TariXİn küSÜFLƏRİ 3- cü məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (2-ci Bölüm)



Yüklə 102.75 Kb.
səhifə1/3
tarix29.07.2017
ölçüsü102.75 Kb.
  1   2   3
TARİXİN KÜSÜFLƏRİ 3- cü məqalə

Azərbaycan Toponimlərinin kök Araşdırması (2-ci Bölüm)



Aturpatkan`mı yoxsa Azərbaycan`mı ?

Yazar : Fərhad Cavadi Abdulla oğlu / Urmiya / 31-May 2014 Biz Azərbaycan ərazisində yerləşən toponimləri açıklamadan öncə, birinci nöbədə bu ölkənin öz daşıdığı adı yəni Azərbaycan adının etimologiyasını analiz etməsinə başlayırıq. Əyər bu ad düzgün araşdırılsa və bu adın hansı dil matriyalı əsasında yarandığı və hansı düşüncənin məhsulu olduğu aydınlaşarsa, xeyli düyünlərin çözülməsinə yol açar. "Azərbaycan" yer adı haqqında orta yüzilliklərdən bəri çeşitli xalqların alimləri bir-birindən fərqli nəzər və fikirlər irəli sürmüşlər.Ancaq buna baxmayaraq hələ də indiyə qədər bu adın sirri açılmayıb və bu adın elmi analizi və etimologiyası öz həqiqi həllini tapmayıb. Biz indi "Azərbaycan" yer adını araşdıran alimlərin təkcə umumi elmi fikir düzümünü qeyd edəcəyik. Bu adın izah və açıklamasında bir sıra əski və çağdaş alimlər Estrabon , Xronik Karki , İbn muqəffə , Muqəddəsi , İbn əlfəqih , Yaqut Homəvi , Həmdulla Mostufi , M. Ştrek , Noldsk , Hertsfeld , Grişmən və başqaları belə nəzər verirlər ki "Azərbaycan" sözü adam adı "Atrupat"dan yaranmışdır. 1 Amma bu fikiri qəbul etməyən alimlərdə vardır.Bu sıra alimlər iddia edirlər ki "Atrupat" umumi isim və addır. Bir sıra alimlər ,o sıradan Bartulome , Buqulyobov və Başqaları "Azərbaycan" yer adını "Avesta"daki od tanrısı "Atar"la bağlamağa çalışırlar. Noldek,Marr,Nioberg ,Vindenqeren,Dəmirçizadə,Diyakonov , Kradrin "Atrupat"ın tərkibindəki "Pat" sözünü İran dilli (yəni Fars dilli) söz saydıqlarını göstərmişlər. Bu sıra alimlər "pat" sözünü fars dilində "Başçı" , "Cənab" , " Sahib"mənaları olduğunu da qeyd etmişlər. Azərlu , Musəvi və Yampolski də bu fikrə tərəfdar çıxmışlar. Onlar yazırlar ki"Atrupat" adındakı "pat"sözü"Bət" teonimi formalarından biridir və Ator teonimi (tanrı adı) kimi "Bot" teonimi ayrı-ayrı hind-avropa,türk ,semit , fin-uyğur dillərdə vardır. Hər üç müəllif (Azərlu , Musəvi , Yampolski) belə bir qənaətə gəlirlər ki "Azərbaycan" sözünün Atrupat –Atrupaten tərkibi , "Atər" və "Bət"dir , yəni "Atar" kökündəndir və od tanrısınin adıdır. 2 "Azərbaycan"ı və onun "Aturpatqan" şəklindəki "qan/ kan" tərkibini Diyakonov,V.A. Lioşis iran dilli (fars dilli) şəxs adından yaranmış hesab edirlər. "Azərlu , Musəvi , Yampolski", "qan/kan" tərkibini,Azərbaycan dili ilə bağlayıb və deyirlər ki "qan/kan" həm də Azərbaycanca olub "bulaq" və "bolluq yeri"deməkdir və sonda belə qənaətə gəlirlər ki "Azərbaycan" sözü "Tanrı odun bulağı" və ya "od tanrısının yeri" deməkdir. 3 İbn Xələf Təbrizi , Azərbaycan sözünü "Lak" (Lək) sözü olduğunu iddia edir. O "Adr" sözünü "yüksəklik" , "Bayqan// Beyqan" sözünü də " ə`yanların uca yüksək yeri" kimi mənalandırmışdı. 4 İqrar Əliyev Azərbaycan sözünü İrandilli(farsca) sayır və deyir ki İran (Fars)sözü "Atarpat"ın mənsubiyyət afiksi , iran dilindəki "kan"danəmələ gəlir. 5 "Azərbaycan" adının"Azər"hissəsi haqqında R.Qurban yazır ki "Azər" , "Az" və "Ər" tərkibindən ibarətdir və "Az kişisi – insanı" deməkdir.6 Müəllif ,M.Kaşğəri`yə və bir sıra türk dillərinə dayanaraq yazır ki "Az"ın "yaxşı niyyət" , "uğurlu" , "ta`leh" kimi anlamları vardır.7 Azərbaycan sözü Latinlərdə "Atropatena",Erməni və Erməni dilli qaynaqlarda "Adrbadaqan" / "Adrbayqan" 8 , Ərəb və Fars qaynaqlarında "Aderbedqan" , "Azərbaycan" və başqa fonetik deyimlərdə olmuşdur. Azərbaycanın görkəmli və ünlü alimi "Mir Əli Seyidov" Azərbaycan adını dörd hissəyə "Az" + "ər" + "bay" + "qan/can" hissələrinə ayırır və hər hissəni öz yerində açıklamağa başlayır. 9 M.Seyidov "Az"tərkibini Gültekin , Tonyoquq abidələrinə istinad edərək türkdilli qəbilə adı , "Ar"/"ər sözünü "ər ,kişi ,igid ,insan ,qırmızı"və"bay"/"bəy" sözünü isə "varlı","hakim" və"qan//can"sözünü isə "qaqan, xan,hakim,Ata" mə`nalandırıb və sonda Azərbaycan adının etimologiyasnı belə yazır : "varlı Az insanın atası,hakimi,yaxşı istər qırmızı , yəni günəşlə bağlı tanrı deməkdir".10M.Seyidov sözünün sonunda yenə də təkrar edir ki:Deyilənlərdən aydınlaşır ki , Azərbaycan adı "uğurlu , yaxşı istər(Az),yaxşı istər qırmızı,yəni günəş(Azar// Azər), varlı ata (qan) deməkdir. 11 Burada lazimdir qeyd edək ki Azərbaycanlı görkəmli alim Mir Əli Seyidov Azərbaycan adının açıklamasında ,iqna edici bir yorum və açıklama görünmür və adın əsl kök və anlamından uzaqlaşma hiss olunur və yorumu mürəkkəbləşdirib. Azərbaycanın digər bir görkəmli tarixçi və torkolog alimi Firudin Ağası oğlu (Cəlilov) Azərbaycan və Atropaten (əslində Aturpaten . Fər.C)adları haqqında yazdığı özəl məqaləsində yazır 12:"Bu iki adın arasında dolayı əlaqələrinnin olduğuna baxmayaraq , onlar ayrı-ayrı mənşəli sözlərdir".Bizcə belə nəzərə gəlir ki Yunan leksikasında və yazı uslubu və fonetikasına uyğun yazılmış "Atropatena" adını düzgün və həqiqi formasında "Aturpatan" kimi bərpa etsək və köklü araşdırılsa hər iki adın bir kökdən və bir mənşədən olduğunun şahidi olarıq.F.Ağası oğlu qeyd edir ki"Azərbaycan adı etnotoponim kimi yaranmış və Atropaten adı isə titul bildirən "Atropat" sözü əsasında formalaşmışdır" . Burada da belə nəzərə gəlir ki əyər "Atropat" (Atorpat) titul bildirən ad olmuş olsa ,o zaman "Azər pat" ya "Azər bod" titul adlarımız da ,tarixdə qeyd olunubdur. Ağası oğlu artırır ki Azərbaycan adının kökündə Azər//Asər boy adı və Atropaten adının kökündə isə "Atəş" anlamlı Adur//Atar sözü durur." Yəni Ağası oğlunun dediyindən belə çıxır ki "Azər" sözü ilə "Atur" ya "Atar" sözləri bir-birindən fərqli adlardılar ki anlamları da bir-birindən fərqlidir.Burada lazimdir qeyd edək ki adın "Atro" hissəsinin düzgün formantını "Ator" kimi bərpa etsək ,Türk dilinin dilçilik elmi elementləri əsasında araşdırıb ,analiz etsək görünəcək ki Azərbaycan adı ilə Atropaten adı,kök baxımından da eyni anlamlı sözlərdir və hər ikisi də bir-birinin fonetik variyantları sayılır. Amma F.Ağası oğlunun nəzərinə "yalnız keçmiş Fars və Hay dillərində Atropatkan adının variyantları görünür ki bunlardan da Azərbaycan adının yaranması dilçilik baxımından mümkün deyil". F.Ağası oğlu Azərbaycan və Atropatkan adlarının sonluğunu təşkil edən "-qan// -kan" şəkilçisini Ərəb deyiminə uyğun olaraq "-can" formasını almış , yalnız bir-iki Fars-Hay yazısında az işlənən Aturpatkan variyantı aradan çıxmış , onun yerini Azərbaycan deyiminə yaxın olan (Azərbiqan) variantı tutmuşdur". Amma burada belə bir sual da yarana bilər ki nə yaxşı "-qan//-kan" şəkilçi deyilən sözləri ,öz təkliyində nəzərdə tutmalıyıq ? Nə yaxşı biz bu şəkilçi saydığımızı , özündən öncə gələn "Bay" (Azərbaycan adında) və "Pat" (Atropaten adında) sözlərinə bitişdirməməliyiz? Olmaz ki biz bu adları yalnız iki hissəyə yəni "Ator + patkan" və "Azər + baycan" nəzərdə tutaq?!. Nəyə görə bu adları mütləq dörd hissəyə ayirmalıyıq?! F.Ağası oğlu sözünün davamında qeyd edir ki : " Beləliklə ölkənin Türk dili əsasında yaranmış "Azərbiqan" آذربیقان adı , İrandilli part// fars mühitində yaranmış "Aturpatkan" adını üstələmişdir".Burada "Azərbiqan" adının ərəb mənbəində qeyd olunması haqqında zehnimizdə belə bir sual da yaranır , o da budur ki biz haradan bilək ki ərəb müəllifi bu adıyazarkən ,o Azərbiqan آذربیقانyox ,bəlkidə"Azərbəyqan" بَیقان آذَر adını yazmaq istəmiş və biz indi onun yazdığını "Azərbiqan" oxuyuruq?! Ərəb dilində gahdan elə olur ki bir qeyr-i ərəb sözünü 3- 4 yox bəlkidə 10-15 formada yazmaq və oxumaq olar , və ən önəmli düyün və məsələ budur ki ərəb dilində yüzə altmış-yetmiş faiz , sait səslər yazılmır amma ağızda oxunur və ifa olunur. Ərəb dilində yazarkən gahdan olur ki bir sözü 30 formantda yazıb və oxumaq olur. Yaxşı indi biz bu həqiqəti nəzərə alaraq deyə bilmərik ki ərəb müəllifin yazdığı "Azərbiqan" آذربیقانsözü əslində "Azərbəyqan"iymiş ki biz onu "Azərbiqan" oxuruq?!Əlbətdə bu məsələ ola bilər ki ərəb dilini və əlifbası ilə yazıb–oxumayan güzey Azərbaycanlılar üçün mürəkkəb və anlaşılmaz bir mövzü ola bilə ,amma bu məsələni ərəb dili və grafikasilə yazıb – oxuyan güney Azərbaycanlılar yaxşı duyub hiss edərlər. F.Ağası oğlu bu konuda bu adın mütləq "Azərbiqan" formasında olmasına dair qədim toponimlərin tərkibində olan "bi-pe-be-me" sözlərini nazərə alırlar , halbuki qədim ilam , fars , semit soyluların yazılarında və o sıradan Asur (Aşur) ların yazılarında saitlərin yarısı yazılmırdı və digər tərəfdən də bə`zi səslərin bu dillərdə olmamazlığı da işi lap qəlizləşdirib və mürəkkəbləşdirir. Ərəb grafikası ilə "bəy","boy","bey" sözlərini yazmaq istəsəniz,hər üçünün də yazısı"bi" görünəcək və hər formada da oxumaq olar. F.Ağası oğlu Azərbaycan adının etimologiyası haqqında işarə edirlər ki "Azərbaycan adının etimologiyasını sözün sonundan başlamaq daha münasibdir , çünki həm türk (Azərbiqan), həm də Fars deyimi (Atarpatkan), "-kan//-qan" sonluğu ilə işlənmişdir". O Türk dillərindəki "-ğan , -qan , -kən" sözlər ilə bitişən bə`zi luğətləri "yorğan , alışqan , örkən,yelkən" kimilərini misal çəkərək yazır ki –qan(gən , kən , ğan) şəkilçisi kurqan , yarğan tipli coğrafi terminlərin yaranmasında da iştirak edir və işarə edirlər ki bu şəkilçi Saqa ya Saka türklərindən qopub İrandilli (farsdilli) boylarla qarışan partların dilində (pəhləvi) Hindukan (Hindistan) , Şahıqan (saray) kimi sözlərdə məkan bildirən çalarını saxlasada , ıkan//-iqan forması ilə toplu isimlər və -(a)kan/-(a)qan forması ilə isimlərə qoşulub mənsubiyyət çaları da yaratmışdır. Ağası oğlu qeyd edir ki "Azərbaycan // Azərbiqan adındakı "-can" sonluğunun aydın etimologiyası var , onun qədim türk dilində coğrafi termin və etnotoponim yaradan "-qan" şəkilçisi,olması şübhə doğurmur".O Azərbiqan adında (bi) hissəsini etnonimlərə qoşulduğunu göstərərək "boy" anlamında bilib və işarə edirlər ki "bi" sözü pi-pe-me-be formantlarında Türk etnotoponimlərinin (Lulu-be , Elli-pi , Mada-be , Mada-pe) yaranmasında iştirak edibdir yəni qədim çağlarda işləmiş "boy , bod" sözünün sonrakı şəkilçiləşmiş "-bi , -b" fonetik variantı ilə düzələn "Azərbi" boy adı türk mühitində yalqız deyildir. Deməli Azər sözü boy adı olduğu üçün" –bi" şəkilçisi ona qoşula bilmişdir. F.Ağası oğlu Atropatkan adının tərkibində olan "pat" sözünü iran(Fars) mənşəli bir söz hesab edirlər və belə izahlandırırlar : "Atropatkan" adında "pat" formantı isə iran dillərində qədim fars dilindən üzü bəri "çi" şəkilçisinin qarşılığı kimi işlənib "qoruyan" , "Başçı" anlamında titul yaradan sözcükdür". Ağası oğlunun bu elmi- tarixi məruzəsinin bu hissəsinə diqqət edərkən , qədim Farsların koramalcasına türk sözlərini yanlış anlamlarla və yanlış tələffüzlərlə mənimsəmələrinin şahidi oluruq və türk kökənli alınma sözlərin bu səhv yanlış qavram və anlamla ,gələcəkdə nə kimi düyünlərin peyda olması səbəbinin şahidi oluruq . Dedi bir dəli quyuya daş atar , yüz ağıllı onu çıxardanmaz .Burada görünür ki "pat" sözünü farslar tələffüz və səslənmə baxımından öz dillərindəki "pa / pay" (= gözətdəmə ,qorumaq , göz altında saxlamaq , nəzarət altında ) ilə bir tutublar və fonetik oxşarlığı ucubatından Fars və Rus və qərbi avropa tarixçiləri bu türkcə olan "pat" sözünü həmən fars dilində olan sözlə eyniləşdiriblər və onu fars dilindəki anlamda yazıb göstəriblər. Belə buna tay qondarma və saxta və Fars,Hind ,Ərəb ,Hay ,Sanskritcə türk sözlərini yorumlamaq və anlam bağışlamaq ,tarixdə az olmayıb və beləliklə çoxlu türk kökənli və türk mənşəli sözlər vəterminlər başqalarınin şotuna və söz xəzinəsinə keçirilibdir.Çox qəribədir göz görəsi adamın malını öz gözünün önündə götürüb mənimsəmiş və ona başqa bir boya vurub və öz malı kimi bazara qoyasan. Məsələ burasındadır ki bizim alimlərimiz "pat"sözünü nə əsasda və hansı mənbələr və hansı sənədlərin əsasında irandili (Fars dili) sözü bilib ,hesab edirlər ?! Tarix və tarixi araşdırmalarda və tədqiqalarda , indiki xəstə və yarası sağalmayan tarixşunaslıq elminin və o sıradan Azərbaycan tarixşunaslıq sisteminin istəmədiyi və ya xoşuna gəlməyən bir sözü danışanda tez hər tərəfdən səs və hay-küv qopur ki sənəd gətir,fakt gətir. Deyən yoxdur ki kimdən,hansı Anti-türk qərbi Avropalı və ya Rus müəllifdən gətirim ?! Rus anti-türk Yermeyev , Minorski ,Grantovski , Diyakonovdan ya Avropalı anti-türk "R.S.Zener" ya Girişman`dan ?! Görükən kəndə nə bələdçi?Bir halda ki sənin bu bələçilərin səni görükən kəndə yox ,aparıb bərəhut susuz çölə azdıracaq,elə isə saxta qondarma sənəd və fakt gətirməkdən ,gətirməmək yaxşıdır. Azərbaycanlı müəllif , tarixçi Ceyhun Bayramlı demişkən "Gerçək tarix yazılan deyil, yazılmayan tarixdir". "Pat" sözü haqqında biz kimə müraciət edək ki bizim dediyimizi təsdiqləsin?! F.Ağasi oğlu , Aturpatan adının "patan" hissəsini Farsca olduğunu yozumlayıb və açıklayır və həmçinin "Aturpatakan" adının etimologiyasını belə göstərir :

Atropat-(a)kan =Atropatın ölkəsi (farsca)

Atropat-an = Atropatlı ölkə (farsca)

Atropat-ena = Atropat ölkəsi (yunanca)

Atropat-uni = Atropatlı (hayca)

Burada lazimdir özəlliklə qeyd edək ki F.Ağası oğlu "ena" şəkilçini ya sözün sonluğunu Yunan dilinə ayid göstərirlər və "uni" şəkilçini də Hay dilinə mənsub edirlər.



Bizcə Azərbaycan və Atropatena/Atropatkan/Atropatan məsələsini açmamışdan öncə qədim türk xalqlarının toponimlərə və özəlliklə də öz yaşadığı hövzələrindəki yer adlarına ,ad vermə adət-ənənəsi və seçdiyi uslub və şivəni, qaydanı nəzərə almaq ən önəmli, zəruri və həll edici məsələdir.Məqalənin birinci hissəsində deyildiyi kimi , yenə də qeyd edilməlidir ki türk toponimikasında və eyni halda dünyanın bir çox əski toponimiyasında (türklər tərəfindən adları qoyulub),biz bir bəlli çərçivədə və qaydada türklərin toponimlərə ad qoymasının şahidi oluruq. İlkin TUR-ların / Protürklərin toponimlərə ad qoymada özəl bir qanun-qaydaları və ölçü-biçləri var imiş. Biz Türklərin ulu əcdadının həyat tərzini,düşüncə səviyyəsini, inanclarını və mifologiyasını nəzərə almasaq və eyni halda qadim çeşitli türksoylu xalqların türk dillərindəki işlənən və indi birdəfəlik silinib gedən sözləri və terminlərini və bu dillərin qonşu qeyr-i türk xalqlarla dil və termin al-verlərini nəzərə almasaq ,və fikrimiz bizdən eyilərin (Avropa /Rus və...alimlərin) rəy və O.K verməsi yanında və onların reaksiyasının yanında qalsa ,heç zaman toponimlərin həqiqi və düzgün ilkin adlarının üzə çıxartmağına qadir və nail olmayacayıq.Türklərin ulu əcdadı toponimləri böyük-kiçik əsasında rütbə verib və onun əsasında ad verərmişlər və dünyanın hər bir güşəsinə muhacirət etdikləri üçün , dünyanın bir çox toponimlərinin ilkin adlarını da qoymuş olublar. Dünyanın ucqar toponimlərindən tutmuş ta yaşdığımız (orta doğu) böləgəyə qədər türklər ad veriblər hətta çox xalqların etnik adlarını da türklər tərəfindən qoyulub. Deyəsən ad vermə və ad qoyma türklərdə bir əbədi və əzəli bir həyat zərurətlərindən biri və beynalxalq borcu və vəzifəsi sayılaraq , genində allah tərəfindən məxsus onun üçün qoyulmuş bir allah vergisidir və Dədə Qorqut buna örnəkdir. Türklərin ulu əcdadının toponimlərə qoyduqları adların hər gah əsl və həqiqi ilkin anlamını açıklaya bilsək , onların nə qədər ağıla sığmaz dərəcədə müdrik və bilici olduqlarının şahidi olarıq. Örnək üçün bir misalı burada qeyd edib vurqulamağı yersiz görmürəm. Türklərin ulu əcdadı öz doğma və ilk əzəldən bəri yaşadığı yer kürəsinin ən böyük qarəsi və qitəsinin adını "ASYA" qoyubdur. İndiyə qədər dünyanın bir çox alimləri bu quruluğun adını açıklamalarda yüzlərcə yorum yapıblar,amma heç biri düzgün açıklaya bilməyiblər. Türklərin bu yaşadığı və əsl məskənləri və ata-baba yurdları olan bu qitənin hər bir güşələrinə qədər gedib gəzmiş və iki növ bəlli olan , seçilən və gözə çarpan təbii özəlliyi onda əsas görürdülər ki birisi uca-uca volkanlı od püsgürən sıra dağlar ki o zamanlar bir çoxu aktiv idi və digər tərəfdən də saysız ,çeşitli böyük-kiçik çaylar , göllər , dənizlər, körfəzləri görürdülər və bu özəlliklərin əsasında öz sevdikləri və tapındıqları iki müqəddəs tanrısının yad və hörmətinə xatir və onlara dəyər və önəm göstərmək üçün yaşadığı qitənin adını "ASYA"qoydular. Asya sözü qədim türklərin ulu əcdadının dilində "OD.SU" deməkdir.Bu adın tərkibində olan "AS" /OS/ OZ /OD/OT günəş və eyni halda günəş tanrısı // od tanrısı da deməkdir."YA" isə "su/dəniz /okyan deməkdir və həmçinin"SU"Tanrısının adıdır.Çox güclü bir ehtimala görə də ,bu qitənin adı haqqında bu ola bilər ki ilkin türklər (protürklər) ilkin din və inanclarının böyük tanrısı olan "Günəş tanrısı"nın adını vermiş olalar çünki türklərin toponimlərə ad vermə konusunda ilk önəmi sevdikləri və tapındıkları böyük tanrılarına verərmişlər və onların adını qoyarmışlar.Türklər bu əsasda miflərini özəlliklə tanrılarını və tanriçalarını hər nədən üstün bilərək yaşadığı müxtəlif ölkələrinin adlarını da tanrılarının adı əsasında qoyurmuşlar və bu qaydaya uyaraq öncə qeyd etdiyimiz kimi İRAN- İRAQ – İLAM – ARYA- ASUR – BABİL və eləcə də AZƏRBAYCAN və başqa mega toponimlərin adlarını veriblər. Azərbaycan və Atropatkan adlarını araşdırmadan öncə ,ilk öncə bu iki adın birinci hissələrini yəni "Azər" və "Atur" sözlərini açıklamak lazim görünür. Atur əski türkcə sözdür və türkcə "od/ot/at"(=Atəş ) və türkcə "ur/er" (yer,yurd, məkan ) sözlərinin tərkibindən yaranıbdır və anlamı "od yeri , od saxlanılan yer , atəşgah, atəşkədə" deməkdir. "Ad,ot,at,ut,oz,az,uz,os,as,us" , od(=atəş) sözünün variantları sayılır və hamısı bir anlamdadır. Türk xalqları hər biri öz dil xarakterlərinə görə və türk dilinin hansı grupuna mənsub olmasından asılı olaraq bu çeşitli variantlardan birisini kullanır. İr,ur,uru,er,ar türk sözləridir və hamısı iki növ anlam daşımaqdadır : "yer,torpaq,məkan,məhəll,yurd" və digər anlamı "oğul , oğlan ,evlad"dır. Demək bu dediyimizin əsasında "odir,adir,adar,otir ,atir,atar,ozir,azir,uzir,azar ,osir,usir,asir,asar" sözləri "Atur" mürəkkəb sözünün çeşitli fonetik variantları sayılır və anlamları da bir-birinə çox yaxındır və hamısı "od","atəş","günəş" , "od yeri, od oğlu , günəş oğlu" deməkdir. Bu yuxarıdakılara diqqət edərkən görürük ki "Atur / Atir" sözləri "Azir / Azar" bir sözdür və eyni anlamı daşıyırlar və hamısı da əsil ,xalis kök və mənşəcə də türk sözləridilər.Deməli Aturpatkan //Atropatkan, Aturpatena //Atropatena,Adarbadkan//Adrabatkan ,Atarbadkan // Atrabadkan, Atropatak //Aturpatak, Atropat.uni//Atorpat.uni , Adirpati adların tərkibində olan"At.or","At.ur","At.ar","At.ir" ,"At.uru","Ad.ar","Ad.ir"sözləri "Az.ir","Az.ar","Az.ər" sözlərinin fonetik variantıdır və bir-biri ilə heç fərqi yoxdur və bu səs dəyişimi və sait dəyişimi də çeşitli türk dilli xalqların dillərində ,öz dil fonetikalarına uyğunlaşdırma və bu yurd və ölkəni çağırıb səslənmələrindən irəli gələn bir mövzudur. Aydın məsələdir"odir"sözünü bir başqa türk xalqı öz türkcəsinin fonetika xarakterlərinə uyğun olaraq "ozir" , bir başqa türk xalqı "Azir" və digəri isə "osir" demiş olacaq.İndiki Azərbaycan yurd və ölkəsinin çeşitli mənbələrdə , zahirdə çeşitli adlarda (əslində eyni anlamda olan adlardılar) səbəbkarı nə Yunan-Rum müəllifləridir , nə Fars , nə Hay , nə Ərəbdir. Bunların hamısı bu bölgədə çeşitli yerli türk xalqlar və tayfalar və zamanla ardıcıl bu əraziyə gəlmiş digər çeşitli türk tayfaların hərəsinin öz türk dilinin fonetikası əsasında səslənməsindən üz veribdir. Elə türk xalq və tayfası var ki "d" hərfini çevirib "z" ifa edirdilər elə tayfa var idi ki "z" səslərini "y" səsinə çevirərək ifa edirdilər və saitlər də o şəraitdə idilər və "e" saitini "a" , "u" , "i" ,"o" ilə ifa edənlərdə var idi. Xarici , qeyr-i türk müəlliflərin verdiyi dəyişiliklər ancaq adın şəkilçi hissəsində ola bilər , yə`ni adın sonluğuna öz dilinin şəkilçisini artıra bilər və yaxud adın tərkibində olan bə`zi səslər və hərflər ki öz dilində yoxdur onları öz dilindəki mövcüd olan yaxın səslərə çevirsin. Misal üçün öz dilində "ç" səsi yoxdursa , onu "s"səsinə çevirər və başqa bir dəyişilik verə bilməz. İndi keçək Azərbaycan və Aturpatkan// Atropatkan adlarının ikinci hissəsinə yəni "baycan" və "patkan" sözlərinin açıklamasına. Adın bu hissəsinin də üzərində çoxlu türk və yabancı alimlər işləyib tədqiqat aparıblar və çeşitli yorumlar yapıblar və bir sıra alimlər də bu hissəni iki hissəyə ayırıb və yorumlayıblar. Adın bu hissəsi əslində mürəkkəb olduğuna baxmayaraq ,onu gərəkdir vahid bir söz kimi nəzərdə tutmaq , çünki bu hissə indilikdə də vahid bir türk kökənli söz və termin kimi işlənməkdədir. Ona dursan bizim tək,vahid sayılan sözlərimizin yüzə doxsan faizini diqqətlə araşdırsaq görərik ki iki-üç sözün tərkibindən yaranmış vahid sözlərdir. Biz əyər Azərbaycan adının mürəkkəb sözlərinin kökündə duran sözlərin əsasında durub açıklasaq , onda Mir Əli Seyidov kimi , ölkənin adını bir yabancıya tərcümə olunmuşunu deməyə ,gərəkdir 10 kələməli bir sətirlik söz deyək və bir yabancı sorsa ki sizin ölkənin adı bizim dildə anlamı nə olar , gərəkdir ona deyək : "varlı Az insanın atası , hakimi , yaxşı istər qırmızı tanrı". O zaman o yabancı sormayacaq ki belə də ölkə adı ola bilərmi? Gahdan da olur ki biz özümüz sadə və rahat yolları ötürüb çox qarma- qarışıq yollara üz qoyub gedirik və düyunü düyün üstündən vururuq və öz vurduğumuz düyünlərin yesiri olub və əsl amacdan uzaqlaşırıq. Bir önəmli məsələni burada vurğulamaq lazimdir ki biz toponimlərin adlarını , özəlliklə də türk mega toponimlərdə , heç zaman son dövrlərin olayları ilə bağlamaq mümkün olmayacaq və bizi həqiqətdən azdıra bilər , çünki Azərbaycan kimi bir megatoponimin adının kökünü və izini eradan qabaq son minilliklərlə və bu dövrlərə bağlamaq olmaz. Bizcə Aturpatkan ,Azərbaycan adının ilkin ad formantı sayıla bilər yəni bu ölkənin adı Atropatkan// Atorpatkan / Atropatan// Atorpatan iymiş və bu ad iki yönlü ad iymiş və iki anlamı özündə daşımaqda iymiş və eyni halda Aturpatkan , Aturpatan adından öncə yaranıb və sonra çevirlənib "Aturpatana" adına. Atropatkan//Aturpatkan adının tərkibindəki "patkan" mürəkkəb sözü, iki qədim türk sözləri olan "pat" və "kan" sözlərinin tərkibindən yaranıb."Pat" sözünü ki bütün alimlər və tədqiqatçılar onu iran mənşəli və qədim Fars və pəhləvi və Ari mnşəli söz hesab edirlər , türk dilinə mənsub bir kələmədir və əslində onu "Bad" formunda bərpa etmək lazimdir. "Bad" qədim türk dilində "duvar , hasar , sədd " deməkdir. Bu türk sözü indiki zamanda Azərbaycan xalqının dilində "su arxı və kanalının önündə "Bəd"/bənd vurmaqda işlənir(=sədd vurmaq ya sədd çəkmək və suyun ağzını başqa bir səmtə yönəltmə) bu sözü farslar türklərdən alaraq çeşitli sözlər və terminlər yaradıblar,və hətta bu sözü "bənd" kimi də "su və arx suyu önünü kəsib bağlamaq" anlamında onlar da işlədirlər. Türkcə olan "bad"(bad sözünün başqa varyantı) Azərbaycanın qədim tarixi şəhəri olan "Dərbənd" şəhərinin adında da işlənibdir.Bu şəhərin adı özəl təbii və coğrafi şəraitinə görə ona türklər "Dar bəd"// Dər bəd // Dər bənd (=duvar çəkilmiş dar keçid , sədd çəkilmiş dar keçit ) adı veriblər. eyni halda çörək yapıb pişirmə təndirin ağzının dövrəsində olan mühiti diklikə ki təndirin dövrəsindəki torpaq onun içinə ağnamasın deyə, bir duvar kimi çəkilibdir, deyilir.Bu təndirin ağzının dövrə mühitinə çəkilən diklikə "Təndirin Badı" deyilir. Bu türkcə olan "Bad" sözü , Fars dilində işlənən "bad"(=yel, nəsim, ruzgar) sözünə heç bir ayidatı yoxdur və təkcə fontik və tələffüz oxşarlığı var. "Bad" türk sözü vahid , tək bir sədd ya duvara , hasara işlənən bir sözdür. Amma buna başqa bir cəm bağlayıcı xarakteri daşıyan "kan"//"qan"//"ğan" türk sözü bitişəndə başqa anlam tapır. Yəni tək bir sədd ya duvar olmur , bəlkə dörd dövrəni və çevrəni əhatə edən bir bağlı yer , dövrəsinə hasar çəkilmiş yer olur. Qədim yaşayış yerləri , yaşayış məskənlər ,şəhərlərin dörd dövrəsinə daşdan,torpaqdan duvar işləyib sədd çəkərmişlər və şəhərlər qala kimin olurdular və şəhərlərə ,qala da deyərmişlər və hətta indi də Azərbaycanın bə`zi toponimlərinin ad tərkibində "qala" sözü qalmaqdadır. Qalalar eyni halda yaşayış məskəni və şəhər olduqdan başqa , həmən orada yaşıyan xalqı qorumaq üçün bir hərbi hissə kimi də sayılan bir qala da ,sayılırmış və buna görədir ki əski türklər hərbi qalalara da eyni adı , yə`ni badğan//batqan // patkan sözünü deyib adlandırırmış. Fars xalqı da bu sözü türklərdən alaraq , onlar da bu sözü hərbi hissələrə və hərbi qalalara işlətdilər və indi də işlədirlər. Güney Azərbaycanda xalq indi də hərbi hissələrə və qalalara ki dörd çevrəsi məftillərlə bağlı və hasarlanıbdır və hərbiçilər orada yığışıb qalır , "Padqan" deyirlər."Padqan" əslində həmən qədim türk sözü olan "Badqan //Patkan" sözüdür.Şəhərlərin dörd çevrəsinə gahdan elə olurdu ki 2-3 qat yan-yana bir-birindən az fasilə ilə duvar və sədd çəkilirdi və bunların hamısı duşmanın qəflətdən nufuzu , hucumunun və basqınının qarşısını almaq üçün idi. Bu qala duvarlarının çox olduğu üçün , da burada "bad" sözü işlənə bilməz idi və gərək onun cəm bağlama və cəm halını göstərən bir termin gərəkir və o termin də "Bad"+"kan"/qan/ğan = Badkan , Badqan , Batğan sözü ola bilər. Əski türk dilində "kan" və onun çeşitli formaları olan "qan/ ğan " , çoxluq,bolluq , xəzinə , mə`dən , bulaq qaynağı , böyüklük , çox həcimli və iriliyi , yoğunluğu və bu kimi anlamları daşıyan sözlərdilər və bu sözdən və onun tərkibləşməsindən minlər türk sözü və termini yaranıbdır və bu çox iştiraklığından və işləklikdən , şəkilçi halına çıxan bir sözdür və biz bunu bir türk sözü olmqdan çox , şəkilçi kimi tanımışıq , hətta bunun "ğan" formsına düşdükdən sonra "ğ"nın yumuşaq samit olduğuna görə düşməsindən , "ğan" sözü "An"-a çevirilir və türk dilində bir cəm bildirən şəkilçiyə çevirilir. Türklərin bu cəm bildirən şəkilçisi , yuxarıda "ğan" sözünün saydığımız anlamlarını nəzərə alaraq , türklərin böyük göy tanrısı olan "AN" tanrısı ilə ilgilidir və elə buna görədir ki "ĞAN" türklərin dilində Tanrı deməkdir. Türk sözü olan "kan" sözünü Farslar bizdən alaraq onu mənimsəmiş və mə`dən, xəzinə, qaynaq anlamlarında öz ədəbiyyatlarında işlədirlər.Azərbaycan türkləri bu türk sözünü indi də az-çox işlədirlər ,misal üçün danışıqlarda birini yaxşılığını , ədəbini tə`rifləyərkən məsəla bu kimi bir ifadəni :"filankəsi deyirsən çox yaxşı adəmdır,ədəbin kanıdır" işlədirlər. Bu sözü anlamına görə (Tanrı anlamı) ,türklər öz başçılarına , hakimlərinə və sultanlarına "XAN" kimi işlədirlər və bə`zi türk xalqları da "qan" formasından alaraq hökmranları üçün "QAAN" titul sözünü veriblər. Eyni halda "Qa" //"xa" sözünü bu "Qan"// "Ğan" sözünə artıraraq"Qağan" və "Xaqan" titullarını yaradıblar. Beləliklə Atropatkan adının tərkibində olan "patkan"//"batğan" sözünün etimologiyası olur : "duvarları çox /çox hasarlı/ hasarlı bağlı yer/səddlənmiş bağlı yer deməkdir və yekun vurulmuş anlamı da " qala , şəhər "dir. Amma söhbət Azərbaycan//Atropatkan kimi yekə ərazidən və ölkədən gedəndə , da burada "patkan//Batğan" qala və şəhər anlamı daşıya bilməz və hər ölkənində öz nobasında bağlı sərhəddi , mərzi , hasarı olaraq yekə miqyasda və ölçüdə işlənir və "diyar , yurd , ölkə , vətən" anlamlarını daşıyır. Deməli Atropatkan // Aturpatkan ölkə adının anlamı , Atur sözünün mifologiya cəhətini nəzərdə alsaq "od tanrısı"/ "günəş tanrısı"nın yurdu ,və əyər Atur sözünü "Atəşgah , Atəşkədə , od saxlanan yer " nəzərdə alsaq , o zaman anlamı olar "Atəşkədələr yurdu , Atəşgahlar yurdu , Odlar yurdu" deməkdir. Amma türklərin mifologiya cəhətlərinin toponimlərə ad qoymada başqa nədənlərə və səbəblərə görə üstünlüyünü nəzərə alanda , belə nəticə çıxır ki ilk öncə "od tanrının yurdu"//"Günəş tanrının yurdu" olub və sonradan bu ad Atəşgahların peyda olunmasından "odlar yurdu " və "Atəşgahlar yurdu" anlamını əldə edib , bu fikir oradan bizdə yaranır ki Türklərdə makrotoponimlərə ad qoyanda , ancaq Tanrılar və ilahələrin adını qoyarmışlar və onların toponimlərə ad qoymaları miflərindən və mifologiyalarından qaynaqlanardı."patkan"//"batğan" türk sözü zaman sürəsində , çox zamanlardan sonra çeşitli fonetik dəyişiliklərinə mə`ruz qalaraq, "batğan" formasının yumuşaq "ğ" samiti düşərək "batan" formantına düşüb və"MANNA" /"MADAY" türklərinin hakimiyyəti zamanı "Ekbatan "/"Akbatan" şəhər və paytaxtın adında özünü əks etdirir. Artıq Manna və Maday (Midia) türkləri zamanında patkan//Batğan sözünün "yurd, vətən, ölkə" anlamında öz yerini türk xalqların ədəbiyyatında qoruyub saxlayırdı . Türk xalqları çox əski zamanlara ayid olan "patkan" //"batğan" , sözünü ilk anlamında yə`ni "Qala duvarları" anlamında ,öz şəhərlərinin dörd dövrə çevrəsinə çəkilmiş qala duvarlarına, 40 il bundan öncəyə qədər işlədirdilər. Güney Azərbaycanın bir sıra qədim tarixə malik olan şəhərlərinin dörd çevrəsini bürüyən bu qala duvarlarına yerli türk xalqı "BƏDƏN"deyib dururdu ki 40 ildir şəhərlər büyüdüklərinə görə və xalqın tarix düşüncəsindən piyada olmağı və eyni halda pəhləvi rejiminin anti-türk və anti-Azərbaycan siyasətinin yürütdüyünə görə bu dəyərli türk xalqının abidələri söküldü və yerlə yeksan oldular. Bu "Bədən " duvarlarının ən önəmlisi "urmiya" və "Xoy"şəhərlərində tikilmişdir və bu şəhərlərin müxtəlif yerlərdə darvazaları olurdu ki şəhərin girəcəyi və çıxış yolları sayılırdı. Urmiyə şəhərinin 7 darvazası var idi ki bu darvazaların özünün sökülüb dağılıb ,aradan getməsinə baxmayaraq , həmən yerlərə indi də yerli türk xalqı qədim darvazaların adı ilə çağırır və bir özgəsi eşidərkən elə sanar ki həqiqətən də indi o darvaza ya qala qapısı yerində durur , halbuki təkcə quru ad qalıb o qala duvarlarından və qala qapıları və darvazalarından heç nə əsər qalmır. Türklər eyni halda "Batan" sözünü , onun anlamını nəzərdə tutaraq , insan və digər canlılar organismində , tən və peykəri üçün də kullanır və ona"Bədən" deyib ,çünki insan və heyvanın təni , bədəni bir qala duvarı və hasarı kimidir və bütün organları bir qala kimi özündə hifz edib qoruyub saxlayır.Bu səbəbdən əsl forması "Badqan" olan türk sözü türk dilinin fonetik xarakterləri və qanunlarına uyğun bə`zi səs və hərf dəyişiliklərlə ("d" səsin "y" səsinə çevirilməsilə) "Bayqan" formuna düşüb və əsl ilkin anlamına görə (= hasarlanmış bağlı yer / xəzinə / özündə saxlayan / saxlanılan və qorunan yer) Farslar onu bir divani – idari lüğət kimi idarələrdə , dövlət organlarında ,dosiyaları saxlayan hissə adında ,"Baygani" deyib işlədirlər.İtaliyada Roma şəhərinin ortasındakı dörd çevrəsi duvarlanmış və hasar çəkilmiş"Vatikan"müstəqil və bağımsız ölkənin adı da həmən bu türk sözü olan"Badqan"/"patkan"dan alınıb vəqoyulubdur. "Badqan" ---- Batqan ---- Vatqan ---- Vatkan ---- "Vatikan". Görünür bizim qədim türkcəmizdə olan doğma türk sözləri başqalarının dil xəzinəsində qulluq etməyə məşquldur və türkün özünə yad olub yaddaşından bir yolluq silinib atılıb gedib. Elədir ,öz malına iyə durmasan , başqası yiyələnər və özününkü edər . Minlər saysız-hesabsız sözlərimiz və terminlərimiz başqalarının dil xəzinəsinin bəzəyi və zənginliyi uğrunda qulluğundadır və biz hələ onları özümüzünkü olduğunu bilmirik və onlara yad , duşman malı kimi baxıb və biganə bilib və elə də yanaşırıq. Azərbaycan türkləri qədim türk sözü olan"Batan"sözünü bir az fonetik dəyişiliklə VƏTƏN formunda , yurd , ölkə , ata-baba yurdu, doğulduğu və boya başa çatdığı yer kimi işlədirlər. Bu türk sözünü (semit soylu xalqlar) ərəblər də bizdən alaraq "vətən" kimi işlədirlər və bu sözü kök qərar verərək 10`lar ərəbcə söz düzəldiblər. türklər də toponimlərə tanrılar və ilahələrin adlarını vermə əsasında, Maday(midia) türkləri də öz şəhər və paytaxtlarının adını tanrı adı və tanrı rəngi və simgəsi olan "AĞ/AK/AQ" sözünü "batan" sözü ilə birləşdirərək "Akbatan" qoydular.Bəlkədə Manna-Madaylardan da çox-çox qabaqlar, türklər bu qalanı ya şəhəri tikmişdilər , hər halda bu şəhərin adı tarixdə madaylarla üzə çıxıb və qeyd olunub. "Akbatan" yə`ni "Ağ (tanrı) evi / Ağ tanrının yurdu /Ağ ev /Ağ şəhər" . Bu türk şəhərinin adını Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş "Ağdam" şəhəri ilə və Türkiyyədəki "Akşehir" və "Aksaray" şəhərləri adları ilə və anlamları ilə muqayisə etmək olar. Azərbaycanın müxtəlif bölgələrində o sıradan Naxçıvanda "Batan"la bitişik ,kənd adları (Albatan , Arbatan)indi də mövcüddur.Biz burada Atropatkan adının zaman sürəsində fonetika dəyişiliyinə mə`ruz qalması prosesini belə göstərə bilərik : Atur.badqan ---- Atar.batkan ---- Atar.patkan ---- Atropatkan Burada da "Aturbadqan" adının "Atropatena" və "Atropatan" formuna düşməsini belə göstərmək olar : Atur.badqan ---- Atar.batqan ---- Atar.batğan ---- (yumuşaq "ğ" düşərək)Atar.batan ---- Atar.patan ---- "Atro.patan " ( fars mənbələrində) və "Atro.patena" (yunan mənbələrində) Azərbaycanlı alim F.Ağası oğlu , "Azərbaycan adının mənşəyi" adlı məqaləsində qeyd edirlər ki "Atarbadkan" , "Atarpatqan" , "Azər baykan " , "Adərbadkan" adları Azərbaycan adının Farscasıdır və fars mənbələrində bu formalarda yazılıbdır. Yuxarıdakı izahatı nəzərdə alaraq , görünür ki fars mənbələrində yazılan bu forma adlar heç biri Farsca deyil və hamısının tərkibində olanlar əsil köklü qədim türk sözləridir və indiki Azərbaycan adının fonetik variantlarından başqa bir şey deyil. Atar /Azər / Adər/Atur , dördü də türk mənşəlidir və burada Farsca bir söz ya tərkib yoxdur , baxmayaraq ki Fars mənbələrində bunlar qeyd olunublar. Eyni halda badkan/ patqan/baykan/badkan sözləri də türkcədir və Farsca söz konusu olan bir şey yoxdur. Azərbaycan adı ilə Atropatan adını muqayisə edərkən ,görünür ki bu iki ad , eyni anlamı daşıyan bir türk megatoponim addır və təkcə fərq fonetika dəyişiliyidir. "Adar/Atar/Adır/Adər" türk sözləri , çeşitli türk xalqların dilində , çeşitli fonetikalar əldə edib və sonda "Azər" formasına düşüb. Tarixin ən dərin qatlarında ,Azərbaycan torpaqlarında Oğuz evladı "Azər"lərdən başqa xalqlar olmamasına heç bir şüphə yoxdur və bu tarixə və tarixşunaslıq elminə də açıq-aydın və bəlli olan bir mövzudur və bəllidir ki bu son üçminilliyin içində , bu bölgəyə qeyr-i türk yadelli xalqlar axınıb gəlib (Hind-Avropa dilli xalqlar Fars,hind, Hay və qarışıq soylu kürdlər ). Bizim danışdığımız konu , bu xalqların gəlməsindən neçə minillər öncəyə ayiddir və Fars , Hay, Yunan və Rumlara dəxli olan bir məsələ deyil və onları bu konuya qatmaq , heç-heçinə və boş yerə , onlara tarix və haqq və əmək haqqı qazandırmaqdan başqa bir şey deyil. Biz öz doğma sözümüzə , adımıza iyə durmayıb başqasına verib sonra da, öz verdiyimizin da`vasını edirik. Atropatkan ya Atarbadqan adının Farsa , Hay xalqına , Yunanlara , Rumilərə ,Hind-Avropa dillilərə nə dəxli var ?! Onların rolu bu konuda təkcə bu qədim türk adlarını eşitdikləri və gördükləri kimi öz yazılarında və mənbələrində öz dillərinin fonetikasına uyğunlaşdırıb qeydə alınmasıdır. Bizim tarix alimlərimiz və tədqiqatçılarımız "Araz" çayının Erməni adlandırdığımız Hay`lar tərəfindən "Araks" yazılıb deyilməsinə reaksiya göstərib qəzəblənirlər ki bu adı erməniləşdirirlər və özlərinə çıxmaq istəyirlər , halbuki elə deyil , çünki Haylar gerçəyin əslini bilmədən və anlamadan bu işi görürlər. Bizim tarixçilərimiz , tədqiqatçı alimlərimiz "Araz"(Aras / Ərəs) çayının adını qədim türk xalqı "AZ" /"AS"larla (Türklərin və Azərbaycan xalqının ulu əcdadları) bağlayırlar. Haylar da Azərbaycanlılar və başqa türkləri qıcıqlandırmaq üçün öz xəyalında türkcə söz olmayan Araks adını acıqdan və hirs vermə üçün gətirir xəritədə yerləşdirir ki bu çayın adı qədim Erməni mənbələrə görə Araks`dır və ermənicə (əslində HAY)dir.İndiki çağdaş Hay əyər bu adın açıklamasını bilsəidi ki nədir , bu adın dəyişdirilməsinə bir böylə can atmaz idi . Azərbaycanlı və digər türk tədqiqatçılar Araz`ın adını məhz AZ/AS türklərlə (Azərlərlə)bağlamaqda bizcə yanılıllar. Az türklərinin (Azərlər) əzəldən bəri indiki Azərbaycan torpaqlarında yaşaması şüphəsiz bir tarixi gerçəkdir, və bu Az/Azər adının bir çox toponimlərdə , hidronimlərdə , oronimlərdə və başqa-başqa ...nimlərdə iştirak etməsi danılmaz bir gerçəkdir , amma Araz adındakı sonluğunun, "Az" etnos adı ilə fonetik oxşarlığı bizi sözün və adın əsil , həqiqi mənasından yayındırır və adın əsil gerçək formasının üzə çıxmasına əngəl olur.Araz adının zahiri görünüşü ilə etimologiyasını açıklamada deyə bilərik qədim türkcə sözü olan "Ar"(= kutsal,muqəddəs, qırmızı isti ) və "Az"(türk soylu Az /Azər türkləri) sözlərinin tərkibindən yaranıb və anlamı "muqəddəs Az/Azər türkləri" deməkdir. Amma bizcə bu adın tərkibində olan "Az" Günəş olması daha uyğun və yerli görünür yə`ni "Araz"ın zahiri görünüşünün düzgün anlamı " kutsal Günəş tanrısı" ya "İsti –qırmızı Günəş" anlamı olmağı Azərbaycan mifologiyası ilə tam uyarlı və uyğun gələn bir teofor addır. Yəni bu Araz adının kökü və ad verilməsi gedib tarixin dərinliklərinə ,Günəşpərəstlik dövrünə çıxır. Bunlar Araz adının indiki zahiri görüşünün yorumu və açıklamasıdır amma Hayların xəritələrində gətirib yerləşdirdikləri "Araks" adını da siyasi hisslərə və duyğulara kapanmadan , qədim türk dili tarixinin süzgəçindən keçirtmək pis olmaz. Haylar bu adın nə olduğunu və kökünü mənşəini bilmədən ləjlikdən (nə olur olsun,təki o deyən olmasın) hissinə qapanaraq tarixin torbasının dib-bucağında qalmış "Araks" adını tapıb çıxardıb yapışdırır xəritəyə ki çayın əsl adı budur nə türklərin və Azərbaycanlıların dediyi "Araz" . Beləliklə Hay acıq verərək həm də istəyir ki bu adın "Hay" mənşəli olduğunu göstərib və öz gördüyü əməllərə və gələcəkdəki hərəkətlərinə hər tərəfli tarixi və coğrafi nədənlər ,matriyallar və səbəblər toplasın və bu prosesin axarında ,Araks adını da araya atır , halbu ki bu adın kökü və mənşəyi qədim türkcədir və bəlkidə Araz dediyimiz və çağırdığımız adın əsil və həqiqi türk formantıdır . Haylar bu əsil türkcə olan adı bu səbəbdən ki qədim erməni mənbələrində qeyd olunub, Hay`ca söz və ad bilib onu araya atırlar və bunu nəzərə almırlar ki qədim Erməni dildə və grafikası ilə yazılan tarixi əsərlərin bə`zi yazarları türk(Alban türkləri) olub və bir də ki Hay tarixçilər də özlərindən qabaqki tarix mənbələri və yazarlarına istinad ediblər və moisey xorenasi zamanı (5-ci əsirdə) Haylarda və tarixçilərində indiki Haylar qədər ,anti-türk və Anti-Azərbaycan hiss və duyğuları olmayıb və onlar da bir çox adları olduğu kimi yazıb qeyd edirmişlər və bəlkidə elə o zaman da adın türkcə olduğunu indiki Haylar kimi bilmirmişlər. Hay Ermənilərin dediyi "Araks" hidronimi ,əslində türkcə ad olan "Ar.üz" iymiş. Bu ad qədim türkcə "Ar" (= muqəddəs , pak, kutsal,Tanrı) və türkcə "üz" (axar, Gedər , önə sürülən , sürüşən və məcazi olaraq "çay" , "nehir" ,"axar su) sözlərinin tərkibindən yaranmış və külliyyətdə " muqəddəs çay" ," kutsal nehir" ," Tanrı nehiri" deməkdir. Bu çayın adının əsil və düzgün forması "Ar.ügüz" ya "Ar.üküz"iymiş ki zaman sürəsində muhavirə və xalq diyalekt şivəsində türk dilinin fonetika və səs düzümü qanun.una uyğun "Ar.Akuz"a , "Ar.Akus"a və sonda "Ar.Akıs"a çevirilibdir. Qədim türk dilində olan "üküz"/"ügüz" (=çay,nehir,irmaq) sözləridə əslində ilk variantı və luğət formu "Aqız" ,"Akız" ,"Axız" (axmaqdan alınaraq) iymiş ki zaman sürəsində "ügüz"/"üküz" formuna düşüb. Beləliklə mə`lum olur ki "Araz" çayının adının ilk formantı "Ar.axız/Ar.aqız /Ar.akız" iymiş və qıssa saitin düşməsi və "z" səsinin "s"ya çevirilməsi ilə "Araks" formunu alıbdır və qədim Hay-Erməni müəllifləri də bu adı digər Yunan-Rum və hətta Türklərdən alıb yazıblar. "AR.AQIZ ---- AR.AKIZ ---- AR.AKIS ---- AR.AKS ---- ARAKS /////// AR.AQIZ ---- AR.AĞIZ ---- AR.AĞZ ---- yumuşaq"ğ" düşməsilə olur AR.AZ ---- ARAZ . Hay Erməni tarixçiləri və tədqiqatçıları da "Ar.Akıs" türk adını "Araks" deyib oxuyurlar və belə mə`lum olur ki Hay Ermənilərin iddia etdikləri "Araks" adı "Ararat" dağının adı kimi , Hay-Ermənicə sandıqlarının əksi olaraq , əsil , xalis türk sözü çıxdı. Əlbətdə əyər bu çox şiddətlə və aşırı dərəcədə Anti-Türk hissiyyatı və duyğularına kapanmış indiki "yanlışca Erməni adlandırdığımız Hay`lar" bilmiş olsaydılar ki "Araks" adı da "Ararat" dağ adı kimi , xalis və əsil türk sözüdür , tam əminliklə demək olar ki bu adın səsləndirib ortaya atmağından vaz geçərdi və bu tarixi türk adlarını bütün tarix , coğrafiya kitablarından və xəritələrdən silib pozardı və çalışardılar bir yeni və eyni halda Hay`ca bir söz və ad bu çay və dağa yaratsınlar. Hay-Ermənilərinin belə özgə malına ,söz və tarixinə əl atma əhvalatı az olmayıb. Bizim borcumuz budur ki bu qədim doğma türk adlarını başqasının yiyələməsini və mənimsəməsinin qarşısını almaqdır və izin verməyək bizim öz doğma sözlər və adlarımızı bizim öz əleyhimizə işlədib bəd niyyət planlar cızsınlar , necə ki Hayların məsələsində bu sayaq tarixi səhvilərimiz indi başımıza böyük bəlalar açıb və açmaqdadır və boş yerə yeni gəlmiş bir xalqa pulsuz və müftə yerə , neçə minillik sabiqəyə (staja)malik Erməni adlı türk xalqının tarixini və ərazisini (Armini , Anadoluda van gölü ətrafı ta urmu gölü ətrafına qədər) bağışladıq və öz doğma türk tayfasının adını indi öz tarixi duşmanımız kullanır . Hay xalqı heç zaman özünü Erməni adlandırmayıb , bu adı biz yerli türk xalqı özümüz zorla bilmədən (gələcəyi bilmədən ki bu nahaq yerə ad vermənin nə kimi əzabları və başağrıları olacaq) onlara vermişik ( axı biz qədimdən ad qoyma və ad vermə peşəmizdir) . Hayların torpaq iddialarının kökü və zəmini , bizim boş yerə orartular zamanı onlara türk Ermənilərin adını verməkdədir, çünki əsil türk Armini /Arminiya /Erminiya/ Erməniyyə ölkə və əyalətin özünə görə van gölü hövzəsindən ta urmu gölünün çevrəsinə qədər ərazisi olub və digər tərəfdən ən önəmlisi bu ki ,bu türklərin neçə minillik tarixləri və tarixi izləri o bölgədə olub ki biz bunları boş yerə bağışladıq Haylara və bu ağıldan uzaq hərəkət ilə digər bir türk ərazisinin (Azərbaycanın indiki Ermənistan adlı torpaqlarını) da boş yerə Erməni adlandırdığımız üçün ,başını böyük bir fəlakətə soxduq . çünki indiki Haylar , türk tayfası və xalqı olan erməni`nin tarixinə və tarixi ərazisinə yiyələnib söykənərək , Azərbaycan ərazisini də o qədim erməni torpaqlarına əlavə edərək, "Böyük Ermənistan" xəritəsini cızıb və o xulyası ilə yaşamaqdadır. İndi burada yeri gəlmişkən lazim görünür bu məqalə müəllifininin Türkiyyə türkcəsində 2014 Fevral ayında yazılmış "kültürümüzdə Muska" adlı məqaləsindən Ermənistan konusu haqqında olan parçanı eynən burada gətirək :" Eski türklerde büyücülük , ovsun ve öngörülük , kök tutmuş dinsel inamları ve inancları kendi heyatını Davam etdirmekdeiymiş ve ba`zi türk boy ve tayfalarının adı da(etnonimi) bu sıra inamlardan ve bu gibi peşelerle ilgili kaynaklanarak , etnonimleri yaratmıştır. O sıradan bizMağ”/”Magtayfasını ve “Ayrim” tayfasını da ad apara bilerik. Ayrimlar en eski türk tayfa ve boylardan birisi sayılır. Ayrım Azerbaycan kabile birleşmesi hakkında dürlü xalq söz açımları vardır , ama en kani edici ve akıla batan anlamı bu türk kabile ve tayfasının adı hakkında açıklamanı Azerbaycan mifologu ve tarihçisiMir Ali Seyyidov” kaleme alır ve yazıyor : Ayrım eski türk soy ve kabile birleşmesi etnosun adıAyveRimsözlerinin birleşmesinden yaranıb. “Aytürk sözü “tanrısal , tanrı , semavi, ilahi, mukaddes , gökden inme , kutsal “ anlamındadır . Adın ikinci bölümü ya`niRimise , kazan , koybal, lebed, kırkız , altay , teleut , şor , sakay“ turk dillerinde “önceden haber veren” , “önceden hayrı-şerri bilen” , “peyğamberlik” demekdir.Rim” sözünden türk halklarındaRimçive Rimçiliksözleri de yaranıbdır. Hepsi “iyi haberi, gelen hoşbahtığı ,kötü haberi , gelen uğursuzluğu haber vermek , ozan , bakşı ve onların başçısı Dede Korkutu yada salır . Seyidov Ayrım söz-adını türk soylu Sak`lar ya Saka`larla bağlayır.13 Azerbaycanlı alimin verdiği izah ve anlamlardan başka şunu artırmalıyam kiAy” sozü ayni halda tipkı Dede Korkut kitabıkonuşan” , “söyleyendemekdir.Dede Korkut kitabının girişinde okuyuruk “Korkut Ata Ayıtdı : “ buradaAyıtdıyanisöyledi , hüştarlık vermek , haber vermekanlamındadır. DemekAyın türk dilinde (özellikle oğuz türkcesinde) bir anlamı da(Seyidofun dediklerinden başka) , söylemek ve haberdarlık etmekdir.Ayrım sözü ve etnonimi eslinde türkceirim” sözü`yle bir kökden ola biler ya`ni Ayrım , İrim sözünün başka fonetik variyantıdır , çünkiİrim” sözünün anlamı da bu fikri ve ehtimalı güclendirir , ve bizi sandığımıza sürekliyor. Şemseddin Samiİrimsözünün anlamında yazıyor : İrim = irmek`den . irme , vısul (çatma , nail olmak , ulaşmak) – fal açma , tefe`ul , istikare (istihare) 14



Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə