Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) abş Amerika Birləşmiş Ştatları



Yüklə 2.36 Mb.
Pdf просмотр
səhifə1/7
tarix20.06.2017
ölçüsü2.36 Mb.
  1   2   3   4   5   6   7

 

 

 



 

 

 



 

 

 



 

Taxirəsalınmaz Yardımının Əsasları  (TYƏ) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



ABŞ  - Amerika Birləşmiş Ştatları 

AXD - Avtomatik Xarici Defibrillator  

AÜA -Amerika Ürək Assosiasiyası  

ƏYD -Əsas Yaşam Dəstəyi 

ÜAR- Ürək-Ağciyər Reanimasiyası 

TKY- Təcili (Təxirəsalınmaz) Kardiovaskulyar Yardım 

 

 

 



1-ci Hissə 

                                  Ümumi anlayışlar 

 

GİRİŞ 


___________________________________________________________________________ 

Sizə Sağlığı Təmin Edənlərə aid Taxirəsalınmaz Yardımının Əsasları  (TYƏ) kursunu təqdim 

edirik. Bu kursda əldə etdiyiniz bilik və bacarıqlarla siz həyat qurtara bilərsiniz. Zərərçəkənlərin 

yaşından asılı olmayaraq ürək-ağciyər reanimasiyasına (ÜAR) aid bacarıqları mənimsəyib 

xilasediçı qrup şəraitində ÜAR-sı təcrubəsi qazanacaqsınız. Avtomatik xarici defibrillatorun 

(AXD)  istifadə qaydasını və kəskin tənəffüs çatmamazlığında (məsələn, nəfəs yollarının yad 

cismlə obstruksiyasında) yardım tədbirlərini öyrənəcəsiniz. Bu kursda əldə etdiyiniz bacarıqlarla 

siz ürəyin dayanması kimi təxirəsalınmaz vəziyyətləri düzgün qiymətləndirib müvafiq yardım 

göstərməyə qadir olacasınız. 

 

Profilaktikasında mühüm irəliləməyə baxmayaraq, ürəyin dayanması dünyanın bir çox yerində, 



önəmli ictimai sağlıq problemi və ölümün aparıcı səbəbi kimi qalır. Ürəyin dayanması həm 

klinika şəraitində, həm də klinika xaricində rast gəlinir. ABŞ və Kanadada, ildə təqribən 350000 

(onlardan təxminən yarısı klinika şəraitində) adamda ürəyin dayanması olur və onlara 

reanimasion tədbirlər təşəbbüsü edilir. Bu rəqəmə ürəyin dayanması halda reanimasion  

təşəbbüsü görməyən zərərçəkənlər daxil olmayıb; onlar da önəmli miqdar təşkil edir. 


_____________________________________________________________________________ 

Dərsliyin         

  məqsədi         

Bu dərslik tibb işçilərinin müxtəlif klinika daxili və klinikadan kənar şəraitlərdə ürək- ağciyər 

reanimasiyasının ÜAR icrasına aid lazımı biliklərə   diqqəti cəlb edir. Dərslikdə öyrəniləcək 

məlumat və bacarıqlar aşağıdakı məşğələlərə bölünür: 

 



Sağqalma silsiləsinin başlanması 

 



Böyük yaşlı, uşaq, və körpə zərərçəkənlərdə təcili, yüksək keyfiyyətli ürək 

massajının aparılması 

 

AXD erkən istifadəsinin başlanması 



 

Müvafiq tənəffüsün təmin edilməsi 



 

ÜAR-sını 2-nəfərlik xilasedici qrupla aparılması 



 

Kəskin tənəffüs çatmamazlığında  yardım tədbirləri 



                         

   Aparıcı anlayışlar  

___________________________________________________ 

 Yüksək keyfiyyətli ÜAR-sı zərərçəkənlərin yaşama (sağ qalma)       şanslarını artırır. Yüksək  

keyfiyyətli ÜAR-sının əsas xarakteristikaları: 

 

ürəyin dayanmasını təyin edən kimi 10 saniyə ərzində ürək massajının başlanması 



 

möhkəm və tez-tez basma: Massajı ən azı 100/dəq. sürəti ilə, basmanın dərinliyi ən 

azı 5 sm böyüklərdə, 5 sm uşaqlarda, 4 sm körpələrdə olmalıdır. 

 



Hər kompressiyadan  (ürək massajından) sonra döş qəfəsinin tam yerinə qayıtmasına 

imkan verilməsi 

 



Kompressiyalarası fasilələrin imkan daxilində  qısaldılması (fasilələrin 10 saniyədən 

az davam etməsinə çalışın). 

 

döş qəfəsini qaldıran effektiv tənəffüsün verilməsi. 



 

Artıq havalandırmaya yol verilməməsi. 

___________________________________________________ 

 

Sağqalma Silsiləsi 

___________________________________________________

 

Təlimin           Bu bölümü oxuduqdan sonra siz Amerika Ürək  

  məqsədi           Assosiasiyasının (AÜA) böyüklərdə

 

Sağqalma Silsiləsi 



                        zəncirlərinin adlarını və hər  zəncirin vacibliyini   

                          biləcəsiniz.                        

___________________________________________________ 

 

Böyüklərdə

 

Sağqalma  Silsiləsinə giriş                 

 AÜA uzun illərdir ki, təcili  kardiovaskulyar  yardım (TKY) təsəvvürünün  qəbul edilməsi, 

dəstəyində, və inkişafında kömək edir. “Sağqalma Silsiləsi” termini TKY  konsepsiyasının 

elementləri üçün  faydalı bir metaforadır (Şəkil 1). Böyüklərin Sağqalma Silsiləsinın                                    

5 zənciri aşağıdakılardır: 

                                          

 



Ürəyin dayanmasının təcili təyin edilməsi  və təcili yardım                                          

təşkilatlarının  aktivləndirilməsi (təcili yardım təşkilatlarına                   zəng etmə) 

 

Ürək massaji əsas olmaq şərti ilə erkən ürək-ağciyər reanimasiyası (ÜAR) 



 

Tez zamanda defibrillasiya 



 

Effektiv irəlidilmiş yaşam dəstəyi  



 

Ürəyin dayanmasından sonrakı müalicə tədbirləri 



 

 


 

 

Şəkil 1. Böyüklərin



 

Sağqalma Silsiləsi.         

 

Əsas yaşam dəstəyi bacarıqları və prioritetləri daha yaxşı yadda qalmaq üçün konkret addımlar 

ardıcıllığı kimi öyrədilsə də, bir neçə xilasedici olan hallarda, müxtəlif addımları bir vaxtda  

etmək olar (məsələn, ÜAR-sı başlayıb təcili yardım təşkilatlarına zəng etmə,  aktivləndirmə). 

                                   

Uşaqlarda

 

Sağqalma Silsiləsinə giriş                

 

 Böyüklərdə ürəyin dayanması çox vaxt qəfildən baş verib  ürəkdə olan səbəbdən irəli gəlsə də, 

uşaqlarda ürək dayanması adətən respirator  çatmamazlıq və şokla əlaqəli, ikincili olur. Pediatrik 

ürək dayanma hallarının qabağını almaq üçün və sağalma ehtimalının artmasında, belə        

problemli uşaqların vaxtında aşkar edilməsi zəruridir. Ona görə,                                      uşaqların

 

Sağqalma Silsiləsinə profilaktik zəncir əlavə edilib (Şəkil 2):    

                                         

 



 

Ürək dayanmasının qabağının alınması 

 

Yaxında olan seyrçi tərəfindən erkən başlanan ÜAR 



 

Təcili tibbi yardım (ya başqa təcili yardım təşkilatlarınerkən aktivləndirilməsi 



 

Effektiv irəliləmiş yaşam dəstəyi (tez stabilləşdirmə və uyğun tibbi/reabilitasiya 



mərkəzinə çatdırılma daxil olmaqla) 

 



Ürəyin dayanmasından sonrakı müalicə tədbirləri 

 

 

 

 

 (Şəkil 2): Uşaqlarda

 

Sağqalma Silsiləsi. 

___________________________________________________



 

 

Amerika Ürək Assosiasiyasının (AÜA) ÜAR və Təcili Kardiovaskulyar Yardıma (TKY) dair 

təkliflərin 2010-cu ilin təzələnməsi 



 

Ümami İcmal 

 Amerika Ürək Assosiasiyasının (AÜA) ÜAR və Təcili Kardiovaskulyar Yardıma (TKY) dair 

tibb işçiləri üçün  2010-cu ilin yenilənmiş təkliflərinə aşağıdakı önəmli dəyişikliklər daxildlr: 

 



Əsas yaşam dəstəyində (ƏYD) ardıcıllığın dəyişilməsi 

 



ÜAR-nın yüksək keyfiyyətlə keçirilməsi zəruri olaraq qalır, cuzi dəyişikliklər 

kompressiyaların (ürək massajinın) sayına və dərinliyinə aiddir 

 

Əlavə dəyişikliklər üzüyəoxşar ximirçəyə təzyiq, nəbzin kontrolu, 



və körpələrdə AXD - Avtomatik xarici defibrillatorun istifadəsinə 

aiddir 

 

___________________________________________________



 

 

Təlimin      Bu bölümü oxuduqdan sonra siz elmi tədqiqatların  

 məqsədi      nəticələrinə uyğun aparılan AÜA-nın  ÜAR və TKY aid 

                     2010-cu ilin yeniliklərini öyrənəcəsiniz.    

___________________________________________________



 

Ardıcıllıqda dəyişikliklər:A-B-C yox,            

C-A-B       

 

AÜA-nın ÜAR və TKY 2010 ilin təklifləri Əsas Yaşam Dəstəyinın (ƏYD)  addımlarında 



böyüklər, uşaqlar, və körpələr üçün ardıcıllığın 

A-B-C-dən (Airway-Tənəffüs yolları, Breathing-Tənəffüs, Chest compressions-Ürəyin massaji)  

C-A-B-yə (Ürəyin massaji, Tənəffüs yolları, Tənəffüs) dəyişilməsini tövsiyyə edir. ÜAR-nın 

ardıcıllığında edilən bu dəyişikliklər əvvəllər ÜAR-nı öyrənən hər bir şəxsin yenidən 

öyrədilməsini tələb edir. AÜA 2010 ilin  yenilənməsinə cəlb olunan ekspert  və müəlliflərin 

arasında olan anlaşmaya görə, dəyişikliklər sağqalma ehtimalını artıracaq. 

 


 

 

C   

Döş qəfəsi kompressiyaları

 

               (ürəyin massaji)

 

 

A   

Tənəffüs yolları 

 

 

 

B   

Tənəffüs

 

 

 



  

 

A-B-C ardıcıllığında ürək massajı çox vaxt gecikmiş olur, çünki xilasedici ağızdan-ağıza nəfəs 



vermək üçün tənəffüs yolunu açmalı, baryer alətləri toplamalı, və ya havalandırma 

ləvazimatlarını yığmalı olur. Ardıcıllıqın C-A-B kimi dəyişməsində, xilasedici ürək massajını 

daha tez başlaya bilər, və nəfəs verilmədə ləngimə minimal olmalıdır (yalnız ürək massajının 1-

ci dövrəsində  30 kompressiyaya tələb olunan zaman, ya 18 saniyə/ya ondan az; ÜAR-sını 

körpəyə ya uşağa iki xilasedici aparırsa, ləngimə hətta daha qısa ola bilər). 

___________________________________________________



 

 

Yüksək keyfiyyətli  ÜAR-nın önəmliliyi          

 

 AÜA-nın ÜAR və TKY 2010 ilin təklifləri təkrar ÜAR-nın yüksək keyfiyyətli olmasına diqqəti 

cəlb edir: 



 

 



kompressiyaların tezliyi ən azı dəqiqədə/100 olması (əvvəlki “təxminən” dəqiqədə/100-ün 

əvəzinə). 

 

kompressiyaların dərinliyi böyüklərdə ən azı 5 sm, uşaqlarda və körpələrdə (1 yaşa qədər) 



kompressiyaların dərinliyi ən azı ön-arxa (anterio-posterior) diametrin 1/3  olmalıdır. Bu 

təqribən körpələrdə 4 sm, uşaqlarda 5 sm edir. Diqqət edin ki, əvvəllələr böyüklərdə 

tövsiyyə edilən 4sm-dən- 5 sm qədər çərçivə artıq istifadə olunmur, və uşaqlarla körpələrdə 

təklif olunan mütləq rəqəmlər əvvəlkindən daha dərindir. 

 

yüksək keyfiyyətli ÜAR-nın  çox önəmli sayılmağa davam edən komponenti  hər 



kompressiyadan (ürək massajından) sonra döş qəfəsinin tam yerinə qayıtma imkanın 

verilməsi, kompressiyalarda məsafələrin mümkün qədər qısa olması, artlq havalandırmaya 

imkan verilməməsi. 

 


AÜA-nın ÜAR və TKY 2010 ilin yenilənmiş  təklifləri ÜAR-nın keyfiyyətini artırmaq yolunda  

ÜAR-nın yardımçı qrup şəraitində aparılmasının önəmli olduğunu nəzərə çarpdırır. Əsas Yaşam 

Dəstəyinə aid olan alqoritm tək xilasedici üçün işlənən yardım addımları idi. 

 ÜAR-nı  qrup şəraitində aparılmasının vacibliyi ondadır ki, təcili tibbi  yardım təşkilatlarının 

çoxunda xilasedici qrupun üzvləri eyni vaxtda bir neçə işi icra edə bilər. Məsələn,  xilasedicinin 

biri təcili yardım sistemini aktivləşdirənə (zəng edənə) qədər, ikinci ürək massajını başlayır, 

üçüncü havalandırmanı təmin edir ya tənəffüsün təmini üçün torba-maskanı quraşdırır, dördüncü 

defibrillatoru istifadəyə hazırlayır. 

___________________________________________________

 

 

Baxma, Qulaq asma, 

Hiss etmə 

 

Dəyərləndirmə mərhələsində “ tənəffüs üçün bax, qulaq as və hiss et” addımının çıxarılması 



edilən başqa bir önəmli dəyişiklikdir. Bu addım ona görə ləğv olunub ki, çox vaxt zərərçəkən 

aqoniyada boğulan zaman yanında olan şəxslər ÜAR-nın başlanqıcını ləngidirlər. Yardım 

göstərən şəxs təcili yardım sisteminə zəng edilməni ləngitməməli, amma 2 işi eyni zamanda 

etməli: zərərçəkənin cavab verib/verməməsini öyrənib və nəfəs verməli idi. Yeni ardıcıllıqda, 

böyük yaşlı zərərçəkən cavab vermir, nəfəs almır, ya normal nəfəs almır (yalnız boğulur), və 

nəbzi yoxdursa, yardımedici təcili yardıma telefon edib, ürək massajını başlayır. Uşaq və körpə 

yaşlı zərərçəkənlər cavab vermir, nəfəs almır, ya boğulur, və nəbzi yoxsa, onlara ÜAR-sı 

aparılır. 

 Yaşından asılı olmayaraq, bütün zərərçəkənlərə (yenidogulanları istisna etməklə),  ÜAR-nı döş 

qəfəsi kompressiyalardan (ürək massajından),  

C-A-B ardıcıllığı ilə, başlayın. Hər kompressiya seriyasından sonra, tənəffüs yollarını açıb 2 

nəfəs verin. 

___________________________________________________

 

 

 

Əlavə dəyişikliklər 



 

AÜA-nın ÜAR və TKY 2010 ilin yenilənmiş  təkliflərində bir sıra əlavə dəyişikliklər edilmiş: 

 

 

      Dəyişikliklər 



                         Ətraflı 

Ürək dayanmasında 

üzüyəoxşar ximirçəyə rutin 

təzyiq edilməsi artıq məqsədə 

uyğun deyil 

Üzüyəoxşar ximirçəyə rutin təzyiq etmə torba-maska ilə 

havalandırma zamanı mədə köpməsinin qabağını alıb 

requrgtasiya və aspirasiya riskini azaldsa da, ximirçəyə təzyiq 

ventilyasiyanı blokada edə bilər. 

 

Bir neçə randomizə edilmiş tədqiqatların nəticələri göstərmiş 



ki, üzüyəoxşar ximirçəyə 

təzyiq edilməsi artırılmış tənəffüs alətinin qoyulmasına maneə 

olub ya ləngidə bilər. Tədqiqatlar həmçinin göstərmiş ki,  

üzüyəoxşar ximirçəyə təzyiqin edilməsinə ramən bir qədər 

aspirasiya halları qalır. Əlavə olaraq, xilasedicilərə ximirçəyə 

təzyiq səriştəsinin öyrədilməsi çətinlik törədir. 

 

Ona görə, ürək dayanmasında üzüyəoxşar ximirçəyə rutin 



təzyiq edilməsi artıq tövsiyyə edilmir. 

Nəbzin təyin edilməsi önəmli 

olmayaraq qalır 

 

10 saniyə ərzində nəbzin olub-olmaması haqqında düzgün 



məlumat almaq çətin ola bilər, özəlliklə təxirəsalınmaz 

hallarda. Tədqiqatlar göstərmiş ki, həm hazırlıqlı tibb işçiləri, 

həm qeyri-professional xilasedənlər nəbzi düzgün təyin edə 

bilmirlər. 

 

Əgər zərərçəkən cavab vermir və nəfəs almırsa, ya boğulur, 



xilasedicilər nəbzin təyin edilməsinə (körpələrdə braxial, 

uşaqlarda femoral ya karotid) yalnız 10 saniyə sərf edə 

bilərlər. 

 

Əgər10 saniyə ərzində siz nəbzi hiss etmirsinizsə, ya hiss 



etdiyinizə əmin deyilsiniz, ürək massajını başlayın. 

Körpələrdə AXD - Avtomatik 

xarici defibrillatordan istifadə 

edin 

 

 



Körpələrdə defibrillasiya üçün AXD-ra manual defibrillatorun 

istifadəsi üstünlük təşkil edir. 

 

Əgər manual defibrillator mövcud deyilsə, pediatrik dozalara 



qədər zəiflədən cihazla təmin olunmuş AXD-dan istifadə 

edin. 


 

Heç biri yoxdursa, pediatrik dozalara qədər zəiflədici cihazsız, 

sadəcə AXD-dan istifadə edin. 

 

Daha ətraflı məlumatlarla, İcracı Komitənin Yekun buraxılışı daxil olmaqla, AÜA-nın ÜAR və 



TKY təklifləri ilə 2010-cu ilin oktyabr ayında çap olunmuş “Circulation” –da, ya  AÜA-nın 

ÜAR və TKY 2010 seçilmiş dəyişikliklərlə  

www.heart.org/eccguidelines-

da tanış ola bilərsiniz. 

Ürək-Ağciyər Reanimasiyası və Təxirəsalınmaz Kardiovaskulyar Yardım və Müalicə 

Təkliflərinə aid reanimasiya elmi tədqiqatlarla ətraflı 2010-da “Circulation”  və “Reanimasiya” 

da çap olunmuş Beynalxalq Anlaşmada tanış ola bilərsiniz. 

 

 



 

 

 



 

Böyüklərdə ƏYD -Əsas Yaşam Dəstəyi/ ÜAR- Ürək-Ağciyər Reanimasiyasının Əsasları 

___________________________________________________



 

 

Ümumi icmal 

Bu bölümdə böyüklər üçün ÜAR-nın əsas addımları təsvir edilib. Böyüklər qrupuna həmçinin 

yeniyetmələr daxildir (məsələn, cinsi inkişaf başlanandan sonra). Oqlanlarda cinsi inkişafın 

əlamətlərinə döş qəfəsində ya qoltuqaltı tüklərin mövcudluğu, qızlarda süd vəzlərinin hər hansı 

bir inkişaf əlaməti daxildir. 

 

Təlimin          Bu bölümün sonunda siz aşağıdakılara qadir olacasınız: 



  məqsədi          ●böyüklərdə ÜAR-nın əsas addımlarını sadalamaq 

                           böyüklərdə ÜAR-nın əsas addımlarını göstərmək 

___________________________________________________

 

 

2-ci Hissə 

 

 



Böyüklərdə ƏYD -Əsas Yaşam Dəstəyi Əsaslarının anlaşılması 

 

Əsas Yaşam Dəstəyi aşağıdakı əsas hissələrdən ibarətdir (Şəkil 3): 

 

Döş qəfəsi kompressiyaları (ürək massajı) 



 

Tənəffüs yolları 

 

Tənəffüs 



 

Defibrillasiya 



 

 Bu kurs ərzində ayrılıqda bütün hissələri öyrənəcəsiniz. 

 

Tək yardımedən yanaşmadan fərqli olaraq,  iş yerlərinin və təcili tibbi yardım təşkilatlarının 



çoxunda, klinika daxilində, reanimasion tədbirlərin müxtəlif  hərəkətlərini eyni zamanda bir 

neçə şəxs icra edə bilir. Məsələn, xilasedicinin biri təcili yardım sistemini aktivləşdirənə 

(zəng edənə) qədər, ikinci ürək massajını başlayır, üçüncü ventilyasiyanı təmin edir ya 

tənəffüsün təmin edilməsi üçün torba-maskanı quraşdırır, dördüncü defibrillatoru istifadəyə 

hazırlayır. Bu  kurs ÜAR-nın qrup şəraitində aparılmasına aiddir. 

 


 

 

Şəkil 3. 

Tibb işçiləri üçün Böyüklərdə  ƏYD-nin Sadələşdirilmiş Alqoritmi. 

ƏYD-nin Başlanğıc  


Addımlarının İcmalı 

 

Böyüklərdə ƏYD-nin aşağıdakı başlanğıc addımlarını edin: 

 

Addım 


                            Fəaliyyət 

      

Zərərçəkəni cavab verə bilib/bilməməsinə və normal/qeyri-normal tənəffüsə görə 

dəyərləndirin. Zərərçəkən cavab vermir, nəfəs almır, ya boğulursa, köməyə 

çağırın. 

      

Siz təksinizsə, təcili yardım sisteminə zəng edin, AXD ya defibrillatoru 

götürüb, zərərçəkənin yanına qayıdın. 

      

Zərərçəkənn nəbzini təyin edin (buna ən azı 5, amma 10 saniyədən çox vaxt sərf 

etməyin) 

      

10 saniyə ərzində nəbzin təyin edilməsinə əmin deyilsinizsə, 5 dövrə ürək 



massajı və tənəffüslər edin (30:2 nisbəti ilə), kompressiyalardan (massajdan) 

başlamaq şərti ilə (C-A-B ardıcıllığı) 

 

1-ci addım: Qiymətləndirmə və 

fəaliyyət yerinin təhlükəsizliyi 

 

Zərərçəkənin yanına çatan ilk xilasedici az vaxtda fəaliyyət yerinin təhlükəsizliyindən əmin 

olmalıdır. Sonra xilasedici zərərçəkənin cavab verib /verməməsini təyin etməlidir: 

 

Addım 



                            Fəaliyyət 

      

Fəaliyyət yerinin sizin və zərərçəkən üçün təhlükəsizliyindən əmin olun. Siz 

özünüzü zərərçəkən etmək istəmirsiniz.  

      

Zərərçəkənin çiyninə yüngülcə toxunub “Yaxşısanmı?” bərkdən soruşun (Şəkil 

4). 

 

      



Zərərçəkənin nəfəs alıb/almamasını təyin edin. Zərərçəkən  nəfəs almır, ya 

normal nəfəs ala bilmirsə (məsələn, boğulursa), siz təcili yardım sisteminə zəng 

etməlisiniz. 

 

___________________________________________________



 

 

 

Diqqət 

Aqonal tənəffüs (boğulma)  

 

Aqonal (can vermə) tənəffüsü normal tənəffüs sayıla bilməz. Aqonal tənəffüs qəfildən baş verən 

ürək dayanmalarının ilk dəqiqələrində qeyd oluna bilər. Boğulan şəxs nəfəsi tez-tez dərən kimi 

görünür. Ağızı açıq ola bilər, və çənəsi, başı,  boyunu, nəfəs ilə birlikdə hərəkət edə bilər. 

Nəfəsdərmələr güclü ya zəif görünə bilər, onların arasında məsafələr ola bilər, çünki adətən asta 

sürətli olurlar. Aqonal tənəffüs fınxırtı, xorultu, ya inilti kimi səslənə bilər. Aqonal tənəffüs 

normal tənəffüs deyil. Bu sizə cavab verməyən bir şəxsdə ürək dayanmasının əlamətidir. 

 

Əgər zərərçəkən  nəfəs almır, ya normal nəfəs almırsa (məsələn, boğulursa), siz təcili yardım 



sisteminə zəng edib, nəbzi kontrol edib, ÜAR-sı başlamalısınız. 

___________________________________________________



 

 

 



2-ci addım: təcili yardım sisteminin aktivləşdirilməsi 

AXD - Avtomatik xarici defibrillatorun əldə edilməsi 


Каталог: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə