TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


Biliyin aşkarlanmasının problemləri



Yüklə 386,5 Kb.
səhifə44/51
tarix02.01.2022
ölçüsü386,5 Kb.
#40852
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   51
TƏHSİLDƏ ikt

Biliyin aşkarlanmasının problemləri.

İntellektual informasiya texnologiyalarının mərkəzi problemi mütəxəssislərin əlaqədar predmet sahəsində biliklərin alınması və kompüter yaddaşında mühafizə edilməsidir. Aktual və səmərəli biliklərin kompüter yaddaşında formallaşdırılmış əksini təmin edən metod, vasitə və texnologiyaları araşdıran nisbi-müstəqil elm sahəsi kimi bilik mühəndisliyi keçən əsrin 80-ci illərindən yaranmış və inkişaf etmişdir. Bilik mühəndisliyi biliyin əldə edilməsi, təhlili və intellektual təlim sistemlərilərdə reallaşdırılması problemlərini öyrənir.

Hazırda biliyin əldə edilməsinin 3 istiqaməti daha geniş yayılmışdır:

1) avtomatlaşdırılmış üsullar əsasında ekspertlə xüsusi proqramın dialoqu nəticəsində bilik bazasının yaradılması. Bu üsulda biliyin strukturu əvvəlcə proqramda təsvir edilir, lakin biliyin formallaşdırılmış strukturunu əvvəlcədən işləmək tələb olunur. Üsul biliyin alınması və ya aşkarlanması adlanır;

2) bilik mühəndisinin bilik mənbəyi ilə canlı əlaqəsi nəticəsində biliyin əldə edilməsi və bilik bazasına proqramlaşdırılmış üsullarla daxil edilməsi. Bu üsul biliyin seçilməsi adlandırılır;

3) biliyin əldə edilməsi, aşkarlanması üçün məlumat təhlilinin model, metod və alqoritminin işlənməsi. Bu üsul biliyin formalaşdırılması adlanır. Üsul ənənəvi olaraq bilik bazası sahəsində araşdırmaların ən perspektiv və fəal surətdə inkişaf etdirilən istiqaməti hesab edilir.

Beləliklə, üç əsas strategiya müəyyənləşdirmək olar: biliyin alınması (aşkarlanması), biliyin seçılməsi və biliyin formalaşdırılması.

ES-lərinin işlənməsi sahəsində təcrübələr göstərir ki, biliyin seçılməsi strategiyası MBD ölkələri üçün daha realdır, çünki digər iki strategiyanı reallaşdırmaq üçün proqram vasitələri və onların tətbiq təcrübələri bizə məlum deyil.

Biliyin seçilməsi nisbətən çox vaxt və əmək tələb edən prosesdir. Bu strategiya bilik mühəndisindən koqnitiv psixologiyanı, sistem təhlili metodlarını, riyazi məntiqi və proqramlaşdırmanı yaxşı bilməyi tələb edir. Çünki predmet sahəsinin elə əlverişli modelini qurmaq lazımdır ki, qərar qəbul etmək üçün ondan asan və rahat istifadə edilsin.

ES-lər sahəsində təcrübəsi nisbətən az olan bilik mühəndisləri bəzən bilikləri seçməyi və formalaşdırmağı ekspertlərin öhdəsinə verirlər. Bu, ES-lərin işlənməsində ən yararsız strategiyadır. Çünki, təfəkkür məhsulları ancaq canlı dialoq nəticəsində aşkarlana, seçilə və sistemləşdirilə bilər, digər tərəfdən ekspertlərin əksəriyyəti bilik mühəndisliyini səif bildiyindən əlaqədar predmet sahəsinin model strukturunu qura bilmirlər. Buna görə də biliyin seçilməsində bilik mühəndisi ilə ekspertin canlı dialoqu vacib şərtdir.

Biliyin seçilməsi prosedurunun üç cəhəti fərqləndirilir: psixoloji, linqvistik və qnesiliji cəhətlər.

Psixoloji cəhət biliyin alınmaında, seçilməsində əsasdır. Çünki bilik mühəndisi ilə mütəxəssis – ekspert arasında qarşılıqlı əlaqənin müvəffəqiyyəti və səmərəliliyi psixoloji amillərin istifadə dərəcəsindən çox asılıdır. Bundan başqa dialoq prosesində əvvəllər ehtimal edilməyən yeni biliklər də aşkarlana bilər. Müəyyən edilmişdir ki, canlı ünsiyyətdə də informasiya itirilməsi həddi çoxdur və mərhələlərlə müəyyən edilərək informativlik əmsalı belədir:



  • ekspertin müəyyən məsələyə dair daxili fikir əmsalı – 100%;

  • həmin fikrin söz formasını alması həddi– 90%;

  • fikrin sözlə ifadəsi əmsalı – 80%;

  • fikrin dinlənilmə əmsalı – 70%;

  • fikrin başa düşülmə əmsalı – 60%;

  • deyilən fikrin bilik mühəndisinin hafizəsində qalma əmsalı – 24%.

Hazırda psixoloji cəhətdən biliyin seçilməsinin üçdərəcəli struktur modeli müəyyən edilir:

  1. birbaşa əlaqə dərəcəsi;

  2. prosedur dərəcəsi;

  3. koqnitivlik1 dərəcəsi.

Birbaşa əlaqə dərəcəsi baxımından bilik mühəndisi aşağıdakı keyfiyyətlərə malik olmalıdır:

  • xeyirxahlıq və insansevərlik;

  • yumor hissi;

  • yaxşı yaddaş və diqqət;

  • təsəvvür və həssaslıq;

  • intizamlılıq və inadkarlıq;

  • ünsiyyət qabiliyyəti;

  • geyim manerası;

  • özünə inam.

Prosedur dərəcəsi baxımından bilik mühəndisi predmet sahəsində müəyyən biliklərə malik olmalıdır. Ekspertlə müsahibə apararkən hər seansa 20-25 dəqiqədən artıq vaxt ayırmaq müəyyən yorğunluğa səbəb olur. Söhbətin əsas məzmunu qeyd edilməlidir.

Koqnitiv psixologiya mövqeyindən bilik mühəndisi üçün bir sıra vacib xüsusiyyətlər vardır:



  • özünə təbii görünən və aydın olan hər hansı modeli ekspertə məcburən qəbul etdirməməli;

  • ekspertlə işləmək üçün müxtəlif metodlardan istifadə etməli;

  • predmet sahəsində əsas anlayışları və onların əlaqələrini müəyyənləşdirməyi təmin edən baş məqsədi dəqiq müəyyən etməli;

  • bir sıra hallarda ekspertin mühakimə və fikirlərini aydın dərk edilən və yadda qalan sxem formasında təsvir etməli.

Bilik mühəndisi ilə ekspetrin ünsiyyəti təbii ki dil zəminində baş verir.

Dil digər işarə sistemləri ilə yanaşı, təfəkkürün əsas şifahi ifadə vasitəsidir. Bilik mühəndisinin və ekspertin danişdığı dil və düşüncə tərzi müxtəlif ola bilər.

Beləliklə, bilik mühəndisinin dili üç komponentdən ibarətdir:


  1. ekspertlə işləməyə hazırlıq dövründə əlaqədar ixtisas ədəbiyyatından əldə edilən terminlər;

  2. ümumielmi terminlər;

  3. adi danışıq dili;

Ekspertin dilinin komponentləri bunlardır:

  • predmet sahəsində işlədilən termin və anlayışlar;

  • ümumielmi terminlər və adi danışıq dili;

  • neologizm, yəni ekspertin iş zamanı istifadə etdiyi peşəkar jarqonlar.

Bilik mühəndisinin və ekspertin danişdığı dil komponentlərindən ümumielmi terminlər və adi danışıq dili təqribən eynidir. Onların qarşılıqlı əlaqələrini optimallaşdırmaq üçün ümumi dil (kod) formallaşdırılmalıdır. Həmin dil sonralar semantik şəbəkəyə çevrilir və predmet sahəsinin bilik modelini yaradır.

Biliyin seçilməsi prosesində bilik mühəndisinin ekspertlərin qeyri-ənənəvi, yəni fərdi bilik və təcrübələri daha çox maraqlandırır. Çünki, ES-lər üçün orijinal mühakimələr daha qiymətli hesab edilir. Beləliklə, fəlsəfi cəhətdən ekspertin biliklərinin iki səviyyəsi fərqləndirilir: empirik biliklər (müşahidələr, hadisələr); nəzəri biliklər (qanunlar, abstraksiyalar, ümumiləşdirmələr).

Elmi biliklərin alınmasının, əldə edilməsinin daxili uyğunluq və ziddiyyətli olmaması, sistemlilik, obyektivlik, tarixilik kimi meyarları da müəyyənləşdirilmişdir ki, bu meyarların hər birinin öz xarakteristikası, mahiyyəti və xüsusiyyətləri vardır.

Bilik mühəndisi üçün idrakın metodoloji strukturu aşağıdakı mərhələlərdən ibarətdir:

- faktların təsviri və ümumiləşdirilməsi - faktlar toplanaraq sistemləsdirilir.

- əlaqə və qanunauyğunlyqların müəyyənləşdirilməsi - faktlar arasında məntiqi əlaqələr qurulur.

- ideallaşdırılmış modelin qurulması - termin və anlayışlar sistemi, həmçinin riyazi və məntiqi vasitələr istifadə edilməklə biliklərin qismən formallaşdırılmış struktur modelinin yaradılmasıdır.

- modelin izahı və onun perspektivliyinin əsaslandırılması - ekspertin aşkarlanmamış bilikləri dolğun və obyektivdirsə, onların əsasında proqnoz vermək və əlaqədar predmet sahəsində istənilən hsdisəni izah etməkdir.

Adətən, ES-lərin bilik bazalarına komponentlərin fraqmentliyi və modulluğu - əlaqəsizliyi xas olduğundan bazada yeni qanunauyğunluqların əvvəlcədən formallaşdırılmasına və onda açıq şəkildə olmayan hadisələrin izahına inkan vermir. Lakin burada yeni ideyaların generasiyasına yönəlmiş xüsusi məntiqi sistemin olması istisnalıq təşkil edir.


Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin