Telman qulġyev



Yüklə 2.82 Kb.
Pdf просмотр
səhifə1/10
tarix29.05.2017
ölçüsü2.82 Kb.
  1   2   3   4   5   6   7   8   9   10

 
 
 
 
 

Telman  QULĠYEV 
 
 
 
 
 
 
MĠLLĠ-MƏDƏNĠ ĠRS  
VƏ DĠL AMĠLĠNƏ 
KULTUROLOJĠ BAXIġ 
 
(Naxçıvan dialektinin terminoloji  
leksikası nümunəsində) 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2014 
 

 
 
 
 
 

 
Redaktoru  
və ön sözün müəllifi:    
prof. dr. 
Ramiz Əskər 
 
 
 
 
Telman  Quliyev.  
Milli-mədəni irs və dil amilinə kulturoloji baxıĢ.  
Bakı, "Ziya", 2014, 216 səh. 
 
 
Kitabda  müasir  dövrdə  dövlətimizin  mədəniyyət 
siyasəti,  zəngin  irsimizin  tədqiqi  və  təbliği  ilə  bağlı  bəzi 
məqamlar,  milli  varlığımızın  qorunmasında  və  inkiĢafında 
dilin  rolu  araĢdırılır,  bu  sahə  Naxçıvan  dialektinin 
terminoloji leksikası nümunəsində nəzərdən keçirilir. 
Kitab tələbələr, müəllimlər və geniĢ oxucu kütləsi üçün 
nəzərdə tutulmuĢdur. 
  
 
 
 
 
ISBN:  978-9952-8142-0-0 
 
 
©Telman Quliyev, 2014 
 

 
 
 
 
 

 
ÖN SÖZ
  
 
 
G
ənclik  dostum  Telman  Quliyev  mətbuat  aləmində 
kifayət qədər tanınır. O, uzun illər “ġərq qapısı” qəzetində 
müxbir və tərcüməçi olmuĢ, Naxçıvan Dövlət Televiziya və 
Radio  VeriliĢləri  Komitəsində  məsul  vəzifələrdə  iĢləmiĢ, 
80-ci  illərin  sonlarından  kütləvi  informasiya  vasitələrində 
sovet imperializminin  və onun sadiq nökəri erməni-daĢnak 
faĢizminin  Azərbaycana  qarĢı  məkrli  siyasətinin  ifĢa 
olunmasında xüsusi əməyi olmuĢdur.
 
Telman  Quliyevin  fəaliyyətinin  mühüm  bir  qismi 
xalqımızın  dahi  oğlu,  ümummilli  lideri,  ulu  öndər  Heydər 
Əliyevin  Naxçıvanda  iĢlədiyi  mürəkkəb  dövrə  təsadüf 
etmiĢdir. Naxçıvan Ģəhərindən Naxçıvan MR Ali Məclisinə 
deputat  seçilən  Telman  müəllim  Ali  Məclis  sessiyaları 
katibliyinə  rəhbərlik  etmiĢdi.  O,  deputat  yoldaĢları  ilə 
birlikdə  Moskvadan  Mixail  Qorbaçovun,  Bakıdan  Ayaz 
Mütəllibovun  təzyiqlərinə  qarĢı  çıxaraq,  Heydər  Əliyevin 
siyasi  dəst-xəttini  müdafiə  etmiĢdir.  Jurnalist  və  deputat 
kimi  dəfələrlə  döyüĢ  bölgəsində,  cəbhə  xəttində  olan,  bir 
neçə dəfə Dağlıq Qarabağa yardım aparan Telman müəllim 
əhali arasında milli vətənpərvərlik hisslərinin yüksəlməsinə 
çalıĢmıĢdır.
 
 Mən,  bu  kiçik  yazımda  Telman  Quliyevin  yalnız  çox 
məhdud dairədə bilinən baĢqa bir cəhəti haqqında danıĢmaq 
istəyirəm.  O,  tanınmıĢ  jurnalist,  publisist,  ictimai  xadim 
olmaqla  yanaĢı,  həm  də  istedadlı  bir  tədqiqatçıdır.  Onun 
mətbuat  səhifələrində  dərc  olunan  yazılarına  və  efirdə 

 
 
 
 
 

səslənən bütün veriliĢlərinə bir elmi üslub və analitik təhlil 
xasdır.  Hətta  onları  elmi  aparatla  təchiz  edilməyən  elmi 
əsərlər adlandırmaq mümkündür.
 
Telman müəllimin yazılarının mühüm bir hissəsini isə 
doğrudan-doğruya  elmi  məqalələr  təĢkil  edir.  O  bunları 
Bakı  Dövlət  Universitetində  təhsil  aldığı  70-ci  illərdən 
baĢlayaraq  qələmə  almıĢdır.  Əvvəlcə  jurnalistika  fakül-
təsində oxuyan, hərbi xidməti baĢa vurub qayıtdıqdan sonra 
isə  təhsilini  filologiya  fakültəsində  davam  etdirən  gənc 
Telman  yay  aylarında  qəzetçi  kimi  staj  keçərkən  və  ya 
filoloq  kimi  dialektoloji  təcrübə  müddətində  Azərbaycan 
dialektlərində iĢlənən, lakin ədəbi dildə olmayan termin sə-
ciyyəli bir sıra söz və  ifadələri toplamıĢ, onların linqvistik 
xüsusiyyətlərini araĢdırmıĢ və haqlı olaraq belə bir nəticəyə 
gəlmiĢdir  ki,  bunlar  ədəbi  dilimizin  lüğət  tərkibinə  daxil 
edilməli, terminoloji leksikanı zənginləĢdirməlidir.
 
Bəzi  misallara  müraciət  edək.  Məsələn,  biz  bostan  və 
tərəvəz  məhsulları  ilə  addımbaĢı  qarĢılaĢırıq  və  onların 
ədəbi  dildəki  adlarını  bilirik:  paxla,  lobya,  noxud,  kələm, 
pomidor, xiyar, tərxun, keĢniĢ, nanə  və s. Bəzən dükanda-
bazarda  bu  sözləri  də  eĢidirik:  maĢ,  gülbəsər.  Əslində, 
bunlar  da termindir,  maĢ  faraĢ  lobya,  gülbəsər  erkən  xiyar 
deməkdir.  Yaxud  heyvandarlıq  sahəsində  hamının  bildiyi 
buzov,  dana,  düyə,  inək,  buğa  və  öküz  sözləri  ilə  yanaĢı 
qısırəmən  və  cöngə terminləri var ki, bunlardan  qısırəmən 
bir yaĢdan iki yaĢa qədər diĢi heyvanı, cöngə isə iki yaĢdan 
böyük erkək heyvanı ifadə edir. 
 
 YaĢa  görə  keçi  növlərində  sıravi  oxucu  oğlaq,  çəpiĢ, 
dıbır/dübür,  təkə  və  erkəci/ərkəci  bilir.  Əslində  isə  burada 

 
 
 
 
 

qidik (altı  aydan  bir  yaĢa  qədər),  küvər  (bir  yaĢdan  böyük 
diĢi keçi), sibir (üĢyaĢar erkək keçi), seyiz (dördyaĢar erkək 
keçi), xar (üçyaĢar axtalanmıĢ erkək keçi) növləri də var ki, 
onların adları yalnız bu sahədə iĢləyən adamlara məlumdur.
 
 Telman 
müəllim  xalq  təsərrüfatının  müxtəlif 
sahələrinə  dair  yüzlərcə  bu  tipli  sözləri  xalq  arasından 
toplamıĢ,  elmi  Ģəkildə  təsnif  etmiĢ  və  sistemləĢdirmiĢdir. 
Bu  sözləri  oxuduqda  adam  dialekt  və  Ģivələrimizin  son 
dərəcə  zəngin  xəzinə  olduğu  qənaətinə  gəlir.  Müxtəlif 
əlamətlərinə  görə  qoyun  növləri  bu  baxımdan  çox  maraq 
kəsb  edir.  Orada  almaz  qoyun  –  balasını  əmməyə 
qoymayan  qoyun;  qol  qoyunu  –  çoban  yatanda  onu 
oyatması  üçün  öz  qoluna  bağladığı  qoyun;  yava  qoyun  – 
özü  sağına  gələn  qoyun;  səmə  qoyun  –  sürüdən  geriyə 
qalan  qoyun;  sülək  qoyun  –  sürüdən  ayrılıb  yem  üstünə 
qaçan  qoyun;  fizək  qoyun  –  yad  quzunu  əmizdirən  qoyun 
kimi növləri görürük.
 
 Tədqiqatçı  əsasən  Naxçıvanda  iĢlədilən  ot,  çiçək  və 
ağac adlarını, dərman bitkilərinin adlarını, xəstəlik adlarını, 
vəhĢi  heyvan,  quĢ  və  həĢərat  adlarını,  məiĢət  leksikası, 
toxuculuq,  inĢaat,  arıçılıq,  toy  və  yas  mərasiminə  aid 
sözləri  toplamıĢ  və  yeri  gəldikcə  onların  baĢqa 
bölgələrimizdə istifadə olunan adlarla, bəzən də qardaĢ türk 
dillərindəki  ekvivalentləri  ilə  müqayisə  etmiĢdir.  Bunlar 
etnoqrafik baxımdan son dərəcə maraqlı materiallardır.
 
 Telman  müəllimin  bu  sahədəki  araĢdırmaları  onun 
bəzi  məqalələrində,  kurs  iĢlərində  və  diplom  iĢində  öz 
əksini tapmıĢ, Bakı Dövlət Universitetində ona dərs deyən 
müəllimlərin  diqqətini  cəlb  etmiĢdir.  Onlar  bu  iĢi 

 
 
 
 
 

dissertasiya  mövzusu  kimi  götürməyi  məsləhət  görmüĢlər. 
Təəssüf ki, o, ardıcıl olaraq elmi iĢlə məĢğul olmamıĢdır.
 
Telman  Quliyev  bu  sahədəki  axtarıĢlarını  sonralar  da 
davam  etdirmiĢ  və  külli  miqdarda  faktiki  material 
yığmıĢdır.  Dostlarının  təkidinə  baxmayaraq  topladığı  bu 
materialın  bazasında  dissertasiya  yazmaq  fikrini  vaxtın 
ötdüyü  bəhanəsi  ilə  yaxın  qoymamıĢdır.  Yalnız  mənim 
israrlı  xahiĢim  qarĢısında  bunları  heç  olmasa  bir  kitab 
halında nəĢr etməyə razılıq vermiĢdir. Bu zaman məsələyə 
milli-mədəni  irsimizin  tədqiqi  və  təbliğində  dilin  roluna 
kulturoloji  baxıĢ  mövqeyindən  yanaĢmıĢ,  müasir  dövrdə 
dövlətimizin  mədəniyyət  siyasəti,  mədəni  irsin  tədqiqi 
məsələləri,  milli-mədəni  varlığımızın  mühafizəsində  dil 
amili,  dilin  kulturoloji  mahiyyəti,  bu  sahədə  folklorun 
əhəmiyyəti  və  toplanması  ilə  bağlı  bəzi  məqamları  da 
gözdən  keçirmiĢ,  öz  tədqiqatını  daha  da  dolğunlaĢdırmıĢ, 
monoqrafik bir səviyyəyə çatdırmıĢdır.
 
Əziz oxucu! Əlinizdəki bu dəyərli tədqiqat iĢi həcmcə 
çox  böyük  olmasa  da,  məzmunca  çox  maraqlıdır. 
Oxuduqca  bunu  görəcək  və  ürəyinizdə  onun  müəllifinə 
təĢəkkür edəcəksiniz.
 
  
Prof. Dr. Ramiz ƏSKƏR
 
Bakı Dövlət Universitetinin
 
Türk xalqları ədəbiyyatı kafedrasının 
 müdiri, Azərbaycanın əməkdar jurnalisti 
 

 
 
 
 
 

 
MĠLLĠ-MƏDƏNĠ ĠRS SAHƏSĠNDƏ  
DÖVLƏT MƏDƏNĠYYƏT  
SĠYASƏTĠ 
 
B
əĢər  mədəniyyəti  tarixi  təcrübəsi  sübut  edir  ki, 
xalq  insanların  mənəviyyatı,  əxlaqi  normaları  və 
baxıĢları  ilə  bağlı  olan  mədəni  irsin,  milli-mənəvi 
dəyərlərin  yaradıcısıdır.  Bu  mənada  elə  təbiətin  hər  bir 
xalqa  bəxĢ  etdiyi  ən  qiymətli  miras  da  məhz  bu 
dəyərlərdir. Lakin hər bir tarixi mərhələdə bu kulturoloji 
problemə  münasibət  eyni  olmamıĢdır.  Bu  gün  mədəni 
dünyanın modern baxıĢlarında da zamanın tələblərindən 
irəli  gələn  amillər  müĢahidə  edilməkdədir.  Müasir 
dünya  siyasətində  qlobal,  regional  və  lokal  problem-
lərin,  qloballaĢma  və  mədəni  inteqrasiya  məsələlərinin 
həllinə  yeni  münasibət  özünü  göstərir  ki,  Azərbaycan 
Respublikası  da  bu  prosesdə  fəal  iĢtirak  etməkdədir. 
Artıq bu, danılmaz bir faktdır ki, Azərbaycanda milli və 
bəĢəri  dəyərlərin  sintezi,  dünya  təcrübəsi  yönündə 
həyata  keçirilən  islahatlar  dünyanın  sosial,  mədəni, 
iqtisadi  cəhətdən  inkiĢaf  etmiĢ  dövlətləri  səviyyəsinə 
çatmağa Ģərait yaradır. Sosial, mədəni, iqtisadi tərəqqiyə 
xidmət  edən  bu  prosesdə  qarĢıya  çıxan  problemlər  isə 
bilavasitə  mədəniyyət  sahəsində  bəĢər  tarixinin, 

 
 
 
 
 

dünyanın  inkiĢaf  təcrübəsinin  öyrənilməsini,  kompleks 
əlaqələrinin  geniĢləndirilməsini  zərurətə  çevirir  ki, 
bütün  bunlar  da  yalnız  tarixi-mədəni  irsimizin  tədqiqi 
yolu ilə elmi mahiyyət kəsb edə bilər. 
Azərbaycan  Respublikası  demokratik  bir  mədə-
niyyət  siyasəti  xətti  tutduğuna  və  müasir  dünya  mədə-
niyyətinə  inteqrasiya  olunduğuna  görə,  mədəniyyəti-
mizin  özündə  böyük  bir  dəyiĢiklik  etmədən,  yəni  mü-
hafizə  edilməsi  zəruri  olan  milli-mənəvi  dəyərlərimizə 
xələl  gətirmədən,  təcrübəyə  və  elmin  mütərəqqi  nailiy-
yətlərinə  söykənərək,  forma  dəyiĢikliklərini  Ģüurlu 
surətdə  aparmaq  məcburiyyətində  olduğumuzu  qəbul 
etməliyik.  Bu  gün  istəsək  də,  istəməsək  də  qloballaĢma 
hərəkatından,  mədəni  inteqrasiya  prosesindən  kənarda 
qala  bilmərik.  Bu  prosesin  müsbət  cəhətlərinin 
cəmiyyətimizin  mədəni  tərəqqisinə  xidmət  etdiyini 
danmamaq Ģərtilə, neqativ təzahürlərinin qarĢısını almaq 
barədə də düĢünməliyik [92, s.135].  
Mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyət-
lər  sübut  edir  ki,  Azərbaycanın  dövlət  müstəqilliyi  get-
dikcə möhkəmləndirilir və respublikamızda demokratik, 
hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha da sür-
ətlə  inkiĢaf  etdirilir.  Dövlətçiliyin  təməlinin,  milli  var-
lığın  özülünün,  əsasının  mədəniyyətə  bağlı  olduğunu 
aydın dərk edən ümummilli lider Heydər Əliyev 13 av-
qust  2001-ci  il  tarixli  bəyanatında  söyləmiĢdir:  “Biz  öz 
milli-mənəvi  dəyərlərimizlə,  öz  dini  dəyərlərimizlə, 

 
 
 
 
 

adət-ənənələrimizlə  fəxr  edirik.  Bizim  xalqımız  yüz  il-
lərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyər-
lərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mə-
nəviyyatını təĢkil edən amillərdir”. 
Təbii  ki,  sovet  hakimiyyəti  illərindəki  nailiyyətlə-
rimizi  də  danmaq  olmaz.  O  dövrdə  də  uğurlarımız  ol-
muĢdu,  xalqımız  savadlanmıĢ,  onun  mədəni  səviyyəsi 
yüksəlmiĢ,  Azərbaycanın  böyük  elmi  yaranmıĢ,  respub-
likamızın  milli  mədəniyyəti  sahəsində  bir  sıra  uğurlar 
əldə  edilmiĢdir.  Lakin  bunlar  kommunist  ideologiyası-
nın rəhbər və istiqamətverici rolunu tanımaq Ģərtilə əldə 
edilmiĢdi.  Çünki  baĢqa  cür  düĢünmək  belə  olmazdı. 
Milli-mənəvi  dəyərlər,  soy-kökə  qayıdıĢla  bağlı  hər 
hansı  müstəqil  ideyalarla  çıxıĢ  etmək  sadəcə  olaraq  qa-
dağan idi [15, s.293-294]. 
Azərbaycanın  dövlət  müstəqilliyi  haqqında  Kons-
titusiya aktının elan edilməsi (18 oktyabr 1991-ci il) ilə 
Azərbaycan yenidən itirilmiĢ istiqlaliyyətini özünə qay-
tarsa  da,  istər  daxili,  istərsə  də  xarici  siyasətində  əsl 
müstəqilliyə  nail ola bilmədiyi  kimi,  dövlət  səviyyəsin-
də  maddi  və  mənəvi  dəyərlərin  qorunması  və  yaĢa-
dılması üçün də əslində heç bir iĢ görülmürdü. Azərbay-
canın  baĢının  üstünü  yenidən  öz  müstəqilliyini  itirmək 
təhlükəsi  aldı.  Belə  bir  ağır  Ģəraitdə  xalqın  təkidi  və 
tələbi  ilə  1993-cü  il  iyunun  15-də  hakimiyyətə  qayıdan 
Heydər  Əliyev  qısa  müddətdə  bütün  bu  neqativ  hallara 
son  qoyaraq  hər  cür  separatçılıq  meyllərini  aradan  qal-

 
 
 
 
 
10 
dırdı, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, iqtisa-
diyyatı  fəlakətli  vəziyyətdən  qurtarmaq  üçün  islahatlar 
proqramını iĢləyib hazırladı və həyata keçirməyə baĢla-
dı. Mədəniyyət sahəsində təxirəsalınmaz tədbirlər həya-
ta keçirildi, elm və təhsilə qayğı artırıldı.  
Digər məsələlərdə olduğu kimi, mədəni irs və mil-
li-mənəvi  dəyərlər  məsələsinə  münasibətdə  də  Heydər 
Əliyevin mövqeyi aydın və qəti oldu: “Müstəqilliyi elan 
etmək,  onun  qorunması  və  möhkəmləndirilməsi  istiqa-
mətində dövlət tədbirlərini həyata keçirmək nə qədər va-
cib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ az-
dır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqil-
liyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk 
etsin,  onu  qorumaq  və  möhkəmləndirmək  üçün  hər  cür 
qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növ-
bədə  yüksək  mənəviyyata  malik  olmalıdır,  xalqımızın 
milli-mənəvi  dəyərləri  onun  Ģəxsiyyətinin  mahiyyətini 
təĢkil  etməlidir.  O,  azərbaycançılığın,  mənsub  olduğu 
Azərbaycan  xalqının  mədəniyyətinin,  ədəbiyyatının,  in-
cəsənətinin,  elminin  nə  olduğunu  dərindən  bilməlidir” 
[15, s. 295-296]. 
Heydər  Əliyev  gənc  nəslin  milli  ruhda  tərbiyə 
olunması  məsələsini  əsas  vəzifələrdən  biri  kimi  irəli 
sürmüĢdür.  Dövlət  baĢçısı  bu  məsələdən  bəhs  edərkən 
belə deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalı-
dır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə-
lənməlidir.  Gənclərimiz  bizim  tariximizi  yaxĢı  bilməli-

 
 
 
 
 
11 
dir, milli dəyərlərimizi yaxĢı bilməlidir. Milli dəyərləri-
mizi, milli ənənələrimizi yaxĢı bilməyən, tariximizi yax-
Ģı  bilməyən  gənc  vətənpərvər  ola  bilməz”  [15,  s.295-
296].  Maraqlıdır  ki,  Heydər  Əliyev  tariximizdən  bəhs 
edərkən  onu  mənəviyyatımızla  sıx  əlaqədə  görür  və 
göstərir  ki,  bütün  mərhələlərdə  xalqımızın  tarixinin 
əsasını  təĢkil  edən  yüksək  mənəviyyat  olmuĢdur  və 
tarixi  keçmiĢimizdən  bizə  qalan  simaları  bu  gün 
dünyada məĢhurlaĢdıran da, bizim üçün nümunə edən də 
onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. 
Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyası 
sahəsində  və  Avropa  ġurasındakı  uğurları  göz  qabağın-
dadır.  Heydər  Əliyev  siyasətinin  layiqli  davamçısı  olan 
Ġlham  Əliyevin  bu  mötəbər  beynəlxalq  məclisdəki  par-
laq  çıxıĢları,  onun  baĢçılıq  etdiyi  deputat  qrupunun  er-
məni millətçiləri üzərindəki qələbələri hər bir Vətən öv-
ladında haqlı qürur hissi doğurur. Bununla yanaĢı, Ġlham 
Əliyevin  Avropa  ġurası  Parlament  Assambleyasının 
büro üzvü seçilməsi və vitse-prezidenti kimi yüksək və-
zifəyə layiq görülməsi Azərbaycan Respublikasının bey-
nəlxalq  nüfuzunun  artdığını  sübut  edən  daha  bir  parlaq 
faktdır.  
Ümumdünya  tarixinin  dahi  Ģəxsiyyətlərindən  biri 
olan Heydər Əliyevin layiqli varisi Ġlham Əliyevin rəh-
bərlik etdiyi müasir Azərbaycan, habelə bütün dünyanın 
50 milyonluq azərbaycanlıları dirçəliĢ yolundadır. Azər-
baycan xalqı yaxın gələcəkdə Böyük Azərbaycanın inti-

 
 
 
 
 
12 
bahını  gözləyir.  Azərbaycan  xalqının  iradəsini  ifadə 
edən Ġlham Əliyev müstəqil Azərbaycanın prezidenti ol-
maqla  bərabər,  həm  də  dünya  azərbaycanlılarının  yeni 
lideridir.  Azərbaycanın  prezidenti  Ġlham  Əliyev  bütün 
dünya tərəfindən qəbul olunan görkəmli və müasir döv-
lət xadimidir. O, Azərbaycan xalqının dahi oğlu Heydər 
Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət qurucu-
luğu siyasətini uğurla davam etdirir. 
Ġlham Əliyev Azərbaycan xalqının tarixi keçmiĢinə 
xüsusi  qayğı  və  diqqət  göstərir.  GeniĢ  dünyagörüĢünə, 
dərin  və  hərtərəfli  biliyə,  yüksək  mədəniyyətə  malik 
olan  Ġlham  Əliyev  müasir  və  çevik  siyasətçi  kimi  dün-
yada böyük hörmət və nüfuz qazanmıĢdır. O, sürətlə də-
yiĢən  çağdaĢ  dünyada,  qloballaĢma  və  inteqrasiya  pro-
seslərində, bütün beynəlxalq görüĢlərdə və apardığı yük-
sək  səviyyəli  danıĢıqlarda  Azərbaycanın  mənafelərini 
bütün  sahələrdə  uğurla  müdafiə  edir.  Ġlham  Əliyevin 
uğurlu  xarici  siyasəti  sayəsində  Azərbaycanın  bey-
nəlxalq  və  regional  problemlərin  həllində  də  rolu  və 
nüfuzu getdikcə artır. Azərbaycan Prezidenti Ġlham Əli-
yev bir çox ölkənin və beynəlxalq təĢkilatların fəxri ad-
ları  və  mükafatlarına  layiq  görülmüĢ,  AġPA-nın  fəxri 
üzvü diplomu və medalı ilə təltif olunmuĢdur. Onun hə-
yata  keçirdiyi  müdrik  daxili  islahatlar  və  uzaqgörən, 
məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənu-
bi Qafqazda lider dövlətə çevrilmiĢdir. 

 
 
 
 
 
13 
Ġlham  Əliyev  Heydər  Əliyevin  Azərbaycan  xalqı-
nın  mədəni  irsinin,  milli-mənəvi  dəyərlərinin  qorunub 
saxlanılması  və  daha  da  inkiĢaf  etdirilməsi  kursunu 
uğurla həyata keçirir. Onun “Azərbaycan Milli Ensiklo-
pediyasının  nəĢri  haqqında”  və  “Azərbaycan  dilində  la-
tın qrafikası ilə kütləvi nəĢrlərin həyata keçirilməsi haq-
qında” sərəncamları (12 yanvar 2004-cü il), Milli Ensik-
lopediyanın  nəĢrinə  rəhbərliyi  Ģəxsən  öz  üzərinə  götür-
məsi  və  bununla  bağlı  imzaladığı  sərəncamlar,  alimlərə 
elmi dərəcələrə görə verilən əlavə əmək haqqı, tələbələr, 
magistrlər  və  aspirantların  təqaüdlərini  dəfələrlə  artır-
ması  milli-mənəvi  və  ümumbəĢəri  dəyərlərə  dövlət 
qayğısının parlaq təzahürləridir. 
Heydər Əliyev tərəfindən müəyyənləĢdirilən mədə-
niyyət  konsepsiyasının  Ġlham  Əliyev  tərəfindən  uğurla 
davam  etdirilməsi  Azərbaycan  Respublikasının  mədə-
niyyət  siyasətinin  mütərəqqi  və  təminatlı  perspektivlə-
rindən xəbər verməkdədir. Bu, özünü Naxçıvanın tarixi-
mədəni irsinə  münasibətdə  də  göstərməkdədir ki,  bu da 
təbii sayılmalıdır. Çünki Naxçıvan ərazisi ilk insan məs-
kənlərindən biridir. Qədim daĢ dövründən baĢlayaraq in-
sanlar bu ərazidə yaĢamıĢ, zəngin mədəniyyət yaratmıĢ-
lar. Bu diyarda Azərbaycan xalqının tarixi, elmi və mə-
dəni  irsi  formalaĢmıĢdır.  BəĢər  sivilizasiyasının  ilk  be-
Ģiklərindən  olan  Naxçıvan  diyarı  əsrlər  boyu  ġərqin  ti-
carət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi statusunu 
qoruyub saxlamıĢdır. 

 
 
 
 
 
14 
Hər  bir  xalqın  qədimliyini  sübut edən  onun  mədə-
niyyətidir,  tarixi  abidələridir.  Bu  cəhətdən  Naxçıvan 
ərazisi  xüsusilə  diqqəti  cəlb  edir.  Naxçıvan  torpağı  an-
tik,  orta  əsrlər,  yeni  və  müasir  dövr  maddi-mədəniyyət 
nümunələri və tarixi abidələrlə  zəngindir. Bu qədim di-
yarda hər addımda ilk insanların yaĢadıqları mağaralara, 
qədim  yaĢayıĢ  yerlərinə,  erkən  Ģəhər  mədəniyyəti  qa-
lıqlarına, möhtəĢəm qala divarlarına, qayaüstü rəsmlərə, 
daĢ  qoç  heykəllərə,  türbələrə  –  bir  sözlə,  nadir  maddi-
mədəniyyət  nümunələrinə  rast  gəlmək  mümkündür. 
Naxçıvandakı  Qazma,  Əshabi-Kəhf  və  Kilit  mağaraları 
daĢ dövrü mədəniyyətinin qalıqlarını yaĢatmaqdadır. III 
minilliyin  sonu  –  II  minilliyin  əvvəllərində  Naxçıvan 
ərazisində  Oğlanqala,  Çalxanqala,  Govurqala  kimi  qala 
Ģəhər  məntəqələri  yaranmıĢdır.  Gəmiqaya  qayaüstü 
rəsmləri  e.ə.IV-I  minillikdə  xalqımızın  bədii  təfəkkürü-
nü,  adət-ənənələrini,  estetik-fəlsəfi  baxıĢlarını  və  dini-
ideoloji  təsəvvürlərini  əks  etdirən  qiymətli  təsvirlər  qa-
lereyasıdır.  Dahi  memar  Əcəmi  Naxçıvani  XII  əsrdə 
Naxçıvanda  elmin  tükənməz  imkanlarını  nümayiĢ 
etdirərək xalqımıza Yusif Küseyir oğlu və Möminə xatın 
türbələri  kimi  möhtəĢəm  sənət  nümunələri  qoyub  get-
miĢdir. Orta əsrlərdə və sonrakı dövrlərdə Naxçıvan di-
yarında  yüzlərlə  belə  abidələr  ucaldılmıĢdır.  Bunu  nə-
zərə alan ulu öndərimiz Heydər Əliyev qeyd etmiĢdir ki, 
“Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abi-
dələri özündə cəmləĢdirən bir diyardır” [79, s.2].  

 
 
 
 
 
15 
Naxçıvanın  tarixi-mədəni  irsinə  xüsusi  qayğı  ilə 
yanaĢan  Heydər  Əliyev  öz çıxıĢlarında həmiĢə  vurğula-
yırdı ki, Naxçıvan Azərbaycanın ən qədim diyarlarından 
biridir,  çox  zəngin  tarixə  malik  olan  Azərbaycanın  bir 
hissəsidir,  5000  illik  tarixi  olan  Azərbaycan  torpağıdır. 
Bu  tarix  çox  zəngin  hadisələrlə  doludur.  Bunların 
hamısı  Azərbaycan  üçün  Naxçıvanın  nə  qədər  qiymətli 
olduğunu  həmiĢə  göstərib,  göstərir  və  gələcəkdə  də 
göstərəcəkdir.  Naxçıvan  Azərbaycanın  Dədə  Qorqud 
mərkəzlərindən  biridir  və  “Kitabi-Dədə  Qorqud”un  çox 
izlərinin  Naxçıvanda  olması  Naxçıvanın  Azərbaycanın 
nə  qədər  qədim  və  zəngin  diyarı  olduğunu  bir  daha 
göstərir.  Naxçıvanın  xüsusiyyətlərindən  biri  də  burada 
milli ruhun,  milli  Ģüurun,  azərbaycançılığın  çox  yüksək 
səviyyədə olmasıdır [118]. 
Heydər  Əliyevin  respublikamıza  rəhbərlik  etdiyi 
dövrlərdə Naxçıvanın mədəniyyət müəssisələri Ģəbəkəsi 
daima diqqət mərkəzində saxlanılmıĢdır. Öncə yaradılan 
mədəniyyət  müəssisələrinin  fəaliyyətinin  daha  da 
geniĢləndirilməsini  də  məhz  bu  qayğının  nəticəsi  kimi 
qeyd etmək vacibdir. Bu prosesdə muzeylərin etnoqrafik 
və  folklor  materiallarının  qorunmasında  və  həmçinin 
tədqiq  edilməsində  xüsusi  rol  oynaması  göz  önündədir. 
Fəxrlə demək olar ki,   1968-ci ildə dövlət statusu almıĢ 
Naxçıvan  Dövlət  Tarix  Muzeyində  hal-hazırda  41 
mindən  artıq  eksponat  saxlanılır.  Qeyd  etmək  lazımdır 
ki, bu muzey 1924-cü ildə tarix-etnoqrafiya muzeyi kimi 

 
 
 
 
 
16 
yaradılsa  da,  1968-ci  ilə  qədər  tarix-ölkəĢünaslıq 
muzeyi  adlandırılmıĢdır.  Burada  Naxçıvan  Muxtar  Res-
publikası ərazisində arxeoloji qazıntılar zamanı tapılmıĢ 
müxtəlif  milli  geyimlər,  tətbiqi  sənət  nümunələri,  xalça 
məmulatları,  maddi  mədəniyyət  və  qədim  numizmatika 
materialları, eyni zamanda məiĢət əĢyaları, qiymətli me-
tallardan  hazırlanmıĢ  zinət,  rəssamlıq  əsərləri  və  s.  nü-
mayiĢ  etdirilir.  Muzeydə  elmi-tədqiqat  iĢlərinin  apa-
rılması,  stasionar  və  səyyar  sərgilərin  təĢkili,  anım  mə-
rasimləri, müxtəlif  görüĢlər, elmi-nəzəri və təcrübi kon-
franslar,  dəyirmi  masa  və  s.  maarifləndirici  tədbirlərin 
həyata keçirilməsi də çox diqqətəlayiq hal kimi qiymət-
ləndirilir.  
Orta  əsrlərdə  yaĢamıĢ  və  dövrünün  məĢhur  me-
marlarından sayılan Əcəmi Əbubəkr oğlu Naxçıvani tə-
rəfindən inĢa edilən Möminə Xatın, Yusif Küseyir oğlu 
türbəsinin  və  bundan  baĢqa  müəllifi  olduğu  digər 
memarlıq  abidələrinin  Ģəkilli  materiallarının,  qazıntılar 
zamanı aĢkar olunmuĢ gümüĢ və mis pulların, bir sözlə, 
xalqımızın  mədəniyyətini,  tarıxını  özündə  əks  etdirən 
bir  sıra  dəyərli  abidələrin  sərgiyə  çıxarılması  da  böyük 
məna kəsb edir. 
Onu  da  deyək  ki,  bu  muzey  Muxtar  Respublikada 
tək deyil. Eyni zamanda onunla yanaĢı 6 regional tarix-
diyarĢünaslıq  muzeyi  də  fəaliyyət  göstərir.  Bütün  mu-
zeylərin  vətənimizin  tarix  və  mədəniyyətini  əks  etdi-

 
 
 
 
 
17 
rərək  milli  və  tarixi  yaddaĢın  qorunmasında  və  forma-
laĢmasında müstəsna rolu vardır.  
“Mən həmiĢə fəxr etmiĢəm, bu  gün də fəxr edirəm 
ki, mən azərbaycanlıyam!” deyən ümummilli lider  Nax-
çıvan  haqqında  da  çox  dəyərli  fikirlər  söyləmiĢdir.  O, 
Naxçıvana  duyduğu  sonsuz  sevgini  belə  ifadə  etmiĢdir: 
“Müqəddəs  Naxçıvan  torpağı  mənim  üçün  əziz  bir  yer-
dir. Mən bu torpağın qarĢısında baĢ əyirəm. Naxçıvanın 
böyük  və  zəngin  tarixi  vardır.  Bu  tarixin  dünya  mədə-
niyyətinə,  bəĢər  mədəniyyətinə  böyük  töhfələri  olmuĢ-
dur. Naxçıvan qədim diyardır. Arxeoloji tapıntıların təh-
lilinə görə demək olar ki, Azərbaycanın ən qədim diyar-
larından biri Naxçıvandır” [118]. 
Son illərdə Naxçıvan Muxtar Respublikasında istər  
sosial-iqtisadi,  istərsə  də    siyasət  və  mədəniyyət  sahə-
sində gedən sürətli inkiĢaf göz qabağındadır. Bütün Res-
publikamızda  olduğu  kimi,  Naxçıvanın  da  belə  çiçək-
lənməsində  xalqımızın  ümummilli  lideri  Heydər  Əliye-
vin  və  onun  siyasi  kursunu  uğurla  davam  etdirən  Azər-
baycan  Respublikasının  Prezidenti  Ġlham  Əliyevin, 
həmçinin, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talı-
bovun  adı  xüsusilə  vurğulanmalıdır.  Çünki  məhz  yuxa-
rıda  adı  çəkilən  Ģəxsiyyətlərin  böyük  zəhməti  və  baca-
rığı  sayəsində  abadlıq  və  quruculuq  iĢləri  yüksək  vüsət 
almıĢdır. 
Naxçıvanın hərtərəfli öyrənilməsinə, tarixi-memar-
lıq abidələrinin bərpa və restavrasiyasına ciddi əhəmiy-

 
 
 
 
 
18 
yət verilir. Naxçıvan MR Ali Məclisi sədrinin rəhbərliyi 
ilə  keçirilən  “Uluslararası  qaynaqlarda  Naxçıvan” 
(1996)  beynəlxalq  simpoziumu  Naxçıvan  diyarının 
tarixinin  xalqın  milli  mənafeyi  baxımından,  obyektiv 
Ģəkildə araĢdırılmasında mühüm rol oynamıĢdır. Son 10 
ildə  Naxçıvanın  tarixi,  mədəniyyəti,  toponimikası, 
biomüxtəlifliyi və təbii ehtiyatlarının öyrənilməsi, azər-
baycanlıların  soyqırımı  və  deportasiyası  tarixi,  ma-
arifçilik  hərəkatının  inkiĢafı  və  b.  məsələlərlə  bağlı  on-
larla  konfrans  və  simpozium  keçirilmiĢdir.  Naxçıvan 
mövzusunda,  onun  tarixi,  mədəniyyəti,  abidələri,  folk-
loru  ilə  əlaqədar  çoxsaylı  kitab  və  monoqrafiya  çap 
olunmuĢdur.  Ġki  cildlik  “Naxçıvan  ensiklopediyası”  və 
“Naxçıvan:  tarixi  və  abidələri”  kitabları  əhəmiyyətlilik 
dərəcələrinə  görə  diqqəti  xüsusilə  cəlb  edir.  Naxçıvan 
diyarının  tarixinin,  mədəniyyətinin,  arxeologiyasının, 
etnoqrafiya və folklorunun öyrənilməsi, Naxçıvan Mux-
tar Respublikası ərazisindəki tarix və mədəniyyət abidə-
lərinin  qorunması  və  pasportlaĢdırılması,  Naxçıvanda 
“Dədə  Qorqud”  meydanının  salınması,  Nuh  peyğəmbə-
rin məzarüstü türbəsinin bərpa edilməsi haqqında və sair 
bu  kimi  vacib  məsələlərlə  bağlı  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinin  müxtəlif  fərman  və  sərən-
camları olmuĢdur [79, s. 3].  
Azərbaycan  Respublikasının  ictimai-siyasi  və  mə-
dəni həyatında mühüm hadisə olan Naxçıvan Ensiklope-
diyası  xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin 

 
 
 
 
 
19 
“Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üz-
rə  Dövlət  Komissiyasının  tədbirlər  planı  haqqında” 
1999-cu il 12 fevral tarixli sərəncamına əsasən Azərbay-
can  Milli  Elmlər  Akademiyasının  Rəyasət  Heyəti  nəz-
dində yaradılmıĢ Naxçıvan ensiklopediyası qurumu tərə-
findən  hazırlanmıĢ  və  2002-ci  ildə  nəĢr  edilmiĢdir. 
Azərbaycan  Respublikasının  Prezidenti  Ġlham  Əliyevin 
“Naxçıvan  Muxtar  Respublikasının  80  illik  yubileyinin 
keçirilməsi  haqqında”  2004-cü  il  9  fevral  tarixli  sərən-
camı ilə müəyyən edilmiĢ tədbirlər planına uyğun olaraq 
Naxçıvan Ensiklopediyasının təkrar nəĢr edilməsi qərara 
alınmıĢdır.  Buna  müvafiq  olaraq  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məclisinin  sədri  Vasif  Talıbovun 
rəhbərliyi ilə Naxçıvan Ensiklopediyasının təkmilləĢmiĢ 
və  yenidən  iĢlənmiĢ  ikinci  nəĢri  hazırlanmıĢdır. 
Naxçıvan  Ensiklopediyası  Muxtar  Respublikanın  təbiə-
tindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və elmi-
mədəni  həyatından  sistemli  Ģəkildə  bəhs  edən  elmi 
nəĢrdir.  Burada  Muxtar  Respublikaya  həsr  olunmuĢ 
kompleks  məqalədən  əlavə,  diyarın  bütün  inzibati 
rayonları,  fiziki-coğrafi  obyektləri,  Ģəhər  və  kəndləri, 
geoloji  quruluĢu,  yeraltı  və  yerüstü  təbii  sərvətləri 
haqqında məqalələr verilmiĢdir [77, s.5].  
Naxçıvan  Muxtar  Respublikasının  tarixinə  aid 
məqalələrə  nəzər  salsaq,  bu  ərazidə  baĢ  verən  mühüm 
hadisələrin,  müharibələr  və  onları  sona  çatdıran  müqa-
vilələrin,  arxeoloji  mədəniyyətlərin  ensiklopedik  prin-

 
 
 
 
 
20 
siplərə  uyğun  gəlməsindən  bəhs  edildiyini  görürük.  Bu 
ensiklopediyadakı  yazılar  Naxçıvanın  bütün  Yaxın 
ġərqdə  yüksək  sivilizasiyanın  ilkin  ocaqlarından 
olduğunu  bir  daha  sübut  edir.  Naxçıvan  Ensiklope-
diyasında  həmçinin  xalqımıza  baĢucalığı  gətirən, 
respublikamızı  bütün  dünyaya  tanıdan  bir  sıra  görkəmli 
dövlət, siyasi və ictimai xadimlərin, tanınmıĢ alimlərin, 
Ģair  və  yazıçıların,  müxtəlif  sahələrdə  uğur  qazanmıĢ 
digər Ģəxsiyyətlərin də tərcümeyi-halı, yaradıcılığı və s. 
haqqında məqalələr verilmiĢdir. 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  sədri-
nin  “Naxçıvan  Muxtar  Respublikası  ərazisindəki  tarix 
və  mədəniyyət  abidələrinin  qorunması  və  pasportlaĢ-
dırılması  iĢinin  təĢkili  haqqında”  2005-ci  il  6  dekabr 
tarixli sərəncamından sonra Azərbaycan MEA Naxçıvan 
Bölməsində  iĢçi  qrupu  yaradılmıĢ  və  ərazidə  olan  tarix 
və  mədəniyyət  abidələri tədqiq edilmiĢ, hər  bir  abidəyə 
pasport yazılmıĢdır [79, s.4]. 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Naxçı-
van  bölməsinin  təsis  edilməsi  haqqında  Azərbaycan 
Respublikası Prezidentinin 7 avqust 2002-ci il tarixli (№ 
1003)  sərəncamı  Naxçıvan  Muxtar  Respublikasında 
elmi  tədqiqat  qurumlarının  fəaliyyətinin  gücləndiril-
məsi,  mövcud  elmi  potensialdan  istifadə  olunmasının 
səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologi-
yası,  etnoqrafiyası  və  təbii  sərvətlərinin  öyrənilməsi 
üçün daha əlveriĢli Ģərait yaratdı. 

 
 
 
 
 
21 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səd-
ri  Vasif  Talıbovun  “Azərbaycan  xalqının  ümummilli 
lideri  Heydər  Əliyevin  85  illik  yubileyinin  Naxçıvan 
Muxtar  Respublikasında  keçirilməsi  haqqında”  2008-ci 
il 19 mart tarixli sərəncamı ilə təsdiq edilmiĢ “Tədbirlər 
planı”na əsasən çap olunmuĢ “Naxçıvan abidələri ensik-
lopediyası”  dil,  folklor,  tarixi-etnoqrafik  materiallarla 
zəngin  bir  mənbədir.  Bu  ensiklopediya  bir  daha  təsdiq-
lədi  ki,  Naxçıvan  ərazisində  dünya  miqyaslı  tarixi-
memarlıq abidələri mövcuddur və onlar bu gün də qoru-
nur.  Onların  hər  biri  Azərbaycan  xalqının  həm  tarixini, 
həm mədəniyyətini, həm də adət-ənənələrini özündə əks 
etdirən  abidələrdir...  Azərbaycanın  siyasi,  iqtisadi  və 
elmi-mədəni  həyatında  özünəməxsus  rol  oynayan 
Naxçıvanın  hər  daĢı,  hər  qayası  tarixin  canlı  Ģahididir. 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Naxçıvan 
bölməsində  hazırlanmıĢ  “Naxçıvan  abidələri  ensiklope-
diyası”nda  Naxçıvan  Muxtar  Respublikası  ərazisində 
olan  dünya  və  ölkə  əhəmiyyətli  tarixi,  arxeoloji,  mədə-
niyyət,  memarlıq,  təbiət  abidələrindən,  körpü,  qala,  zi-
yarətgah və yaĢayıĢ yerlərindən bəhs edilir [79, s.4].  
Azərbaycan  Respublikasının  Prezidenti  Ġlham 
Əliyev  ölkəyə  rəhbərlik  etdiyi  ilk  vaxtlardan  mədəniy-
yət, ədəbiyyat, tarixi-mədəni irs və milli-mənəvi dəyər-
lər  haqqında  bir  sıra  qanunları  təsdiqləmiĢ,  fərmanlar 
vermiĢ,  sərəncamlar  imzalamıĢdır.  Onun  2  oktyabr 
2006-cı  ildə  imzaladığı  “YUNESKO-nun  “Qeyri-maddi 

 
 
 
 
 
22 
mədəni  irsin  qorunması  haqqında”  konvensiyasının  təs-
diq edilməsi barədə” Azərbaycan Respublikasının Qanu-
nu  ilə  “YUNESKO-nun  “Qeyri-maddi  mədəni  irsin  qo-
runması  haqqında”  2003-cü  il  17  oktyabr  tarixli  Kon-
vensiyası” təsdiq edilmiĢdir [84, s.156]. 
Həmçinin  möhtərəm  Prezidentimizin  29  yanvar 
2004-cü  il  tarixli  Fərmanı  ilə  “Azərbaycan  folkloru 
nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan 
Respublikası Qanunu”nun icrası təmin edilmiĢdir. 
Ümumiyyətlə, Azərbaycanın dövlət rəhbərlərinin – 
ümummilli  liderimiz  Heydər  Əliyevin  və  Ġlham  Əliye-
vin  mədəniyyət  sahəsində  imzaladıqları  qanun,  fərman 
və sərəncamlar da sübut etməkdədir ki, respublikamızın 
tutduğu yol mədəni dünyaya inteqrasiya yoludur və bey-
nəlxalq  mədəniyyət  təĢkilatlarının  kulturoloji  layihələ-
rinə qoĢulmaq yoludur. 
Bu  mənada  dünya  elmi-nəzəri  fikrində  kulturoloji 
problemlərlə bağlı bir sıra mübahisəli məsələlər olsa da, 
insanın  mədəniyyətin  məhsulu  olması  və  bəĢəriyyətin 
qlobal  problemlərdən  xilasında  mədəniyyətin  müstəsna 
roluna  dair  mütəxəssislər  arasında  da  ciddi  bir  fikir 
ayrılığı yoxdur. Ümumilikdə isə, bəĢəriyyətin kulturolo-
ji  irsinin  öyrənilməsi,  mühafizəsi  və  təbliği  məsələləri 
mədəni  dünyanı  getdikcə  daha  çox  düĢündürməkdədir. 
Son illərdə bu sahədə bir sıra ciddi beynəlxalq layihələr 
həyata  keçirilmiĢ,  konvensiyalar  qəbul  edilmiĢdir.  Mə-
sələn,  BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Təhsil,  Elm  və 

 
 
 
 
 
23 
Mədəniyyət  TəĢkilatının  BaĢ  Konfransı  3-21  oktyabr 
2005-ci  il  tarixində  Paris  Ģəhərində  keçirilən  33-cü  ses-
siyasında  mədəni  müxtəlifliyin  bəĢəriyyətin  fərqləndiri-
ci xüsusiyyəti olduğunu təsdiqləyərək, “Mədəni özünüi-
fadə  müxtəlifliyinin  qorunması  və  təĢviqi  haqqında” 
konvensiya qəbul etmiĢdir [25]. 2004-cü il noyabrın 17-
19-da  Avropanın  siyasi,  iqtisadi,  mədəni  həyatının, 
vətəndaĢ  cəmiyyətinin  nümayəndələri,  dövlət  rəsmiləri 
“Avropa  üçün  ruh”  adlı  üç  günlük  konfransda  ciddi 
qərarlar  qəbul  etmiĢlər.  2006-cı  ildə  keçirilən  II  Berlin 
konfransında  “Mədəniyyətin  Avropada  birlik  və  rifah 
üçün  intensiv  istifadəsi”  təĢəbbüsü  irəli  sürülmüĢdür. 
Avropa  Komissiyasının  prezidenti  X.M.Barrozu  Berlin-
də  2006-cı  ildə  keçirilən  konfransın  memorandumunda 
vurğulamıĢdır  ki,  “Avropa  Birliyi  öz  inkiĢafında  elə 
mərhələni  qət  etmiĢdir  ki,  artıq  mədəniyyət  faktoruna 
biganə  qala  bilməz.  Birliyimizin  gələcəyi  üçün  mədə-
niyyəti  hərəkətverici  qüvvə  kimi  inkiĢaf  etdirməliyik. 
Avropanı  birləĢdirən  inteqrasiya  proseslərinə  yalnız  za-
hiri,  maddi  irəliləyiĢ  deyil,  həm  də  mədəni,  mənəvi  tə-
rəqqini,  keyfiyyət  yüksəliĢini  təmin  etmək  üçün  ruh, 
qəlb gərəkdir.  Gələcək  üçün  Avropanın  mədəni enerjisi 
səfərbər edilməlidir. Bunsuz  sabitliyə  nail olmaq  qeyri-
mümkündür”.  Həmçinin,  Avropa  Komissiyasının  prezi-
denti  bu  konfransda  2008-ci  ilin  “Mədəniyyətlərarası 
dialoq ili” olacağını bəyan etmiĢdi [3, s. 22-24]. 

 
 
 
 
 
24 
Bu  çərçivədə  Azərbaycanda  da  mədəniyyətə  dair 
bir sıra mühüm beynəlxalq tədbirlər keçirilmiĢ və 2008-
ci ildən Bakı Prosesi baĢlamıĢdır. 2008-ci il dekabr ayı-
nın  2-3-də  Avropa  ġurasına  üzv  ölkələrin  mədəniyyət 
nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun 
qonĢu  regionlarında  davamlı  inkiĢafın  və  sülhün  əsası-
dır” mövzusunda Bakıda keçirilmiĢ konfransının, 2009-
cu ildə Bakının Ġslam mədəniyyətinin paytaxtı seçilməsi 
münasibətilə təĢkil edilmiĢ tədbirlərin, 2010-cu ildə Ba-
kıda Dünya Dinləri Liderlərinin Zirvə GörüĢünün, 2011-
ci  il  aprelin  7-9-da  Bakıda  keçirilmiĢ  Beynəlxalq  Foru-
mun,  10  oktyabr  2011-ci  ildə  Bakıda “XXI  əsr:  ümidlər 
və  çağırıĢlar”  devizi  ilə  keçirilmiĢ  Beynəlxalq Humani-
tar  Forumun  nəticələri,  artıq  bir  neçə  ildir  ənənəvi  hal 
almıĢ  Qəbələ  Beynəlxalq  Musiqi  Festivalı  və  nəhayət 
Azərbaycan  Respublikası  Prezidentinin  2011-ci  il  no-
yabr  ayının  29-da  “Azərbaycan  2020:  gələcəyə  baxıĢ” 
ĠnkiĢaf  Konsepsiyasının  hazırlanması  barədə  sərəncam 
imzalaması da mədəniyyət fenomeninin bəĢəriyyətin gə-
ləcəyi  üçün  nə  qədər  bir  əhəmiyyətli  faktor  olduğunu 
təsdiqlədi.  Habelə  “Muğam”,  “AĢıq  sənəti”,  “Xalça  sə-
nəti”  və  “Novruz  bayramı”  kimi  milli  dəyərlərin 
YUNESKO tərəfindən dünyanın qeyri-maddi mədəni ir-
si  siyahısına  daxil  edilməsi  və  Mədəniyyət  və  Turizm 
Nazirliyinin  ənənəvi  olaraq  Milli  Kulturoloqların  Foru-
munu keçirməsi, eləcə də digər layihə və tədbirlər, elmi 
konfrans  və  simpoziumlar  milli-mədəni  irsin  tədqiqinə 

 
 
 
 
 
25 
və kulturoloji istiqamətli elmi araĢdırmalara stimul ver-
məkdədir [91, s.3-4].  
O  cümlədən,  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisinin  sədri  Vasif  Talıbovun  17  fevral  2011-ci  il 
tarixli  sərəncamı  ilə  Naxçıvan  Muxtar  Respublikasında 
NaxçıvanĢünaslıq  Mərkəzinin  yaradılması  bu  bölgədə 
olan  tarixi,  etnoqrafik,  dil,  folklor  materiallarının  təd-
qiqi  və  təbliği  baxımdan  tarixi  bir  hadisə  idi.  Azərbay-
canın  Naxçıvan  Muxtar  Respublikası  böyük  bir  tarixi 
keçmiĢə  malikdir.  Lakin  bu  tarix  Sovetlər  Birliyi  döv-
ründə  lazımi  səviyyədə  öyrənilməmiĢ,  bir  sıra  ciddi  el-
mi-nəzəri  səhvlərə  yol  verilmiĢdir.  Ümummilli  lider 
Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə xal-
qımızın  tarixinin,  dilinin,  ədəbiyyatının,  arxeologiya  və 
etnoqrafiyasının,  folklorunun  və  adət-ənənələrinin,  mil-
li-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret fakt-
lar  əsasında  yenidən  araĢdırılmasına  baĢlanmıĢdır.  Hə-
min  elmi  araĢdırmalar  sayəsində  Naxçıvanın  tarixi  və 
abidələri,  arxeologiya  və  etnoqrafiyası,  ədəbi  mühiti  və 
mədəniyyəti, təbii sərvətləri və biomühiti ciddi tədqiqat-
ların predmetinə çevrilmiĢ, yeni elmi istiqamətlər müəy-
yənləĢdirilmiĢ və nəticələr əldə olunmuĢdur. Həyata ke-
çirilən  tədbirlər  nəticəsində  muxtar  respublika  ərazisin-
də  792  yeni  tarixi abidə  aĢkar  edilərək  tədqiq olunmuĢ, 
ümumilikdə  1172  tarix  və  mədəniyyət  abidəsi 
pasportlaĢdırılaraq  dövrü  və  tipoloji  mənsubiyyəti 

 
 
 
 
 
26 
müəyyənləĢdirilmiĢ, 46 tarixi abidə bərpa olunmuĢ, tarix 
və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmiĢdir.  
Bununla  yanaĢı, uzun müddət öyrənilməsinə qada-
ğa  qoyulmuĢ  Nuh  peyğəmbər  və  onun  Naxçıvana 
bağlılığı  yenidən  elmi  tədqiqatların  gündəliyinə 
çıxarılmıĢ,  Ordubad  rayonu  ərazisində  olan  və  eradan 
əvvəl  IV  minilliyə  aid  edilən  Gəmiqaya  abidəsi, 
buradakı  qayaüstü  yazılar  öyrənilmiĢ,  Naxçıvan  Ģəhəri 
ərazisində  Nuh  peyğəmbərin  qəbrinin  yeri  müəyyən-
ləĢdirilərək  qədim  mənbələr  əsasında  bərpa  olunmuĢ, 
Naxçıvanın  ilkin  Ģəhər  mədəniyyətinin  öyrənilməsində 
mühüm amil olan Naxçıvan yaxınlığındakı Duzdağın və 
ona  bitiĢik  ərazilərin  tarixi  və  arxeoloji  istiqamətdə 
öyrənilməsinə baĢlanmıĢ, əldə olunan nəticələr əsasında 
Naxçıvanın  5  min  illik  ilkin  Ģəhər  mədəniyyəti  elmi 
dövriyyəyə daxil edilmiĢdir. 
TəĢkil  olunan  elmi  ekspedisiyalar,  aparılan  arxeo-
loji  tədqiqatlar  NaxçıvanĢünaslığın  digər  istiqamətləri-
nin  də  öyrənilməsinə  ciddi  əsas  yaratmıĢ,  Naxçıvanın 
tarixi, mədəniyyəti, toponimikası, azərbaycanlıların soy-
qırımı  və  deportasiyası,  maarifçilik  hərəkatının  və  təbii 
ehtiyatların  öyrənilməsi  ilə  bağlı  50-dən  artıq  simpo-
zium  və  konfrans  keçirilmiĢ,  NaxçıvanĢünaslığa  aid 
700-dən çox monoqrafiya, kitab, elmi məqalə, dərslik və 
dərs vəsaiti nəĢr olunmuĢ, Naxçıvan Muxtar Respublika 
Kitabxanasında “NaxçıvanĢünaslıq” bölməsi təĢkil edil-

 
 
 
 
 
27 
miĢ, geniĢ məlumat bazasına malik “Nakhchivan.az” in-
ternet portalı yaradılmıĢdır.  
Azərbaycan alimlərinin diqqətini Naxçıvanın müa-
sir  elmi  yanaĢma  baxımından  öyrənilməsi  vacibliyinə 
cəlb  edən  ümummilli  lider  Heydər  Əliyev  deyir-
di: “Naxçıvanın  qədim,  zəngin  tarixi  Azərbaycan  tarixi-
nin çox parlaq səhifələrindəndir. Bizim əsas məqsədimiz 
Naxçıvanın  tarixini  hərtərəfli  öyrənmək,  tədqiq  etmək, 
onları  elmi  və  populyar  kitablarda  dərc  etmək,  təbliğat 
materiallarında istifadə etməkdir”. 
Bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsep-
siyanı  bəxĢ  edən,  Azərbaycan  tarixini,  dilini,  mədəniy-
yətini  və  milli-mənəvi  dəyərlərimizi  qorumağı  dönə-
dönə  tövsiyə  edən  ümummilli  liderimiz  Heydər  Əliyev 
müasir Azərbaycan dövlətçiliyinin banisidir. 
Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-
bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəĢər 
mədəniyyətinin  qazandığı  nailiyyətlərin  nəsildən-nəslə 
çatdırılmasında  və  cəmiyyətimizin  intellektual-mənəvi 
potensialının  artırılmasında  mədəniyyət  təsisatlarının 
rolunu dəyərləndirən [84, s.11] Ġlham Əliyev isə tövsiyə 
edir  ki:  “Azərbaycanlıların  milli-mənəvi  dəyərlərinin, 
mütərəqqi  ənənələrinin  qorunub  saxlanması  və  təbliğ 
edilməsi,  mədəniyyət  mərkəzlərinin  yaradılması  və  sə-
mərəli  fəaliyyəti  üçün  məqsədyönlü  və  müntəzəm  təd-
birlər həyata keçirilməlidir” [84, s.16].  

 
 
 
 
 
28 
Məhz  belə  bir  mədəniyyət  siyasəti  nəticəsində 
müstəqil Azərbaycan Respublikası bir tərəfdən öz milli-
mənəvi və tarixi-mədəni irsini tədqiq və təbliğ etməkdə, 
digər tərəfdən də beynəlxalq aləmə inteqrasiya olunaraq 
belə  bir  mədəni  irslə  bəĢər  mədəniyyətinə  töhfələr 
verməkdədir. 
Azərbaycan dövləti xalqımızın tarixi və mədəni ən-
ənələrinə,  dilimizə,  dinimizə,  milli-mənəvi  dəyərlərimi-
zə  istinad  edərək,  yeni  tarixi  Ģəraitdə  müasir  tələblərə 
uyğun  olaraq  öz  daxili  və  xarici  siyasətini  həyata 
keçirir.  Bu  gün  mədəni  irsin  qorunub  saxlanılması  və 
inkiĢaf  etdirilməsi  müstəqil  respublikanın  mədəniyyət 
siyasətinin  əsas  vəzifələrindən  biridir.  Bu  vəzifələrin 
icrası  yolunda  xalqımızın  əldə  etdiyi  nailiyyətlər,  milli 
sərvətimiz  olan  maddi  və  mənəvi  dəyərlərimizin  isti-
fadəsini,  bəĢəri  dəyərlərin  tərkib  hissəsi  kimi  inkiĢafını 
və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və 
suveren  dövlət  quraraq  mədəni-iqtisadi  islahatlar 
aparmaqla  öz  milli-əxlaqi  dəyərlərinə,  tarixinə  qayıdır, 
demokratik ölkələrin təcrübələrindən istifadə edir. 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə