Telman qulġyev



Yüklə 2.82 Kb.
Pdf просмотр
səhifə4/10
tarix29.05.2017
ölçüsü2.82 Kb.
1   2   3   4   5   6   7   8   9   10

 
 
 
 
 
71 
nin mаddi ifаdəsidir. Etnoqrafik materialları və “folklor 
örnəklərini sistеmli, аrdıcıl Ģəkildə öyrənməklə xаlqımı-
zın tаrixini, onun düĢüncə tərzini, mənəvi аləmini bərpа 
еtmək  mümkündür”  (42,  s.7).  Bu  məqsədlə  material 
toplаmаlаrı  zаmаnı  mütəxəssis  müĢаhidələri  də  bunu 
deməyə əsas verir ki, söyləyicilərin dаnıĢdığı nаğıllаrdа, 
yаxud  əfsаnə,  ovsun  və  bаyаtılаrdа  ifаdə  olunаn  fikir 
bütövlüyü  min  illərlə  dаvаm  еdən  sosiаl  və  еtnik-
mədəni prosеslərin yаdigаrıdır. 
Görkəmli folklorĢünas alim Azad Nəbiyev yazır ki, 
dünya xalqlarının müxtəlif dövrlərdə el ədəbiyyatı, xalq 
icadı,  ağız  ədəbiyyatı,  el  sözü,  xalq  yaradıcılığı,  Ģifahi 
ədəbiyyat, xalq hikməti və s. adlandırdığı bu bədii yara-
dıcılığın  fenomenal  təbiəti  əslində  hələ  açıqlanmamıĢ-
dır.  Təxminən  son  yüz  ildə  dünya  elmi  tərəfindən  folk-
lor adı altında öyrənilən söz sənəti təbii ki, bir çox özəl-
likləri ilə əlamətdardır [81, s.22]. 
Mütəxəssislərin  qənaətinə  görə,  folklor  Ģifahi  Ģə-
kildə yaranan, onu  yaradan xalqın mənəvi-əxlaqi bütöv-
lüyünü  və  qabaqcıl  dünyagörüĢünü  özündə  əks  etdirən 
söz  sənətidir.  Bu  söz  sənəti  xalq  təfəkkürünün  erkən 
çağlarından  baĢlayaraq  inkiĢafın  müxtəlif  dövrlərini  və 
mərhələlərini,  milli  məiĢət  həyatını  və  xalqın  milli  psi-
xologiyasını özündə əks etdirir. Xalqın Ģifahi yaradıcılı-
ğında ibtidai insanın erkən əmək, məiĢət həyatından tut-
muĢ onun təbiətə ilkin bədii münasibəti – simvolik, feti-
Ģist,  magik  və  totemistik  görüĢləri,  animist  və  mifoloji 

 
 
 
 
 
72 
təsəvvürləri  əks  olunmuĢdur.  Bu  Ģifahi  söz  sənətində 
xalqın  ilkin  inamları,  etiqadı,  ayin  və  mərasimləri  bədii 
həqiqətlərə  çevrilib  yaĢamıĢ  və  bir  çoxu  bu  günümüzə 
qədər  gəlib  bizə  çatmıĢdır.  Ağız  ədəbiyyatı  xalqın  psi-
xoloji dünyası, etik-estetik dünyagörüĢü ilə sıx bağlı ol-
muĢ, qabaqcıl ideallar, hümanist görüĢlər zəminində ya-
ranıb formalaĢmıĢdır.  
Bədii  təfəkkür  hüdudları  geniĢləndikcə  xalqın  dü-
Ģüncəsində  xeyir  və  Ģər,  yaxĢılıq  və  pislik,  cəsarət  və 
qəhrəmanlıq,  sevgi,  qəzəb  kimi  duyğular  formalaĢmıĢ-
dır.  Daim  intibahda  olan  xalq  təfəkküründə,  ahəngli, 
ritmli  deyimlərdən  daha  kamil,  qəlibli,  ölçülü  forma  və 
Ģəkillər  törəmiĢdir.  Bədii  təfəkkür  inkiĢaf  etdikcə  insa-
nın  intəhasız  hisslər  və  duyğular  dünyasını  əks  etdirən 
yeni-yeni  bədii  nümunələr  yaranmıĢdır.  Ta  qədimdən 
baĢlayaraq  ayrı-ayrı  xalqların  yaratdığı  ağız  ədəbiyyatı 
bu  xalqların  tarixini,  mədəniyyətini,  məiĢətini,  həyatını 
özündə bəzən bütöv halda yaĢatmıĢdır. Tarix səhnəsində 
elə  məqamlar  var  ki,  xalq  özü  sıradan  çıxmıĢ,  ancaq 
onun  ağız  ədəbiyyatı  yaĢamıĢ  və  onu  yaradan  xalqın 
adını  tarixə  əbədi  həkk  etmiĢdir.  Xalqların  yaratdığı 
ağız  ədəbiyyatı  müxtəlif  adlar  altında  yaĢamıĢ  və  son-
rakı nəsillərə ötürülmüĢdür [81, s.23].  
Elmi ədəbiyyatda belə bir fikir üstünlük təĢkil edir 
ki,  xalqın  epik  və  etnik  yaddaĢı  onun  folklorudur.  Epos 
– sözün həqiqi mənasında ana və beĢik etnosun özüdür, 
milli  “mən”in  və  genin  uyuduğu  əbədi  “yurd  yeri”dir, 

 
 
 
 
 
73 
baba ruhunun, ata soyunun və ana dilinin yaĢadığı ilahi, 
sakral  bədii  yuva  və  ərazidir,  yalnız  azəri,  yalnız  türk 
ünvanlı hikmətin və irfanın, istəyin və arzunun, təsəvvür 
və  təfəkkürün,  təkrarsız  mənəvi  aləmin  bitib-tükənmə-
diyi  xəzinədir.  Hələ  bu  da  azmıĢ  kimi,  “Folklor  ġərq 
müdriklərinə öz sərrastlığı və dəqiqliyi ilə seçilən elə bir 
hikmət  bəxĢ  etmiĢdir  ki,  eĢidənlər  bir  yandan  mat  qalır, 
digər tərəfdən də onlara pərəstiĢ edirlər” [109, s.18; 11]. 
Folkloru  bilmədən  millətin  psixologiyasını,  müstəqil, 
milli, fərdi mentalitetin sabit, əbədi daĢıyıcısı kimi onun etnik 
“mən”ini,  ümumbəĢəri  və  qlobal  yaddaĢda  məhz  bu  “mən”lə 
təmsil olunan bədii arxetipi, fəlsəfi-estetik kodu və geni arayıb-
axtarmaq,  tapıb,  ayırıb  incələmək  qeyri-mümkündür.  YaĢar 
Qarayevin  dəqiq  iĢlətdiyi  obraz  və  ifadələrlə  desək,  vəhdətə 
aparan yol, ünvan və məskən kimi eĢqin “can evi”nə (Füzuli) 
hikmətdən,  sözdən  təməl  və  daĢ  qoyan,  əzəli,  əbədi,  vahid 
mənəvi  məkanı  hissin,  Ģüurun  stixiyasında,  əsatirdə  və 
bayatıda,  nağılda  və  dastanda  yaĢadan,  xalqın  bütövlüyünü, 
soyunu, əslini, zatını inamda, düĢüncədə, mənəviyyatda yox ol-
mağa, dağılmağa, tar-mar olmağa qoymayan – folklordur [11].  
XIX  əsrin  axırlarından  etibarən  “Foklor”  anlayıĢı 
altında  tədqiqat  obyekti  və  onun  haqqındakı  elm  birləĢ-
dirilirdi.  “Folklor”  termini  XX  əsrin  birinci  onilliyində 
rus folklorĢünaslığında qəti Ģəkildə iĢlənməyə baĢladı və 
sovet dövründə onun elmdə bərqərar olması prosesi baĢa 
çatdı  [7,  180].  Etimoloji  baxımdan  ingilis  sözü  olan 
“folklore” anlayıĢı da maraq doğurur. Belə ki, folk – xalq 

 
 
 
 
 
74 
deməkdir, lore isə bilik mənasındadır. Mənası xalq biliyi 
və  hikməti  olub  “xalq  müdrikliyi,  söz  və  ya  həqiqət” 
mənasında  baĢa  düĢülməlidir.  Müxtəlif  elmlərin  qov-
Ģağında  öyrənilməsinə  ehtiyac  olan  bu  “kamal  dünya-
sının”  araĢdırılmaya  cəlb  edilməsinin  tarixi  isə  o  qədər 
uzun  deyildir.  Özünün  əcdad  mədəniyyətini,  ulu  tarixini 
öyrənməyə  cəhd  edən  xalqlar  araĢdırmalarında  ilk  öncə 
özlərinin Ģifahi söz sənətinə müraciət etmiĢlər [81, s.24].  
Bu termin (Folk-lore) ilk dəfə Uilyam Con Tomsun 
(William  John  Thoms,  1803-1885)  1846-cı  ildə  Ġngiltə-
rədə nəĢr olunmuĢ “Athenaeum” adlı aylıq ədəbi jurnala 
daxil  edilmiĢ  məqaləsində iĢlədilmiĢ  və  elə  həmin  vaxt-
dan  demək  olar  ki,  dünyanın  ədəbi  xəritəsində  özünə-
məxsus deyimi ilə diqqəti cəlb edir [43, s.167].  
Lakin  Ģifahi  xalq  ədəbiyyatının,  yaxud  folklorun 
mənĢəyi  qədim  zamanlarda  yaranan  sözün  tarixi  qədər 
böyük və uzun bir yolun baĢlanğıcına gedib çıxır. Folk-
lor haqqında ayrı-ayrı dövrlərdə müxtəlif nəzəri fikirlər 
və  mülahizələr  irəli  sürülmüĢ,  ona  müxtəlif  baxıĢlar 
mövcud  olmuĢdur.  Bəzən  xalq  anlamının  düzgün  dərk 
edilməməsi, onun zümrələrə və qruplara bölünməsi mü-
əyyən  yanlıĢlıqlara  rəvac  vermiĢdir.  Bəziləri  bu  sənətin 
cəmiyyətin müxtəlif zümrələri tərəfindən yaranması, bir 
zümrənin yaradıcı, digərinin yaĢadıcı olması fikrini irəli 
sürmüĢlər.  Lakin  yaranıĢı  müxtəlif  zümrələrə  bağlı  he-
sab edilməsindən asılı olmayaraq, xalqın bədii yaradıcı-
lığı  daim  davam  etmiĢ,  milli  məiĢətin  müxtəlif  sahələ-

 
 
 
 
 
75 
rində  baĢ  verən  ziddiyyət,  yüksəliĢ,  tərəqqi  və  intibah-
lar,  yaxud  sarsılma  və  süqutlar  xalq  yaradıcılığında  bu 
və  ya  digər  Ģəkildə  öz  bədii  əksini  tapmıĢdır.  Ona  görə 
də  folklor  termini  bu  gün  daha  geniĢ  anlamda  baĢa 
düĢülməlidir.  
FolklorĢünasların  fikrincə,  folklor  təkcə  xalq  hik-
məti  kimi  yox,  xalqın  qabaqcıl,  aparıcı  dünyagörüĢünü 
əks etdirən söz sənəti kimi dərk edilməlidir. Onun bəzən 
dar ölçülərdə və anlamlarda qəbul edilməsi bu söz sənə-
tinin  “bəyaz”,  aĢağı  zümrənin,  çoban-çoluğun  düzüb 
qoĢduğu söz sənəti kimi yanlıĢ mövqedən baĢa düĢülmə-
sinə  səbəb  olmuĢdur.  Bu  isə  xalqların  erkən  qaynaqlar-
dan uzaqlaĢmasına, ulu əcdadların yaratdığı mənəvi də-
yərlərdən  ayrı  düĢməsinə,  öz  keçmiĢini  yadırğamasına 
gətirib çıxarmıĢdır. Bütün baĢqa xalqlar kimi, Azərbay-
can  türklərinin  adət-ənənəsi,  ayin  və  etiqadları,  erkən 
etik və estetik düĢüncəsi onun ağız ədəbiyyatında bütöv 
Ģəkildə öz əksini tapmıĢdır. Bu gün türkün tarixini, este-
tik  düĢüncəsini  və  milli  psixologiyasını  onun  ağız  ədə-
biyyatından  kənarda  öyrənmək  mümkün  deyildir.  Ona 
görə  də  zaman  keçdikcə,  xalqların  sivil  mədəniyyətə 
doğru  inkiĢafı  sürətləndikcə  özünü  öyrənməyə,  keçmi-
Ģinə və milli mənliyinə qayıtmağa ehtiyac artır. Öz tari-
xini  və  mənəvi  dəyərlərini  öyrənmədən  dünya  mənəvi 
dəyərlərinə yiyələnməyin qeyri-mümkün olduğunu artıq 
tarix  sübut  etmiĢdir.  Ona  görə  də  bu  gün  ümumdünya 
mədəniyyətinin  zənginliklərinə  bələd  olmaq  üçün  ilk 

 
 
 
 
 
76 
öncə  öz  ağız  ədəbiyyatımızı  bütün  incəliyi,  özünəməx-
susluğu  və  milli  xüsusiyyətləri  ilə  öyrənmək  gərəkdir 
[81, s.25].  
Bu  gün  əldə  olan  mədəni  irs  materialları  da  sübut 
edir  ki,  xalqın  yaratdığı  Ģifahi  yaradıcılıq  nümunələri 
geniĢ və çoxcəhətlidir. Bu bədii yaradıcılıqda xalq həya-
tının,  mənəviyyatının  müxtəlif  cəhətləri  bədii  Ģəkildə 
əks  olunmuĢdur.  Hələ  erkən  çağlardan  baĢlayaraq  ayrı-
ayrı  ayin,  etiqad  və  mərasimləri  dolğun  təhkiyəyə  və 
poetik tərkibə malik nəğmələr rövnəqləndirmiĢdir. Ağız-
da yaranan, kollektivin köməyi ilə cilalanan variantlarda 
yayılan  nəğmə,  nağıl,  dastanlarımızla  yanaĢı,  bədii  tə-
fəkkürün  erkən  mərhələləri  ilə  bağlı  törəyən  inanc,  fal, 
alqıĢ,  öyüd,  təsəlli,  məsəl  və  b.  nümunələr  də  çox  əski 
çağlardan  mövcud  olmuĢdur.  Yuxarıda  deyildiyi  kimi, 
bədii təfəkkürün bütün bu hikmət dünyası – ağız ədəbiy-
yatı,  xalq  yaradıcılığı  və  yaxud  folklor  adlandırılmıĢdır 
[81, s.33-34].  
Hər  bir  tаrixi  dövrdə,  müəyyən  zаmаn  və  məkаn 
dаxilində bаĢ vеrən həyаt tərzi, dünyаgörüĢü, cəmiyyət-
dəki  dəyiĢikliklər,  informаsiyа  bolluğu,  tеxniki  tərəqqi 
Ģifаhi  xаlq  yаrаdıcılığınа  təsir  еdən  аmillərdəndir.  Nə-
dənsə  uzun  illərdən  bəri  əcdаdlаrımızın  qаzаndığı  mə-
nəvi  irs  yеni  nəsillərdə  özünü  bir qədər zəif büruzə  vе-
rir.  Həttа  bаĢqаlаrınа  məxsus  olаn  аdət-ənənələri  içəri-
mizə gətirmək mеyilləri də vаrdır. Аncаq bu  yаd ünsür-
lər hеç vаxt öz dаvаmlılığını qoruyub sаxlаyа bilməmiĢ-

 
 
 
 
 
77 
dir. Məhz bu kеyfiyyətləri əsаs götürməklə dеyə bilərik 
ki,  uzun  təkаmül  yolu  kеçmiĢ  Ģifаhi  xаlq  yаrаdıcılığı 
onа  yаd  olаn  təsirləri  qəbul  еtməmiĢdir.  Söz  və  sözün 
sеhri,  böyüklüyü  qаrĢısındа  еhtirаmını  ifаdə  еdən  klаs-
siklərimiz  “söz”ə  tərif  dеmiĢ,  qüdrətli  sözü  nəzmə  çək-
məklə  bir  dаhа  onu  “böyütmüĢlər”.  Bu,  o  sözlərdir  ki, 
xаlq min illərdir onun duаlаrının, аlqıĢlаrının, lаylаlаrı-
nın, bаyаtılаrının Ģirin həzinliyinə bürünüb. O “söz” ki, 
bizi  əfsаnə  sеhrinə,  nаğıl  dünyаsınа  аpаrıb,  məclisləri-
mizi rövnəqləndirib. Ulu Tаnrı insаn oğlunа dа onu dərk 
еtməyi,  kаmilliyə  qovuĢmаğı  sözlə  çаtdırıb.  Dеmək, 
sаdə  sözün  mürəkkəb  həqiqəti,  yаxud  mürəkkəb  dərkе-
dilməzliyin sаdə formulu vаrdır [42, s.7-8]. 
Xalqın  yaratdığı  Ģifahi  yaradıcılıq  nümunələri  ge-
niĢ və çoxcəhətlidir. Bu bədii yaradıcılıqda xalq həyatı-
nın, mənəviyyatının müxtəlif cəhətləri bədii Ģəkildə əks 
olunmuĢdur. Ağızda yaranan, kollektivin köməyi ilə ci-
lalanan,  variantlarda  yayılan  nəğmə,  nağıl,  dastanları-
mızla yanaĢı, bədii təfəkkürün erkən mərhələləri ilə bağ-
lı törəyən inanc, fal, alqıĢ, öyüd, təsəlli, məsəl və b.  nü-
munələr  də  çox  əski çağlardan  mövcud  olmuĢdur.  Bədii 
təfəkkürün  bütün  bu  hikmət  dünyası  –  ağız  ədəbiyyatı, 
xalq  yaradıcılığı  və  yaxud  folklor  adlandırılmıĢ,  yazıya 
qədərki bu ədəbiyyatın yaranmasından, onun növ, janr və 
forma xüsusiyyətlərindən, nəzəri qayda və qanunlarından 
bəhs edən elm sahəsinə folklorĢünaslıq deyilmiĢdir.  

 
 
 
 
 
78 
Deməli, folklorĢünaslıq yazıya qədərki ədəbiyyatın 
yaranmasından,  onun  növ,  janr  və  forma  xüsusiyyətlə-
rindən, nəzəri qayda və qanunlarından bəhs edən elm sa-
həsidir.  Tarix,  fəlsəfə,  etnoqrafiya,  antropologiya  kimi 
digər  elmlərlə  müqayisədə  folklorĢünaslıq  nisbətən  ca-
van  elm  sahəsidir  və  onun  meydana  gəlməsi  XIX  əsrin 
ortalarına  təsadüf  edir.  Avropada  müxtəlif  folklorĢü-
naslıq  məktəblərinin  yaranması  folklorĢünaslığın  bey-
nəlxalq miqyasda kütləvi elm səviyyəsinə yüksəlməsinə 
səbəb oldu.  
Hər  bir  xalq  milli  folklorunu  araĢdırmaqla  özünün 
milli  mədəniyyət  tarixini,  soy-  kökünü,  baĢqa  xalqların 
mədəniyyəti  içərisində  özünəməxsusluğunu  müəy-
yənləĢdirməyi  qarĢıya  məqsəd  qoymuĢdur.  Bu  mənada 
türk  xalqlarının  folklor  irsinin  öyrənilməsində  də 
Azərbaycan folklorĢünaslıq məktəbinin zəngin ənənələri 
vardır. Milli ağız ədəbiyyatının yaranması, janrlaĢma ta-
rixi  prosesi  nə  qədər  qədimlərə  gedib  çıxsa  da,  onu  öy-
rənən elmin meydana gəlməsi əsasən iyirminci əsrin əv-
vəllərinə  təsadüf  edir.  Azad  Nəbiyevin  təbirincə  desək: 
“Əslində  Azərbaycan  folklorĢünaslığı  geçikmiĢ  folklor-
Ģünaslıq  idi.  Avropada  almanlar,  ingilislər,  fransızlar, 
finlər  və  b.  öz  Ģifahi  ədəbiyyatlarını  –  əsatir  və  nağılla-
rını,  mərasim  və  əmək  nəğmələrini  geniĢ  Ģəkildə  topla-
yıb öyrəndiyi bir vaxtda bizimi ağız ədəbiyyatımız hələ 
yazıya  alınıb  toplanmamıĢdı”  [81,  s.57-58].  Folklor-
Ģünas alimə görə, bunun baĢlıca səbəbi milli dövlətçilik 

 
 
 
 
 
79 
ənənələri  ilə  bağlı  idi.  Səfəvi  dövlətinin  süqutundan 
sonra  Azərbaycanın  tarixi  parçalanması  bu  xalqın 
mədəni-tarixi  inkiĢafını  təkcə  ləngitmədi,  yaranmıĢ 
çoxəsrlik 
mədəniyyət 
nümunə 
və 
abidələrinin 
dağılmasına,  Ģifahi  və  yazılı  ədəbiyyatın  ayrı-ayrı 
mətnlərinin  məhv  edilməsinə,  talan  olunub  Avropa 
muzeylərinə  aparılmasına  səbəb  oldu.  Azərbaycanın 
xanlıqlara bölünməsi böyük mədəniyyəti nəinki qoruyub 
saxlamadı,  ona  bir  regionçuluq  əhvalı  verdi  ki,  uzun 
müddət  milli  mədəniyyətin  inkiĢafı  həmin  psixoloji 
təsirdən  yaxa  qurtara  bilmədi.  Onların  izləri  bugünkü 
birgə  yaĢayıĢ  ənənələrində  hələ  qaldığı  kimi,  Ģifahi 
yaradıcılıqda,  onun  təsnif  edilib  qruplaĢdırılmasında  da 
özünü  göstərməkdədir.  Təsadüfi  deyil  ki,  çox  geniĢ 
ərazidə  yaranıb  yayılan  Azərbaycan  türklərinin  ağız 
ədəbiyyatı  bu  gün  bəzən  Qarabağ  folkloru,  Cənubi 
Azərbaycan folkloru kimi qruplarda təsnif edilir. Böyük 
xalqın  böyük  söz  sərvəti  bəzən  xırdalanır,  parçalanır, 
region əxlaqına və çərçivəsinə tabe edilir [81, s.58].  
Əksər tədqiqatçılar da bu fikirdədirlər ki, folkloru-
muzun  tədqiqi  sahəsindəki pərakəndəlik  də  ilk növbədə 
uzun illərdən bəri milli folklolrĢünaslıqda kök salan so-
sializm realizmi metodologiyası ilə bağlıdır. Müstəqilli-
yimizin  elanından  22  il  keçməsinə  baxmayaraq  biz  hələ 
yad metodologiyalardan yaxa qurtarıb öz ağız ədəbiyya-
tımızı  milli-mənəvi  dəyərlər,  onların  tipologiyası,  regi-
onlaĢma  spesifikası  baxımından  vahid  milli  metodoloji 

 
 
 
 
 
80 
istiqamətlərdə  öyrənə  bilmirik.  Azərbaycan  folkloruna 
rus  tədqiqatları  üçün  ənənəvi  metodoloji  üsulların  tət-
biqi heç də həmiĢə düzgün nəticələrə gətirib çıxarmır.  
Bu mənada Azərbaycan folklorĢünaslarının gəldik-
ləri yekdil elmi qənaət budur ki, Azərbaycan folklorunu 
vahid bir xalqın müxtəlif dialektlərdə yayılmıĢ ağız ədə-
biyyatı kimi öyrənmək lazımdır. Bura islamın, fars ədə-
biyyatının,  rus  çarizminin,  Sovetlər  Birliyinin  ideologi-
yasının təsirini aid edə bilərik. Hələ vaxtilə Y.V.Çəmən-
zəminli  folklor  nümunələrinin  araĢdırılması  haqqında 
yazırdı:  “Məsələnin  çətinliyi  xalq ədəbiyyatındakı  təsir-
ləri araĢdırmaq, ondakı qaranlıq nöqtələri izah etməkdən 
ibarətdir. Zahirən aydın görünsə də, Ģərhə ehtiyacı olan 
nöqtələr çoxdur” [29].  
Azərbaycan  türklərinin  uzun  əsrlərin  keĢməkeĢlə-
rindən keçərək günümüzədək gəlib çatan vahid ağız ədə-
biyyatı vardır və o, Azərbaycanın müxtəlif bölgələrində, 
o  cümlədən  Naxçıvanda  özünə  məxsus  xüsusiyyətlərə 
malik bir Ģəkildə yaĢamaqdadır. Azərbaycan ədəbiyyatı-
nın  mühüm  sahələrindən  biri  olan  Ģifahi  xalq  yaradıcı-
lığı xalqımızın tarixi yaddaĢının canlı salnaməsidir. Ta-
rixi  kеçmiĢimizi,  mənəvi  dəyərlərimizi  özündə  yaĢadan 
Ģifahi  xalq  yaradıcılığı  ədəbiyyatımızın  həmiĢə  tədqiqə 
еhtiyacı olan sahələrindən biri olmuĢdur. Ədəbiyyatımı-
zın bu sahəsi  yarandığı dövrdən asılı olmayaraq, müəy-
yən  zaman  və  məkan  daxilində  baĢ  vеrən ictimai-siyasi 
hadisələrin ifadəsi, mənəvi mədəniyyətimizin təməl daĢ-

 
 
 
 
 
81 
larından  biri  olmuĢdur.  KеçmiĢi  və  bu  günü  əhatə  еdən 
folklor  nümunələri  milli  mənsubiyyətin  əsas  göstəricisi 
və  qaynaqlarından  biridir.  Hər  bir  dеyim,  inam  və  mif 
tariximizdə  yaĢanan  hadisənin  maddi  ifadəsidir.  Folklo-
rumuzu  sistеmli,  ardıcıl  Ģəkildə  araĢdırıb  təhlil  etməklə 
xalqımızın tarixinin müəyyən  məqamlarını, mənəvi alə-
mini, o cümlədən onun düĢüncə tərzini öyrənmiĢ oluruq.  
Bu mənada folklor nümunələrinin yazıya alınması, 
toplanması və nəĢri vəziyyəti də bu gün qənaətbəxĢ de-
yildir. Azərbaycan türklərinin ağız ədəbiyyatı – milli əf-
sanəsi, mifi, nağıl-dastanı kütləvi Ģəkildə, məsələn, XIX 
əsrdə  Almaniyada  olduğu  kimi  toplanmamıĢdır.  ġimali 
Azərbaycanın rus çarizmi tərəfindən iĢğalı Cənubi Azər-
baycanın  fars  dövləti  olan  Ġranın  tabeliyində  qalması, 
sonra  isə  həmin  ərazidə  tarixən  mövcud  ədəbi  mərkəz-
lərin fəaliyyətinin dayandırılması, fars dilinin dövlət dili 
elan  edilməsi,  Azərbaycan  ağız  ədəbiyyatının  toplanma 
və  nəĢr  iĢinin  birtərəfli  aparılması  folklorumuzun  tam 
Ģəkildə toplanmasına, tədqiqinə əngəl törədirdi.  
Ağız  ədəbiyyatı  Güney  bölgəsində  yalnız  tək-tək 
ziyalıların, məcmuə və jurnalların nəĢri sayəsində müəy-
yən toplama və öyrənilmə mərhələsini keçmiĢdir. ġimali 
Azərbaycan ərazisində isə ağız ədəbiyyatımızın öyrənil-
məsi  sosializm  realizm  metodologiyasına  uyğunlaĢdırı-
laraq  toplanmıĢdır.  Lakin  buna  baxmayaraq  bu  sahədə 
mühüm  iĢlər  görülmüĢdür.  Azərbaycanın  zəngin folklor 
nümunələri təbii ki, ta qədim dövrlərdən üzü bəri yazılı 

 
 
 
 
 
82 
ədəbiyyatımızın yaranması və inkiĢafı üçün mötəbər bir 
zəmin olmuĢdur.  
Azərbaycan  folklorunun  toplanması  və  nəĢri  iĢinə 
əsasən  XX  əsrin  əvvəllərindən  etibarən  baĢlanılmıĢdır. 
Əvvəlki dövrlərdə isə Azərbaycan ziyalılarının, xüsusən 
yazıçıların və pedaqoji fəaliyyətlə məĢğul olan, dərslik-
lər yazan müəlliflərin çiyinlərinə düĢmüĢ və necə deyər-
lər, fərdi təĢəbbüs səciyyəsi daĢımıĢdır. Bu boĢluğu qis-
mən  də  olsa  SMOMPK  adlı  məcmuə  doldurmuĢdu  və 
burada  müəllif  qismində  iĢtirak  etmiĢ  F.B.Köcərli, 
S.M.Qənizadə,  T.Bayraməlibəyov,  M.H.Vəzirov,  A.Və-
libəyov,  S.M.Əfəndiyev,  H.K.Sanılı  kimi  ziyalılar  bu 
sahədə  SMOMPK-dan  əxz  etdikləri  təcrübəni  sonrakı 
illərdə də davam etdirirdilər. Getdikcə Azərbaycan dilli 
mətbuatda  toplanmıĢ  folklor  materiallarının  və  folklora 
dair  məqalələrin  dərci  məsələsi  daha  çox  aktuallaĢırdı. 
Bu  mərhələdə  N.B.Vəzirovun,  Ə.B.Haqverdiyevin, 
Y.V.Çəmənzəminlinin,  A.ġaiqin,  N.Nərimanovun  yara-
dıcılığında və dərsliklərdə folklorun dərin izlər buraxdı-
ğı  aĢkar  görünür.  Hətta  N.B.Vəzirov  kimi  sənətkarlar 
atalar  sözləri  və  məsəlləri  əsərlərinin  baĢlığına  çevirir, 
“Molla  Nəsrəddin”  jurnalı  adını  folklor  qəhrəmanının 
adından  götürür,  “Füyuzat”  jurnalında  folklora  dair  nə-
zəri səpkili məqalələr və materiallar dərc edilirdi.  
Azad  Nəbiyev  yazır  ki,  rus  naĢirlərinin “tatar”  ad-
landırdığı  Azərbaycan  türklərinin  ağız  ədəbiyyatının 
qismən  kamil  nümunələri  XIX  əsrin  yetmiĢinci  illərin-

 
 
 
 
 
83 
dən sonra nəĢrə baĢlayan SMOMPK məcmuəsində daha 
geniĢ  Ģəkildə  əks  olundu.  Bu  materialları  ilk  dövrlərdə 
A.Zaxarov,  A.KalaĢev,  A.Afanasyev,  Y.N.Polonski, 
Ġ.P.Vladimirov, Y.N.Yefimov kimi rus ziyalıları nəĢr et-
dirirdi. Ümumiyyətlə isə “XIX əsrin otuzuncu illərindən 
sonra yetmiĢ il ərzində Tiflis ədəbi mühiti, xüsusilə bu-
rada  nəĢr  olunan  qəzet  və  jurnallarda  milli  folklorumu-
zun toplanması və nəĢri kimi böyük iĢin çox uğurlu baĢ-
lanğıcını dərin minnətdarlıqla xatırlatmaq, bu iĢə baĢla-
yanların  və  onu  həyata  keçirənlərin  əməyini  isə  təqdir 
etmək gərəkdir” [81, s.60-61]. 
FolklorĢünas  Vaqif  Vəliyev  bu  barədə  yazırdı: 
“XIX  əsrin  sonu,  XX  əsrin  ilk  illərindən  baĢlayaraq 
Azərbaycan  folklorunun  ayrı-ayrı  janrları  kitabça  ha-
lında  nəĢr  olunmağa  baĢlayır.  Onlardan  “Atalar  sözü” 
(Qəmərli Məhəmməd Vəli, Ġrəvan, Edilson mətbəəxanə-
si, 1899), “Gözəlləmə” (AĢıq Sumbat, Bakı, Orucov qar-
daĢları  mətbəəsi,  1911),  “Nəğmə  və  Ģikəstə”  (Bünyad-
zadə Cəfər, 1913, 1914, 1916, 1917-ci illərdə təkrar çap 
edilmiĢdir),  “Arvad  ağzı,  bayatı,  haxıĢta,  sevgi,  layla, 
qaynana-gəlin  sözləri”  (Abbaszadə  Mirzə  Abbas,  Bakı, 
“Kaspi”  mətbəəsi,  1914),  “Milli  nəğmələr”  (Mirzəzadə 
Ağa  Həsən,  Bakı,  “Ġran”,  1919),  “Nağıllar  məcmuəsi” 
(Ġsmayılov  Kərimbəy,  Orucov  qardaĢları  mətbəəsi, 
1911),  “ġagirdlərə  bəxĢiĢ”  –  nağıllar  məcmuəsi  (Axun-
dov Nəsrullah, Bakı, 1915) və baĢqa kitabları göstərmək 
olar” [97, s.60].  

 
 
 
 
 
84 
Beləliklə,  əvvəlcə  bolĢevik  mətbuatın  (məsələn, 
“Kommunist”, “Yeni yol”, “Azərbaycan kolxozçusu” və 
baĢqa  qəzetlər),  yaradıcı  təĢkilatların  (“Azərbaycan 
Ədəbiyyat  Cəmiyyəti”,  Proletar  Yazıçıları Ġttifaqı),  elə-
cə də təhsil ocaqlarının (Dövlət Universiteti, Konserva-
toriya) nəzdində xalq yaradıcılığı qurumları və  ya qrup-
ları  yaradılmağa  baĢladı  və  baĢlanğıc  üçün  bu  mühüm 
səmərə  verdi.  Bu  yöndəki  qaynar  fəaliyyəti  o  dövrdən 
dərc  edilən  “Ədəbiyyat  qəzeti”,  “Kommunist”,  “Yeni 
yol” və “Azərbaycan kolxozçusu” qəzetlərinin, eləcə də 
“Dan ulduzu”, “Maarif iĢçisi”, “Ġnqilab və mədəniyyət”, 
“Azərbaycanı öyrənmə yolu” məcmuələrinin səhifələrin-
də  geniĢ  yer  almıĢ  folklor  örnəklərinin  mənzərəsindən 
açıq Ģəkildə görmək mümkündür. Dövri mətbuat sırasın-
da xüsusilə, “Ədəbiyyat qəzeti” demək olar ki, hər nöm-
rəsində  xalq  ədəbiyyatı  örnəklərinə  geniĢ  yer  ayırır, bir 
çox hallarda isə ayrıca olaraq “Xalq ədəbiyyatı” səhifəsi 
verirdi.  “Kommunist”  qəzeti  kimi  siyasi  yönümlü  bir 
mətbuat orqanının 1923-cü ildən baĢlayaraq, “Xalq ədə-
biyyatı  həyatdan  doğar”  rubrikası  altında  xüsusi  folklor 
səhifəsi nəĢr etməsi dövlət səviyyəsində bu məsələyə nə 
qədər böyük əhəmiyyət verildiyinin əyani göstəricisi idi. 
Maraqlı  cəhətlərdən  biri  budur  ki,  qəzetin  redaksiyası 
folklorun  toplanması  iĢində  eynən  SMOMPK-un  hələ 
XIX  əsrdə  keçirdiyi  üsulu  tətbiq  etmiĢ,  bu  səmərəli 
təcrübədən istifadə edərək 1925-ci ildə “Yeni yol” qəze-
ti respublikanın bütün rayonlarındakı təhsil və mədəniy-

 
 
 
 
 
85 
yət müəssisələrinə Ģifahi xalq ədəbiyyatı nümunələrinin 
toplanılması  üçün  uyğun  proqram  və  təlimat  göndər-
miĢdi.  Həmin  təlimat  əsasında  Azərbaycanın  əksər  böl-
gələrində  folklor  nümunələrinin  toplanılması  iĢi  həyata 
keçirilirdi. Bu materiallar redaksiyanın ünvanına göndə-
rilir,  onlardan  seçmə  örnəklər  ardıcıl  Ģəkildə  qəzetdə 
çap olunurdu [31, s.9-12].  
Bu iĢ baĢqa mətbu orqanların da həyatında mühüm 
yer  tuturdu.  Dövrün  ən  nüfuzlu  ədəbi  Ģəxsiyyətlərindən 
olan  Maksim  Qorkinin  “Azərbaycan  kolxozçusu”  qəze-
tinin  Ģifahi  xalq  ədəbiyyatı  materiallarını  çap  etmək  sa-
həsindəki  uğurlarını  təqdir  məqsədi  ilə  redaksiyaya  ün-
vanladığı  məĢhur  məktub  da  həmin  dövrdə  və  sonralar 
uzun bir zaman ərzində Azərbaycan ədəbi-ictimai fikri-
nin, o cümlədən də folklorĢünaslığının diqqət mərkəzin-
də saxladığı tarixi sənədə çevrilmiĢdi [97, s.23].  
Folklorumuzun toplanması və nəĢri iĢində bu dövr-
də yaradılmıĢ Azərbaycan Ədəbiyyat Cəmiyyəti də mü-
hüm iĢlər görür. Ġlk folklor kitabı Ədəbiyyat Cəmiyyəti-
nin  xətti  ilə  həyata  keçirilir  və  1925-ci  ildə  Ədəbiyyat 
Cəmiyyətinin  xəttilə  “Azərbaycan  xalq  ədəbiyyatından: 
bayatılar” kitabı dərc edilir. Kitabı Abdulla ġaiq, ġəfiqə 
Əfəndizadə  və  Hatif  nəĢrə  hazırlamıĢlar.  Lakin  təəssüf 
ki, toplayıcı barədə kitabda məlumat verilməmiĢdir. Ki-
tabda müxtəlif mövzularda olan iki yüzə yaxın el bayatı-
sı toplanmıĢdır. Kitabın titul səhifəsinə “Sayı 1” qeydi-
nin  verilməsi  bu  nəĢrin  silsilə  Ģəklində  düĢünüldüyünü 

 
 
 
 
 
86 
göstərir  [18,  s.60].  1926-cı  ildə  “Atalar  sözləri”  kitabı-
nın yenə də “Azərbaycan Ədəbiyyat Cəmiyyəti” tərəfin-
dən buraxılması bu gümanı təsdiqləyir [4, s.146].  
“Azərbaycan  xalq  ədəbiyyatından:  bayatılar”  kita-
bının  əsas  tarixi-mədəni  dəyəri  bayatılar  toplusunun 
“Azərbaycan folklor kitabı” tarixində ilk dəfə olaraq ay-
rıca kitab halında iĢıq üzü görməsi idi. Toplunun ədəbi-
elmi  ictimaiyyət  tərəfindən  həssaslıqla  qarĢılanması  bu 
dövrdə  xalq  ədəbiyyatına  böyük  marağın  getdikcə  art-
maqda  olmasından  xəbər  verirdi.  Dövrün  qabaqcıl  ziya-
lılarından  və  nüfuzlu  ədəbi  tənqidçilərindən  olan  Əli 
Nazim  1926-cı  ildə  “Maarif  və  mədəniyyət”  jurnalının 
yeddinci  nömrəsindəki  “Azərbaycan  xalq  ədəbiyyatın-
dan: bayatılar” adlı məqaləsində sözü gedən nəĢrin elmi 
və  mədəni-tarixi  əhəmiyyətindən  bəhs  edərək  yazırdı: 
“Ədəbiyyat  Cəmiyyətinin  bu  iĢi  bu  yolda  ilk  təĢəbbüs 
olmaq Ģərtilə təbrik və təqdirə Ģayandır”. Maraqlı cəhət-
lərdən biri budur ki, Əli Nazim burada folklorun toplan-
ması prinsipindən bəhs edir, folklor materiallarını topla-
yarkən hansı toplama qaydalarına əməl etməyin Ģərtləri-
ni  və  hansı  cəhətlərə  diqqət  yetirməyin  vacibliyini  irəli 
sürür: “Toplanılan bayatıların məhəlli Ģivəsi saxlanılma-
lı idi. Kitabda məhəlli Ģivənin gözlənildiyi iddia edilirsə 
də, bu quru bir söz olaraq qalır. Halbuki bunun üçün ba-
yatıların  haradan  toplanıldığını,  kimlərdən  və  nə 
vasitə  ilə  əldə  edildiyini,  kimin  ağzından  eĢidildiyini 
göstərmək  lazımdır”  [12,  s.155].  Görkəmli  ədəbiyyat-

 
 
 
 
 
87 
Ģünasın bu müĢahidə və narahatlığı tamamilə doğru və 
elmi idi. Belə ki, folklor örnəyinin pasportlaĢ dırılması 
məsələsi  iyirmi-otuzuncu  illər,  hətta  sonrakı  dövr 
nəĢrlərinin  əksəriyyəti  üçün  səciyyəvi  bir  qüsur  kimi 
nəzərə çarpır.  
Azərbaycan  Ədəbiyyatı  Cəmiyyətinin  qısa  bir 
müddət ərzində ictimaiyyətə təqdim etdiyi “Azərbaycan 
xalq ədəbiyyatından: bayatılar” və “Atalar sözləri” top-
luları həm bütövlükdə “Azərbaycan folklor kitabı”, həm 
də nəzərdə tutulan Ģifahi ədəbiyyat janrlarının toplanma-
sı  və  nəĢri  istiqamətində  iyirminci  illərdən  baĢlanan 
miqyaslı  folklorĢünaslıq  fəaliyyətinin  uğurlu  və  mühüm 
təməli oldu. Məlum oldu ki, folklor iĢi ilə ayrı-ayrı fərd-
lərin,  ədəbi-ictimai  qurum  və  ya  xırda  qrupların  fəaliy-
yəti  səviyyəsində  məĢğul olmaqla  sistemli  iĢlər  görmək 
və  ciddi  nəticələr  əldə  etmək  mümkün  deyildir.  Xalqın 
maddi və mənəvi mədəniyyətinin, o cümlədən də folklor 
və  etnoqrafiyasının  daha  dərindən  öyrənilməsi  üçün 
rəsmi  dövlət  səviyyəsində  təsis  edilmiĢ  müəyyən  bir 
elmi-təĢkilati qurumun  yaradılması zərurət idi. Bu məq-
sədlə  o  illərdə  Bakıda  yaĢayıb  fəaliyyət  göstərən  tanın-
mıĢ alim və mədəniyyət xadimlərinin yazılı müraciətinə 
cavab olaraq 1923-cü ilin noyabr ayının 2-də “Azərbay-
canı  “Tədqiq  və  Tətəbbö  Cəmiyyəti”  adlı  elmi-təĢkilati 
qurumun  yaradılması  barədə  rəsmi  qərar  verildi  və  bu 
olduqca mühüm əhəmiyyət kəsb etdi [44, s.177].  

 
 
 
 
 
88 
Qurum  1929-cu  ilə  qədər  bu  ad  altında  fəaliyyət 
göstərdi. 1929-cu ildən Azərbaycan Elmi Tədqiqat Ġnsti-
tutu adlanan həmin təĢkilat 1933-cü ildə daha böyük bir 
akademik  qurumun  –  SSRĠ  Elmlər  Akademiyası  Zaqaf-
qaziya  Filialının  tərkibinə  daxil  edilərək  “Az.OZFAN” 
adı  daĢımıĢdır.  Az.OZFAN  1936-cı  ildən  SSRĠ  EA-nın 
Azərbaycan Filialı adlanmıĢ, 1945-ci ildən isə bu gün də 
fəaliyyətini  davam  etdirən  geniĢ  profilli  Azərbaycan 
SSR  Elmlər  Akademiyası  (son  adı:  AMEA  –  Azərbay-
can  Milli  Elmlər  Akademiyası)  təsis  edilmiĢdir  [44, 
s.46-48].  Belə  ki,  sadalanan  çeĢidli  adlar  altında  fəaliy-
yət  göstərən  bu  qurum  əslində  mahiyyət  etibarı  ilə 
Azərbaycanda  Elmlər  Akademiyasının  ilk  təməl  daĢını 
qoymuĢ mühüm bir elmi təĢkilat idi. Əhatə dairəsi geniĢ 
miqyasa  malik  olan  Azərbaycanı  Tədqiq  və  Tətəbbö 
Cəmiyyətinin  SMOMPK  məcmuəsi  kimi  xüsusi  diqqət 
yetirdiyi  əsas  istiqamətlər  içərisində  Ģifahi  xalq 
ədəbiyyatı  materiallarının  toplanılması,  nəĢri  və  tədqiqi 
baĢlıca  yer  tuturdu.  Cəmiyyətin  bu  yöndəki  fəaliyyəti 
“Tarix  və  etnoqrafiya”  Ģöbəsi  nəzdindəki  “Folklor  ko-
missiyası” tərəfindən istiqamətlənir və həyata keçirilirdi 
[82, s.114-120].  
XX  əsrin  20-ci  illərinin  ortalarına  qədər  bu  məsə-
ləyə xüsusi diqqət ayrılmamıĢdır və yaxud folklor mate-
riallarının toplanması fərdi təĢəbbüslər və maraqlar sfe-
rasında qalmıĢ, kim necə bacarmıĢ, necə bilmiĢsə o qay-
dada  da  folkloru  toplamıĢdır.  XX  əsrin  20-ci  illərində 

 
 
 
 
 
89 
Azərbaycan  folklorĢünaslığında  bu  mühüm  məsələyə 
xüsusi  əhəmiyyət  verənlərdən  biri  də,  elmi-nəzəri  fəa-
liyyəti  ilə  fərqlənən,  adı  çəkilən  “Folklor  komissiya-
sı”na  rəhbərlik  edən  istedadlı  ədəbiyyatĢünas-tənqidçi 
Hənəfi  Zeynallı  yazırdı:  “Azərbaycan  el  (ağız)  ədəbiy-
yatı  geniĢ,  zəngin  və  dərin  bir  surətdə  öyrənilməlidir. 
Bu  ana  qədər  belə  əhəmiyyətsiz  qalmıĢ  ən  dəyərli  bir 
sahəni  gözdən  qaçırmaq  günahı  da  Azərbaycan  ziyalı-
larındandır.  Azərbaycan  “el”  ədəbiyyatının  toplanması 
məsələsinə gəldikdə, burada bir çox üzüntülər meydana 
çıxır. Bunların da, qəbahəti yalnız ziyalılarımızın özün-
dədir” [99, s.29].  
Hənəfi  Zeynallı  ayrı-ayrı  bölgələrə  elmi  ezamiy-
yətlərin  təĢkil  olunması,  eləcə  də  ezamiyyətlərin 
nəticələrinin  müzakirəsi  iĢinə  xüsusi  diqqət  yetirir,  bu 
sahədəki  fəaliyyətin  elmi  əsaslarda  qurulmasına  var 
qüvvə  ilə  çalıĢırdı.  Onun  dövri  mətbuat  və  ədəbi 
orqanlarda nəĢr etdirdiyi “Ağız ədəbiyyatı”(“Maarif və 
mədəniyyət” jur., 1926, № 8), “Azərbaycanda “El ədə-
biyyatı” (“Maarif iĢçisi”,  1926, № 11), “El  yaradıcılığı 
“Azərbaycan  atalar  sözü”  kitabı”,  Azərbaycan  Tədqiq 
və  Tətəbbö  cəmiyyəti  nəĢriyyatı,  1926,  s.  11-24)  kimi 
dərin  məzmunlu  məqalələrində  folklorun  toplanıb 
yazıya  alınmasının  üsul  və  vasitələri  üzərində  ayrıca 
dayanırdı.  Görkəmli  folklorĢünas  “Maarif  iĢçisi”  jur-
nalının 1926-cı ildə çıxan on birinci sayında folklor iĢi 
sahəsindəki  mövcud  vəziyyəti  və  perspektiv  istiqa-

 
 
 
 
 
90 
mətləri  təhlil  edir,  toplama  prinsipinə,  üsuluna  xüsusi 
diqqət yetirirdi.  
1914-cü  ildə  “Dirilik”  jurnalında  (1  dekabr  1914-
cü  il,  №  6)  çap  edilmiĢ  “Milli  dirilik”  baĢlıqlı  məqa-
ləsində dilimizə xor baxanlar tənqid olunurdu: “ĠĢtə ca-
vanlarımız üçün mövcud maraq eyni zamanda da olduq-
ca faydalı bir məĢğələ, hər kəs bulunduğu yerdəki lüğət-
ləri, zürub-əmsalı və sair xalq ədəbiyyatına aid olan par-
çaları  eynilən  toplayacaq  olarsa,  görərsiniz  ki,  həmən 
arzu olunan türk lüğəti vücuda gəldi” [85, s.478].  
Hənəfi  Zeynallı  da  eyni  mövqedən  çıxıĢ  edərək 
yazırdı ki, Azərbaycan türkü və bayatılarının və ya das-
tanlarının  deyil,  hətta  tapmacaların,  yanıltmacların  da 
belə taylarını baĢqa türk ellərində görəcəyik. Burada in-
sanı  ağrıdan  bir  Ģey  vardır:  gərək  Anadoluda,  gərəksə 
baĢqa türk elləri arasında kitab-kitab yüzlər və minlərlə 
belə ağız ədəbiyyatı toplanıb təsbit edildiyi halda, Azər-
baycan  ziyalıları  ən  əvvəl  Azərbaycan  Ģəhərlərində, 
kəndlərində,  dağlarında  və  aranlarında  yaĢayan  müəl-
limlər  belə  Ģeyləri  toplamaq  və  müəyyən  bir  yerə  gön-
dərmək  fikrinə  düĢməyirlər.  Bu  materialları  toplayan-
ların  içərisində  ən  çox  fəaliyyət  göstərənlər  bizdə  daha 
çox gənc və iqtidarlı, enerjili olan tələbə və müəllimlər 
olacaqdır. Belə materialları toplamaqla məĢğul olan mü-
əllimlərimiz  əlləri  altında  olan  balaların  yardımı  ilə  az 
bir  zaman  içərisində  o  qədər  çox  materiallar  toplaya 
bilərlər ki, cild-cild əsərlər meydana çıxar ([99, s.30].  

 
 
 
 
 
91 
“Milli  dirilik”  məqaləsində  folklor  və  etnoqrafik 
materialların toplanmasına  xüsusi önəm  verilən və  milli 
diriliyin çox mühüm amil kimi qiymətləndirildiyi məqa-
lədə  deyilirdi:  “Milli  dilin  diriliyi  üçün  lüğətləri  yığ-
maqdan  baĢqa  xalq  ədəbiyyatını  toplamaq,  camaat  ara-
sında  hekayələri,  əfsanələri  cəm  edib,  elmi  bir  surətdə 
təhlil  və  təsnif  etmək  də  lazımdır.  Bunlar  ədəbiyyatı 
xalqa yaxınlaĢdırmaq üçün lazımlı Ģeylərdir. Çünki mü-
əyyən bir ədibin öz biliyini daxil edib də Ģəxsi hisslərlə 
deyil,  xalq  kütləsi  tərəfindən  ümumi  bir  vicdan  və  hiss 
nəticəsi  olan  bu  əsərlərdə  xalq  və  millətin  ruhi-əslisi 
həmən təzahür etməkdə və o millətin nə kimi bir ruh və 
hissə  malik  olduğu  və  nə  kimi  xüsuslarının  möhtaci-
islah və tərbiyə olduğu rəna bir surətdə görünməkdədir” 
[85, s.479].  
Yuxarıdakı  tövsiyələri  diqqətdə  saxlayan  folklor 
toplayıcıları, o cümlədən Hənəfi Zeynallı folkloru topla-
ma  iĢinə  daha  ciddi  bir  məsələ  kimi  baxırdılar.  Hənəfi 
Zeynallı  ayrı-ayrı  toplayıcıların  ümumi  yanlıĢlıqlarına 
toxunaraq qeyd edirdi ki, bu Ģəxslər gərək xalq təbəqəsi 
içərisinə  girərək  həmin  materialları  olduğu  kimi  alıb 
yazmayırlar. Yəni hər yerin özünəməxsus bir Ģivəsi, bir 
leksikonu olduğu halda, o məhəllənin leksikonunu, ifadə 
Ģəklini, bədii görüĢlərini, cümlə quruluĢlarını, səslərdəki 
dəyiĢmələri  tamamilə  göstərmək  üçün  hər  bir  kəsdən 
eĢidilən bu materialları söyləyən adamın söyləniĢini ey-
ni ilə zəbt etməyirlər. Material topladıqları yeri etnoqra-

 
 
 
 
 
92 
fiya və coğrafiya cəhətdən təsvir etməyirlər. Zəbt edilən 
materialın nə yerlərdə saxlanıldığı elm adamları üçün və 
etnoqrafiya  üçün  qayət  əhəmiyyətlidir.  Çünki  hər  bir 
məhəllənin  özünəməxsus  ayrı-ayrı  ədəbiyyat  Ģəkli  və 
məzmunu  görünür  və  hətta  bir  yerdən  digər  bir  yerə 
keçən qısa sözlər, mənzum və mənsur parçalar və yaxud 
uzun dastan və hekayələr mütləq o yerin  yaĢayıĢına uy-
ğun  bir  tərzə  gəlir  [99,  s.30].  FolklorĢünas  alimin  fik-
rincə,  belə  bir  üsulla  tədqiqata  giriĢsə,  aran  yerlərində 
daha  çox  ibrətamiz  olan  atalar  sözlərinə  meydan 
verəcək,  xalqı  təbiətcə  daha  çox  Ģaqraq  olan  yerlərdə 
yanıltmac, tapmaca,  bayatı kimi fikir oynadan parçalar 
yayılmıĢ  olduğu  görünəcəkdir.  Buna  görə  də  hər  bir 
məhəllədən  toplanmıĢ  materialın  hansı  kənddən,  hansı 
qəzadan,  o  məhəllənin  nə  təbiətə  malik  olduğundan, 
kimlərdən,  gəncdən  və  qocadan,  çox  material  verən-
lərin  nə  kimi  yaĢadığından  (tərcümeyi-halından)  geniĢ 
bir  məlumat  gələcək  Azərbaycan  xalq  ədəbiyyatı  və 
etnoqrafiyası  tədqiqi  üçün  ən  gözəl  bir  material  ola-
caqdır.  Material  toplayan  yoldaĢlar  bir  bayatını  iki 
yerdə eĢitdikdə, bir dastanı iki və ya üç adamdan az bir 
fərq  ilə  də  olsa  yazmayırlar.  Bu  yoldaĢlar  belə  məz-
mun,  dil  və  təsvir  ayrılıqlarını  göstərməklə  insaniyyət 
cəhətdən böyük vəzifələr yaratmıĢ olurlar” [99, s.31].  
XX  əsrin  əvvəllərində  folklor  və  etnoqrafik  mate-
rialların  toplanmasına  bu  qədər  diqqət  yetirilməsi  təsa-
düfi  deyildi.  Milli  hisslərin  getdikcə  artdığı,  milliyyət-

 
 
 
 
 
93 
çilik  duyğusunun  getdikcə  alovlandığı  bir  dövrdə  ziya-
lılar xalqa doğru yönəlmiĢ elmi-mədəni tədqiqatlara xü-
susi önəm verirdilər.  
Belə  bir  yanaĢmada  çoxvariantlılıq  prinsipinə  mü-
nasibət də öz əksini tapır ki, burada folklor mətninin bir 
çox baĢqa variantları ilə birlikdə yazıya alınması zərurə-
ti olduqca vacib toplama problemlərindən hesab edilir.  
O  dövrün  böyük  Ģəxsiyyətlərinin folklor  toplayıcı-
lığı  sahəsində  bu  gün  də  aktuallığını  qoruyub  saxlayan 
elmi  mülahizə  və  toplama  prinsipləri  təəssüf  ki,  nə  hə-
min dövrdə, nə də sonrakı onilliklərdə lazımı səviyyədə 
diqqətə  alınmamıĢdır.  Bu  səbəbdən  də,  uzun  bir  zaman 
ərzində  folklor  materiallarının  dili  ədəbi  dilə  yaxın  bir 
ölçüyə tabe etdirilmiĢdir ki, bu cəhət sovet dönəmindəki 
və müstəqillik dövründəki folklor nəĢrlərinin qüsurların-
dan biridir. 
Ümumilikdə  isə,  son  yüzillikdə  Azərbaycan  folk-
lorĢünaslığı  sahəsində  xeyli  iĢlər  görülmüĢdür  ki,  bu 
mənada  RəĢidbəy  Əfəndiyev,  Abdulla  ġaiq,  Firudinbəy 
Köçərli,  Hənəfi  Zeynallı,  Yusif  Vəzir  Çəmənzəminli, 
Vəli Xuluflu, Salman Mümtaz, Hümmət Əlizadə, Məm-
mədhüseyn  Təhmasib,  Əhliman  Axundov,  Əliyar  Qara-
bağlı,  Mirəli  Seyidov,  PaĢa  Əfəndiyev,  Mürsəl  Həki-
mov,  Qəzənfər  PaĢayev,  Bəhlul  Abdulla,  Məhərrəm 
Qasımlı  kimi  yazıçı,  Ģair,  pedaqoq,  tədqiqatçı  alimlərin 
araĢdırmaları  özünəməxsus  orijinallığı  və  dəyərləri  ilə 
seçilir.  

 
 
 
 
 
94 
Qeyd edək ki, Azərbaycan mühacirət folklorĢünas-
lığı XX yüzilin son illərinə qədər, demək olar ki, tədqi-
qatlardan  kənarda  qalmıĢ,  onun  yaradıcıları  –  Əhməd 
bəy  Ağaoğlu,  Əli  bəy  Hüseynzadə,  Əhməd  Cəfəroğlu, 
Məhəmməd  Əmin  Rəsulzadə,  Mirzə  Bala  Məhəmməd-
zadə,  Ceyhun  bəy  Hacıbəyli,  Hüseyn  Baykara,  Nağı 
Keykurun  (ġeyxzamanlı),  Almas  Ġldırım,  Səlim  Rəfiq, 
Əbdülvahab  Yurdsevər,  Kərim  Odər,  Kərim  Yaycılı, 
Nəbi  Turablı,  Yunus  Lənkəranlı  və  baĢqalarının  nəinki 
araĢdırmalarını  öyrənmək,  hətta  çox  vaxt  adlarını  belə 
dilə  gətirmək  yasaq  olunmuĢ,  yalnız  nadir  hallarda  on-
lardan  bəhs  edilmiĢsə  də,  həmin  Ģəxsiyyətlər  ya  təhqir 
olunmuĢ,  ya  da  yanlıĢ  təbliğə  məruz  qalmıĢlar.  Yalnız 
Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra 
bu  fəaliyyətin  yeni  baxıĢlar  kontekstində  öyrənilməsinə 
baĢlanmıĢdır [41, s.39]. 
Azərbaycan  folklorĢünaslığının  tarixi  də  belə  bir 
faktı  təsdiqləyir  ki,  hər  bir  xalqın  folkloru  əslində  o 
xalqın  özü  deməkdir.  Çünki  bütün  baĢqa  mədəniyyət 
vahidlərindən  fərqli  olaraq  folklor  xalqın  tarixini,  etnik 
dünyasını, dialekt xüsusiyyətlərini, etik və estetik idealı-
nı, ictimai-fəlsəfi dünyagörüĢünü özündə kompleks Ģək-
lində əks etdirir. Hətta insan haqqında elm olan antropo-
logiya  hər  hansı  bir  insan  tipinin  səciyyəsini  öyrənər-
kən, yaxud insan təkamülü tarixini araĢdırarkən o, etno-
sun  folklor  materialı  ilk  növbədə  diqqət  önünə  çəkilir. 
Lakin 70 illik sovet dövründə bir çox tədqiqatçılar ayrı-

 
 
 
 
 
95 
ayrı etnik mənsubiyyətə malik millətlərin gələcəkdə va-
hid  sovet  xalqı  kimi  formalaĢacağı,  ümumsovet  mədə-
niyyətinin yaranacağı barədə illüziyalar irəli sürmüĢlər.  
Azad  Nəbiyevin  qənaətinə  görə,  bu  siyasət  tərəf-
darları xalqları zorən öz soy- kökündən qoparıb, ona öz 
tarixi  keçmiĢini  unutdurub,  xalqları  tamamilə  yeni  tipli 
bir  “mədəniyyət”  sxemində  birləĢdirməyin  mümkün  ol-
duğunu  güman  edirdilər.  Ona  görə  də  Sovetlər  Birliyi 
daxilində olan baĢqa türk xalqları kimi, Azərbaycan xal-
qı  da  belə  bir  “mədəniləĢdirmə”  siyasətinin  qurbanı  ol-
muĢ,  iki  yüz  ilə  yaxın  müddətdə  öz  həqiqi  tarixindən, 
əski  mədəniyyətindən,  milli  soy-  kökündən  açıq  və  ya 
dolayısı yolla uzaqlaĢdırılma siyasətinə məruz qalmıĢdır 
[81, s.36].  
Tarixin  dərinliklərindən  günümüzə  qədər  zəngin 
mədəniyyət  yaratmıĢ  Azərbaycan  türklərinin  ağız  ədə-
biyyatını  öyrənmək  üçün  bu  xalqın  tarixini  dərindən 
bilmək  gərəkdir.  Azərbaycan  xalqının  tarixi  onun  mif, 
əfsanə və rəvayətlərindən tutmuĢ çox uzaq keçmiĢlərin-
dən  soraq  verən  qəhrəmanlıq  eposunda,  adət,  ənənə  və 
mərasimlərində,  xalq  bayramlarında,  kiçik  paremik  va-
hidlərində  –  atalar  sözlərindən  tutmuĢ  erkən  alqıĢ,  qar-
ğıĢ  və  təsəllilərində  yaĢayır.  Demək,  xalqımızın  ağız 
ədəbiyyatını  öyrənmək  üçün  onun  tarixinin  ən  qədim 
qatlarına bələd olmaq, onun müxtəlif dövrlərdəki cənga-
vərlik tarixini yenidən vərəqləmək gərəkdir.  

 
 
 
 
 
96 
Eyni zamanda tarixi yazılmayan, yaxud tarixi dün-
yaya  təhrif  edilmiĢ  Ģəkildə  çatdırılan  bu  xalqın  həqiqi 
tarixini bərpa etmək üçün onun folkloru və etnoqrafiyası 
da dəyərli mənbədir. Folklorla tarixin, folklorla etnoqra-
fiyanın  qarĢılıqlı  əlaqəsindən  bəhrələnməklə  Azərbay-
can  xalqının  dürüst  tarixini  yaratmaq  mümkündür.  Ona 
görə  də  xalqın  folklorunu  bilmək  üçün  eyni  zamanda 
onun  etnik  dünyasını  da  öyrənmək  lazımdır.  Etnoqrafi-
yanın öyrənilməsi xalq həyatının təkcə etnogenetik inki-
Ģafını izləməyə deyil, eyni zamanda bu xalqın adət, ən-
ənə, əxlaq normalarına bələd olmağa, onun mətbəx mə-
dəniyyətini,  geyim  formalarını,  toy,  yas,  adqoyma,  qo-
naq qarĢılama və s. adətlərinə bələd olmaq deməkdir.  
Etnoqrafiya  ilə  folklorun  bağlılığına  dair  görkəmli 
alimlərin çox dəyərli fikirləri vardır. Məsələn, akademik 
Teymur Bünyadov yazır: “Əgər etnoqrafiyanı dünyagör-
müĢ  çinara  bənzətsək,  folklor  onun  Ģah  budağıdır.  Çox 
vaxt etnoqrafiya və folklor bir-birini tamamlayır, biri di-
gərinin inkiĢafına əsaslı zəmin yaradır. Bu doğmalıq, bu 
qoĢalıq  bəzən  elə  Ģəkil  alır  ki,  onlardan  hansının  etno-
qrafiyaya, hansının xalq yaradıcılığına aid olduğunu be-
lə  müəyyənləĢdirmək  çətin  olur.  Bu  ayrılmazlıq,  ortaq-
lıq, oxĢarlıq və doğmalığın nəticəsidir ki, bir çox məsə-
lələr eyni dərəcədə hər iki elm sahəsinin tədqiqat obyek-
tidir [9, s.7]. 
Azad  Nəbiyevin  qənaətinə  görə  isə  “folklorla  sıx 
bağlı  olan  etnoqrafiyanı  bilmədən  hər  hansı  bir  xalqın 

 
 
 
 
 
97 
ümumi  mədəni  səviyyəsini,  mənəvi  xilqətini  müəyyən-
ləĢdirmək mümkün deyildir” [81, s.37].  
Etnoqrafiya yunan sözü olub, “etnos”  – xalq, “qra-
fis” – öyrənmək, təsvir etmək mənasını daĢıyır. Etnoqra-
fiya  etnologiya  kimi  də  ədəbiyyatda  geniĢ  iĢlənir.  “Et-
nos”  –  xalq,  “loqos”  –  elm.  Deməli,  etnologiya  xalq 
haqqında  elm  deməkdir.  Bu  terminlərin  hər  ikisi  eyni 
məzmun  kəsb  etsə  də,  etnologiya  bu  elmin  mahiyyətini 
daha dəqiq  və  dürüst  mənalandırır.  Deməli,  etnoqrafiya 
–  etnologiya  xalqı  öyrənən,  təsvir  və  tərənnüm  edən 
elmdir.  Bu  mənada  etnoqrafiya  –  etnologiya  xalqa  daha 
yaxın olan, onun arzu və istəklərini araĢdıran elmdir.  
Deməli, etnoqrafiya elminin əsas vəzifəsi xalqı öy-
rənməklə  tarix  yazmaq,  onu  daha  da  zənginləĢdirmək, 
əhatəli  etməkdir.  Etnoqrafiya  elmi  arxeologiya  elmi  ki-
mi,  tarix  elminin  mühüm  tərkib  hissəsidir,  onun  bütöv-
lüyünün,  tamlığının  təsdiqidir.  Ona  yardımçı  olur,  üfüq 
dairəsini geniĢləndirir. Etnoqrafik araĢdırmalarda arxeo-
loji materiallar və tədqiqatlar əvəzsiz əhəmiyyətə malik-
dir. Bu elmlərin birliyi çoxəsrlik tariximizin bir sıra qa-
ranlıq  səhifələrinə  iĢıq  saçır.  Minillikləri  milyon  illərə 
qovuĢduran  tarix  yazır,  tarix  yaradır.  Əgər  belə  demək 
mümkünsə arxeologiya tarix elminin ixtiraçısı, etnoqra-
fiya  onun  bərpaçısı  rolunu  oynayır.  Arxeologiya  yerin 
qatlarındakı  mədəni  təbəqələrdə  müxtəlif  dövrlərə  aid 
zəngin və qiymətli materiallar aĢkar edir, onun xronolo-
giyasını verir. Etnoqrafiya isə bu maddi-mədəniyyət qa-

 
 
 
 
 
98 
lıqlarının bərpasına yardımçı olur, lazımı köməklik gös-
tərir. Heç Ģübhəsiz, bu birlik, müĢtərəklik dərin məna və 
məzmunu  ilə  seçilən  tarixin  yaranmasına  öz  töhfəsini 
verir [7, s.6]. 
Kulturoloji  əsərlərin  yazılmasında  etnoqrafiya  və 
arxeologiya  elmi  kimi  tarix  elminin  aparıcı  rolu  da  da-
nılmazdır.  Ona  görə də, tarix elminin  nailiyyətlərindən, 
müxtəlif xarakterli qaynaqlardan, səyyahların, tacirlərin, 
alimlərin, Ģairlərin əsərlərindən istifadə edilməsi zəruri-
dir.  Azərbaycan  xalqının  mənĢəyinin  və  təkamülə  çat-
masının  öyrənilməsində  antropologiya  elminin  rolu  son 
dərəcə böyükdür.  
Etnoqrafiya elmi hər hansı bir materialı təkcə qey-
də  almaq,  təsvir  etmək  kimi  deyil,  eyni  zamanda  onun 
nеcə  əmələ  gəldiyinin  bərpasına  çalıĢır,  əhəmiyyətini 
göstərir, sadədən mürəkkəbə doğru inkiĢaf mərhələlərini 
izləyir. Müqayisəli materiallarla tədqiq edir. Tarixi ardı-
cıllığı üstün tutur. Etnoqrafiya xalqın əmək fəaliyyətinin 
zəngin irsinin, dünyagörüĢünün araĢdırılmasında əvəzsiz 
rol oynayır.  
Azərbaycan  xalqının  etnoqrafiyası  onun  tarixi  qə-
dər zəngin  və  qədimdir. Bu çoxsahəli  zəngin  irsi  hərtə-
rəfli  araĢdırmadan,  onun  tarixini  də  yüksək  elmi  səviy-
yədə tədqiq etmək qeyri-mümkündür. Deməli, etnoqrafi-
ya elmi hazırda qurub-yaradan Azərbaycan xalqının qə-
dim  və  müasir  tarixinin  öyrənilməsinə  təsirli  kömək 
göstərir, onu yeni dəlil-sübutlarla zənginləĢdirir [7, s.7]. 

 
 
 
 
 
99 
Bu  mənada  tarix,  etnoqrafiya,  arxeologiya  və 
folklorĢünaslığın  bir  sıra  problematik  məsələlərdə  eyni 
məqsədə  xidmət  etməsinə  dair  alimlərin  elmi 
yanaĢmaları,  Azərbaycan  kimi  tarixi  və  coğrafi  Ģəraiti, 
zəngin  mədəni  irsi  olan  bir  ölkə  xalqı  üçün  xüsusilə 
dəyərlidir.  Çünki  Avropa  ilə  Asiyanın  ayrıcında 
yerləĢən  Azərbaycan  əlveriĢli  təbii-coğrafi  Ģəraitə, 
mülayim  iqlimə,  münbit  torpağa,  zəngin  yeraltı  və 
yerüstü sərvətə malikdir. Dünyada mövcud on bir iqlim 
qurĢağının  doqquzunun  Azərbaycanda  olması  bu 
torpağın  bərəkətini  artırıb,  Ģöhrətini  ucaldıb.  Bu  ərazi 
həqiqi  olaraq  bəĢər  sivilizasiyasının  ilkin  ocaqlarından 
biri  kimi  məĢhurdur.  Hələ  iki  milyon  il  bundan  əvvəl 
burada  ibtidai  insanların  məskən  salması,  güzəran 
keçirməsi, yaĢayıb-yaratması, təkamül, tərəqqiyə çatma-
sı üçün hər cür Ģərait mövcud olmuĢdur.  
Qafqazın  qoynunda  yaĢayan  Azərbaycan  xalqı  bu 
qədim  və  müqəddəs  ərazidə  bərqərar  olmuĢ,  özünün 
yüksək təsərrüfat həyatını, sənətkarlığı, sənəti, maddi və 
mənəvi  mədəniyyətini  yaradaraq  dünyanın  ən  qədim  və 
mədəni  xalqlarından  biri  kimi  tanınmıĢdır.  Etnoqrafik 
baxımdan  dünyanın  ən  zəngin,  çoxcəhətli  və  maraqlı 
guĢələrindən biri olan Azərbaycanda insanlar minilliklər 
boyu  Qafqaz və qədim  ġərq xalqları  ilə iqtisadi  və  mə-
dəni  əlaqədə  olmuĢdur.  Yaranan  bu  qarĢılıqlı  təmasdan 
çox Ģey əxz etmiĢ və faydalanmıĢ xalqımız eyni zaman-
da həmin xalqların tükənməz təsərrüfat həyatına, maddi 

 
 
 
 
 
100 
və mənəvi mədəniyyətinə çox Ģeylər bəxĢ etmiĢ, onu da-
ha da zənginləĢdirmiĢdir [7, s.6]. Eyni zamanda əlveriĢli 
təbii-coğrafi  və  iqtisadi-strateji  məkanda  yerləĢmiĢ 
Azərbaycanda  maddi  mədəniyyətin  təĢəkkül  tapması, 
inkiĢafı  və  yayılması  üçün  hər  cür  imkan  və  mövcud 
Ģərait olmuĢdur. Xalqımız bu zənginliklərdən bəhrələnə-
rək minilliklər boyu özünün çoxĢaxəli və dərin məzmun-
lu  maddi  mədəniyyət  sahələrini  yaratmıĢ  və  inkiĢaf  et-
dirmiĢdir [8, s.4].  
BəĢər  sivilizasiyasının  ilkin  ocaqlarından  sayılan 
Azərbaycanda ulu əcdadlarımız çox qədim dövrdən sığı-
nacaq tapıb, məskən salıb, yuva qurub, ocaq çatıb, döv-
ran sürüb, zaman-zaman yaĢayıb, kamala yetib, təkamü-
lə, tərəqqiyə çatıblar. Xalqımız ana vətəninin əsil sahibi, 
əvəzsiz  varisi,  qoruyub-saxlayanı,  qurub  yaradını  olub, 
dünyanın ən qədim və mədəni etnoslarının biri kimi ta-
nınıb, sayılıb, seçilib.  
Heç təsadüfi deyildir ki, ümummilli liderimiz Hey-
dər  Əliyev  də  həmiĢə  öz  çıxıĢlarında  bu  məqamı  xüsu-
silə  vurğulamıĢdır:  “Azərbaycan  insanın,  bəĢəriyyətin 
beĢiyi  olan  nadir  ölkələrdən  biridir.  Burada  həyat  çox 
erkən  yaranmıĢdır  və  Azıx  mağarasından  tapılmıĢ  azı-
xantrop  Azərbaycanın  ən  qədim  ibtidai  insan  məskənlə-
rindən biri olmasını sübut edir. Qobustandakı və Gəmi-
qayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və 
Xocalı  mədəniyyətlərinə  aid  maddi  mədəniyyət  nümu-
nələri,  kurqan  tapıntıları  sübut  edir  ki,  hətta  miladdan 

 
 
 
 
 
101 
əvvəlki minilliklərdə də Azərbaycanda inkiĢaf etmiĢ mə-
dəniyyət mövcud olmuĢdur” [16, s.23].  
Azərbaycan  ərazisinin  son  dərəcə  əlveriĢli  iqlim 
Ģəraiti, zəngin flora və faunası, yerli əhalinin qədimliyi, 
təsərrüfat  məiĢəti,  çoxsahəli  sənətkarlığı, maddi  və  mə-
nəvi dünyası  onun  etnoqrafik  baxımdan  daha  çeĢidli  və 
məzmunlu olmasına əsaslı zəmin yaratmıĢdır. Etnoqraf-
lar  xalqın  çoxsahəli  fəaliyyətini  geniĢ  araĢdırarkən  onu 
təkcə  qeydə  almağa,  təsvir  etməyə  deyil,  eyni  dərəcədə 
təhlilinə, bərpasına çalıĢır, xronoloji ardıcıllıq prinsipinə 
uyğun  olaraq  sadədən  mürəkkəbə  doğru  inkiĢafını  izlə-
yir, ona zamanın tələbi baxımından yanaĢırlar. Etnoqra-
fiya elmi hər hansı bir hadisənin, məsələnin və ya kiçik 
bir əĢyanın necə yarandığını, hansı inkiĢaf mərhələlərin-
dən keçdiyini, nə kimi deformasiyaya uğradığını, aradan 
çıxması səbəbini və ya inkiĢaf etməsi yollarını tarixi ar-
dıcıllıqla izləyir və araĢdırır. Xalqımızın çoxsahəli, zən-
gin  irsini  yetərincə  və  hərtərəfli  öyrənmədən  onun  keç-
diyi inkiĢaf mərhələlərini, mübarizəli tarixini, maddi və 
mənəvi  dünyasını  lazımi  səviyyədə  tədqiq  etmək  qeyri-
mümkündür.  Etnoqrafiya  elmi  hazırda  qurub-yaradan 
xalqımızın  qədim  və  müasir  tarixinin,  mədəniyyətinin 
əhatəli Ģəkildə öyrənilməsinə təsirli kömək göstərir, onu 
yeni dəlil-sübutlarla daha da zənginləĢdirir, gələcək nə-
sillər üçün qoruyub saxlayır, mənəvi varisliyin tarixi ar-
dıcıllığını təmin edir [8].  

 
 
 
 
 
102 
Etnoqrafiya  folklorĢünaslığın  bir  sıra  cəhətləri  ilə 
ortaq  bağlarda  birləĢdiyi  kimi  digər  elmlərlə  də  əlaqəli 
Ģəkildə  inkiĢaf  etməkdədir.  Bu  mənada  etnoqrafik  və 
folklor  materiallarını  öyrənmək  üçün  mühüm  elm  sahə-
lərindən  biri  dialektologiyadır.  Folklor  nümunələri  dia-
lektdə  yaranır  ki,  onları  yazıya  alarkən  dialekt  xüsusiy-
yətinin  gözlənilməsi  zəruridir.  Folklorun  dialekt  xüsu-
siyyəti  bədii  vahidin  yaranma  dövrü  barədə  müəyyən 
materialı  özündə  qoruyub  saxlayır.  Dialektik  material-
lardan çıxıĢ edib bədii mətnin yaranma dövrünü, onunla 
bağlı  bir  sıra  tarixi  həqiqətləri  dürüstləĢdirmək  müm-
kündür. Dialekt xüsusiyyətinin araĢdırılması dialektolo-
giyanın  predmetidir,  folklor  dilin  və  dil  tariximizin  öy-
rənilməsinin açarıdır [81, s.38]. 
Folkloru və etnoqrafik materialları öyrənmək üçün 
eyni zamanda xalq etikasını, hər bir xalqın əxlaq norma-
larını,  etik  qaydalarını  öyrənmək  lazımdır. Çünki  əslin-
də folklorda xalqın ədəb-ərkan aləmi daha bütöv Ģəkildə 
əks  olunur.  ġifahi  yaradıcılığın  iri  həcmli  janrlarından 
tutmuĢ,  atalar  sözü  və  məsəllərə,  öyüd-nəsihətlərə,  ləti-
fələrə  və  s.  qədər  etik  normalar,  davranıĢ  qaydaları  əks 
olunur.  Əslində,  folklorda  xalqın  etik  mədəniyyəti  tam 
halda  yaĢayır.  Ona  görə  də  milli  etikanı  bilmədən  folk-
lor mədəniyyətini öyrənmək mümkün deyildir.  
Folklor  ümumilikdə  həyat  gözəlliklərini,  xeyir  və 
Ģərin mübarizəsini, məslək və əqidə saflığını əks etdirir. 
Ġnsanlara xeyirxahlıq, yaxĢılıq duyğuları aĢılayır. Gözəl-

 
 
 
 
 
103 
liklərin  real  və  ya  mifik,  əfsanəvi  və  ya  ilahi  mahiyyəti 
adamlara  zövq  verir,  insan  zövqünü  gözəlliyə,  ülviliyə 
aludəçilik istiqamətində formalaĢdırır. Folklor dünyanın 
olum-ölüm, gəlim-gedim həqiqətini təsdiqləyir, dünyanı 
gözəlləĢdirmək  və  bu  gözəlliklərdən  faydalanmaq  əxla-
qını  yaradır,  hamını  bu  əxlaqı  qəbul  etməyə  səsləyir. 
Folklor  zülmü  və  zalımı  rəhmə,  insanı  mənəvi  bütövlü-
yə,  kamilliyə  çağırır.  Ona  görə  də  predmeti  gözəllik 
olan estetikanı, onun  elmi  mahiyyətini  bilmədən folklo-
run estetik dəyərini müəyyənləĢdirmək olmaz. Estetika-
nı öyrənməklə Ģifahi yaradıcılığın gözəllik, ülvilik kimi 
zahirən gözə görünməyən tərəfi açılır [81, s.38-39].  
Folklorda sadə bir xalq fəlsəfəsi var. Ziddiyyətləri 
və  təzadları,  təsadüfləri  və  qanunauyğunluqları  özündə 
əks  etdirən  ağız  ədəbiyyatını  öyrənmək  üçün  fəlsəfəni 
bilmək  gərəkdir.  Bütün  baĢqa  xalqlarda  olduğu  kimi, 
Azərbaycan  xalqının  ictimai  fikir  tarixi  də  folklordan 
baĢlayır.  Təəssüf  ki,  aparılan  tədqiqatlarda  və  tarixi 
əsərlərdə ictimai fikrin bu bütöv, kamil və ilkin mərhə-
ləsi  əslində  indiyə  qədər  diqqətdən  kənarda  qalmaqda-
dır. Dünyanın, insanın yaranması ictimai münasibətlərin 
formalaĢması  və  ümumilikdə  dünyanın  dərk  olunması 
barədəki  miflərdə,  əfsanələrdə,  əski  türk  dastanları  və 
oğuznamələrdə əks olunan dünyagörüĢü Azərbaycan ic-
timai  fikrinin  erkən  qaynaqlarıdır.  Azərbaycan  ictimai-
fəlsəfi  fikrinin  bu  mərhələsi  minilliklərlə  Ģərtlənən  bir 
dövrü  əhatə  edir.  Azərbaycan  ağız  ədəbiyyatını  öyrən-

 
 
 
 
 
104 
mək  üçün  həmin  qaynaqlardan  baĢlayan  milli  fəlsəfəni 
və Azərbaycan ictimai fikir tarixini bilmək gərəkdir.  
Azərbaycan  türklərinin  ağız  ədəbiyyatının  önəmli 
tarixinə bələd olmaq üçün insanın ümumi inkiĢafını öy-
rənən  antropologiya  elminə  də  bələd  olmaq  gərəkdir. 
Çünki  türkün  antropoloji  strukturu  dünya  adamının  ən 
arxaik  antropoloji  strukturlarındandır.  Onun  ilk  izləri 
Zaqafqaziya ərazisində təkamül keçmiĢ Azıxantropda öz 
əksini tapmıĢsa, bu gün dünya elmi Avropa insan tipinin 
ilk  beĢiyinin  də  Qafqaz  antropogez  zonası  olduğunu 
açıqlamaqdadır. Antropoloji tədqiqatlara rəvac verən, bu 
gün  Azərbaycan  türklərinə  məxsus  arxeoloji  araĢdırma-
lar  da  ağız  ədəbiyyatının  öyrənilməsində  milli  arxeolo-
giyanı ön plana çıxarmıĢdır. Arxeologiya folklor yaradı-
cılığına  məxsus  bir  sıra  həqiqətlərin  açıqlanmasında 
həmçinin mühüm qaynaqlardan biri hesab edilir.  
Azərbaycan  folklorunun  dərin  qatlarını  açıqlamaq 
üçün  teologiya  və  ilahiyyat  elmlərinə  də  bələd  olmaq 
lazımdır. Uzun müddət ağız ədəbiyyatı din və təriqətlərdən 
təcrid  olunmuĢ  Ģəkildə  araĢdırılmıĢdır.  Ġstər  zərdüĢtilik, 
istərsə  də  islam  qaynaqları  ilə  xalq  ədəbiyyatı  arasında 
uçurumlar  yaradılmıĢ, onun bu istiqamətdə araĢdırılmasına 
bəzən  qadağalar  qoyulmuĢdur.  Lakin  ağız  ədəbiyyatını  bu 
nəzəri  görüĢlərdən  kənarda  götürmək  onu  yalnız  məhdud 
qəlibə  salmaq  və  cılızlaĢdırmaqdan  baĢqa  bir  Ģey  deyildir. 
Teologiya və ilahiyyatla sıx bağlı olan Ģifahi yaradıcılıq bu 
gün yeni bir istiqamət kimi ciddi araĢdırmalara möhtacdır. 

 
 
 
 
 
105 
Ağız ədəbiyyatının bu günə qədər az toplanmıĢ sehr, ovsun, 
ürəyədamma,  göstərmə,  gözəgörünmə,  qarabasma,  ruh  və 
baĢqa  janrlarını  araĢdırmaq  üçün  elmlərin  sinkretizmindən 
doğan  müĢahidələrə  ehtiyac  duyulur.  Psixologiya,  parap-
sixologiya,  etnopsixologiya  və  təbabətin  yeni-yeni  sahə-
lərinin folklorĢünaslıqla sintetikliyi əsasındakı müĢahidələr 
xalq  yaradıcılığında hələ sirr olaraq qalmaqda olan bir çox 
müəmmaların elmi mahiyyətini açmağa imkan verərdi [81, 
s.39-40].  
Görkəmli  etnoqraf  və  folklorĢünas  alimlərin  gəl-
dikləri qənaətlər də təsdiqləyir ki, milli-mədəni irsin öy-
rənilməsində  bir  sıra  elmlərin  qarĢılıqlı  əlaqəsinə  ehti-
yac  vardır.  Təsadüfi  deyil  ki,  avropalılar  folkloru  ilk 
vaxtlar  etnoqrafiya,  psixologiya,  bir  sıra  hallarda  sosio-
logiya  və  xalq  tamaĢaları,  ayin  və  etiqadları  məcmu-
sunda götürürdülər. Belə hallarda folklor yuxarıda adları 
çəkilən  sahələrin  elementlərini  özündə  əks  etdirən  bir 
yaradıcılıq  sahəsi  hesab  edilirdi.  Lakin  hər  bir  yaradı-
cılıq  sahəsi  onun  özünəməxsus  xüsusi  predmeti  ilə 
müəyyənləĢdirilə  bilərdi  və  təbii  ki,  folklorun  predmeti 
dürüstləĢdirildikdən  sonra  o,  psixologiya,  etnoqrafiya, 
antropologiyadan  ayrılıb  müstəqil  tədqiqat  obyekti  kimi 
öyrənilməyə  baĢlandı.  Son  vaxtlara  qədər  bir  sıra  janr-
lar, məsələn, oyun, meydan tamaĢaları və s. etnoqrafiya 
hesab  edildiyindən  onlardakı  folklor  elementləri  nəzərə 
alınmır və oyunlar kimi dramatik növün bir sıra janrları 
folklorĢünaslığın  diqqət  mərkəzindən  kənarda  qalırdı 

 
 
 
 
 
106 
[81, s.107]. Bütün hallarda folklorun və etnoqrafik irsin 
bütöv  bir  kulturoloji  vahid  halında  öyrənilməsinin  yal-
nız digər ictimai, sosial və humanitar elmlərlə vəhdətdə 
mümkün olması tezisi elmi sayıla bilər. 
Azərbaycan  folkloru  və  etnoqrafik  irsi  bütöv  bir 
kulturoloji  vahid  halında  götürülsə  də,  təbii  ki,  bu  va-
hidliyin  içərisində  ümumi  və  ortaq  cəhətlərlə  yanaĢı, 
yerli Ģəraitdən irəli gələn müəyyən fərqli çalarlar da var-
dır.  Bu  mənada  Naxçıvan  folklorunun,  o  cümlədən  də 
dialektinin  özünəməxsus  xüsusiyyətləri  vardır  ki,  bu  da 
bu  bölgənin  indiyədək  öyrənilməmiĢ  materiallarının 
öyrənilməsi iĢini aktuallaĢdırır. Sevindirici haldır ki, son 
illərdə  bu  sahədə  bir  sıra  elmi-tədqiqat  iĢləri  aparılmıĢ, 
tədbirlər həyata keçirilmiĢdir.  
Mütəxəssislərin  həmin  folklor  toplamaları  zamanı 
apardıqları  araĢdırmalar  söyləyicilərin  danıĢdığı  nağıl-
larda, əfsanə, ovsun və bayatılarda ifadə olunan fikir bü-
tövlüyünün  min  illərlə  davam  еdən  sosial  və  еtnik-mə-
dəni prosеslərin yadigarı olduğunu dеməyə tam əsas vе-
rir. Ümumxalq yaradıcılığının məhsulu olan bu nümunə-
lərdə dünyanın və türk еtnosunun yaranıĢı, təbiət hadisə-
lərinin  baĢ  vеrməsi  ilə  bağlı  təsəvvürlər  ortaq  türk  dü-
Ģüncəsinin əsasını təĢkil еdən xüsusiyyətləri əks еtdirir. 
Bu  baxımdan  folklor  nümunələrinin  və  onların  variant-
larının  yayılma  arеalının  müəyyənləĢdirilməsi  də  mü-
hüm əhəmiyyətə malikdir. Məlum olduğu kimi, mifoloji 
düĢüncə tərzi, yüksək bəĢəri idеyalar, mütərəqqi fikirlər 

 
 
 
 
 
107 
bütün millətlərin, xalqların yazılı və Ģifahi ədəbiyyatın-
da öz yеrini almıĢdır. Amma hər bir еtnosun, xalqın ya-
ratdığı  hissi  obrazlar  onun  tarixini,  mənəvi  dünyasını 
əks  еtdirmiĢ,  onun  yaĢadığı  coğrafiya  ilə  sıx  bağlı  ol-
muĢdur.  Tarixin  yüksələn  xətlə  inkiĢaf  еdən  pilləsində 
milli  düĢüncə,  dil,  davranıĢ  və  s.  xüsusiyyətlərlə  xarak-
tеrizə  olunan  dəyərlər  formalaĢmıĢ,  sistеmli  Ģəkildə 
folklor  nümunələrində  əks  olunmuĢdur.  Bu  dəyərlər  isə 
öz  növbəsində  zamanın  sınağından  kеçmiĢ,  inkiĢaf  еt-
miĢdir [51, s.10-11].  
Аzərbаycаn  Milli  Еlmlər  Аkаdеmiyаsı  Nаxçıvаn 
Bölməsinin  Ġncəsənət,  Dil  və  Ədəbiyyаt  Ġnstitutunun 
folklorĢünаslıq  Ģöbəsinin  son  illərdə  gördüyü  iĢlər  də 
təqdirəlayiqdir.  Məsələn,  Ģöbənin  əməkdаĢı  Məhsəti  Ġs-
mаyılın  “Xаlq  yаddаĢının  izləri”  adlı  folklor  toplusunu 
[42]  hаzırlаmаqdа  məqsədi  unudulmаqdа  olаn  xаlq  yа-
rаdıcılığı  nümunələrini  qoruyub  sаxlаmаqdır.  Topludа 
Аzərbаycаn  folklorunun  müxtəlif  jаnrlаrı  və  yеr-yurd 
аdlаrı öz əksini tаpmıĢdır. Gənc tədqiqаtçının еl-еl, obа-
obа  gəzib  toplаdığı  bu  mаtеriаllаr  Аzərbаycаnın  ən  uc-
qаr guĢələrindən biri olаn ġаhbuz rаyonunun əhаlisi аrа-
sındа qorunub sаxlаnаn Ģifаhi xаlq yаrаdıcılığı nümunə-
lərinin  yаlnız  müəyyən  bir  qismini  əhаtə  еdir.  Toplunu 
vərəqlədikcə  yurdumuzdа  məskən  sаlаn  qədim  tаyfаlа-
rın  silаhlаrının  cingiltisini,  onlаrın  yаğılаrа  qаrĢı  bаrıĢ-
mаz hаyqırtısını, mübаrizə əzmini, yеnilməz igidlər bö-
yüdən, Ģəhidlər vеrən аnаlаrımızın səsini еĢidir, ruhunu 

 
 
 
 
 
108 
duyuruq.  Min  illər,  yüz  illər  bundаn  əvvəl  formаlаĢаn 
miflər, əfsаnələr, nаğıllаr, аğılаr və bаyаtılаr xаlq zəkа-
sının  süzgəcindən  kеçərək  bu  günümüzlə  səsləĢən,  xаl-
qımızı  mübаrizəyə  səsləyən  poеtik  nümunələr  kimi  öz 
dəyərini qoruyub sаxlаmıĢ, mənəviyyаtımızın tükənməz 
mənbəyinə çеvrilmiĢdir [42, s. 3-4]. 
Ġsa  Həbibbəyli  və  Vəli  BаxĢəliyеvin  nəĢrə yazdıq-
ları ön sözdə deyilir ki, toplunun üstün cəhəti xаlq dili-
nin sаxlаnmısı və toplаnmıĢ mаtеriаllаrın olduqcа аz rе-
dаktə еdilməsidir. Bеlə hеsаb еdirik ki, toplunun bu Ģə-
kildə nəĢri onun ilk mənbə kimi dəyərini dаhа dа аrtırır. 
Çünki hədsiz rеdаktələr folklor mаtеriаllаrının ilkin for-
mаsını, bəzən isə məzmununu dа dəyiĢir ki, bu dа xаlqı-
mızın  qədim  təfəkkür  tərzi  ilə  bаğlı  olаn  müəyyən  mə-
qаmlаrını  izləməyə  imkаn  vеrmir.  Müəyyən  zаmаn  və 
məkаn dаxilində bаĢ vеrən hаdisələrin hissi ifаdəsi olаn 
folklorumuz  yаlnız  ədəbiyyаtımızın  öyrənilməsi  üçün 
dеyil, xаlqımızın sosiаl-iqtisаdi və siyаsi həyаtının müx-
təlif  sаhələrini,  mifologiyаsını,  dünyа  hаqqındа  təsəv-
vürlərini  аrаĢdırmаq  üçün  də  mühüm  əhəmiyyətə  mа-
likdir.  Еlə  folklor  nümunələrimiz  vаrdır  ki,  tаriximizin 
hеç bir аrxеoloji və yаzılı mənbədə əks olunmаyаn səhi-
fələrini  özündə  mаddiləĢdirərək  qoruyub  sаxlаmıĢdır. 
ġаhbuz rаyonundаn toplаnаn folklor mаtеriаllаrı dа bеlə 
dəyərli  cəhətləri  ilə  fərqlənir.  Аzərbаycаnın  Ģimаlı  ilə 
cənubunu  birləĢdirən  ən  mühüm  hərbi  və  ticаrət  yolu 
üzərində,  strаtеji  cəhətdən  əlvеriĢli  mövqеdə  yеrləĢən 

 
 
 
 
 
109 
ġаhbuz rаyonu Аzərbаycаndа bаĢ vеrən sosiаl-siyаsi hа-
disələrdə mühüm rol oynаmıĢdır [42, s.5].  
Güneyli-quzeyli  Azərbaycan  folklorunun  nəhəng 
coğrafiyasında  öz  mədəni-məhəlli  sistem  əlamətləri  və 
sosial-mədəni  mühit  atributlarına  görə  Naxçıvan  folklor 
mühiti öz avtonomluğu ilə seçilir. Naxçıvan folklor mü-
hitinin  mövcudluğu  bütün  hallarda  üzərində  durduğu 
ərazi-inzibati vahidinin fiziki-təbii varlığına dayansa da, 
avtonom  folklor  mühitinin  varlığı  həmin  ərazi-inzibati 
mühitdə  reallaĢan  folklor  sisteminin  kültür  özünəməx-
susluğunun  olub-olmaması,  məhəlli  əlamət  və  atributla-
rının sistem səviyyəsinə qalxa bilib-bilməməsi ilə Ģərtlə-
nir.  Bu  mənada  “Naxçıvan  folkloru  antologiyası”nın  I 
cildi  Azərbaycan  folklor  xronotopunun  nəhəng  coğra-
fiyasında  Naxçıvan  folklor  mühitinin  varlığını  janr 
sisteminin  bütövlüyü,  ümumazərbaycan  folklor  düĢün-
cəsinin  Naxçıvan  kodunun  sistem  kamilliyi,  mühitin 
folklor  obrazının  bitkinliyi  və  mükəmməlliyi,  coğrafi 
kültür  simvolikasının  məhəlli  atributlar  sisteminin  tam-
lığı səviyyələrində birmənalı olaraq təsdiq və təsbit edir. 
Məhz bu məqamı nəzərdə tutaraq YaĢar Qarayev yazırdı 
ki,  xəritəmiz  yalnız  folklorumuzda  dəyiĢməyib,  bütün 
qalıb.  Kərkük,  Təbriz,  Göyçə,  Qarabağ,  Dərbənd,  həm-
çinin  Borçalı  bu  xəritədə  öz  əksini  tapmıĢdır.  Belə  bir 
bütöv  mənəvi  məkanı  özündə  ehtiva  edən  məhz  folklo-
rumuzdur ki, biz bunu təkcə Novruz mərasimlər sistemi-
nin  nümunəsində  də  görə  bilirik.  Bu  özünü  həm  zaman 

 
 
 
 
 
110 
anlamında,  həm  bayram  atributlarında  və  rəmzlərində, 
həm də mərasim personajlarında büruzə verir. 
Son dövrlərdə folklorĢünaslar toplanmıĢ matеrialların 
tədqiqi zamanı analitik və müqayisəli təhlil, tipoloji təsnifat 
üsullarından  peĢəkarlıqla  istifadə  еdirlər.  Naxçıvanda 
yaĢayan  qədim  türklərin  mifoloji  dünyagörüĢü,  еtik-əxlaqi 
dəyərləri,  bəĢəri  düĢüncələrinin  bu  üsulla  araĢdırılması, 
təbii  ki,  müsbət  nəticə  vеrmiĢdir.  Məsələn,  Məhsəti  Ġsma-
yılın  digər  bir  tədqiqatında  –  “Naxçıvan  əfsanələri”nin 
toplanmasında  bu  üsulun  tətbiqi  zamanı  Azərbaycan  folk-
lorĢünaslarından Məmmədhüsеyn Təhmasib, Ġsrafil Abbas-
lı,  Azad  Nəbiyеv,  Əhliman  Axundov,  Mirəli  Sеyidov, 
Vaqif  Vəliyеv,  Təhmasib  Fərzəliyеv,  Ġsa  Həbibbəyli, 
Məhərrəm  Cəfərli,  PaĢa  Əfəndiyеv,  Bəhlul  Abdullayеv, 
Sədnik  PaĢayеv  və  digər  tədqiqatçıların  təcrübəsindən 
istifadə еdilmiĢdir [42, s.11]. 
Milli-mənəvi  dəyərlərimizin  canlı  yaĢadıcısı  xalqı-
mız,  daĢıyıcısı  folklorumuzdur.  Toy  mərasimlərində, 
Novruz Ģənliklərində, həyatımızda, məiĢətimizdə nə var-
sa  –  onun  nüvəsində  folklorumuz  dayanır.  Milli  ədəb-
ərkan, əxlaq normaları, inanclar, sınamalar, yasaqlar hər 
birimiz  üçün  ulularımızın  müəyyənləĢdirdiyi  qayda-
qanunlardır. Əsrlər boyu xalqımızın həyat tərzi, adət-ən-
ənəsi, ictimai dünyagörüĢü və dini inancları sözə çevri-
lib,  yaddaĢlara  hopub,  sonra  da  yaddaĢlardan  damla-
damla süzülərək yaĢamağa baĢlayıb. Qanadlanaraq ağız-
dan-ağıza,  dildən-dilə  dolaĢan  söz  müxtəlif  formalara 

 
 
 
 
 
111 
düĢüb.  Əsrlərdən-əsrlərə,  nəsillərdən-nəsillərə  uzun  bir 
yol keçib. Cilalanaraq hikmət xəzinəsinə çevrilib, xalqın 
ruhunda özünə taxt qurub, yaĢayıb. Və elə xalqın ruhun-
da  özünə  məskən  seçdiyinə  görə  “xalq  hikməti”,  “xalq 
ədəbiyyatı”,  “ağız  ədəbiyyatı”,  “el  ədəbiyyatı”  adlan-
dırılıb.  Ağızdan-ağıza,  dildən-dilə  dolaĢa-dolaĢa  sinə-
lərdə özünə məskən salan  Ģifahi xalq ədəbiyyatı keçmi-
Ģin  sirli-sehrli,  üstünü  toz  basmıĢ  xatirələrinə  ayna  tut-
maqla, keçmiĢimizə, dünənimizə  boylanıb baxmağımız-
da ən yaxın köməkçi, yoldaĢ bəzən də sirdaĢ olub bizə.  
Azərbaycanda  hər  regionun,  hər  rayonun  və  hətta 
hər  kəndin  özünəməxsus  folkloru,  xalq  yaradıcılığı 
olduğu kimi, Naxçıvan folklorunun da Azərbaycan folk-
lorunda bəlli yeri var. Naxçıvan folkloru öz üslubi xüsu-
siyyətləri,  məna  çalarları  və  əhalinin  həyat  tərzinə  mü-
daxiləsi  ilə  seçilir.  Bölgənin  əhalisi  folkloru  həyatının 
bir hissəsi, bir parçası hesab edir [26]. 
AMEA  Naxçıvan  Bölməsinin  Ġncəsənət,  Dil  və 
Ədəbiyyat Ġnstitutunun folklorĢünaslıq Ģöbəsinin müdiri 
Məhərrəm Cəfərli folklorĢünaslığın müasir durumu haq-
qında  bildirir  ki,  “1994-cü  ildə  “Azərbaycan  Folkloru 
Antologiyası”nın  Naxçıvan  cildi,  2007-ci  ildə  “Nax-
çıvan  Folkloru”  kitabları  çap  olunsa  da,  ġahbuz,  Ordu-
bad, ġərur bölgələrindən toplanmıĢ materiallar ayrı-ayrı 
iĢıq üzü görsə də bu, o demək deyil ki, biz Naxçıvanda-
kı  bütün  folklor  materiallarını  toplamıĢıq.  Ancaq  bizim 
iĢimiz  folklor  materiallarını  toplamaq,  sistemləĢdirmək, 

 
 
 
 
 
112 
çap  etdirməkdən,  folklorla  bağlı  elmi  məqalələr  yaz-
maqdan,  elmi-konfrans  və  simpoziumlarda  iĢtirak  edə-
rək folkloru hər kəsə təbliğ etməkdən ibarətdir” [26].  
Gələcəkdə  çap  olunacaq  Naxçıvan  Folkloru  Anto-
logiyasını  və  Naxçıvan  Folklor  Atlasını  hazırlayarkən 
diqqətli  və  məsuliyyətli  olmağın  zəruriliyinə  toxunan 
Məhərrəm Cəfərliyə görə əgər insan bir iĢi görərkən ona 
cani-dildən  can  yandırarsa,  o  iĢin  də  qiyməti,  dəyəri 
olar. Ona görə də biz əsas diqqəti yeni materialların top-
lanmasına  yönəltmiĢik.  Azərbaycanda  folklorĢünaslıq 
sahəsində iĢlər yüksək səviyyədə aparılır. Bizim folklor-
Ģünaslar dünyanın bir çox yerlərində tanınırlar. Və onlar 
Azərbaycan folkloru incilərini dünyada elmi dövriyyəyə 
ötürmək  sahəsində  əsl  vətəndaĢlıq  qeyrəti  və  məsuliy-
yəti  ilə çalıĢırlar. Xüsusilə,  müstəqillik  illərində folklo-
rumuzun  toplanılması,  tədqiqi  milli  strategiyaya  daxil 
edilib,  mühüm  dövlət  qayğısı  ilə  əhatə  olunub.  Milli 
Elmlər  Akademiyasının  ayrıca  Folklor  Ġnstitutu,  müxtə-
lif  tədqiqat  institutlarının  və  universitetlərin  folklor-
Ģünaslıq Ģöbələri və kafedraları yaradılıb. Onların hərtə-
rəfli,  məqsədyönlü  fəaliyyəti  daim  diqqət  mərkəzində 
saxlanılır. ĠĢlərin milli müstəvidə, digər türk xalqları ilə 
qarĢılıqlı Ģəklidə aparılması isə dövlət müstəqilliyimizin 
milli nailiyyətlərindən, mühüm töhfələrindəndir [26].  
Fikrimizcə,  görülmüĢ  iĢləri,  alimlərimizin  folklor 
və  etnoqrafik  irsimizin  öyrənilməsi  və  tədqiqi  sahəsin-
dəki  xidmətlərini  dəyərləndirməklə  yanaĢı  deyilməlidir 

 
 
 
 
 
113 
ki,  kultiuroloji  fikir  tariximizin  hələ  də  qaranlıq  qalmıĢ 
tərəflərinə  XXI  yüzilliyin  mütərəqqi  elmi  nailiyyətləri 
kontekstində  yanaĢmaqla  tarixi  keçmiĢimizin  araĢdırıl-
ması istiqamətində hələ çox iĢlər görülməlidir. 
Bu  mənada,  bizim  üzərində  uzun  illərdən  bəri  çalıĢ-
dığımız  “Naxçıvan  rayon  Ģivələrində  terminoloji  səciyyə 
daĢıyan  leksika”  mövzusunda  elmi-tədqiqat  iĢi  də  hesab 
edirik  ki,  folklor  və  etnoqrafik  irsimizin  öyrənilməsinə 
kiçik  bir  töhfə  olacaqdır.  Biz  bu  tədqiqatımızda  Naxçıvan 
bölgələrindən topladığımız folklor və etnoqrafik mahiyyətli 
toplama materiallarının izahlı açılıĢını verməyə çalıĢmıĢıq. 
Elmi ədəbiyyatda “dialekt” termini (yun. dialektos 
– danıĢıq, Ģivə, ləhcə) – ümumxalq dilinin məhəlli qolu, 
xalqın,  millətin  bu  və  ya  baĢqa  ərazidə  yaĢayan  müəy-
yən  hissəsinin  dili  kimi  təqdim  edilir.  Dilin  dialektlərə 
bölünməsi  xalqın  tarixi  ilə  əlaqələndirilir.  Göstərilir  ki, 
dialektlər ədəbi dildən və bir-birindən özünəməxsus fo-
netik,  leksik  və  qrammatik  xüsusiyyətləri  ilə  seçilir;  bir 
dialektdəki  söz  digər  dialektdə  ya  iĢlənmir,  ya  da  baĢqa 
Ģəkildə  tələffüz  edilir;  bəzən  eyni  söz  ayrı-ayrı  dialekt-
lərdə müxtəlif məna bildirir. Belə fərqlənmə sözün fone-
tik  quruluĢunda  və  qrammatik  formalarda  da  müĢahidə 
olunur. Azərbaycan dilinin dialekt və Ģivələri tarixi-coğ-
rafi prinsip əsasında 4 qrupa (Ģ., q., Ģm. və c.) bölünür. 
Ərazi  dialektlərindən  baĢqa  sosial  dialektlər  də  var  (ar-
qo,  jarqon)  [13,  s.432].  Biz  də  toplama  materiallarının 

 
 
 
 
 
114 
araĢdırılmasında bu elmi prinsipləri əldə rəhbər tutmağa 
səy göstərmiĢik.  
Tədqiqat  iĢində  mövzunun  aktuallığı  əsaslandırıl-
mıĢ,  dövlətimizin  mədəniyyət  sahəsindəki  siyasətinin 
əsas  konturları  nəzərdən  keçirilmiĢ,  ölkə  rəhbərliyinin 
milli-mədəni  irsə  qayğısının  bariz  ifadəsi  olan  qanun, 
fərman  və  sərəncamların  mahiyyəti  açıqlanmıĢ,  müstə-
qilliyimizin  ilk  dövrlərindən  bəri  Naxçıvanın  maddi  və 
mədəni  irsinin  mühafizəsi,  tədqiqi  və  təbliği  istiqamə-
tində  görülmüĢ  iĢlərin,  həyata  keçirilmiĢ  tədbir  və  layi-
hələrin  əhəmiyyətinə  toxunulmuĢdur.  Naxçıvan  dialekt-
lərinin  terminoloji  leksikası  barədə  məlumat  verilmiĢ, 
Naxçıvan  Ģivələrində  iĢlənən  bəzi  termin  səciyyəli  söz-
lərin baĢqa qohum dillərlə müqayisəsi verilmiĢdir.  
Toplama  materiallarında  əkinçiliklə  bağlı  termin-
lər,  taxılçılıqla,  becərmə  və  suvarma  ilə,  bağçılıq  və 
üzümçülüklə, bitkiçiliklə, maldarlıqla, köçəriliklə əlaqə-
dar  olan  sözlər  yer  almıĢdır.  Habelə  insan  və  heyvan 
xəstəlikləri, bunların təzahürü və müalicəsinə aid sözlə-
rin,  toxuculuğa, vəhĢi  heyvan,  quĢ  və  həĢərat adlarının, 
məiĢət  leksikasına aid  sözlərin,  binaların, evlərin hissə-
lərinə,  tikinti  materiallarına  aid  kəlmələrin,  astronomik 
adların,  baramaçılığa  və  arıçılığa  aid  terminlərin  və 
nəhayət, toy və yas mərasimlərinə aid sözlərin iĢlədilmə 
arealı göstərilmiĢ və onların izahlı təsviri verilmiĢdir. 
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə