Telman xəLİlov, maya zeynalova


XII FƏSİL  NARKOMANİYA VƏ TERRORÇULUĞUN QLOBAL



Yüklə 38.1 Mb.
Pdf просмотр
səhifə14/14
tarix19.07.2017
ölçüsü38.1 Mb.
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   14

XII FƏSİL 
NARKOMANİYA VƏ TERRORÇULUĞUN QLOBAL 
EKOLOJİ MAHİYYƏTİ 
 
12.1. Narkomaniya və terrorizmin təbii-tarixi inkişafı 
 
Arxeoloji tədqiqatlar sübut edir ki, bəşəriyyət kefləndirici 
və beyini dumanlandıran maddələrlə çox qədim zamanlar-
dan tanış olmuşdur.  İlkin insanların yaşadığı yerlərdə apa-
rılan qazıntılar nəticəsində tapılan qalıqlar və bitkilərin 
toxumlarının yuxarıda göstərilən xüsusiyyətlərə malik olma-
sını göstərir.  İnsanların ilk zamanlar psixoloji inkişafını iz-
ləyən səyyah və etnoqraflar da belə halların olmasını  təs-
diqləyirlər. Arxeoloqlar b.e.ə. X-VIII əsrlərdə xüsusi gizli 
yerlərdə  və insanlar dəfn olunan yerlərdə psixi cəhətdən 
insanlara aktiv təsiri olan bitkiləri tapmışlar. Kulturologiya 
istiqamətində iri monoqrafiya yazan Peter Fersta (1985) öz 
kitabında göstərir ki, psixi cəhətdən aktiv maddələri tarix 
boyu bütün xalqlar istifadə etmişər. Opium tərkibli maddə-
lərin Şumerlərin sivilizasiyasına gedib çıxmasına dair məlu-
matlara bizim eradan əvvəl X əsrdə ərəb ədəbiyyatında rast 
gəlinir. Bizim eranın VI əsrində perulular kok yarpaqlarına 
bürünmüş ölü basdırmışlar. Onlar bunu ölən üçün «o 
dünyasına lazımlı» hesab etmişlər. Çinlilər ilk dəfə efedrinin 
aktivləşdirici xüsusiyyətini 5000 il bundan əvvəl təsdiq 
etmişlər. Elə o vaxtlarda çinlilər marixuananı, cərrahiyyə 
əməliyyatı vaxtı agrıkəsici vasitə kimi istifadə etmişlər, 
sonralar isə yunan tarixçisi Herodot onun psixoloji aktiv 
pereparat rolunun oynamasını  təyin etmişdir. Opiumla ya-
naşı, qaşiş Avitsena (Zərdüşt) tərəfindən istifadə edilmişdir. 
Sonralar Avropada daha yüksək sürətlə narkotik maddələr-
dən istifadə olunmağa başlanmışdır.  
Dirçəliş dövründən başlayan bütün imperiyalar xarici 

198 
sərvətlər axtarmaqla məşğul olmuşlar və demək olar ki, on-
ların hamısı Böyük Britaniya, Fransa və Hollandiya da daxil 
olmaqla öz xarici təcavüzkar siyasətlərində narkotikləri öz 
xərclərini ödəmək üçün ucuz vasitə kimi istifadə etmişlər. 
Bununla  əlaqədar  İngiltərədə 1860-cı ildə opiumdan başqa 
xəstəliklərə nisbətən iki dəfə çox insan ölmüşdür. Bu rəqəm 
1880-ci ildə əhalinin 14%-ni təşkil etmişdir.  
Xəstələrə ağrı kəsici kimi morfinin geniş tətbiq olunması 
Rusiyada XIX əsrdə bu maddəyə  həvəsi artırmış  və onu 
«əskər xəstəliyi» adlandırmışlar, morfinizm isə tipik 
alkoqolsuz narkomaniya əhəmiyyəti daşıyırdı. 1937-ci ildə 
Çində opium istifadəçilərinin sayı 4 milyon nəfərdən çox 
olmuşdur. 1931-1942-ci illərdə Almaniyada dörd milyondan 
çox narkoman qeydə alınmışdır (buraya alkoqolla xəstə 
olanlar aid edilməmişdir).  İkinci Dünya müharibəsindən 
sonra ABŞ  və Finlandiyada heroindən geniş istifadə olun-
ması müşahidə olunmuşdur. ABŞ Senatının xüsusi Komis-
siyası 1956-cı ildə ABŞ-da 600 mindən çox narkoman oldu-
ğunu (alkoqol xəstələr nəzərə alınmır) göstərmişdir. Bəzi 
ekspertlərin hesablamalarına görə ABŞ-da o vaxtlar faktiki 
olaraq 1 milyona qədər narkoman olmuşdur. Hindistanda 
1952-ci ildə  rəsmi olaraq iki milyondan çox xəstə insan 
olduğu qeyd olunmuşdur. İndoneziya və Myanmada (Birma) 
dəqiq olmayan rəsmi məlumata əsasən yarım milyona qədər 
opium istifadə edən insan olmuşdur. BMT-nin narkotiklər 
üzrə Komitəsinin məlumatına  əsasən 1950-ci illərin  əvvəl-
lərində opium istifadəsi ilə daha ağır vəziyyət İranda qeydə 
alınmışdır. Orada əhalinin 20%-ə  qədəri opium yetişdirmiş 
və istifadəçisi olmuşlar. 1950-ci illərin sonuna yaxın İçveç-
rədə  ağrıkəsici medikamentlərdən istifadə  hərisliyi elə 
artmışdır ki, o da alkoqolizm kimi kütləvi xarakter almışdır. 
1980-ci illərin sonlarında Yaponiyada yarım milyona yaxın 
narkoman olması göstərilmişdir. 

199 
ABŞ-da geniş qəşiş epidemiyası Vyetnam müharibəsi ilə 
əlaqələndirilir. 1994-cü ildə Polşada müxtəlif qiymətləndir-
mələrə əsasən 10 mindən 21 minə qədər insan narkomaniya 
ilə xəstə olub. Həm də ki, xəstələrin 90%-i narkotikləri vena 
daxilinə yeritməyi üstün tutmuşlar. 
1999-cu ildə Ukraynada tibb müəssisələrində  nəzarətə 
götürülmüş narkomanların ümumi miqdarı 83 min nəfərə 
çatmışdır ki, onların da 4 mindən çoxu həd-buluğa çatmamış 
gənclər olmuşdur. 
Asiya ölkələri içərisində Hindistan xüsusi yer tutur. Bu 
ölkə  ərazisində, beynəlxalq razılaşmaya  əsasən, hər il 678 
tona qədər opium başqa ölkələrə satılmaq üçün istehsal 
olunur. Hindistanda heroin istifadəçiləri  əhalinin ümumi 
sayınadan 1%-dən çox təşkil edir. Tayland və Birmanın 
payına narkomanların 7%-i düşür. 
Rusiyada narkotiklərin yayılmasının öz xüsusiyyətləri 
vardır. Rusiyada uzun illər narkomaniyanın inkişafı zəif idi: 
1965-ci ildə burada 10,0 min nəfər narkomaniya ilə  xəstə 
qeydə alınmışdı. 1975-ci ildə bu xəstələrin sayı 1,5 dəfə 
artmış  və 14,8 min nəfər, 1985-ci ildə narkormanların sayı 
dəyişməmişdir. 1985-1988-ci illərdə keçmiş SSRİ-də narko-
maniya ilə  xəstələnənlərin sayı 3,7 dəfə artmışdır. 1988-ci 
ildə SSRİ-də 50 minə  qədər insan qeydiyyatda olmuşlar. 
1985-1991-ci illərdə narkomaniya ilə xəstələnənlərin sayı iki 
dəfə artaraq, 1991-ci ilin əvvəlinə 28,3 min nəfərə çatmışdır. 
XX  əsrin sonuncu onilliyində Rusiya siyasi, sosioloji və 
iqtisadi gərginliyə  məruz qalmışdır. 1991-2000-ci illərdə 
narkomaniya ilə xəstələnlərin sayı 9 dəfə artmışdır. Rusiya-
da narkomaniya ilə  xəstələnənlərin sayı 270 min nəfərə 
çatmışdır. 2000-ci ilin axırına Rusiyada 2 milyon insan 
narkomaniya xəstəsi olub.  
Yazılanlardan göründüyü kimi keçmiş  əsrlərdən fərqli 
olaraq XX əsrdə, xüsusilə onun sonlarında narkomaniyanın 

200 
ictimai təhlükə  dərəcəsi xeyli artmış  və dünyəvi xarakter 
almaqdadır.  
Bu proses xüsusilə gənclər arasında «Ağ ölümün» (tiryək, 
həşiş, heroin, kakoin və s.) yayılmasına səbəb olmuşdur. Bu 
xəstəliyin yayılma sürəti və coğrafiyası o, qədər sürətlə 
dəyişir ki, bunların uzunmüddətli statistik rəqəmlərini belə 
düzgün söyləmək çətindir. 
Məlumdur ki, narkomaniya insanlara, xüsusilə gənc yaş-
larında çox böyük əxlaqi zərər vurur, onların mənəviyyatının 
pozulmasına, müalicəsi çətin xəstəliklərə tutulmasına,  ən 
əsası isə ayrı-ayrı ölkə  və regionlarda cinayətkarlığın və 
digər xoşagəlməz proseslərin güclənməsinə səbəb olmuşdur. 
Hazırda Kolumbiya, Əfqanıstan, İran, Tacikistan, Myanma, 
Hindistan və s. kimi ölkələrin dağlıq  ərazilərində istehsal 
olunan narkotik maddələr ağılagəlməz yollar və üsullarla 
dünyanın bütün ölkələrinə aparılır. Bu maddələrin  Şimali 
Amerika və Avropanın bir çox ölkələrinə, Rusiyaya və digər 
regionlara daşınmasının getdikcə artması böyük təhlükə 
doğurur. Narkotiklərin yayılması get-gedə daha yeni-yeni 
ölkələri əhatə edir. Məlumdur ki, narkotik maddələr istehsal 
edən regionlarda sosial-iqtisadi səviyyənin aşağı olması, 
qeyri-siyasi vəziyyətin mövcudluğu bu biznesin daha geniş 
vüsət almasına imkan yaradır. BMT narkotik maddələrdən 
istifadə edənlərə nəzarət üzrə xüsusi fond yaratmışdır.  
Əfsuslar olsun ki, Azərbaycan da bu dünyəvi, qlobal bə-
ladan xilas ola bilməmişdir. Azərbaycanın səlahiyyətli or-
qanlarının rəsmi məlumatına  əsasən 2012-ci ilin sonuna 
respublikada narkomanların sayı 27 min nəfərə çatmışdır. 
Ən təhlükəlisi isə budur ki, son illər respublikada narkotik 
xəstələrin yaşı xeyli cavanlaşmışdır. Mütəxəssislərin fikrin-
cə narkotik maddələrin istifadəçilərinin artması  səbəblərin-
dən biri də respublikanın geosiyasi mövqeyi göstərilir. Belə 
ki, Azərbaycan narkobiznesin kəsişmə nöqtəsində yerləşir. 

201 
Azərbaycan bir növ tranzit daşınma yollarında olduğu üçün, 
ölkəyə gizli yolla Əfqanıstandan, İrandan, Tacikistandan və 
s. ölkələrdən gətirilən narkotik maddələr, başqa ölkələrə 
ötürülsə də onların müəyyən hissəsi respublikada qalır.  
Aşağıdakı qrafikdə (şəkil 12.1) narkotik maddələrin gizli 
yayılmasının məlumat sosial modeli verilir. 
Narkomaniyanın qeydiyyata alınması, narkotiklərin alveri 
ilə  əlaqədar cəzasını  çəkmək – bu müvafiq «karyeranın» 
final mərhələsidir. Hər  şey risk qrupundan başlayır, narko-
tiklərin ilkin istifadəsi və ya narkotik vasitələrlə qeyri-qa-
nuni qazanc əldə etmək cəhdəlri. Bu «ilkin» qruplar, 
statistikanın göstərdiyi kimi, sosioloji dəyişikliklər və 
nəzarət, daha geniş, «final» «yüksək» qruplara nisbətən 
«həcmli» olduqları üçün yuxarıdakı piramida tərtib olunur 
(şəkil 12.1). 
 
 
 
 
Şəkil 12.1. Gizli nakrotik maddələrin yayılmasının  
məlumat-sosial modeli 
 
 
 
Dispanser nəzarətində olan, 
narkomanlar 
 
Rəsmi qeydiyyatda olmayan, 
narkomanlar 
 
Risk qruppu 
 
Narkotik maddələrin istifadəçiləri 

202 
12.2. Narkomaniya və terrorizmin yayıldığı əsas ölkələr 
 
1950-ci illərin əvvəllərində Birmada AMKT (Amerikanın 
Mərkəzi Kəşfiyyat  İdarəsi) gizli əməliyyatlara başladığı 
vaxt, opiumun, yerli istehsalı ildə 80 min tona çatırdı.  
1991-ci ildə Amerikanın hərbi müdaxiləsi Kolumbiyada 
kokain istehsalının sürətli artmasına səbəb oldu. (1991-ci 
ildən 1999-cu ilədək kokain plantasiyalarının  ərazisi bu 
ölkədə 3,8-dən 12,3 min hektara çatmışdır). 
Narkobiznesin bütün mərhələ  və aspektlərində transmilli 
iqtisadi cinayətlər narkotrofiklə (narkotiklərin beynəlxalq 
ticarət və başqa ölkələrə ötürülməsi) əlaqələndirirlir.  
Narkotrofik – narkobiznesin aktiv forması olmaqla, qlo-
ballaşmaya meylli növüdür. Narkbiznesin zonaları olan 
Cənubi Amerikada And üçbucağı (Boliviya, Kolumbiya, 
Peru), Orta Yaxın  Şərqdə «Qızılı yarımay» (Əfqanıstan, 
Pakistan,  İran) və  Cənub-Şərqi Asiyanın «Qızıl üçbucağı» 
(Myanma-Birma), Laos, Tailandın şimal rayonları və Çinin 
cənub əyalətləri) olsalar da bu zonalar dəyişə bilər və onların 
mərkəzləri bir ölkədən başqasına keçə bilər. Amma zonalar 
özü nisbətən sabit qalırlar. 
BMT-nin məlumatlarına  əsasən XXI əsrin başlanğıcında 
Yer kürəsində 185 milyon insan narkotik maddələrdən 
istifadə etmişlər ki, bu da dünya əhalisinin 3%-ni təşkil edir. 
Onlardan 28 milyon adam bitki mənşəli natural xammal olan 
– kakoin (13 mln. nəfər) və opiumlardan (15 mln. nəfər), o 
cümlədən Heroinlə    (9  mln.  nəfər) ibarət «sərt narkotiklər-
dən» istifadə etmişlər. 
XX-XXI əsrlərdə bitki mənşəli sərt narkotiklərə təklif və 
ehtiyac əsasən stabilləşsə də, sintetik mənşəli narkotiklərin, 
xüsusilə amfetamin sıralı stimulyatorların (inkişafı artıran 
kimyəvi maddələr, təkan vericilər) istifadəsi və istifadəçiləri

203 
xüsusilə  Şimali Amerikada, Avropada və  Şərqi Asiyada 
demək olar ki, kütləvi xarakter alır. 
Narkotik istifadə haqqında  əsas informasiya materialları 
qlobal miqyasda məlumatı olan BMT və Amerika Birləşmiş 
Ştatları hesab olunur. 
Hindistan və İrandan fərqli olaraq və qeyri Asiya dövlət-
lərinə nisbətən, opiumun Əfqanıstan üçün əsas bitkisi olma-
sıdır. Hətta dağlıq Bədaxşanda da az da olsa da bu bitki 
Əfqanıstandan əvvəl əkilmişdir. Əfqanıstanda opium XVIII 
əsrdən əkilməyə başlamışdır.  
1980-ci ildə Əfqanıstan dünyada opium istehsalında apa-
rıcı mövqe tuturdu: on il ərzində – 1980-ci ildən 1990-cı ilə 
kimi bu ölkədə opium istehsalı, 200-dən 1570 ton/il olmuş-
dur, yəni 8 dəfəyə  qədər artmışdır. Halbuki ondan əvvəlki 
onillikdə  Əfqanistanda opium istehsalı  cəmi 3 dəfə art-
mışdır. 
ABŞ Dövlət Departamentinin 2001-ci ildə siyahısına 
salınmış 28 xarici terror təşkilatından, ən azı 12-si narkobiz-
nesin bu və ya digər sahələrilə bilavasitə əlaqədardır. Sözsüz 
ki, narkotik vasitələrin istehsalı  və ticarətilə  əlaqəsi olan 
təşkilatlar narkotik maddələrin istehsalçıları olan And 
üçbucağı Kolumbiyadakı və Perudakı bəzi ekstremist qrup-
ların olması  məlumdur. Müxtəlif səviyyəli təşkilatlardan 
terrorizm üsullarından istifadə edən və eyni zamanda 
narkotiklərin tranziti ilə  məşğul olan təşkilatlara  Əl-Kaida, 
ETA, Hizbullah, Özbəkistan  İslam hərəkatı, Kürdüstan 
Fəhlə partiyası (PPK) və s. göstərmək olar. 
Terrorizm bütün tarixi dövrlərdə mövcud olsa da XX əs-
rin sonlarında və XXI əsrin  əvvəllərində daha da geniş-
lənmişdir. Hazırda dünyanın bir çox ölkələrində terrorçuluq 
yolu ilə öz məqsədlərinə çatmaq istəyən siyasi qüvvələr 
çoxalmışdır. Türkiyədə kürdlərin, Suriyada və bir çox Ərəb 

204 
ölkələrində «müsəlman qardaşları» partiyası, Fələstin azad-
lıq təşkilatının bəzi qanadları, ingilislərlə irlandiyalılar ara-
sındakı terrorları və s. göstərmək olar. 
Məlumdur ki, öz müstəqillyini  əldə etdikdən sonra res-
publikamıza qarşı terror aktları hamımızın yadındadır – met-
rodakı partlayışlar, avtobusların partladılması, ayrı-ayrı döv-
lət xadimlərinə edilən terror cəhdləri və s. geniş yaılmışdır. 
2001-ci il sentbyabırn 11-də ABŞ-da törədilən terror ha-
disələri və bununla əlaqədar olaraq həyata keçirilən 
terrorizmlə qlobal mübarizə  tədbirləri siyasi dairələrdə  və 
kütləvi informasiya vasitələrində «terrorizm»i geniş mənada 
yaymaq kimi neqativ hala çevrilərək, bütün zorakılıq halla-
rının əsaslandırılmasına çevrilmişdir. 
Bununla  əlaqədar, müasir şəraitdə terrorizmi iki növə – 
daxili və xarici terrorizmə ayırmaq aktual görünmür.  
Hər  şeydən  əvvəl son vaxtlar terrorizm silahlı qarşıdur-
manın bir taktiki forması kimi lokal qeyri-assimetrik (lokal-
regional) konfliktlər kimi istifadə olunur. Terrorizm meto-
dunu seçmiş bu qruplaşmalar terror formalarını daha geniş 
silahlı qarşıdurmalar  şəklində aparılmaları konflikt zona-
larında  əhalinin bir qismi tərəfindən müdafiə olunur. Bu 
müdafiə cəhdləri ən kiçikdən, xeyli çox da ola bilər (məs. ən 
təvəzökar qiymətləndirilmələrlə – Hamas təşkilatını bu gün 
30-40% fələstinli müdafiə edir. Terrorizmlə yanaşı XX əsrin 
sonu-XXI  əsrin  əvvəllərində taktiki lokal-regional silahlı 
qarşıdurmalar terrorizmin yeni növünün – yəni superterro-
rizm (və ya meqaterrorizm) növünün yaranmasını deməyə 
zərurət yaradır. 11 sentyabr 2001-ci ildə ABŞ-da olan terror 
həmin dövr üçün superterrorizm nümunəsi oldu. 
ABŞ  tərəfindən 11 sentyabr 2001-ci ilin superterroriz-
minə qarşı elan olunmuş «terrorizmlə qlobal müharibə» çağ-
rışı, sözsüz ki, terrorizmin başqa növlərilə birləşmiş oldu.  

205 
Terrorizm – həmişə çox sadə zəif insanların yox, həm də 
xeyli zəif, keyfiyyətcə daha zəif tərəfin daha «güclü» tərə-
findəki hökumətin assimmetrik qarşıdurmasıdır. Hökumətə 
qarşı adi hərbi vasitələrlə qarşıdurmaya malik olmayan, hər-
bi potensial cəhətcə ondan (dövlətdən) xeyli zəif olan qrup-
laşmalar rəqibin «zəif yerindən» vurmağa çalışaraq, ölkə və-
təndaşlarını təhlükə altında qoyur. 
Məsələn  Əfqanıstan öpiumunun Avropa bazarlarına  əsas 
tranzit yolu ikidir: Birincisi, Pakistan və  İran  ərazilərindən 
keçən marşrutdur. Bu marşrut sonra Balkan yolu adlanan 
«şaxəyə» bölünür, ikincisi isə, şimal marşrutudur (ipək yolu 
adlanan) ki, onun müxtəlif qollarla Mərkəzi Asiyadan, 
Rusiyaya qədər və MDB-nin qərb ölkələrinə, oradan da 
narkotiklər Şərqi və Qərbi Avropa ölkələrinə qədər uzanır. 
BMT-nin siyahısında olan qiymətləndirmələrə görə 2000-
ci ildə  İrandan 90% Əfqanıstan opiumu, 85% morfin və 
41%-dən çox Əfqanıstanda istehsal edilən geroin keçmişdir.  
Hazırda Azərbaycan Dövlətinin səlahiyyətli orqanların 
tərəfindən Respublikamızda terrorizmin bütün təzahürlərinin 
qarşısı müvəffəqiyyətlə alınır.  

206 
ЯДЯБИЙЙАТ 
 
1.  Azərbaycanda səhralaşma problemləri. Akad. B.Ə.Bu-
daqovun anadan olmasının 75 illiyinə  həsr olunmuş elmi-
praktik konfransın materialları. Bakı, 2003. 
2.  Babayev M.P., Qurbanov E.A. Səhralaşma-torpaq 
deqradasiyanın tədqiqi (metodik tövsiyyə). Bakı: Elm, 2008, 
47 s. 
3.  Бабаев  М.П.,  Гасанов  В.Г.,  Джафарова  Ч.М. 
Теоретические  основы  современной  классификации  и 
номенклатуры почв Азербайджана. Баку, 2001, 31 с. 
4.  Babayev M.P. «XXI əsrin həqiqətləri ilə üz-üzə». 
Azərbaycan Torpaqşünaslar cəmiyyətinin  əsərləri. X cild, I 
hissə, Bakı, 2005, s.18-25. 
5.  Budaqov B.Ə. Coğrafiyanın qlobal qanunauyğun-
luğuna dair. Azərbaycan məktəbi. Bakı, 1984, №3. 
6.  Əliyev C.Ə., Qazıbəyova E.A. Fotosintez və buğdanın 
məhsuldarlığı, potensial ehtiyatlar. Bakı, 1994, 10 s. 
7.  Əliyeva R., Mustafayev Q., Hacıyeva S. Ekologiyanın 
əsasları. Bakı, 2006. 
8.  Əyyubov F.D. Kosmosdan təbiətə  nəzər. Bakı, 
Azərnəşr, 1985, 64 s. 
9.  Əzizov B.M., Abbaszadə A.A. Aekrokosmik 
tədqiqatların əsasları. Bakı, 2004. 
10.  Göyçaylı  Ş.Y. Coğrafiya və coğrafi ekologiyanın 
problemləri. Bakı, 2004. 
11.  Göyçaylı  Ş.Y.,  İsmayılov T. Təbiətdən istifadənin 
iqtisadi və ekoloji əsasları. Bakı, 2006. 
12.  Göyçaylı  Ş.Y. Coğrafi ekologiyanın  əsasları. Bakı, 
2010. 
13.  Göyçaylı Ş.Y. Əhali coğrafiyası. Bakı, 1987. 
14.  Xəlilov  Ş.B. Azərbaycanın ekocoğrafi problemləri. 
Bakı, 2006, 160 s. 

207 
15.  Xəlilov T.Ə. Ekologiya və ətraf mühiti mühafizəsinin 
əsasları. Bakı, 2009, 230 s. 
16.  Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. 
Bakı, 1998. 
17.  Məmmədov Q.S., Xəlilov M. Ekologiya və  ətraf 
mühitin mühafizəsi. Bakı, 2005. 
18.  Mustafayev Q.T., Sultanzadə F.V. İnsanın uğurları və 
problemləri. Bakı: 2004, 298 s. 
19.  Набиев  Р.А.,  Кахраманов  К.Ш.  Глобальные 
проблемы человечества. Баку, 2001, 267 с. 
20.  Алекперов  К.А.  Эрозия  почв  и  борьба  с  ней  в 
Азербайджане. Баку, Изд-во АН, 1961. 
21.  Будько М.И. Глобальная экология. М., 1977, 328 с. 
22.  Баландин  Р.К.,  Бондарев  Л.К.  Природа  и  циви-
лизация. М., 1988,   392 с.  
23.  Брук С.И. «Население мира». Эндемографический 
справочник. Наука, 1986. 
24.  Всемирный  доклад  о  наркотиках: 2004. Краткий 
обзор. М., УНП ООН. 2004 – Т.И. Анализ (18 с.). 
25.  Вернадский. Биосфера. М., 1967, 376 с. 
26.  Гасанов  Э.Г.  Борьба  с  наркотической  преступ-
ностью.  Международный  и  сравнительно-правововые 
аспекты. М.: Юр. инфор. 2000, 208 с. 
27.  Гумилев  Л.Н.  Этногенез  и  биосфера  Земли.  М., 
1989, 495 с. 
28.  Глобализация  наркобизнеса:  угрозы  для  России  и 
других  стран  с  переходной  экономики / А.Н.Галинкин, 
А.А.Лавут,  В.И.Булавин  и  др.  М.:  Ин-т  Латинской 
Америки. РАН, 1999-1999, 139 с. 
29.  Геоэкология Мирового океана. Л., 1990, 158 с. 
30.  Глобальная  экологическая  перспектива – 3. 
Прошлое, настоящее и перспективы на будущее. ЮНЕП. 
М. Интердиалект, 2002. 

208 
31.  Гриберг  Э.И.  Загрязнение  космоса  и  космическое 
полеты // Природа, 1992, №8, с.12-17. 
32.  Глобальные  проблемы  географической  науки. 
1988, с.31-38. 
33.  Дрейер  О.К.,  Лось  Б.В.  Глобальные  проблемы  и 
«третий мир». М., 1991. 
34.  Доклад  Международного  Комитета  ООН  по 
контролю наркотиками за 2002. М., Весь мир. 2003, 104 с. 
Глобальные проблемы географической науки. 1988, с.90-
96. 
35.  Золотое  Ю.М.  Наркоманы  в  России : вызов  в 
национальной  безопасности // Преступность  как  угроза 
национальной  безопасности:  Материалы I Международ-
ной  открытой  сессии. «Modus Academicus», Ульяновск, 
4-5 декабря 1997 г. Ульяновск, 1997, с.60-80. 
36.  Комюнике и первый доклад IC GCGE GECHANGE 
– «Глобальные  изменения  окружающей  среды:  угроза 
для развития цивилизации. Лондон-Минск, 2010. 
37.  Кошкина  Е.А.  Спектор  Ш.И.  и  др.  Медицинские, 
социальные и экономические последствия наркомании и 
алкоголизма. Per. S
e
 Москва, 2008, 288 с. 
38.  Конвенции  ООН  по  борьбе  с  опустыныванием. 
Женева, 1996, 78 с. 
39.  Мамедов  Г.И.  Деградация  почвенного  покрова 
Азербайджана  и  пути  его  восстановления.  Экология  и 
Биология почв. Ростов-на Дону. 2005, с.288-293. 
40.  Марчик  Г.И.,  Кондратьев  Н.Я.  Приоритеты 
глобальной экологии. М., Наука, 1992, 224 с. 
41.  Медоуз Д.Х., Медоуз Д.Л., Рандере Й. Пределами 
роста. М., 1991. 
42.  Незаконная  торговля  наркотиками  в  России. 
Итоговый  отчет  ин-та  Зарубежного  и  Международного 
уголовного  права  им.  Макса.  Планка – Фрайбург. 2000, 

209 
151 с. 
43.  Народнонаселение  стран  мира.  Справочник.  М., 
1984. 
44.  Основы  теории  народнаселения.  М.,  Высшкая 
школа. 1974, 328 с. (под ред. Д.И.Валентея). 
45.  Одум Ю. Основы экологии. 1975. М., Мир, 740 с. 
46.  Питер Д., Ник Т. Тайны древних цивилизаций. М., 
«Эксмо», 2009. 860 стр. 
47.  Рыбников  С.  Запуск  космических  летательных 
аппаратов и погода в регионах. ИР. М., Наука, 1991, №5, 
с.20-23. 
48.  Степанова  Е.А.  Незаконный  оборот  наркотиков  и 
его взаимосвязь с конфликтами и терроризмом: Афганис-
тан и Центральная Азия // М., Наука, 2003, с.57-72. 
49.  Степанова  Е.А.  Роль  наркобизнеса  и  политэко-
логии  конфликтов  и  терроризма.  ВЕС  МИР  Изд-во 
Москва, 2008, с.312. 
50.  Степанова Е.А. Борьба с терроризмом и операции 
по  поддержанию  мира:  Особенности  взаимосвязи  (Под 
ред.  А.Никитина.  М.:  Центр  политических  и  между-
народных исследований (ЦПМИ). 
51.  Страны  и  народы.  Земля  и  человечество.  Гло-
бальные  проблемы.  М., 1985, 428 с.  Чижевский  А.Л. 
Земное эхо солнечных бур. 1976, с.33. 
52.  Толба  М.  Опустывание – общечеловеческая 
проблема. Проблемы освоения пустынь. 1978, №3, с.7-15. 
53.  Шумилев  А.Ю.  Ивасенко  В.Б.  Новый  закон  и 
наркотиках  и  терминология  противодействия  наркобиз-
несу: Справочное пособие: М., 1998, 79 с. 

210 
МЦНДЯРИЪАТ 
 
GİRİŞ ............................................................................................ 3 
 
I FƏSİL. Bəşəriyyətin ən əsas qlobal ekoloji problemləri .................. 5 
1.1. Ətraf mühitin mühafizəsi problemləri ........................................ 11 
 
II FƏSİL. Qlobal ekoloji böhranlar ................................................. 23 
 
III FƏSİL. Bəşəriyyətin sülh və tərksilah problemlərinin ekoloji 
mahiyyəti ................................................................................ 30 
 
IV FƏSİL. Demoqrafik problemlərin ekoloji nəticələri ..................... 34 
4.1. Qlobal demoqrafik proseslərin mahiyyəti ................................... 34 
4.2. Əhali artımının nizamlanmasının ekoloji nəticələri
 ..................... 35 
 
V FƏSİL. Bəşəriyyətin ərzaq problemlərinin ekoloji nizamlanması ... 40 
5.1. Azərbaycanda taxılçılığın ekoloji şəraitinin qiymətləndirilməsi ... 50 
5.2. Dünya alimlərinin modelləri ..................................................... 53 
 
VI FƏSİL. Dünyanın enerji və xammal problemlərinin həllinin ekoloji 
mahiyyəti ................................................................................ 55 
6.1.1. Enerji ehtiyatlarından istifadənin balanslı inkişafda yeri. .......... 57 
6.1.2. Hidroenergetikanın ekoloji səmərəliliyi. .................................. 59 
6.1.3. Atom enerjisindən istifadənin ekoloji məzmunu ...................... 60 
6.1.4. Hidrogen enerjisisindən istifadənin səmərəliliyi. ...................... 63 
6.1.5. Qeyri-ənənəvi enerjidən istifadənin ekoloji səmərəliliyi. .......... 63 
 
VII FƏSİL. Qlobal iqlim dəyişmələrinin ekoloji nəticələri ............... 68 
7.1. Qlobal istiləşmə, yoxsa qlobal soyuqlaşma? ............................... 68 
7.1. Tufan (qasırğa, tornado) fırtına, çox şiddətli külək (uraqan), 
şiddətli fırtınalar ...................................................................... 79 
7.2. Ozon qatı və iqlim dəyişilmələri
 ................................................ 83 
 
VIII FƏSİL. Qlobal səhralaşma problemləri .................................... 88 
8.1. Səhralaşma prosesi ................................................................... 88 
8.2. Səhralaşmanı yaradan əsas amillər .......................................... 103 

211 
8.3. Azərbaycanda səhralaşma problemi ......................................... 111 
8.4.  Səhralaşmaya qarşı mübarizə yolları ....................................... 118 
 
IX FƏSİL. Dünya okeanının qlobal ekoloji problemləri ................. 122 
9.1. Dünya okeanı resurslarından istifadə problemləri ..................... 122 
9.2. Hiosferin mühitin nizamlanmasında yeri .................................. 128 
9.3. Sunamilərir törətdikləri fəlakətlər və onlardan qorunmaq tədbirləri
 ............................................................................................ 133 
9.4. Sunamilərin gəlməsi haqqında xəbər edilməsi .......................... 151 
9.5. Təbiətdə sunami dalğalarının vurduğu zərərlər iqtisadi, ekoloji, 
mənəvi mahiyyət kəsb edir ..................................................... 156 
 
X FƏSİL. Kosmik proseslərin ekocoğrafi nəticələri .................... 167 
10.1. İnsanla kosmosun qarşılıqlı əlaqəsi ..................................... 167 
10.2. Qlobal proseslərin ekocoğrafi xüsusiyyətləri ....................... 171 
10.3. Qlobal proseslərin təbii (planetar) əsasları .......................... 173 
10.4. Kosmik ekologiya və kosmosun çirkləndirilməsi ................ 177 
10.5. Orbitdə toqquşma və partlayışlar ....................................... 184 
 
XI FƏSİL. Dünyanin səhiyyə problemləri ................................... 187 
 
XII FƏSİL. Narkomaniya və terrorçuluğun qlobal ekoloji 
mahiyyəti ............................................................................. 197 
12.1. Narkomaniya və terrorizmin təbii-tarixi inkişafı ................ 197 
12.2. Narkomaniya və terrorizmin yayıldığı əsas ölkələr ............. 202 
 
ЯДЯБИЙЙАТ ............................................................................ 206 
 

212 
 
 
Xəlilov Telman Abdul Həmid oğlu 
Zeynalova Maya Əsgər qızı 
 
 
 
QLOBAL EKOLOJİ PROBLEMLƏRİ  
(Ali məktəblər üçün dərs vəsaiti) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Нашир: Ъейщун Ялийев 
Бядди редактор: Афяр Фяттащова 
Техники редакторлар: Цлви Ариф, Асим Сяфяров 
Дизайнер: Ирадя Ящмядова  
Оператор: Тярлан Гулийева, Мялащят Гулийева 
__________________________________ 
Йыьылмаьа верилмишдир: 22.10.2013 
Чапа имзаланмышдыр: 25.03.2014 
Сифариш № 658: Тираж 300, ш.ч.в. 13,25 
«МБМ» няшриййатынын мятбяясиндя  
чап олунмушдур 
 



Поделитесь с Вашими друзьями:
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə