Telman xəLİlov, maya zeynalova



Yüklə 38.1 Mb.
Pdf просмотр
səhifə8/14
tarix19.07.2017
ölçüsü38.1 Mb.
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

8.2.1 Quraqlıq. Quraqlıq – səhralaşma prosesində daha 
mühüm rol oynayır. Məsələn, 1968-ci ildə Saheldə 20 il 
sürən quraqlıq nəticəsində tarlaların və otlaqların məhsul-
darlığı aşağı düşmüş, su quyuları qurumuş, çayda su axınları 
azalmış, Çad gölünün səviyyəsi aşağı enmişdir. Quraqlığın 
ilk dalğası zamanı (1968-1973-cü illər) 250 mindən artıq 
yerli  əhali acından ölmüş, mal-qaranın 40%-i məhv olmuş-
dur. Malidə  və Mavritaniyada mal-qaranın 90%-i qırılmış-
dır. 1980-ci ilin ortalarında Saxaradan cənubda quraqlıq 
nəticəsində 3 mln-a yaxın adam ölmüşdür. 
Quraqlıq – yağıntıların çatışmaması ilə yüksək buxarlan-
manın elə birləşməsidir ki, aqrotexnikanın lazımi səviyyə-
sinin olmaması halında bitkilərin rütubətə  tələbatı  və onun 
torpaqdan alınması arasında uyğunsuzluq yaradır ki, bunun 
da nəticəsində kənd təsərrüfatı və otlaq bitkilərinin məhsul-
darlığı aşağı düşür. 
Quraqlıq – yazda və yayda yağıntının normadan çox aşağı 
və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə 
xeyli aşağı olduğu uzun dövrdür. Quraqlıqda torpaqdakı 
rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf oluna-
raq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan 
şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə 
tarla, otlaq və biçənəklərdə  məhsul azalır, yaxud tamamilə 
məhv olur. 
Statistik məlumatlara görə Yer şarının  ərazisinin 85%-i 
quraqlığa məruzdur. Quraqlıq 3 növ olur: torpağın quraqlığı, 
yəni rütubətsizliyi, havanın nisbi rütubətliyinin kəskin sürət-

108 
də azalması, hava quruluğu ilə torpağın quruluğudur. Hər üç 
növ quraqlıq kənd təsərrüfatına böyük tələfat verməklə 
bitkilərin məhsuldarlığını azaldır.  
Havalar quraq keçən zaman quru isti küləklər də müşa-
hidə olunur. Bunlar ilin fəsillərində respublikamızın düzən-
lik rayonlarına  şərq və  cənubi-şərq tərəfdən  əsir. Quru kü-
ləklər havanın temperaturunu yüksəldir və nisbi rütubətliyi 
çox aşağı salır. Quraqlığın nəticəsində dünyanın taxıl ehti-
yatları 160 milyon t-dan 9 milyon tona qədər azalıb. Nəti-
cədə  hər ton taxılın qiyməti 120 dollardan 220 dollara 
qalxıb. 
Bəzi alimlərə görə, səhralaşma arid, yarımarid və yarım-
rütubətli ekosistemlərin insan fəaliyyəti və quraqlığın təsiri 
ilə qüvvədən düşməsi və məhsuldarlığını azaldan, mikro və 
makro faunanın və floranın bioloji kütləsində  dəyişikliklər 
yaradan, torpaq örtüyü strukturunun pozulmasını sürətləndi-
rən, insanın təsərrüfat fəaliyyətini məhdudlaşdıran, nəhayət, 
ekosistemdə ciddi mənfi dəyişiklik yaradan prosesdir. Səhra-
laşma təbii və antopogen proses olub, quraq ərazilərdə arid-
ləşmə istiqamətində torpaq və bitki örtüyündə dönməyən 
dəyişikliklər yaradır. Bioloji məhsuldarlığı azaltmaqla, bəzi 
hallarda biosferin imkanlarını tamamilə pozur və  ərazini 
səhraya çevirir. 
Quraqlığa qarşı mübarizə tədbirləri aqrotexniki tədbirlərin 
sistemi respublikamızın düzənlik rayonlarında həyata 
keçirilir. Sahələrdə su balansını nizama salmaqla, tarlaları 
quraqlıqdan və quru isti küləklərdən, torpağın səthindəki 
münbit təbəqəni külək vasitəsilə sovrulub, yağış suları ilə 
yuyulub aparılmaqdan qorumaq işində tarla-qoruyucu meşə 
ağaclarının əkilməsinin böyük rolu vardır. 
 

109 
Cədvəl 8.2.1 
Quraq torpaqlar, mln.ha (BMTİP/QRİD), 1991 
 
 
Afrika Asiya Avstraliya Avropa  Şimali 
Amerika
Cənubi 
Amerika
Bütün
dünya
%
Ekstra 
arid 
672 277




26 16
Arid 
504 626
303 
11 
11 
82  45 26
Yarım 
arid 
514 693
309 
105  105  419  265 37
Quraq 
subhumid 
269 353
51 
184  184  232  207 21
Cəmi 
1259 1349
663 300 300 736 543 
100
Ümumi 
sahədən 

32 
32 11  5 12 12 8 
 
 
8.2.1.-ci cədvəldə ayrı-ayrı materiklərdə və bütün dünya-
da müxtəlif iqlim zonalarında quraq torpaqların sahəsi 
milyon ha ilə verilmişdir. Cədvəldən göründüyü kimi ümu-
mi sahədən Afrikada – 32, Asiyada – 32, Avstraliyada – 11, 
Avropada – 5, Şimali Amerikada – 12, Cənubi Amerikada 
isə 12 milyon ha, bütün dünya üçün isə – 8 mln. ha torpaq 
sahəsi quraqlığa məruz qalmışdır.  
 
8.2.2. Səhralaşmanın tipləri və səhralaşma indikatorları 
 
FAO-YUNEP (1982) təşkilatı yer kürəsində 8 tip səh-
ralaşma fərqləndirir. 
1. Bitki örtüyünün deqradasiyası 
2. Külək eroziyası 
3. Su eroziyası 
4. Torpaq strukturasının pozulması 
5. Torpaqda humusun miqdarının azalması 
6. Şoranlaşma, şorakətli və şorakət torpaqlar 

110 
7. Torpağın bataqlaşması 
8. Torpaqda toksiki maddələrin çoxalması 
 
Əsas təbiət hadisələri arasında quraqlıq və külək eroziyası 
xüsusi yer tutur. Yer kürəsi  əhalisinin təxminən 750 mln. 
nəfəri (12,5%) arid ərazilərdə, 90 mln-u isə güclü səhralaş-
maya məruz qalan ərazilərdə yaşayırlar. Azərbaycanda 
əhalinin 60%-i Kür-Araz çökəkliyində yaşayır ki, bu ərazi 
də əsasən arid və yarımarid qrupa aid edilir. 
Üç səhralaşma indikatoru bir-birindən fərqləndirilir. 
Bunlara fiziki, bioloji və sosioloji indikatorlar daxildir. 
Fiziki indikatorlar – (torpaq, geokimyəvi və hidrolitik). 
1. Toz və qum tufanlarının miqdarı  və digər  əlverişli 
olmayan iqlim prosesləri; 
2. Qrunt sularının miqdarı, səviyyəsi və keyfiyyəti; 
3. Eroziya və defilyasiya proseslərinin inkişafı  və 
formaları; 
4. Köklər yerləşən torpaq qatının qüvənliyini və onda 
olan humusun miqdarı; 
5. Torpağın şoranlığı və şorakətliyi; 
6. Müxtəlif qaysaqların əmələ gəlməsi; 
7. Yeraltı sular. 
Bioloji indikatorlar – Bitki örtüyü: 1. Yayılan bitki növlə-
rinin nisbəti; 2. Bitki örtüyündə olan kserofil və mozofil 
növlər; 3. Torpağın üst hissəsinin bitkilər tərəfindən örtül-
məsi; 4. Bioloji məhsuldarlıq və yem bitkilərinin məhsul-
darlığı. Heyvanlar aləmi: 1. Əsas növlər; 2. Ev heyvanlarının 
sayı, cinsi; 3. Heyvanların çoxalması; 4. İkinci məhsul. 
Sosioloji – qruplar arasında aşağıdakılar fərqləndirilir:  
1. Torpaqdan istifadə sistemi (suvarılan  əkinlik, dəmyə, 
heyvandarlıq, bitkilərin xammal məhsullarının toplanması 
və daşınması, turizm və s.); 2. Əhalinin yerləşmə strukturası; 

111 
3. Sosial proseslərin parametrləri. 
Geniş  ərazidə  səhralaşma üzrə monitorinq keçirilən za-
man yerüstü üsullarla bu işi görmək üçün çoxlu miqdarda 
ixtisasa malik mütəxəssislər tələb olunur. Kosmosdan və 
aeroçəkilişdən istifadə etdikdə monitorinq sadə, sürəltə asan 
mənimsənilən yolla həyata keçirilir və ucuz başa gəlir.  
 
8.3. Azərbaycanda səhralaşma problemi 
 
Hazırda dünyada həllini gözləyən vacib ekoloji məsələlər 
sırasında yer almış başlıca problemlərdən biri də  səhralaş-
madır. Ekologiya və  Təbii Sərvətlər Nazirliyi (ETSN) mü-
təxəssisləri bu fikirdədirlər ki, quru iqlim şəraitində yerləşən 
Azərbaycan üçün də  səhralaşma problemi son dərəcə 
aktualdır. 
Nazirliyin məlumatına  əsasən, hazırda ölkəmizdə erozi-
yaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər 
torpaq məruz qalıb. Təxminən 300 kv.km ərazi sel sularının 
təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıla-
rın istismarı  nəticəsində yararsız hala düşüb. Səbəblər isə 
çoxdur. Torpaqların ekstnesiv istifadəsi, heyvandarlığın ki-
fayət qədər yem bazası ilə  təmin olunmaması, mal-qaranın 
sürətlə artması  səbəbindən mövcud otlaqların, meşə  ərazi-
lərinin həddən artıq otarılması  səhralaşmaya səbəb olur. 
Bundan başqa, suvarma rejiminə düzgün riayət edilməməsi, 
hidrotexniki qurğuların sıradan çıxması, kimyəvi çirklənmə, 
şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel suları-
nın təsirinin artması da səhralaşmanı yaradan əsas amil-
lərdəndir. 
Nazirlik mütəxəssislərinin rəyi belədir ki, torpaqların ya-
rarsızlaşmasının  əsas amillərindən biri də onların kimyəvi 
çirklənməyə  məruz qalmasıdır. Bundan başqa, 264 min 

112 
hektar meşə sahəsi erməni işğalı altındadır və  həmin  ərazi-
lərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv 
edilir. Bu da Azərbaycan  ərazisində meşələrin azalmasına, 
səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. 
Səhralaşma probleminin qlobal xarakter alacağını çoxdan 
başa düşən ekoloqlar bəşəriyyətin gələcək bəlalardan xilas 
edilməsi üçün təcili tədbirlərin həyata keçirilməsi tələbilə 
çıxış etmək məcburiyyətində qalıblar. Buna görə, Azərbay-
can ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii 
ehtiyatlardan səmərəli və ziyansız istifadə olunmasını, o 
cümlədən milli maraqları nəzərə alaraq «Səhralaşmaya qarşı 
mübarizə» Beynəlxalq konvensiyasına qoşulub. 1994-cü il 
17 iyun tarixində Parisdə səhralaşmaya qarşı mübarizə kon-
vensiyası qəbul olunmuş və 1996-cı ildə qüvvəyə minmişdir. 
Azərbaycan Respublikası Konvensiyanı 1998-ci ildə imza-
lamış və Respublika Prezidentinin 24 aprel 1998-ci il tarixli 
fərmanı ilə qüvvəyə minmişdir. 
Problemlə mübarizə işlərinə gəlincə, ölkəmizdə səhralaş-
manın qarşısının alınması  məqsədilə müvafiq dövlət proq-
ramları  işlənib hazırlanıb. «Azərbaycan Respublikasında 
yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması 
və  səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proq-
ramı», «Meşələrin artırılması və bərpa olunmasına dair» və 
«Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair» 
milli proqramları  təsdiq olunub. Bu proqramlara əsasən, 
ümumilikdə, hər il ölkə  ərazisində 10 min hektardan artıq 
meşə-bərpa işləri aparılır. 
Yay və  qış otlaqlarının mövcud vəziyyətinin araşdırıl-
ması,  şiddətli eroziüyaya və  şoranlaşmaya məruz qalmış 
ərazilərin dəqiqləşdirilməsi və  xəritələşdirilməsi, eləcə  də 
torpaq kadastrı  və qeydiyyat sisteminin yaradılması üzrə 
işlər də davam etdirilir. Ölkəmizin təbii örtüyünün olduğu 

113 
kimi toxunulmaz vəziyyətdə saxlanması  və  səhralaşmaya 
qarşı mübarizənin gücləndirilməsi üçün antropogen təsirlərin 
azaldılması  məqsədilə xüsusi mühafizə olunan təbiət 
ərazilərinin genişləndirilməsinə  də xüsusi diqqət yetirilir. 
Belə ki, ölkə başçısının müvafiq fərmanları ilə 2003-2009-
cu illərdə ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin 
ümumi sahəsi qısa müddət ərzində 4,5 faizdən, yəni 478 min 
hektardan 778 min 464,7 hektara çatdırılıb. Bu da ölkə 
ərazisinin təqribən 9 faizini təşkil edir.  
BMT-nin  İnkişaf Proqramının Azərbaycan nümayəndə-
liyinin və Qlobal Ekoloji Fondun texniki yardımı  əsasında 
2006-cı ildən başlayaraq «Torpaqdan birgə  və davamlı 
istifadə üçün potensialın yaradılması» layihəsi də  həyata 
keçirilir. Bu isə öz növbəsində, Azərbaycanda səhralaşma 
problemlərinin həlli üzrə  işlərin canlanmasına təkan verib. 
Layihə  çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış 
və yay otlaqlarının vəziyyəti öyrənilib və konkret olaraq 
Göygöl rayonunda 200 hektar qış otlağı bərpa olunub. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssisləri tor-
paqların səhralaşmasının qarşısını almaq məqsədilə dövlət 
proqramlarına və xarici donorlarla əməkdaşlıq çərçivəsində 
tədbirlər həyata keçirdiklərini söyləyirlər. Amma nədənsə, 
ilbəil yararsız hala düşmüş torpaqların hektarı  dəyişilməz 
olaraq qalır. Deyəsən, mütəxəssislər səbəbi deyil, nəticəni 
aradan qaldırmaqla məşğuldurlşar. Yəni heyvandarlığın yem 
bazası olmadığından mal-qaranın meşə  ərazilərində otarıl-
ması davam edir. Sirr deyil ki, suvarma sisteminin dəyiş-
dirilməsi də milyonlar tələb edir. Beləliklə də, torpaqlarımız 
yararsızlaşır. 
Azərbaycanda səhralaşma prosesi əsasən dağətəyi, düzən-
lik və ovalıq  ərazilərdə  təbii, xüsusən antropogen amillərin 
təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta 

114 
illik miqdarı 150-400 mm arasında tərəddüd edir, səthi 
buxarlanma yağıntının miqdarından 3-4 dəfə artıqdır.  İqlim 
yarımsəhra və quru bozqır yarımtipinə aiddir. 
Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyə-
vidir. Burada son illər  əhalinin artması,  ərazidə qaçqın və 
köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən 
heyvandarlığa olan tələbatın çoxalması, həmçinin təbii qaz 
və elektrik enerjisinin çatışmaması ilə  əlaqədar torpaq və 
bitki örtüyünün ekstensiv istifadəsi nəticəsində antropogen 
səhralaşma prosesi güclənmişdir.  
Kür-Araz ovalığında səhralaşma prosesi Şirvan düzündə 
daha güclü gedir. Burada apardığımız tədqiqatlar göstərir ki, 
bitki və torpaq örtüyünün səhrlaşamasının (və ya deqrada-
siyası) istiqaməti və intensivliyini yaradan səbəblər ərazinin 
ekoloji  şəraiti (relyefi, bitki örtüyü, torpağı) və antropogen 
amillərin müxtəlifliyi ilə  əlaqədardır. Bu baxımdan  ərazini 
aşağıdakı sahələrə bölmək olar: 
1. Kür çayı boyu tuqay meşələrinin deqradasiyası prosesi, 
orada olan meşələrin məhv edilməsi, hədsiz mal-qara otarıl-
ması  və meşə torpaqlarından kənd təsərrüfatında istifadə 
edilməsi ilə  əlaqədar baş vermişdir. Bu ərazidə  səhralaşma 
quraqlaşma, bataqlaşma və  bəzən  şoranlaşma istiqamətində 
gedir. 
2. Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səhra-
laşma prosesini yaradan əsas səbəblər orada drenaj-kollektor 
şəbəkəsinin yaradılması və suvarma işləri ilə əlaqədardır. Bu 
ərazidə  səhralaşma prosesi torpağın  şorlaşması,  şorakətləş-
məsi və bataqlaşması istiqamətində gedir. 
3. Regionun dağətəyi hissəsində səhralaşma prosesi bitki 
örtüyünün pozulması, məhv edilməsi, hədsiz mal-qara 
otarılması, aqrotexniki qaydalara riayət olunmaması ilə 
əlaqədardır. Bu ərazidə  səhralaşma prosesi bitki örtüyünün 

115 
deqradasiyası, səthi və yarğan eroziyası, suvarma aparılan 
sahələrdə isə irriqasiya eroziyası, bəzən  şorlaşma və 
sürüşmə hadisəsinin yaranması istiqamətində gedir.  
Səhralaşma  əsasən Abşeron yarımadasında torpağın neft 
və neft tullantıları ilə çirklənməsi ilə  əlaqədar da baş verir. 
Neft məhsullarının və çoxlu miqdarda buruq sularının səthə 
axıdılması, həm də qrunt sularının səviyyəsinin qalxmasına 
və torpağın təkrar  şorlaşmasına səbəb olur. Abşeronda neft 
yataqlarının düzgün istifadə edilməməsi 10 illər ərzində ətraf 
mühitin mühafizəsi üzrə elementar qaydalara riayət etmədən 
neft çıxarılması, neft, qaz, kimyəvi maddələr, güclü mineral-
laşmış  və radioaktiv çirkli suların yerin səthinə axıdılması 
Abşeron yarımadasının ayrı-ayrı təbii və antropogen landşaft 
sahələrinin çirklənməsinə və pozulmasına səbəb olmuşdur. 
 
8.3.1. Respublikanın düzən və dağətəyi düzən ərazilərdə 
deqradasiyaya və səhralaşmaya səbəb olan amillər 
 
I.Təbii 
(fiziki-coğrafi) 
1. Yüksək günəş radiasiyası (bu göstərici üzrə Muxtar 
Respublika ölkənin başqa ərazilərdən fərqlənir). 
2. Yüksək hava temperaturu (yay aylarında 42-43S
0
 
çatır). 
3. Yüksək torpaq temperaturu. 
4. Torpaq və havada rütubətin azlığı. 
5. Bitki örtüyünün seyrəkliyi. 
6. Torpaq  əmələ  gətirən süxurların duzlu və karbonatlı 
olması. 
7. Torpaqların  şorlaşma və  şorakətləşməyə  məruz qal-
ması. 
8. Külək eroziyanın (deflyasiya) şiddətli olması (xüsusilə 

116 
Culfa rayonunda). 
9. İrriqasiya eroziyanın geniş yayılması. 
10. Səthi və  xətti eroziyanın geniş arealda olması (Res-
publika  ərazisinin 41,8%-dən çox hissəsi bu və ya digər 
dərəcədə eroziya prosesinə  məruz qalmışdır). Naxçıvan 
Muxtar Respublikasının bəzi rayonlarında 70%-dən çoxu 
qədər ərazi yuyulmuşdur. 
11. Cənub baxarlı yamacların çox yüksək olması. 
12. Səthi buxarlanmanın çox yüksək olması. 
13. Qışın çox soyuq olması (bəzi hallarda 30-35 dərəcə 
soyuq olur). 
14. İqlimin kontinentallığı. 
15. Yayın çox isti keçməsi (bəzi hallarda hərarət 40-42 
dərəcəyə çatır). 
16. Efemer örtüyünün zəif olması. 
17. Çayların suyunun azalması. 
18. Yeraltı suların minerallaşması. 
19. Quraqlıq indeksinin yüksək olması. 
20. Günəş enerjisinin səthi buxarlanmaya sərfi. 
21. Yer səthində  vəziyyətdən asılı olaraq torpağın 
albedosu. 
22. Yerin radiasiya balansı. 
23. Ərazinin yaşı (landşaftı). 
 
II. Antropogen: 
(sosial-iqtisadi) 
24. a) Meşə qurşağında. 
- nəzarətsiz odun tədarükü və mal-qaranın otarılması 
(geniş tətbiq edilir). 
- meşə ərazilərinin yaşayış məntəqələrinə və təsərrüfatlara 
çevrilməsi. 
b) Dağlıq torpaqda: Təbii otlaqlarda həddindən artıq və 

117 
sistemsiz otarmanın aparılması, otlaqların şiddətli eroziyaya 
uğraması və deqradasiyası. 
c) Əkinlərdə: Səmərəli irriqasiya (müasir texnologiyası) 
tədbirlərinə riayət edilməsi. 
25. Torpaqların fiziki və kimyəvi deqradasiyası. 
26. Sənaye qazmaları. 
27. Yaşayış məntəqələri və sənaye ərazilərinin 
genişlənməsi. 
28. Yeraltı su ehtiyatlarının azalması. 
29. Daşğın və sellərin güclənməsi. 
30. Təkrar şorlaşma. 
 
III. Səhralaşmanın texnogen amilləri 
 
1. Troposferin aşağı qatlarının qızmasına səbəb  İstixana 
səmərəsi qazların (CO
2
 və başqaları) toplanması. 
2. Troposferdə aerogül (aerozol) maddələrin toplanması. 
3. Torpaq və suların kimyəvi çirklənməsi. 
4. Torpaqların texnogen pozulması, çirklənməsi və s. 
Analoji amillərin Orta Asiyada səhralaşmaya səbəb 
olması haqda A.Q.Babayev (1990) məlumat vermişdir. 
Göstərilən amillər Respublikanın  ərazilərində aridləş-
məyə, bitki və torpaq örtüyünün deqradasiyasına səbəb olur 
və bu da səhralaşma üçün əlverişli şərait yaradır. 
Azərbaycanda ekologiya elminin banisi, dünya şöhrətli 
alim, akademik Həsən Əliyev «Həyəcan təbili» əsəri ilə res-
publikamızın bütün əhalisini sanki qəflət yuxusundan oyan-
mağa çağırdı, onları ekoloji durumun qorunub saxlanması 
üçün ayağa qaldırdı. Gəlin biz də heç bir gözəlliyi bizlərdən 
əsirgəməyən ana təbiətə, onun bütün sərvətinə qayğı, sevgi 
və məhəbbətlə yanaşaq, onları qoruyub saxlamağa çalışaq. 
 

118 
8.4. Səhralaşmaya qarşı mübarizə yolları 
 
Səhralaşmanın ən əsas səbəbi: meşə sahələrinin azalması, 
torpaqdan düzgün istifadə edilməməsi, hədsiz mal-qara 
otarılması, quraqlıq və s.-dir. 
1977-ci ildə Kenyanın paytaxtı Nayrobi şəhərində BMT-
nin keçirdiyi Beynəlxalq Konfransda «Səhralaşmaya qarşı 
mübarizə» planı qəbul olundu. 
Rio-de-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda 
gündəliyə «XXI əsrdə səhralaşmaya və quraqlığa qarşı mü-
barizə» məsələsi salınaraq bütün bəşəriyyətin mühüm mə-
sələsi müəyyən edildi. 
Səhralaşmaya qarşı hökumətlər aşağıdakılaı etməlidirlər: 
1. Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul 
etməli; 
2. Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac 
cinslərindən istifadə edərək, meşə əkini proqramının həyata 
keçirilməsini tezləşdirmək; 
3. Oduncaqdan yanacaq kimi istifadə olunmasını  məh-
dudlaşdırmaq. 
Səhralaşma – qlobal ekoloji və sosial-iqtisadi problemdir. 
Bununla  əlaqədar 1994-cü ildən 170 dövlətin imzaladığı 
səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. 
17 iyunda qeyd olunan «Ümumdünya quraqlıq və səhralaş-
ma ilə mübarizə günü» 1994-cü ildə BMT-nin Baş Assamb-
leyası  tərəfindən elan olunmuşdur. Elə  həmin il Birləşmiş 
Millətlər Təşkilatı  tərəfindən səhralaşma ilə mübarizə haq-
qında Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlət-
lərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əmək-
daşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin 
artırılması təklif olunur. 
Səhralaşmaya qarşı mübarizə üzrə  fəaliyyələr planı – 

119 
Səhraların hücumuna qarşı mübarizə  və 2000-ci ilə  qədər 
səhralaşmanın qarşısının alınması üzrə  əhatəli qlobal proq-
ram – Səhralaşmaya qarşı mübarizə üzrə BMT Konfransında 
qəbul edilmiş  və 1977-ci ildə BMT BA-nın 32-ci sessiya-
sında təsdiq olunmuşdur. Səhralaşmaya qarşı mübarizə planı 
uzunmüddətli siyasətin rəhbər prinsiplərindən ibarətdir. 
Planın birbaşa məqsədi – səhralaşma prosesinin qarşısının 
alınması  və dayandırılması  və mümkün olan yerlərdə  səh-
ralaşan torpaqların məhsuldarlığını  bərpa etmək. Son məq-
sədi «əhalinin həyat səviyyəsinin artırılması  məqsədilə, 
ekoloji imkanlar daxilində səhralaşmaya qarşı taqətsiz olan, 
arid, yarımarid və kifayət qədər rütubət çatızmamazlığına 
malik ərazilərin qorunması və inkişafı». Planın əsas məqsədi 
– qərar qəbul edilməsi sahəsində mövcud biliklərin və 
texnologiyaların dərhal mənimsənilməsi və təcrübədə tətbiqi 
və  səhralaşmaya qarşı mübarizə üzrə  tədbirlərin bu region-
ların əhalisi tərəfindən onların daha yaxşı anlamaları məqsə-
dilə təxirəsalınmaz icrası. Səhralaşmaya qarşı uğurlu müba-
rizənin zəmini torpaqdan istifadənin yaxşılaşdırılmasıdır. 
Plana aşağıdakı qruplar üzrə birləşmiş 28 tövsiyə daxildir: 
1)  Səhralaşmanın qiymətləndirilməsi və torpaqdan isti-
fadənin yaxşılaşdırılması. 
2)  Sənayeləşmə  və urbanizasiyanın kənd təsərrüfatının 
inkişafı ilə uyğunlaşdırılması  və onların arid ərazilərin 
ekologiyasına təsiri 
3)  Səhralaşmaya qarşı mübarizə üzrə düzgün tədbirlər. 
4)  Sosial-iqtisadi aspektlər. 
5)  Quraqlıq riskləri və onun nəticələrinə qarşı  sığor-
talanmaq. 
6)  Milli elmi-texniki potensialın möhkəmləndirilməsi. 
7)  Səhralaşmaya qarşı mübarizə proqramlarının ümumi 
inkişaf planlarına inteqrasiyası. 

120 
8)  Beynəlxalq əməkdaşlıq əlaqələrində tövsiyələr. 
9)  İlk növbəli təxirəsalınmaz fəaliyyətlə  əlaqələrində 
tövsiyələr.   
Fəaliyyətlər planı tövsiyə xarakteri daşıyır və ona gələ-
cəkdə səhralaşmaya qarşı mübarizə üzrə konkret milli və re-
gional proqramların hazırlanması üçün əsas kimi baxılma-
lıdır. 
Ümumilikdə  səhralaşma probleminin qarşısını almağa 
şüurlardan başlamaq lazımdır.  Əhali arasında ekoloji 
maarifləndirmə  tədbirləri daha da genişləndirilməlidir. Bu 
təbliğat prosesinə, mətbuat, QHT-lər, təhsil sistemi, ayrı-
ayrılıqda hər bir vətəndaş qoşulmalıdır. Amma istər yazılı 
mətbuatda, istərsə də televiziya ekranlarında maarifləndirmə 
xarakterli belə  məlumatlara çox az rast gəlinir. Halbuki 
səhralaşma hər birimizin həyatında öz sarı  və  kədərli izini 
buraxa bilər. (şək. 8.2.) 
 
 
 
Şəkil 8.2. Səhra 
 

121 
Səhralaşmaya qarşı aparılan kompleks tədbirlər hər bir 
ərazinin regional xüsusiyyətləri nəzərə alınmaqla aparılma-
lıdır. Bu zaman bitki örtüyünün saxlanılması, təbii otlaq-
lardan istifadənin tənzimlənməsi, torpaq qoruyucu zolaqların 
salınması və digər tədbirlərin aparılması vacibdir. Məs. Bö-
yük Səhranın  şimalında Tunisdən Mərakeşə  qədər  Əlcəzair 
tərəfindən həyata keçirilən «yaşıl zolaq» adlanan meşə 
zolaqlarının salınması böyük əhəmiyyət kəsb edir. Bu eni 
10-15 km, uzunu 1500 km olan meşə zolağı  səhranı quru 
küləklərdən qoruyacaq. Böyük səhranın cənubunda (Seneqal 
çayının üzərində) iki su qovşağı tikilir, belə ki, bu su 
qovşaqları 1,2 mln.ha ərazini suvara biləcək. 
Yuxarıda qeyd etdiyimiz kimi səhralaşmanın  ən  əsas 
səbəbi: meşə sahələrinin azalması, torpaqdan düzgün istifadə 
edilməməsi, hədsiz mal-qara otarılması, quraqlıq və s.-dir. 
 
1   ...   4   5   6   7   8   9   10   11   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə