Telman xəLİlov, maya zeynalova



Yüklə 38.1 Mb.
Pdf просмотр
səhifə3/14
tarix19.07.2017
ölçüsü38.1 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14

Dördüncü dövr. Dördüncü dövr yer tarixinin son döv-
rüdür. O təqribən bir milyon 800 min il bundan əvvəl 
başlayıb, müasir geoloji əsri əhatə edir. 
Kür-Araz ovalığında dördüncü dövrün dəniz çöküntüləri 
ovalığın şərq hissəsində geniş yayılmışdır. Qərbə tərəf onlar 
Mingəçevir şəhərinədək rast gəlinir. Lənkəran düzənliyi sa-
həsindhə də bu dövrün çöküntüləri terraslar əmələ gətirirlər. 
Qərbi Azərbaycanda isə Kür çayı hövzəsi ilə,  şərqdə isə 
Uzboy çökəkliyi vasitəsilə müasir Aral-Sarıqamış göl dəni-
zilə əlaqədə olmuşdur. Belə hesab edilir ki, Xəzər dənizinin 
öz sahəsini genişləndirməsinə əsas səbəb buzlaq dövründən 
sonra gələn buzlaqlararası  əsrlərdə böyük buz kütlələrinin 
əriyərək dənizə tökülməsi olmuşdur. 
Yeni buzlaşma başlandıqda Xəzərin səviyyəsi yavaş-ya-
vaş  aşağı düşmüş  və Qara dənizlə  əlaqəsi kəsilmişdir. 

29 
Dördüncü dövrdə Azərbaycan  ərazisinin çox hissəsi quru 
idi. Həmin sahələrin inkişafı respublikanın müasir geoloji 
coğrafi vəziyyət alması istiqamətində getmişdir. Hələ 
neogendə quruya çevrilmiş Böyük və Kiçik Qafqaz və Talış 
silsilələri bu zaman bir tərəfdən aşınmaya, digər tərəfdən isə 
tektonik hərəkətlərə məruz qalır. 
Ümumiyyətlə, yerin dördüncü dövr tarixində bir çox geo-
loji hadisələr baş vermiş, yerin fiziki-coğrafi  şəraiti xeyli 
dəyişmiş  və müasir üzvi aləmin təşəkkülü prosesi tamam-
lanmağa başlamışdır. 
Müasir geoloji əsr dördüncü dövrdə buzlaşmadan sonra 
gələn əsrdir. Bu əsrin ümumi xarakteri buzlaqlararası əsrləri 
xatırladır.  Ərazinin müasir coğrafi və geoloji xarakteri 
dördüncü dövrdə yaranmış və bu inkişaf prosesi elə indi də 
davam edir. 
Orqanizm aləminin inkişafında dördüncü dövr üçün in-
sanların meydana gəlməsi çox əlamətdar bir hadisədir. Odur 
ki, dördüncü dövrü alimlər antropogen, yəni insanların mey-
dana gəlməsi dövrü də adlandırırlar.  İnsana çox yaxın olan 
primatlar bu dövrün əvvəlində meydana gəlmiş, sonrakı 
müddət  ərzində,  əvvəl qədim və  nəhayət, müasir insanlar 
inkişaf edərək Yer üzərində hakim olmuşlar. 

30 
III FƏSİL 
BƏŞƏRİYYƏTİN  SÜLH VƏ TƏRKSİLAH 
PROBLEMLƏRİNİN  EKOLOJİ  MAHİYYƏTİ 
 
Hazırki dövrdə bütün qlobal problemlər içərisində ən əsa-
sı sülh və tərksilah problemləridir. İnsan yer üzərində peyda 
olduqdan sonra min illərlə müxtəlif silah növlərilə saysız-
hesabsız müharibələr etmişlər. Bu müharibələr əsas etibarilə 
torpaq tutmaq, təbii sərvətlərə yeyələnmək,  ərazi genişlən-
dirmək, din və ərazi ayrıseçgilikləri əldə etmək və s. səbəb-
lərdən baş vermişdir. Təkcə XX əsri götürsək bu əsrin I ya-
rısında iki dünya müharibəsi tarixdə misli görünməmiş təbii
ekoloji, siyasi və iqtisadi nəticələrilə tarixə düşmüşdür.  
II Dünya müharibəsində  bəşəriyyətin bu vaxta kimi 
görmədiyi silah və sursatdan istifadə edilmişdir. Görünür elə 
bu aramsız müharibələr, kütləvi xəstəliklər, irili-xırdalı müx-
təlif dağıdıcı təbii hadisələr (vulkan püskürmələri, zəlzələlər, 
sellər, okeanlarda sunami dalğaları, fırtınalar, qasırğalar, 
tornado, səhralaşma kimi problemlər) hər bir ictimai forma-
siyada özünəməxsusluğu ilə seçilmiş  və öz təsirini göstər-
mişdir. Heç təsadüfi deyil ki, dünya əhalisinin sayı bütün bu 
tarix boyu, yəni XIX əsrə kimi 1 milyardı keçə bilməmişdir. 
1820-27-ci illərdə dünya əhalisinin sayı  cəmi 1 milyard 
olmuşdur. Son 130-140 ildə Dünya əhalisi bütün bəşər 
tarixindən 5-6 dəfə artmışdır. Bu artıma həm də yüksək elm 
və texnikanın inkişafı səbəb olmuşdur.  
İkinci Dünya müharibəsindən sonra, elmin və texnikanın 
sürətli inkişafı yeni-yeni silah növlərinin yaradılmasına 
səbəb oldu. Artıq bu silahlar qısa vaxt ərzində çoxlu milyon-
larla insanları məhv edə bilər. 
1. Bu gün çoxlu qlobal ekoloji problemlərin içərisində 
xüsusi «fövqəladə» yeri sülhün qorunub saxlanılması, müha-
ribənin qarşısının alınması, tərkisilah, xüsusilə  də qlobal 

31 
nüvə konfliktlərinin qarşısının alınması durur. Birinci 
növbədə bu mexaniki nüvə dalğasıdır. Bu dalğa təbü və süni 
obyektlərin qüvvətli dağılmasına səbəb olur. 
İkinci effekti – qüvvətli istilik şüalanmasıdır ki, onlar da 
yanğın törədir, bütün canlıları yandırıb məhv edir. 
2. Fəlakətli radioaktiv qamma şüalanması baş verir ki, bu 
da 400-1000 (əsas məhvedici efekt) BER dozası ilə baş 
verir, bu da ətraf mühiti 10 küriyə qədər radioaktiv olan izo-
topla, yəni 1 km
2
-də 10 küri, bu da canlılar üçün ölümcül 
olan dozadır. 
3. Nüvə parlayışının ikinci təhlükəsi – yüksək dozada 
çirklənməsidir. 
Beləliklə XX əsrin II yarısından başlayaraq sülh və 
tərksilah bəşəriyyətin ən əsas probleminə çevrildi. 
II Dünya müharibəsi atom silahlarının (nüvə partlayışları) 
tezləşməsinə  səbəb oldu. Belə ki, mütəxəssislərin fkirincə 
müharibədə atom silahından istifadə olunmaması bir növ 
Hitlerin fanatizmi ilə əlaqələndirənlər var. Guya 1944-cü ilin 
əvvəllərində alman alimləri Hitlerə yeni, çoxlu insan tələfatı 
törədəcək silah haqqında məlumat verdikdə, o silahı  təcili 
istəsə  də bu mümkün olmamış  və Hitlerin ona həvəsi azal-
mışdır. Almaniyada bu sahədə  tədqiqatlar aparılırdı. Artıq 
FAO-1, FAO-2 reaktivləri sınaqdan keçirilirdi və bu silah ilk 
olaraq almanlarda olsaydı, müharibənin sonu başqa ola 
bilərdi. Tarixi həqiqətlər Hitlerin bu silahı  təcili istəməsinin 
səbəblərini də izah edir. Belə ki, 1944-cü ildə müharibə artıq 
bitməyə doğru gedirdi. Cəsarətli sovet ordusu qəfil hücumdan 
xeyli gec olsa da ayılaraq  əks hücuma keçdi və  nəticədə 
Avropa qitəsini basmış faşist ordusunu keçmiş SSRİ  ərazi-
sindən qovmağa,  ətraf ölkələrin  ərazilərinin təmizləməsinə 
nail olmuş  və artıq alman torpaqlarında onları  sıxışdırır, 
Berlin yavaş-yavaş mühasirəyə alınırdı. O biri tərəfdən də 
ikinci cəbhə adlandırılan qərbin müttəfiq dövlətlərinin qoşun-

32 
larının qərbdən hücuma keçməsi Hitlerçiləri çətin vəziyyətə 
salmışdı. Hitlerin isə gözləməyə heç vaxtı qalmamışdı. Bu 
söz-söhbətlər sözsüz ki, okeanın o tayında – ABŞ-da toplan-
mış antifaşist alimlərin də qulağına çatmış  və onlar bəşəriy-
yəti təhlükədən qorumaq bəhanəsilə Amerika hökumətinə, 
onlara atom bombası hazırlamaq imkanı verilməsini istəmiş-
lər. Xeyli tərəddüddən sonra Ruzvelt hökuməti onlara bu 
icazəni verir və  dərhal – R.Opengeymer, Hils Bor, Riçard 
Fermi, Rezerford, Teller və başqa görkəmli alimlər isə baş-
layırlar. Artıq 1945-ci ilin fevral-mart aylarında atom bomba-
sının 20 meqotonluq ilk nümunələri hazırlanmışdı. Sınaqlar 
davam edirdi. Lakin bu vaxt dünyada çox şey dəyişmişdi. 
Əsas isə o idi ki, müharibə bitmək üzrə idi. Şərqdən Sovet 
qoşunları, qərbən isə qərb dövlətləri Almaniyanı məğlub edib 
müharibəni qurtarmaq üzrə idilər. Bunu görən və hiss edən 
həmin görkəmli alimlər atom bombasının istifadəsi nəticəsin-
də  bəşəriyyətin hansı  dəhşətli bəla ilə üzləşəcəyini başa 
düşdükləri üçün cəmi bir ildən sonra yenidən ABŞ höku-
mətinə müraciət edərək hazırlanmış atom bombasının məhv 
edilməsi və sınaqların dayandırılmasını xahiş edirdilər. Lakin 
artıq gec idi. ABŞ  hərbi-sənaye kompleksi bu layihəyə 50 
milyon dollardan artıq vəsait qoymuş, bu işlə milyonlarla işçi 
qüvvəsi məşğul idi, mühəndislər, alimlər, fəhlələr işsiz qala 
bilərdilər. Bu isə kapitalistlərə heç cür əlverişli ola bilməzdi. 
Digər tərəfdən  ən vacib məsələ, 1945-ci ilin əvvəlində 
mütərəqqi fikirli və görkəmli amerika prezidenti T.Ruzvelt 
ölür və onun yerinə hərbi-sənaye kompleksinin nümayəndəsi 
olan vitse-prezidenti (H.Trumen) keçir və beləliklə də işlərin 
dayandırılması çətinləşir. 
Başqa bir maraqlı məsələ isə kapitalist-sosialist mövqelə-
rinin toqquşması oldu. Belə ki, Sovet hakimiyyəti yaranan 
ilk günlərdən imperialist dövlətlər onu məhv etmək fikrində 
olur və buna bir neçə  dəfə  cəhd də edirlər.  İkinci dünya 

33 
müharibəsi ərəfəsində faşist Almaniyasının qüvvətlənməsin-
dən və bütün Avropanı növbə ilə  zəbt etməsindən qorxuya 
düşmüş ABŞ,  İngiltərə  və başqa qərb dövlətləri SSRİ ilə 
müttəfiq olmaq məcburiyyətində qalırlar. 
İmperialistlər müttəfiqlik etsələr də uzun müddət qərb 
tərəfdən 2-ci cəbhəni açmırdılar. Bu gözləməyə əsas səbəb – 
imperialist-dövlətlər gözləyirdilər ki, bu ölüm-dirim mühari-
bəsində bu iki nəhəng dövlət bir-birini qücdən, əldən salsın, 
sonra isə onlar üstünlüyü ələ alsınlar. Nəticə  də isə  əksinə 
oldu, Sovet dövləti möhkəmləndi, müharibədə qalib gəldi və 
sosialsit dövlətləri çoxalmağa başladı. Bunu gözləməyən 
ABŞ və başqa dövlətlər hərəkətə gəldilər və dünyanı qorxut-
maq fikrinə düşdülər. Beləliklə müharibənin tam bitməsinə, 
yapon ordusunun darmadağın edilməsinə baxmayaraq, ABŞ 
1945-ci il avqustun 4 və 8-də Yaponiyanın iki şəhəri – 
Xirosima və Naqasaki üzərnə atom bombası atdı. Nəticədə 
30-40 saniyə içərisində Xirosima şəhəri yerlə-yeksan oldu 
və 300 min əhali fəlakətlə üzləşdi. 
Bu Dünya xalqları və dövlətləri tərəfindən birmənalı qar-
şılanmadı. İnsanlar ABŞ-dan bu sınaqların təkrar olunmama-
sını tələb etdilər. Lakin keçən 60 il ərzində mütərəqqi dövlət 
xadimləri və insanların səyi nəticəsində üçüncü dünya 
müharibəsinin qarşısını almaq mümkün olmuşdur. 
Doğrudur, ikinci Dünya mühairbəsindən keçən 60-65 il 
ərzində dünyada xeyli irili-xırdalı münaqişələr olsa da, bir 
neçə  dəfə müharibəyə yaxınlaşılsa da müharibənin qarşısı 
alına bilinmişdi. Ayrı-ayrı ölkələr arasında tərksilahla əlaqə-
dar çoxsaylı müqavilələr bağlanmış, strateji silahların azal-
dılması haqda müqavilələr bağlanmış, atom sınaqlarının 
atmosferdə, dəniz üzərində  və Yer üzərində  sınaqdan 
keçirilməsinin qarşısı alınmışdır. Hazırda hidrogen bombası, 
lazer silahları  və çoxsaylı silah növləri mövcuddur. Lakin 
bəşəriyyət yeni müharibənin qarşısını almalıdır.  

34 
IV FƏSİL 
DEMOQRAFİK PROBLEMLƏRİN EKOLOJİ 
NƏTİCƏLƏRİ 
 
4.1. Qlobal demoqrafik proseslərin mahiyyəti  
 
Məlumdur ki, əhali cəmiyyətin başlıca məhsuldar qüvvə-
sidir. Tarixi baxımdan dünya əhalisinin sayı çox dinamik 
olmuşdur. Bir qayda olaraq planetimizdə, onun ayrı-ayrı 
regionlarında və ölkələrində  də demoqrafik vəziyyət bu 
dinamiklikdən asılı olmuşdur. 
XX əsrin ikinci yarısından başlayaraq milli azadlıq hərə-
katlarının zərbələri altında Afrika, Asiya və Latın Amerika-
sının  əksər dövlətləri öz müstəqilliklərini  əldə etdilər. Bax-
mayaraq ki, bu müstəqillik ilk mərhələdə bu ölkələrdə yeni-
yeni işçi qüvvələrinin yaranmasında,  əmək ehtiyatlarının 
artmasına və s. kömək etdi, doğumun sayı yüksəyə qalxsa da, 
ölümün sayı xeyli azaldı və deməli təbii artım çoxaldı və s. 
Keçən əsrin ikinci yarısında, xüsusilə də 60-70-ci illərdə 
yuxarıda qeyd olunan regionlarda və ölkələrdən bir çoxunda 
müşahidə olunan «Demoqrafik partlayışlar» bir tərəfdən 
yeni işçi qüvvələrinin  əmələ  gəlməsini təmin edir, digər 
tərəfdən isə insanların qida və işlə təmin olunmasını, savad-
sızlığın və xəstəliyin qarşısını almağı ləngidirdi. 
Bu üç regionda yer kürəsinin  əhalisinin  əsas və böyük 
əksəriyyətinin artımı qeydə alındığı üçün, demoqrafik prob-
lemlər də qlobal xarakter daşıyır. Həm də ki, qabaqcıl icti-
maiyyət belə hesab edir ki, demoqrafik siyasət əhalinin artı-
mı sürətini aşağı sala bilər. Lakin demoqrafik problemlərin 
həllinin əsas yolu inkişaf etməkdə olan ölkələrdə iqtisadi və 
sosial həyat  şəraitinin dəyişdirilməsidir. Keçmiş SSRİ-nin 
demoqrafiya ilə məşğul olan alimləri qeyd edirdilər ki, əhali 

35 
artımının  ən yüksək mərhələsi (zirvəsi) keçilmişdir. Onlar 
belə bir nəzəriyyə irəli sürmüşlər ki, Yer kürəsinin  əhalisi 
XXII-ci əsrdə 10-12 milyard səviyyəsində stabilləşəcək. 
XX  əsrin 80-ci illərinin ortalarında dünyada əhalinin 
artımı təqribən belə olmuşdur: 28-11=17. Müxtəlif ölkələrdə 
bu rəqəmlər arasında böyük fərqlər olur. Buna baxmayaraq 
insan artımının 2 tipini göstərmək olar: 
Birinci tipə doğum az, ölüm az olan (12-6=6) ölkələr (bu 
əsasən inkişaf etmiş ölkələrə aiddir), 2-ci tipə isə doğum 
çox, ölüm az və  təbii artım çox olan (36-12=24) ölkələr 
(əsasən inkişaf etməkdə olan ölkələr) daxildir. Burada 12 və 
36 hər min nəfərə doğulanların sayı, 6 və 12 rəqəmi isə 
ölənlərin sayıdır. 6 və 24 isə təbii artımı göstərir. 
 
4.2. Əhali artımının nizamlanmasının ekoloji nəticələri 
 
Yer kürəsi əhalisinin dinamikasının onun təbii hərəkətləri, 
yeni doğum və ölüm göstəricilərinin müqayisəsi ilə  təyin 
edilir. Dünya əhalisinin yüksək sürətlə artması Böyük Vətən 
müharibəsindən sonrakı dövr üçün demoqrafik problemlərin 
ən böyük fenomenidir. 1820-ci ilə kimi dünya əhalisinin sayı 
cəmi 1 milyard olmuşdur. Təxminən 1 əsrdən sonra yəni, 
107 il sonra – 1927-ci ildə artaraq 2 milyarda çatmışdır. 
1959-cu ildə yəni 32 il sonra dünya əhalisinin sayı 3 mlrd., 
14 il sonra 1974-cü ildə 4 mlrd., 1987-ci ildə – 5 mlrd. Ol-
muş, 1999-cu ilin yayında Bosniya və Hersoqovinanın 
paytaxtı Sarayevo şəhərində 6 milyardıncı körpə dünyaya 
gəlmişdir. Həmin il Azərbaycanda 8 milyonunçu uşaq 
doğulmuşdur. 2011-ci ilin sonlarında Dünya əhalisinin sayı 
7 milyarda çatmışdır. Gecə yarısı 01-02 dəqiqələrdə Filip-
pində, Türkiyədə  və Rusiyada üç uşaq dünyaya gəlmişdir. 
Bunlar 7 milyardıncı uşaqlardır. 

36 
Bu dövr əzində Latın Amerikasının (6,1 dəfə) və Afri-
kanın əhalisi daha çox artmışdır. Ən az artan Qərbi Avropa 
ölkələrinin (1,7 dəfə) əhalisi olmuşdur. İkinci dünya mühari-
bəsindən sonra başlamış qlobal demoqrafik partlayışın kə-
miyyət və keyfiyyət nöqteyi-nəzərindən bütün əvvəlki tarix-
lərdən fərqi burasındadır ki, ikinci dünya müharibəsindən 
sonra insan ölümünün sayı  kəskin azalmağa başlamış  və 
həm də bu azalma əksər dünya ölkələrində baş vermişdir. 
Əhali artımının böyük əksəriyyəti inkişaf etməkdə olan 
ölkələrin payına düşür. Belə ki, bu ölkələrdə 1950-ci illərdə 
artım – 78,8%, 1960-cı illərdə – 83,8%, 1970-ci illərdə 
87,8% və artıq 1980-ci illərdə 91,8% olmuşdur. Hazırda 76-
100 milyon illik əhali artımının, yenə də 70,5-75 mln. nəfəri 
bu ölkələrin payına, 6,3-10 milyon nəfəri isə inkişaf etmiş 
ölkələrə düşür. Bu artım Latın Amerikası ölkələri üçün iki 
dəfə olmuş, Qərbi Avropa ölkələrində isə 2/5 dəfə azal-
mışdır. Qlobal demoqrafik partlayış nəticəsində demək olar 
ki,  əhali artımı bütün ölkələrində baş vermiş  və 1960-cı 
illərin ortalarında dünya üzrə 2%, Mərkəzi Cənubi Amerika-
nın, Afrikanın və Asiyanın bəzi ölkələrində 3%-dən çox 
olmuşdur. Bunun da nəticəsində 1950-ci illərdən 1983-cü ilə 
kimi çoxlu ölkələrin və hətta regionların əhalisi iki dəfə art-
mışdır. Qərbi Avropa ölkələrində isə  əksinə doğumun sayı 
sürətlə azalmış və deməli, əhalinin təbii artımı da azalmışdır.  
Yaponiyada, ABŞ-da, Kanadada, Avstraliyada, Yeni Zel-
landiyada əhalinin təbii artımı aşağı düşmüşdür.  
Məsələn Avropanın iri dövlətlərindən olan Böyük Brita-
niyanın  əhalisi (1-ci qrup) 56 il ərzində  cəmi 10 milyon 
artmışdır (1949-cu ildə 50,5 milyon olubsa, 2005-ci ildə 
60,4 mln. olub). Hər 1000 nəfərə doğum – 10,7 uşaq, ölüm 
isə 10,8 nəfər olmuşdur. 
Almaniya isə – 1914-cü ildən (67,8 mln. nəfər) 2005-ci 

37 
ilə kimi cəmi 15 milyon artmışdır (2005-ci ildə 82,43 mln. 
nəfər). 90 ilə 15 milyon nəfər. Bu ölkədə doğum – 8,33 uşaq 
(hər 1000 nəfərə), ölüm isə 10,44 nəfər olmuşudr. 
Avropanın iri dövləti olan Fransada da vəziyyət belədir: 
əhalinin sayı bu ölkədə 1964-cü ildə – 48,1 mln. nəfər olsa 
da, 2008-ci ildə cəmi 64,47 mln. nəfər olub. Deməli 43 ildə 
cəmi 16 mln. nəfər artım olmuşdur. Burada doğum – 12,3 
uşaq, ölüm – 9,1 uşaq olub. 
II qrupa daxil olan Çində isə əhalinin say 1971-ci ildə – 
787 mln. nəfər, 2005-ci ildə isə 1 mlrd., 306 milyon nəfər 
olub. Yəni 35 ildə  təqribən 500 milyon nəfər artmışdır. 
Hindistanda – 1971-ci ildə  əhalinin sayı 547 milyon 
olmuşsa, 2005-ci ildə 1 milyard 800 min nəfər olub. Bu 
ölkədə doğum 22,32 uşaq, ölüm 8,28 uşaq olub. 
İndoneziyada – 1958-ci ildə 86,9 mln. əhali olmuşsa, 
2005-ci ildə – 241 mln. nəfər olub. 45–47 il ərzində – 150 
milyona yaxın artım müşahidə olunub. 
Afrikada əhalisinin sayına görə ən iri dövlət olan Nigeriya-
da – 1973-cü ildə – 59,6 miloyn nəfər əhali yaşayıb. 2005-ci 
ildə isə – 128,7 mln. nəfər olub. 30 ildə iki dəfədən çox 
artmış və 60-70 milyon əhali artıb və s. İnkişaf etməkdə olan 
ölkələrdə əhalinin 1950-1970-ci illərdəki sürətli artımı uşaq 
ölümünün sürətlə azalması ilə yanaşı doğumun da çox 
yüksək olması  şəraitində keçmişdir. Bütövlükdə dünyada 
kişilərin sayı qadınların sayından 25,9 mln. nəfər çoxdur. 
Lakin  əgər  əhali cəhətdən iki ən iri dövlətlər olan Çin və 
Hindistani çıxsaq bu münasibət kəskin dəyişər və onda 
qadınların sayı kişilərdən 29,7 mln. nəfər çox olar. 209 
ölkədən 101-də qadınlar, 84-də kişilər çoxluq təşkil edir, 24-
də isə bu saylar təxminən bərabərdir. 
Hazırda hər il şəhər  əhalisnin sayı 50 mln. nəfər artır. 
Urbanizasiya səviyyəsinə görə inkişaf etməkdə olan ölkələr 

38 
fərqlənir. Onların payına səhər  əhalisinin illik artımının 
80%-i düşür. 
Dünyanın inkişaf etməkdə olan ölkələrində demoqrafik 
partlayışla yanaşı «demoqrafik siyasət»də mövcuddur. Çin, 
Hindistan və s. kimi, əhalisi çox böyük sürətlə artan 
ölkələrdə müxtəlif yollarla əhali artımının qarşısının 
alınması  və ya məhdudlaşdırılması bunun əksinə isə,  əhali 
artımı azlığından narahat olan bəzi Avropa ölkələrində isə 
onun artması uğrunda siyasət aparılır. 
Dünya əhalisinin artımı barədə müxtəlif ölkələrin alim və 
mütəxəssisləri daim müxtəlif proqnozlar verirlər. Məsələn, 
XX  əsrin 60-70-ci illərinin proqnozlarına  əsasən XX əsrin 
sonuna kimi dünya əhalisinin 9 milyard olacağı, gözlənsə 
də, 1999-cu ildə bu rəqəm 6 milyarda çatdı. 2011-ci ildə isə 
7 milyarda. Deməli əhali artımı obyektiv və subyektiv, həm 
də təbii amillərdən asılıdır. Məsələn: İngilis alimi R.Maltu-
sun fikriincə insan artımı, cəmiyyətin  ərzaq ehtiyatlarından 
daha tez və sürətlə artır ki, bu da fəlakətə  səbəb ola bilər. 
Tarixin inkişafı isə bu faktın doğru olmadığını sübut 
etmişdir. Maltus qeyd edirdi ki, ətraf mühitin vəziyyətinin 
pisləşməsi hər  şeydən  əvvəl texniki və ekoloji siyasətlərin 
hesabatlarından, texniki inkişafın aşağı  səviyyəsindən, 
antropogen təsirlərin nəticələrinin zəif öyrəniləsi, eyni 
zamanda təbii mühitdə istifadə olunan zərərli maddələrin 
yayılması və s. səbəblərdən asılıdır. 
D.Medouz və tərəfdarları təklif etdikləri modeldə cəmiy-
yətin inkişafı beş qlobal amilə ayrılmışdır: sənayeləşmə; 
ətraf mühitin çirklənməsi;  əhali artımı; qida məhsullarının 
istehsalı; bərpa edilməyən təbii sərvətlərin istifadəsi. C.For-
rester və D.Medouz öz modellərində planetin əhali sayının 
artımını və sənaye istehsalını müvəqqəti dayandırmağı, yəni 
konservləşdirməni təklif edirlər. D.Medouzun fikrincə bir 

39 
müddətdən sonra əhalinin artımı elə həddə çatacaq ki, milli 
sərvətlər fəlakət vəziyyətində  mənimsəniləcək:  ətraf mühit 
çirklənəcək, təbii sərvətlər tükənəcək, nəticədə əhalinin sayı 
azalmağa başlayacaq. Bu vəziyyətdən yeganə  çıxış yolu 
«qlobal tarazlıq» və ona keçiddir. Bu yolla təbii ehtiyat-
lardan istifadə 8 dəfə, ətraf mühitə atılan zəhərli maddələrin 
tullantıları isə 4 dəfə azalar. Sonradan alimlər birinci mode-
lin real olmadığını anladılar. 
Hələ XX əsrin 60-70-ci illərində hesab edilirdi ki, bütün 
bəşəriyyət üçün ekoloji problemlər ümumi ola bilməz. 
Qlobal ekoloji problemlərin yaranması  təbii resurslardan 
istifadə tempinin güclənməsi və texniki proqreslə, «demo-
qrafik partlayışla» və s. ilə  əlaqədardır. Belə ki, axırıncı 
yüzillikdə bizim planetin əhalisinin sayı 7 milyard nəfərədək 
artmışdır. 210-dan çox dövlət yaranmış, ərzaq istehsalı 120 
dəfə artmış, meşə  əraziləri isə 2 dəfə azalmışdır. Bütün bu 
problemləri ayrı-ayrılıqda həll etmək mümkün deyil, 
alimlərin tələsik qərarı bütün planetin gələcəyini təhlükə al-
tına ala bilər. Bütün bu problemlər planetin ekoloji duru-
munu pisləşdirir. Bunun üçündə Dünyanın bütün ölkələrində 
əhali artımının nizamlanmasına diqqəti artırmalıdırlar. Əhali 
artması  və ayrı-ayrı ölkələrdə  aşağı düşməsinin ekoloji 
nəticələri hər iki halda öz vacibliyini saxlamaqdadır.  Əgər 
iqtisadi cəhətdən zəif ölkələrdə  əhali artımının belə sürətlə 
artması və onun çətin nizamlanması ekoloji tarazlığın pozul-
masına səbəb olursa, əhali artımının azalması  və yaxud da 
durqunluğu da tamamilə başqa ekoloji problemlərin yaran-
masına səbəb olur. Ona görə  də  əhali artımı dinamikasının 
nizamlanması XXI əsrin  ən vacib ekoloji problemlərindən-
dir. Çünki Dünyanın torpaq ehtiyatları günü-gündən sürətlə 
azalır. Bu isə  ərzaq məhsullarının azalmasına və bu günki 
ağır ekoloji durumun daha da ağırlaşmasına səbəb ola bilər.  

40 
V FƏSİL 
BƏŞƏRİYYƏTİN  ƏRZAQ  PROBLEMLƏRİNİN  
EKOLOJİ  NİZAMLANMASI 
 
Bəşəriyyətin ən qədim qlobal problemlərindən biri də ər-
zaq problemidir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşki-
latının (ƏKTT) verdiyi məlumata görə keçən  əsrin 90-cı 
illərində planetimizin əhalisinin yalnız 38%-i yüksək keyfiy-
yətli qida məhsullarını ala bilmişdir. 
Ərzaq məhsulları istehsalı problemi bir başa dünya əhali-
sinin dinamikası ilə sıx bağlı olub, qlobal və eyni zamanda 
yerli mahiyyət kəsb edir. 1999-cu ildə dünya əhalisinin sayı 
6 milyard olmuşdur (Bosniya və Hersoqovinyanın paytaxtı 
Sarayev  şəhərində 6 milyardıncı  uşaq dünyaya gəlmişdir). 
Hazırda bu say sürətlə 7 milyard yarıma yaxınlaşır. Dünya 
əhalisinin sayı artdıqca  əhalinin dinamikliyi də sürətlənir. 
Asiya, Afrika və Latın Amerikası ölkələri  əhali artımında 
xüsusilə fərqlənirlər. Bu proses əsasən əhalinin XX əsrin 60-
cı illərindəki demoqrafik partlayışının davamı kimi izah 
olunur. Göstərilən prosəsə səbəb odur ki, II Dünya mühari-
bəsindən sonra üçüncü dünya ölkələrinin bir çoxu siyasi 
istiqlaliyyət  əldə edərək iqtisadiyyatda, səhiyyə  və sosial 
sahələrdə müəyyən yüksəlişə nail oldular. Bunun nəticəsində 
ölüm hadisəsi, xüsusilə  uşaq ölümü azalmışdır. Doğum isə 
yenə yüksək səviyyədə qalmışdır. Əksər ölkələrdə son 40-50 
ildən orta illik artımı 2%-dən çox olmuşdur. Bir sıra ölkələr-
də, Meksikada, Kolumbiyada, Venesuelada bu göstərici 3%-
dən artıq, Kosta-Rikada 4%-dən çox olmuşdur. Hazırda 
dünya  əhalisinin təbii artım sürəti nisbətən azalmaqdadır. 
Lakin  əhalinin maddi nemətlər istehsalına olan tələbi bö-
yükdür və ildən-ilə artır, təbiətə  təsiri məsələsi getdikcə 
güclənir. Belə hesab edilir ki, normal yaşayıb işləmək üçün 

41 
hər bir adam bir gündə 10048 k.c. (2330-2400 kkal) qida 
almalıdır. Bu göstərici baxımından dünya əhalisinin yarısı 
lazımınca qidalanmır və aclıq çəkir. Belə bir vəziyyət Asiya-
nın, Afrikanın və Cənubi Amerikanın bir çox ölkələri üçün 
səciyyəvidir. Dünya əhalisinin 70%-ə qədəri bu regionlarda 
yaşadığı halda dünya ərzağının cəmi 43%-i burada istehsal 
olunur. Hesablamalara görə 2025-ci ildə Yer kürəsinin 
əhalisi 8,5 milyard nəfərə çatacaq və BMT-nin məlumatına 
görə XXI əsrin ortalarında 12 milyard səviyyəsində 
stabilləşəcək (akad. C.Əliyev, 1994). FAQ-nun (BMT-nin 
ərzaq və  kənd təsərrüfatı  təşkilatı) hesablamalarına görə 
2020-ci ildə Yer kürəsi  əhalisinin hamısını normal qida ilə 
təmin etməkdən ötrü istehsalı 60% artırmaq lazım gələcək. 
Dünya  əkinçiliyinin 10 milyard adamı taxılla təmin edə 
bilməsi fikri 1970-ci illərin  əvvəllərində deyilmişdir (akad. 
C.Ə.Əliyev, 1970). Qlobal ilkin məhsuldarlığın xeyli 
artırılması yolları mövcud olsa da, onların həyata keçirilməsi 
olduqca məhduddur. İnsanın istifadə etdiyi ehtiyatların baş-
lıca həlledici mənbəyi Yer üzərində yaxşı nizamlanmış kar-
bonun dövranı və həyatıdır. Planetimizin yaşı 4,5-5 milyard 
ilə yaxındır. Hesab edirlər ki, əvvəl onun atmosferi əsas 
etibarı ilə qaz formasında azotdan, çoxlu su buxarından və 
karbon qazından ibarət olub. Yer atmosferinin indi 21%-ni 
təşkil edən oksigen fotosintez edən orqanizmlər onu istehsal 
etməyə başlamamışdan  əvvəl praktiki olaraq mövcud 
deyilmiş. 
Alimlərin məlumatına  əsasən, Yerdə insanın həyatı eko-
loji sistemlərin ən iri pozulması nəticəsində mümkün olmuş-
dur. Təqribən 2 milyard il bundan əvvəl, Yer okeanında 
yayılmış mikroorqanizmlər,  ətraf mühiti böyük miqdarda 
zəhərli ayrılmalarla çirkləndirərək həm özlərinin, həm də ki, 
planetdəki başqa həyat formalarını  məhv etmişlər. Bu 

42 
öldürücü zəhər oksigen olmuşdur. Sadə bakteriyalar bütün 
atmosferi dəyişdirmişdir ki, bu da son 10 illiklərdə Yer 
planetinə olan ən yeni baxışın ən gözəl nümunəsidir. 
Elə biosferin ilk böhranı da fotosintezə  qədərki həyatın 
vəziyyəti hesab edilə bilər. O vaxt oksigen çatışmadığı üçün 
həyat geniş inkişaf edə bilmirdi. Xlorofili olan bitkilərin 
əmələ gəlməsi oksigen çatışmazlığını aradan qaldırdı. Canlı 
maddə çoxaldı, onların parçalanıb minerallaşması böhranı 
əmələ  gəldi. Viruslar zəif orqanizmləri məhv etməyə baş-
ladı. Bakteriyalar üzvi birləşmələri parçalayıb, minerallaş-
dırmaqla onların yeni istehsalına (fotosintezə)  şərait yarat-
dılar. Bu işdə göbələklər böyük rol oynadılar. Göy-yaşıl 
yosunların azotu atmosferdə fiksə (tutması) etməsi həyat 
üçün əhəmiyyətinə görə fotosintezdən heç də geri qalmadı. 
Müasir biosfer uzun sürən təkamül sayəsində kosmos, 
geofiziki və geokimyəvi amillərin qarşılıqlı əlaqələrinin nə-
ticəsində formalaşmışdır. Lakin biosferin bərqərar olmasının 
əsas amili bioloji təməldir. Əgər günəş enerjisindən istifadə 
edib, karbon qazını  mənimsəyə bilən ilkin fotosintez 
hüceyrələr, bəsit bitkilər olmasaydı, çox güman ki, müasir 
biosfer də olmazdı. Deməli biosferdə enerji mənbəyi oksi-
gen mənşəli günəş enerjisini biokimyəvi enerjiyə çevirən 
fotosintezdir. Günəş enerjisi, su, karbon qazı  və  məlum 
mineral maddələrin (azot, fosfor, silisium, kalsium və s.) 
mövcud olduğu  şəraitdə xlorofill və başqa piqmentlərlə 
təchiz olunan varlıq fotosintez prosesinin icraçılarıdır. Ümu-
mi karbonun 95%-i litosferdən aşağı qatlarda yerləşir, lakin 
tədricən fasiləsiz olaraq vulkanlardan və fumorollardan 
atmosferə keçir. 
Qlobal biokütləyə daxil olmuş karbonun miqdarı bütün C 
dövrünün karbonuna nisbətən çox deyil. Ümumiyyətlə at-
mosfer karbonunun biosfer hesabına tənzimlənməsi müddəti 

43 
7-10 ilə bərabərdir. Qlobal xalis ilkin məhsulların hesablan-
ması göstərir ki, quru üçün 149 mln. km
2
 sahədə alınan 120 
milyard ton quru biokütlə, dənizlər üçün 361 mln. km
2
 
sahədən alınan 55 milyard ton quru biokütləyə bərabərdir. 
İnsanın bilavasitə  və dolayı yolla ümumi istifadə etdiyi 
xalis ilkin məhsuldarlığın cəmi, təxminən ildə 12 milyard 
ton quru maddəyə, xalis istifadə etdiyi qida isə 4 milyard 
tona bərabərdir. Bundan 1,9 milyard tonu taxıldır. Dünyada 
ərzaq böhranı təhlükəsi vardır. Bunun üçün ilk növbədə qida 
məhsulları artırılmalıdır. Bu işdə  də  məlum olduğu kimi 
kənd təsərrüfatı bitkiləri birinci yeri tutur. 
Yer kürəsində  kənd təsərrüfatı inkişaf etməyə başlayan 
zamanlar cəmi bir neçə 10 milyon əhali yaşayırdı. Kənd 
təsərrüfatının inkişaf etməsi insan cəmiyyətinin təqribən 500 
milyona çatdığı vaxtlandan sabitləşmişdir. Sənayenin 
inkişafı isə əhalinin 3,5 milyarda çatması ilə səciyyələnldi. 
Kəskin ərzaq problemi, «Demoqrafik partayış» baş verən 
ölkələrdə rast gəlinir. Məsələn, 1982-1991-ci illərdə inkişaf-
da olan ölkələrdə ərzaq məhsullarının istehsalı 35%, əhalinin 
sayı isə 23% artdı (Asiyada bu göstərici 43% məhsul, 21% 
əhali, Latın Amerikasında 22% məhsul, 23% əhali, Afrikada 
25% məhsul, 36% əhali artımı ilə müşahidə olundu). 
5.1.-ci cədvəldə inkişafda olan ölkələrdə aclıq çəkənlərin 
regionlar üzrə sayı göstərilir. Cədvəldə göstərildiyi kimi 
aclıq çəkənlərin ümumi sayı 1969-1971-ci ildən 460 mln. 
nəfərdən – 1983-1985-ci illərdə 512 mln. nəfərə qədər yük-
səlmişdir. Həm də ki buradakı göstəricilər bütün parametrlər 
üzrə  Cənubi və  Cənub  Şərqi Asiyada yüksək olmuşdur. 
(281-291 mln. nəfər), ikinci pillədə Afrika ölkələri gəlir (92-
140 mln. nəfər). Bu ölkələrdə ekoloji durum da qənaətbəxş 
deyildir.  
 
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə