Telman qulġyev


ĠXTĠSARLAR  Kənd adlarının ixtisarı



Yüklə 2.82 Kb.
Pdf просмотр
səhifə5/10
tarix29.05.2017
ölçüsü2.82 Kb.
1   2   3   4   5   6   7   8   9   10
ĠXTĠSARLAR 
Kənd adlarının ixtisarı 
Au. – AĢağı Uzun oba 
Buz. – Buzqov 
Q. – Qaraxanbəyli 
D. – Didivar 
Yu. – Yuxarı Uzunoba 
Güz. – Güznüt 
Güla. – GülĢənabad 
Əlia. – Əliabad 
N. – Nehrəm 
Nəza. – Nəzərabad 
P. – Payız 
Sova. – Sovetabad 
T. – Təzəkənd 
Ç. – ÇeĢməbasar 
C. – Cəhri 
Cava.  –  Cavidabad.  Araz  su  elektrik  stansiyasının 
tikintisi  ilə  əlaqədar  olaraq  Qaraçur  və  Bulqan 
kəndlərinin əhalisi üçün salınmıĢ yeni kənd. 
 

 
 
 
 
 
116 
 
 
 
 
BaĢqa ixtisarlar 
 
Büt.Ģ. – bütün Ģivələrdə 
Əks.Ģ – əksər Ģivələrdə 
ADQQDġ – Azərbaycan dilinin qərb qrupu dialekt 
və Ģivələri 
QRM – Qaqauzsko-russko-moldavskiy slovar 
KTR – Kratkiy turetsko-russkiy slovar 
T.R. – turkmensko-russkiy slovar 
ġB – ġerbakın göstərilən əsəri nəzərdə tutulmuĢdur 
SM  –  S.Muradovanın  göstərilən  əsəri  nəzərdə 
tutulmuĢdur 
Qeyd: ərəb rəqəmləri səhifələri göstərmək üçündür 
 
 

 
 
 
 
 
117 
NAXÇIVAN  
DĠALEKTĠNĠN  
TERMĠNOLOJĠ  LEKSĠKASI 
A
zərbaycan  dilinin  leksikası  olduqca  zəngindir. 
Bu  zənginlik  tarixən  inkiĢaf  etmiĢdir.  Azərbaycanın 
qədim  tarixə  malik  olması  onun  leksikasında  da  öz 
izlərini  göstərməkdədir.  Müxtəlif  tarixi  dövrlərdə 
Azərbaycan  xalqı  baĢqa  dövlətlərin  istilasına  məruz 
qalmıĢdır.  Ərəblər,  farslar,  monqollar,  ruslar  və  baĢqa-
ları  Vətənimizi  zaman-zaman  istila  etmiĢlər.  Məlumdur 
ki,  istilaçılar  xalqın  var-yoxunu  talamaq,  onu  istismar 
etməklə  kifayətlənməmiĢ,  xalqın  dilini,  dinini,  ənənə-
sini,  mədəniyyətini  əlindən  almağa  çalıĢmıĢlar.  Bütün 
bunlara baxmayaraq qəhrəman Azərbaycan xalqı öz ana 
dilini,  tarixi  mədəniyyət  abidələrini  qoruyub  saxla-
mıĢdır. 
Tarixin gediĢi zamanı dilimizə bir sıra alınma söz-
lər  –  ərəb,  fars,  rus  və  Avropa  xalqlarının  sözləri  daxil 
olmuĢdur.  Alınma  sözlər  ədəbi  dildə  daha  çox  özünü 
göstərir.  Dialekt  və  Ģivələrdə  buna  ya  təsadüf  edilmir, 
ya  da  az  miqdarda  rast  gəlinir.  Məlumdur  ki,  leksika, 
xüsusilə  lüğət  tərkibi  dilin  nisbətən  tez  və  sürətlə  dəyi-
Ģən və həm də getdikcə zənginləĢən qismini təĢkil edir. 
Ona  görə  də  xalqımızın  inkiĢafı  tarixində  keçirdiyi  bü-
tün ictimai formasiyaların izlərini, onun mədəni və mə-
nəvi  həyatını,  sinfi  və  dinə  qarĢı  aparılan  mübarizəni, 
dilin  təsiri ilə əmələ gəlmiĢ  mistik təfəkkürün  məzmun-
ca dəyiĢildiyinə baxmayaraq, forma etibarilə hələ də ya-
Ģamaqda  olduğunu,  məiĢət  məsələlərinin  rəngarəng  cə-

 
 
 
 
 
118 
hətlərini  leksika  bu  və  ya  digər  Ģəkildə  özündə  əks 
etdirir. 
Leksikanın  bu  qatını  təĢkil  edən  sözlərə  bəzi  yaĢ-
lıların nitqində rast gəlmək olar. Məsələn, ağa, bəy, kət-
da,  qılava  (Büt.Ģ.),  kalladar  (C.),  xədək  (N.),  qıradavoy 
(C.),  cuvar  (Mya.)  mirab  (N.)  –  su  gözətçisi,  pristav 
(Büt.Ģ.)  və  s.  bu  kimi  sözlər  keçmiĢ  vəzifə,  rütbə,  peĢə 
sahiblərinin adları ilə bağlıdır. Din ilə bağlı olan sözlər 
də  müəyyən  dərəcədə  iĢlədilir.  Məsələn,  Ģıx,  alla

,  kal-
bayı,  məĢədi,  hacı,  ocax  (pir  mənasında)  və  s.  MəiĢət 
leksikasının  maraqlı  bir  hissəsini  də  keçmiĢ  ölçü  vahid-
lərinin adları təĢkil edir. Rayonun əksər Ģivələrində yaĢ-
lılar  arĢın,  bir  ağaĢ,  girvənkə,  yarım  girvənkə,  noxud 
ağırı  (qızıl çəkisi),  misqal  (4  qrama  bərabərdir), bir çə-
rəx,  yarım  put,  putüç  xərək,  bir  xəlvər  (25  pud),  türə 
(C.) – 8 kiloqrama bərabərdir, çet qəpex və s. kimi ölçü 
vahidləri adlarını iĢlədirlər. 
 
* * * 
Naxçıvan  Ģəhəri  və  Babək  rayonu  Ģivəsi  Muxtar 
Respublika  ərazisində  yayılan  Ģivələrdən  biridir.  Bu  ra-
yon əsasən Naxçıvan düzündə  yerləĢir. “Naxçıvan düzü 
Arazboyu  düzənliyin  böyük  bir  hissəsini  təĢkil  edir. 
Naxçıvan  düzü  qərbdən  Cəhri-Duzdağ  tirəsi  ilə,  cənub-
qərbdən  Arazla,  cənub-Ģərqdən  Nehrəm-Ərəzin  yüksək-
liyilə, Ģimal-Ģərqdən Sirab, Nəhəcir, Xaçaparax xətti bo-
yu  Sarıdağ  –  Nəhəcir  və  Qırxlar dağının  ətəyi  ilə  əhatə 
olunur.  Bu  düz  Naxçıvan  çayı,  onun  aĢağı  axınındakı 

 
 
 
 
 
119 
qolları,  bir  sıra  təpəliklər,  yarğanlar  və  dərələrlə  par-
çalanır” [24]. 
Naxçıvan  ərazisinin  yuxarıda  göstərilən  müxtəlif 
coğrafi  quruluĢa  malik  olması  bu  rayonda  yaĢayanların 
leksikasına  öz  təsirini  göstərməyə  bilməz.  Bununla  əla-
qədar olaraq rayonun Ģivələrinin leksikasında düz, dərə, 
təpə, dağ və sair coğrafi obyektlərə aid olan sözlər daha 
çox nəzəri cəlb edir. Məsələn, dərə, təpə, düz, tirə,  yal, 
gədih,  döĢ  və  s.  bu  kimi  ümumi  coğrafi  adlarla  yanaĢı 
Duzdağ,  Sirabdağı,  Nəhəcirdağı,  Asəf-kəf  dağı,  Böyük-
düz, Pürcuvar düzü və s. xüsusi toponimik adları vardır. 
Azərbaycanın  ayrılmaz  bir  guĢəsi  olan  Naxçıvan 
qədim  insanın  məskən  saldığı  ərazilərdən  biridir.  Nax-
çıvanın tarixi bizim eradan əvvəl III minilliyə aid edilir. 
Burada  bir  çox  yadelli  iĢğalçılar  hökmranlıq  etmiĢlər. 
Naxçıvan  Ġran,  Hindistan  kimi  ġərq  ölkələrindən,  Orta 
Asiyanın  və  Çinin  Ģəhərlərindən  Qərbə  gedən  ticarət 
yollarının  üzərində  yerləĢmiĢdi,  həmin  dövrdən  Naxçı-
vanda  sənətkarlıq  inkiĢaf  etmiĢ,  ticarət  iqtisadiyyatın 
yüksəlməsində  mühüm  rol  oynamıĢdı.  Burada  heyvan-
darlıq,  əkinçilik,  ipəkçilik,  toxuculuqla  məĢğul  olmuĢ-
lar.  Bütün  bunların  sayəsində  Naxçıvan  Ģivələrinin  lek-
sikası öz zənginliyi ilə baĢqa dialekt və Ģivələrdən xüsu-
silə fərqlənir. 
Dialekt  leksikasının  ən  maraqlı  qatını  terminoloji 
səciyyə  daĢıyan  leksika  təĢkil  edir.  Bu cəhətdən  Naxçı-

 
 
 
 
 
120 
van Ģivələrində iĢlədilən termin səciyyəli sözlərin öyrə-
nilməsi də maraqlıdır. 
Dilçilik  ədəbiyyatında  termin  çox  müxtəlif,  bəzən 
qeyri-müəyyən  mənalarda  iĢlədilir.  Görkəmli  Azərbay-
can  dilçisi  professor  S.Cəfərov  göstərir  ki,  elmin  müx-
təlif sahələrinə aid hər hansı bir əĢya və ya mücərrəd an-
layıĢ məfhumunu bildirən sözlər termin adlanır. Termin-
lər həmiĢə dəqiq bir mənaya, müstəqil və aydın bir məz-
muna malik olur [28]. 
Ġnsan  həyatının  müxtəlif sahələrini əhatə  edən  ter-
min səciyyəli sözlər mövcuddur. Elm, texnika, incəsənət 
terminlərini,  ictimai-siyasi  terminləri,  sənaye  və  kənd 
təsərrüfatı  terminlərini,  məiĢətə  və  qohumluq  əlaqələri-
nə aid terminləri göstərmək olar. 
Rayonun iqtisadiyyatında kənd təsərrüfatı əsas yer-
lərdən birini tutur. Taxılçılıq, üzümçülük və heyvandar-
lıq kənd təsərrüfatının mühüm sahələrindən biridir. Nax-
çıvan Ģivələrinin leksikasında həmin sahələri əhatə edən 
sözlərin  bir  çoxu  nəinki  ədəbi  dilimizdə,  hətta  baĢqa 
dialekt  və  Ģivələrdə  də  iĢlənmir.  Məsələn,  məkə  (qar-
ğıdalı), gülbəsər (xiyar), alı (gavalı), düələh (əyri xiyar), 
qıraqırtıĢ  (kiçik  yemiĢ  toplusu),  pazı  (çuğundur),  qo-
runkə (xəĢənbül) və s. bu kimi termin səciyyəsi daĢıyan 
sözləri göstərmək olar. 
Buranın  iqlim  Ģəraiti  üzümçülüyün  inkiĢaf  etdiril-
məsinə  imkan  verir.  Naxçıvanda  uzun  müddət  davam 
edən quru və soyuq iqlimə görə qıĢda üzüm tənəklərinin 

 
 
 
 
 
121 
üstü  örtülür.  Ağır  zəhmət  bahasına  baĢa  gələn  üzüm-
çülük təsərrüfatı ilə bağlı olaraq Naxçıvan rayonu Ģivə-
lərinin leksikasında müxtəlif məzmunlu, müxtəlif çalarlı 
sözlər  yaranmıĢdır.  Məsələn,  möv  (tənək),  mövlüx 
(üzüm  bağı),  mövrə  (üzümün  kəsilmiĢ  çubuqları),  mö-
vüz (qurudulmuĢ üzüm), küdara (daldırma), milax (asma 
üzüm).  Xəlili,  Nəbi  üzümü,  südağ  (süd  rəngli,  üzüm 
adı), tulagözü və s. 
Naxçıvanın  kəskin  kontinental  iqlimə  malik  olma-
sı,  burada  yağıntının  azlığı,  havanın  quraq,  yayın,  qis-
mən  də  payızın  yağıntısız  olması,  qıĢın  soyuq  keçməsi 
bitki örtüyünün formalaĢmasına təsir göstərmiĢdir. 
“Naxçıvan  MSSR-in  ərazisi  flora  cəhətdən  xeyli 
zəngindir.  Burada  2000-dən  artıq  ali  bitki  növünə  rast 
gəlmək  olar”  [24,  s.84].  Həmin  bitkilərin  bir  çoxundan 
xalq təbabətində, həmçinin elmi təbabətdə dərman kimi 
istifadə  olunur.  Bu  bitkilərin  əksəriyyəti  yerli  əhali 
tərəfindən  adlandırılmıĢdır.  Məsələn,  həmərsün  (itbur-
nu),  morçalıx,  bolu,  qabalax,  qarayonca,  çilədağ,  piĢ-
piĢə, Ģətərə və s. kimi bitki adlarına nə ədəbi dilimizdə, 
nə də baĢqa dialekt və Ģivələrdə rast gəlinir. 
Bu bölgənin sakinləri ipəkçilik və xırda sənətkarlı-
ğın  ayrı-ayrı  sahələri  ilə  uzun  müddət  məĢğul  olduqla-
rından leksikanın bu sahəsində də baĢqa dialektlərlə mü-
qayisədə  mühüm  fərq  nəzəri  cəlb  edir.  Məsələn,  qədələ 
(kiçik  küpə),  əngənəh  (xəmir  tabağı),  xum,  torpaqqazan 
(qab  düzəltmək  üçün  torpaq  çıxarılan  yer)  kimi  sözlər 

 
 
 
 
 
122 
dulusçuluqla,  qarıĢqa  yuxusu,  ĢümĢürüt  yuxusu,  künar 
və s. sözlər baramaçılıqla bağlıdır. 
Naxçıvanda heyvandarlıq, əsasən qoyunçuluq geniĢ 
yayılmıĢdır. Qoyunçuluqla bağlı olan sahələrdən biri də 
toxuculuqdur.  Naxçıvan  əhalisinin  ən  qədim  məĢğuliy-
yət sahələrindən biri olan toxuculuq leksikanın bu sahə-
sinin  zənginliyində  özünü  göstərir.  Burada  müxtəlif  na-
xıĢlı xalça, cecim, xurcun, corab, palaz, ip növlərinə rast 
gəlmək olar. 
Təsərrüfatın  tarixən  qədim,  zəhmət  tələb  edən,  la-
kin  iqtisadi  cəhətdən  əhəmiyyətli  sahələrindən  biri  də 
arıçılıqdır. Naxçıvanın bitki örtüyünün zənginliyi bu sa-
hənin inkiĢafına öz müsbət təsirini göstərmiĢdir. Rayon-
da  arıçılıq  təsərrüfatı  fəaliyyət  göstərir.  Rayonun  Ģivə-
lərinin leksikasında arıçılıqla bağlı olan söz və terminlər 
də müəyyən dərəcədə iĢlənir. 
Ümumiyyətlə,  Naxçıvan  Ģivələrində  terminoloji  sə-
ciyyə  daĢıyan  leksika  çox  zəngindir.  Ġstər  iqtisadiyyatın 
bütün  sahələrini,  istərsə  də,  mədəniyyət  və  sənətkarlığı, 
mənəviyyatımızı əhatə edən termin səciyyəli sözlər Muxtar 
Respublikanın mədəni inkiĢaf tarixindən xəbər verir. 

 
 
 
 
 
123 
NAXÇIVAN ġĠVƏLƏRĠNDƏ ĠġLƏNƏN BƏZĠ 
TERMĠN SƏCĠYYƏLĠ SÖZLƏRĠN BAġQA 
QOHUM DĠLLƏRLƏ MÜQAYĠSƏSĠ 
A
zərbaycan  dili  öz  quruluĢu  etibarilə  dünya  dilləri 
içərisində  mühüm  yer  tutan  türk  dilləri  ailəsinə  daxildir. 
Bu  bir  həqiqətdir  ki,  baĢqa  dillərin  təĢəkkülündə  olduğu 
kimi,  Azərbaycan  dilinin  təĢəkkülündə  də  bu  və  ya  digər 
qohum dillər böyük rol oynamıĢdır. Demək olar ki, vaxtilə 
eyni  bir  mənĢəyə  bağlı  olmuĢ  bir  sıra  dillər  müxtəlif 
inkiĢaf  Ģəraitində  getdikcə  bir-birindən  uzaqlaĢmıĢ  və 
müstəqil  dillər  kimi  təĢəkkül  tapmıĢdır.  Eyni  mənĢədən 
təĢəkkül  tapan  türk  dillərinin  inkiĢaf  mərhələsini 
N.A.Baskakovun  ümumtürk  dillərinə  verdiyi  təsnifdən 
aydın görmək olar. 
Türk  xalqlarının  əksəriyyəti  köçəri  həyat  sürmüĢlər. 
Onlar  əsasən  heyvandarlıqla  məĢğul  olmuĢlar.  Buna  görə 
də həmin xalqların leksikasında heyvandarlıqla bağlı olan 
bir  sıra  terminlər  vardır,  həm  də  çox  maraqlıdır  ki,  bu 
terminlərin əksəriyyəti sırf türk sözləridir. 
Dialekt  xüsusiyyəti  daĢıyan  və  heyvandarlıqla  bağlı 
olan  bir  neçə  sözün  türk  dilləri  ilə  müqayisəsi  yuxarıda 
dediklərimizə misal ola bilər. 
Ayqır sözü altay, baĢqırd, qazax, qırğız, qara-qalpaq, 
qumuq, noqay, tatar, türkmən, özbək, uyğur dillərində də 
eynilə iĢlənir (ġB, s.153). 

 
 
 
 
 
124 
Ayğır  sözü  müasir  türk  dilində  beygir  (KTR,  s.60) 
formasında eyni mənanı verir. Lakin müasir qaqauz dilin-
də beygir (QRM, s.78) at deməkdir. Müasir qaqauz dilində 
at sözünə az təsadüf edilir. “Bu sözə xalq mahnılarında və 
xalq  yaradıcılığının  müxtəlif  janrlarında  təsadüf  edilir” 
[111, s.221]. M.Quboğluya görə, beygir sözü qaqauz dili-
nə  türk  dilindən  keçmiĢdir  (Onu  da  xüsusi  qeyd  etmək 
lazımdır  ki,  sovetlər  dönəmində  eyni  kökə  məxsus  olan 
türk  dilli  xalqları  bir-birindən  aralı  salmaq  üçün  bu  cür 
ifadələrdən idtifadə edilərdi). 
Ayğır – beygir sözləri mənĢəcə eyni olmuĢ, sonralar 
fonetik hadisəyə uğrayaraq ayrı-ayrı forma almıĢdır. 
Naxçıvan  Ģivələrində  iĢlənən  day  və  dayça  sözləri 
türk  dilləri  ilə  müĢtərəkdir.  Bu  sözlər  altay,  qazax,  tatar 
dillərində  tay  (bir  illik  at),  baĢqırdca  tay,  özbəkcə  toy, 
yakut dilində tıy (iki illik at), xakas dilində tay (iki yaĢdan 
üç yaĢadək at) Ģəklində iĢlənir. 
Dana  sözü  baĢqırdca  tana  (bir  ildən  iki  yaĢa  qədər), 
qaqauz dilində dana, qırğız, noqay, tatar, özbək dillərində 
tana  (iki  yaĢda),  qara-qalpaq,  türkmən  dillərində  tana, 
türkcə dana formasında iĢlədilir (ġB, s.101). 
A.M.ġerbakın  fikrincə,  tana  sözü  ilk  zamanlar  diĢi-
lərə  mənsub  olmuĢdur  və  bu  türk  xalqlarının  əksəriyyəti-
nin  dilində  özünü  göstərir.  Bəzi  türk  dillərində  tana  sözü 
semantik  cəhətcə  dəyiĢibdir.  Həmin  söz  Naxçıvan 
Ģivələrində  düə,  qaqauz,  noqay,  türk,  türkmən  dillərində 
duva // düya – üç illik inək mənasında iĢlənir. 

 
 
 
 
 
125 
ġiĢək  sözü  baĢqırdca  ĢeĢak  (iki  yaĢdan  üç  yaĢadək 
qoyun),  qaqauz  dilində  ĢiĢek  (üçillik  qoyun),  qırğızca 
ĢiĢek, iĢek (axtalanmıĢ ikiillik erkək), tatarca ĢeĢak, türkcə 
ĢiĢek,  özbəkcə  ĢiĢak (bir  yaĢdan  iki  yaĢadək  qoyun)  kimi 
iĢlədilir (ġB, s.115). 
Oğlax  sözünə  qaqauz  dilində  olak,  türk,  uyğur  dil-
lərində oğlak, türkməncə ovlak deyilir (ġB, s.119). 
Ulax  sözü  türk  dillərindən  ancaq  türkmən  və  qırğız 
dillərində iĢlənir. Bu sözə türkmən dilində ulaq (TR,  s.659), 
qırğız dilində ulo (ġB, s.123) formasında təsadüf edilir. 
Bizcə  ulo  sözü  ulax  olmuĢ,  sonralar  a,  x  səsləri  fo-
netik hadisəyə uğramıĢ a

o əvəzlənməsi getmiĢ, x səsi isə 
düĢmüĢdür.  Bu  da  təsadüfi  deyildir.  Ulax  sözü  Ģivələrdə 
tərkib  daxilində  ula  Ģəklində  iĢlənir.  Məsələn,  “A  bala  o 
ulaa diĢaa burax” (C.). 
Qodux sözü qaqauzca koduk, qazaxca kodık, qırğız-
ca  kodik,  türkcə  kuduk,  türkməncə  ğodık  kimi  iĢlənir. 
Naxçıvan  Ģivəsində  iĢlənən  xotux  forması  özbək  dilində 
xutik, uyğur dilində isə xotak kimi ifadə edilir (ġB, s.124). 
Əzman // dızman sözü qaqauz dilində azman (QRM, 
s.30) Ģəklində eyni mənada iĢlədilir. 
Naxçıvan  Ģivəsində  iĢlənən  suvarma  ilə  bağlı  olan 
“xəkov suyu” ifadəsi də öz iĢlənmə dairəsinə görə maraq-
lıdır.  Bu  ifadə  türkmən  dialektlərində  “xəkap  suv”  (əkin-
dən sonra ilk su) kimi iĢlənir. Xəkab fars mənĢəli sözdür. 
Xək  //  xak  ərəbcə  (torpaq),  ab  ərəbcə  (su)  deməkdir. 
Xakab  torpaq  suyu  mənasını  ifadə  edir.  Naxçıvan  Ģivə-

 
 
 
 
 
126 
sində  iĢlənən  “xəkov  suyu”  ifadəsinə  gəlincə,  məlumdur 
ki, alınma sözlər dialektdə fonetik dəyiĢikliyə uğrayır. Be-
ləliklə,  demək  olar  ki,  “xəkov  suyu”  ifadəsi  fars  dilindən 
alınmadır. 
Türk dillərində toxuculuq terminləri qədim bir dövrü 
əhatə edir. Bu səbəbdən də leksikanın toxuculuq sahəsində 
qohum dillərdə bəzi terminlər üst-üstə düĢür. 
Məsələn, arğac (TR, s.49), darak (toxuculuq aləti) (TR, 
s.246), keçə (TR, s.396), kilim (TR, s.397), palas (TR, s.512), 
çuval  (TR,  s.739),  eriĢ  (TR,  s.792),  yumak  (TR,  s.801), 
türkmən dilində, ip (KTR, s.191),  yümak (KTR, s.397),  yün 
(KTR,  s.398),  türk  dilində,  arğac  (QRM,  s.52),  qüjü  (kücü) 
(QRM,  s.122),  darak  –  toxuculuq  aləti  (QRM,  s.132),  ip 
(QRM,  s.204),  yumak  (QRM,  s.220)  və  s.  qaqauz  ədəbi 
dillərinə  mənsub  olan  sözlər  Naxçıvan  rayon  Ģivələrində 
iĢləndiyi kimi eyni mənanı kəsb edir. 
Köl (toxuculuqda  gül adı) sözü türkmən dilinin təkə 
Ģivəsində  qöl  Ģəklində,  pendin  Ģivəsində  ayna  qöl  (SM, 
s.251) naxıĢ adı kimi iĢlənir. 
Bitki  adlarından  qaqauz  dilində  alma  (s.42),  armut 
(s.53),  quven  (s.221)  –  gəvən,  keviz  (s.185)  –  cəviz,  injir 
(s.203),  yonja  (s.219)  [112],  türkmən  dilində  alça  (s.42), 
armıt  (s.52),  badam  (s.65),  badamjan  (s.65),  qazayak 
(s.139), qöven (s.193) – kəvən, quĢqonmaz (s.216), qiyak 
ot  (s.239),  darı  (s.247),  injir  (s.355),  kiĢmiĢ  (s.401),  maĢ 
(s.467),  narpız  (s.470)  –  yarpız,  üzərlik  (s.669),  çayır 
(s.718),  esgeri  üzüm  (s.794),  türk  dilində  ayva  (s.47)  – 

 
 
 
 
 
127 
heyva, biber (s.61), ceviz (s.77), çalı (s.81), çeltik (s.86), 
karpuz  (s.212),  kavun,  (s.214),  kuĢkonmaz  (s.241),  sulu 
armut (s.331) sözləri Naxçıvan Ģivələri ilə müĢtərəkdir. 
Türkmən, türk və qaqauz dillərində baĢqa terminlərə 
aid olan aĢağıdakı sözlər də Naxçıvan Ģivələri ilə müĢtərək 
Ģəkildə iĢlənir. 
Türkmən  dilində:  qarayelin  (s.155),  qöç  (s.204)  – 
köç,  quymak  (s.207),  qurbağa  (s.211),  quĢqun  (s.216), 
qılıç  (s.231)  –  toxuculuq  aləti,  qırğı  (s.233),  döl  (s.282), 
kervenqıran  (s.392)  –  ulduz,  (s.  393),  kırkayak  (s.424)  – 
həĢərat,  puxarı  (s.538),  uçuq  (s.665)  –  dodağın  uçuqla-
ması, çillə (s.732) – qıĢ ayı, əpiĢqe (s.798) – xaqyĢqa, ya-
tak (s.821) – heyvan saxlanan yer. 
Türk  dilində:  balkon  (s.51),  balta  (s.51),  bıldırcın 
(s.60), çıban (s.87), göç (s.152) – köç, keklik (s.217) kəx -
lix ,  ocak  (s.281),  sancı  (s.311)  –  xəstəlik,  tava  (s.348), 
tilki (s.358) və s. 
Qaqauz  dilində:  bülbül  (s.100),  bıçkı  (s.102),  boz 
qarğa (s.105), qayğana (s.105)  –  qayqanax, qöç (s.120)  – 
köç,  döĢek  (s.  160),  yaba  (s.207),  yastık  (s.217),  yorğan 
(s.219) və s. 
 

 
 
 
 
 
128 
ƏKĠNÇĠLĠYƏ AĠD TERMĠNLƏR 
a) Bostan və tərəvəz məhsullarının adları 
Qıra  (Büt.Ģ.)  –  qovun  tağında  çiçəkdən  sonra 
əmələ  gələn  bəhər.  Qazax,  Ġrəvan  və  Ordubad 
Ģivələrində də eyni mənada iĢlədilir  [20, s.139]. 
ġirin qıra (Büt.Ģ.) – yetiĢməmiĢdən yeyilən qovun. 
ġalax (Büt.Ģ.) – göy zolaqlı qovun. 
ġamama (Büt.Ģ.). 
Uzun qavın (C.). 
Sarı qavın (Büt.Ģ.). 
Köy qavın (Büt.Ģ.). 
ġax taxtı  qavını  (Əlia.,  Cava.,  Q.,  Sova.)  –  uzun 
sarı  rəngli  qovundur.  Ətri  və  Ģirinliyinə  görə  baĢqa  qo-
vunlardan  seçilir.  ġahtaxtı  kəndində  yetiĢdirildiyi  üçün 
bu ad verilmiĢdir. 
Böyükdüz  qavını  (Əlia.,  Cava.,  Q.,  Sova.)  –  çox 
da  böyük  olmayan  sarı  rəngli  qovundur.  YetiĢəndə  baĢ 
hissəsi partlayır. Ətirli və Ģirin olur. 
ĠmiĢli  yemiĢi  (Büt.Ģ.)  –  sarı  rəngli  kiçik,  girdə 
yemiĢdir. 
Qarpız: qara qarpız: ala qarpız // mal qarpızı, xunu 
qarpız  (uzunsov  qarpız).  Xunu  qarpıza  Göyçay  rayonu 
Ģivələrində xonı qarpız  [96, s.18] deyilir. 
Boranı // qabax (Büt.Ģ.) – balqabaq. 
Qara badımcan (Büt.Ģ.) – badımcan. 

 
 
 
 
 
129 
Gülbəsər (Büt.Ģ.) – xiyar. 


ələx  (Büt.Ģ.) – əyri xiyar. 
Bibar (Büt.Ģ.) – bibər. 
ġirin bibar (Büt.Ģ.). 
Acı bibar (Büt.Ģ.). 
MaĢ  (Büt.Ģ.)  –  lobya,  Ordubad  Cəbrayıl,  Qazax, 
ġahbuz,  Salyan  rayonlarında  maĢ,  Qubada  moç    [20, 
s.137] adlanır. 
Attı  maĢ  (Büt.Ģ.)  –  kolu  ağaca  sarmaĢan  lobya. 
Göyçay Ģivələri leksikasında da eyni mənanı verir  [21, 
s.18]. 
Çolax  maĢ  (Büt.Ģ.)  –  kolu  alçaq,  dik  duran  lobya 
növüdür. YumĢaq, ətirli paxlaları olur. 
Məkə  (Büt.Ģ.)  –  qarğıdalı,  Ordubad,  ġərur,  Culfa 
Ģivələrində  də  belə  iĢlədilir.  Lənkəran  rayonu  leksika-
sında bu mənanı “məkə – boğda” sözü verir  [20]. 
Qaragöz rehan (Büt.Ģ.) –  reyhanın bir növü. Yar-
paqları tünd qəhvəyi rəngə çalan reyhan. 
Alagöz  reyhan  (Büt.Ģ.)  –  yarpaqlarının  üstündə 
yaĢıl, qəhvəyi rəngə çalan zolağı olur. 
Qodem (Büt.Ģ.) – vəzəri. 
Ġspanax (Büt.Ģ.) – ispanaq. 
Pazı (Büt.Ģ.) – çuğundur. Qərb qrupu dialekt və Ģi-
vələrində də pazı iĢlənir  [22, s.232]. 
Bostan və tərəvəz məhsullarına aid olan bəzi sözlər 
ədəbi dildə müĢtərək iĢlənir. Bunlar aĢağıdakılardır: 

 
 
 
 
 
130 
Kələm, pomidor, paxla, noxud, günəbaxan, tərxun, 
kəvər, keĢniĢ, nanə və s. 
 
b) Dənli bitkilər, taxılçılığa aid söz və 
terminlər 
Arpa (Büt.Ģ.). 
ġeĢəli  arpa  (C.,  P.,  Buz.)  –  sünbülləri  iki  cərgəli, 
qılçıqlı küləĢi sarıdır. 
Yazdıx arpa (Büt.Ģ.) – yazda əkilən. 
Payızdıx arpa (Büt.Ģ.) – payızda əkilən. 
Naxçıvandəni (Büt.Ģ.) – həm payızda, həm də yaz-
da əkilir. Yazda əkildikdə payızda əkilənə nisbətən dən-
ləri xırda olur. 
Buğda (Büt.Ģ.). 
Cəfəri  buğda  (C.,  P.,  Buz.)  –  sünbüllüəri  ağ,  qıl-
çıqlı, tüksüzdür. Dəni ağ rənglidir, tez yetiĢən buğdadır. 
Qaraqılçıx  (Büt.Ģ.) – sünbülləri iki cərgə düzülən, 
uzun qaraya çalan qılçıqları olan buğdadır. 
Uruset  buğdası  (Büt.Ģ.)  –  sünbülləri  qırmızı,  tük-
lüdür. 
DəvədiĢ  buğda  (Büt.Ģ.)  –  bərk  buğda  növüdür. 
Sünbülləri qırmızı, tüklüdür. Qılçıqları qara olur. 
Yazdıx buğda (Büt.Ģ.) – yazda əkilən buğda. 
Payızdıx buğda (Büt.Ģ.) – payızda əkilən. 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə