Telman qulġyev


MĠLLĠ-MƏDƏNĠ VARLIĞIN MÜHAFĠZƏSĠNDƏ



Yüklə 2.82 Kb.
Pdf просмотр
səhifə3/10
tarix29.05.2017
ölçüsü2.82 Kb.
1   2   3   4   5   6   7   8   9   10

MĠLLĠ-MƏDƏNĠ VARLIĞIN MÜHAFĠZƏSĠNDƏ 
DĠL AMĠLĠ 
Dilin kulturoloji mahiyyəti 
E
lmi  ədəbiyyatda  dilin  özünəməxsus  cəhətləri 
ümumi  Ģəkildə  belə  səciyyələndirilir  ki,  dil  ictimai  ha-
disədir,  onun  yaranmasında  və  formalaĢmasında  bioloji 
amillər  mühüm  rol  oynasa  da,  dominantlığı  ictimai  fak-
torlar təĢkil etmiĢdir. Cəmiyyətin məhsulu olan dil sinfi, 
bazis və ya üstqurum hadisəsi deyil, tarixi kateqoriyadır, 
kültürün mühüm daĢıyıcısı və formasıdır. Dil bioloji, ir-
si, irqi, psixoloji hadisə olmayıb, ünsiyyət vasitəsidir və 
yalnız  insana  məxsusdur.  Təfəkkürlə  vəhdətdə  olan  dil, 
fikrin ifadəsi kimi nitq vasitəsilə özünü reallaĢdırır. Dil 
cəmiyyətlə  birlikdə  inkiĢaf  edir,  dilin  xidmət  etdiyi  cə-
miyyət öldükdə dil də ölür. Dil, kültürün bütün ünsürləri 
ilə  birlikdə  və  vəhdətdə  götürüldükdə  mədəniyyət 
fenomenidir. 
Bir sözlə, müxtəlif sahə mütəxəssislərinin dilə mü-
nasibətində  ümumi  və  fərqli  cəhətlər  vardır.  Məsələn, 
sosioloqlara görə, dil insan həyatının elə bir sahəsidir ki, 
bu fenomensiz nəinki insanın fəaliyyətini, hətta bir icti-
mai, sosioloji varlıq kimi insanın özünün varlığını, möv-
cudluğunu  təsəvvür  etmək  mümkün  deyil.  Çünki  belə 
olmuĢ  olsaydı,  onda  dilsiz  insan  ictimai  varlıq  kimi 

 
 
 
 
 
58 
mövcudiyyətini  itirib,  ictimai  funksiyasından  məhrum 
olub bioloji varlığa çevrilərdi [93].  
Digər tərəfdən də dil tarixi kateqoriya olduğundan, 
yalnız  bəĢər  tarixinin  çərçivəsində  inkiĢaf  edir;  bu  çər-
çivədən  kənarda  nəinki  dilin  inkiĢafından,  hətta  onun 
mövcudluğundan belə söhbət gedə bilməz. Dil inkiĢafda 
olan  dinamik  sabitlikdir,  lakin  bu  sabitliyi  sükunət  və-
ziyyəti kimi deyil, ünsiyyətə xidmət edən, daima iĢlənən 
dilin  inkiĢafı kimi  baĢa  düĢmək  lazımdır. Dili  həm fəa-
liyyət,  həm  də  bu  fəaliyyətin  məhsulu  hesab  edən 
V.Humboldtun  fikrincə,  dilin  daimi  keyfiyyəti  olan  də-
yiĢkənlik,  tarixi  inkiĢaf,  dinamizm  onun  mahiyyətini 
təĢkil edir. “Dil sabit olanla dəyiĢkən olanın, statik olan-
la  dinamik  olanın  vəhdətindən  ibarətdir”  (84,  s.127-
128).  Ġctimai  hadisə  olan  dilin  vəziyyəti  xalqın  ümumi 
mədəni  səviyyəsindən,  təfəkkür  tərzindən  asılıdır.  Bu 
mənada  dil  prosesləri  bir  sıra  dillər  üçün  ümumidir. 
Çünki  bütün  xalqlar  üçün  cəmiyyətin,  təfəkkürün  və 
mədəniyyətin inkiĢaf qanunauyğunluqları xeyli dərəcədə 
ümumidir [93]. 
Dil  yaddaĢın,  xatirələrin,  duyğuların  və  düĢüncə-
lərin,  bütün  maddi  və  mənəvi  dəyərlərin,  dünyagörüĢü 
və yaradıcılığın ümumi bir xəzinəsidir. Dil insan cəmiy-
yətinin  ən  önəmli  sosial  varlığıdır.  Mədəniyyətin  əsas 
Ģərtlərindən biri və birincisidir. Bir millətin mədəniyyəti 
ayrı-ayrı fərdlərin duyğu və düĢüncələrini dil vasitəsi ilə 
bölüĢməsi nəticəsində meydana gələ bilir. Bir xalqın ta-

 
 
 
 
 
59 
rixi,  folkloru,  musiqisi,  ədəbiyyatı,  elmi  və  fəlsəfəsinin 
təĢəkkülü  və  inkiĢafında,  ümumiyyətlə  isə  bir  millət 
kimi  formalaĢmasında  dil  amili  əhəmiyyətli  rol  oyna-
mıĢdır. Bir çox dəyərlər, məhz əsrlərin süzgəcindən sü-
zülə-süzülə  kəlmələrdə,  cümlələrdə,  deyimlərdə  möh-
kəmlənərək, dil xəzinəsində qorunaraq günümüzə qədər 
çatdırılmaqla  gələcək  nəsillərə  ötürülür.  Deməli,  mədə-
niyyətin bütün sahələrinin yaranmasında dil əsas və va-
cib Ģərtdir. Dil sosial varlıq olaraq milləti formalaĢdırır, 
onun mədəniyyətini yönləndirir. Dillə söylənilənləri ya-
zı,  digər  sənət  əsərləri  vasitəsi  ilə  qoruyub  saxlamaq, 
nəsildən-nəslə  ötürmək  daha  önəmlidir.  Çünki  yazı  sa-
yəsində duyğu və düĢüncələr həm zaman, həm də məkan 
etibarı  ilə  daha  geniĢ  yayılır.  Nümunə  olaraq  Orxan-
Yenisey yazılı abidələrini göstərə bilərik. Min iki yüz il 
bundan  əvvəl  Göytürklərin  varlığı,  hekayətləri,  duyğu 
və  düĢüncələri  haqqında  məlumat  ala  bilirik.  Yüz  illər 
boyunca  formalaĢan  yazılı  ədəbiyyatımız  sayəsində  di-
limiz  də  inkiĢaf  edərək  mədəniyyətimizin  yüksəldilmə-
sinə öz töhfəsini verməkdədir. ġifahi xalq ədəbiyyatımı-
zın  zənginliyi  yazılı  ədəbiyyatımızın,  mədəniyyətimizin 
inkiĢafında  mühüm  yer  tutur.  ġifahi  ədəbiyyatımız  be-
Ģikdən baĢlayaraq həyatımızın bütün sahələrində öz izi-
ni, təsirini göstərir.  
Ümumiyyətlə,  bir  millətin  ruhi  oyanıĢı  öncə  onun 
bədii-mədəni  yaradıcılıq  məhsullarında  öz  əksini  tapır. 
Bu  baxımdan  ədəbiyyatın  rolu  çox  böyükdür.  Millətin 

 
 
 
 
 
60 
idealları,  ağrıları,  sevinci  estetik  biçimdə  ədəbiyyatda 
özünü göstərir və milli dildə ədəbiyyata, özəlliklə yazılı 
ədəbiyyata girməsi ilə böyük əhəmiyyət kəsb edir. Ədə-
biyyatı  olmayan  toplumlar  millət  ola  bilməz.  Millətin 
gerçək  tarixi  müəyyən  mənada  həm  də onun  bədii  yara-
dıcılığında  əks  olunur.  Çünki  siyasi  quruluĢlar  dəyiĢib, 
hətta yox ola bilir. Necə ki, tarixdə onlarca türk dövləti 
qurulub  yox  olub.  BaĢqa  millətlərdə  də  belədir.  Yəni 
nəsillərarası hissi və düĢüncə münasibətləri əsasən ədə-
biyyat  vasitəsilə  nəsildən-nəslə  ötürülür.  Biz  keçən  əsr-
lərin ədəbiyyatını, Axundovu, Cavidi, Cabbarlını, Ordu-
badini, Üzeyir bəyi, Səməd Vurğunu oxuduğumuzda on-
ların  ağıllarından  keçən  düĢüncələrlə  tarixi  əlaqə  qura 
bilirik. Bu üzdən də əsrlər, hətta minilliklər arası düĢün-
cə  bağlantısı  ancaq  ədəbiyyat  yolu  ilə  bərqərar  olur. 
Amma  onu  da  demək  lazımdır  ki,  ədəbiyyat  yalnız  Ģeir 
və roman deyil. Milli dildə yazılaraq tarixliləĢən hər Ģey 
ədəbiyyatdır.  Fəlsəfədən  tutmuĢ,  siyasi  elmlər,  bədii 
ədəbiyyat, folklor, etnoqrafiya, Ģeir, mif və s. [34].  
Azərbaycan  Ģifahi  ədəbiyyatı  eĢq,  həsrət,  ayrılıq, 
ölüm, qürbət, zarafat, qəhrəmanlıq, əxlaq və s. kimi mə-
dəniyyət  sahələrini  özündə  əks  etdirmiĢdir.  Ədəbiyyatı-
mızın  zənginliyinin  təməl  daĢı isə  dilimizdir.  Ġstər  Ģifa-
hi, istərsə də yazılı ədəbiyyatımızın yaradıcıları dil mə-
dəniyyətindən  yararlanmıĢlar.  Xalqımızın  məhək  daĢı 
olan 
“Kitabi-Dədə 
Qorqud” 
dastanları, 
böyük 
Ģairlərimiz  Füzuli,  Nəsimi,  Səməd  Vurğun,  Bəxtiyar 

 
 
 
 
 
61 
Vahabzadə,  ġəhriyar,  Məmməd  Araz  və  baĢqalarının 
əsərləri  milli  mədəniyyətimizin  inkiĢafına  örnək  ola 
biləcək  nümunələrdir.  Dil  millətlər  arasında  mədəni 
əlaqələrin  qurulmasında  da  mühüm  vasitədir.  Dilimiz 
tarix boyu inkiĢaf edib və bu gün də inkiĢaf etməkdədir. 
Millətlər bir-birləri ilə müəyyən əlaqələr yaratmaqla bir-
birlərindən  müəyyən  sözlər,  kəlmələr,  ifadələr  əxz 
edirlər.  Dilə  qəbul  edilmiĢ  yeni  sözlər  mədəni  inkiĢafla 
birbaĢa  bağlıdır.  Ġslam  dininin  qəbul  edilməsi,  Azər-
baycanın  Ģimalının  Rusiyaya  birləĢdirilməsi  və  yaxud 
müstəqilliyin qazanılması sayəsində dilimizə çoxlu yeni 
sözlər  daxil  olmuĢdur.  Hər  bir  alınan  yeni  söz  yeni  bir 
anlam  daĢıyır  və  aid  olduğu  millətin  mədəniyyətinin 
izlərini  özündə  müəyyən  qədər  saxlaya  bilir.  Hazırda 
rabitə  texnologiyalarının,  həmçinin  nəqliyyat  vasitə-
lərinin  sürətli  inkiĢafı  millətlərarası  mədəni  əlaqələrin 
artmasına  mühüm  təsir  göstərməkdədir.  Nəticədə  deyə 
bilərik  ki,  mədəniyyətimizin  nəsildən-nəslə  ötürülməsi, 
digər  xalqlara  təsiri,  yaĢaması  və  inkiĢafı  dil  sayəsində 
mümkün  ola  bilir.  Dilimiz  həm  millətimizin,  həm  də 
mədəniyyətimizin  formalaĢıb  inkiĢaf  etməsində  ən 
böyük varlıqdır. 
 
 
 
 

 
 
 
 
 
62 
AZƏRBAYCAN DĠLĠNĠN  
DĠGƏR DĠLLƏR ARASINDAKI YERĠ 
 
Tarixi  təcrübə    belə  bir  fikri  təsdiqləyir  ki,  milləti 
meydana  gətirən  ünsürlər  içərisində  dil  və  kültür  birliyi 
ən önəmli yer tutur. Bir millətin kültürü, onun milli tari-
xindən qopub gələn uluların mirası və maddi varlığının, 
inanc  və  əxlaq  ucalığının,  dil  və  sənət  zənginliyinin, 
adət-ənənələrinin  yaratdığı  ortaq    dəyərlər  toplusudur. 
Bir millətin var ola bilməsi, dünya millətlərinə varlığını 
qəbul  etdirə  bilməsi  üçün  həmin  millət  mədəni  dəyər-
lərini elmi  Ģəkildə  araĢdırmaq, tanıtmaq,  yaradıcı  Ģəkil-
də yanaĢaraq inkiĢaf etdirmək məcburiyyətindədir [93]. 
Milli  varlığın,  milli  birliyin,  milli  kültürün  ən  da-
vamlı daĢıyıcısı dildir. Dil deyərkən, ilk növbədə nəinki 
tərkib  hissəsi  olduğu  kültür  və  mədəniyyət,  həm  də 
məhz məxsus olduğu millət göz önünə gəlir. Milliyyətin 
təyinində ən mühüm amil olması səbəbindəndir ki, dillə 
millət məfhumları çox vaxt eyni anlamda qavranılır. Bu 
prinsip,  demək  olar  ki,  bütün  sosioloq,  kulturoloq  və 
digər  fikir  adamları  tərəfindən  mənimsənilmiĢdir.  Dil 
birliyi  təmin  edilməyən  bir  cəmiyyətdə  milli  kimlik  və 
milli Ģəxsiyyət axtarıĢı da mənasızdır. Bir toplumun kül-
türünün  inkiĢafı  baxımından dilin əhəmiyyətini danmaq 
və ya kiçiltmək, lazımi qiyməti əsirgəmək həqiqəti inkar 
etməkdən baĢqa bir Ģey deyildir. Dolayısı ilə bir millətin 
dilində anarxiya yaratmaq, qarıĢıqlıq salmaq  – o millətə 

 
 
 
 
 
63 
qarĢı iĢlənən cinayət deməkdir [93]. 
Dünya elmi fikrinin qənaətləri də təsdiqləyir ki, dil 
daim  bir  millətin  təməlini  təĢkil  edir.  Bu  nöqtədə  dil 
kültür və millət məfhumları ilə birləĢməkdədir. Yəni dil, 
kültür  və  millət  bir  bütündür  ki,  bir-biri  ilə  tamamilə 
qaynayıb-qarıĢmıĢ, birləĢmiĢdir. Bu tarixi, sosial və kul-
turoloji gerçəklik dilin dəyərini ortaya qoymaqdadır. Bu 
da bir reallıqdır ki, dil tarixən müxtəlif Ģərt və amillərin 
təsiri  altında  meydana  gəlmiĢdir.  Yəni  dil  cəmiyyətin 
mahiyyət və strukturundan doğmuĢ, cəmiyyətə xas olan 
baĢlıca bir kültür ünsürüdür. Hər hansı bir toplumun di-
lini  soysuzlaĢdırmaq,  degenerasiya  etmək  –  həmin  top-
lumu bütün varlığı ilə ortadan qaldırmaq deməkdir [93]. 
Görkəmli  rus  pedaqoqu  UĢinskiyə  görə,  “Xalqın 
bütün milli-mənəvi irsi dil vasitəsilə gələcək nəslə ötürü-
lür. Bu transformasiyanın ən davamlı amili olan dil nəin-
ki xalqın həyatiliyini özündə ifadə edir, o, eyni zamanda 
məhz  həyatın  özüdür.  Ana  dili  məhv  olarkən,  xalq  artıq 
yox  olur.  Çünki  “uĢaq  ana  dilini  öyrənərkən  yalnız  Ģərti 
səsləri  öyrənmir.  O,  eyni  zamanda  ana  dilinin  doğma 
döĢündən mənəvi həyat və qüvvət içir” [93, s.113). 
Türk  dil  birliyini  müdafiə  və  təbliğ  etmiĢ  ziyalıla-
rımız Azərbaycan dilinin tarixinin də yalnız türk dilinin 
tarixi ilə birgə öyrənilməsinin elmi əhəmiyyətini düzgün 
saymıĢlar  [103].  Bu  tezisə  laqeyd  yanaĢanlar  olmuĢsa 
da,  YaĢar  Qarayev  kimi  alimlərimiz  onların  cavabını 
layiqincə  vermiĢlər:  “Hər  kəs  öz  Ģəxsi  Ģəcərəsini 

 
 
 
 
 
64 
“əsilsiz”  və  “zatsız”,  “babasından  bixəbər”  elan  eləyə 
bilər,  lakin  xalqı,  milləti  “babasından  xəbərsiz”  elan 
etməyə heç kəsin mənəvi hüququ yoxdur” [58, s.455].  
Bu  mənada  Azərbaycan  xalqının  tarixi  də  məhz 
kompleks Ģəkildə – xalqın mədəniyyətinin, milli-mənəvi 
dəyərlərinin,  elminin,  ədəbiyyatının  və  nəhayət,  dilinin 
tarixilə əlaqəli Ģəkildə öyrənilməlidir [93]. 
Gətirilən  nümunələrdən  də  gördüyümüz  kimi,  mə-
dəniyyətin  çox  mühüm  tərkib  hissəsini  dil  təĢkil  edir. 
Dil və mədəniyyət məsələsi zaman-zaman həm dilçilik-
də, həm də fəlsəfi elmlərdə (etika, estetika, məntiq, mə-
dəniyyətĢünaslıq  və  s.)  tədqiq  olunsa  da,  fundamental 
Ģəkildə araĢdırılmamıĢdır. Azərbaycanın coğrafi mövqe-
yi, burada qədim Ģəhər mədəniyyətinin mövcudluğu, hə-
lə miladdan əvvəl Azərbaycanda Manna, Midiya dövlət-
lərinin yaranması, Azərbaycan torpaqları  uğrunda Assu-
riya  və  Urartu dövlətləri arasında uzun  surən  müharibə-
lər və s. Azərbaycanda miladdan əvvəl genetik və tipo-
loji cəhətdən müxtəlif dillərdə danıĢan tayfa və xalqların 
yaĢaması haqqında fikir söyləməyə əsas verir. Həmin ta-
rixi  hadisələr  araĢdırıldıqda  məlum  olur  ki,  bu  ərazidə 
Ģəhər mədəniyyətinin binası qoyulduğu zamandan Azər-
baycanda çoxdillilik mövcud olmuĢdur. Azərbaycan əra-
zisində  qədimdən  yaĢayan  müxtəlif  mənĢəli  etnoslar 
(türklər,  farslar,  iber-qafqazlar  və  s.)  öz  dillərini,  adət-
ənənələrini  indiyə  qədər  mühafizə  etmələrinə  baxma-
yaraq  ölkədə  aparıcı  etnokulturoloji  mövqe  baxımından 

 
 
 
 
 
65 
orta  əsrlərdən  etibarən  Azərbaycan  türkləri  üstünlüyə 
malik olmuĢdur. Bu haqda bir çox azərbaycanlı müəllif-
lərin,  o  cümlədən,  M.Ə.Rəsulzadənin  “Azərbaycan  Kül-
tür  Gələnəkləri”  əsərində  geniĢ  bəhs  edilməkdədir  [106]. 
Məsələ burasındadır ki, bəzi türk etnosları Azərbaycana 
təxminən  min  beĢ  yüz  illik  bir  dövr  ərzində  tədricən 
gələrək  buradakı  yerli  türk  etnoslarının  əhatəsində 
məskunlaĢmıĢlar.  Buna  misal  olaraq,  Ģimal  regionların-
da  hun-qıpcaq  tayfalarının  Ģivə  və  dialektlərini  göstərə 
bilərik. Və buraya həmin regionlarda bu günə qədər mü-
hafizə  olunan  bir  sıra  qədim  hun-qırcaq  antropoloji,  et-
noqrafik,  etnopsixoloji  göstəricilərini  də  əlavə  etmək 
olar [74, s.154]. 
Ana  dili  ilə  milli  düĢüncənin,  ruhun,  təbiətin  və 
tərbiyənin, çörəyin, mahnının və ictimai taleyin arasında 
müĢtərək bir ağrı və əsəb siniri vardır. Bu sinir qırılanda 
xəstə diĢ kimi, dilin də əsəbi zədə alır, o, zərbəyə, ağrı-
ya  həssaslığı  itirərək,  yavaĢ-yavaĢ,  xəlvətcə  ölür  [58, 
s.459].  Bu  mənada  millətçilik  bir  millətə  mənsub 
olmanın Ģüuru və duyğusudur. Bu mənsubiyyət duyğusu 
və  düĢüncəsi  özünü  öncə  sənət  növlərində  göstərər.  Bu 
baxımdan  da  hər  Ģeydən  öncə  milli  dil  çox  önəm 
daĢımağa  baĢlar.  Milliyyətçilikdə  milli  dil  milli  ruhun 
güzgüsü  olaraq  görünməyə  baĢlayır.  Dildəki  yaradıcılıq 
milli Ģüurun dərinləĢməsinə, geniĢlənməsinə səbəb olur. 
Millətçilik  də  insanı  düĢündürən  tarixi  psixologiyadır. 
Bütün  tarixi  psixologiyanın  yatağı  və  özünü  göstərdiyi 

 
 
 
 
 
66 
yer  millətin  dili,  folkloru  və  kültürüdür.  Hər  milli 
kültür,  əslində,  o  millətin  tarixi  psixologiyasının  mad-
diləĢmiĢ  biçimidir  [34].  Ona  görə  də  eyni  kültür 
daĢıyıcısı  və  mənĢəcə  bir-birlərinə  yaxın  olan  dillər  bir 
ailə təĢkil edir. Belə ki, dünya dilləri müxtəlif çeĢidli dil 
ailələrinə  ayrılıb.  Bir  dil  ailəsi  tarixin  dərinliklərində 
yaranmıĢ  bir  ana  dildən  yaranıb.  Həmin  millətlərin 
mədəniyyətlərinin  bir  çox  sahələrində  bənzərliyi  bu 
dillərin bir-birlərinə yaxınlığına əsas verir. Dilçi alimlər 
aĢağıdakı əsas  dil ailələrini müəyyənləĢdirmiĢlər. Hind-
Avropa, Sami, Bantu, Çin-Tibet, Ural-Altay. 
Ural-Altay  dil  qrupunda  birləĢən  türk  dilləri  də  ta-
rixin  keĢməkeĢlərindən  keçərək  günümüzə  gəlib  çatıb. 
Oğuz,  Qıpçaq,  Cığatay  qolları  olmaqla  türk  dilləri  də 
öz-özlüyündə üç qola ayrılır. Azərbaycan dili, həmçinin 
Türkiyə  türkcəsi  oğuz  qoluna  aiddir.  Azərbaycan  dili 
XIV-XV əsrlərdən ümumi türkcədən ayrılaraq formalaĢ-
mağa  baĢlamıĢdır.  Azərbaycan  dilində  yazılı  əsərə  ilk 
dəfə  Həsənoğlunun  yaradıcılığında  rast  gəlirik.  Sonrakı 
dövrlərdə  dilimiz  həm  yazılı,  həm  də  Ģifahi  ədəbiyya-
tımız  sayəsində  inkiĢaf  etdirilmiĢdir.  Dilimizin  inkiĢa-
fında XIX-XX əsr yazıçı və Ģairlərimizin, dilçilərimizin, 
sənətkarlarımızın,  dövlət  xadimlərimizin  də  böyük  zəh-
mətləri danılmazdır. Dil məsələsində dünya mütəfəkkir-
ləri  ilə  eyni  mövqedən  çıxıĢ  edən  Azərbaycan  ziyalıları 
da  bu  elmi  qənaətlərə  tərəfdar  çıxmıĢlar  ki,  dil  hər  bir 
milli  mədəniyyətin  canı,  cövhəridir.  Dil  milli  mədəniy-

 
 
 
 
 
67 
yətin  ən  mühüm  və  davamlı  daĢıyıcısıdır.  Dil  milliyyə-
tin  təyinində  baĢlıca  amildir.  Ana  dili  xalqın  ruhudur, 
mənəvi  dünyasıdır,  psixologiyasıdır.  Dilin  mədəniyyət-
lə,  xalqın  davranıĢ  və  yaĢam  tərzi  ilə  bağlılığını  tədqiq 
edən  dilçilik  məktəblərinin  demək  olar  ki,  bütün  nüma-
yəndələri  bu  qənaətdədirlər  ki,  dil  xalq  ruhunun  xarici 
təzahürüdür, mənəvi sərvətidir, elə bir güzgüdür ki, xal-
qın  tarixi,  dünyabaxıĢları,  adət  və  ənənələri  öz  əksini 
həmin güzgüdə tapır [93, 192-193]. 
Dil və mədəniyyətin əlaqəsinə gəldikdə isə, alimlər 
əsasən,  buna  həm  dilin  xalqın  ümumi  mədəni  səviyyə-
sindən  asılılığı,  həm  də  ayrı-ayrı  dillərin  struktur  xüsu-
siyyətlərinin həmin dildə danıĢan xalqın mədəniyyətinin 
konkret  formalarından  asılılığı  problemləri  prizmasın-
dan  yanaĢmıĢlar  [73].  Bu,  birinci  növbədə  onunla  izah 
edilir  ki,  ictimai  hadisə  olan  dilin  vəziyyəti  xalqın 
ümumi  mədəni  səviyyəsindən,  bu  mədəni  səviyyənin 
məhsulu olan təfəkkür tərzindən, təfəkkür formalarından 
asılıdır.  Bununla  bağlı  dil  prosesləri  isə  bir  sıra  dillər 
üçün  ümumidir.  Bütün  xalqlar  üçün  cəmiyyətin, 
təfəkkürün və mədəniyyətin inkiĢaf qanunauyğunluqları 
xeyli dərəcədə ümumidir. 

 
 
 
 
 
68 
FOLKLORUN TOPLANMASI  
MƏSƏLƏLƏRĠ 
Folklor və etnoqrafik irs 
A
zərbaycan  türklərinin  uzun  əsrlərdən  bəri  yarat-
dığı  maddi  və  mənəvi  irsi,  o  cümlədən  yaddaĢlarda  ya-
Ģadıb  zaman-zaman  müxtəlif  variantlara  saldığı,  yaĢa-
dıqca  cilalanıb  gözəlləĢən  və  yüksək  mənəvi-əxlaqi  də-
yərlərə  malik  zəngin  Ģifahi  sərvəti  vardır.  “Bu  sərvət 
əski çağlardan yaranmağa baĢlamıĢ, müxtəlif ictimai-si-
yasi  formasiyalara  yoldaĢ  olmuĢ,  ayrı-ayrı  dünyagörüĢ 
və təriqətlərlə təmasda olub bu günümüzə gəlib çatmıĢ-
dır” [81, s.14]. Ümumxаlq yаrаdıcılığının məhsulu olаn 
tarixi-mədəni  irs,  etnoqrafik  və  folklor  nümunələri, 
dünyаnın  və  еtnosun  yаrаnıĢı,  təbiət  hаdisələrinin  bаĢ 
vеrməsi  ilə  bаğlı  təsəvvürləri  əks  еtdirməklə  ortаq  türk 
düĢüncəsinin  əsаsını  təĢkil  еdir.  Folklor  və  etnoqrafik 
nümunələrin  yаyılmа  аrеаlının  müəyyənləĢdirilməsi 
milli-mədəni tаriximizin tədqiqi üçün mühüm əhəmiyyət 
dаĢımаqdаdır. Məlum olduğu kimi etnoqrafik və mifolo-
ji düĢüncə tərzi, yüksək bəĢəri idеyаlаr, mütərəqqi fikir-
lər bütün millətlərin, xаlqlаrın yаzılı və Ģifаhi ədəbiyyа-
tındа öz yеrini аlmıĢdır. Аmmа tаrixi yаddаĢlаrdа yаĢа-
dаn hissi obrаzlаr mükəmməl inkiĢаf yolu kеçmiĢ еtnos-
lаr və xаlqlаr üçün xаrаktеrikdir. Tаrixin yüksələn xətlə 
inkiĢаf еdən pilləsində milli düĢüncə, dil, dаvrаnıĢ və s. 

 
 
 
 
 
69 
xüsusiyyətlərlə xаrаktеrizə olunаn dəyərlər formаlаĢmıĢ, 
sistеmli  Ģəkildə  folklor  və  etnoqrafik  nümunələrdə  əks 
olunmuĢdur.  Bu  dəyərlər  isə  öz  növbəsində  zаmаnın 
sınаğıdаn kеçmiĢ, inkiĢаf еtmiĢdir (42, s. 7). 
Qədim  və  zəngin  mədəniyyət  tarixinə  malik  Azər-
baycan türklərinin mədəni irsi yüksək mənəvi əxlaqi də-
yərləri, etik və estetik düĢüncənin ən aparıcı meyl və is-
tiqamətlərini  özündə  əks  etdirən  yaradıcılıq  sahəsidir. 
Türk xalqlarının tarixi cəngavərlik əxlaqı, vətənsevərliyi 
və torpaq məhəbbəti, ana və el sevgisi, həzin lirik duy-
ğuları  ilkin  epik  lövhələrdə  əks  olunmuĢdur.  ĠnkiĢafın 
ən  erkən  çağlarından  baĢlayaraq  sivil  mədəniyyətə 
doğru  tarixi  yüksəliĢi  bu  xalqın  ən  kiçik  bədii  nü-
munələrindən  –  alqıĢdan,  inancdan,  atalar  sözü  və  mə-
səldən  tutmuĢ,  iri  həcmli  ən  böyük  əsərlərinə  –  epos, 
nağıl  və  dastanlarına  qədər  öz  yüksək,  bədii  əksini 
tapmıĢdır. Uzun yüzillikləri əhatə edən bu sənət təbii ki, 
birdən-birə meydana gəlməmiĢ, zaman-zaman yaranaraq 
qədim türkün yaddaĢına yoldaĢlıq etmiĢ və bu günümü-
zə  gəlib  çatmıĢdır.  Təbii  ki,  bu  zəngin  mənəvi  sərvətin 
yaranması özü də əcdadlarımızın nitq mədəniyyətinə yi-
yələnməsindən sonrakı mərhələdə yaranıb pərvazlanmıĢ, 
dövrün və zamanın tələbinə uyğun olaraq yeni-yeni gö-
rüĢ, düĢüncə və əxlaq qaydaları ilə zənginləĢmiĢdir. Heç 
Ģübhəsiz ki, türk mənĢəli etnosların tarixən yaĢadığı əra-
zi  də  onun  tarixi  fizioloji  və  antropoloji  inkiĢafı,  eyni 

 
 
 
 
 
70 
zamanda bu etnosların söz yaradıcılığının yeni təkamülü 
ilə əlamətdar olmuĢdur [81, s.19]. 
Dünyanın  bir  çox  xalqları  kimi,  Azərbaycan  türk-
ləri də özlərinin tarixi inkiĢaf mərhələlərində zəngin et-
noqrafik  və  folklor  irsi,  o  cümlədən  ağız  ədəbiyyatı  ya-
ratmıĢlar.  Bu  ədəbiyyat  əcdadlarımızın  erkən  düĢüncə-
sində  formalaĢıb  sonrakı  nəsillərə  verilmiĢ,  zaman-za-
man  iĢlənmələrə,  cilalanmalara,  tamamilə  unudulub  ye-
nidən  törəmə  prosesinə  məruz  qalmıĢdır.  Bu  ədəbiyyat 
əcdadlarımızın dünya, həyat haqqında ilk bədii düĢüncə-
ləridir.  O,  mənəvi-əxlaqi,  etik-estetik  dəyərlər  məcmu-
sudur. Uzun yüzilliklər ərzində bu dəyərlər türkün nəsil-
lərini tərbiyə etmiĢ, onu cahanĢümul nailiyyətlərə və qə-
ləbələrə yüksəltmiĢ, irəliyə aparmıĢ, barbar mədəniyyəti 
xarabalıqları  üzərindən  cəsarətlə  adlayıb  sivil  mədəniy-
yətə doğru inkiĢafını təmin etmiĢdir.  
Bu mənada tаrixi kеçmiĢimizi, mənəvi dəyərlərimi-
zi özündə yаĢаdаn Ģifаhi xаlq yаrаdıcılığı ədəbiyyаtımı-
zın  həmiĢə  tədqiqə  еhtiyаcı  olаn  sаhələrindən  biridir. 
Mənəvi mədəniyyətin təməl dаĢlаrındаn olаn Ģifаhi xаlq 
ədəbiyyаtı  yаrаndığı  dövrdən  аsılı  olmаyаrаq,  müəyyən 
zаmаn və məkаn dаxilində bаĢ vеrən hаdisələrin ifаdəsi-
dir.  KеçmiĢi  və  bu  günü  əhаtə  еdən  xаlq  yаrаdıcılığı 
milli  mənsubiyyətin  əsаs  göstəricisi  və  qаynаqlаrındаn 
biridir. Uzun kаmillik yolu kеçmiĢ Ģifаhi xаlq ədəbiyyа-
tının  mənəvi  irsimizin  öyrənilməsində  rolu  əvəzsizdir. 
Hər bir dеyim, inаm və mif tаriximizdə yаĢаnаn hаdisə-



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə