Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin


Tibb Universitetinin alimləri AMEA-



Yüklə 290,67 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix28.11.2016
ölçüsü290,67 Kb.
#318
1   2   3   4

Tibb Universitetinin alimləri AMEA-

nın  müxbir üzvlüyünə namizəddir

Universitetimizin “Enactus” komandası 

üzvlərin qəbulunu elan edir

Attestasiya komissiyasının 

sədrləri və üzvləri ilə görüş

Rektor xarici texnologiya 

şirkətlərinin nümayəndələrini 

qəbul edib

ATU-nun mətbuat xidməti

http://www.amu.edu.az

31 may  2014-ъц ил

4

Mayın 2-də Azərbaycan xalqının ümummilli 

lideri Heydər Əliyevin anadan olmasının 91-

ci    ildönümünə  həsr  olunmuş  Azərbaycan 

Tibb  Universiteti  rezidentlərinin  2-ci  elmi-

təcrübi 

konfransı 

keçirilib. 

Konfrans 

iştirakçıları  əvvəlcə  ulu  öndər  Heydər 

Əliyevin universitetin foyesindəki büstünün 

önünə əklil qoyub  və gül dəstələri düzüblər.

Sonra  ATU-nun  böyük  akt  zalında  davam 

edən  tədbirdə  Azərbaycan  Respublikasının 

dövlət himni səsləndirilib.

 Konfrasın açılışı zamanı giriş nitqi söyləyən 

universitetin  rektoru,  millət  vəkili,  akademik 

Əhliman Əmiraslanov tədbir iştirakçılarını sa-

lamlayaraq  ulu  öndər  Heydər 

Əliyevin Azərbaycan elminin və 

təhsilinin himayədarı olduğunu, 

bu sahədə çalışanlara, xüsusilə 

səhiyyə 


işçilərinə 

həmişə 


diqqət  və  qayğı  göstərdiyini 

xatırladıb. 

Bildirib 

ki, 


Azərbaycanda səhiyyənin inki-

şafı, universitetin maddi-texniki 

bazasının  möhkəmləndirilməsi 

və  ölkəmizdə  tibb  kadrlarının 

hazırlanması məhz ulu öndərin 

adı ilə bağlıdır.

ATU-nun 

klinikalarının 

ümummilli  lider  Heydər  Əliyevin  böyük  qay-

ğısı  sayəsində  yaradıldığını  söyləyən  rek-

tor  onun  layiqli  davamçısı  Prezident  İlham 

Əliyevin  dəstəyi  ilə  inşa  olunmuş  universite-

tin  çoxprofilli  tədris-terapevtik  və  cərrahiyyə 

klinikalarının  ən  müasir  avadanlıqlarla  təchiz 

olunduğunu,  məhz  maddi-texniki  bazanın 

möhkəmləndiriməsi  nəticəsində  rezidentlərlə 

işləməyin asanlaşdığını diqqətə çatdırıb. 

Rezidentlərin 

elmi-praktiki 

konfransının 

əhəmiyyətindən danışan rektor bu sistemə ke-

çidin asan olmadığını vurğulayıb: “Əvvəllər re-

zidenturanın özü bizim üçün bir xəyal idi və ça-

lışırdıq ki, Azərbaycanda rezidentura sisteminə 

keçilsin.  Mane  olan  əsas  səbəblərdən  biri 

“Təhsil qanunu”nda rezidenturanın nəzərdə tu-

tulmaması idi. Yeni “Təhsil qanunu” qəbul olu-

nandan  sonra  rezidentura  sisteminə  keçdik. 

Ənənəvi internatura sistemi özünü doğrultma-

dı.  Şübhəsiz ki, bir il ərzində yaxşı mütəxəssis 

hazırlaya  bilməzdik.  Rezidentlərimizin  ilk  el-

mi-praktiki  konfransı  ulu  öndərimiz  Heydər 

Əliyevin 90 illiyinə həsr olundu. Çünki həmişə 

Azərbaycanda yüksək ixtisaslı həkim kadrları-

nın hazırlanmasına ciddi fikir verən ulu öndərin 

arzusu idi ki, rezidenturaya tez keçək. Bu, tibb 

sahəsində  yüksək  ixtisaslı  mütəxəssis  ha-

zırlamaq  üçün  bütün  dünyanın,  Amerikanın, 

Avropanın qəbul elədiyi bir yoldur. Ölkəmizdə 

2011-ci ildən etibarən ali tibb təhsili əsasında 

həkim  mütəxəssislərin  hazırlanması  məqsədi 

ilə  rezidenturaya  qəbul  Tələbə  Qəbulu  üzrə 

Dövlət  Komissiyası  tərəfindən  aparılır.  Hazır-

da ATU-da 38 ixtisas üzrə rezidenturada 390 

nəfər təhsil alır. Rezidentlərin elmi hazırlığına 

da  xüsusi  diqqət  yetirilir.  Klinikalarda  bütün 

laboratoriya  və  diaqnostik 

kabinetlər  elmi  araşdırma 

aparmaq istəyən rezidentlərin 

ixtiyarına verilib.

Hesab  edirik  ki,  rezidentlər 

yüksək  ixtisaslı  mütəxəssis, 

həkim  kimi  hazırlanmaqla 

yanaşı,  elmi  tədqiqat  işlərinə 

də cəlb olunmalıdır. Material-

lara baxdım. Beynəlxalq konf-

ransların  təlabatına  cavab 

verən səviyyədədir, çox yaxşı 

hazırlanıb.  Gələcəkdə  Azərbaycanın  başqa 

klinikalarının rezidentlərini də bu konfranslara 

cəlb etmək lazımdır”. 

Rezidentlərdə  elmi  vərdişlər  aşılamağın 

vacibliyinə  toxunan  Ə.Əmiraslanov  reziden-

tura  haqqında  əsasnamədə  də  elmi-tədqiqat 

işləri ilə məşğul olmağa heç bir məhdudiyyətin 

qoyulmadığını  deyib.  Başlıca  məqsədi  bu 

istiqamətdə  rezidentlərin  qabiliyyətini  üzə  çı-

xarmaq olan konfransın işinə uğurlar arzulayıb. 

Konfransa sədrlik edən universitetin elmi işlər 

üzrə prorektoru, professor İbrahim İsa-

yev də yüksək ixtisaslı mütəxəssis ol-

maq arzusu ilə universitetimizə qəbul 

olunmuş  rezidentlərin  elmi  tədqiqat 

işlərinə  cəlb  edilməsini  yüksək 

qiymətləndirib.  II  elmi-təcrübi  konf-

ransın  gündəliyində  duran  məsələləri 

diqqətə çatdıraraq bu gün çıxış edən 

hər  bir  rezidentin  gələcəkdə  aparıcı 

mütəxəssis,  alim  kimi  yetişəcəyinə 

inandiğinı söyləyib. 

Bundan  sonra  plenar  məruzələrin 

təqdimatına  başlanılıb.  Plenar  iclas-

da  rezidentlərin  tibbin  müxtəlif  sahələri  üzrə 

məruzələri dinlənilib və müzakirələr aparılıb.

Konfrans  işini  bölmə  iclaslarında  davam  et-

dirib.


İki gün davam edən konfransda  yekun  nitqi 

söyləyən universitetin elmi işlər üzrə prorekto-

ru, professor  İbrahim İsayev bu cür beynəlxalq  

konfransların universitetimizdə  keçirilməsinin 

artıq bir ənənə şəkli aldığını, gələcəkdə də da-

vam etdiriləcəyini bildirib.  

Konfransın  yekununda    münsiflər  heyəti 

tərəfindən    seçilmış  ən  maraqlı  tezislərin 

müəllifləri  xüsusi  hazırlanmış  diplom  və 

hədiyyələrlə mükafatlandırılıb, həmçinin konf-

ransın  bütün  iştirakçılarına  “İştirak  Sertfikatı”  

təqdim olunub. 

Sonda  rezidentlərin bir sıra kafedralarda və 

klinikalarda    öyrəndikləri  yeniliklər,    yaxından 

təmasda  olduqları  xəstələrlə  bağlı  videoçarx 

nümayiş olunub, tədbir iştirakçıları xatirə şəkli 

çəkdiriblər.

A.KAMRANOĞLU

Milli  Onkologiya  Mərkəzinin 

və 

Respublika 

Endokrinoloji 

Mərkəzinin birgə təşkilatçılığı ilə 

Bakıda Beynəlxalq Qalxanabənzər 

Vəzi Gününə həsr olunmuş elmi-

praktik konfrans keçirilib.

Konfransda  Səhiyyə  Nazirliyinin 

baş  endokrinoloqu,  Əməkdar  Elm 

Xadimi  Rafiq  Məmmədhəsənov 

ölkəmizdə  həyata  keçirilən  uğurlu 

səhiyyə  islahatlarından,  səhiyyə 

sisteminin  müasirləşdirilməsi  və 

yüksək  texnologiyalara  əsaslanan 

tibbi 

avadanlıqlarla 



təminatı 

istiqamətində görülən işlərdən danı-

şıb. Bildirib ki, son illər ərzində Pre-

zident İlham Əliyevin Sərəncam və 

tapşırıqlarına  uyğun  olaraq  ölkədə 

500-dən artıq yeni tibb müəssisəsi 

tikilmiş  və  ya  əsaslı  şəkildə  təmir 

olunaraq istifadəyə verilmişdir.

Baş 

endokrinoloq, 



həmçinin 

ayrı-ayrı  xəstəliklərin  müayinə, 

müalicə və profilaktikası sahəsində 

əldə  olunan  uğurlardan,  eləcə  də 

qalxanabənzər  vəzi  xəstəliklərinin 

müalicəsində 

tətbiq 

olunan 


yeniliklərdən söz açıb.

Qeyd olunub ki, bu xəstəlik bütün 

dünyada şəkərli diabetdən sonra ən 

geniş  yayılan  xəstəliklərdən  biridir. 

Respublikamızda 

qalxanabənzər 

vəzi  xəstəlikləri  əsasən  dağlıq 

ərazilərdə, xüsusən Balakən, Şəki, 

Zaqatala və digər bölgələrdə daha 

geniş yayılmışdır ki, bu da yod ça-

tışmazlığı ilə bağlıdır.

Sonra  Ukrayna  Endokrinologiya 

və  Maddələr  Mübadiləsi  İnstitutu-

nun  şöbə  rəhbəri  Valeri  Oleynik 

“Qalxanabənzər  vəzinin  xərçəngi” 

mövzusunda geniş məruzə ilə çıxış 

edib.

Konfransda  çıxış  edən  Respubli-



ka  Endokrinoloji  Mərkəzinin  direk-

toru  Rauf  Cabbarov  və  başqaları 

qalxanabənzər  vəzi  xəstəliklərinin 

müayinə və müalicəsi, profilaktikası 

istiqamətində  tətbiq  edilən  müasir 

metodlardan danışıblar.

Konfrans  işini  müzakirələrlə  da-

vam etdirib.



Azərbaycan  Tibb 

U n i v e r s i t e t i n i n 

Tədris 

Terapevtik 

Klinikasında  robot 

xəstələr  “yaşayır”. 

İnsanın  bütün  xü-

su siyyətlərini 

öz-

lə rində 

daşıyan 

“METİ” adlı robotları 

cansız 

məxluq 

da 

adlandırmaq 

olmur. Tələbələr bu 

robotların üzərində təcrübə keçir, 

onları «öldürüb-dirildirlər».

İnsanda olduğu kimi, bu qurğular-

da  da  qan  dövranı,  sinir,  tənəffüs 

və sidik sistemi var. Robotun hətta 

cinsini  də  dəyişmək  olur.  Bu  da 

cinsi  xəstəliklərin  öyrənilməsində 

tələbələrin işinə yarayır.

Klinikanın əməkdaşları “METİ”lərə 

əsil xəstə kimi qulluq edir, qayğısı-

na  qalır,  onları  sabit  temperaturda 

saxlayırlar.

Robotlara 

proqramlaşdır-

ma  vasitəsilə  200-dək  müxtəlif 

xəstəliklərin 

simptomlarını 

yükləmək  olur.  Bu  zaman  robot 

özünü  həmin  xəstə  kimi  aparmağa 

başlayır.  Onlar  xəstələnəndə  ağ-

layır,  zarıyır,  nəfəsləri  daralanda 

gözləri bərəlir, soyuqdəyməsi olan-

da tərləyir, ağız suyu tökülür və bur-

nu  axır.  Astma  zamanı  isə  “METİ” 

təngnəfəs olur, boğulmağa başlayır. 

Otaqdakı böyük monitorda xəstənin 

şikayətləri,  qanın  oksigenlə  doy-

ma  dərəcəsi,  qanda  fermentlərin 

səviyyəsi  və  s.  bu  kimi  göstəricilər 

yazılır.  Tələbə  də  bu  məlumatlara 

əsasən 


xəstənin 

durumunu 

müəyyənləşdirir və ona müalicə ya-

zır.  Reseptdəki  dərmanlar  xəstəyə 

veriləndən sonra “METİ” sağalırsa, 

deməli, tələbə düzgün diaqnoz qoy-

muşdur.

Bundan  başqa,  “METİ”də  200 



növ  xəstəliyin  klinikasını,  ağırlıq 

dərəcəsinin  modelini  yaratmaq 

olur.  Əsasən  də  intensiv  terapiya, 

xəstənin  ağır  vəziyyətə  salınması 

kimi  hallar  tətbiq  edilir.  Məsələn, 

robot xəstənin əsl kardioqramı çıxa-

rılır.  Tələbə  də  robotun  nəbzini  tu-

tur,  kardioqrama  əsasən  müəyyən 

preparat təyin edir. Əgər “METİ”-nin 

aritmiyası  artırsa,  deməli,  vəziyyət 

pisdir,  tələbə  əks-göstəriş  olan 

dərman yazıbmış.

Robotların 

venasına 

dərman 

yeritmək  imkanı  da  var.  Onlar 



öləndə  monitorda  ürək  döyüntüləri 

dayanır.


Robotların  tədris  prosesində  üs-

tünlüyü  odur  ki,  tələbələrin  öz 

səhvləri  üzərində  öyrənə  bilirlər. 

Həkim  kimi  işləyəndə  isə  onlara 

belə  şans  verilməyəcəkdir.  Hələlik 

“METİ”lərimizi öldürən tələbə olma-

mışdır.

“TƏBİB”

Azərbaycan Tibb Universiteti rezidentlərinin 

2-ci elmi-təcrübi konfransı

Bakıda Beynəlxalq Qalxanabənzər 

Vəzi Gününə həsr olunmuş elmi-

praktik konfrans keçirilib

Tələbələr robotlar 

üzərində təcrübə keçirlər


31 may   2014-ъц ил

http://www.amu.edu.az

5

Bu 

gün 

ölkəmizin 

ən  ünlü  klinikalarında 

calışan, 

ad-sanları 

və 

əməli  fəaliyyətləri  ilə 

səhiy yəmizin 

Avropa 

tib  binə 

inteqrasiyasına 

çalışan 

həkimlərimizin 

sayı onlarcadır. Bu sırada 

Türkiyənin    səhiyyə  mü-

əsisələrində  böyük  həyat 

yoluna  və  akademik  təh-

silə 

yiyələnmiş 

gənc-

lərimizdən  biri  də  həm-

yerlimiz  professor    Afiq 

Bərdəlidir. 

Mayın  16-da  Türkiyənin 

Ege  Universitetinin  tibb 

fakültəsinin  uşaq  sağ-

lamlığı  və  uşaq  genetik 

xəstəlikləri uzmanı,  tanın-

mış    professor      Afiq 

Bərdəli  ilə    ATU-  nun 

Tədris    Cərrahiyyə 

K l i n i k a s ı n d a 

ə m ə kd a ş l a r ımızın  

görüşü olmuşdur 

Qonağı    tədbir  iş-

tirakçılarına 

təqdim 

edən 


universitetin 

elmi işlər üzrə prorek-

toru,  professor  İbra-

him  İsayev  məlumat 

üçün  bildirdi  ki,  Afiq 

Bərdəli  1962-ci  ildə 

respublikamızın  dil-

bər  guşələrindən  biri 

Bərdə rayonunda ana-

dan olub. O, 1979-1985-ci 

illərdə  Azərbaycan  Tibb 

Universitetinin  pediat ri ya 

fakültəsində  təhsil  almış, 

bir müddət  Rusiyada Fe-

derasiyasında calış dıqdan 

sonra,    qardaş  Türkiyədə 

28  yaşında  olarkən  tibb 

elmləri  doktoru  adını  al-

mışdır. O, tibb elminin çox 

mühüm  və  modern  bir 

sahəsində  tanınmış      bir  

mütəxəssisdir. 

Sözünə 

davam  edən  İ.İsayev  vur-



ğuladı  ki,    Afiq  Bərdəli 

Türkiyənin İzmir şəhərində  

“Şəfa  Özəl  Xəstəxanalar” 

şəbəkəsinin  Genetik  Di-

aqnostika 

Mərkəzini 

yaratmış  və  rəhbəri  ol-

muş,    eyni  zamanda 

Ege  Universitetində  Kök 

Hüceyrəsi 

kafedrasının 

qurucusu və professo ru, o 

cümlədən  həmin  Univer-

sitetin    tibb  fakültəsində 

Molekulyar  Tibb  labora-

toriyasının  müdiridir.  O, 

beynəlxalq  dərəcəli  tib-

bi  nəşrlərdə  dərc  olun-

muş 25 elmi və 129 araş-

dırma 


istiqamətli 

mə-


qalənin  müəllifidir.  Tibb 

sahəsində  fəaliyyətinə  və 

tədqiqatlarına görə 23 me-

dala və onlarca sertifikata  

layiq görülmüşdür. 

Tədbirdə  o  da  vurğulan-

dı  ki,  tibb  elmləri  doktoru, 

professor  Afiq  Bərdəlinin  

yaratdığı Molyekulyar Tib-

bi Laboratoriya  Türkiyədə 

ilk  və  tək,  dünyada  isə    3 

elmi mərkəzdən biridir.  Bu 

laboratoriyanın 

qurucu-


su  professor    Afiq  Bərdəli  

“Avropada  çox  yüksək  bir 

bal alaraq akkreditə olma-

ğa  haqq  qazanıb.  Qeyd 

edimişdir  ki,  Türkiyənin  

bütün universitet və dövlət 

xəstəxanalarından  xəstə 

qəbul  edən  bu  laboratori-

ya  “Genetik böyrək nara-

hatlıqlarının  diaqnozu”nu 

qoyan  yeganə  mərkəzdir. 

Ayrıca 


olaraq 

tiroid 


xərçənginin 

molekulyar 

erkən  diaqnozunu  ilk  qo-

yan  mərkəz  də  bura  ol-

muşdur.  Ege  Universiteti-

nin  Uşaq  xəstəxanasında 

yaradılan  bu  laboratoriya 

bütün  Türkiyənin  səhiyyə 

sistemində 

barmaqla 

göstərilən və istinad edilən 

bir  elm  mərkəzidir.  Bu 

günə qədər 30 mindən çox 

xəstə burada müayinədən 

keçmişdir. 

Daha  sonra  bildirildi    ki, 

Afiq  Bərdəli  ölkəmizdə 

də  “Afgen” Genetik Diaq-

noz  Mərkəzini  yaratmışdır  

və  hazırda  bu  mərkəzdə 

hər  hansı  bir  genetik  tes-

tin  edilməsi  və  ya  genetik  

ətraflı genetik məsləhətlər  

verilir.


  Sonra  professor  Afiq 

Bərdəli  “Tibdə  müasir 

genetikanın  nailliyyətəri” 

mövzusunda    mühazirə  

oxumuş,    və    tibbin    bu 

sahəsində  onun    əldə et-

diyi nailiyyətlərlə  bağlı,  o 

cümlədən qazandığı  uğur-

lar    barədə  həmkarlarını 

maraqlandıran  sualları da  

cavablandırmışdır.

Professor  Afiq  Bərdəli 

onun  üçün  doğma  olan 

Tibb  Universitetində  - 

elm  və  sağlamlıq  məbə-

dinin   əməkdaşları ilə belə  

yüksək  səviyyədə    görü-

şün    keçirilməsini  təşkil 

edənlərə,  şəxsən    uni-

versitetin    rektoru,    millət 

vəkili,  akademik  Əhliman 

Əmiraslanova 

 

dərin 


təşəkkürünü    bildirmiş  və 

tədbir  iştirakçılarının    hər 

birinə    öz    minnətdarlığını  

çatdırmışdır.  

Görüşdə    Tədris  Cər-

rahiyyə  Klinikasının  direk-

toru, dosent Hacıqulu Ba-

ğırov iştirak edirdi.



MƏNSUR

Tanınmış həmyerlimiz professor  Afiq Bərdəli 

ilə universitetimizdə görüş olmuşdur

 

R



adiasiya 

təhlükəsizliyinin 

tədrisi üzrə görülən 

işlər haqqında 

məlumat almaq, bu 

sahə üzrə işə cəlb 

edilmiş müəllimlərlə 

birgə müzakirələr 

aparmaq və onların 

təkliflərini dinləmək 

üçün Azərbaycan 

Respublikası 

FHN-nin Nüvə və 

Radioloji Fəaliyyətin 

Tənzimlənməsi üzrə 

Dövlət Agentliyinin  və 

Litva     Respublikasının 

Radiasiyadan Qorunma Mərkəzinin 

nümayəndələrinin birgə iştiraki ilə 

Azərbaycan Tibb Universitetində 

görüş keçirilmişdir.       

Görüş Azərbaycan Respublikası Fövqəladə Hallar 

Nazirliyi (FHN) ilə Litva Respublikasının Radiasi-

yadan Qorunma Mərkəzi və Litva Respublikasının  

Layihələrin İdarə Edilməsi Agentliyi arasında imza-

lanmış AZ12/ENP-PCA/OT/21 nömrəli “Azərbaycan 

Respublikasında Radiasiya Təhlükəsizliyi İnfrastruk-

turunun gücləndirilməsi və Dəstəkləyici Xidmətlərin 

İnkişaf Etdirilməsi” adlı Tvininq layihəsi çərçivəsində 

keçirilmişdir. 

Toplantıda, ümumi gigiyena kafedrasının  müdi-

ri, professor Mirzə Kazımov geniş məruzə ilə çıxış 

etmiş və ətraflı müzakirələr aparılmışdır.

Məruzə və müzakirələr zamanı  verilmiş təkliflər 

radiasiya təhlükəsizliyi üzrə təlim və təhsil işinin 

təkmilləşdirilməsi istiqamətində hazırlanacaq dövlət  

proqramında  öz əksini tapacaq.

Görüşdə universitetin Mülki Müdafiə Qərargahı, 

ümumi gigiyena kafedrasının və MMTX kursu-

nun  professor-müəllim heyəti, Tədris Cərrahiyyə və 

Stomatologiya kilinikalarının nümayəndələri iştirak 

etmişlər.



F.MƏMMƏDOV,

Mülki Müdafiə Qərargahının rəisi

HƏYAT VƏ RADİASİYA TƏHLÜKƏSİZLİYİ

http://www.amu.edu.az

31 may  2014-ъц ил

6

Bu  gün  ölkəmizdə  uşaq  əhalisinə  ix-

tisaslaşmış tibbi xidmətin göstərilməsi 

məqsədilə mütəxəssislərin hazırlanma-

sında  Azərbaycan  Tibb  Universitetinin 

(ATU)  Müalicə-profilaktika  fakültəsinin 

Uşaq xəstəlikləri kafedrasının rolu da-

nılmazdır.  İlk  dəfə  1924-cü  ildə  Bakı 

Dövlət Universitetinin tibb fakültəsinin 

nəzdində yaradılan adı çəkilən kafedra 

ATU-nun  ən  qocaman  kafedralarından 

hesab  olunur.  Kafedranın  fəaliyyəti,  o 

cümlədən  bizi  maraqlandıran  bir  sıra 

məqamlarla bağlı  kafedraya rəhbərlik 

edən Səhiyyə Nazirliyinin baş pediatrı, 

əməkdar  elm  xadimi,  professor  Nəsib 

Quliyevə müraciət etdik. 

Qısa arayış

Nəsib Quliyev 1992-ci ildən kafedraya 

rəhbərlik  etməklə  yanaşı,  həmçinin  

1994-cü  ildən  K.Y.Fərəcova  adına 

Elmi-Tədqiqat Pediatriya İnstitutunun 

direktoru,  Türk  Dünyası  Pediatrlar 

Birliyinin prezidentidir. Eyni zamanda 

350-ə  qədər  elmi  məqalənin  müəllifi, 

25-dən  artıq  namizədlik,  2  doktorluq 

dissertasiyalarının  elmi  rəhbəri  və 

konsultantıdır. 

Avropanın bir hissəsi olaraq müasir 

dövrün tələblərindən kənar deyilik

- Rəhbərlik etdiyim Uşaq xəstəliləri kafed-

rası ilk dəfə 1924-cü ildə Bakı Dövlət Univer-

sitetinin tibb fakültəsinin nəzdində yaradılıb. 

O  vaxtdan  indiyədək  də  fəaliyyətini  davam 

etdirir.  Faktiki  olaraq  rəhbərlik  etdiyim  ka-

fedranın  bu  il  90  yaşı  tamam  olur.  Kafedra 

hazırda iki böyük bazada yerləşib. Onlardan 

biri – K.Y.Fərəcov adına  Elmi-Tədqiqat Pedi-

atriya İnstitutu, digəri isə ATU-nun Tədris Te-

rapevtik Klinikasıdır. 1992-ci ildən kafedraya 

rəhbərlik edirəm. Bilirsiniz ki, Tədris Terapev-

tik  Klinika  ölkə  prezidentinin  sərəncamı  ilə 

inşa olunub və müasir tələblərə cavab verən 

tibbi avadanlıqlarla təchiz edilibdir. 

Təbiidir ki, adı çəkilən institut və klinikanın 

burada    müalicə  olunan  xəstə  uşaqların  di-

aqnostikası,  müalicəsi  və  tədris  prosesinin 

təşkilində  böyük  rolu  vardır.  Kafedramızda 

bu gün məndən başqa 2 nəfər  elmlər dok-

toru,  professor  fəaliyyət  göstərir.  Kafedrada  

9 dosent fəaliyyət göstərir, 17 nəfərinin elmi 

dərəcəsi  var.  Bayaq  qeyd  etdiyim  kimi,  3 

nəfər tibb elmləri doktoru, professor, 14 nəfər 

isə elmlər namizədidir. 

Möhtərəm 

Prezident 

İlham 


Əliyev 

cənablarının  2010-cu  il  aprelin  10-da  imza-

ladığı  xüsusi  sərəcamla  kafedramızın  2-ci 

bazası olan K.Fərəcov adına  Elmi-Tədqiqat 

Pediatriya  İnstitutunun  yenidən  qurulması 

və maddi-texniki bazasının yaxşılaşdırılması 

məqsədilə  Prezidentin  Ehtiyat  Fondundan 

başlanğıc olaraq vəsait ayrılıb. Hazırda insti-

tutun əsaslı təmiri, yenidənqurulması və mü-

asir  avadanlıqla  təchiz  olunması  işi  davam 

etdirilir.  Nəzərdə  tutulub  ki,  bu  ilin  sonuna 

kimi institutda təmir işləri tamamilə başa çat-

dırılsın.

Təbiidir  ki,  bu    da  həm  burada  çalışan-

ların,  həm  kafedra  əməkdaşlarının  iş 

şəraitini,  həm  də  burada  müalicə  olunan 

pasiyentlərin  müalicə-diaqnostika  işlərinin 

keyfiyyətinin  və tədrisin səviyyəsinin daha 

da yüksəlməsinə səbəb olacaqdır. 

Bildiyiniz kimi, ATU-da pediatriya fakültəsi 

öz  fəaliyyətini  dayandırıbdır.    ATU-nun 

tələbələri klinik ixtisas  üzrə yalnız müalicə 

işi  fakültəsində  təhsil  aldığından  üzərimizə 

düşən  məsuliyyət  bir  az  da  artıbdır.  Buna 

görə  də  biz  ciddi-cəhdlə  çalışmalıyıq  ki, 

tələbələrimiz  uşaqların  anatomik-fizioloji 

xüsusiyyətləri,  sağlam  uşaqların  qidalan-

dırılması,  körpə  uşaqlara  qulluq,  uşaqlar 

arasında  rast  gəlinən  xəstəliklər,  onların 

diaqnostikası  və  müalicə  məsələləri,  uşaq-

larda  xəstəliklərin  qarşısının  alınması  ilə 

bağlı  həyata  keçirilən  peyvənd  işi  (immu-

nizasiya)    və  s.    ilə  bağlı  məlumatları  yaxşı 

mənimsəyə  bilsinlər.  Avropanın  bir  hissəsi 

olaraq  müasir  dövrün  tələblərindən  kənar 

deyilik.  Bu  səbəbdən  artıq  bizim  kafedrada 

da    bu  ildən  etibarən    müalicə  fakültəsinin 

tələbələri  kredit  sistemi  ilə  təhsil  almağa 

başlayıblar. Bu məsələ ilə bağlı qısa müddət 

ərzində fənnimizə aid bütün proqramı əhatə 

etməklə  1500-ə  yaxın  test    hazırlanaraq 

test  mərkəzinə  təqdim  olunubdur.  Mövqeyi-

miz  isə  ondan  ibarət  oldu  ki,  test  suallarını 

tələbələrdən  gizlətmək  məqsədəuyğun  de-

yil. Tələbələrin məlumatlı olması üçün hamı-

sı  internetə yerləşdirilməlidir. Bunu etməkdə 

məqsəd də ondan ibarətdir ki, tələbələrimiz 

testdə  nəzərdə  tutulmuş  biliklərə  sahib  ola 

bilsinlər.  Bəzi  insanlar  belə  düşünürlər  ki, 

test üsulu ilə tələbə, mütəxəssis hazırlamaq 

olmaz, burada əzbərçiliyə yol verilir. Əslində 

belə deyil, tələbələr universitetdə qiyabi oxu-

murlar.  Onlar  əyani  təhsil  alır,  gün  ərzində 

kurrasiya  məşğələlərində  olur,  kafedranın 

əməkdaşları  ilə  bilavasitə  ünsiyyətdədirlər. 

Həmçinin    dərs  keçdikləri  yerdə  xəstələri 

görürlər.  Bu  da  əzbərçiliyin  qarşısını  alır, 

tələbələrin  əhatəli  şəkildə  bilik  və  təcrübə 

əldə etməsinə şərait yaradır.  

Bir  sözlə,  bu  gün  kafedramızın  istər 

tədris  bazaları,  istərsə  də  müəllim  nöqteyi-

nəzərdən  elə bir ciddi problemi yoxdur. Dü-

şünürük  ki,    həm  tədrisin,  həm  müalicə  işi-

nin, həm əməkdaşlarımız tərəfindən aparılan 

elmi-tədqiqat  işlərinin  keyfiyyətinin  daha  da 

yüksəlməsinə  qısa  zaman  ərzində  nail  ola 

biləcəyik.  


Yüklə 290,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin