Telman xəLİlov, maya zeynalova


Enerji ehtiyatlarından istifadənin balanslı inki-



Yüklə 38.1 Mb.
Pdf просмотр
səhifə5/14
tarix19.07.2017
ölçüsü38.1 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14

6.1.1. Enerji ehtiyatlarından istifadənin balanslı inki-
şafda yeri. İstilik enerji xammalları Qlobal enerji strategi-
yası  və problemlər,  əhalinin sayının artması, cəmiyyətin 
ayrı-ayrı  təbəqələri arasında  əmlak fərqlərinin yüksəlməsi, 
ərzaq və su çatışmazlığı, sağlamlığın və səhiyyənin vəziyyə-
ti, şəhərlərdə əlverişsiz hava, iqlim dəyişməsi, nüvə silahının 
yayılması  və s. kimi ümumdünya məsələləri ilə qarşılıqlı 
əlaqədədir. 
İstilik enerjisini texniki tərəqqinin əsasını, xalq təsərrüfa-
tının inkişaf tempini təşkil etməsini söyləyirlər. 
Yer üzərində enerjidən istifadə durmadan artır və müx-
təlif hesablamalara əsasən 2000-ci ildə 16-24 trilyon kVt/s 
olmuşdur. Yeni enerji mənbələrinin perspektiv istifadəsinin 
və enerjinin gələcək inkişafının təbii mühitə  təsiri müxtəlif 
enerji ehtiyatlarının qiymətləndirilməsi ilə təyin olunur. 
Ən sadə qiymətlərə əsasən əsas yanacaq – enerjisinin əsa-
sını  təşkil edən potensial ehtiyatının cəmi-kömür və başqa 
bərk yanacaq növləri, maye karbohidrogen və təbii qaz və s. 
ehtiyatlarıdır. 
Bir-birindən fərqlənən mineral yanacaqların müxtəlif qiy-
mətlərinin cəm potensialı götürüldükdə  əsas rol yenə  də 
kömürə verilir. Öz ehtiyatlarına görə kömür neftdən 20-30 
dəfə, təbii qazdan 30-50 dəfə üstündür. Mineral enerjilər 
içərisində kömürün payı potensial cəmdən 72% təşkil edir. 
İnsanlar öz yaşadıqları dövrdə 80-85 milyard ton enerji 
istifadə etmişdir. Bu rəqəmin yarısı son 25-30- ildə istifadə 
olunub. 
Məlumatlara  əsasən 2000-ci ilə kimi 76,2 milyard ton 
neft, 99,7 milyard ton təbii qaz və 70,4 milyard ton uran 
xammalı istifadə olunub. 
Keçmiş SSR istilik enerjisi alınmasının  əsasını qoyan 

58 
ölkələrdən olmuşdur.  İstilik energetikasının  əsasını  İstilik 
Elektrik Stansiyaları  (İES) təşkil edir. Bu stansiyalarda 
enerjinin 70%-ə yaxını istehsal olunur. Ona görə də bu sahə 
ətraf mühitə və ekoloji vəziyyətə mənfi təsir mənasında bi-
rinci yerdədir. 500-dən çox qüvvətli istilik elektrik stansi-
yaları və elektrik mərkəzləri gecə-gündüz işləyərək, milyon 
ton üzvi maddə yandırırlar. Onların payına təqribən sənaye 
müəssisələrindən atmosferə atılan zəhərli tullantıların ¼-i 
düşür. Atılan zəhərli tullantıların yarıya qədərini kükürd-
dioksidinin payına, üçdə biri – azot oksidinin, 1/4- isə uçan 
külün payına düşür.  
Yanacaq kimi adətən kömür və şist istifadə olunur. Həm-
çinin, neftayırma zamanı neftdən – benzin, ağ neft və başqa 
yüngül fraksiyalar ayrıldıqdan sonra qalıq məhsul kimi – qaz 
və mazutdan istifadə olunur. 
Bərk yanacaq yandırılan zaman atmosferdə yanmağa 
macal tapmamış uçan kül hissəcikləri, kükürd anhidridi, bəzi 
ftor birləşmələri, həmçinin, tam yanmamış yanacağın bəzi 
qazvari məhsulları daxil olurlar. 
Bəşəriyyət tərəfindən yaradılmış enerji potensialı  həm 
sənayeni, həm də kosmosu fəth etməyi təmin edir. Lakin 
energetika insanları məlum olan bütün ümumi xeyirlərlə ya-
naşı, həm də  ətraf mühitə  mənfi təzahürlər də mövcuddur. 
Biosferin bütün çirklənməsinin 80%-ə yaxını enerji proses-
ləri vasitəsilə, o cümlədən hasilat, istehsalat və yanacaq kimi 
istifadəsilə baş verir.  
İstilik elektrik stansiyalarının tullantı sularında vanadium, 
nikel, ftor, fenol və neft məhsulları olur. Onlar su hövzə-
lərinə axıdıldıqda suyun keyfiyyətinə  və su orqanizmlərinə 
zərərli təsir göstərə bilər. Suyun istiliyi də su hövzəsinə 
mənfi təsir göstərməklə, orada çoxlu dəyişikliklər  əmələ 

59 
gətirir.  İES-lər enerjini qızmış buxarın köməyi ilə  hərəkətə 
gətirilən trubinin köməyilə alırlar. Trubin işləyərkən işlən-
miş buxar su vasitəsilə soyudulur. Ona görə  də  İES-lərdən 
fasiləsiz, 8-12
0
 C qədər qızmış su hövzəyə daxil olur.  
6.1.2. Hidroenergetikanın ekoloji səmərəliliyi. Su elekt-
rik stansiyalarından alınan enerji ətraf mühitə ziyan vurmur. 
Hidravlik elektrik stansiyalar çayın enerjisini istifadə edir. 
Üzvi yanacaqla işləyən elektrik stansiyalarına nisbətən su 
elektrik stansiyaları ekoloji nöqteyi-nəzərdən daha təmiz he-
sab olunur. Lakin su elektrik stansiyaları o vaxt ekoloji cə-
hətdən təmiz olur ki, layihədə onun tikilməsində lazımi tə-
biəti mühafizə tədbirləri nəzərə alınmış olsun, yəni balıqla-
rın qorunması, su altında torpağın qalması, su sızmasının və 
başqa mənfi halların qarşısı alınmış olsun. Suyun yüksəkdən 
tökülməsini təmin etmək üçün ən çətin və  ən bahalı olan 
bənd tikilməlidir. Su yuxarı səviyyədən ya truba borular və 
ya da bəndin özülündə yaradılan kanal vasitəsilə  aşağı 
axaraq böyük sürət yaradır və hidrotrubinlərin pərlərini hə-
rəkətə gətirir. Suyun yüksək şırnağı ilə trubin fırlanaraq ge-
netik enerji yaradır, sonra isə hidroenerji alınır. Hidroenerji 
bərpa olunan enerji növünə daxildir. Yanacaq enerjisinə 
nisbətən o demək olar ki, tükənməzdir. Bir çox su elektrik 
stansiyalarının yaradılması torpaq ehtiyatlarının su altında 
qalmasına səbəb olur. Bu vaxta qədər dünyada 350 min km
2
-
dan çox ərazi su altında qalıb. Buraya kənd təsərrüfatına 
yararlı  olan  torpaq  sahəsi də aiddir. Bəndlər balıqların 
yolunu kəsir (kürütökmə), bir çox yerlərdə onlara tərkibində 
çoxlu biogen element olan çirkab sular atılır. Su elektrik 
stansiyalarının yaradılması hətta bəzi seysmik rayonlarda da 
zəlzələ yarada bilər. Lakin su elektrik stansiyasının işi ilə 
əlaqədar göstərilən neqativ, onun istehsal etdiyi ətraf mühit 

60 
üçün «təmiz» hidroenerji istehsalı ilə əvəzlənir. Torpaq itgi-
sini yeni rayonlardan istifadə etməklə, balıq itgisini isə balıq 
zavodları tikməklə  əvəz etmək olar. Bir çox SES-də balıq 
yetişdirilən pitomniklər tikilir. 
Keçmiş SSRİ-də Volqa, Dnepr, Bratsk, Anqara, Krasno-
yarsk vilayətində Sayan-Şuşenskidə  nəhəng su elektrik 
stansiyaları tikilmişdir. Azərbaycanda Mingəçevir, Varvara, 
Yenikənd, Şəmkir, Sərsəng, Araz və s. su elektrik stansiya-
ları tikilmişdir. Bundan başqa kiçik çayların enerjisindən də 
istifadə edilir.  
Elmi-texniki inqilab insanın  əlinə daha mükəmməl və 
qüvvətli  əmək silahı verir. Lakin eyni zamanda ondan is-
tifadə zamanı istifadə  mədəniyyətini və texniki düşüncənin 
yeni mərhələsini tələb edir. 
6.1.3. Atom enerjisindən istifadənin ekoloji məzmunu. 
XX əsrdə atom enerjisi insan həyatına geniş daxil olmuşdur. 
Atom elektrik stansiyaları (AES) energetikanın zirvəsini 
təşkil edir. Bu bəşəriyyətin növbəti inkişaf mərhələsi üçün 
bünövrədir. Hazırda Yer kürəsində insanları dəhşətə gətirən 
qlobal problemlərdən biri də atom enerjisindən insan qırğını 
törətmək cəhdləri olmuşdur. 
Dünyada ilk atom elektrik stansiyası 1954-cü ildə keçmiş 
SSRİ-də Kaluqa vilayətinin Obninsk şəhərində tikilmişdir. 
Bu günə kimi dünyada 350 enerji bloku işləmiş  və onların 
gücü 250 mln. kilovatt olub. AES-lərin bir çox ölkələrin, 
enerji sistemində rolu böyükdür. Fransada istehsal olunan 
enerjinin 65%-ni, Belçikada – 50%, İsveçdə – 39%, İsveç-
rədə 35%, Bolqarıstanda isə 30%-ni atom enerjisi təşkil edir. 
Lakin atom elektrik stansiyalarından ətraf mühitiə yayılan 
istiliyin azaldılması mühüm şərtdir. Son onilliklər Çernobl-
da, ABŞ-da, İngiltərədə, Almaniya Federativ Respublikasın-

61 
dakı atom elektrik stansiyalarındakı  qəza və  bədbəxt hadi-
sələr, fikirləri ciddiləşdirdi və hazırda atom stansiyalarına 
ciddi yanaşma tələb olunur. 
Keçmiş SSRİ-də 10 iri AES olub ki, onlarda 40 enerji 
bloku qurulub (ümumi gücü 22 mln. kilovatt). 
Atom enerjisi atomsferi çirkləndirmir. Digər tərəfdən 
onlar eyni gücə malik başqa stansiyalara nisbətən daha çox 
ərazi tələb etmir. Lakin atom stansiyalarının ekologiyasına 
radioaktiv tullantıların saxlanılması  və  qəzaların qarşısının 
alınması ilə əlaqədar tədbirlərin görülməsi vacibdir. AES-də 
radioaktiv elementlərlə çirklənmiş çirkab suların atılması 
üçün də tədbirlər görülməlidir. 
Atom elektrik stansiyalarında 1 stansiya üçün 1 mln. kVt/s 
enerji istehsal etmək üçün bir gündə 16 kq. nüvə yanacağı 
lazımdır. Mazutdan istifadə olunsa isə böyük bir qatar yükü 
olmalıdır. 
Azərbaycan üçün ən təhlükəli, Zaqafqaziyada yeganə 
olan, Yerevan (Mutsomor) AES-idir.  
Ukraynanın Kiyev rayonuna yaxın Çernobl şəhərindəki, 
Atom Elektrik Stansiyasının 4-cü blokunda 26 aprel 1986-cı 
ildə  səhərin erkən saatlarında baş verən qəza sonrasında 
atmosferə böyük miqdarda uran məhsulları dağılmışdır. 
Bunu 30 apreldə bütün dünya öyrənmişdir. 
1986-cı ildə Kiyevin 140 kilometrliyində Çernobl 
şəhərində qurulan AES-də meydana gələn qəzaya hər biri 
1000 meqavatt gücündə 4-cü reaktordakı quruluş xətaları ilə 
reaktorlardan birində  təcrübə etmək üçün təhlükəsizlik 
sisteminin buraxılması  nəticəsində meydana gələn bəzi xə-
talar seriyası sonunda baş verən qəzadır. Təcrübənin edilə-
cəyi 25 aprel 1986-cı ildə  əvvəlcə reaktorun gücü yarıya 
qədər azaldıldı. Ardından da təhlükəsizlik sistemi buraxıldı. 

62 
26 aprel gecə saat 01:00-da texniklər təcrübənin son hazır-
lıqlarını tamamlamaq üçün buxar sisteminə su buraxırlar. 
Saat 01:23 dəqiqədə  təcrübəni başlamaq üçün hazır olduğu 
müəyyən edildi. Təcrübənin məqsədi, reaktorun qəflətən 
dayanması  vəziyyətində, buxar turbinlərinin nə  qədər çalı-
şacağını və beləcə nə qədər təcili təhlükəsizlik sisteminə güc 
verə biləcəyini öyrənməkdi. Bunun üçün trubinlərə gedən 
buxar çıxışı dayandırılır. Bunun nəticəsində reaktorun soyut-
ma sistemləri dayandırılır. Yanacaq kanallarında qəfil güclü 
isinmə başlayır. Təhlükəni başa düşən texniklər vəziyəti ələ 
almağa çalışdılar. Amma 01:24 dəqiqədə yeni təcrübə 
başlandıqdan 1 dəqiqə sonra 2 partlayış oldu. 3 saniyə içində 
reaktorun gücü 7%-dən 50%-ə qalxdı. Yanacaq parçalarının 
soyutma suları ilə qarşılaşmasıyla suyun bir anda buxara 
dönməsinə yol açdı. Reaktordakı sirkoniumun yüksək 
istilikdə buxarla qarşılaşmasından yaranan hidrogen yanaraq 
bütün ətrafı alovlara bürüdü. 
AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala 
salınması üçün keçirilən «Sarkofaq» əməliyyatında – 129 
Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı 
müxtəlif səviyyəli radioaktiv şüalanma almışlar.  
Hadisə zamanı 7000-ə yaxın insan həlak olmuş, 25000 
insan güclü radiasiya nəticəsində ömürlük şikəst olmuş, on 
minlərlə insan isə sonsuz qalmışdır. Bu faciədən sonra Çer-
noblda doğulan uşaqların 90%-də əlillik yaranır. Hadisədən 
neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada 
özünü biruzə verir. Bu qəza nəticəsində həm də Belarusiya-
nın 70% ərazisi radiaktiv təhlükə altında qaldı, həm də 
çoxmilyonlu insan köçürmələrinə  səbəb oldu. Qəzanın toz 
dumanları  hər iki istiqamətdə Piriney yarımadası  və  İndo-
neziya adaları üzərində hiss olunmuşdur.  
Hazırda nüvə  sınaqlarının atmosferdə, Yer üzərində, su 

63 
altında və s. dayandırılması mümkün olmuşdur. 1998-ci ildə 
Hindistan və Pakistan dövlətləri eyni vaxtda dalbadal hərəsi 5 
partlayış olmaqla yeraltı nüvə  sınaqları keçirilmişdir. Ertəsi 
gün Pakistanla – Əfqanistan sərhəddində çoxlu insan tələfatı 
ilə  nəticələnən güclü zəlzələ baş vermişdir. Bu səbəbdən də 
indi  Şimali Koreyada və  İranda atom reaktorlarının tikilməsi 
və onların sınaqdan keçirilməsi bəşəriyyəti təşvişə salıb. 
6.1.4. Hidrogen enerjisisindən istifadənin səmərəliliyi. 
Hidrogen enerjisindən istifadə  ətraf mühitin təmizliyinin 
qorunmasında böyük əhəmiyyəti olmaqla onun yaranmasın-
dan yalnız destillə suyunun buxarı alınır. Dünyada hidrogen 
istehsalı 200 milyard m
3
/il-dən çoxdur. Onun yarıdan çoxu 
ammiak istehsalında, 30%-ə yaxını isə neftayırma zavodla-
rında istifadə edilir. Hidrogenin alınması üçün əsas tükən-
məz mənbə sudur. Bütün yanacaq sərvətlərindən (təbii qaz, 
neft, kömür və s.) hidrogen alınmasında su istifadə olunur. 
Dünyada sudan ilk hidrogen alınması təcrübəsi 1986-cı ildə 
Yaponiyada aparılmışdır. O unikal zavodun istehsalı – 18 
litr hidrogen və 9-litr oksigen, 35 saat iş dövründə alınıb. Bu 
sikl müddətində su termik metod vasitəsilə maqnezium 
oksidi, kükürd 2-oksid və yoddan reaktiv kimi istifadə 
etdikdə su hidrogen və oksigenə parçalanır. 
Son vaxtlar hidrogen energetikasından daha çox danışılır, 
həm də ancaq idarə olunan istilik atom sintezində yox. 
Hidrogen nəinki istilik nüvə, həm də adi kimyəvi yanacaq-
dır. 28000 kkal/kq hidrogenin yanmasından alınan istilik, 
demək olar ki, neft və neft məhsullarından üç dəfə və təqri-
bən dörd dəfə daş kömürdən çoxdur. K.E.Siolkovski hid-
rogeni raketlər üçün yanacaq kimi hesab edirdi. 
6.1.5. Qeyri-ənənəvi enerjidən istifadənin ekoloji sə-
mərəliliyi.  Ənənəvi olmayan bir neçə  mənbələrin elektrik 

64 
enerjisindən istifadə edilməsini gələcəkdə genişləndirmək 
nəzərdə tutulur. Bu sahədə Günəş enerjisi daha perspektivli 
sayılır. Günəş enerjisindən hazırda dünyanın bir çox 
ölkələrində istifadə edilir. Xüsusilə avtomobil nəqliyyatında 
daha geniş istifadə edilir. Bu avtomobillərin üzərində qo-
yulmuş günəş batareyaların köməyi ilə edilir. Kosmik 
aparatların uçuşunda günəş  şüalarından daha geniş istifadə 
olunur. Gələcəkdə günəş enerjisindən xalq təsərrüfatının 
müxtəlif sahələrində geniş istifadə olunacaq. Keçmiş SSRİ-
də 215 min m
2
 sahədə günəş kollektoru yaradılmışdır. 
Günəşin enerji imkanlarının qiymətləndirilməsi göstərir ki, 
günəşin Yerə göndərdiyi enerji, yer təkindən yanacaq kimi 
alınan enerjidən 10 dəfə çoxdur. 
Yeni məlumatlara əsasən alimlər Afrika qitəsinin mərkəzi 
hissəsində 200 m x 200 m və 300 m x 300 m həcmində günəş 
batarieyaları quraşdırmağı layihələşdiriblər. Bu batareyalar 
çox böyük enerji istehsal edə biləcəkdir. Görünür insanlar 
gələcəkdə alternativ enerjidən geniş istifadə edəcəklər.  
Son onilliklərdə dünyanın bir çox inkişaf etmiş ölkələ-
rində ekoloji cəhətdən təmiz enerji alınması  məsələsi gün-
dəmə  gəlmişdir. Məlumdur ki, Ayın və Günəşin (xüsusilə 
Ayın) Yerə yaxın olması ilə  əlaqədar olaraq, xüsusilə  qərb 
ölkələrində (Atlantik okeanında) qabarma dalğalarından 
istifadə edilir. Ay suyu öz cazibəsilə qaldıraraq materiklərin 
içərilərinə doğru qovur. Müvafiq şəraitdə qabarma hadisə-
sindən eneji almaq olar. Hazırda Fransanın şimalında, Rusi-
yada Kisloqubsk şəhərində (Kola yarımadası), Yaponiyada, 
ABŞ-da, Kanadada belə enerji əldə olunur. 
Alimlərin hesablamalarına görə qabarma enerjisindən tam 
istifadə etmək mümkün olsa, onda hazırda Yer kürəsində 
istehsal olunan bütün enerjidən 1,5 dəfə çox enerji almaq 

65 
olar. Dünyada qabarma və çəkilmə hadisəsi hər sutka ərzin-
də 2 dəfə yeniləşir (hər altı saatdan bir). Kanadanın Atlantik 
okeanı sahilində Fandi körfəzində – 18 metr hündürlüyə 
çatan  ən hündür qabarma dalğası mövcuddur. Cənubi 
Amerikada Amozonka çayında 5-6 metr hündürlükdə dalğa 
1400 km materikin içərilərində daxil olan «pororok» adlanan 
qabarmaları və bir çox başqaları hələlik istifadə olunmur. 
Qismən açıq mənbəli, yerin dərinliklərindən səthə  çıxan 
isti axın artıq evlərin qızdırılması, texnoloji məqsədlərlə 
kənd təsərrüfatında və s. istifadə olunur. Bu ekoloji cəhətdən 
təmiz olan, bu gün istifadə olunan enerjidir. 
Termal suların enerjisindən bir çox ölkələr bu gün artıq 
istifadə edirlər. Kamçatkada, Çukotkada, Saxalin, Qazaxıs-
tan, Krım, Qafqaz, Zakarpatiya, İslandiya və s. yerlərdə ter-
mal sular yerin təkindən çıxır. Bu termal sular qismən mən-
zillərin isidilməsində, texnoloji məqsədilə, kənd təsərrüfa-
tında istifadə olunur. Kamçatka yarımadasında 1967-ci ildə 
tikilmiş – Poujen para – hidrotermal elektrik stansiyası qu-
raşdırılıb və 11 mVt gücündə enerji alınıb. 
Dünyada çoxlu fəlakətli tufanlar, dağıntılar, fırtınalar va-
sitəsilə törənən küləklər mövcuddur. İnsanların iradəsinə ta-
be olmayan təbii hadisələr saysız-hesabsız fəlakətlərə səbəb 
olur. Lakn əgər onun istiqamətini enerjiyə yönəldə bilsək, 
külək insanlara köməkçi ola bilər. Külək enerjisindən istifa-
də etdikdə atmosfer çirklənmir. Külək enerjisi almaq çox 
yerdə mümkündür. Onu çıxarmaq və nəql etmək lazım gəl-
mir. Külək özü onun yolunda qoyulmuş külək fırladana da-
xil olur. Qüvvətli və daimi küləklər  Şimalda, Oxot dənizi 
sahillərində, Kamçatkada, Kuril adalarında, Primorye ölkə-
sində, Qərbi Sibirin cənubunda, Qazaxstanda, Xəzər  ətrafı 
düzənlikdə və s. yerlərdə əsir. 

66 
 
 
6.1.
  
Azərbaycan Respublikasında külək enerjisindən istifadə 
 
 
 
Şəkil 6.2. Azərbaycan Respublikasının Alternativ və Bərpa  
olunan Enerji mənbələri 

67 
Hazırda dünyanın bir çox ölkələrində ekoloji cəhətdən 
zərərsiz, səmərəli külək enerjisi alınır. Belə ölkələrə  Şimal 
dənizi sahillərindəki ölkələr aiddir. Azərbaycanda da bu 
ehtiyatlar daha çoxdur. Hələ  qədim zamanlardan Azərbay-
canda, xüsusilə Abşeron yarımadasında külək enerjisindən 
istfiadə olunmuşdur. 1999-cu ilin əvvəllərində Avropa birli-
yi ölkələri ilə Azərbaycan hökuməti arasında Azərbaycanda 
külək enerjisindən istifadə barədə apardıqları danışıqlar daha 
perspektivli görünür (şək. 1). 
Günəş enerjisinin elektrik enerjisinə çevrilməsinin iki 
üsulu: fotoelektrik və termodinamik məlumdur. Hazırda 
yüzlərlə kilovatt, həm meqovaltı siniflərinə  məxsus olan 
fotoelektrik günəş elektrik stansiyaları (onların iş prinsipi 
adı istilik elektrik stansiyalarının iş prinsipi kimidir) fəaliy-
yət göstərir (şəkil 6.1, 6.2). Göründüyü kimi qeyri-ənənəvi 
enerji növlərindən istifadə bütün ölkələr üçün səmərəlidir və 
ətraf mühiti çirkləndirmir, ekoloji cəhətdən də sərfəlidir. 

68 
VII FƏSİL 
QLOBAL İQLİM DƏYİŞMƏLƏRİNİN EKOLOJİ 
NƏTİCƏLƏRİ 
 
7.1. Qlobal istiləşmə, yoxsa qlobal soyuqlaşma? 
 
İqlim (yunanca klima (klimatos) – yəni  əyilmə, meyl 
etmə mənasında olub, günəş şüalarının düşmə bucağına aid 
edilir. Yunanlar bildirirlər ki, klimat bu bucaqlardan asılıdır 
və günəş şüaları nə qədər çəpinə düşərsə bir o qədər də çox 
soyuq olar. Havanın çoxillik rejimidir. Hava şəraitinin biri-
birini əvəz edən bütün müxtəlifliklərinin məcmusudur. 
İqlimin ekoloji xəritəsinin dəyişməsi yeni əsrin  ən ciddi 
qlobal problemidir. Qlobal istiləşmə  və istilik efekti XX 
əsrdə texniki tərəqqinin atmosferdə yaratdığı  ən faciəli, 
dəhşətli hadisə kimi dəyərləndirməlidir. Günəş istiliyinin 
90%-i Yer səthindən əks olunur. Atmosferdə Co, Co
2
, NH
3

NO, NO
2
, və hallogenlərin miqdarının artması  nəticəsində 
havanın temperaturunun normadan çox olması qlobal 
istiləşmə və istilik effektinə səbəb olur, nəticədə bəşəriyyət 
üçün quraqlıq, səhralaşma kimi ekoloji böhranlar yaranır. 
İstilik effekti əsasən CO
2
-nin təsirindən əmələ gəlir. Daş 
kömür, neft, qaz və s. yanacaqların yandırılması nəticəsində 
ildə atmosferə 20 milyard ton karbon qazı qarışır. Hər il 
atmosferə qarışan CO
2
-nin miqdarı 0,5 faiz, metan – 0,9 
faiz, azot oksidləri 0,25 faiz, hallogenlərin karbon birləşmə-
ləri isə 4 faiz artır. Bu isə atmosferdə istilik effekti yaradır. 
XX  əsrdə Yer planetində havanın orta temperaturu 0,6 – 
dərəcə artıb. Əvvəlki yüzilliyə nisbətən son 100 ildə havanın 
istiləşmə sürəti üç dəfə çox olub. Maraqlı haldır ki, istiləşmə 
hər yerdə eyni sürətlə baş vermir. Tropik qurşaqlara nisbətən 

69 
Rusiyada istiləşmə daha sürətlə gedir. Son 100 ildə orta illik 
temperatur Şərqi Sibirdə, Amur ətrafı və Primorskda – 3,5-
dəfə artmışdır. XXI əsrin ortalarında havanın orta illik 
temperaturunun Qərbi Sibirdə 3 dərəcə, Rusiyanın  Şimali 
Avropa hissəsində, Yakutiyada və Afrika sahillərinə  qədər 
olan ərazidə 2-3 dərəcə artacağı gözlənilir. BMT-nin 2001-ci 
ildə  nəşr olunmuş hesabatında göstərilmişdir ki, yaxın 
gələcəkdə planetimizdə orta temperatur 1,4-5,8 dərəcə 
artması proqnozlaşdırılır. Kosmosdan çəkilmiş  şəkillərin 
vasitəsilə müəyyən olunub ki, qumlu səhralar savanna 
zonasına doğru 200 km-ə qədər genişlənib. Son proqnozlara 
əsasən XXI əsrin əvvəllərində okean suyunun səviyyəsi 0,5-
1 m, sonunda isə 2 m qalxmaqla qurunun bir hissəsini su 
altında qalması ilə nəticələnə bilər. 
Qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təh-
lükə hesab edilir. 
Dünya alimləri iqlim dəyişkənliyinin doğurduğu fəsad-
ların qarşısını almaq üçün yollar axtarırlar. Burada əsas 
məqsəd iqlim dəyişikliklərinin  ətraf mühitə vurduğu zərəri 
və antropogen təsiri minimuma endirməkdir. Qlobal iqlimin 
qorunması istiqamətində dünya miqyasında bir sıra məsələ-
lər həyata keçirilir. 1992-ci ildə BMT-nin İqlim Dəyişilmə-
ləri üzrə  Çərçivə Konvensiyası  qəbul olunub ki, burada da 
məqsəd iqlim dəyişmələrinin müəyyən çərçivəyə salınmasını 
nəzərdə tutur. Onun işlək mexanizmi kimi Kioto protokolu 
qüvvədədir. 
Lakin bütün bu qlobal istiləşmə  təbliğatı ilə yanaşı son 
illər,  əsasən kosmosdan çəkilən  şəkillər vasitəsilə aparılan 
çoxsaylı  tədqiqatlar yaxın gələcəkdə qlobal istiləşmə yox, 
qlobal soyuqlaşmanın olacağı gözlənilir.  
XXI əsr doğurdan da bəşəriyyəti həyəcanlandıran anomal, 

70 
qarşısı alınmaz, neqativ təbii hadisələri ilə  təəccübləndirir 
(səciyyəvidir). 
Bu yaxın vaxtlara kimi dünya alimləri və ictimaiyyəti Yer 
kürəsi üzərində qlobal istiləşmənin yaxınlaşması ilə əlaqədar 
həyəcan yaranmağa başlamışdır. Lakin dünyanı cənginə alan 
bu nəzəriyyə müxtəlif alimlər tərəfindən fərqli qarşılanırdı. 
Belə ki, yaxın vaxtlara kimi qərb alimlərindən fərqli olaraq 
rus alimləri qlobal istiləşmə haqda daha ehtiyatlı danışır və 
ehtiyatla proqnozlar verirdilər. Amma son vaxtlar rus alim-
lərindən Həbibulla Abdusmatov başda olmaqla, F.Toporov, 
A.Baqrov, A.Soliseviç, V.Koval və b. dünyada geniş tətbiq 
olunan «qlobal istiləşmə» fenomeni haqqında çıxış edərək 
qeyd edirlər ki, bütün tədqiqatlar göstərir ki, son illər 
atmosfer havası -2
0
C-ə qədər aşağı düşüb və yaxın illərdə isə 
–5
0
C aşağı düşəcəyi proqnozlaşdırılır. Geniş  təbliğ olunan 
«qlobal istiləşməyə» dair belə fikir söylənilir ki, XX əsrin 
80-90-cı illərində  qərb alimləri iqlimi müşahidə edərkən 
məlumat götürdükləri bütün məntəqələrində  ən yüksək 
rəqəmləri götürərək proqnoz vermişlər ki, Yer kürəsində 
«qlobal istiləşmə» baş verir. 
Doğrudur XX əsrin sonlarında ayrı-ayrı  ərazilərdə lokal 
istiləşmə müşahidə olunmuşdur. Bu isə anomal hadisə kimi 
qeyd olunurdu. 
Bir çox iqlimşünaslar hesab edirlər ki, qlobal istiləşməni 
Qolfstrim cərəyanı dayandıra bilər. Güman olunur ki, belə 
hal yalnız  Şimal Buzlu Okeanında buzların  ərimə sürətinin 
artımı nəticəsində, ərimiş təmiz su Atlantik okeanına axaraq 
okeanın suyunu az duzsuz su ilə  əvəz edəcək. Bu isə dərin 
okean cərəyanının axınını poza bilər ki, bunun da 
nəticəsində Qolfstrim öz axın istiqamətini dəyişə bilər ki, bu 
da Avropa ölkələri üçün yaxşı nəticə verməz. 

71 
Göründüyü kimi, Avropanın isti iqlimi tamamilə Qolf-
strimdən asılıdır. Çünki eyni enlikdə yerləşən  Şərq döv-
lətlərində hava daha soyuq keçir. 
Sonuncu dəfə Atlantik cərəyanı 13 min il bundan əvvəl 
pozulmuşdur. Onun da səbəbi  Şimal Buzlu okeanının  şirin 
suyunun cənuba doğru axması olmuşdur. Bu hadisə özü ilə 
1,3 mln. il davam edən qlobal soyuqlaşma gətirmişdir.  
Qolfstrim isti okean cərəyanı olmaqla Meksika körfə-
zindən başlayaraq, Florida boğazından çıxaraq, ABŞ-ın Şərq 
sahilləri ilə keçərək, genişlənir, sürətini azaldaraq Atlantik 
okeanının şimalına və Norveç dənizinə doğru axır. 2010-cu 
ilin aprel ayında Meksika körfəzində Böyük Britaniyanın BP 
neft  şirkətinin «Dərin horizont» (Deepwater horizon) 
platformasından partlayış  nəticəsində dünya tarixində iri 
miqyaslı neft sızması baş vermişdir. Hazırda neft çox böyük 
miqdarda körfəzin dibinə yayılaraq, suyun qatında 16 km 
qalınlığında və 90 metr uzunluğunda neft ləkələri yaratması 
müəyyən edilmişdir. 
Dünya alimlərinin məlumatlarına əsasən Şimali Atlantika 
cərəyanı olan Qolfstizmin hərəkəti demək olar ki, dayanmaq 
təhlükəsi ilə üzləşib. Bunun nəticəsində ilkin olaraq zərər 
çəkən  Şimali Avropa ölkələri olacaq. Sonralar isə qlobal 
iqlim dəyişilmələri bütün Yer planetini əhatə edəcəyi göz-
lənilir. Alimlər bu katoklizmin səbəbini, ingilis şirkəti Britiş 
Petroleum və ABŞ hökumətində görürlər. 
Bu barədə ilk həyəcan təbilini  İtaliyada Fraskati (Roma) 
universitetinin alimi Canluidji Zanqari çalmışdır. O, artıq bir 
neçə ildir ki, Meksika körfəzində monitorinq aparır. Hələ 
2010-cu ilin yayında (iyulda) o, ABŞ-ın Okean və Atmosfer 
müşahidələri aparan Peyk Federal agentliyinin peyk məlu-
matlarına  əsaslanan elmi məqalə yazmışdır. Zanqari qeyd 

72 
edir ki, peyk məlumatları Qolfstrimin strukturunda köklü 
dəyişikliyin – özünə  bənzər, isti suyu olan çay olmaqla, 
Atlantik okeanının ortası ilə  cənub-qərbdən,  Şimal-şərq 
istiqamətində hərəkət edərək, Avropanın Şimal hissəsini nis-
bətən isti iqlimlə təmin etməsini dayandırmışdır. Məlumdur 
ki, bilavasitə Qolfstrim cərəyanının sayəsində Böyük 
Britaniya adaları buzların məngənəsindən azad olmuş, 
Skandinaviya yarımadasında insanların yaşamasına imkan 
verən iqlim, Hollandiyada isə gül-çiçək yetişdirilməsinə 
şərait yaranmışdır. Buna baxmayaraq bu enlikdə yerləşən 
Sibirdə daimi donuşluq hökm sürür. 
Zanqari təsdiq edir ki, miqyasını  hələlik təyin etmək 
mümkün olmayan «buzlaşma» labüddür. Zanqarinin bu mə-
lumatları dünya alimləri arasında böyük marağa səbəb oldu. 
Zanqari göstərir ki, dünya tarixində insanın həyata gəlmə-
sindən bəri bu hadisənin analoqu olmayıb. Yalnız atom 
silahlarının sınağı  və 1986-cı ilin aprelində Çernobılda baş 
verən fəlakət fövqəladə hal kimi qeyd oluna bilər. Peyk 
materialları göstərir ki, vahid Qolfstrim cərəyanı artıq yox-
dur.  Şimali Atlantika cərəyanı  Şərq sahillərdə hissələrə 
bölünmüşdür. 
Əvvəllər ilıq suyun kütləsi, okeanın daha dərin dalğaları 
ilə hərəkət edən axını, nəinki okeanın ümumi temperaturuna, 
həm də atmosferin 10 km-ə  qədər yüksəkliyinə öz təsirini 
göstərirdi. Hazırda isti axın pozulduğu üçün, atmosfer 
kütləsinin də normal axını pozulmuşdur. Bununla əlaqədar 
Atlantik okeanının  Şərq hissəsində atmosfer sahəsi də 
dəyişmişdir və bunun nəticəsi kimi 2010-cu ilin yayında 
Mərkəzi Avropada quraqlıq və subasması halları olmuşdur. 
Ekstremal olaraq şərqi Avropada və Asiyanın bir çox 
ölkələrində yüksək temperatur, Çində isə su basması halları 

73 
olmuşdur. 2010-cu il aprelin 10-da Meksika körfəzində 
«neft vulkanını» açan insanlar, planetdə dünya iqliminin 
kardiostimulyatorunu məhv etmiş oldular. Bu məhv olmanın 
əsas səbəbkarı okeanın dibindən fontan vuran neft və 
neftçıxaran şirkət olan BP-nin Meksika körfəzinin çirklənmə 
prosesindən qurtarmaq üçün istifadə etdiyi Çorexit maddəsi 
göstərilir. Qarışıq dispergent Corexit ilk dəfə 1989-cu ildə 
Exxon Valdez tankerinin fəlakətə  uğramasının nəticələrini 
aradan qaldırmaq üçün istifadə edilmişdir. 
Bu zaman okeana 260 min ton neft axmışdır. Bu BP and 
Exxon  şirkəti ilə bağlı olan «Nalco Holdinq Gompany» 
şirkəti tərəfindən istehsal olunan qüvvətli həlledicidir. Suda 
yaranan neft ləkələrinin həll olunması üçün istifadə olunan 
bu maddənin forması  və onun xüsusiyyətləri tam gizli 
saxlanılır. Amma bəzi ekspertlər belə hesab edirlər ki, bu 
maddə canlı orqanizmlər üçün neftin özündən də dörd dəfə 
məhvedicidir. Rəsmi məlumatlara görə Meksika körfəzində 
2 mln. qallon (təqribən 3,7 mln. litrə qədər) Corexit istifadə 
olunmuşdur. Eyni vaxtda, bəzi ekoloqlar bu rəqəmin xeyli 
azaldıldığını göstərirlər.  İngiltərədə  və  bəzi Avropa ölkələ-
rində Corexitdən istifadə olunması qadağan olunmuşdur. 
Buna baxmayaraq BP şirkəti Corexiti təklif edərkən ABŞ 
hökuməti onun istifadəsinə etiraz etməmişdir. Görünür in-
sanlar arasında yayılmış  həyəcanı  və  təhlükəni az da olsa 
neytrallaşdırmaq naminə ABŞ hökuməti buna etiraz etmə-
mişdir. Vəziyyətin daha da pisləşdiyini görən hökumət BP-
nin rəhbərliyini cərimə etmişdir. Nəticədə BP şirkəti heç bir 
çətinliksiz öz bankından külli miqdar vəsait götürərək cəri-
mə vermiş və bununla da canını məsuliyyətdən qurtarmışdır. 
Heç kəs şəxsən cəzalandırılmamışdır. İnsanlar pul vəsaiti ilə 
sakitləşdirildilər. Amma təbiətə dəyən ziyan bəşəriyyətə çox 

74 
acı nətiəcələr verə bilər. Partlayış nəticəsində okeana tökül-
müş milyon tonlarla (barel) neft və neft ləkələrini 
çökdürmək üçün istifadə olunmuş Corexit birlikdə Qolfstrim 
cərəyanının pozulmasına səbəb olmuşdur. Neft və kimyəvi 
pereparatlar Meksika körfəzinin suyunun temperaturunu, 
yapışqanlığını  və duzluluğunu pozmuş  və milyon illərlə 
mövcud olmuş cərəyanı dayandırmışdır. 
İnsan cəmiyyətinə  fəlakətin nəticələrini neytrallaşdırma-
ğın yolları məlum deyil. Dispergentlərin istifadəsi qəza əra-
zisinə  dəymiş ziyanın miqyasını qismən gizlətməyə imkan 
vermişdir. Körfəzin bir hissəsini neft pərdəsindən təmizlə-
mək mümkün olmamışdır. Bir çox ekspertlərin fikrincə 
Meksika körfəzində neftin sızması və daha doğrusu axması 
davam edir ki, ona görə  də Qolfstrim cərəyanının özünü 
bərpası günü-gündən zəifləyir. 
Yer kürəsinin  əsas isti (ilıq) cərəyanının yox olması, 
alimlərin,  əsasən C.Zanqarinin fikrincə artıq keçən 2012-ci 
ilin yayında iqlim anomaliyalarının yaranmasına səbəb 
olmuşdur: belə ki, Avropada və Çində daşqınlara, Rusiya və 
Asiyada quraqlığa və şaxtalara səbəb olmuşdur. 
Gələcəkdə bu bütün planetdə fəsillərin qarışmasına və də-
yişməsinə, məhsuldarlığın azalmasına, kütləvi miqrasiyaya 
gətirib çıxara bilər. Amma ən dəhşətli odur ki, istənilən vaxt 
yeni buzlaşma dövrü başlana bilər. Rus qəzeti rus və ame-
rikan alimlərinin Meksika körfəzinə neftin axması  nəticə-
sində  fəlakətin baş verməsi haqdakı fikirlərini işıqlandırır. 
Akad. A.Kontoroviç ümid edir ki, ilk vaxtlar C.Zanqarinin 
məlumatları, o cümlədən, elm aləmində geniş müzakirə ol-
ması da bir neçə ay sonra Qolfstrimin təhlükəsi dünya in-
ternetlərində  və  mətbuatda, xüsusilə  təkzib olunmaz müla-
hizələrlə çap olunacaq. 

75 
Əgər Zanqarinin fikirləri doğru olsa, onda yaxın illərdə 
Qolfstrimin dayanmasının nəticələrini bütün dünya hiss 
edəcək. Hətta Kanada parlamenti fövqəladə  vəziyyətdə 
Kanada ərazisi yaxınlığında real vəziyyəti qiymətləndirmək 
məqsədilə komissiya yaratmışdır. Komissiyaya Şimali Ame-
rikada tanınmış alim-okeonoloq Ronal Rabbit başçılıq edir. 
Komissiya tədqiqat nəticəsində iki nəticəyə gəlmişdir: 
Birincisi: doktor C.Zanqarinin fikirləri tam təsdiqlən-
mişdir: keçmiş Qolfstrim zonasında suyun heç bir dəyişməsi 
müşahidə olunmamışdır. 
İkincisi: keçmiş Qolfstrim zonasından 800 milə  qədər 
şərqdə başqa bir qüvvətli cərəyan yaranmışdır. 
Görünür Qolfstrim öz fəaliyyətini tam dayandırmamışdır, 
lakin ola bilər ki, istiqamətini dəyişmişdir.  Əgər hətta 
belədirsə, iqlimdə baş verəcək qlobal dəyişiklikdən qaçmaq 
mümkün olmayacaq. 
Qərbdə çoxdan hesablanmışdır ki, əgər Qolfstrim həmi-
şəlik yox olarsa Avropada orta illik temperatur, ardıcıl 
olaraq bir neçə il ərzində 9
0
C aşağı düşə bilər. Bu da sözsüz 
ki, Fransa və ya İspaniyanı Yakutiyaya bənzədə bilər. 
Çoxları  əmindir ki, vəziyyət artıq həyəcanlı senariyə 
yaxınlaşır. Simptomlar bunlardır. Keçən qış Almaniyada 10 
sm-lik stabil qar örtüyü uzun müddət qalmışdır ki, bu hal 
çox onilliklər baş verməmişdir. Bununla yanaşı, bu yerlər 
üçün qeyri-adi, hətta gecələr minus -20
0
C-yə çatan şaxtalar 
olmuşdur. 2010-cu ilin dekabrında son 100 ildə qüvvətli 
şaxta Britaniyanı bürümüşdür. Görünməmiş şaxtalar tez-tez 
London təyyarə limanlarını bağlamalı olmuşdur. Keçən qışın 
da Moskvada baş vermiş buzlu qış yağışları da buna 
misaldır. 

76 
 
 
Şəkil. 7.1. İstixana effektinin yaranmasının sxemi 
 
2-ci  şəkildə istixana effektinin yaranmasının sxemi 
verilir. 
Alimlər qlobal soyuqlaşmaya səbəb kimi həm də 2011-ci 
ildə Astraxanda son 130 ildə ən soyuq ayı – 44
0
C, Anapa və 
Mahaçqalada – 34
0
 olmasını, həmçinin, Qolfstrim cərəyanı-
nın soyuması, istiqamətini dəyişməsini, cərəyanın Kanada 

77 
sahillərinə istiqamətlənməsini soyuq iqlimin gəlməsinə 
təkan verməsini söyləyirlər. Bundan əlavə ABŞ-ın NASA 
agentliyi 17 il bundan əvvəl yerə doğru istiqamətlənən MM-
4 asteroidinin (320 m ölçüdə) sürətlə Yerə yaxınlaşdığını 
qeyd etmişdir.  Əgər bu asteroid Yerlə toqquşarsa və ya 
yaxın keçərsə (alimlərin fikrincə asteroid yerdən aralı keçsə 
də, yarım sutkaya yaxın yerdən görünəcək) bu bir çox qlobal 
fəsadlara səbəb olacaq, elektrik dirəkləri sıradan çıxacaq, su 
xətləri donacaq və parçalanacaq, bitkilər donacaq, vulkan 
püskürmələri, zəlzələlər, su daşması, baş verəcək. Asteroidin 
Yerə düşməsi baş verərsə, 120 km radiusunda vulkan əmələ 
gələcək və  hər  şeyi məhv edəcək və  nəticədə soyuqlaşma 
(buzlaşma) dövrü başlanacaq; ABŞ-da yerdən görünməyən, 
amma kosmosdan yaxşı görünən sönmüş super vulkan 
yerləşir. Əgər asteroid ABŞ ərazisinə düşərsə həmin nəhəng 
vulkan yenidən oyana bilər. 
Bu gün Qolfstrimin 16 və 47-ci meridianlarda tempera-
turunun ölçülməsi göstərmişdir ki, hər göstərici keçən ilin bu 
dövründən 10
0
C soyuq olmuşdur. Müvafiq olaraq göstərmək 
olar ki, Meksika körfəzində Dairəvi isti cərəyanın dayan-
ması ilə Qolfstrimin temperaturunun düşməsi arasında bir-
başa  əlaqəsi var. Keçmişdə bu dünya iqtisadiyyatının böh-
ranı adlandırılırdı. 
Bütün bu hadisələr insan sivilizasiyasını müvafiq nəticə-
lərə gəlməyə, ekoloji fəlakətə, dərin aclığa, ölümə, əhalinin 
kütləvi miqrasiyasına gətirəcəyi təhlükəsi artıb. 2030-cu 
illərdə gözlənilən Yeni buzlaşma dövrü hər an baş verə bilər 
və ilk növbədə bu Şimali Amerika, Avropa və Asiyanı əhatə 
edə bilər.  


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə