Telman qulġyev



Yüklə 2.82 Kb.
Pdf просмотр
səhifə2/10
tarix29.05.2017
ölçüsü2.82 Kb.
1   2   3   4   5   6   7   8   9   10

 

 
 
 
 
 
29 
 
MƏDƏNĠ ĠRSĠN TƏDQĠQĠ  
MƏSƏLƏLƏRĠ 
M
ədəniyyəti  müxtəlif  elmlər  –  kulturologiya,  ar-
xeologiya,  etnoqrafiya,  tarix,  sosiologiya,  fəlsəfə  və  di-
gər ictimai elmlər öyrənir ki, bunların hər biri bu feno-
menə müxtəlif kontekstlərdən yanaĢır. Buraya həmçinin 
incəsənəti, əxlaqı, dini və s. öyrənən elmlər də daxildir. 
Konkret elmlərin hər biri öz tədqiqat predmeti daxilində 
mədəniyyət  haqqında  müəyyən  təsəvvür  yaradır  [87, 
s.497].  Məsələn,  fəlsəfə  konkret  elmlərdən  fərqli  olaraq 
mədəniyyətin bu və ya digər tərəfini deyil, onun dünya-
görüĢü  ilə  bağlı  olan  ümumi  nəzəri  səpkisini  əsas 
götürür. Mədəniyyətin fəlsəfi anlayıĢı ona insan və onun 
fəaliyyəti ilə ayrılmaz vəhdətdə yanaĢır. Hətta mədəniy-
yət  sözünün  etimoloji  mənĢəyi  də  onun  əzəldən  insanla 
bilavasitə bağlılığını sübut edir [119]. 
Mədəniyyətin  tərkibini  elə  mahiyyət  elementləri 
təĢkil  edir  ki,  bunlar  onun  xarakterini,  prosesin  özünü 
müəyyənləĢdirir,  çoxĢaxəli  bir  sistem  kimi,  yaradıcı  in-
sanın humanizmini, eləcə də mədəniyyətin aparıcı funk-
siyası kimi, qneseoloji köklərini üzə çıxarır. Bu mənada 
bəĢəriyyətin nəsil-nəsil topladığı, formalaĢdırdığı, nəha-
yət, qazandığı mədəniyyət incilərini gələcək əsrlərə çat-
dıra  bilmək  əsas  vəzifəmizdir  [40,  s.6].  Mədəniyyətin 
əsas  funksiyası  nəsillərin  mənəvi  təcrübəsini  qoruyub 

 
 
 
 
 
30 
saxlamaq,  sonrakı  nəsillərə  çatdırmaq  və  mənimsə-
məkdir.  Mədəniyyət  idrakı,  informativ  və  adaptasiya 
funksiyalarını  yerinə  yetirir.  Mədəniyyət  dəyərlər 
istehsal  edilən  bir  sahə  kimi  mövcuddur,  o,  həmin 
dəyərlər  sayəsində  cəmiyyəti  istiqamətləndirir  və  tən-
zimləyir, gerçəkliyin predmet və hadisələrini qiymətlən-
dirir, onları bəyənir, yaxud pisləyir [63, s.262].  
Babalarımızdan  bizə  miras  qalan  və  bizdən  də 
gələcək  nəsillərə  ərməğan  olan  mədəniyyəti  mütəxəs-
sislər  bəĢəriyyətin  sosial  yaddaĢı  adlandırırlar.  Buna 
arxalanaraq,  mədəniyyəti  mahiyyətinə  görə  müxtəlif 
ünsürləri  özündə  birləĢdirən  anlayıĢ  kimi  qiymət-
ləndirmək olar. 
Mədəniyyət  fenomeni  çox  geniĢ  bir  anlayıĢ  olub, 
bəĢər övladının yarandığı vaxtdan bəri yaratdığı və get-
dikcə  təkmilləĢdirdiyi  maddi,  mənəvi,  ruhani,  ideoloji, 
bədii-estetik və  digər sərvətləri özündə ehtiva edir. Yə-
ni, insanlığı Ģərtləndirən yaddaĢ, dünyagörüĢü, elm, dav-
ranıĢ,  ünsiyyət,  incəsənət,  məiĢət  və  s.  bu  kimi  keyfiy-
yətlər mədəniyyətin komponentlərindəndir [74]. 
Bütöv bir sistem kimi qəbul etsək, mədəniyyət Ģəx-
siyyətin  və  xalqların  fərdi  intellektinin,  yaradıcılıq  po-
tensialının  göstəricisidir.  Təsadüfi  deyil  ki,  hər  bir  xal-
qın  və  Ģəxsiyyətin  xarakterik  xüsusiyyətlərinə,  daxili 
dünyasının  mənzərəsinə  və  potensial  imkanlarına  bələd 
olmaq  istəyənlər  birinci  növbədə  onun  yaratmıĢ  olduğu 
mədəni sərvətə, əsərlərinə və abidələrə müraciət edirlər. 

 
 
 
 
 
31 
Çünki  mədəniyyəti  yaradan  xalq  (Ģəxsiyyət)  eyni  za-
manda  bu  prosesdə  özü  formalaĢır.  Ona  görə  də  xalqın 
xarakteri onun öz  yaradıcılıq məhsullarında  –  mədəniy-
yətində üzə çıxır [74]. 
Genetik  yaddaĢdan  və  tarixi  inkiĢafdan gələn  dün-
yabaxıĢı,  adət-ənənə,  ünsiyyət,  həyat  Ģəraiti,  qarĢılıqlı 
əlaqələr,  həmçinin  təsərrüfat,  məiĢət,  geyim,  qida  və  s. 
mədəni  sərvətlərin  yaradılmasına  xidmət  edir.  Deməli, 
mədəni  sərvətlərin  bütünlükdə  mənimsənilməsi,  cəmiy-
yətin  inkiĢafının  və  formalaĢmasının  idarə  olunmasına 
xidmət edir. 
Sözün geniĢ mənasında mədəniyyət dedikdə, bəĢə-
riyyətin yaratdığı maddi və mənəvi sərvətlərin məcmusu 
nəzərdə  tutulur.  Bununla  yanaĢı  həmin  anlayıĢ  yaradıl-
mıĢ  sərvətlərin  insanlar  tərəfindən  mənimsənilməsi  for-
malarını,  ondan  istifadə  olunmasının  prinsip  və  üsul-
larını da əhatə edir [119]. 
Mədəniyyət  dedikdə,  ilk  növbədə  insanın  yaradıcı 
əməyi  nəzərdə  tutulur.  Çünki  insan  fəaliyyəti,  xüsusilə 
də,  fiziki  və  əqli  əmək  sahəsində  qazandığı  uğurlar 
özünü mədəniyyət formasında təzahür edir. 
Müasir  kulturoloji  ədəbiyyatda  mədəniyyətin  çox-
saylı tərifləri yer almıĢdır. Hazırda bunların sayı yüzlər-
lədir və ən əsaslarını aĢağıdakı kimi qruplaĢdırmaq olar:  
1)  Təsviri  tərif  –  mədəniyyəti  fəaliyyət  nəticələri-
nin məcmusu kimi səciyyələndirir.  

 
 
 
 
 
32 
2)  Tarixi  tərif  –  mədəniyyətdə  sosial  irsin  və  ən-
ənənin əsas rolunu qeyd edir.  
3)  Normativ  tərif  –  qaydaların  və  normaların  əhə-
miyyətinə xüsusi diqqət yetirir.  
4)  Dəyərlər  mövqeyindən  yanaĢan  təriflər  –  mədə-
niyyəti  insan  üçün  əhəmiyyət  kəsb  edən  ideal 
yükləmələrin reallaĢması kimi səciyyələndirir.  
5)  Psixoloji  səpkili  təriflər  –  mədəniyyətə  insanların 
təbiətə və sosiuma uyğunlaĢması kimi yanaĢır.  
6)  Ġdeoloji  təriflər  mədəniyyəti  ideyalar  axını  kimi 
ifadə edir.  
7)  Semiotik  yanaĢma  mədəniyyəti  iĢarələr  sistem-
lərinin məcmusu hesab edir [119].
 
Həyata  daxil  olarkən  insanlar  həmin  həyatın  möv-
cud Ģəraitinə yiyələnmək məcburiyyətindədir. Həmin Ģə-
raitə  yiyələnmək  dərəcəsi  insanın  mədəniyyətini  müəy-
yən  edir:  dil  mənimsəmə  dərəcəsi  –  dil  mədəniyyətini, 
əxlaqı  mənimsəmək  –  əxlaq  mədəniyyətini  xarakterizə 
edir və s. Mənəvi fəaliyyət sferasında “mədəniyyət” an-
layıĢı  da  xüsusi  məzmuna  malikdir  və  yalnız  yaradıcı-
lığın xarakterini deyil, həm də bu yaradıcılığın nəticələ-
rini qavramağın xarakterini müəyyən edir. Əmək mədə-
niyyəti,  davranıĢ  mədəniyyəti,  təfəkkür  və  nitq  mədə-
niyyəti,  hissetmə  və  qavrama  mədəniyyətindən  danıĢ-
maq olar. Bütün bu hallarda söhbət insanlar, onların in-
kiĢaf səviyyəsi haqqında gedir. Ona görə də yalnız insan 
vasitəsilə  onları  mədəniyyət  ünsürləri  kimi,  əĢyalaĢmıĢ 

 
 
 
 
 
33 
mədəniyyət kimi qəbul etmək olar. Bilavasitə mədəniy-
yət  isə  –  yalnız  insanın  xarakteristikası  kimi,  onun  mə-
nəvi, əxlaqi, peĢə inkiĢafının dərəcəsi və sintetik xarak-
teristikası kimi çıxıĢ edir [87, s.487-488].  
Mədəniyyətin  elmi  əsası  olan  kulturologiyanın 
predmeti ümumbəĢəri və milli mədəni proseslərin qanu-
nauyğunluqları,  insanların  maddi  və  mənəvi  həyatının 
ən  mühüm  hadisələridir.  Kulturologiya  mədəni  proses-
lərin və insanların tələbatının yaranmasının və formalaĢ-
masının ilkin Ģərtlərini və amillərini öyrənir, mənəvi də-
yərlərin istehsalını, mənəvi məhsulların bölgüsünü, mü-
badiləsini, istehlakını,  qorunub saxlanmasını  və  gələcək 
nəsillərə  çatdırılmasını,  dəyər  oriyentasiyalarının,  mü-
əyyən ideyaların, təsəvvürlərin, estetik zövqlərin yaran-
masını  tədqiq  edir.  Kulturologiya  həm  də  müxtəlif  cə-
miyyətlərdə mədəni həyatı öyrənir və beləliklə, müxtəlif 
konkret  mədəniyyətlərin  tarixi  tiplərinin  nailiyyətlərini 
və  xüsusiyyətlərini  aydınlaĢdırmağa  çalıĢır.  Kulturolo-
giyanın ən mühüm vəzifəsi dünya mədəniyyətinin tarixi 
və  nəzəriyyəsi  məsələlərini  öyrənmək,  müasir  dövrün 
sosiomədəni  meyllərini  və  proseslərini  təhlil  etməkdir 
[63, s.25].  
Mütəxəssislər  tərəfindən  daha  çox  “mədəniyyət 
haqqında  elm”  kimi  qəbul  edilən  kulturologiyanın  ma-
hiyyətini  dərk  etmək  üçün  ilk  növbədə  “kültür”  kəlmə-
sinin etimoloji mənasına diqqət yetirmək lazımdır. Qeyd 
edək  ki,  dünyanın  müxtəlif  xalqlarının  dilində  fərqli 

 
 
 
 
 
34 
Ģəkillərdə  yer  almıĢ  bu  termin  latınca  “cultura”  kəlmə-
sindən  götürülmüĢdür.  Bu  gün  biz  milli  mədəniyyət  ki-
mi qəbul edə biləcəyimiz “kültür” “hər millətə öz özəlli-
yini verən, ona milli damğasını vuran maddi və bilavasi-
tə mənəvi  dəyərlər məcmusudur” [104, s.32].  Dəyər isə 
mədəniyyət  hadisəsidir  və  öz  mahiyyətinə  görə  həm 
sosial,  həm  də  fərdi  olan  maddi  və  mənəvi  dünya 
obyektlərinin ümumi cəhətdən müəyyənləĢdirilməsi, on-
ların  insan  və  cəmiyyət  üçün  müsbət  və  mənfi  tərəf-
lərinin  üzə  çıxarılmasıdır.  Öz-özlüyündə  əĢyaların, 
hadisələrin  insanlara  aidiyyəti  yoxdursa,  onlar  dəyər 
anlayıĢına  daxil  olmur.  Dəyər  anlayıĢı  –  “əhəmiyyət”, 
“fayda”  və  ya  “ziyan”  anlayıĢı  ilə  əlaqədardır.  Deməli, 
maddi  və  mənəvi  dəyərlərin  məcmusu,  həmçinin 
yaradılma  üsulları,  onlardan  insan  üçün  istifadə  etməyi 
bacarmaq,  onları  nəsildən-nəslə  ötürmək  qabiliyyəti 
mədəniyyət (“cultura”  –  becərmə, emal etmə) deməkdir 
[87, s.488]. 
Latınca “cultura” sözündən yaranmıĢ “mədəniyyət” 
(“kultura”)  termini  ilk  dəfə  Romada  məĢhur  siyasi  xa-
dim, natiq və filosof Mark Tulli Siseron (e. ə. 106-43-cü 
illər) tərəfindən “becərmə” mənasında iĢlədilmiĢdir. Bu, 
onu göstərir ki, əvvəllər mədəniyyət dedikdə, insanın tə-
biətə  məqsədyönlü  təsiri  nəzərdə  tutulurdu.  Sonralar 
“mədəniyyət”  anlayıĢı  Ģəhər  həyat  tərzi  ilə  assosiasiya 
edilməyə  baĢlanmıĢdır  [63,  s.25].  Anadol  Cemal  yazır 
ki,  cultura  türkcədə  sürmək,  əkib-becərmək;  əkin 

 
 
 
 
 
35 
deməkdir.  Kültürün  dilimizdəki  müxtəlif  mənalarda 
iĢləndiyini  görürük.  Ən  çox  iĢlədilən  mənası  ilə  kültür: 
ümumi bilik, məlumat mənasını ifadə etməkdədir. BaĢqa 
mənada  kültür  –  fikir  və  sənət  kəlməsinin  əsl  mənası 
oradan doğmuĢdur, yetiĢdirmə, inkiĢaf etdirmə deməkdir 
[102, s.33]. 
Orta əsrlərdə “kult”  (pərəstiĢ) sözü  “kultura”  (mə-
dəniyyət) sözündən daha çox iĢlədilirdi; çünki “kult” sö-
zü insanın Allaha məhəbbətində özünün yaradıcı poten-
sialını açmaq üçün onun qabiliyyətini ifadə edirdi. 
Ġntibah dövründə mədəniyyət haqqında antik təsəv-
vürlər yenidən üzə çıxır. Belə təsəvvür hər Ģeydən əvvəl 
harmonik, yüksək inkiĢafa can atan insanda fəal yaradıcı 
baĢlanğıcı ifadə edirdi. Sözün müasir mənasında “mədə-
niyyət” sözü XVIII əsrdən baĢlayaraq iĢlənir. Tamamilə 
müstəqil  anlayıĢ  kimi  bu  sözə  ilk  dəfə  alman  hüquqĢü-
nası  və  tarixçisi  S.Pufendorfun  (1632-1694)  əsərlərində 
rast  gəlmək  olar.  “Mədəniyyətin  fəlsəfəsi”  termini  isə 
XIX  əsrdə  alman  romantiki  V.Müller  tərəfindən  elmə 
gətirilmiĢdir. Mədəniyyətin klassik anlamı tarixin fəlsə-
fəsinə əsaslanırdı [87, s.487].  
“Kültür” sözü leksik baxımdan “ĢumlanmıĢ torpaq” 
mənasında olsa da onun daha geniĢ anlamı ram edilmiĢ, 
əhliləĢdirilmiĢ  torpaqdır.  Çünki  hər  əkilən  torpaq 
bərəkətli,  verimli  olmaz.  Verimlilik  və  bərəkət  insan 
iradəsinin  torpağa  enməsidir.  Məsələn,  Ərəbistanda, 
Mərkəzi  Asiyada  torpaq  əhliləĢmədi.  Əslində  köçəri 

 
 
 
 
 
36 
həyatın  da  bir  səbəbi  torpağın  əhliləĢməməsidir.  Ġnsan 
ovçuluq  dönəmindən  etibarən  mədəni  (kültürlü)  olmağı 
arzu etmiĢ, yəni uyğun bir məkanda torpağa bağlanaraq 
daha yaxĢı yaĢamağı xəyal etmiĢdir. Əkinçiliyin da kəĢfi 
insanın  bu  istəyinə  bağlı  olmuĢdur.  Bu  üzdən  də 
“kültür”  əkinçiliyin  kəĢfi  və  əkinçilik  həyatının  ortaya 
çıxıĢı  ilə  meydana  gəlmiĢdir.  Əkinçilik  həyatı  da  hər 
yerdə  mümkün  olmadığı  üçün  münbit  torpaqlarda 
məskunlaĢmaq  uğrunda  savaĢlar  getmiĢdir.  ġumerlər-
dəki ilk Ģəhər həyatının də iqtisadi qaynağı əkinçilikdir. 
Çünki  ticarət  üçün  dünyada  insanların  sayı  az,  ehtiyac 
az, satıĢ məhsulları məhdud və ticarət də zəif idi. Yalnız 
torpağı  əhliləĢdirməklə,  torpağı  daha  məhsuldar  hala 
gətirməklə  yüksək  səviyyədə  yaĢamaq  mümkün  olurdu. 
Bu səbəbdən də əkinçilik yeni bir dövrə keçidin iqtisadi 
təməllərini təĢkil etdiyi üçün ona bağlı olan kültür də bu 
yaĢayıĢın mənəvi qatını təĢkil etmiĢdir [35]. 
Xaricidilli elmi ədəbiyyatda “sivilizasiya” və “kul-
tur(a)”  terminləri  həm  sinonim  kimi,  həm  də  müəyyən 
qədər fərqli anlayıĢlar kimi (əslində, hiponim kimi) iĢlə-
dilir. Son illərdə Türkiyə türkcəsindən Azərbaycan dili-
nə  keçən  və  arada  bir  iĢlədilən  “kültür”  sözünü  nəzərə 
almasaq,  bizdə  istər  elmi  terminologiyada,  istərsə  də 
gündəlik  danıĢıq  dilində,  bir  qayda  olaraq,  “kultura” 
(kültür) sözündən istifadə edilmir. Əvəzində məlum fərq 
– “mədəniyyət” və “sivilizasiya” terminləri arasında qo-
yulur.  Deməli,  belə  aydın  olur  ki,  Azərbaycan  dilində 

 
 
 
 
 
37 
“sivilizasiya”  olduğu  kimi  saxlanılır,  “mədəniyyət”  isə 
“kultura”nın  tərcüməsi  kimi  qəbul  edilir  [69].  Belə  bir 
terminoloji  mənzərənin  doğru  olub-olmadığına  dair 
fikirlərini  ortaya  qoyan  Ağalar  Məmmədova  görə, 
dilimizə  ərəbcədən  keçən  “mədəniyyət”  sözünün  kökü 
Ģəhər 
(“mədinə”) 
deməkdir 
və 
bu 
baxımdan 
“mədəniyyət” latın dilində də sözün kökü Ģəhər (“city”) 
demək  olan  “sivilizasiya”ya  uyğundur,  nəinki  mənası 
əkmək,  Ģumlamaq,  becərmək,  bəsləmək,  yetiĢdirmək, 
qulluq  etmək  (“colere”)  demək  olan  kulturaya!  Yox, 
əgər “mədəniyyət” sözünü iĢlədəcəyiksə, onda yuxarıda 
da yazdığım kimi, onu hərfi mənasına görə yalnız “sivi-
lizasiya”nın əvəzinə, yəni sivilizasiyanın tərcüməsi kimi 
iĢlətmək  olar.  Daha  da  korrekt  olmaq  naminə  demək 
lazımdır  ki,  əslində  sivilizasiya  (civilization)  mədəniy-
yət  yox,  mədəniləĢmə  deməkdir.  Belə  ki,  “mədəniyyət” 
“siviliti” (civility) sözünün tərcüməsidir [69]. 
Bir  qisim  mütəxəssislərin  fikrincə  mədəniyyət  və 
sivilizasiya bir çox cəhətdən fərqlənmir, bir-birinə keçir, 
qarĢılıqlı asılılıqdadır, amma eynilik təĢkil etmir – sivi-
lizasiya  mədəni  proses  üçün  ilkin  Ģərait  yaradır,  mə-
dəniyyət isə  yeniliyin  yaradıcısı olmaqla sivilizasiyanın 
inkiĢafı  üçün  Ģərait  yaradır.  Mədəniyyət  sivilizasiyanın 
təsbit  etdiyi  sosial  normaların  təcəssümünü,  gerçəkləĢ-
dirilməsini  nəzərdə  tutan  müstəqil  maddi  və  mənəvi 
fəaliyyətdir.  Eyni  bir  sivilizasiya  çoxsaylı  mədəniyyət-
lər yaradır. Məsələn, orta əsrlərdə ərəb, fars və Azərbay-

 
 
 
 
 
38 
can mədəniyyətləri islam sivilizasiyasının məhsullarıdır; 
türk  sivilizasiyası  türk,  qırğız  və  Azərbaycan  mədəniy-
yətlərini,  eləcə  də  digər  türkdilli  xalqların  mədəniyyət-
lərini əhatə edir [63, s.27]. Qeyd edək ki, “sivilizasiya” 
termini  Ģəhər  sakini  olan  vətəndaĢa  aid  edilən  latınca 
“sivilis”  sözündən  yaranıb.  Lakin  bu  sözün  mənası 
tədricən  geniĢlənir,  onun  etimologiyası  və  baĢlanğıcda 
iĢlədilən  mənası  sonralar  baĢqa  məzmun  qazanır  [87, 
s.497]. 
Göründüyü kimi, mədəniyyətin mənəvi ünsürlərinə 
ilkinlik  baxımından  həmiĢə  xüsusi  dəyər  verilmiĢdir. 
Çünki  maddi  mədəniyyətdə  onu  formalaĢdıran  mənəvi 
baĢlanğıc var, çünki burada insanın ideyasının, biliyinin, 
[87,  s.488]  məqsədinin  ifadəsi  olduğu  üçün  onu 
mədəniyyət  adlandırırlar.  Mənəvi  mədəniyyət  məhsul-
ları  da  çox  vaxt  maddi  forma  kəsb  edir.  BaĢqa  sözlə, 
mədəniyyət ünsürü cismanidirsə – o maddi mədəniyyət, 
əgər  o  ideyalar,  obrazlar,  nəzəriyyələr  və  b.  formada 
mövcud  olursa  –  o  halda  o  mənəvi  mədəniyyət  hesab 
edilir. 
Ziya Göyalpa görə, bir cəmiyyətin bütün fərdlərini 
bir-birinə bağlayan, yəni aralarında anlaĢma yaradan və-
silə kültür (mədəniyyət) müəssisələridir. Bunların topla-
mı  isə  o  cəmiyyətin  mədəniyyətini  təĢkil  edir.  Bir  cə-
miyyətin  üst  təbəqəsini  baĢqa  cəmiyyətlərin  üst  təbə-
qələrinə  bağlayan  mədəni  müəssisələrdir.  Bunlar  mədə-
niyyəti  meydana  gətirir.  Mədəniyyətin  həqiqi  ünsürləri 

 
 
 
 
 
39 
dəqiq  elmlər  və  texnologiyaların  inkiĢaf  etdirilməsidir 
[36]. 
Mehmet 
Kaplan 
və  Mümtaz  Turhan  kmi 
mütəxəssislər bu fikirdədirlər ki, kültür yeni kəĢf edilən 
bir  xəzinədir.  Xəzinə  sərvət,  zənginlik,  birlik  demək-
dir...  kültür  deyəndə  qarĢımıza  bir  yığın  hadisə  çıxar. 
Bir  cəmiyyətdə  təbii  hadisələr  xaricində  insan  əlindən 
və dilindən çıxan nə varsa hər Ģey kültür anlamına daxil 
ola bilər [108, s.9-13]. 
Mədəniyyət insanların dünyanın mənimsəməyə yö-
nəlmiĢ  yaradıcı  fəaliyyətidir,  bu  prosesdə  maddi  və 
mənəvi  dəyərlər  yaradılır  və  istehlak  olunur,  insanın 
mədəni fəaliyyət subyekti kimi formalaĢması prosesi baĢ 
verir  [119].  Cəmiyyətdə  insanlar  tərəfindən  yaradılan 
maddi  sərvətlər  mədəniyyətin  mövcudluğunun  yalnız 
xarici  görünüĢüdür.  Onun  əsl  məzmunu  isə  insanın 
özünün  inkiĢafındadır.  Maddi  mədəniyyət  insanın 
praktiki  cəhətdən  təbiəti  mənimsəmək  səviyyəsinin 
göstəricisidir.  Mənəvi  mədəniyyətə  isə  elm  və  onun 
nailiyyətlərinin  istehsala  və  məiĢətə  tətbiq  edilməsi 
dərəcəsi,  təhsilin  səviyyəsi  və  keyfiyyəti,  maarifin 
vəziyyəti,  tibbi  xidmət,  incəsənət,  əxlaq  normaları, 
insanların  davranıĢı,  onların  tələbat  və  maraqlarının 
inkiĢaf  səviyyəsi  daxildir.  Mədəniyyətin  sabit  tərəfi 
mədəni  ənənələrdir.  Mədəni  ənənələrin  diapazonu  nə 
qədər zəngin və geniĢdirsə, bütövlükdə bəĢəriyyətin mə-
nəvi həyatı da o qədər zəngindir [87, s.497]. 

 
 
 
 
 
40 
Mədəniyyət  cəmiyyətdə  çox  mühüm  funksiyaları 
yerinə  yetirir.  Onlardan  aĢağıdakılar  xüsusi  qeyd  olun-
malıdır:  
1)  Yaradıcı  funksiya,  bu  o  deməkdir  ki,  mədəniy-
yət insanların yaradıcı fəaliyyəti prosesində aĢkara çıxır 
və  onların  təbiət  üzərində  hökmranlığının  və  öz  ara-
larındakı münasibətlərinin göstəricisidir.  
2)  Ünsiyyət  funksiyası  onu  göstərir  ki,  müəyyən 
ümumi  əhəmiyyətli  ünsiyyət  vasitələri,  təcrübəni  və 
bilikləri  ötürən  vasitələr  olmasaydı,  insanların  vahid 
cəmiyyətdə yaĢamaları qeyri-mümkün olardı.  
3)  Ġdraki-evristik  funksiya  bundan  təzahür  edir  ki, 
mədəniyyət  dünyanın  ümumi  mənzərəsini  verməklə 
məhdudlaĢmır,  o,  həm  də  idrakın  daha  yaxĢı  effektiv 
formalarını axtarıb tapmağa kömək edir.  
4)  Nəhayət,  mədəniyyət  qiymətverici  funksiya  ye-
rinə  yetirir.  Yəni  onun  köməyi  ilə  dünyanın  dərki  es-
tetik,  siyasi  və  əxlaqi  normalarla  əlaqəli  Ģəkildə 
götürülür [119]. 
Beləliklə, mədəniyyət ictimai varlıq olan insan fəa-
liyyətinin subyektiv – Ģəxsi tərəfinin inkiĢafında, cəmiy-
yətin sosial təĢkilinin üsulları və normaların yerinə yeti-
rilməsində xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət həm 
də  bütövlükdə  həyat  fəaliyyəti  proseslərinin  tənzim-
lənməsində, bəĢəriyyətin malik olduğu təcrübə və bilik-
lərin, insan fəaliyyətinin digər maddiləĢmiĢ nəticələrinin 
yayılmasında  böyük  rol  oynayır.  Göstərilməlidir  ki, 

 
 
 
 
 
41 
bədii,  elmi,  texniki,  sosial  yaradıcılıq  tarixi  prosesə 
güclü  təsir  göstərən,  onu  zənginləĢdirən  amillər  kimi 
çıxıĢ  edir.  Bu  müddəa  mədəniyyətə  və  insan fəaliyyəti-
nin  digər  maddiləĢmiĢ  nəticələrinə,  habelə  hələ  sosial 
gerçəklikdə öz praktiki təcəssümünü tapmayan, gələcək-
də həllini gözləyən yeni ideyalara aiddir [119]. 
Mədəniyyətin  inkiĢafı  mürəkkəb  və  ziddiyyətli 
proses  olub,  təkcə  ümumsosioloji  qanunlar  üzrə  deyil, 
həm  də  spesifik  qanunlar  üzrə  baĢ  verir.  Mədəniyyətin 
inkiĢafı  varisliyə,  köhnə  mədəni  irsin  dialektik  inkarına 
əsaslanır.  Lakin  bu  proses  müəyyən  nisbi  müstəqilliyə 
və  spesifik  qanunlara  malikdir.  BəĢər  tarixində  mədəni 
tərəqqinin mahiyyətini açmaq üçün bu qanunauyğunluq-
ları  öyrənmək  lazımdır.  Hər  bir  dövrdə  mədəniyyətin 
inkiĢafı  daxili  və  xarici  səbəblər,  amillərlə  Ģərtlənir. 
Odur ki, konkret tarixi mərhələdə götürülən mədəniyyət 
həmin  dövrdəki  iqtisadi,  texniki,  siyasi,  sosial  və  mə-
dəni-mənəvi  amillərin  güclü  təsiri altında formalaĢır  və 
inkiĢaf edir. 
Mədəniyyətin  həm  tərəqqisi,  həm  də  tənəzzülü 
mövcud tarixi Ģəraitdəki obyektiv və subyektiv dəyiĢik-
liklərlə müəyyən olunur. Lakin, onların mədəniyyətə tə-
siri  bilavasitə deyil, nəticə etibarilə, bir sırf  əlaqələndi-
rici  vasitələrdən  keçərək  baĢ  verir.  Məsələ  bundadır  ki, 
mədəniyyəti məhz insan yaradır. Bu prosesdə o, həm də 
subyekt  kimi  öz  yaradıcılıq  qabiliyyətlərini  inkiĢaf 
etdirir. Bu yaradıcılıq prosesi insanın öz daxili motivləri 

 
 
 
 
 
42 
üzrə  baĢ  verir.  Lakin  bu  proses  bütövlükdə  ictimai  mü-
nasibətlər  Ģəraitində  həyata  keçirilir  və  ictimai  tələbatı 
ödəməyə yönəlir [119]. 
Odur  ki,  həmin  amillər  maddi  münasibətlərin  mə-
dəniyyətə təsir mexanizmini ifadə edir. Həm də göstəril-
məlidir  ki,  mədəniyyətin  müxtəlif  tərəflərinin  ictimai 
həyat  hadisələri  ilə  əlaqəsi  eyni  deyildir.  Belə  ki,  əgər 
mədəniyyətin təbiət, texniki, iqtisadi elmlər kimi ünsür-
ləri iqtisadi həyatla bağlıdırsa, onun fəlsəfə, əxlaq, incə-
sənət kimi ünsürlərinə münasibətdə bu əlaqə birbaĢa ol-
mayıb dolayı xarakter daĢıyır. Buna görə də mədəniyyə-
tin  inkiĢafı  prosesi  qeyri-bərabər  və  ziddiyyətli  Ģəkildə 
baĢ  verir.  Məsələn,  müəyyən  dövrlərdə  bu  və  ya  digər 
ölkədə  ola  bilər  ki,  texnika  yüksək  dərəcədə  inkiĢaf  et-
sin, ancaq əxlaq və bədii mədəniyyət isə tənəzzül keçir-
sin.  Digər  tərəfdən  isə  iqtisadi  cəhətdən  geridə  qalmıĢ 
ölkələrdə bəzən incəsənətin çiçəklənməsi özünü göstərə 
bilir.  Lakin  bütövlükdə  götürdükdə  mədəniyyət  də  icti-
mai həyatın inkiĢafına uyğun olaraq inkiĢaf edir. Mədə-
niyyətin  inkiĢafı  iki formada  baĢ  verir.  Bir  tərəfdən  tər-
biyə prosesində insanların bacarıq və qabiliyyətləri, vər-
diĢləri inkiĢaf edir, əvvəlki nəsildən keçən dəyərlər mə-
nimsənilir  və  yeni  dəyərlər  yaradılır.  Digər  tərəfdən  isə 
maddiləĢmiĢ dəyərlər nəsildən-nəslə keçirilir [119]. 
Qeyd olunmalıdır ki, cəmiyyətin inkiĢafı gediĢində 
insanların  maddi  həyat  Ģəraiti  ilə  onların  mədəniyyəti 
arasındakı əlaqələrin xarakteri dəyiĢərək daha mürəkkəb 

 
 
 
 
 
43 
Ģəkil alır. Cəmiyyətin iqtisadi həyatı və ictimai struktur-
ları  mədəniyyətin  əsas  göstəricilərinə  və  ümumi  istiqa-
mətinə güclü təsir edir. Bu təsir öz xarakterinə görə po-
zitiv  və  ya  neqativ  ola  bilir.  Əgər  iqtisadiyyat  istehsal 
fəaliyyəti  üçün  obyektiv  məzmunlu  bilikləri  tələb  edir-
sə,  bu  təsir  müsbət  olur.  Bunun  əksi  olduğu  halda  isə 
iqtisadiyyatın mədəniyyətə təsiri mənfi xarakter daĢıyır. 
Mədəni  həyatda  müxtəlif  miflərin,  ideoloji  illüziyaların 
geniĢlənməsinə Ģərait yaradır [119]. 
Mədəniyyətin təĢəkkülü və inkiĢafı ilə bağlı bir sı-
ra  nəzəriyyələr  mövcuddur  ki,  bunların  hər  birinin  də 
digər  baxıĢ  tərəfdarları  tərəfindən  qəbul  edilən  və  edil-
məyən  cəhətləri  vardır.  Məsələn,  “Təkamül  nəzəriyyə-
si”ndə  [105,  s.16]  mədəniyyətin,  vəhĢət  dövrlərindən 
zamanımıza  qədər  davamlı  inkiĢafda  olan  insan 
kültürünün  məhsulu  olduğu,  irəliləmənin  də  bəsitdən 
mürəkkəbə  doğru  düz  bir  xətt  üzrə,  bir-biri  ilə  tutarlı 
mərhələlər  aĢılmaq  surətilə  meydana  gəldiyi  iddia 
edilmiĢdir. Buna görə də inkiĢafla ayaqlaĢa bilmədikləri 
üçün bu gün də iki min il öncəki səviyyədə qalan ibtidai 
qövmlərin  kültüründə  ilk  mərhələlərin  canlı  izlərini 
görmək  mümkündür.  Yəni  onların  fəaliyyətində,  adət-
ənənələrində, inanc və sənətlərində qədim mədəniyyətin 
əsas  cizgiləri  hələ  mövcud  olmaqdadır.  Təkamül 
nəzəriyyəsi insan ruhunun hər yerdə bir və eyni olduğu 
düĢüncəsinə  əsaslanır.  Dolayısı  ilə  müxtəlif  topluluqlar 
bərabər  Ģərtlər  altında  eyni  Ģeyləri  vücuda  gətirməyə, 

 
 
 
 
 
44 
bir-birinə paralel Ģəkildə düĢünməyə və eyni mahiyyətdə 
kəĢflər  və  icadlar  etmək  iqtidarındadırlar.  Bu  səbəbdən 
bəzən  “paralelçi”lər  də  deyilən  təkamül  nəzəriyyəsi 
tərəfdarlarına  görə  hər  qövmdə  ayrı-ayrılıqda  meydana 
çıxan  mədəniyyətlər  paralel  Ģəkildə,  özlüyündə  inkiĢaf 
edir. 
Təkamül  nəzəriyyəsinə  tənqidi  yanaĢan  baxıĢlara 
görə isə, bir çox sahələrdə kültürəl və sosial inkiĢaf bir 
xətt  halında  və  eyni  yöndə  inkiĢaf  göstərməkdədir;  za-
man-zaman dəyiĢmələr, aravermələr diqqəti çəkəcək qə-
dər açıqdır. Nəzəriyyənin ən zəif tərəfi isə insanlıq tari-
xində tək bir kültür növünün qəbul edilməsidir. Halbuki 
eyni  kültür  dünyanın  hər  yerində  mövcud  deyildir,  bir 
çox kültürlər vardır. Aralarındakı fərqlər bilavasitə tex-
niki alətlərdə, din, sənət, sosial dayanıĢma kimi sahələr-
də görünür. Buna görə də “Evolution”çuların mürəkkəb 
kültür fakt və hadisələrini bəsitləĢdirmələri doğru qəbul 
edilməmiĢdir [105, s.18]. 
“Yüksək  kültür”  nəzəriyyəsində  [108,  s.22] 
topluluqlardakı  kültür  və  tarix  ortaqlılığı  əsasa 
alınmaqla və aralarında siyasi bağlantı ilə dil birliyi olan 
yerli kültürlərin, eyni zamanda “mədəniyyət” qavramını 
ifadə  edən  “Yüksək  kültür”lər  ortya  qoyduqları  irəli 
sürülməkdədir.  Məsələn,  misirlilər,  çinlilər,  assurlar, 
babillər, finikiyalılar, xaldeylər qrupu bu surətlə “kültür 
və  tarix  ortaqlığı”na  söykənən  tipdə  mədəniyyətlər 
qurmuĢ  topluluqlardır.  Nəzəriyyənin  baĢlıca  təmsil-

 
 
 
 
 
45 
çilərindən  olan  tanınmıĢ  rus  panslavyanisti  N.Y.Da-
nilevski  bu  mədəniyyətin  parçalarının  bir-birinə  və 
bütünə, bütünün də parçalarına bağlı bir “orqanizm” təĢ-
kil etdiyini, orqanizm (canlı vəziyyət) qədər sıx Ģəkildə 
bütünlük göstərdiyini söyləmiĢ, mədəniyyət ünsürlərinin 
də  tamamilə  oxĢar  orqanizm  kimi  doğub,  böyüyüb, 
kamilləĢib, nəhayət, öldüklərini iddia etmiĢdir. 
 Yeri gəlmiĢkən qeyd edək ki, Əhməd bəy Ağaoğlu 
da  mədəniyyət  çevrəsini  canlı  orqanizmlərlə  müqayisə 
edərkən,  onun  bütövlüyünü  o  bitkilərə  bənzədir  ki,  ye-
tiĢmələri  və  inkiĢafı  üçün  bəlli  Ģərtlərin  olmasına  möh-
tacdırlar.  BaĢqa  çevrələrdə,  baĢqa  Ģərtlər  içində  həmən 
solub  gedərlər  [93].  Onun  gəldiyi  qənaətə  görə  “Bir 
mədəniyyət  zümrəsi  bölünməz  bir  bütündür.  Parçalana 
bilməz.  Qalibiyyət  və  üstünlüyü  qazanan  onun  bütün-
lüyüdür”  [101,  s.11].  Ümumiyyətlə,  Azərbaycan  kul-
turoloji  fikrini  çoxsaylı  əsərləri  ilə  zənginləĢdirən 
Əhməd  Ağaoğlu  yaradıcılığında  mədəniyyət  ən  geniĢ 
aspektlərdən  Ģərh  edilir.  Belə  ki,  o,  mədəniyyəti  daha 
geniĢ, bütün tərifləri içinə alan və bu kəlməyə ən geniĢ 
mənanı  verən  “həyat  tərzi”  kimi  qəbul  edərək  “Üç 
mədəniyyət” əsərində yazır: “Mədəniyyət demək – həyat 
tərzi  deməkdir”.  Bir  Ģərtlə  ki,  burada  həyat  qavramının 
özü  ən  geniĢ  və  hərtərəfli  bir  məna  daĢımalı,  həyatın 
bütün  sahə  və  tərəflərini,  maddi  və  mənəvi  hadisələrini 
özündə  ehtiva  etməlidir.  Belə  olan  halda  mədəniyyət 
düĢüncə  və  axtarıĢ  tərzindən  baĢlayaraq,  geyim  Ģəklinə 

 
 
 
 
 
46 
qədər  həyatın  bütün  təzahürlərini,  hadisələrini  əhatə 
etmiĢ olur [91, s.17; 101 s.3]. 
“Yüksək  kültür”  nəzəriyyəsində,  müəyyən  toplu-
luqlar  arasındakı  tarixi  ortaqlığı  və  kültür  birliyi  (və  ya 
bənzərliyi)  halının  mədəniyyətlərin  xarakterini  əks  et-
dirməsi  qənaəti  mühüm  yer  tutur.  Bu  səbəbdən,  məsə-
lən, qədim yunan mədəniyyətinin estetik, hind mədəniy-
yətinin dini, qərb mədəniyyətinin mexaniki-texniki key-
fiyyət  daĢıdığı  iddia  edilmiĢdir.  Buna  görə  də,  mədə-
niyyətlə  sosial  sistem  adətən  ayrılmaz  bir  cütlük  kimi 
düĢünülməkdə,  baĢqa  sözlə,  hər  mədəniyyət  bir  sosio-
kültürəl  bütün  sayılmaqdadır  [105].  Yeri  gəlmiĢkən, 
qeyd  edək  ki,  M.Ə.Rəsulzadənin  “Türk  kültür  birliyi” 
adlı  məqaləsində  də  bu  yanaĢmaya  dair  maraqlı  qənaət-
lər yer almıĢdır [107].  
Mədəniyyətin  mahiyyəti  məsələsində  əldə  edilən 
yuxarıdakı nəticələrə ən yaxĢı Ģəkildə P.A.Sorokin tərə-
findən  aydınlıq  gətirilmiĢdir.  “Ana  kültür  qəlibi”  nəzə-
riyyəsini  irəli  sürmüĢ  P.A.Sorokin  “Yüksək  kültür”  və 
ya “Qapalı mədəniyyət” nəzəriyyəsini Ģiddətlə tənqid et-
miĢdir. Olduqca çətin anlaĢılması və bəzi etirazlarla qar-
Ģılanması  ilə  yanaĢı  Sorokin  kültür  anlayıĢının  və  mə-
dəniyyət  hadisəsinin  təhlilində  tarixi-sosial  gerçəklərə 
dair maraqlı nəticələrə gəlmiĢdir [105, s.23-24]. 
Mədəniyyətlər  və  ya  mədəniyyət  meydana  gətirən 
kültür  dəyərləri  nəyə  görə,  necə  və  nə  kimi  Ģərtlər 
altında  və  hansı  topluluqlarda  doğmaqdadır?  Bəzi  kül-

 
 
 
 
 
47 
türlər  maddi-mənəvi  sahələrdə  çeĢidli  kültür  vasitə  və 
davranıĢları  ortaya  qoya  bildikləri  halda,  bir  sıra  sosial 
qruplar  belə  bir  varlıq  göstərməkdə  çətinlik  çəkirlər. 
Nədən? Kültür tarixçiləri üçün həlli müĢkül baĢlıca mə-
sələlərdən  biri  bu  olmuĢdur.  Sorğunu  cavablandırmağa 
çalıĢanlar  arasında  Diffusionçularda  gördüyümüz  kimi, 
məsələni coğrafi-iqtisadi Ģərtlərə bağlayanlar olduğu ki-
mi,  metafizikaya  müraciət edənlər  və  ya  həqiqətən Ģəx-
siyyət  psixologiyasını  hərəkət  nöqtəsi  hesab  edənlər  də 
vardır [105, s.25].  
Tarixən  mədəniyyətin  insan  varlığının  heç  nə  ilə 
müqayisə  olunmayan  invariant  təməli  olduğunu  tək-tək 
dahilərin  deyil,  əksər  dünya  dövlətlərinin  dərk  etməsi 
üçün  zaman-zaman  yaradılmıĢ  bütün  maddi  və  mənəvi 
sərvətlərin  məcmusu,  məhz  mədəniyyətin  ən  ali 
nümunələri  məhv  edilib,  dağıdılıb,  yandırılıb.  Hər  dəfə 
də  yenidən  yaratmaq  əzminə  rəğmən  yenidən  məhv 
etmək  kimi  paradoksal  mövqelər  savaĢıb  [3,  s.10-11]. 
Ona görə də bu gün mədəni dünya bu qənaətdədir ki, hər 
hansı  bir  mədəniyyət  və  ya  sivilizasiyanın  digərindən 
üstünlüyündən  bəhs  edilməsi  qeyri-ciddi,  qeyri-elmi 
mövqedir.  Hər  bir  mədəniyyət  öz-özlüyündə  dəyərlidir, 
sadəcə,  bu,  fərqli,  baĢqa  mədəniyyətdir  [3,  s.120].  Bu 
mənada müasir kulturoloji araĢdırmalar ötən dövrlərdəki 
tədqiqatlardan  fərqli  olaraq,  mədəni  birlik,  dəyiĢmə  və 
müxtəliflik  barədə  son  dərəcə  yeni  baxıĢlar  irəli  sürür. 
Kulturologiya  müxtəlif  mədəni  sərvətlərə,  kulturoloji 

 
 
 
 
 
48 
mətnlərə  və  mədəni  fəaliyyətin  tədqiqi  metodlarına 
xüsusi diqqət yetirir [86, s.23]. Heç də təsadüfi deyildir 
ki,  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Təhsil,  Elm  və 
Mədəniyyət  TəĢkilatının  BaĢ  Konfransı  (3-21  oktyabr 
2005-ci  il  tarixində  Paris  Ģəhərində  keçirilən  33-cü 
sessiyasında) mədəni müxtəlifliyin bəĢəriyyətin fərqlən-
dirici  xüsusiyyəti  olduğunu  təsdiqləyərək;  mədəni 
müxtəlifliyin  bəĢəriyyətin  ümumi  irsini  formalaĢ-
dırdığını və hamının rifahı üçün onun qədrini bilməli və 
qoruyub  saxlamalı  olduğumuzu  dərk  edərək;  mədə-
niyyətin  zaman  və  məkan  dəyiĢdikcə  müxtəlif  formalar 
aldığını  və  bu  müxtəlifliyin  bəĢəriyyəti  təĢkil  edən 
xalqların  və  cəmiyyətlərin  mədəni  özünüifadə  tərzlə-
rinin və özünəməxsusluqlarının unikallığında və müxtə-
lifliyində öz əksini tapdığını nəzərə alaraq; qeyri-maddi 
və  maddi  sərvətlərin  mənbəyi  kimi  ənənəvi  elmlərin, 
xüsusilə də yerli xalqların bilik sistemlərinin və onların 
davamlı  inkiĢafa  müsbət  töhfəsinin  vacibliyini, 
həmçinin  onların  lazımi  qaydada  qorunmasının  və  təĢ-
viqinin  zəruri  olduğunu  bilərək;  dil  müxtəlifliyinin 
mədəni  müxtəlifliyin  fundamental  elementi  olduğunu 
xatırladaraq və mədəni özünüifadənin qorunması və təĢ-
viq edilməsində təhsilin fundamental rolunu təsdiqləyə-
rək,  2005-ci  il  oktyabrın  20-də  “Mədəni  özünüifadə 
müxtəlifliyinin qorunması və təĢviqi haqqında” Konven-
siyanı qəbul etmiĢdir (25). 

 
 
 
 
 
49 
KeçmiĢə  münasibətdə  düzgün  mövqe  tutmaq  üçün 
“sivilizasiyanın  mənəvi  irsi”  anlayıĢına  daxil  olanların 
qeyd-Ģərtsiz  dəyərinin  əsaslarını  müəyyən  etmək  lazım-
dır. Burada əsas məsələ sivilizasiyanın topladığı sərvət-
lərə  münasibətdə  Ģüurlu  mövqe  tutmaqdır.  Ġrs  barədə 
yalnız  o  yerdə  danıĢmaq  olar  ki,  orada  həmin  irsi  baĢa 
düĢsünlər, tarixi yaradanlara rəğbət və hörmət bəsləsin-
lər.  Varlıq  barədə  təsəvvür  yaradan  və  təkcə  bunun  he-
sabına  müxtəlif  dövrlərdə  yaĢamıĢ  insanları  əlaqələn-
dirən aktın xarakteri vacibdir. Bu, konkret həyati nümu-
nələr  əsasında  qaynaqların,  abidələrin,  dünya  incəsənət 
incilərinin  emosional  təsirində  özünü  göstərir.  Mədəni 
irsə münasibətdə Ģüurlu varislik cəmiyyətin mənəvi zən-
ginləĢməsinin  rəhnidir.  Mədəni  varislik  ziddiyyətli  pro-
sesdir.  Varislik  prosesində  miras  kimi  mənimsənilmiĢ 
dəyərlər  nəinki  dirçəldilir,  həm  də  inkiĢaf  etdirilir,  tək-
milləĢdirilir,  yeni  nəsillərin  mədəni  simasına  uyğunlaĢ-
dırılır. Mədəniyyəti insan fəaliyyətindən ayırmaq olmaz. 
Ġnsan  mədəniyyəti  yaratmaqla  həm  də  özünü  yaradır; 
mədəniyyət  insanı  yaratmaqla  həm  də  özünü  yaradır 
[63, s.27]. 
Dünyanın,  o  cümlədən  Azərbaycanın  görkəmli  fi-
kir  sahiblərinin  ümumi  qənaəti  budur  ki,  bəĢər  mədə-
niyyətinin  yaranması  və  inkiĢafında  bütün  xalqların  öz 
payı  vardır.  Məsələn,  mühacir  Azərbaycan  ziyalılarının 
kulturoloji qənaətlərinə diqqət yetirən M.B.Məhəmməd-
zadə  yazır  ki,  bəĢər  mədəniyyəti  milli  mədəniyyətlərin 

 
 
 
 
 
50 
məcmusundan ibarətdir [91, s.16; 75, s.61]. Milli diriliyi 
bütünlüklə  mədəniyyətə  bağlayan  M.Ə.Rəsulzadəyə 
görə  isə:  “Mədəniyyəti-bəĢəriyyə  millətlərin  zəh-
mətlərindən  hasil  olan  bir  yekundur.  Hər  millət  öz 
iqtidar  və  öz  istiqlalı  sayəsində,  yəni  öz  diriliyi  ilə 
özünə  xüsusi,  xüsusi  olduğu  qədər  də  qiymətli  bəzi 
Ģeylər əlavə edir ki, bir millətin ölməsi və  yaxud ölgün 
fikirlərlə  yaĢaması  yalnız  özünün  bədbəxtliyini  deyil, 
bəĢəriyyətin  də  böyük  bir  nöqsanını  təĢkil  edir”  [91, 
s.16-17; 85, s.462]. 
Xalqımızın  mədəni  irsinə  bu  kontekstdən  yanaĢ-
dıqda, xüsusilə belə bir məqama diqqət yetirilməlidir ki, 
Azərbaycan bəĢər mədəniyyətinin və dünya sivilizasiya-
sının  ilkin  məskənlərindən  biridir.  Azərbaycan  xalqı  öz 
kökləri ilə bəĢəri düĢüncə və yaradıcı həyat fəaliyyətinin 
minillik  dərinliklərinə,  ilkin  sivilizasiya  epoxasından 
qabaqkı  arxaik  dövrə  gedən  zəngin  maddi  və  mənəvi 
mədəniyyət  yaratmıĢdır  [71, s.336].  Bu ərazidə  hələ  iki 
milyon  il  bundan  əvvəl  insanın  yaĢaması  uçun  əlveriĢli 
Ģərait olmuĢdur. Azərbaycan xalqı da bu yerdə bərqərar 
olmuĢ,  özünün  təsərrüfat  həyatını,  maddi-mənəvi 
mədəniyyətini  yaradaraq  dünyanın  ən  qədim  və  mədəni 
xalqlarından biri kimi tanınmıĢdır.  
Hər  bir  xalq  üçün  öz  ölkəsinin  tarixi,  keçdiyi  in-
kiĢaf yolu, mədəniyyəti maraqlıdır. Çünki keçmiĢ nəsil-
lərin nailiyyətlərini bilmədən  yenilərini yaratmaq çətin-
dir.  Əsrlər  boyu  nəsillərin  öz  təcrübələrini  bir-birinə 

 
 
 
 
 
51 
ötürmələri  nəticəsində  müxtəlif  sahələrdə  müvəffəqiy-
yətlər qazanılmıĢdır. Bu vəziyyət insan cəmiyyətinin bü-
tün  dövrlərində  qanunauyğun  Ģəkildə  davam  etmiĢdir. 
Maddi mədəniyyət abidələrinin qalıqları əsasında o döv-
rün  müxtəlif  sahələri  haqqında  fikir  söyləmək  müm-
kündür.  Hər  bir  daĢ  alət,  saxsı,  dəmir,  tunc  əĢya  qalıq-
ları  ətrafında  alimlərin  apardıqları  elmi  araĢdırma  və 
mübahisələri  məsələlərə  aydınlıq  gətirməyə  qadirdir 
[74,  s.136].  Bu  vaxta  kimi  aparılmıĢ  araĢdırmalar  sübut 
edir  ki,  Azərbaycan  xalqının  sosial  mədəniyyəti 
çoxəsrlik  tarixə  malikdir.  Onda,  hələ  qədim  dövrlərdən 
demokratik  mədəniyyətin  elementləri,  təbiət  və  cəmiy-
yətin  dəyiĢdirilməsinə,  insanın  özünü  təkmilləĢdir-
məsinə  istiqamətlənmə  təzahür  olunur.  Tərəqqipərvər 
təfəkkür  və  Azərbaycan  mədəniyyətinin  tərəqqipərvər 
tendensiyaları 
zərdüĢtlük, 
məzdəkilik, 
hürufilik, 
Azərbaycan  intibahı  və  maarifində  müxtəlif  forma  və 
səviyyələrdə əks olunurdu [71, s.337]. 
Bu gün mədəni dünya tərəfindən milli mədəniyyət-
lərə  xüsusi  diqqət  yetirilməsi  heç  də  təsadüfi  deyildir. 
Çünki  müasir  dövrün  ən  mühüm  problemlərindən  biri 
milli  Ģüur  və  milli  özünüdərketmədir.  Milli  olan  canlı-
dır,  həyatidir,  ideyaların  və  həyatın  sintezidir.  Özü  də 
“həll  edilmə”  elementi  ilə  olan  sintezdir.  Bu  isə  milli 
mövcudluğa yüksək gərginlik və böyük enerji potensialı 
verir  [3,  s.397].  Bu  baxımdan  folklor,  dil,  ədəbiyyat, 
sənət  və  mədəniyyət  sahəsində  fundamental  elmin  stra-

 
 
 
 
 
52 
teji  məqsədi  Azərbaycan  xalqının  mənəvi  irsini  dünya 
mədəniyyətinin  inkiĢafı  kontekstində  təqdim  etmək, 
Azərbaycan  cəmiyyətinin  yaranmasının  etnik  və  milli 
proseslərini  müəyyən  etməkdir  [59,  s.35-36].  Lakin 
tarixi-milli  mənsubluq  və  mənĢə  məsələsinin  qoyu-
luĢunda və həllində mübahisəli, əyintili məqamlar özünü 
təkcə  lokal  milli  hüdudlarda  göstərmir.  Qərb-ġərq  ün-
vanlı  və  sintez  təbiətli  tarixi  dəyərlərlə  bağlı  etnik 
problemə münasibətdə etnik diskriminasiyaya hələ də ən 
müxtəlif  miqyaslarda  yol  verilir.  Xüsusən,  “türk”  etno-
nimi  və  türk  kültürü  ilə  bağlı  axtarıĢ,  ehtimal  və  hipo-
tezlərdə sağa və sola neqativ meyllər həm yerli, həm də 
əcnəbi  medievistikada  bir-biri  ilə  qəribə  həmahənglik 
təĢkil edir [59, s.48].  
Təbii ki, belə bir qərəzli münasibətin bir sıra tarixi, 
siyasi  və  ideoloji səbəbləri  vardır.  Məsələn, son  iki  yü-
zillik  Azərbaycan  tarixinə  diqqət  yetirsək,  o  zaman  bir 
sıra  mətləblərə  aydınlıq  gələr.  Çar  Rusiyası  ilə  Ġran 
arasında  gedən  müharibənin  nəticəsi  olaraq  bağlanmıĢ 
Türkmənçay  müqaviləsinin  (1828)  Ģərtlərinə  görə  Araz 
çayı  boyunca  iki  hissəyə  bölünən  Azərbaycan  iki 
müxtəlif  mədəniyyətin  daĢıyıcısı  olan  Rusiya  və  Ġran 
dövlətlərinin  müstəmləkəsinə  çevrildi.  Bununla  da  xal-
qımız iki yüz il ərzində ümumtürk mədəni əlaqələrindən 
ayrı  yaĢamağa  məcbur  oldu.  Bu,  o  demək  idi  ki,  dil, 
adət-ənənə, sosial həyat və yaĢam tərzində dəyiĢikliklər 
ortaya  çıxırdı.  Rusiya  imperiyası  öz  donunu  dəyiĢərək 

 
 
 
 
 
53 
Qırmızı  imperiyaya  çevrildikdən  sonra  Azərbaycanın 
Ģimalı  ilə  cənubu  arasında  əlaqələr  tamamilə  kəsildi. 
Sovet Azərbaycanında xalqın mədəniyyətinə, milli adət-
ənənələrə  ümumsovet  qanunları  ilə  yanaĢı  yeni  əxlaq, 
mədəniyyət,  Sovet  Ġttifaqı  xalqlarına  məxsus  ümumso-
vet əxlaq kodeksi əlavə olundu. Yeni insan – sovet insa-
nı  yetiĢdirilməyə  baĢlanıldı.  Ayrı-ayrı  millətlərin  tarixi, 
məiĢət tərzi, mədəniyyəti, sənətə münasibəti və milli tə-
fəkkürün  inkiĢafında  ayrı-seçkilik  siyasəti  yeridildi. 
Milli mədəniyyətlərin tədqiq edilməsi sahəsində məhdu-
diyyətlər tətbiq edildi. Bu əngəllər özünü türk dili, folk-
loru, ədəbiyyatı sahəsində xüsusilə büruzə verdi. 
Azərbaycanda  kulturoloji  irsin  tədqiqi  problem-
lərindən  bəhs  edərkən  deməliyik  ki,  ümumiyyətlə  SSRĠ 
dövründə kulturologiya ayrılıqda bir elm sahəsi kimi ya 
heç  öyrənilmir,  ya  da  ona  əhəmiyyət  verilmirdi.  Yalnız 
müstəqillik qazandıqdan sonra bu sahəyə maraq artmağa 
baĢladı. Xalqın milli-mənəvi dəyərlərinin cəmi olan kül-
türün əsas aparıcı sahələrində obyektiv tədqiqatlara start 
verildi.  Milli-mədəni  özünəməxsusluğun  ifadəsi  olan 
kültür  (milli  mədəniyyət)  özündə  əsasən  aĢağıdakıları 
ehtiva edir: dil, din, adət və ənənə, sənət, dünyagörüĢü, 
tarix və s. 
Dil  –  mədəniyyətin  inkiĢafının  əsas  amillərindən 
və Ģərtlərindən biridir. Çünki dil olmadan digər Ģərtlərin 
yaranmasından,  inkiĢafından  söhbət  belə  gedə  bilməz. 
Dil millətlərin söz dünyasıdır. Dil millətlərin düĢüncəsi-

 
 
 
 
 
54 
ni  ifadə  edir,  dünyaya  baxıĢını  formalaĢdırır,  mədəniy-
yətin, adət-ənənələrin yaranmasına və inkiĢaf etdirilmə-
sinə xidmət göstərir. Dil bir millətin ağlının, düĢüncəsi-
nin,  yaradıcılığının,  məntiqinin  aynasıdır.  Bir  sözlə,  dil 
mədəniyyət xəzinəsidir. 
Din  –  mədəniyyətin  inkiĢafında,  formalaĢıb  möh-
kəmlənməsində önəmli yer tutur. Qədim dövrlərdən üzü 
bəri  əsrlərlə  dini  mədəniyyətlər  özlərindən  əvvəlki  mə-
dəniyyətləri üstələmiĢlər. Dinin millətlər üzərindəki ha-
kimiyyəti  imperiyalardan  milli  hakimiyyətlərədək  da-
vam  etmiĢdir.  Bundan  sonra  dinin  funksiyası  azalmağa 
baĢlamıĢdır. Dinin milli mədəniyyətə təsiri və mədəniy-
yətin digər sahələrinin yaranması və yenilənməsində ro-
lu danılmazdır. Ġslam dininin gətirdiyi adət-ənənələr, di-
ni  bayramlar  və  mərasimlər  bu  gün  də  davam  etmək-
dədir. 
Adət və ənənələr – hər bir millətin vətəndaĢlıq pas-
portudur.  Adət-ənənələr  millətlərin  yazılı  və  ya  Ģifahi 
qanunlarıdır.  Qanunların  demək  olar  əksəriyyəti  adət-
ənənələr  əsasında  yazılıb.  Qanunlar  insanın  cəmiyyətdə 
hərəkətini  tənzimləyir.  Ġnsanlar  isə  öz  aralarındakı  mü-
nasibətləri  əsrlər  boyu  adət-ənənələrə  uyğun  qurmuĢlar. 
Müasir  dövrdə  hələ  də  adət-ənənə  ilə  idarə  olunan  öl-
kələr  mövcuddur.  Əslində,  insanı  qanunlar  çərçivəsinə 
salmaq  mümkün  deyil.  Çünki  qanunlar  haqları  və  cəza-
ları  təyin  edir,  həyatda  isə  cəmiyyət  arasında  bir  çox 
sosial əlaqələr var. Bunlara aĢağıdakıları misal gətirmək 

 
 
 
 
 
55 
olar:  salamlaĢmaq,  üzr  istəmək,  sayğı  göstərmək,  söh-
bətləĢmək,  mübahisə  etmək,  küsüb-barıĢmaq  və  s.  Bu 
davranıĢ qaydaları ancaq adət-ənənələrə söykənir. 
Sənət  –  millətlər  həm  də  öz  sənətləri,  yaradıcılıq 
məhsulları  ilə,  duyğu  və  zövqləri  ilə  bir-birlərindən 
fərqlənir.  Bunlar  millətin  gözəlliyi  görmə  və  duyub  ya-
ratmaq  imkanlarına  bağlıdır.  Ġnsanlar  yaĢamağa,  sosial 
və  mənəvi  ehtiyaclarını  ödəməyə  çalıĢırlar.  Hər  bir  in-
san bunları edərkən müəyyən axtarıĢlarda olur, özü üçün 
yaxĢı nə varsa onu əldə etməyə səy göstərir. Bunun nə-
ticəsində də ən yaxĢısını, ən gözəlini seçib ortaya çıxa-
rır. Buna isə yaradıcılıq deyilir. Hər millətin yaradıcılığı 
ayrı  bir  özəllik  təĢkil  edir.  Söz,  səs,  məkan,  rəng,  iĢıq, 
zövq və s. anlayıĢlar mövcuddur. Mədəniyyətin bu sahə-
sinə  ədəbiyyat,  rəsm,  memarlıq,  heykəltaraĢlıq,  teatr, 
ifaçılıq və s. aiddir. 
DünyagörüĢü – bir millətin digər millətlərdən fərq-
li  olan  həyat  fəlsəfəsidir.  Hər  bir  millətin  fərdləri  ara-
sında  ortaq  mədəniyyət  olduğu  üçün  onlar  bilik,  qabi-
liyyət,  zehni  yaradıcılıq  baxımından  da  müəyyən  ox-
Ģarlıqlara malikdirlər. Sosial və mənəvi yaradıcılıq nəti-
cəsində fərdlərin ümumiləĢdirilmiĢ hərəkət və davranıĢ-
ları  o  millətin  dünyagörüĢünü  meydana  gətirir.  Bunun 
üçün hər bir millətdə dəyər və dəyər qaydaları fərqlidir. 
Qəhrəmanlıq, eĢq, namus, təmizlik, əxlaq, əyləncə, toy, 
yas  və  s. kimi  həyat  hadisələri  və  mənəvi anlayıĢlar  hər 
millətdə dəyiĢik qaydalara malikdir. 

 
 
 
 
 
56 
Tarix  –  milli  mədəniyyəti  meydana  gətirən  ən  mü-
hüm  Ģərtlərdən  biridir.  Tarix  millətin  dünya  yarandığı 
gündən  indiyədək  yaĢamı  deməkdir.  Tarix  dünənin  və 
bu  günümüzün  insanını  bir-birinə  bağlayaraq  gələcəyə 
aparır.  Millətlər,  onların  mədəniyyətləri  də  məhz  tarixi 
proseslər  nəticəsində  formalaĢmıĢdır.  Tarix  bir  millətin 
haradan  gəlib  haraya  getdiyini  göstərən  bir  fenomen 
kimi millətin həyatında mühüm yer tutur. 
Ümumiyyətlə, cəmiyyətdə din, dil, incəsənət, tarix 
və  bütövlükdə  sosial  elmlərin  öyrənilməsi  kulturologi-
yanın  da  tədqiqat  predmetinə  daxildir.  YUNESKO-nun 
qəbul etdiyi tərifə görə “mədəniyyət insan cəmiyyətinin 
özünün  tarixi  inkiĢafına  sahib  olduğu  əqli  Ģüurudur” 
(25;  117).  Yuxarıda  qeyd  olunanlardan  belə  bir  qənaətə 
gəlmək olar ki, xalqları, millətləri meydana gətirən fərd-
lər arasındakı əlaqələr və təbiətə hakim olmaq imkanları 
tarix  boyu  mədəniyyətin  inkiĢafı  ilə  bağlıdır  və  hər  bir 
millət  öz  maddi-mənəvi  dəyərlərinə  xas  mədəniyyətə 
malikdir. Bu dəyərlərin, o cümlədən folklorun və dilin ta-
rixi-kulturoloji  aspektdən  tədqiqi  həm  milli  mədəniyyət 
tarixinin  öyrənilməsi,  həm  də  kulturoloji  fikrin  bu  əsas-
larda inkiĢafının təminatı baxımından əhəmiyyətlidir. 
 
 
 
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə