Telman Orucov “Dünyanın gizli tarixinin



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix12.02.2017
ölçüsü0,91 Mb.
#8341
1   2   3   4   5   6   7   8   9   10
mətnlərində Veneranın  müşahidələri  xəbər verilir və bu  Bibliya, 
həmçinin  bizə gəlib çatmış  Misir məlumatları  ilə üst-üstə düşür. 
Moisey  b.e.ə.  XVl  əsrin  ortalarındakı  Misir  hökmdarı  l 
Neferhotepin hökmranlığı dövrünə düşür.  
Misir prinsi kimi Moisey özünü Misir sirrlərinə həsr etmişdi. Bu 
“İncil”in “Aktlar” kitabında da (7.22) təsdiq olunur, orada apostol 
Stefen  deyir  ki,  “Və  Moisey  misirlilərin  bütün  müdrikliyi  ilə 
təlimatlanmışdı”. Moisey sürgünə, səhraya qaçanda müdrik qoca 
müəllimlə  görüşdü.  O,  afrikalı,  həbəşistanlı  yüksək  keşiş  Cefro 
idi, daş lövhələrdən ibarət kitabxananın mühafizəçisi idi. Moisey 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 60 
 
onun qızına evləndikdə, Cefro onu yüksək səviyyədə özünü həsr 
edənə  çevirdi.  Moisey  gördü  ki,  kol  yansa  da,  alov  onu  məhv 
etmir.  Bu  özünü  görmə  idi  ki,  qəbirin  başqa  tərəfində  gözləyən 
təmizləyici alov tərəfindən o, məhv olmadı. Moiseyin yanan kolu 
görməsindən  missiya  hissi  qalxdı,  bu  məhz  süd  və  bal  axan 
xoşbəxt  torpağa  apardığı  üçün,  bəşəriyyətin  faydası  naminə 
işləməli olan bir impuls idi.  
Lakin  Moisey  onun  qarşısında  qoyulmuş  tapşırığın  böyüklüyü 
müqabilində tərəddüd etdikdə, Allah öz qərarını sərtləşdirdi: “Və 
sən  bu  çubuğu  əlinə  götürməlisən,  çünki  sən  əlamətlər  nümayiş 
etdirməlisən”.  Moisey  geri,  Misirə  qayıdanda  qərara  aldı  ki, 
“onun  adamlarını  azad  etməyə”  Faraonu  (fironu)  inandırsın. 
Moisey  və  qardaşı  Aaron  saray  otağında  dayanmışdılar.  Aaron 
qəflətən  öz  çubuğunu  yerə  atdı;  çubuq  dəyişilib,  sehrli  qaydada 
ilana çevrildi. Faraon öz saray sehrbazlarına  əmr etdi ki,  onunla 
fərasətdə  yarışsınlar,  lakin  onlar  belə  etdikdə,  Aaronun  ilanı 
onlarınkını uddu. 
Moiseylə  faraon  arasında  iradə  döyüşü  böyüyürdü.  Moisey  öz 
çubuğundan  hadisələrin  gedişi  istiqamətində,  göydən  od  ələmək 
və  dolu  yağdırmaq,  çəyirtkə  azarı  gətirmək,  Qırmızı  dənizi 
yarmaq,  qayadan  güclü  su  axını  gətirməkdən  ötəri  ona  zərbə 
vurmaq  üçün  istifadə  etdi.  Moisey  Faraonu  öz  adamlarını  azad 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 61 
 
buraxmağa  inandırmağa  cəhd  etdikdən  sonra,  onları  Sinay 
səhrasına  apardı  və  dağdan  daş  lövhələr  gətirdi.  Allahın 
tapşırığını  yerinə  yetirmək Moisey üçün Faraonu inandırmaqdan 
da  çətin  idi.  Adamlar  onun  göstərişlərini  dəfələrlə  yerinə 
yetirmirdilər. 
Onlar  odlu  taunla  və  bürünc  ilanla  cəzalandırıldı.  Moiseyin 
misirlilərə zərbə vurmaq və öz xalqını intizama dəvət etmək üçün 
istifadə etdiyi çubuq isə heyvani şüurun isə obrazı idi. 
On ehkam və “Çıxış”ın digər qanunları və “İkinci qanun” kitabı 
Moiseyin ictimai təlimini formalaşdırırdı. Onlar bütün xalq üçün 
idi.  Ezoterik  ənənədə  o,  həmçinin  yetmiş  sayda  yaşlı  adama 
Kabalanı,  eyni  zamanda  İudaizmin  gizli  mistik  təlimlərini 
öyrətdi. Kabala geniş kilsə kimi, böyük dünya dini kimi idi. Yenə 
də  bunun  köhnə  ənənədən,  misirlilərin  bir  sıra  mistisizmindən 
kənarda  böyüməsi  düşüncəsi  iddiası  ilə  Moiseyi  və  ya  Kabalanı 
heç cür qaralamaq olmaz. 
Riyazi  hesablamalar  da  qədim  Misirdən  gəlmişdi,  ancaq  yüksək 
matematika  Misir  rəssamlığında  qalmışdı.  Biz  indi  görürük  ki, 
heroqlif  ədədlər  bölməni  təmsil  edir,  hansılar  ki,  64-ün  63-ə 
bölünməsinin  yekununa  əlavə  edilir.  64-ün  63-ə  bölünməsi 
rəqəmi misirlilərin ən böyük sirri, “Pifaqor Vergülü” adlanır. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 62 
 
Yüksək  mürəkkəb  rəqəmlər  “Pifaqor  Vergülünə”  bənzəyirlər, 
“Pi”  və  “Fi”  (bu  bəzən  “Qızıl  Mütənasiblik”  adlanır)  irrasional 
rəqəmlər  kimi  tanınır.  Onlar  fiziki  kainatın  quruluşunun 
dərinliyindədir və misirlilər onlara dünyanın yaranmasına nəzarət 
edən  prinsiplər  kimi  baxılırdı,  bu  prinsiplərə  görə  materiya 
kosmos zəkasından düşmüşdü.  
Misirlilərə  görə  bu  rəqəmlər  həmçinin  kosmosun  gizli 
harmoniyası  idi  və  ritmlər  və  mütənasibliklər  kimi  onları  öz 
piramidalarının və məbədlərinin tikintisində istifadə edirdilər. Bu 
yolla  tikilən  ideal  olmalı  idi.  “Qızıl  Mütənasibliyin”  istifadə 
edilməsi  ilə  tikilən  dəhliz,  qapı,  pəncərə,  ifadə  olunmayan  bir 
qaydada insan ruhunu əyləndirməli idi. Misirin böyük məbədləri, 
əlbəttə  ki,  bitki  formaları  ilə  dolu  idi.  lakin  bu,  insanın  bədən 
üzvlərinə  mütənasiblik  verən  bitki  həyatı  idi.  Bitki  həyatı 
qabırğalara  çevrilirdi  və  onları  riyazi  formulaya  xoş  gələn 
qaydada  əyilən  edirdi.  Məbəd  tikənlər  xüsusilə  bunu  yenidən 
yaratmağa həvəs göstərirdilər. 
Misir  məbədləri  bu  yolla  tikilmişdi,  çünki  allahlar  artıq  can 
bədənində  və  qanda  məskunlaşmağa  qadir  deyildilər.  Məbəd 
ancaq allahın bədəni olmaq üçün tikilmişdi. Allahın ruhu bitkinin 
daxilində yaşayırdı və maddi bədənlər olan məbədlər bəşər ruhu 
kimi bitkilərin və maddi bədənlərin daxilində yaşayırdı. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 63 
 
Qədim  yəhudilər  misirlilər  kimi  zəngin  arxitektura  irsi  qoyub 
getməmişdilər.  Ədəd  mistisizmi  isə  bizə  Moiseyin  kitablarının 
dilində, kodlaşdırılmış şəkildə gəlib çatmışdır. 
Kabalanın böyük kitabı olan “Zohar” “Köhnə Vəsiyyət”in ilk beş 
kitabının  geniş  təfsiri  idi,  bu  kitabların  müəllifliyi  isə  adətən 
Moiseyə  aid  edilir.  Kabala  (yaxud  Kaballa)  yəhudi  sözü  olub, 
“ənənə”,  “vermə”,  “verilmə”  deməkdir.  XIX  əsrin  böyük  rus 
tarixçisi H.T.Qranovski  “vermə” mənasını vurğulayır. Həqiqətən 
də  yəhudilər  bu  ad  altında  allahın  Adəmə  və  Abrahama  verdiyi 
gizli  olmayan  bir  elmi  düşünürdülər.  İntibah  erasının  görkəmli 
nümayəndələri  olan italyan mütəfəkkiri Piko  della Mirandola və 
alman  humanisti  İohann  Reyxlin  isə  bütün  elmləri  özündə 
birləşdirən vahid bir elmin yaranmasını arzulayırdılar və bu elmi 
Kabalada  tapmağı  düşünürdülər.  Onlar  güman  edirdilər  ki, 
Kabalada  ümumdünya  simvolikasının  açarını  tapmaq  olar.  Əgər 
dünya  maddiləşmiş  fikirdirsə,  o  vaxt  Kabalaya  müvafiq  olaraq, 
sözlər  və  hərflər  bu  prosesin  baş  verməsi  deməkdir.  Allah 
dünyanı qədim yəhudi əlifbasının hərflərindən istifadə etməklə və 
nümunələrini düzəltməklə yaratmışdır. Qədim yəhudi hərfləri ola 
görə də sehrli proporsiyaya malik idi. 
 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 64 
 
“Çıxış”  kitabının  14-cü  fəsili  üç-19,  20  və  21  saylı  bəndlərdən 
ibarətdir, onların hər biri 72 hərfdən əmələ gəlib. Əgər bu bəndlər 
biri  digərinin  başına  yazılsa,  sütunda  72  hərf  üzə  çıxacaqdır. 
Sonra  oxunan  sütun  72-nin  sirrinin  Allahın  adı  olduğu  kimi 
açılacaqdır. 
Hər  bir  qədim  yəhudi  həmçinin  ədəd  idi.  Yəhudilərin  “A”  hərfi 
“əlif”  –  “bir”  idi.  “Bet”  –  “iki”  demək  idi  və  sonrakılar  da  bu 
qaydada  gedirdi.  Burada  həmçinin  mürəkkəb  əlaqələr  vardır. 
Qədim yəhudi sözü “ata” 3-ün ədədi mənasını verirdi, “ana” sözü 
“41” mənasında idi. Qədim yəhudilərdə “uşaq” sözü “44 idi, Ata 
və Ananın birləşməsi”ndən əmələ gəlirdi. 
Yəhudilərin “Ədəm bağı” kəlməsinin ədədi mənası144 idi. Bilik 
Ağacının ədədi mənası isə 233 idi. Əgər 233-cü 144-ə bölsək, bu, 
“fi”  qızıl  prororsiyanın  qiymətinə  yaxın  olan  rəqəmi  ifadə 
edəcəkdir. 
Ziqmund Freyd Kabala ilə dərindən maraqlanırdı. O, sübut edirdi 
ki, 
Misir 
faraonu 
Exnaton 
Moisey 
monoteizminin 
(təkallahlığının) mənbəyi idi. 
Biz  bilirik  ki,  Moisey  birinci  gəlmişidir.  Exnatonun  monoteizm 
ideyaları  hiyləgərcəsinə  qurulmuşdu,  həm  də  təhlükəli  qaydada 
fərqli  idi.  Misir  Yeni  çarlığının  ən  yüksək  dövründə  Exnatonun 
atası III Amenhotepin hökmranlığı böyük sülh və çiçəklənmə vəd 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 65 
 
edən  yeni  eranın  siqnalı  kimi  görünürdü.  Hətta  bu  dövr  Böyük 
Piramidanın unikal nailiyyəti ilə müqayisə olunmasa belə, qədim 
dünyanın çox gözəl məbədlərinin tikilməsini görmüşdü. 
Exnaton  xromosom  qüsuru  ilə  doğulmuşdu,  ona  görə  də  qəribə 
görünüşə  malik  idi.  Qadın  budları  kimi  iri  budları  var  idi,  uzun 
üzü  onu  yerə  məxsus  olmayana  bənzədirdi,  hətta  ruhi  xarakter 
daşıyırdı.  Bu  qüsur  həmçinin  ruhi  tarazsızlıq  simptomlarına, 
maniyaya, paranoyyaya və ilyuziyaya qapılmağa aparıb çıxarırdı. 
Exnaton  hökmranlığı  Sotik  siklinin  başlanması  ilə  bir  vaxta 
düşdü. Keşişlərin ilahiyyatına görə bu, tarixin gördüyü ən böyük 
astronomik sikllərdən biri idi. Misir mifologiyasında bu siklin hər 
yeni  başlanğıcı  Bennu  quşunun  qayıtmasını  görürdü,  bu  Feniks 
yeni eranın başlanmasının və yeni paylanmanın rəmzi idi. 
Exnatonun  birinci  işi  günəş  dairəsi  allahı  Atona  Məbəd  tikmək 
idi. Məbəd onun böyük  saray həyətinin  mərkəzində  yerləşmişdi, 
obeliskin  başındakı  daşda  əfsanəvi  Feniks  dirilməli  idi.  Onun 
ikinci addımı yeni böyük paytaxt şəhərini tikmək idi. O, istəyirdi 
ki,  yeri  öz  oxu  ətrafında  fırlatsın.  Sonra  o,  elan  etdi  ki,  bütün 
allahlar  real  olaraq  mövcud  olmamışlar  və  Aton  bir,  həqiqi  və 
vahid  Allahdır.  Bu  müasir  düşüncədəki  monoteizmə  çox 
oxşayırdı.  İsidaya,  Osirisə  və  Amon  –  Raya  sitayiş  qadağan 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 66 
 
edildi, onların məbədləri ləğv edildi və bağlandı, onların populyar 
bayramları cəhalət nişanəsi elan edildi. 
Bu  günkü monoteizmə oxşar şəkildə, Exnatonun  monoteizmi də 
materialist  idi.  Çünki  monoteizm  ruh  təcrübələrini  inkar  etməyə 
meyl  edir,  bu  təcrübə  isə  həqiqətən  spiritualizm  qaydasında  adi, 
Atona  həsr  edilən  təriflər  gözəl  himn  şəklində  bizə  gəlib 
çatmışdır və onlar Davidin Zəburlarını qiymətləndirməyə xidmət 
edə bilər: “Sən dünyanı öz arzuna uyğun olaraq yaratdın – bütün 
adamları,  “mal-qaranı”  və  vəhşi  heyvanları”  deyə  Exnaton 
deklamasiya  edirdi.  David  isə  oxuyurdu:  “Sənin  işlərin,  necə 
saysız-hesabsızdır, sən onların hamısını belə müdrikliklə gördün. 
Dünya sənin yaratdıqlarınla doludur”. 
Tənəzzül  zəruri  olaraq  içəridən  gəldi.  Hökmranlığın  on  beşinci 
ilində  Atona  olan  bütün  dualara  baxmayaraq,  onun  çox  sevdiyi 
qızı  öldü.  Sonra  həmişə  onu  dəstəkləyən  anası  Tiy  öldü.  Gözəl 
arvadı Nefertiti saray məlumatlarından qeybə çəkildi. İki il sonra 
keşişlər  Exnatonu  öldürdülər  və  onlar  taxt-taca  gənc  oğlanı 
qoydular və o, dünyada  Tutanxamon  kimi  tanındı.  Keşişlər vaxt 
itirmədən  Fivanın  bərpasına  başladılar.  Exnatonun  paytaxtı 
tezliklə kabus şəhərə çevrildi və ona qoyulmuş abidə, onu təsvir 
edən  hər  bir  heykəl,  Exnatonun  adının  hansısa  bir  qaydada 
xatırlanması rəhmsiz şəkildə və ardıcıl olaraq yoxa çıxdı. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 67 
 
Sauldan  sonra  hakimiyyətə  gələn  David-Tadua  ilk  dəfə  olaraq 
İsrail  tayfalarını  bir  çarlıqda  birləşdirən  ilk  çar  oldu.  O,  b.e.ə 
1004-cü  ildə  Yerusəlim  çarına  çevrilmişdi.  David  bu  şəhərdə 
məbədin bünövrəsini qoydu, lakin onu tikdirə bilmədən öldü, ona 
görə  də  bu  işin  başa  çatdırılması  onun  oğlunun  üzərinə  düşdü. 
Oğlu Solomon isə b.e.ə. 971-ci ildə Yerusəlim çarı oldu. Əgər o, 
ümumən  real  tarixi  şəxsiyyət  idisə,  Dəmir  erasında  yaşamışdı. 
Solomon  öz  sehirli  biliyini  gizli  kitabda  bildirir,  sonralar  bu 
Yerusəlimdəki  ikinci  məbədin  bünövrəsinə  qoyuldu.  Qədim 
yəhudi  folkorunda  da  deyilirdi  ki,  Solomonun  hökmranlığı  elə 
gözəl  idi  ki,  qızıl  və  gümüş,  küçələrdəki  daş  kimi  çox  idi.  Ona 
görə  ki,  yəhudilər  həmin  dövrdə  məbədlər  tikmək  ənənəsinə 
malik deyildilər. Onlar köçəri xalq idilər.  
Solomon  məbədin  layihəsi  üzərində  işləmək  üçün  finiklyalı 
Hiram  Abiffi  seçdi.  Məbəd Mouseyin  daş lövhələri  yerləşdirilən 
Müqavilə  Səyyar  məbədinin  saxlandığı  yer  olmalı  idi.  Məbədin 
künclərində  ayı  təmsil  edən  dörd  buynuz  və  yeddi  lampalı  qızıl 
şamdan  var  idi.  Əlbəttə  ki,  axırıncı  günəşin,  ayın  və  beş  böyük 
planetin  təmsilçiləri  idi.  Cakim  və  Boaz  pillələri  kosmosun 
pulsunu ölçürdü. Yonulmuş dekorativ narlar Bibliya hesabındakı 
müxtəlif  faktları  yada  salırdı.  Keşişlərin  xalatları  günəşi,  ayı, 
planetləri və bürcləri təmsil  edən qiymətli daşlarla bəzədilmişdi. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 68 
 
Bu  vaxt  yeganə  adi  olan  daş  zümrüd  idi.  Məbədlərin  qeyri-adi 
xüsusiyyəti, əridilmiş sarı mis dənizi və ya Qurana görə fəvvarəsi 
idi.  Usta  inşaatçı  Hiram  öz  layihəsini  həyata  keçirmək  üçün 
sənətkarlıq  qardaşlığını  işlədirdi,  onları  üç  dərəcəyə-şagirdlərə, 
şəriklərə  və  ustalara  bölmüşdü.  Bu  qardaşlıq  ideyaları  hökmən 
dar, ezoterik mühitdən uzağa yayılırdı ki, bütövlükdə cəmiyyətin 
təşkil  olunmasını  dəyişdirsin.  Lakin  Hiram  Abiffin  qətli 
əhvalatında  biz  bütün  bunların  necə  əyri  yolla  getməsinin  də 
şahidi oluruq. 
Solomonla  Hiram  Abiffin  arasındakı  örtülü  rəqabət  müəyyən 
gizli ənənələrdə mövcud idi. Şeba çariçası Solomona qonaq gəldi, 
lakin  bu  qadın  həm  də  belə  möcüzəli  məbədin  layihəsini 
yaradanla  görüşməyə  maraq  göstərdi.  Hiram  Abiffona  baxanda, 
çariça  (Quranda  o,  Bilkis  adı  altında  verilir)  hiss  etdi  ki,  onun 
sinəsində əriyən metal kimi bir sensasiya qalxır. Qadın Hiramdan 
soruşdu  ki,  göyün  gözəlliyini  məbədin  arxitekturasında  yerə 
gətirməyi  necə  bacarmışdır.  Memar  cavab  verdi  ki,  Tau  xaçını 
yuxarıda tutmaqla. Bu xaç T hərfi ölçüsündə idi. Qəflətən bütün 
fəhlələr məbədə qarışqa kimi axışdılar.  
Yenidən  həşərat  obrazı.  Bu  ənənələr  Talmudda  və  Quranda  var 
idi. Beləki məbəd Şamir adlanan və daş yonmağa qadir olan sirrli 
həşəratın köməyi ilə tikilmişdi. Burada biz arı pətəyi obrazı kimi 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 69 
 
ruhi  qüvvələrin  obrazına  malik  oluruq,  ona  Hiram  göstəriş  verə 
bilirdi.  Hiramın  fəhlələrindən  üçü  onun  gizli  qüvvələrinə 
qısqanclıq  göstərirdi.  Onlar  qərara  aldılar  ki,  ərintidən  tökülmüş 
dənizin  sirrlərinə  bələd  olsunlar.  İş  gününün  axırında  onlar 
Hirama məbədi tərk edəndə tələ qurdular. O, öz sirrlərini təkrar-
təkrar  açmaq  istəməyəndə  ,  onlar  memarın  başına  ağır  zərbələr 
vurmaqla  onu  öldürdülər.  Onunla  birlikdə  müəyyən  sirrlər  də 
öldü  və  indiyədək  itirilmiş  kimi  qalmaqda  davam  edir.  Sirrli 
məktəblərdə  və  gizli  cəmiyyətlərdə  elan  olunan  sirrlər  həmin 
vaxtdan etibarən aşağı sirrlər hesab olunur.  
İki müstəqil zəkalı Mason tədqaqatçısı- Kristofer Nayt və Robert 
Lomas  bu  istiqamətdə  işləmişlər.  Onlar  Hiramın  Finikiyadan 
gəlməsinin  açarını  tapmaq  cəhdindən  başladılar.  Həmin  ölkədə 
əsas  ilahə  Astarta  və  ya  Venera  idi.  Əlbəttə,  bu,  həmçinin 
dekorativ  detallarla,  artıq  xatırlanan  narlarla  bağlıdır.  Bu 
Veneranın meyvəsi idi, zümrüdlər isə Veneranın qiymətli daşları 
idi. 
Beşguşəli  ulduz  da  Veneranın  simvolu  idi.  Çünki  həmin 
nümunədə hər səkkiz illik sikldə Venera ekliptik ətrafa iz qoyur-
səhər  göyündə  beş  dəfə  və  hər  axşam  göyündə  beş  dəfə  beş  iti 
uclu  formalı  nümunələrlə  çıxır.  Bu  yeganə  planetdir  ki,  tam 
müntəzəm qaydada həmin yolla diaqram çəkir. Bu diaqram bəzən 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 70 
 
pentaqram kimi, bəzən beşguşəli ulduz kimi, beş ləçəkli qızılgül 
kimi  görünür.  Veneranın  simvolu  kimi  pentaqram  həndəsədə 
yüksək əhəmiyyət kəsb edir. Ona görə də Leonardo da Vinçinin 
matematika  müəllimi  Luka  Pasioli  öz  kitabında  ilahi 
pronporsiyanı  açırdı,  bu,  onun  hər  bir  hissəsində  Qızıl 
Mütənasibliyi  təcəssüm  etdirirdi.  Bu  müqəddəs  həndəsə  öz 
vaxtında məkan kimi fəaliyyət göstərirdi.  
584  gündən  ibarət  olan  5  Venera  sikli  dəqiq  günəş  illərində  baş 
verirdi,  bu  o  demək  idi  ki,  Venera  sikli  günəş  siklini  1,6-na 
bərabərdir.  Biz  əvvəlcə  1,6  rəqəminə  rast  gəlmişdik,  bu  Qızıl 
Mütənasibliyin  başlanğıcında  idi,  irrasional  və  sehirli 
rəqəmlərdən  biri  olmaqla,  ağlın  materiyaya  keçməsi  kimi  təsvir 
edilirdi.  
Solomondan  sonra  İsrail  çarlığı  yenidən  parçalanmağa  başladı. 
Peyqəmbərlər quruluşu deyilən quruluş əmələ gəldi. Onların rolu 
camaata  məsləhət  vermək  idi.  Onlar  heç  kəsin  eşitmək 
istəmədiklərini,  xoşa  gəlməyən  və  populyar  olmayan  şeyləri 
deyirdilər.  
İliya vəhşi,  qeyri  adi  və  tənha adam  idi, demək  olar ki,  avaralar 
kimi kəmər bağlayırdı və uzun plaşda gəzirdi. Zaratustra kimi o, 
odu  odla  vuruşdururdu.  Allah  tərəfindən  səhrada  gizlənməsi 
tapşırılan İliya kiçik çaydan su içir, qarğa ovlamaqla qidalanırdı. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 71 
 
Qarğa  göstərir  ki,  İliya  Zaratustranın  müdrikliyi  kimi,  bu  yolla 
özünü həsr edənə çevirmişdi. “Qarğa” bu sehrliyə həsr olunmağın 
bir dərəcəsi idi.  
İliya  bir  peyğəmbər  kimi  dəlilik  həddinə  yaxın  olan  bir 
vəziyyətdə  yaşayırdı.  O,  zəhərlənmiş  adamları  sağalda  bilirdi, 
cüzam  xəstəliyi  olanları  müalicə  edirdi.  O,  ölmüş  uşağın  başı 
üzərində uzanmaqla ona öz ruhunu vermişdi. O, yenidən səhraya 
qaçanda  bunu  öz  həyatı  üçün  etmişdi-  Allaha  tərəf  qaçmışdı. 
Sonra  dağ  başında  dəhşətlər  yaşadı,  tufana  düşdü.  Nəhayət  o, 
taqətdən  düşdü,  ağacın  altında  yatanda  yuxuda  mələyi  gördü. 
Mələk ona nə etməli olduğunu dedi. Lakin güclü külək gəlib dağı 
silkələdi. İliya bilirdi ki, Allah bu küləiyn içərisində deyildir və o, 
mağarada  təhlükəsiz  qalmağı  qərara  aldı.  Qəflətən  mağaranın 
qarşısında ildırımın işığından yaranan zolaq gördü. O, yenə bildi 
ki, Allah bu odun içəriçində deyildir. 
Tufan  yatdıqdan  və  od  söndükdən  sonra  səhər  açılanda  hər  şey 
sakit  idi.  Dan  ulduzu  qalxmışdı,  bu  vaxt  səhərin  saf  havasında 
İliya  Allahın  hələ  də  sakit  olan  səsini  eşitdi.  Axı  Moinsey  də 
yanan  kolda  bu  səsi  eşitmişdi.  İliya  onun  iradəsi  ilə  necə 
öldürməyi  və  necə  yenidən  doğulmağı  öyrənmişdi.  Platon 
“Respublika” kitabında yazırdı ki, “Kim ki bu həyatda yaxşılığın 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 72 
 
ideyasını  dərk  etməyə  qadir  deyil,  o,  ölümündən  sonra 
cəhənnəmə düşəcək və qaranlıq məskəndə yuxuya dalacaqdır”. 
Ömrünün sonunda İliya od saçan arabada göylərə qalxdı. Ondan 
əvvəl  Nuh  da  belə  etmişdi,  o  da  adi  qaydada  ölməmişdi. 
Kabalistik  düşüncədə  İliyanı  göylərə  qaldıran  araba  sehirli 
olmağın bir amili idi. 
İki  yüz  il  sonra  İsayya  peyğəmbərin  vaxtında  kainatı  yeni, 
transtsedent  (təcrübə  hədlərindən  kənar  olan)  qaydada  anlamaq 
işləri  inkişaf  etdirildi.  Bizim  eradan  əvvəl  550-ci  ildə  İsayya 
bəyan etmişdi:  “Qaranlıqda gəzən adam  böyük işıq  görəcəkdir... 
Çünki  bu  bizə  uşaq  doğulmasıdır,  bizə  oğul  verilməsidir  və 
idarəçilik  onun  çiynində  dayanacaqdır  və  onu  adı  Gözəl, 
Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh hökmdarı olacaqdır”. 
Mərhəmət  konsepsiyası  tarixi  peyğəmbər  düşüncəsindəki  öz 
anlayışından  böyüməyə  başladı.  İki  çarlığın  hökmdarları  və 
xalqları onlara deyiləni həyata keçirməkdə uğursuzluğa uğradılar. 
Onlar  pozuldular  və  torpaq  səhraya  çevrildi.  Lakin  bu  vaxt, 
Allahın mərhəməti ilə səhra torpağından yaşamağa qadir olan kök 
üzə  çıxdı.  Peyğəmbərlər  mərhəmətin  bu  yolla  baş  verdiyini  öz 
ömürləri  dövründə  kiçik  çarlıqların  hərbi  və  siyasi  səviyyədə 
yüksəlməsində, 
enməsində 
və 
yenidən 
yüksəlməsində 
görmüşdülər. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 73 
 
İsayya  İsrailin  tarixi  və gələcək taleyi  barədə böyük hissə malik 
idi, “Cessenin gövdəsindən irəli bir çubuq çıxacaqdır” deyirdi. O, 
həmçinin tarixin sonunu yaxşıca görmək qabiliyyətinə malik idi: 
“Canavar və quzu birlikdə qidalanacaq və leopard oğlan uşağı ilə 
bir yerdə uzanacaqdır”. 
Dünyanın  digər  hissələrində  başqa  özünü  həsr  etmələr  də  baş 
verirdi.  Prins  Siddhartha  indiki  Nepalda,  müharibə  aparan  kiçik 
dövlətlərlə  tanınan  bir  ərazidə  doğulmuşdu.  29  yaşına  qədər  o, 
naz-nemətli  dəbdəbə  içərisində  yaşamışdı.  Onun  hər  bir  ehtiyacı 
hələ başlamamışdan ödənilirdi və onun həyatının hər anı sevinclə 
dolu  idi.  Bir  gün  o,  çar  sarayını  tərk  etdi  və  əvvəllər  onun 
görməsinə  icazə  verilmədiyi  şeyi-qoca  adamı  gördü.  Və  qoca 
dəhşətli  vəziyyətdə  idi,  lakin  daha  sonra  ona  məlum  oldu  ki,  öz 
xalqı xəstədir və ölür.  
O,  sarayı  tərk  etməyi  qərara  aldı  –  arvadını  da,  uşaqlarnı  da,  –
bircə  məqsədlə  ki,  bu  əzab  çəkənləri  hiss  etməyə  cəhd  etsin. 
Yeddi  il  ərzində  güşənişinlər  arasında  yaşamaqla  o,  yoqa 
sutralarında və Rişi törəmələrinin təlimlərində axdardıqlarını tapa 
bilmədi.  Nəticədə  onun  artıq  35  yaşı  olanda  o,  gedib  çayın 
qırağında  Bohdi  ağacının  altında  oturdu  və  qərara  aldı  ki,  başa 
düşməyənə  qədər  hərəkət  etməyəcəkdir.  Üç  gün,  üç  gecədən 
sonra o, anladı ki, həyat əzabdır və əzab çəkmək yerüstü şeyləri 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 74 
 
arzu  eləmək  nəticəsində  yaranır.  Lakin  sən  bütün  bu  arzulardan 
azad ola bilərsən. Həqiqətən də, sən elə azadlığa və ruh dünyasına 
yaxınlığa nail ola bilərsən ki,  yenidən heç vaxt  reinkarnasiyaya- 
yenidən  doğulmağa  ehtiyac  duymayasan.  Və  beləliklə  sən, 
Siddhartha etdiyi kimi, Buddaya çevrilə bilərsən. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin