Telman xəLİlov, maya zeynalova



Yüklə 38.1 Mb.
Pdf просмотр
səhifə1/14
tarix19.07.2017
ölçüsü38.1 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   14

 
TELMAN XƏLİLOV,  MAYA ZEYNALOVA 
 
 
 
 
 
 
 
 
QLOBAL EKOLOJİ PROBLEMLƏRİ  
(Ali məktəblər üçün dərs vəsaiti) 
 
 
Azərbaycan Respublikası 
Təhsil 
Nazirliyinin 17.03.2014-cü il 307 №-li 
qərarı ilə təsdiq edilmişdir 
 
 
 
 
 
 
Bakı –  2014 


 
 
 
 
Elmi redaktoru:  prof. Ş.Y.Göyçaylı 
Rəyçilər:   
prof. c.e.d. T.Həsənov 
 
 
 
c.e.ü.f.d. N.Ə.Paşayev 
 
 
T.A.Xəlilov, M.Ə.Zeynalova Qlobal ekoloji problemləri  (Ali 
məktəblər üçün dərs vəsaiti). Bakı, “MBM”, 2013, 212 səh. 
 
Dərs vəsaitində Bakı Dövlət Universitetinin «Ekologiya və 
torpaqşünaslıq» və «Coğrafiya» fakültələrində  tədris olunan 
«Bəşəriyyətin qlobal ekoloji problemləri» mövzusunun məğzi 
açılır.  
Dərs vəsaitində  bəşəriyyətin tarixi ərzində üzləşdiyi ekoloji 
problemlərin yaranma tarixi, onların yayılma tarixi, təzahür 
formaları və bu problemlərlə mübarizə yollarından bəhs olunur. 
Dərs vəsaitində  əsasən Bəşəriyyətin  ən  əsas qlobal ekoloji 
problemləri,  ətraf mühitin mühafizəsi, qlobal ekoloji böhranlar, 
sülh və  tərksilah, demoqrafik problemlər,  ərzaq problemləri, 
enerji və xammal problemləri, qlobal iqlim dəyişiklikləri, ozon 
qatı, qlobal səhralaşma, Dünya okeanının qlobal problemləri, 
qlobal kosmik problemlər, səhiyyə problemləri, narkomaniya və 
terrorçuluq problemləri və s. haqda ətraflı məlumat verilir.  
Dərs vəsaiti yuxarıda göstərilən fakultələrin tələbələri, 
magistrləri üçün nəzərdə tutulur. Kitabdan doktorant, orta məktəb 
müəllimləri və geniş oxucu kütləsi də istifadə edə bilər. 


GİRİŞ 
 
Qlobal, ümumplanetar ekoloji problemlərin yaranması – 
yeni, insan həyatına XX əsrdə daxil olmuş problemdir. İnsan 
daima ətraf mühitlə əks münasibətdə olmaqla – qazır, sökür, 
yandırır və planetin sərvətlərini məhv edir, suyun və havanın 
strukturunu dəyişir, torpaqların məhsuldarlığını azaldaraq 
kasıblaşdırır və bu idarə olunmayan prosesi bəşəriyyətin in-
kişafı adlandırırlar. Bu vaxta qədər sürətlə inkişaf edən Yer 
kürəsi əhalisini təbii resurslarla təmin etməkdə heç vaxt ətraf 
mühitə belə təhlükəli formada narahatçılıq olmamışdır. Əv-
vəllər insan heç vaxt ətraf mühitə belə qüvvətli təsir etmə-
mişdir. 
Antropogen ekoloji fəlakətlərdən fərqli olaraq insanın 
biotaya (biosferin bütün canlı orqanizmlərinin cəmi) təsir 
edən indiki epoxası qlobal xarakter alır, bir və ya bir neçə 
ekosistemlərlə kifayətlənməyərək bütün planeti əhatə edir. 
Elmi-texniki inqilabın təsiri biosferin iri miqyaslı  dəyiş-
dirilməsinə gətirib çıxarır, dərin izlər buraxaraq ekoloji təza-
hürlərin yaranmasına səbəb olur. Elə bütün bunlara görə də 
ekoloji problemlər müasir dünyanın  ən vacib qlobal prob-
lemlərinə çevrilərək, siyasi əhəmiyyət kəsb edir. 
Yerin təkamülündə iri miqyaslı hadisələrlə dolu olan 
müasir dövr, qarşılıqlı, intensiv inkişaf edən sosial-tarixi və 
təbii-tarixi amillərlə xarakterizə olunur. 
Əvvəllər heç vaxt bütün bəşəriyyətin özü üçün təhlükəli 
olan problemlər baş verməmişdir. Bu problemlərə sülh və 
tərksilah, demoqrafik, ərzaq problemləri, müasir səhralaşma, 
kosmik problemlər, vulkan püskürmələri, zəlzələ, sunamilər, 
fırtınalar, tornadolar və s. kimi iqtisadi, sosial, milli, o 
cümlədən qlobal vəziyyət almış ekoloji problemlər daxildir. 
Bu insanların əvvəlki minilliklərdə rast gəlmədiyi haldır. 


İnsanın tarixi dövrünün ən müxtəlif, qarmaqarışıq, bir-
birini təkzib edən hadisələrlə dolu olan XX yüzillik başa 
çatmışdır.  
Bu yüzillik bəşəriyyət üçün böyük elmi kəşflər gətirmiş, 
istehsal alətlərinin və texnikanın böyük inkişafına səbəb 
olmuş, tatolitar və müstəmləkə rejimlərini dağıtmış, Yerin 
cazibə qüvvəsini aşmışdır. 
Lakin bu yüzillikdə  vəhşi müharibələr və xalqların soy-
qırımı baş vermiş, təbiətin və mədəniyyətin dağılması, iştah-
ların çox və  qəddar olması  əsri kimi də yaddaşlarda qal-
mışdır. 
İnsan eyni halda yaradan və dağıdan rolunu oynadı, onun 
təxəyyülü öz mənfi tərəfini göstərdi. 
İki minilliyin sərhəddində insan biosferin tükənməsi prob-
lemi ilə (neft, qaz, kömür, dəmir, mis, mineral gübrələr və 
b.) və bizim həyatımızı  təmin edən müasir yaradıcı sis-
temlərlə (torpaq, su, atmosfer, meşə, bioloji müxtəliflik və 
s.) üzləşməli oldu. 
Bu proseslərin xarakteri alimlər tərəfindən tarixdə sürətli 
proses kimi proqnozlaşdırılır, bu proses başlandıqdan sonra 
isə bütün biosferi dayandırmaq, qarşısını almaq mümkün 
olmayan fəaliyyətini azaldaraq, primitiv vəziyyətə düşmə-
sinə  səbəb olacağını göstərirlər. Bu halda, insanların yaşa-
ması üçün yararlı olan rayonların  ərazisi azalacaq, onların 
keyfiyyəti pisləşəcək və Yerin demoqrafik tutumu azalacaq. 
Ekoloqların yekdil rəyinə görə belə  fəlakətli fazanın 
başlanmasına və dəyişməsinə çox az vaxt qalır. 


I FƏSİL 
BƏŞƏRİYYƏTİN ƏN ƏSAS QLOBAL EKOLOJİ 
PROBLEMLƏRİ 
 
Təbii mühit – insanın həyatı üçün əvəzedilməz  şərtlər-
dəndir. 
Bəşəriyyətin inkişaf tarixinə bir neçə dövr qeyd olun-
muşdur: dəmir, bürünc, mis dövrləri və s. Bizim yaşadığımız 
XX və XXI yüzilliklər də tarixdə güman ki, texniki tərəqqi 
əsri kimi qeyd ediləcək. 
Həqiqətən də nüvə enerjisinin kəşfi, kosmosun fəthi, lazer 
şüasının cilalanması və başqa nəaliyyətlərlə səciyyələnən XX 
yüzilliyin məşəqqətli təzadları da az olmamışdır. Dünya 
müharibələri, ictimai-siyasi və iqttisadi inqilablar, çəkişmələr 
araşdırdığımız dövrün ən böyük bəlası, ümumbəşəri miqyaslı 
təhlükə kimi qəbul olunan təzadlar və ekoloji böhrandır. 
Lap yaxın keçmişlə, yəni XX əsrin 50-60-cı illər ilə 
müqayisə edilərsə son on illiklərdə ekoloji böhran barədə 
söz-söhbət daha tez-tez təkrarlanır. 
Çoxdan sübut olunmuşdur ki, insan cəmiyyəti mövcud 
olduğu dövrdən təbiətə qarşı qəddarlıq edir, bütün canlılardan 
fərqli olaraq insan öz mühitini korlayır, zibilləyir, zəhərləyir 
və bununla da özünə  və  təbiətə  qəst etmiş olur. Əgər uzaq 
əcdadlarımız sapandla, dəyənəklə, ox-nizə ilə ov edirdilərsə, 
müasir insan bir göz qırpımında dünyanı alt-üst etmək 
qüdrətinə malik silahlara və texniki vasitələrə yiyələnmişlər. 
Məhz ona görə  də müasir insan geoloji amil sayılır. Axı o, 
təbiətin iki milyon il ərzində yaratdığı faydalı qazıntı  məh-
sullarını başlıca olaraq sonuncu yüzillikdə mənimsəmişdir. 
Bununla belə tarix boyu insanların təbiətə,  ətraf mühitə 
biganəliyini iddia etmək də ədalətsizlik olardı. Qədim mən-
bələrdən məlumdur ki, hələ eramızdan 5-6 əsr öncə Misirdə 


mis  əridən zaman havanı korlayan, açıq suları çirkləndirən 
miskərlərə qarşı xüsusi cəza tədbirləri nəzərdə tutulmuşdur. 
Bizim eranın 12-13-cü yüzilliklərində Fransada Sena çayına 
rəngli, çirkli su axıdan emalatxana ləğv edilmiş, günahkarlar 
cəzalandırılmışlar. 
Deməli,  ətraf mühitin qorunması qayğıları adamları yüz 
illərdən bəri narahat edir. Bununla belə biosferin vəziyəti 
ilbəil ağırlaşır, həyat amilləri sayılan suyun, havanın, tor-
pağın keyfiyyəti pisləşir. Çağdaş dünyamızda ekoloji böh-
ranın ümumbəşəri təhlükə olmasına heç kim şübhə etmir. 
Məhz ona görə  də qlobal ekoloji təhlükənin hamımıza aid 
olmasını  qəlbən  şüurlu olaraq dərk etməklə,  əməli iş üçün 
həm birgə, həm də fərdi təşəbbüslər göstərməliyik. 
Təsəvvür edək ki, hələ 2300 il öncə Epikur car çəkmişdir: 
«İnsanlar! Siz təbiətin naz-nemətindən qənaətlə istifadə 
etməklə, ona qarşı  qəddarlığınızı ram etmək borcunuzu bir 
an belə unutmayın». 
Beləliklə, bir daha məlum olur ki, biosferin qorunması 
zərurəti zaman-zaman narahatlıq yaratmışdır. 
Planetdə ekoloji sabitliyin pozulması qitələr, ölkələr, re-
gionlar üzrə müxiəlif dərəcədə qiymətləndirilsə  də axar su-
lar, yağmurlar, atmosfer havası sərhəd bilmir. Müasir kom-
munikasiya, nəqliyyat vasitələri, iqtisadi əlaqələr nisbətən 
lokal məhdud  ərazilərdə yetişdirilən aşağı keyfiyyətli məh-
sulların da dünyanın çox yerinə getməsinə imkan yaratmış-
dır. Hazırda dünyanın müxtəlif regionlarında ekoloji baxım-
dan ziyansız, təmiz  ərzaq  əldə edilməsi imkanları getdikcə 
məhdudlaşır. Çernobl qəzasının «Radioaktiv» əks-sədasının 
hətta uzaq Avstraliya ərazisində qeyd olunması bu baxımdan 
çox  şeyi deyir, izah edir. Ümumdünya səhiyyə  təşkilatının 
1993-cü ilə aid yekun sənədlərində göstərilir ki, hazırda dün-
ya  əhalisinin duçar olduğu xəstəliklərin 58% çirkli sularla 


bağlıdır. 1960-cı ilin məlumatlarında isə bu göstərici cəmi 
2% təşkil edirdi. 
Bəşəriyyət üçün müdhiş təhlükəyə çevrilən ekoloji böhran 
barədə  dəlil-sübutları sadalamağa ehtiyac qalmır (Çernobl, 
Aral gölü, Yaponiyadakı zəlzələ və sunami, Meksika körfə-
zindəki fəlakət, atom silahı, müasir səhralaşma,  ərzaq və 
enerji problemləri və s.). 
Neolit dövründən başlayaraq cəmiyyət tədricən biosferə 
regional miqyas alan təsir göstərməyə başlamışdır. Bu 
birinci növbədə maldarlıq və əkinçiliyin inkişafı ilə əlaqədar 
olaraq planetimizin yaşıl örtüyünün azalması ilə əlaqədardır. 
Arxeoloji, paleobotaniki tədqiqatlar göstərir ki, quldarlıq 
dövrünün keçmiş bio-geosenozları  nəinki aqrosenozlara 
çevrilmiş, hətta çox hallarda dağıdılmışdır. Qobi, Qaraqum, 
Qızılqum, Saxara səhralarının yerində nə vaxtsa çiçəklənən 
sivilizasiyalar olmuşdur. 
Beləliklə, bəşəriyyətin tarixində bir çox hallarda ekoloji 
böhranlar ayrı-ayrı dövrlərdə  də yaranmış  və müxtəlif 
regionlarda təbii tarazlığı pozmuşdur. 
Eramızdan əvvəlki ikinci və üçüncü minilliklrədə Hindis-
tanın  şimal-qərbində yaranmış  və  bəşəriyyətin ilk mədəni 
dövlətlərinin mərkəzləri olan Xarappa və Mahendro Dara 
şəhərləri xarabalıqlara çevrilmişdir.  
Arxeoloji tədqiqatlar həm də göstərir ki, vaxtilə bu sahə-
lər çöl landşaftlarına malik olmuş  əhalisi  əsasən maldarlıq 
və qismən əkinçiliklə məşğul imiş. Torpaqdan düzgün istifa-
də edilməməsi üzündən həmin sahələr səhraya çevrilmiş və 
qədim mədəni dövlətin və  şəhərlərin yox olmasına səbəb 
olmuşdur. 
Böyük Səhranın, Orta və Mərkəzi Asiya səhralarının və s. 
yaranmasında və yaxud da sərhədlərinin genişlənməsində 
insanların da fəaliyyəti böyük olmuşdur.  


Vaxtilə bir sıra səhraların yerində geniş meşə sahələri 
olmuş, lakin insanlar tərəfindən  ərazinin maldarlıq və 
əkinçilikdə istifadə edilməsi üçün qırılmışdır. 
Axırıncı 10 min ildə planetimizin meşə sahələrinin 2/3 
hissəsi qırılıb, tələf edilmişdir. Tarixi dövr ərzində 500 
milyon hektar meşənin yeri bozqıra, yəni boş, daşlı-kəsəkli 
yarımsəhra landşaftına çevrilmişdir. 
Məşhur Alman alimi Aleksandr Humbolt Cənubi Ame-
rikanı səyahət etdikdən sonra yazmışdır ki, «meşə insandan 
əvvəl, bozqır isə sonradan yaranmışdır». Bunu qeyd etmək 
kifayətdir ki, son 400 ildə ABŞ-da 162 milyon hektar meşə 
sahəsi qırılmış  və  həmin  ərazinin  əksər hissəsi hal-hazırda 
yararsız torpaqlara çevrilmişlər. Unutmaq olmaz ki, meşə-
lərdən insan yaranan gündən istifadə olunur, meşə  tənəffüs 
üçün zəruri olan oksigen deməkdir. Meşə çayların su 
rejimini tənzimləyir, torpaqları eroziyadan və quraqlıqdan 
qoruyur. Meşə həm də xalq təsərrüfatının xammal bazasıdır. 
Müasir ekoloji böhranı ancaq insanın təbiəti idarə edə bil-
məməsi, onun ixtiyarından kənar proses kimi qələmə 
vermək mümkün deyildir. Bütün canlıların ekoloji mühitinin 
əsasını  təbiətdə, daha doğrusu biosferdə gedən proseslər 
təşkil edir. Biosferin formalaşması və varlığı isə bütün kos-
mik aləmin, kainatın hərəkəti və dinamikliyi ilə əlaqədardır. 
Təbiətlə  cəmiyyətin qarşılıqlı  əlaqəsinin inkişafında təbii 
şəraitlə yanaşı antropogen, yəni insanın fəaliyyəti ilə ya-
ranmış sosial mühit də xüsusiyyət kəsb edir. Hər iki proses 
həyatın ekoloji təzahürləri ilə formalaşmışdır. Təbii  şərait 
əsasən tədriclə, sosial mühit isə sürətlə  dəyişərək, təbii 
prosesləri qabaqlayır, bəzən də ona qarşı durur. Sosial mühit 
bir çox halda sıçrayışla hərəkət edir, bununla da bəzi 
yerlərdə təbiətin ritmi pozulur və gərginlik yaranır. Təbiətin 
qanunları ilə  hər zaman uzlaşdırılmayan insan fəaliyyəti 


təbiətə qarşı çevrilir. Qədim dünyanın ən qədim şəhərlərinin, 
maddi-mədəniyyət abidələrinin yerində  səhralıqlar yaran-
ması deyilənlərə əyani sübutdur. 
Təbiətin qanunlarını dərk etmək, təbiətdə baş verə biləcək 
bir çox dəyişiklikləri qabaqcadan müəyyənləşdirmək üçün 
kompleks tədbirlər hazırlamağa imkan verir. Təbii sərvət-
lərdən səmərəli, plana uyğun istifadə və mühafizə cəmiyyə-
tin başlıca vəzifələrindən biridir. Hüquqi qanunlarda təbii 
ehtiyatlardan nizamsız istifadənin qəti qadağan edilməsinə 
baxmayaraq  əməli işdə, sənayedə, kənd təsərrüfatında, 
nəqliyyatda, tikintidə  və başqa sahələrdə  təbii sərvətlərdən 
düzgün istfiadə edilməyərək, ətraf mühitin zərərli istiqamət-
də dəyişməsinə şərait yaradır. 
Müasir dövrdə bir sıra qərb ölkələrində alimlər «Cəmiy-
yət-Təbiət» probleminin ümumbəşəri, qeyri-sinfi olmasını, 
ekoloji böhranın  əsasən bütün dövlətlərdə eyniliyini sübut 
etməyə çalışmışlar.  İctimai quruluşundan asılı olmayaraq, 
bütün ölkələr yerli və qlobal ekoloji böhranlara məruz qal-
mışlar. Bütün təbii zonalardakı torpaqların təbii məhsuldar-
lığı  aşağı enməyə başlamışdır. Rusiyanın Mərkəzi qarator-
paq zonasında torpaqların sıradan çıxması hamıya məlum-
dur. Cənubi Ural, xüsusilə Çelyabinsk vilayətinin  ətrafı 
dünyanın ən gərgin ekoloji rayonlarından biri sayılır. Azov, 
Aral, Xəzər dənizlərinin problemlərinin yaxın zamanlarda 
həll edilə biləcəyinə güman yoxdur. 
Təbiətlə qarşılıqlı münasibət məsələləri insanı min illər 
bundan  əvvəl düşündürmüş  və dövrün inkişaf xüsusiyyət-
lərindən asılı olaraq həmin məsələyə müvafiq münasibət 
bəslənilmişdir. 
Təbiəti mühafizə problemləri çoxsahəli olmaqla ümum-
bəşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir. 
Cəmiyyətin bütün qlobal problemləri bir-biri ilə sıx əlaqə-

10 
dədirlər. Belə ki, inkişaf etməkdə olan ölkələrin geri qalma-
sını aradan qaldırmaq demək olar ki, bütün başqa qlobal 
problemlərlə əlaqədardır. Ətraf mühitin mühafizəsi problemi 
enerji və xammal problemləri ilə; demoqrafik problemlər, 
ərzaq problem ilə və s. əlaqədardır. Lakin son vaxtlara kimi 
qlobal problemlər içərisində 1№-li problem kimi silahlanma 
xüsusi mövqe tuturdu. Hərbi istehsal çoxlu insan qüvvəsi, 
enerji və xammal ehtiyatları, insanların əməyindən qoparılan 
nəhəng material vasitələri və ehtiyaclarını  mənimsəyir. He-
sablanmışdır ki, hazırda dünyada silahlanmaya sərf olunan 
hərbi xərcin 1/5-i hələ XX əsrin sonuna kimi Yer kürəsin-
dəki aclığı ləğv edə bilərdi. Yeni dünya müharibəsi yaxın il-
lərə kimi qlobal problem kimi bəşəriyyət qarşısında dururdu. 
Hazırki dövrdə qlobal problemlərin bir neçə  fərziyyələri 
mövcuddur. Bunlardan ikisi əsasdır: 
1.  Pessimist fərziyəyə  əsasən qlobal ərzaq, ehtiyat və 
ekoloji problemləri XXI əsrin ortalarında baş verə bilər. 
2.  Optimist fərziyəyə əsasən isə insan cəmiyyətinin sülh 
və elmi-texniki tərəqqi  şəraitində artıq  əhali sıxlığından 
ehtiyat və ətraf mühitin çirklənməsi və s. insanların məhvinə 
səbəb ola bilməz. 
Qlobal problemlər həqiqətən də ümumplanetar, dünyəvi 
mahiyyət kəsb etməklə, Yer üzərindəki bütün insanların hə-
yat fəaliyyətinə toxunur. İctimai elmlər özləri isə ümumbə-
şəri, planetar proseslərin möhkəm təsiri altında gedir. Birlik 
haqqındakı qədim ideya bu halda yeni qüvvətli impuls alır. 
Qlobal problemlər, əgər onların həlli tapılmasa, bəşəriyyəti 
çox qorxudur, hətta həyatın və sivilizasiyanın məhvinə  səbəb 
ola bilər.  
Qlobal problemlərə artan dinamizm xarakterikdir. Bütün 
qlobal problemlər bəşəri həqiqət və onları bütün dünya xalq-
larına aydın və aktual (vacib) edir. Qlobal problemlər tək-tək 

11 
yox, birlikdə, onların  əlaqəli inkişafında təhlil olunmalıdır. 
Bütövlükdə qlobal məsələlərdə  təbiət, texniki və ictimai 
elmlərin qarşılıqlı  əlaqəsi vacibdir. Təbiət kompleksində 
(ətraf mühiti mühafizə problemləri, fiziki-coğrafi proqnoz-
laşdırma) və qlobal problemləri sistemləşdirməkdə vacib 
funksiyalardan biri (biologiyadan sonra) coğrafiya elminin 
üzərinə düşür.  
Qlobal problemlər içərisində sözsüz ki, çox təhlükəli olan 
problem termo-nüvə silahıdır. Qlobal problemlərə bəzi xüsu-
siyyətlər xasdır. Onlara maddi itginin kəmiyyət və keyfiyyət 
göstəriciləri xasdır. Bu və ya başqa hadisələrə münasibətləri 
xasdır. Onların miqyası çox böyük regionlara yayılır. Qlobal 
problemlərin mövcudluğuna və  əhəmiyyətinə görə müasir 
yanaşmada, dünya iqtisadiyyatının, sosial-siyasi münasibət-
lər, mənəvi dəyərlərin xüsusiyyətləri nəzərə alınmalıdır.  
 
1.1.  Ətraf mühitin mühafizəsi problemləri 
 
Müasir dövrümüzün təhlükə nöqteyi-nəzərdən  ən aktual 
problemlərdən biridir. XX əsrin ikinci yarısından başlayaraq 
cəmiyyətlə  təbiət arasında «maddələr mübadiləsi» olduqca 
genişlənmişdir. Bunun da nəticəsində  cəmiyyətin təbiətə 
«təzyiqi» urbanizasiyası, sənayeləşmə, kənd təsərrüfatının 
intensivləşdirilmiş prosesində daha da artmış oldu. Eyni 
vaxtda ətraf mühitin vəziyyətinin korlaşması müşahidə olun-
mağa başladı. Bir çox rayon və regionlarda antropogen çirk-
lənmə ekoloji təhlükəyə gətirib çıxartdı. 
Ətraf mühitin mühafizəsi problemləri hazırda  əsasən 3 
başlıca səviyyədə  həll olunur: Ölkə, regional və qlobal sə-
viyyədə. Qlobal səviyyə öz dünyəviliyi ilə, təbii resursların 
zənginliyinə (atmosfer, dünya okeanı) görə daha vacibdir, 
çünki bu sərvətlər ümumbəşəri sərvətlərdir.  Ətraf mühitin 

12 
mühafizəsi problemləri, xüsusilə də qlobal səviyyədə bütün 
dünya ölkələrinin birgə səyini tələb edir. Onun müvəffəqiy-
yətli həllinin əsas yolu odur ki, insanların istehsal və qeyri-
istehsal fəaliyyətini yaxın onilliklərdə elə  təşkil etmək la-
zımdır ki, cəmiyyətlə  təbiət arasındakı qarşılıqlı münasibət 
optimal olsun. 
Dünya ölkələrinin ictimai quruluşundan asılı olmayaraq 
müasir ekoloji böhrana məruz qalmaları onu göstərir ki, indi 
bütün ölkələr milli və sinfi ayrı-seçkilik salmadan birləşmə-
li, ətraf mühiti mühafizə etməkdə birgə səy göstərməlidirlər. 
Təbiəti mühafizə problemləri çoxsahəli olmaqla ümumi pla-
netar, ümumbəşəri və eyni zamanda yerli əhəmiyyətə 
malikdir. 
Ətraf mühiti mühafizənin tələbləri Azərbaycan Respubli-
kasının Konstitusiyasında xeyli qeyd olunmuşdur. Ölkənin 
əsas qanununda Konstitusiya praktikasında dövlətin  ətraf 
mühitin qorunmasında məsul olduğu göstərilmişdir.  Ətraf 
mühitin dəyişdirilməsini öyrənən və onun vəziyyətinə nəza-
rət edən elektron sistemlərinin yaradılması ona görə vacibdir 
ki, insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedən 
dəyişiklikləri izləmək mümkündür. İctimaiyyət bilməlidir ki, 
ətraf mühitin mühafizəsində oun nəinki, birbaşa, hətta dolayı 
fəaliyyəti də  ətraf mühitin mühafizəsində kompleks tədbir-
lərlə öyrənilməlidir.  Ətraf mühiti mühafizə  tədbirləri planlı 
və ardıcıllıqla, dövlət səviyyəsində  həyata keçirilir. Təbiəti 
mühafizə probleminin qlobal xüsusiyyəti beynəlxalq – mü-
qavilələrin hazırlanmasını  və onların yerinə yetirilməsində 
aktiv iştirak etməyi tələb edir. Gələcəkdə perspektivdə ətraf 
mühitin vəziyyətinə planetar miqyasda nəzarət edə bilən 
avtomatik stansiyalar yaradılmalıdır.  
Ümumi və yaxud da təbii problemlərə  təbiətin bir çox 
kortəbii hadisələri ilə bağlı olan problemləri misal göstər-

13 
mək olar. Bunlardan zəlzələ  və vulkan püskürmələri, sellər 
və daşqınlar, səhralaşmaları göstərmək olar. Həmin sahəyə 
dair problemlər bir-biri ilə  əlaqədar olan iki hissədən 
ibarətdir: 
a) təbiət hadisələrinin öyrənilməsi; 
b) onların qarşısının alınması və vurula biləcək ziyanların 
minimuma endirilməsi. 
Çətinlik və qarşısıalınmazlıq onunla bağlıdır ki, təbiət 
hadisələrinin bir çoxu gözlənilmədən olur. Onlar təbiətdə 
qəflətən baş verən fövqəlada dinamik proseslərlə bağlıdır. 
Təbii fəlakətlər baş verərkən çoxlu insan itgisinə səbəb olur 
və iqtisadiyyata böyük zərər vurulur. Dəhşətlisi budur ki, 
təbii fəlakətlər iqtisadiyyata xeyli maddi ziyan vurmaqla 
yanaşı çox regionların insanlarını uzun müddət qorxu altında 
saxlayır. Məs. Türkiyə Respublikasında İstambul şəhərindən 
şimal-şərqdə yerləşən  İzmit  şəhəri  ərazisində 1998-1999-cu 
illərdə baş vermiş  zəlzələ  nəticəsində  şəhər dağılmış, xeyli 
sayda insan itgisi və maddi ziyan dəymiş və bununla yanaşı 
həyətlərdə insanların yaşaması üçün müvəqqəti qurulmuş 
çadırlar, aylar keçməsinə baxmayaraq sökülməmiş, çünki 
insanlar qorxudan öz evlərinə qalxmağa qorxurmuşlar. Son 
110 ildə qüvvətli zəlzələlərdən ölənlərin 31,5%-i son on ilin 
payına düşür. Yer üzərində olan zəlzələlərin 90%-dən çoxu 
orta və iri litosfer plitələrinin və mikroplitələrin cərhəddinə 
düşür.  
Vulkanlar kimi zəlzələlər də qarşısı alınmazdır. Lakin 
seysmikli  ərazilərdə tikintilər və xidmətin digər sahələri 
həmin yerlərə müvafiqlik təşkil etdikdə  zəlzələlənin ziyanı 
çox az olur və yaxud da heç olmur. 
Keçmiş Sovet İttifaqının 20%-dən çox ərazisi 8 bal gü-
cündə  zəlzələyə  uğramışlar. Karpat, Qafqaz, Kopetdağ, Pa-
mir, Tyan-Şan, Altay, Sayan, Zabaykale, Primorye, Saxalin, 

14 
Kuril adalarında tez-tez baş verən güclü zəlzələlər səciyyəvi-
dir (şək. 1.1). Bütün bu ərazilər keçmişdə geosinklinal rejimi 
keçib, sonra qarışıq dağ  əmələgəlmənin, helogen və 4-cu 
dövrdə bu ərazilər güclü tektonik hərəkətlərə  məruz qal-
mışlar. Zəlzələlər dağlıq ərazilərdə dərin tektonik gərginliyin 
olmasını sübut edir. 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə