Telman xəLİlov, maya zeynalova



Yüklə 38.1 Mb.
Pdf просмотр
səhifə2/14
tarix19.07.2017
ölçüsü38.1 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14

 
 
Şəkil 1.1. Nefteqosk şəhərinin zəlzələdən sonrakı görünüşü. Rusiya 
(27.05.1995) 
 
Beləliklə zəlzələlər külli miqdarda maddi itgi tələb edən, 
çoxlu insan məhvinə səbəb olan ən dəhşətli təbii fəlakətlər-
dən biridir. Hazırki dövrə  qədər insanlar bu təbii hadisənin 
qarşısını almağa acizdirlər (cədvəl 1.1, 1.3, 1.5, qrafik 1). 

15 
Cədvəl 1.1. 
Bəşəriyyətin tarixində ən iri vulkan püskürmələri 
 
İl Vulkan  Ölkə Ölənlərin sayı 
1586 Kelut İndoneziya 10000 
1631 Vezuvi  İtaliya 18000 
1669 Etna  İtaliya 10000 
1783 Paradajan İndoneziya 9340 
1792 Unzen Yaponiya 15190 
1815 Tambor İndoneziya 92000 
1815 Sumbava İndoneziya 100000 
1883 Krakatau İndoneziya 36420 
1902 Bonpele 
Martnika 
ad. 
Fransa 
29500 
1902 Santa 
Mariya Qvatemala 
6000 
1919 Kelut İndoneziya 5050 
1985 Maturi 
Yeni 
Qvineya 500 
1985 Nevado-del-Ruis
Kolumbiya 
22500 
1997 
Sufriyer Xillz 
Karib dənizində 
Monetserrat adası
19 
2000 Pokatepetl Meksika 
Evakuasiya 
15000
2002 
El Revendator 
Ekvator 
Evakuasiya 3000
 
Cədvəl 1.2. 
50 il müddətində (1947-1997) təbii fəlakətlərin tipləri üzrə məhv 
olanların sayı
 
 
Təbii fəlakətlərin
növü 
Ölənlərin sayı 
Təbii fəlakətin 
növü 
Ölənlərin sayı 
Sahillərdə sik-
lonlar, tayfunlar, 
qasırğalar 
1500000 Sahil 
zonalarında 
siklonlar, tayfun-
lar, qasırğalar 
10000 
Zəlzələ 400000  Zəlzələ 7000 
Su basması 360000  Su 
basması 7000 
Fırtına 40000  Fırtına 7000 
Sunami 30000 Vunami  6000 
Vulkan 
püskürməsi 
15000 Vulkan 
püskürmələri 
2000 

16 
1.2 saylı  cədvəldə 50 il müddətində (1947-1997) təbii 
fəlakətlərin tipləri üzrə  məhv olanların sayı verilmişdir. O, 
cümlədən zəlzələlərdən ölənlərin sayı 400000 nəfərdən çox 
olmuşdur. Bu ümumiyyətlə təbii fəlakətlərin ölənlər arasında 
öncül bir rəqəmlir (qrafik 2). 
1.3 saylı cədvəldə isə insan tarixində baş vermiş ən iri zəlzə-
lələrin illəri, regionları  və ölənlərin sayı verilmişdir. Bu 
cədvələ əsasən insan tələfatı ilə nəticələnən zəlzələlərdən – 830 
min (Çin, Şensi  əyaləti 1556), Hindistan – 300 min nəfər 
(Kalkutta – 1737), Hindistan – 180 min (893-cü il), İtaliya – 
120 min nəfər (Messina, 1908), yenə Çində – 180 min (Qansyu 
əyaləti) və s. göstərmək olar. 
1.5 saylı  cədvəldə isə 1999-cu ilin fevralından 2010-cu 
ilin fevralına qədər on il ərzində baş vermiş  dəhşətli zəl-
zələlərin siyahısı verilmişdir. Cədvəldən göründüyü kimi 
son  əsrdə  ən qüvvətli zəlzələlər  İndoneziyada olmuş  və 
bunun nəticəsində 227,898 insan ölmüşdür (Sumatra, 2004, 
26, 12), Haiti adasında 2010, 01.12) baş vermiş və 222,570 
insanın həyatına son qoymuşdur. 
Ona görə də yüksək seysmik aktivlikli yerlərdə əhali zəl-
zələ  şəraitində hazırlıqlı olmalıdır.  İlk növbədə evdə, işdə, 
küçədə, ictimai yerlərdə öz hərəkətlərinin qaydasını  təyin 
etməli və bütün hallarda ən təhlükəsiz yerləri müəyyənləş-
dirməlidir. Bunlara möhkəm divarları olan oyuqlar, künclər, 
sütunların yanında və binanın karkasının tinləri aiddir. Yataq 
yerləri böyük pəncərələrdən və  şüşə arakəsmələrdən imkan 
daxilində uzaq yerləşdirilməlidir. Evdən çıxmaq üçün ye-
yinti məhsulları, su ehtiyatı tibbi yardım qutusu, qənd və pul 
hazır vəziyyətdə olmalıdır. Elektrik, su və qaz təchizatının 
söndürülməsi yaddan çıxmamalıdır. Zəlzələnin ilk anların-
dan binadan açıq yerə qaçılmalıdır. Yadda saxlamaq lazım-
dır ki, birinci təkandan sonra təkrar ola bilər.  
Vulkanlar yerin dərinliklərində baş verən tektonik hərə-
kətlərlə sıxı əlaqədardır. Vulkanlar geoloji proseslər nəticə-

17 
sinqdə yerin dərin qatlarından çatlar və boruvari kanallar 
vasitəsilə silikat qazlarla zəngin, odlu maqmanın səthə  çıx-
masıdır. Yer səthinə çıxarkən maqma yanar – odlu mayedən, 
lavalardan ibarət olur. Vulkanlar zəlzələdən fərqli olaraq 
daha az baş verir, lakin nəticələri daha ağır olur. Bir çox 
vulkanlar hazırda fəaliyyətdədir. Uzaq Şərqdə, Kuril adala-
rında və Kamçatka yarımadasında 38 vulkan qeydə alınmış-
dır. Bütün dünyada 620-dən çox fəaliyyətdə olan vulkan-
lardan 418-i Sakit okean (Sakit Okeanın odlu qövsü) və 
onun sahillərindədir. Hind okeanında, kontinental Asiyada, 
Aralıq dənizində  və Afrikada 145, Atlantik okeanda 61 
vulkan fəaliyyətdədir. Santorin atasında (Egey dənizi, 
b.e.ə.1470-ci il) vulkanın püskürməsi Aralıq dənizində 
mövcud olan sivilizasiyanın məhvinə səbəb olmuşdur. 
Vezuvi vulkanının püskürməsi (b.e.ə. 79-cu il) Pompey 
şəhərinin yox olmasına səbəb olmuşdur. Krakatau (İndone-
ziya, 1883-cü il) vulkanın püskürməsi 36 metr hündürlüklü 
dalğanın sunaminin yaranmasına səbəb olmuşdur. Partla-
yışın səsi 5000 km məsafədə eşidilmişdir. (cəd. 1.1).  
Bütün vulkanlar 4 qrupda birləşdirilir: 1) Sakit Okeanın 
odlu qövsündəki vulkanlar; 2) Orta Avropada, Aralıq dənizi 
və sahillərindəki vulkanlar; 3) Atlantik okeanının meridional 
vulkanları; 4) Şərqi Afrika sınmasındakı vulkanlar. 
2010-cu ilin yayında İslandiya adalarında (Atlantik okea-
nının meridional qrupunda) iki vulkanın (Eujaf-jallajokuel 
vul.) palçıq və toz püskürməsi (şək.1.2, 1.3) bir neçə ay 
davam etmiş, bütün Avropa qitəsini və Asiya qitəsinin bir 
hissəsini sıx toz-dumana bürümüş, bütün Avropada minlərlə 
təyyarə reyslərinin və başqa nəqliyyat vasitələrinin iflic 
vəziyyətə düşməsi baş vermişdir.  
Başlıcası isə ondan ibarətdir ki, bu tozların  əksəriyyəti 
quru  ərazisinə tökülmüş  və ölkələrdə ekoloji böhran ya-
ratmışdır. 

18 
 
 
Şəkil 1.2. İslandiyada Eujafjallajokull püskürməsi 13 aprel 2010 
(E.Xəlilov) 
 
 
 
Şəkil 1.3. İslandiya 2010 (E.Xəlilov) 

19 
Cədvəl 1.3 
İnsan tarixində baş vermiş ən iri zəlzələlər 
 
İllər Regionlar 
Ölənlərin sayı min 
nəfərlə 
1 2  3 
365 Aralıq dənizinin şərqi. Suriya 
50 
844 Suriya 
(Dəməşq) 50 
893 Ermənistan 100 
893 Hindistan 
180 
1138 Suriya 
100 
1268 Türkiyə (Semciya) 
60 
1290 Çin 
(Çiliz 
əyaləti) 100 
1456 
İtaliya (Neapol) 
60 
1556 Çin 
(Şensi əyaləti) 830 
1626 
İtaliya (Neapol) 
70 
1667 Azərbayan (Şamaxı) 80 
1668 Çin 
(Şandun əyaləti) 50 
1693 
İtaliya (Siciliya) 
60 
1727 
İran (Təbriz) 77 
1730 Yaponiya 
(Hokkaydo) 
137 
1737 
Hindistan (Banqalur, Kalkutta) 
300 
1739 Çin 
(Ninzya 
əyaləti) 50 
1755 Portuqaliya 
(Lissobon) 
60 
1783 
İtaliya (Kalabriya) 
50 
1868 Ekvador 
(İbarro) 70 
1908 
İtaliya (Messina) 
120 (47-82-50) 
1920 Çin 
(Qansyu 
əyaləti) 180 
 
Cədvəl 1.4 
Ən iri fəlakətlərin statistikası 
Onilliklər 1950-
1959 
1960-
1969 
1970-
1979 
1980-
1989 
1990-
1999 
1992-
2002 
Təbii fəlakətlərin sayı
20  27 47 63 91 70 
İqtisadi itkilər 
milliard dollarla 
42,1 75,5 138,4 213,9 659,9
550,9 
 

20 
Cədvəl 1.5 
1999-cu ilin fevralından 2010-cu ilin fevralına qədər qüvvətli 
zəlzələlər nəticəsində ölənlərin sayı (E.Xəlilov, 2010) 
№№  Zəlzələ tarixi 
Yeri 
Maqnetudası Ölənlərin 
sayı 
1 1999.08.17 
Türkiyə 7,6 17,118 
2 2001.01.26 
Qucarat, 
Hindistan 
7,6 20,085 
3 2003.12.26 
İran 6,6 
31,00 
4 2004.12.26 
Sumatra 
(İndoneziya) 
9,1 227,898 
5 2005.10.08 
Pakistan 
7,6 
86,000 
6 2008.05.02 
Çin 
7,9 
87,587 
7 2010.01.12 
Haiti 
adası 7,1  222,570 
 
 Qrafik 1. 1999-cu ilin yanvarından, 2010-cu ilin yanvarına qədər 
qüvvətli zəlzələlər nəticəsində ölənlərin sayı qrafiki (E.Xəlilov) 
 
Göy rəng – ayrı-ayrı illərdə güclü zəlzələlərdən ölənlərin sayı 
Qırmızı rəng – onillik müddətində ölənlərin sayını göstərən düz xətt 
 

21 
Bununla yanaşı dünyanın bir çox iri şəhərləri, sənaye 
mərkəzləri, əhalinin daha sıx yerləşdiyi ərazilər zəlzələlərin 
ehtimal olunacağı ərazilərdəndir.  
Dünyanın  ən görkəmli alimləri, keçmiş SSRİ-nin, ABŞ-ın, 
Yaponiyanın, Çinin və başqa ölkələrin iri elmi mərkəzləri, 
YUNESKO və b. beynəlxalq təşkilatlar uzun illərdir ki, 
bəşəriyyətin qlobal problemi olan – zəlzələlərin proqnozunu 
verməyə çalışırlar. Bu vaxta qədər düzgün proqnozlar çox 
az, tək-tük, səhv proqnozlar isə  həddən çox olmuşdur. 
Həmdə ki, proqnoz vermək üçün zəlzələnin yerini, vaxtını 
və gücünü bilmək vacibdir. Bu amillərdən hər birinin 
olmaması proqnozları faktiki olaraq heçə endirir. Bütün 
bunlardan  əlavə dünyada baş verən lokal və regional mü-
haribələr və münaqişələr də ətraf mühitdə ekoloji tarazlığın 
pozulmasına səbəb olur. Təkcə onu göstərmək olar ki, XX 
əsrdə dini və milli zəmində baş verən lokal və regional 
münaqişələr indi də mövcuddur. Bunlara İsraillə – Ərəb 
ölkələri arasında 1948-ci ildən başlıyaraq bu günə  qədər 
davam edən müharibə  və münaqişələr,  Şimali və  Cənubi 
Vyetnam arasında 1945-ci ildən başlayaraq 1976-cı ilə qədər 
davam edən, iki Pakistan torpaqları  (şərq, qərb) arasında 
(1971 mart), Azərbaycanla – Ermənistan arasında 1987-ci 
ildən bu günə qədər davam edən müharibə və münaqişələr, 
Livan Respublikasında xristian moranitlərlə – müsəlmanlar 
arasında 1975-ci ildən başlanmış  vətəndaş müharibəsi, 
Böyük Britaniyada ingilislərlə – Şimali  İrlandiyalılar və ya 
Kotoliklərlə-provoslavlar arasında, Çeçenlərlə – ruslar ara-
sında,  İspaniyada ispanlarla kataloniyalılar arasında, Həbə-
şistanda həbəşlərlə – eritriyalılar arasında, Yuqoslaviyada 
xristianlarla – müsəlmanlar arasında, Afrikada (CAR-da) 
Zuluslarla – Bantular arasında, Sudanda ölkənin iki yerə 
bölünməsilə  nəticələnən vətəndaş müharibəsi olmuş  və da-

22 
vam edən münaqişələri, həmçinin İraqın şimalında ərəblərlə 
– kürdlər arasında gedən münaqişələrə  və 2003-cü ildən 
birləşmiş dövlətlərin  İraqı  zəbt etməsilə bu günə  qədər da-
vam edən və çoxsaylı insan ölümü ilə  nəticələnən müna-
qişələri, Türkiyədə türk-kürd, İranda farslarla – azərilər 
arasında və s. kimi irili-xırdalı münaqişələri nümunə göstər-
mək olar. Sözsüz ki, həm bu münaqişələr, həm də böyük 
müharibələr, demoqrafik partlayışlar və ya siyasət son 
nəticədə, istər-istəməz ətraf mühitin mühafizəsinin pozulma-
sına səbəb olmuşdur.  İnsanlar ölür, meşələr yandırılır, tiki-
lilər – evlər, bəndlər, sututarlar, yollar, əkin sahələri dağı-
dılır,  ətraf mühit çirkləndirilir və  nəhayət ekoloji mühitin 
bərpası çox çətin olan gərginlik həddinə çatır. BMT, onun 
təşkilatları və başqa beynəlxalq qurumlar əsrin əvvəllərindən 
bu təhlükələrin qarşısını almaq üçün durmadan çalışır. 
2003-cü ildən başlamış ABŞ başda olmaqla Birləşmiş 
dövlətlərin qoşunlarının  İraqa daxil olduqdan sonra, o döv-
lətin mövcud bütün strukturları pozulmuş  və  ən  əsası  əsr-
lərdən bəri mövcud olmuş xalqların həmrəyliyi pozulmuş 
(Kürdlərlə uzun müddətli mücadilə istisna olmaqla), ilk dəfə 
sünnilərlə-şiələr arasında, kərküklərlə – kürdlər arasındakı 
qanlı toqquşmalar və terrorlar baş vermiş  və  nəhayətdə bir 
ölkə daxilində yaşayan və yaşamağa məhkum xalqların bir-
birinə nifrətini artırmışdır. 
Birləşmiş qoşunlar 2011-ci ilin sonuna qədər ölkəni tərk 
etsələr də ölkədəki mövcud vəziyyət – dağılmış xalq 
təsərrüfatı, sənaye, kənd təsərrüfatı, millətlərin pozulmuş 
birliyi hələ uzun illər həll olmamış qalacaq. 
Keçmiş Yuqoslaviya Federativ Respublikasında isə  İslam 
dini ilə xristian dini zəminində başlanmış savaşlar, çoxlu 
qətlilamlarla başa çatmışdır, mövcud olmuş iri dövlət etnik 
bölgülərə parçalanaraq, bir neçə xırda dövlətlərə bölünmüşlər. 

23 
II FƏSİL 
QLOBAL EKOLOJİ BÖHRANLAR 
 
Paleontoloji və geoloji tədqiqatlar göstərmişdir ki, hər bir 
qrup, sistem, mərtəbə və s. özünə məxsus fauna (heyvanlar) 
və flora (bitkilər) kompleksinə malikdir.  
Yer qabığını  təşkil edən süxurlar komplekslərindən eyni 
yaxud çox oxşar fauna və flora kompleksinə malik olanları 
eyni yaşlı olmalıdır. Buna əsasən bir-birindən uzaq məsa-
fədə yerləşən sahələrdə yayılmış çöküntü süxurları asanlıqla 
tutuşdurmaq mümkündür. Paleozoy erası altı dövrə bölünür. 
Devon dövrünə aid çöküntülər ilk dəfə 1839-cu ildə İngil-
tərədə Devon qraflığında ingilis alimləri Murçison və Secvik 
tərəfindən müəyyən edilmişdir və öz adını elə buradan 
almışdır. Bu yaşlı çöküntülər bütün dünyada çox geniş ya-
yılmışdır. Azərbaycanda devon çöküntüləri, yalnız Naxçıvan 
MR-da məlumdur. Burada həmin çöküntülər Dəhnə və Vəli 
dağın zirvəsində, Bozdağ  və Sarıdağda, Daşburun dağında, 
Yuxarı – Dənzik kəndi ətrafında və başqa məntəqələrdə üzə 
çıxır. Süxurların xarakteri göstərir ki, devon dövründə Nax-
çıvan MR-ın  ərazisi dəniz altında olmuşdur. Ümumiyyətlə 
devon dövründə bütün Yer qabığında və üzvi aləmdə çox 
böyük dəyişikliklər baş vermişdir. Dövrün əvvəlində onur-
ğalılar ibtidai qrupunu təşkil edən qraptolitlər və habelə çə-
nəsiz «balıqlar» demək olar ki, tamamilə qırılmışdır. Bunun-
la yanaşı başayaqlı (Cephalopoda) heyvanların ammonoldea 
deyilən qrupu və bitkilərdən ayıdöşəkləri və buğumlular 
meydana gəlmiş, balıqlar yaxşı inkişaf etmişlər. Dövrün 
axırında suda-quruda yaşayanlar (Amphibia) və ilk böcəklər 
meydana gəlmişdir (Ə.Xəlilov, Q.Əliyev, 1963). 
Karbon dövrü də 1822-ci ildə Konibir və Fillips tərəfin-
dən İngiltərədə təyin edilmişdir. İçərisində zəngin daş kömür 

24 
yataqları tapıldığından karbon və ya daş kömür sistemi adını 
almışdır. Bu dövrün müddəti 50-55 milyon il olmuşdur. 
Karbon dövründə bitkilərlə yanaşı, heyvanlar aləmi də xeyli 
inkişaf etmişdir. Suda-quruda yaşayanlar tərəqqi etmiş  və 
dövrün axırında ilk sürünənlər meydana gəlmişdir.  
Karbon dövründə, xüsusən onun ikinci yarısında dəniz-
lərin kənarı boyunca, açıq dənizlərdən ayrılmış qapalı höv-
zələrdə, göl və bataqlıqlarda geniş miqyasda daş kömür 
əmələgəlmə prosesi getmişdir. Azərbaycanda Naxçıvan MR-
da bu proses çox zəif getmiş və əlverişli şərait olmadığından 
kömür yataqları  əmələ  gəlməmişdir. Bu vaxta kimi Yer 
üzərində  məlum olan karbon yaşlı kömür yataqlarının ya-
yılmasını  nəzərdən keçirdikdə maraqlı bir qanunauyğunluq 
gözə çarpır. Belə ki, qərbdə, ABŞ-da bu yataqlar 45
0
 şimal 
en dairəsindən şimala keçmədiyi halda, Mərkəzi Avropa və 
Donbas mədənləri 55
0
, Sibir mədənləri isə 70
0
 en dairəsin-
dən  şimala qalxmışlar. Digər tərəfdən Braziliyanın, Afrika 
qitəsinin, Madakaskar adasının cənub-şərq yamaclarında və 
Avstraliyada karbon yaşlı buzlaq çöküntüləri tapılır.  
Perm dövrü 1841-ci ildə Rusiya düzənliyinin  şimal-şər-
qində Perm quberniyasında Murçison tərəfindən müəyyən 
edilmişdir. Perm dövrünün mütləq davamı  təxminən 25-30 
milyon il hesab edilir. 
Yer qabığında baş verən böyük dəyişikliklər karbondan 
başlayaraq permdə daha da güclənmiş və Hersen dağ əmələ 
gəlməsində böyük qırışıqlar və dağlar  əmələ  gətirən çox 
güclü tektonik hərəkətlərin nəticəsində baş vermişdir. Bu 
hərəkətlər Appalaç, Hersin, Ural, Sibir və s. dağları  əmələ 
gətirmiş, dəniz və hövzələri müxtəlif  şəklə salmış  və 
beləliklə Yerin fiziki-coğrafi  şəraitini ciddi dəyişdirmişdir. 
Bu dövrdə dördşualı və tablolu mərcanlar, tribolitlər adlanan 
buqum ayaqlılar tamamilə  qırılıb qurtarmış  bəzi növlər isə 

25 
inkişaf etmişlər. 
Bu hövzə  cənubi Avropanı, Himalay dağlarını  və qonşu 
sahələri tutan böyük dənizə daxil idi. Belə hesab edilir ki, 
Perm dənizi nəinki Naxçıvanı, hətta bütün Azərbaycan 
ərazisini tuturmuş. 
Mezozoy erasının Trias dövrü 1834-cü ildə Almaniyada 
Alberti tərəfindən təyin edilmişdir. Bu dövr 30-35 milyon il 
olmuşdur. Trias dövründə suda-quruda yaşayan sinfi 
tənəzzül edir, sürünənlər sinfi isə öz inkişafını davam etdirir. 
Bu zaman 6 şüalı mərcanlar və ikiqəlsəməli baş, ayaqlı hey-
vanlar meydana gəlirlər. İlk məməlilərin də Triasın axırında 
meydana gəldiyi güman olunur. Triasın axırlarında bütün 
Qafqazla fiziki-coğrafi  şərait  əhəmiyyətli dərəcədə  dəyişir. 
Bu Böyük Qafqaz vilayətində, habelə Naxçıvan MR 
ərazisində özünü göstərir. 
Yura dövrü 1829-cu ildə Bronyar tərəfindən Avropada 
Yura dağlarında təyin edilmişdir. Bu dövrün yaşı 25-35 
milyon il hesab edilir. Bütün dünya miqyasında Yura dövrü 
ammonitlərin və belemenitlərin və habelə sürünənlərin yük-
sək inkişaf dövrü kimi səciyyələnir. Birincilər normal dəniz-
lərdə yayılmışdır. Sürünənlərin isə müxtəlif və çox nəhəng 
nümayəndələri dənizlərdə, göl və bataqlıqlarda, quruda və 
havada hökmranlıq etmişdir. Bunlarda uzunluğu 33 metrə 
çatan suda yaşayan pleziozaurus (plesiosaurus) və ixtizau-
rusu (ichthyosaurus), quruda yaşayan branxiozaurusu (Bran-
chiosaurus), uçan (pterodactulis) kərtənkələrdən ptero-
daktillərin qanadları açılanda 8 m olur və s. göstərmək olar. 
Yura yaşlı süxurlar Azərbaycanda çox geniş yayılmışdır. 
Onlar Böyük və Kiçik Qafqaz dağlarında üzə çıxaraq geniş 
sahələr tutur. 
Təbaşir dövrü – 1822-ci ildə Fransada Omalius Dallua tə-
rəfindən təyin edilmişdir. Yaşı 55-60 milyon il olub. Dövrün 

26 
ikinci yarısında Şimali Amerika qitəsinin cənubunu, Afrika-
nın  şimal hissəsini, Mərkəzi  Şərqi Avropanı  və Asiyanı 
tutmuş geniş dənizləri Tetis hövzəsi ilə birləşmişdir. 
Təbaşir dövrünün I yarısında başayaqlılar sinfindən am-
monitlər və belementilər öz inkişaflarını davam etmişlər. 
Lakin II yarımdövrdə get-gedə  tənəzzül edərək, dövrün 
axırında tamamilə  qırılmışlar. Burada yeni quşlar (neor-
mites) meydana gəlmiş  və inkiaşf etmişdir. Sürünənlər sin-
findən nəhəng kərtənkələləlr, uçan kərtənkələlər, balıq 
kərtənkələlər dövrün I yarısında hakim vəziyyət tutmuş, 
lakin axırına doğru tənəzzül etmişlər. Bu dövrün çöküntüləri 
Azərbaycan  ərazisində geniş yayılmış, Böyük və Kiçik 
Qafqazda böyük sahələrdə üzə çıxır. 
Kaynazoy erası – yeni həyat erası, Yer tarixinin sonuncu 
erası olub, iki dövrə – III və IV dövrlərə bölünür. «Üçüncü 
dövr» termini ilk dəfə 1759-cu ildə  İtaliya alimi Ardoino 
tərəfindən geoloji ədəbiyyata gətirilmişdir. Üçüncü dövr öz 
adını o zaman qəbul edilən bölgü üzrə «birinci» və «ikinci» 
dövrlərdən sonra gəldiyinə görə almışdır. Lakin bu sistem 
yerin həyatının müəyyən hissəsinə cavab verən müstəqil 
stratiqrafik vahid kimi 1883-cü ildə ingilis alimi Lyayel 
tərəfindən ayrılmışdır. 
Müasir geoxronoloji cədvələ görə üçüncü dövrü 2 
epoxaya-paleogen və neogen epoxalarına ayırırlar. Lakin 
son zamanlar bir çox tədqiqatçılar bu iki epoxanın üzvi alə-
min və paleocoğrafi şəraitinin xüsusiyyətlərini nəzərə alaraq 
onların hər birini müstəqil geoloji dövr kimi qəbul edirlər. 
Paleogen dövrü. 30-35 milyon il sürmüşdür. Paleogen 
dövrünün üzvi aləmi mezozoy erasının üzvi aləmindən 
kəskin surətdə  fərqlənir. Belə ki, üst təbaşirin axırlarında 
mezozoyun xarakter formaları olan ammonitlər və beləme-
nitlər tamamilə  qırılıb məhv olur. Paleogen dənizlərinin 

27 
xarakterik xüsusiyyətlərindən biri burada birhüceyrəli orqa-
nizmlərin nəhəng nümayəndələri olan hummulitlər olduqca 
inkişaf etməsidir. Hummulitlərlə yanaşı paleogen gənizlə-
rində yastıqgəlsəməililər və qarınayaqlılar, süngərlər, mər-
canlar, dəniz kirpiləri də yaşamışlar. Dəniz fəqərəlilərindən 
balinalar ilk dəfə paleogendə meydana gəlmiş, sümüklü 
balıqlar isə hakim vəziyyət tutmuşlar. Paleogen dövründə 
quru faunası da ciddi dəyişikliklərə  uğramışdır. Təbaşirin 
axırlarında tamamilə  məhv olmuş  dəhşətli kərtənkələlərin 
(dinozavrların), uçan kərtənkələlərin və  qədim quşların ye-
rini paleogendə məməli heyvanlar və yeni quşlar tuturlar. Bu 
zaman yırtıcılar, xortumlular, dırnaqlılar o cümlədən atların, 
fillərin və s. qədim əcdadları, habelə gəmiricilərin, həşərat-
yeyənlərin və primatların ilk nümayəndələri meydana gəlir. 
Orta və üst paleogendə  məməli heyvanlar əsas etibarilə iki 
oblasta: Cənubi və Şimali Amerikada, Avropada və Asiyada 
yayılmışlar. Bu ərazilərdə  məməlilərin inkişafı tam başqa 
yollarla getdiyindən onların tərkibi bir-birindən ciddi 
fərqlənir. 
Neogen dövrü. Bu dövr 25-30 milyon il davam etmişdir. 
Bu dövrün çöküntüləri respublikamızda Xəzəryanı düzənlik-
də, Kür-Araz ovalığında, Talış dağlarında və Naxçıvan MR-
da geniş yayılmışdır. 
Yuxarıda göstərdiyimiz rayonlarda və habelə respublika-
nın bir çox başqa yerlərində neogen çöküntüləri içərisində 
yastıgəlsəməlilərin, qarınayaqlıların, bir hüceyrəlilərin, 
balıqların və başqa fəqərəlilərin qalıqları vardır. 
Neogen dövrünün üzvi aləmindən danışdıqda hər şeydən 
əvvəl, qeyd etmək lazımdır ki, onun xarakter xüsusiyyətlə-
rindən biri müasir üzvü aləmə olduqca yaxın olmasıdır. Bu 
bir tərəfdən fauna və floranın tərkibinin oxşarlığı, digər 
tərəfdən isə onların müasir qurşaqlara yaxın qurşaqlar üzrə 

28 
paylanması şəklində özünü göstərir. 
Bir sözlə, neogen dövrü paleogenlə dördüncü dövr arasın-
da üzvi aləmin təkamülü yolunda bir körpü təşkil edir. Xü-
susilə neogenin bitkilər aləmi müasir dövrdəkinə olduqca 
yaxındır. 
Quru faunasında bu dövrdə, hər  şeydən  əvvəl, məməli-
lərin inkişafı diqqəti cəlb edir. Neogenin əvvəllərində onla-
rın tərkibində böyük dəyişikliklər baş verir. Qədim primitiv 
yırtıcılar, dırnaqlıların bəziləri, titanoteriyaların bir qismi, 
cütdırnaqlıların bəzi qrupları qırılırlar. 
Neogen dövrünün şöbəsi miosenin sonu və alt pliosenin 
əvvəllərində Avropa və Asiya qitələrində «hipparion fauna-
sı» adlanan xarakterik məməlilər qrupu geniş inkişaf etmiş-
di. Bu fauna tərkibində üçbarmaqlı  qədim at-hipparionun 
üstünlük təşkil etməsinə görə belə adlandırılmışdır.  
Azərbaycanda hipparion faunası Eldar düzənliyində üst 
miosen çöküntülərində tapılmış və öyrənilmişdir. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə