edir ki, həmin yosun 
gələcəkdə insanların qida məhsulları ilə təmin olunmasında 
böyük rol oynaya bilər. 
Yer kürəsinin quru ərazisi kimi, Dünya okeanı da bioloji 
ehtiyatlarla çox zəngindir. Okeanlarda yaşayan bütün canlılar 
insanın həyatında bioloji ehtiyat rolunu oynayır. Burada 
minlərlə növ balıqlar və başqa canlılar, habelə dəniz bitkiləri 
həddən çoxdur. Yer üzərində insanların sürətlə artması ilə 
onların qida elementlərinə olan tələbatını ödəmək üçün dəniz 
və okeanların bioloji ehtiyatlarından geniş istifadə etmək 
lazım gələcəkdir. Bunlardan əlavə okean və  dənizlərin dibi 
tükənməz mineral-xammal ehtiyatları ilə zəngindir. Ayrı-ayri 
ölkə və materiklərdə bu mineral-xammallardan geniş istifadə 
olunur. Bu mənada kontinental - şelf zonaları böyük əhə-
miyyət kəsb edir. Dünyanın bir çox yerlərində o cümlədən 
Xəzər dənizində bu ərazilərdən geniş miqyasda neft və qaz 
çıxarılmasında istifadə olunur. Bu yaxıntarda Respublika-
mızda bağlanmış 1994-ci il «Əsrin müqaviləsinə» əsasən bu 
zonalardan neftin hasilatına üstünlük veriləcək. 

125 
Yaxın vaxtlara kimi ərzaq problemlərini həll etmək üçün 
Dünya okeanına böyuk ümidlər bəslənilirdi. Geniş ərazisi və 
su kütləsi okeanın böyük və tükənməz bioresurs ehtiyatına 
malik olması kimi yanlış fikir yaratmışdır. Dünya alimlə-
rinin son illər apardıqları tədqiqatlar göstərmişdir ki, bu heç 
də belə deyildir. Buna baxmayaraq ərzaq probleminin həllin-
də Dünya okeanının rolu vardır. Dünya okeanının bioloji 
ehtiyatlarından hələlik yalnız balıq, bəzi dəniz heyvanları, iri 
fəqərəsizlər, xərçəngəbənzərlər və su bitkilərindən istifadə 
olunur. Praktiki olaraq okean və dənizlərin bioehtiyatlarının 
67%-ni təşkil edən planktonlar istifadə olunmur. Ona görə 
də Dünya okeanı insanlar tərəfindən istifadə olunan qida 
elementlərinin cəmi 1-2%-ni verir. Dəniz bioehtiyatlarının 
mühafizəsi okean və  dəniz sularının axır illər geniş vüsət 
almış çirklənməsinin qarşısını almadan mümkün deyil. 
Dünya okeanının bioloji ehtiyatlarının əksəriyyətini balıq-
lar təşkil edir. Balıqların tutulması Dünya okeanının müxtə-
lif hissələrində eyni deyildir. Tutulan bütün balıqların 60%-ə 
qədəri  şimal yarımkürəsinin mülayim qurşaqlarında olur. 
Tutumun  əksər hissəsi (80 %-ə  qədəri) materiklərin  şelf 
zonalardan (200 m-ə  dərinlikdən) tutulur. Hazırda Dünya 
okeanı sürətlə müxtəlif çirkləndiricilər tərəfindən korlanır. 
Beləliklə, Dünya okeanının müasir ekoloji vəziyyəti çox 
təhlükəlidir. Dünya okeanının çirkləndiriciləri müxtəlifdir. 
Bunlara birinci növbədə neftçıxarma, neftçıxarmada baş 
verən qəzalar daxildir. Neft məhsullarının nəqli nəticəsində 
yaranan və  sızan tullantılar, inkişaf etmiş  və etməkdə olan 
ölkələrin sənaye tullantıları, çıxarılan faydalı qazıntıların 
atılan hissələri, nüvə silahlarının sınağı  nəticəsində atılan 
tullantılar, vulkan püskürmələri nəticəsində yanar lava və 
atılan kül və tozlar və s.-dir. Bütün bu çirkləndiricilərin 
çaylara və Dünya okeanına atılması  nəticəsində, okean 

126 
çirklənir, məhsuldarlığı azalır, dəniz heyvanları qırılır. Buna 
misal olaraq bir çox ərazilərdə balinaların özlərini kütləvi 
olaraq sahilə atmaları, bir çox balıq və başqa canlıların artıq 
məhv olması  və s. Dünya okeanının müasir ekoloji vəziy-
yətinin olduqca gərgindir, qlobal xarakter daşıyır və bunun 
qarşısını almaq üçün Dünya ölkələrinin birgə səyi bu gün ən 
aktual problemlərdən biridir.  
Okeanlarda 160 min növ heyvan və 10 mindən çox yo-
sunlar yaşayır. Yem əldə etməsi və  həyat tərzinə görə 
canlılar 3 qrupa bölünürlər: 
1)  Planktonlar-passiv hərəkət edən bir hüceyrəli yosunlar 
(fitoplanktonlar) və heyvanlar(zooplanktonlar, xərçənglər, 
meduzalar və b.) 
2)  Nektonlar-aktiv hərəkətdə olan heyvanlar (balıqlar, 
balinayabənzəriər, tısbağalar, molyuskalar və s.) 
3)  Bentoslar-dəniz və okeanların dibində yaşayan hey-
vanlar (qonur və  qırmızı yosunlar, molyuskalar, xərçəngə-
bənzərlər, dəniz ulduzları və s). 
Bitkilər əsasən 200 m dərinliyə qədər (günəş şüaları çatan 
və fotosintez mümkün olan qat) heyvanlar isə okeanın bütün 
təbəqələrində yayılmışlar.Günəş şüaları düşən qatdan aşağı-
da yaşayan heyvanlar üst qatdan düşən orqanizm qalıqları ilə 
qidalanırlar və ya bir-birini yeyirlər. Dünya okeamndan hər 
il 70-90 mln. ton balıq və başqa dəniz məhsulları ovlanır. 
Dəniz yosunları xammal kimi yeyinti və formaseptik 
sənayedə istifadə olunur. Onlardan bərk spirt, efir, sirkə, 
natrium alginat, mannit, aqar-aqar və s. alınır. 
Dəniz pişiyi, suitilər, nerpalar qiymətli xəz dəri verirlər 
ki, bu da dünya bazarlarında qiymətlidirlər. Qeyd etdiyimiz 
kimi  şelf zonası insanların gəlir mənbəyi, okeanın  ən 
məhsuldar hissəsidir. Demək olar ki, bütün dünyada tutulan 
balığın hamısı  şelfdə tutulur. Ən məhsuldar zona mülayim 

127 
qurşaq hesab olunur. Belə ki, orada kifayət qədər istilik və 
işıq olur. İntensiv su dəyişməsi və  dərınliklərin yaxşı 
oksigenlə təmin olunmasıdır. 
Tropik enliklərdə sular üst qatlarda yüksək duzluluğa 
malik olur, amma yüksək temperatur olduğu üçün yüngül 
olur ki, bu da suyun yerdəyişməsinə mane olur, oksigen 2 
dəfə mülayim qurşaqdan az olur. 
Ekvatorial enliklərdə passat və əks passat cərəyanları rast-
laşan yerlərdə suyun qarışması olur, ona görə də qida duzları 
və oksigenlə nisbətən zəngin olurlar. 
Dünya okeanı – tükənməz uran ehtiyatına malik olsa da, 
son vaxtlara kimi az istifadə olunurdu. Həm də ondan dey-
terium (atom kütləsi ilə hidrogen qarışığı) alınmasında isti-
fadə olunur. Yaponiyada ilk dəniz suyundan uran istehsalı 
edən zavod 70-ci ilin sonunda tikilmişdir. Dəniz suyu sənaye 
üçün  şirin su almağa kömək edir. Bu gün Dünyada istehsal 
olunan saflaşdırıcı qurğuların yarısı Yaponiyada istehsal olu-
nur.  Şimal Buzlu okeanının  əksər hissəsi daimi buzlarla ör-
tülmüşdür. Bu nəhəng buzlağın təsiri bütün dünyada hiss olu-
nur. O planetin qlobal iqliminin yaranmasına böyük təsir edir. 
Dünya okeanı nəqliyyat vasitəsi kimi də aktualdır. 
Müxtəlif məişət, sənaye və  kənd təsərrüfatında işlədilmiş 
və təmizlənməmiş suların axını son 2-3 onilliklərdə dəfələrlə 
artmışdır. Bundan əlavə, gəmilərin atdıqları tullantıları da nə-
zərdən qaçırmaq olmaz, çünki bu hadisə  əsasən  şelf zo-
nasında (200-m-ə qədər dərinlikdə) baş verir. Məsələn: Şimali 
Atlantika sahillərində ən iri çirkləndirici, hər il kiçik buxtaya 
9 mln. tona yaxın tullantı tökülən Nyu-York şəhəridir. 
İnsan fəaliyyəti nəticəsində okeana atılmış maddələr ora-
da eyni bərabərdə yayılmırlar. Tullantılar  ən çox insanların 
yaşadıqları  və  işlədikləri yerlərə yaxın toplanır və deməli, 
okeanların insanlara yaxın olan əraziləri daha çox çirklənir. 

128 
Tullantıların töküldüyü ərazilərdə çirkləndiricilərin yüksək 
konsentrasiyası müşahidə olunur, təkcə ona görə yox ki, 
onlar dayaz yerlərə atılır, həm də ona görə ki, okenın özünün 
strukturu çirkləndiricilərinin bütün okeana yayılmasına 
mane olur. Okean sularının qarışmasına səbəb olan hallardan 
biri də  şaquli stratifikasiyasıdır – yəni okeana qismən  şirin 
suyun tökülməsidir.  
Daha yüngül olan çay suyu qarışma, trubulent qarışma və 
molekulyar diffuziya prosesləri vasitəsilə okean suyunun 
sıxlığı  dəyişir. Lakin bu proseslər çox ləng gedir. Çay və 
okean sularının  şaquli qarışmasına sistemin daha sabit ol-
ması, yəni daha sıx mayenin alt qatlarda, az sıx suyun isə 
üstdə olmasıdır.  
 
9.2. Hiosferin mühitin nizamlanmasında yeri 
 
Hazırda biosferin kəskin çirkləndirilməsi böyük qlobal 
ekoloji problem kimi bütün dünya əhalisinin narahatlığına 
səbəb olmuşdur. Elə buna görə də ətraf mühitin çirklənmə-
sinə qarşı mübarizə aparmaq məqsədilə dövlətlər qarşılıqlı 
müqavilələr bağlayır bəşəriyyət mühitin qorunmasını aclıq 
kimi müdhiş bir bəla ilə bir səviyyədə tutur, cəmiyyət bu 
tarixi bəladan qurtarmaq üçün çıxış yolları axtarır. Su 
hövzələrinin sanitar-hidrobioloji vəziyyəti nəzərdə tutulur. 
Bu məsələdə  təbii tarazlığı pozan antropogen amillərin 
(suların sənaye, mətbəx axarları, drenaj suları ilə çirklənməsi 
və hövzənin sabit vəziyyətini pozan bütün səbəblər) təsiri, 
onların mənbəyi və baş vermə səbəbləri xüsusi rol oynayır. 
Beynəlxalq okeanologiya komissiyasının (BOK) bir qrup 
alimi və YUNESKO dəniz mühitinin çirkləndirilməsini, 
insanlar tərəfindən birbaşa və ya dolayı yolla «dəniz 
sularına» daxil edilən maddələr təşkil etdiyini qeyd edirlər 

129 
ki, onlar da bioloji resurslara zərər verir, insanların sağlam-
lığını pozur və insanın dənizlə  əlaqədar olan fəaliyyətini 
estetik qavranmasını zəiflədir. 
Tullantılar  ən çox insanların yaşadıqları  və  işlədikləri 
yerlərdə müşahidə edilir. Tullantıların töküldüyü ərazilərdə 
çirkləndiricilərin yüksək konsentrasiyası müşahidə olunur, 
təkcə ona görə yox ki, onları dayaz yerlərə atırlar həm də 
ona görə ki, okeanın özünün strukturu çirkləndiriciləin bütün 
okeana yayılmasına, mane olur. Okean sularının qarışmasına 
səbəb olan hallardan biri də okeana qismən  şirin suyun 
tökülməsidir. Bundan əlavə Günəş  həmişə suyun üst qatını 
qızdırır – və ona görə  də onun sıxlığa görə təbii strasifika-
siyası qüvvətlənir. Başqa sözlə desək, Okeanda suyun təbii 
olaraq ayrı-ayrı qatlara ayrılması mövcuddur ki, bu da 
çirkləndiricilərin üst qatlardan aşağı qatlara enməsinə mane 
olur. Okeanların üst qatlarında suyun şaquli yerdəyişməsi 
baş vermir, amma eyni zamanda orada su üstü cərəyanların 
mürəkkəb sistemi mövcuddur. Onlar nisbətən kiçik ərazilər-
də yayılmaqla nisbətən fərqli sərhədlərə malikdirlər.  Əgər 
hansı bir maddə üst cərəyanlara düşürsə, onun bütün okean 
səthinə yayılma imkanları çox olur. Bundan əlavə, gəmilərin 
tullantılarını da nəzərdən qaçırmaq olmaz, çünki bu hadisə 
əsasən şelf zonasında (200 m-ə qədər dərinlikdə) baş verir.  
İkinci dünya müharibəsindən sonra Aralıq dənizi sahillə-
rində çox su işlədən və suya çoxlu çirkab su tökən yeni sənaye 
şəhərləri yaradıldı. Tökülən çirkab suların dənizdən Atlantik 
okeanına təbii sirkulyasiya vasitəsilə aparılan sudan çox 
olması nəticəsində Aralıq dənizi çox çirkləndi. Hazırda Şimal 
və Baltik dənizləri xeyli çirklənib.  İçməli suyun mənbələri 
olan – Temza, Sena, Selda, Reyn, Elba, Oder, Visla kimi 
çaylar öz gözəlliklərini çoxdan itirmişlər. Onların sahillərində 
Avropada  ən iri kimya sənayesi zavodları  fəaliyyət göstərir. 

130 
Bu çaylara hər il 100 min tonlarla fosforit, 1,5 mln. ton 
təhlükəli azot birləşmələri atılır. Son vaxtlar çaylarla Şimal 
dənizinə 11 min ton qurquşun, 28 min ton sink, 950 min ton 
mışyak, 335 ton kadmiy və 75 ton civə axıdılmışdır. Ağır 
metallar qrunt faunasını (balıqqulağı, xərçəng, dəniz ulduzu) 
məhv edir, balıq və suitilərdə təhlükəli şişlər əmələ gətirir. 
Dünya su ehtiyatının beşdə biri, keçmiş İttifaqın şirin su 
ehtiyatının isə 70%-ni təşkil edən, dünyada ən dərin tektonik 
göl Baykala ən dəhşətli təhlükə törədən, orada tikilmiş sellü-
loz – kağız kombinatıdır. Kombinatın fəaliyyəti nəticəsində 
ekoloji itki hər gün milyon manatlarla hesablanır. Baykaldan 
həyəcanlı  xəbərlər verilir; balıqların qırılması, Selenqa ça-
yında ikibaşlı balıqların və üzgəcsiz balıqların  əmələ  gəl-
məsi, dayazlaşma, Baykal xərçənginin (suyu özündən bu-
raxaraq gölü şəffaf və təmiz edən) sayının xeyli artması və .s 
Dəniz mühitində  aşağıdakı çirkləndiricilərə rast gəlmək 
olur? 
 -  Xəstəlik törədən mikroorqanizmlər (bakteriyalar, 
birhüceyrəlilər, viruslar və göbələklər). Onlardan ən çoxu 
çirkab sularla yayılır; 
 -  bərk tullantılar, tullantıların emal zamanı qalıq, həm-
çinin, işlədilməyən və ya müddəti keçmiş  sənaye məhsul-
lardır. ABŞ alimlərinin məlumatlarına görə  hər il dünya 
okeanına 6,6 mln. tona qədər müxtəlif zibil atılır ki onların 
da, əsas kütləsini plastmass əşyalar təşkil edir; 
 - istilik tullantıları – dəniz mühiti ilə əlavə istiliyin kon-
taktından onun səciyyəsi dəyişir və bu canlı orqanizmlər 
üçün zərərli ola bilər; 
 - şirin su və duzlar – şirin suyun çox olması ciddi prob-
lem yaratmır, lakin əgər saflaşdırmaya meylli olan zonaya 
düşərsə problem yarada bilər; 
- zəhərlər – qeyri-üzvü zəhərlər adətən sənayedə xəstəlik 

131 
törədən orqanizmləri və ya yosunları  məhv etmək üçün 
istifadə olunur. Üzvi zəhərlər isə dənizə qəsdən və təsadüfən 
atılmış müasir kimyəvi maddələrdən ən təhlükəlisidir (biosid 
– funqisidlər, herbesidlər, insektisidlər, podensidlər, 
həmçinin, karbohidrogenlər, neft məhsulları  və  sənaye 
kimya məhsulları); 
 -  neft-təbii maneəyə malik, üzvü zəhərlərə aid və uzun 
müddət ərazidə bioloji yolla parçalanan maddələrdir; 
 -  gübrələr – ən çox yayılanı azot və fosfor birləşmələ-
ridir. Onlar ətraf mühitdə  həmişə mövcud olmuşdur və 
onların bəziləri çürüyən orqanizmdən ayırlaraq təbii yolla 
mühitə qayıdır; 
 - radioaktivlik – radioaktiv maddələr dəniz mühitinə 
nəinki uran istifadə olunan atom stansiyalarının işləməsi 
şəraitində  və başqa növ fəaliyyətlə, həm də kömürün 
yandırılması kimi adi şəraitdə də düşürlər; 
 -  turşular və  qələvilər – turşu və  qələvilərin dənizə atıl-
ması ekoloji sistemin balansına zərərli təsir edir. Dəniz su-
yunun normal turşuluğu təqribən 8,0% olur, yəni dəniz suyu 
zəif qələviləşmiş olur; 
 - estetik baxımdan – xoşa gəlməyən görüntülü və iyli 
tullantılar cəlbedici deyillər; 
 -  nəqliyyat gəmiçiliyi. Mütəxəssislər qeyd edirlər ki, 
Okeana düşən neft məhsullarının  əksəriyyətini motorlu 
qayıqların mühərriklərində daxili yanma şəraitində işlənmiş 
yağlar təşkil edir. Neftin tankerlərdən qəza nəticəsində da-
ğılması prosesi baş verir. İri tankerlər yüklərini boşaltdıqda 
gəminin xüsusiyyəti xeyli dəyişir. Belə ki, onun çəkisi azalır 
onun idarə olunma xüsusiyyətləri tam yüklə dolu olmasını 
tələb edir. Ona görə  də  əksəriyyət tankerlərə ballast su 
vurulur. Tanker gəldiyi yerdə (məs. Küveyt portu) neft gö-
türməyə hazırlaşdıqda ballast su dənizə buraxılır ki, o sularla 

132 
dənizə xeyli miqdar neft tullantılar atılır, dəniz və okeanlar 
da çirklənmənin genişlənməsinə  səbəb olur, və sonda bu 
proses qlobal xarakter alır. Onu da qeyd edək ki, belə  ağır 
yük götürən tankerlər yüzlərlədir; 
- Sənayedə suların çirklənməsi; 
- Çirkab suların təmizlənməsi sistemi; 
- Kənd təsərrüfat mənbələri (suni gübrələr, heyvanların 
çirkabı, pestisidlər, herbesidlər və asılı hissəciklər); 
- İstirahət zonalarındakı çirkləndiricilər; 
- Tikinti və s. zamanı yaranan çirkləndiricilər. 
Bir çox tədqiqatçılar hesab edirlər ki, tullantıların bas-
dırıldığı yerlər gələcəkdə insanların təkrar istifadə edə 
bilməsi üçün əlçatan yerdə olsun. 
Hazırda cəmiyyətin ictimai fəaliyyəti və canlıların həyatı 
üçün vacib olan içməli su problemi insanların  ən vacib 
problemlərindən biridir. 
Dənizlərdə çirklənmələrin qarşısını almaq üçün aşağıdakı 
təkliflər verilir: 
– Endemik və  nəsli tükənməkdə olan növlər təsbit edi-
lərək yaşayış məskənləri qoruma altına alınmalıdır. 
– Biologi müxtəlifliyi təhdid edən risk faktorları  təyin 
olunmalıdır. 
– Dəniz çirklənməsi ilə mübarizə ilə  əlaqədar nazirlik, 
ictimai orqan və peşə  təşkilatları  tərəfindən təcili müdaxilə 
və master proqramları hazırlanmalıdır. 
– Su hövzələrində qeyri-qanuni inşaat tikililərinin qarşısı 
alınmalıdır. 
– Dənizlərdə  və boğazlarda gəmilərin və digər dəniz və 
daxili nəqliyyat vasitələrinin çirkli ballast sularını boşalda 
biləcəyi sahələrin yaradılmasına sürət verilməlidir. 
– Daxili sulardakı çirklənmənin qarşısını almaq üçün tə-
mizləmə sistemlərinin sayı artırılmalıdır. 

133 
– Dəniz canlıları suyu süzərək qidalandıqları  və ya sü-
zərək qidalanan canlılarla qidalandıqları üçün çirklənmə 
faktorları – zəhərli kimyəlilər, ağır metallar, konserogenlər 
və s. bu canlıların vücudlarında toplanır. 
– Dəniz nəqliyyatı vasitələrinin hərəkətinin müasir səviy-
yədə planlaşdırılması  və  bələdçilik xidmətlərinin keyfiyyə-
tinin yüksəldilməsi dəniz qəzalarının sayını minimuma 
endirmək. 
– Dənizlərdən keçən gəmilərin beynəlxalq standartlara 
uyğunluğuna nəzarət edilməlidir. 
– Dəniz qəzaları üçün təcili müdaxilə birlikləri və planı 
hazırlanmalıdır. 
– Bütün gəmilərin ətrafa verə biləcəkləri təbii, tarixi, mə-
dəni və iqtisadi zərərlərin aradan qaldırılması  və kompen-
sasiyası ilə bağlı bu gəmilərə qanuni tənzimləmələr nəzərdən 
keçirilməlidir. 
– Çirklənmənin qarşısının alınması üçün milli və bey-
nəlxalq səviyyədə bir çox qanunların olmasına baxmayaraq, 
bu qanunların tətbiq edilməsində çətinlik çəkilir. Səlahiyyət 
və məsuliyyət tək bir təşkilata verilməməlidir. 
 
9.3. Sunamilərin törətdikləri fəlakətlər və onlardan  
qorunmaq tədbirləri 
 
İnsanlar öz həyatlarında çoxsaylı təbii katoklizmlərlə üz-
ləşmişlər. Onlardan biri – ən təhlükəlisi, geniş yayılanı, çox-
saylı insan tələfatı ilə nəticələnən və çoxsaylı maddi itkilərə 
gətirəni – sunami dalğalarıdır.  
2004-cü ildə dekabrın 26-da Asiyanın cənub-şərqində, Su-
matra adası yaxınlığında Andaman dənizində baş vermiş 
sualtı  zəlzələ  nəticəsində yaranmış sunnami dağlarının hə-
rəkətini göstərən, müxtəlif telekanalların fantastik və  təsvir 

134 
olunmaz kadrlarını yaddan çıxarmaq mümkün deyil: «Sahilə 
doğru 18-20 metr hündürlükdə sürətlə  nəhəng sunnami 
dalğası yaxınlaşır. Bu vaxt sahildə, Cənub-Şərqi Asiyanın 
gözəl, mənzərəli sahilindəki çimərlikdə müxtəlif yaşlarda, 
minlərlə istirahət edən insanlar görünür. Qəfildən yaxınlaş-
mada olan nəhəng sunnami dalğasını görən insanlar çaşaraq 
hər  şeyi unudaraq tam fəlakətin qanunlarına tabe olurlar. 
Çaşqınlıqdan və özünü itirmiş minlərlə insanlar olduqları 
vəziyyətdə, kim necə bacarırsa dalğanın caynağından canlarını 
qurtarmaq üçün, uzağa qaçmağa çalışırlar. Bir anda ən dəhşətli 
hadisə baş verir, insanlar arxaya baxmadan, bir-birinə kömək 
etmədən qaçırlar. Bir an telekadrlarda nəsə çox dəhşətli bir 
hadisə – mənzərə baş verir: ən cavan və qüvvətli insanlar 
geriyə baxmayaraq lap qabaqda qaçırlar, onların arxasınca 
nisbətən az sağlamlığa malik insanlar həyatlarını xilas etmək 
arzusu ilə qaçırdılar. Onların ardınca qocalar, xəstələr,  əlillər 
və ata-anaları özlərini itirib qabaqda qaçanların körpə uşaqları 
var qüvvələrilə sahildən uzaqlaşmağa çalışırdılar. Ana uşaqsız, 
ər-arvadsız, sağlam insanlar isə qocalara, xəstələrə,  əlillərə, 
hətta uşaqlara məhəl qoymadan qaçırdılar. Onların ardınca isə 
əjdaha sürətilə  nəhəng sunami dalğaları yaxınlaşırdı.  Ən 
dəhşətlisi isə bu idi ki, arxadan yaxınlaşan nəhəng dalğalar 
əjdaha kimi ağzını açaraq qaçan insanların hamısını udurdu… 
Son nəticədə hamını ağuşuna alan dalğaları təsvir edən bu 
dəhşətli, təsadüfi və tarixi kadrlar dünyanın müxtəlif ölkə-
lərinin müxtəlif telekanallarında cəmisi bircə  dəfə göründü, 
çünki çox dəhşətli və ürək ağrıdıcı idi. Sunamilərin dəhşətli 
nəticəsi belədir. Bu əsil təbii fəlakətdir. Onun təsir dairəsi çox 
böyük  əraziləri  əhatə edir. Vurduğu maddi, mənəvi, ekoloji 
ziyanları aradan qaldırmaq çox böyük vəsait və vaxt tələb edir. 
Yer kürəsində biosferanın tarixinin öyrənilməsi göstər-
mişdir ki, Yer planetinin bioloji həyatında dəfələrlə qlobal 
hadisələr baş vermiş, qısa tarixi müddət  ərzində bir qrup 

135 
canlılar məhv olmuş, ümumiyyətlə, az bir fasilədən sonra ta-
mamilə yeni, keçmişdəkinə tamam oxşamayan həyat şəraiti 
əmələ  gəlmişdir. Yer kürəsinin bütün tarixi boyu vulkan 
püskürmələri, zəlzələlər, sunamilər insan və heyvanlar ara-
sında böyük tələfatlara səbəb olmuşlar. Amma sivilizasiya 
tarixində elə  fəlakətlər də baş vermişdir ki, bütün planetin 
tarazlığı pozulmuşdur. 
Son 200 ildə planetimizdə qlobal dəyişikliklər yaratmış 
iki təbii fəlakəti misal göstərmək olar. Onlardan biri XIX 
əsrin sonlarında  İndoneziyada Krakatau vulkanının 
püskürməsi və qüvvətli zəlzələlərin baş verməsi, ikincisi isə 
İndoneziyada 26 dekabr 2004-cü ildə baş vermiş 11 ballıq 
zəlzələ  və bunun nəticəsində  nəhəng sunnami dalğalarının 
əmələ  gəlməsi olmuşdur. Hər iki fəlakət nəticəsində 400 
minə yaxın insan tələf olmuşdur. 
Qeyd etmək lazımdır ki, İndoneziyada zəlzələnin qlobal 
nəticələri dərhal dünya alimlərinin və ictimaiyyətinin diqqə-
tini cəlb etmişdir. Birincisi, NASA-ABŞ-ın Milli Aerokos-
mik Agentliyinin məlumatlarına  əsasən bu Yer planetinin 
formalaşmasının sürətinin dəyişilməsinə və sutkanın uzunlu-
ğunun 2,68 mikrosekund çoxalmasına səbəb olmuşdur.  
Yuxarıda göstərilənlərdən aydın olur ki, bu proseslər qısa 
vaxt  ərzində  nəinki Dünya okeanının sularında böyük dəyi-
şikliklər əmələ gətirə bilər, eyni zamanda Yer kürəsində qlobal 
iqlim dəyişikliyinə, həm də atmosferin tərkibini göstərə bilər. 
Bundan əlavə hazırda Günəş sunamilərinin də baş verməsi 
artıq hamıya bəllidir. Günəşin üzərində ləkələr Günəşdə gedən 
fiziki proseslər nəticəsində yaranır, yanacaq yanarkən termo 
nüvə prosesləri zəifləyir. Ləkə-Günəş ətrafında daima yaranan 
günəşətrafı «qara» dəlikdir. Bu qara dəliklərin (deşiklərin) Yer 
səthinə istiqamətlənməsi Yerdə çoxsaylı katoklizmlərin: 
tayfunların, tornadonun, sunamilərin, siklon və antisiklonların 
yaranmasına şərait yaradır. 

136 
Yuxarıda qeyd etdiyimiz belə qlobal hadisələr, onların 
yaranma səbəbləri, Yer kürəsinə etdiyi təsirlər, törətdikləri 
fəlakətlər, insan tələfatı, dəyən maddi ziyanlar, sosioloji sar-
sıntılar göstərilməklə, onların tarixi ardıcıllığı gözlənilmiş-
dir. Fikrimizcə belə  təbii katoklizmlərin geniş izahı, araş-
dırılması  və proqnozlaşdırılması günün ən aktual vəzifələ-
rindəndir.  İndi hamıya məlumdur ki, hansı ölkələrdə ki, 
vulkanlar, zəlzələlər, sunamilər, fırtına və tornado olursa, 
orada bu fəlakətlərə qarşı xeyli hazırlıq olur və  nəticədə 
həmin ölkələrdə maddi və mənəvi itgilər xeyli az olur. 


Поделитесь с Вашими друзьями:
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə