Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə53/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   49   50   51   52   53   54   55   56   ...   72
A  r  x  i  t  e k  t  u  r a      v  ə    h  e y k   ə  l  t  ə  r a  ş  l  ı  q sənəti  sahəsində də 

müəyyən iş aparılırdı. Məsələn, Bakı Texniki Məktəbin nəzdində heykəltəraşlıq sinfinin 

açılması nəzərdə tutulmuşdu. 1920-ci il yanvarın 1-də Azərbaycan Aktyorlar İttifaqının 

yığıncağında H.Ərəblinskinin qəbri üzərində monumental abidənin ucaldılması qərara 

alındı


49

. 1918-ci ildə Bakının azad edilməsi zamanı həlak olmuş Azərbaycan və Türkiyə 

əsgərlərinin şərəfinə ucaldılacaq kompleks abidənin layihəsi işlənib hazırlandı. Bakıdakı 

xeyriyyəçi  cəmiyyətin  təşəbbüsü  ilə  onun  tikinti  işləri  1919-cu  il  sentyabrın  15-də 

başlandı və 1920-ci ilin sentyabrınadək başa çatmalı  idi. Belə abidələrin təkcə Bakıda 

yox,  Gəncədə  də  ucaldılması  nəzərdə  tutulurdu.  Bu  işlərin  təşəbbüskarı  Azərbaycan 

hökuməti  idi

50

.  Gəncədə  o  dövr  üçün  müasir  olan  üslubda  Nizami  Gəncəviyə  abidə 



ucaldılması nəzərdə tutulurdu. Azərbaycan Cümhuriyyəti xarici işlər nazirinin müavini 

olmuş Adilxan  Ziyadxanlı  özünün  Tehranda nəşr olunmuş  memuarlarında bu  abidənin 

layihəsinin mövcud olduğunu xatırlayır

51



Digər  bir  qaynaqda  Maarif  Nazirliyi  tərəfindən  Gəncədə  Nizaminin 

mavzoleyinin tikintisinə yarım milyon manat vəsait ayrılmasından danışılır

52



Azərbaycan  Cümhuriyyətinin  bərqərarlaşması  və  yaradılması  ədəbiyyatda 



canlanmaya,  milli  ruhun  güclənməsinə  səbəb  oldu.  Bu  dövrü  haqlı  olaraq   çoxəsrlik 

Azərbaycan ədəbiyyatının inkişafında yeni mərhələnin başlanğıcı adlandırmaq olar. "Yaşıl 

qələm"  ədəbi  cəmiyyəti  özündə  görkəmli  yazıçıları,  şairləri  və  ictimai  xadimləri 

birləşdirirdi. Əhməd Cavad, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Əliabbas Müznib, Salman 

Mümtaz, Ümgülsüm və başqaları milli ruhun və müstəqillik  ideyasının nümayəndələri və 

daşıyıcıları idilər. Abdulla Şaiq və Məmməd Əmin kimi şairlər öz əsərlərində Azərbaycan 

ordusunun  qəhrəmanlığı  və  qələbələrini  tərənnüm  edirdilər.  C.Cabbarlının  "Azər-

baycan  bayrağına"  və  "Sevgilim"  şeirlərində  müstəqillik  tərənnüm  olunurdu.  Əhməd 

Cavad respublikanın dövlət himninin mətnini yazdı. Azərbaycançılıq ideyası əhalinin xeyli 

hissəsinin şüurunda hakim ideyaya çevrild i. 

Beləliklə,  ağır  iqtisadi  vəziyyətə  və  ictimai-siyasi  şəraitin  ciddiyyətli  və 

mürəkkəb  olmasına  baxmayaraq,  Azərbaycan  Cümhuriyyəti  incəsənətin  müasir 

növlərinin  inkişaf  etdirilməsinə  səy  göstərir,  bu  sahədə  mühüm  tədbirlər  həyata 

keçirirdi. 

Azərbaycan  Cümhuriyyətində  milli  ruhun  və  milli  ideyaların  güclənməsi 

nəticəsində milli mədəniyyətin təbliği və tədqiqinə, tarixi və milli irs ənənələrinə maraq 

fövqəladə  dərəcədə  artdı.  Bunlardan  hər  birinin  öyrənilməsi  və  təbliği  peşəkar 

səviyyədə təşkil olunmuşdu, bu istiqamətdə ardıcıl siyasət yürüdülməsi ilə yanaşı, bu 

məqsədlə hökumətin və ictimai təşkilatların imkanlarından da istifadə edilirdi. 

1918-ci  ilin  oktyabrında  Bakıda  yaradılmış  "Türk  ocağı"  cəmiyyətinin 




 

 

407 



fəaliyyətini  xüsusi  qeyd  etmək  olar.  Cəmiyyətin  məqsədi  Azərbaycan  və  Osmanlı 

türkləri,  habelə  keçmiş  Rusiya  imperiyası ərazisində yaşayan  xalqlar  arasında  mədəni 

əlaqələri inkişaf etdirməkdən və onları bir-biri ilə yaxınlaşdırmaqdan ibarət idi. "Azər-

baycan"  qəzetində  cəmiyyətin  22  bənddən  ibarət  proqramı  dərc  olunmuşdu

53

.  Yenə 


"Azərbaycan"  qəzeti  bununla  əlaqədar  olaraq  yazırdı:  "Millət  və  vətən  naminə 

səylərimizin  birləşdirilməsi  üçün  biz  vahid  məqsəd  ətrafında  sıx  birləşməliyik.  Belə 

məqsəd ancaq "Türk ocağı" kimi  müəssisələr ola bilər"

54

. "Müsavat" Partiyasının Bakı 



Komitəsinin təşəbbüsü ilə 1919-cu ilin dekabrında "Türk ocağı" siyasi klubunun açılması 

qərara  alındı.  Bu  məqsədlə  tərkibinə  M.Ə.Rəsulzadə,  R.R.Şərifzadə,  Ş.Rüstəmbəyov, 

R.Ağabəyov, Seyid Hüseyn və M.Şeyxzamanov kimi  məşhur siyasi xadimlər və mədə-

niyyət nümayəndələrinin daxil olduqları komissiya yaradıldı. 

"Müsavat"  Partiyası  üzvlərinin  iştirakı  ilə  "Türk  gecələri"  adlanan  təntənəli 

musiqi  konsertləri  təşkil  olunurdu.  Konsert  proqramlarının  hazırlanması  və  tərkibinə 

xüsusi komissiya nəzarət edirdi. Proqramlar kifayət qədər maraqlı və orijinal idi, onlarda 

digər  türk  xalqların ın  da  musiq isinə  geniş  yer  verilirdi.  "Türk  gecələri"  kon -

sertlərində  habelə  tatarlar,  osmanlı  türkləri,  A zərbaycan  və  Türkiyə  şairləri, 

artistləri  və  rəssamları  təmsil  o lunurdular.  A xşamların  bədii  tərtibat  hissəs inə 

rəssam  Ə.Əzimzadə  rəhbərlik  edirdi.  Ədəbi  vokal  h issəyə  yazıçı  və  publisistlərin 

"Yaşıl  qələm"  ittifaqı  cavabdeh  idi.  Dövlət  truppasının  aktyorları  isə  türk 

xalq larının  milli  həyatından  bəhs  edən  əsərlərin   tamaşasını  göstərirdilər.  Bu 

əsərlərin   "Azərbaycan  müstəqilliyi",  "Türk  tipləri",  "Türk  qadınının   dünyası", 

"Milli  birlik"  və  s.  kimi  adları  onların  məzmunu  barədə  aydın  təsəvvür  yaradır. 

Türk  xalq ların ın etnoqrafiyası və məişətinə həsr olunmuş "Türk ocağı", "Türkmən 

çadrası", "Atəşgah", "Şərq salonları" kimi sərgilər təşkil olunurdu. Bu konsertlərdə 

M.Ə.Rəsulzadə  məsul  müd ir  kimi  çıxış  edirdi

55

.  "Müsavat"  Partiyasının  və 



Azərbaycan hökumətin in bir ço x üzvü və d igər siyasi  xadimlər də bu  konsertlərin 

keçirilməsində bilavasitə iştirak edirdilər. 

Azərbaycan  mədəniyyətinin  və  milli  irsinin   öyrənilməsinə  maraq 

fövqəladə  şəkildə  artmışdı.  A zərbaycan  tarixi,  ədəbiyyatı,  iqtisadiyyatı, 

təbiətşünaslığı  və  coğrafiyası  üzrə  ço xlu  əsərlər  meydana  çıxd ı.  Xaricdə 

Azərbaycanı  təbliğ  etmək  üçün  fransız  dilində  kitabçalar,  sənədlər  və  materiallar 

nəşr olunurdu. 

Bunların  içərisində  Adilxan  Ziyad xan lın ın  "Azərbaycan"  kitabın ı, 

Əkbərağa  Şey xü lislamovun  1919-cu  ildə  Parisdə  fransız  dilində  nəşr  olunmuş 

"Qafqaz  A zərbaycan  Cü mhuriyyəti"  broşürasmı,  C.Hacıbəyov  tərəfindən  Versal 

konfransı  üçün  hazırlan mış  materialları  və  b.  fərq ləndirmək  olar.  Adilxan 

Ziyad xanlının  kitabında  Azərbaycan  tarixi,  mədəniyyəti  barəsində  materiallar 

verilmişdir.  Bunların içərisində Azərbaycan Cü mhuriyyətinin yaradılması və möh-

kəmləndirilməsi üçün hökumətin iqtisadi və mədəni tədbirləri haqqında məlu matlar 

diqqəti  cəlb   edir.  M .Ə.Rəsulzadənin  tarixi  möv zuya  həsr  olunmuş  "İran   və  

Azərbaycan",  "Azərbaycanın  paytaxtı"  məqalələrində  A zərbaycan  xalqın ın 




 

 

408 



mənşəyi,  onun  qonşu  dövlətlər  və  xalqlarla  qarşılıqlı  münasibətləri  haqqında, 

Bakın ın yaranması və in kişafı barəsində qədim tarixçilər və coğrafiyaç ılara istinad 

edən, bu gün də öz aktuallığını saxlayan bir sıra qiy mətli fikirlər var

56



Bununla  bərabər,  A zərbaycan  tarixi  və 

mədəniyyəti  barədə 

ümu miləşdirici  materialları özündə birləşdirən bir toplu buraxılması  zərurəti  kəskin 

surətdə hiss olunurdu. Məşhur ictimai xadim və yazıçı Yusif Vəzir Çəmənzəminli bu barədə 

yazırdı: "Allaha şükür ki, bizim tariximiz, ədəbiyyatımız, musiqimiz, teatrımız və b. mədəni 

nailiyyətlərimiz vardır. Əgər bütün bunlar haqqında yazılsa, onda biz özümüzü dərk edərik 

və əcnəbilərə bizi dərk etmək imkanı verərik. Bizim vətənimizdə çoxlu tarixi abidələr var. 

Bunların hər biri haqqında, hər nömrədə ətraflı məlumat vermək zəruridir"

57



1919-cu  ildə  cəmisi  6  nömrəsi  çıxmış  "Övraqi-nəfısə"  jurnalı  belə bir toplu 



oldu.  Bu  jurnal  Azərbaycan  mətbuatı  tarixində  ədəbiyyat  və  incəsənət  məsələlərinə  həsr 

olunmuş ilk dövri mətbuat orqanı idi. Burada musiqi, teatr və memarlıq abidələri barəsində 

məqalələr və fotoşəkillər dərc olunurdu. 

Milli  özünüdərkin  dirçəldilməsi  üçün  əməli  işlər  görülür  (bu,  Azərbaycan 

hökumətinin  məfkurəvi  fəaliyyətinin  başlıca  istiqamətlərindən  biri  idi),  tarixi  yerlərin, 

şəhərlərin və digər yaşayış məntəqələrinin adları bərpa olunurdu. Hökumətin 1918-ci il 

30  iyun  qərarı  ilə  Yelizavetpol  şəhəri  yenidən  Gəncə  adlanmağa  başlandı,  Karyagin 

qəzası  isə  əvvəlki  Cəbrayıl  qəzası  adını  aldı

58

.  Milli  xüsusiyyətlərinə  müvafiq  olaraq 



şəhərlərə,  küçələrə  görkəmli  şəxsiyyətlərin,  yazıçıların  və  şairlərin  adları  verilirdi. 

Məsələn, Qazax şəhər Dumasının 1920-ci ilin  martında olmuş iclası şəhər küçələrinin 

adlarının dəyişdirilməsini müzakirə edərək, onların bir çoxuna  qazaxlı şairlərin - Samiqin, 

Arifin,  Vaqifin və Nasirin adlarının verilməsini qərara aldı

59

.  Respublikanın  məktəblərində 



"Türk xalqlarının tarixi" fənninin o dövrdə böyük ruh yüksəkliyi ilə həyata keçirilən tədrisi 

də cəmiyyətin həyatında baş verən proseslərlə əlaqədar idi. 

Orta  təhsil  müəssisələrində  nəzərdə  tutulan  islahatla  əlaqədar  olaraq, 

şərqşünas  A.A.Zimin  tərəfindən  türk  xalqlarının  Şərqin  ümumi  tarixi  ilə 

əlaqələndirilmiş tarixinin proqramı işlənib hazırlandı. Bu proqramda başlıca diqqət  milli 

ictimai hərəkatlara verilirdi. 1919-cu  il  oktyabrın əvvəllərində  Maarif  Nazirliyi  rusdilli 

orta məktəblər üçün türk xalqları tarixi üzrə epizodik və sistematik kurs ların, habelə türk 

xalqlarının coğrafiyası proqramının tərtib edilməsi üzrə müsabiqə elan etdi. Ən yaxşı layihə 

hökumət mükafatına layiq görüləcəkdi. 

Müstəqillik  dövründə  Azərbaycanın  mədəni  həyatında  "Səfa",  "Nicat", 

"Nəşri-maarif‖ cəmiyyətləri kimi  mədəni-maarif qurumları  mühüm rol oynayırdı. Bu 

cəmiyyətlər  azərbaycanlı  əhalinin  maariflənməsinə,  milli  mədəniyyətin  inkişafına 

xid mət edirdilər. Onlar kasıb şagirdlərə maddi kömək göstərir, Azərbaycan dilinin və 

ədəbiyyatının inkişafına çalışırdılar. "Nicat" cəmiyyəti Bakıda kitabxana-qiraətxana və 

axşam  kursları,  xeyriyyə  məqsədi  ilə  konsertlər  və  elmi  mövzuda  müzakirələr  təşkil 

etmişdi


60

. "Nəşri-maarif‖  xeyriyyə cəmiyyəti Azərbaycanın  rayonlarında  maarifçilik  işi 

aparırdı.  Belə  ki,  Şuşada  cəmiyyət  tərəfindən  "Ulduz"  dərnəyi  təşkil  edilmişdi. 

Dərnəyin  fondunu  ayda  25  qəpik  məbləğində  üzvlük  haqları  və  göstərilən  teatr 




 

 

409 



tamaşalarından alınan vəsait təşkil edirdi. 1920-ci ilin əvvəlində Bakıda "Maariflən miş 

əməkçi  müsəlman  qadınlar"  ittifaqının yaradılmasına  cəhd göstərildi.  İttifaq  mədəni-

maarif işi aparmaq, qadınlar arasında savad və bilik yaymaq niyyətində idi

61

. Lənkəranda 



öz  qarşısına  əhali  içərisində  mədəni-maarif  işi  aparmağı  məqsəd  qoymuş  "Lənkəran 

şəhəri tələbələri və abituriyentləri ittifaq ı" yaradıld ı. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Cümhuriyyəti  hökumətinin  ictimai 

birliklərə  və  ittifaqlara  münasibətdə yürütdüyü  demokratik  siyasət  liberal  istiqamətli 

mədəni-maarif cəmiyyətləri şəbəkəsinin geniş yayılmasına və inkişafına şərait yaradırdı. 

Bu  işdə  Bakı ümumtəhsil  kursları  və  "Xalq  əyləncələri"  cəmiyyəti  xüsusi  fəallıq  və 

təşəbbüskarlıq  göstərirdi.  Xəzəryanı  cəmiyyətin  -  "Kooperasiya"nın  idarə  heyəti 

açılmaqda olan xalq universitetinin bürosuna maliyyə köməyi çərçivəsində 10000 manat 

pul  göndərdi

62

.  1919-cu  ilin  əvvəllərində  Bakı  və  onun  mədən-zavod  rayonlarındakı 



mədəni-maarif cəmiyyətlərini birləşdirmək üçün müəyyən addımlar atıldı. 

Mədəni-maarif cəmiyyətləri konfransının çağırılması üçün təşkilat komissiyası 

seçildi  və  bir  müddətdən  sonra  "Bakı  şəhəri  mədəni-maarif  müəssisələri  ittifaqının 

nizamnaməsi" təsdiq olunmaq üçün hökumətə göndərildi

63

. Nizamnamədə deyilirdi ki, 



mədəni-maarif  cəmiyyətləri  ittifaqının  məqsədi  Bakı  əhalisinin  mədəni  səviyyəsini 

yüksəltmək  məqsədilə  şəhərin  bütün  mədəni  qüvvələrini  birləşdirməkdən  ibarətdir

64



Azərbaycan Cümhuriyyətinin mövcudluğu dövründə Bakıda "Əhali ittifaqı", "Tələbələr 



ittifaqı", "Müsəlman  tələbələri  ittifaqı"  kimi  milli  və  milli  azlıqlara  məxsus  mədəni-

maarif cə miyyətlə ri var idi. 

Cümhuriyyət  hökuməti  respublikada  kitabxana  işinin  inkişafını  da  diqqətdən 

kənarda  qoymurdu  1919-cu  ildə  Bakıda  şəhər  ictimai  məclisinin  texniki  cəmiyyətləri 

fəaliyyət göstərirdi. Belinski adına kitabxana şəhər özünüidarəsinin qulluqçularına, yəhudi 

kitabxanası  əhalinin  yəhudi  hissəsinə  xidmət  göstərirdi.  "Erməni  insanpərvər  cəmiy-

yəti"nin kitab xanası da işləyird i. 

1919-cu  ildə  Balaxanı-Sabunçu,  Bibiheybət  və  Ağşəhər  fəhlələri  üçün 

kitabxanalar  açıldı

65

.  Həmkarlar  ittifaqlarının  nəzdində  də  kitabxanalar  təşkil  olunurdu. 



Bakıdakı həmkarlar ittifaqı kitabxanalarının ən böyüyü (kitab fondu 2000 cild) açıldı. 

1919-cu  ilin  iyulunda  kommunistlər  mətbəə  işçiləri  həmkarlar  təşkilatının 

rəhbərliyini  ələ  keçirib  onun  kitabxanasında  kütləvi  siyasi  partiya  işi  aparmağa  nail 

oldular. 

Kütlələrin  maariflənməsi  istiqamətində  "İqla"  cəmiyyəti  nəzdində  fəaliyyət 

göstərən  kitabxana  az əhəmiyyət daşımırdı. "Kooperasiyalar  ittifaqı"nın  kitabxanası da 

mühüm əhəmiyyət kəsb edir, şəhərin mü xtəlif yerlərində özünün şöbələrini açırd ı.  

Müxtəlif  nazirliklər  öz  əməkdaşları  üçün  kitabxanalar  açırdılar.  Məsələn, 

Ədliyyə Nazirliyi öz əməkdaşları üçün nazirliyin nəzdində hüquqi ədəbiyyat kitabxanası 

yaratmaq  məqsədilə  hökumət  fondundan  50000  manat  ayrılmasına  nail  olmuşdu

66



Səhiyyə  Nazirliyi  öz  nəzdində  kitab xananın  açılmasına  10000  manat  ayırmışdı



67

.  Azər-


baycan hökuməti tərəfindən kitabxana işinin inkişafına böyük yardım göstərilirdi. 

Azərbaycan  Cümhuriyyəti  parlamentinin  1919-cu  il  sentyabrın  16-da  qəbul 




 

 

410 



etdiyi  qanuna  görə,  xalq  məktəbləri  kitabxanalarına  türk  (Azərbaycan)  dilində  yeni 

kitablar  almaq  üçün  dövlət  xəzinəsindən  Xalq  M aarifi  Nazirliyinin  sərəncamına 

1000000 manat buraxıld ı

68



1920-ci ilin 28 apreli ərəfəsində Azərbaycan Cümhuriyyətində  ümumi fondu 

95 min nüsxə kitab olan 11 kitabxana vardı

69



Muzey  işinin  inkişaf  etdirilməsi  üçün  bünövrə  qoyulurdu.  Ədəbi  cəmiyyətin 



üzvləri Q.M.Camalov və M.Ağayevin təşəbbüsü ilə parlament milli İstiqlal muzeyinin 

təşkil olunması barəsində qərar qəbul etmişdi. 

Azərbaycan  hökuməti  tərəfindən  fəhlələr  içərisində  texniki  biliklərin 

yayılmasına qayğı göstərilirdi. Maarif Nazirliyi fəhlələrin öz biliklərini artırmaq arzusunu 

və Azərbaycanda, xüsusən də müsəlman əhalisi içərisində texniki təhsilli ustaların kifayət 

qədər  olmadığını  nəzərə  alaraq,  müsəlman  fəhlələri  üçün  tədris  türk  (Azərbaycan) 

dilində  aparılan  texniki  kurslar  açılması  barəsində  qərar  verdi.  Bu  kurslar  iki 

yarımşöbəsi - maşınqayırma və elektrotexnika yarımşöbələri olan mexaniki şöbədən ibarət 

idi.  Kursların  təhsil  müddəti  10 ay  idi

70

.  Bu  kursların  fəaliyyətini təmin etmək  üçün  Xalq 



Maarifı Nazirliyi tərəfindən 32400 manat vəsait ayrılmışdı

71



Əsasən 1919-cu ilin başlanğıcı ərəfəsində həmkarlar ittifaqları nəzdində olan 

mədəni-maarif  müəssisələri  öz  fəaliyyətlərini  bərpa  etdilər.  Onlar  bu  vaxt  artıq  Bakı 

proletariatının başlıca nümayəndəli orqanına çevrilmiş Mərkəzi Bakı Fəhlə Konfransının 

nəzarəti  dairəsində  fəaliyyət  göstərirdi.  Müsavatçılar,  kommunistlər,  menşeviklər  və 

eserlərin bu fəhlə təşkilatında üstün nüfuz qazanmaq uğrunda  mübarizəsi onun mədəni-

maarif  qurumlarının  fəaliyyətinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərirdi.  Mədəni-maarif 

təşkilatlarını  siyasiləşdirib  sinfi  mübarizə  alətinə  çevirməyə  çalışan  bolşeviklər  bu 

mübarizədə daha çox müvəffəqiyyətə nail olurdular. 

Bakı  Fəhlə  Konfransında  seçilən,  rayon  mədəni-maarif  ko missiyasının 

nümayəndələrinin  də  təmsil  olunduğu  Mərkəzi  Mədəni-Maarif  Komissiyası  kütlələr 

arasında öz fəaliyyətini genişləndirirdi. 

Mərkəzi  Fəhlə  Klubunun  yeni  idarə  heyətinin  siyahısı  Bakı  kommunistlər 

təşkilatının,  "Hümmət"  təşkilatının,  İran  ko mmunist  "Ədalət"  təşkilatının  və 

Beynəlxalq Gənclər İttifaqının keçmiş üzvləri adından təklif edilmişdi. Seçkilər nəticəsində 

bolşeviklərin nüfuzu möhkəmləndi. İdarə heyəti bütünlüklə bolşeviklərdən ibarət idi

72



Bakı  bolşeviklərin in  təşəbbüsü  ilə  1919-cu  il  iyunun  24-də  fəhlə  klubları 

idarə heyətinin konfransı çağırıldı. Konfrans Mərkəzi Klubun idarə heyətinin tərkibinin 

seçilməsi barəsində bolşeviklərin təklif etdikləri qətnaməni qəbul etdi. Bu qətnaməyə 

görə, üzvlərinin sayından asılı olmayaraq, hər bir rayon idarə heyəti Mərkəzi Klubun 

idarə heyətinə dörd nəfər nümayəndəsini seçirdi

73



Əslində  Mərkəzi  Fəhlə  Klubu  Bakıda  ko mmunist  hərəkatının  mənzil 

qərargahına  çevrildi

74

.  RK(b)P  Qafqaz  Diyar  Komitəsi  və  Bakı  kommunist  komitəsi 



bürosu artıq öz iclaslarını onun binasında keçirird i. 

Fəhlə  klubları  və  digər  belə  təşkilatlar  müstəqil  milli  dövlətçilik  əleyhinə 

aparılan  təşviqat  işinin  ocaqlarına  və  onların  partiya  yığıncaqlarının  keçirildiyi  isti 



 

 

411 



yuvalara çevrildiyi üçün hökumət bu  fəaliyyətin qarşısını almaq üçün tədbirlər görməyə 

məcbur  oldu.  Dəfələrlə  edilmiş  xəbərdarlıqlardan  sonra  hökumətin  göstərişinə  əsasən, 

daxili  işlər naziri  1919-cu  il dekabrın  9-da  Bakıda  mövcud olan  bütün  fəhlə  klublarının 

bağlandığı haqqında sərəncam verdi

75



Buna cavab olaraq, Fəhlə Konfransının rəyasət heyətinin çağırışı ilə ertəsi gün 



fəhlələrin  tətili  başladı.  Bu,  polis  orqanlarını  Fəhlə  Klubunun binasını  açmağa,  lakin 

burada  siyasi  mövzularda  mühazirələr  oxunmasını  yasaqlamağa  məcbur  etdi.  Fəhlə 

Klubunun idarə heyəti bir sıra mühazirələrin oxunması üçün icazə almaq məqsədilə  Bakı 

general-qubernatoruna  müraciət  etdi.  General-qubernator  həmin  müraciətə  cavab  olaraq 

yazmışdı:  "Yaşadığımız  məqam,  Bakı  şəhəri  və onun  rayonlarında qüvvədə  olan hərbi 

vəziyyətlə əlaqədar olaraq, mən, mühazirəçinin istək və arzusundan asılı olmayaraq, hər 

hansı  siyasi  mövzuda  oxunan  mühazirələrin  hazırkı  dövrdə  dövlət  qayda-qanununa, 

ictimai  sabitliyə  və  cəmiyyətin  qeyri-sabit  elementlərinə  edəcəyi  mənfi  təsiri  nəzərə 

alaraq bunu mümkün saymıram"

76



Lakin  1920-ci  il  martın  15-də,  bir  sıra  nəticəsiz  xəbərdarlıqdan  sonra, 

hökumət  yenidən  fəhlə  klublarını  bağlamalı  oldu.  1920-ci  il  martın  23-də  Mərkəzi 

Fəhlə Konfransının rəyasət heyəti və həmkarlar şurasının (Sovprof) idarə heyəti fəhlə 

klublarının  bağlanması  ilə  əlaqədar  olaraq  hökumətə  etirazlarını  bildirdilər.  1920-ci  il 

martın 25-də hökumət Mərkəzi Fəhlə Klubundan başqa bütün klubların iş ləməsinə icazə 

verdi. 


Beləliklə, əslində kütlələrin maarifləndirilməsi vasitəsi olan fəhlə mədəni-maarif 

təşkilatlarını kommunistlər kəskin siyasi mübarizəyə qoşdular. 

Kütləvi  fəhlə  maarifçilik  təşkilatlarının  ən  başlıca  formalarından  biri  rayon 

fəhlə klubları idi. Onların istiqamətləri rəngarəng idi. 

Zavağzal  fəhlə  klubunda  həmkarlar  ittifaqlarının  işçiləri  üçün  ayyarımlıq 

həmkarlar hərəkatı və siyasi-iqtisadi kurslar açılmışdı. 

Balaxanı  rayon  klubunun  nəzdində  Azərbaycan  dilində  dram  dərnəyi  təşkil 

edilmişdi. Burada dərnək üzvlərinin qüvvəsi ilə səhnə tamaşaları göstərilird i. 

Klub  tipli  müəssisələr sırasına "xalq  evləri"  də  daxil  idi.  Xalq  evləri  Bakı 

şəhərinin mədən-zavod rayonlarının əhalisi arasında mədəni-maarif işi aparmaq üçün 

mühüm  əhəmiyyət  daşıyırdı.  Onlar  bir  çox  tədbirlərin  mərkəzinə  çevrilmişdi:  burada 

savadartırma  kurslarından  tutmuş  universitet  kurslarına  qədər  müxtəlif  kurs  məşğələləri 

keçilir, kitabxana-qiraətxanalar təşkil edilir, teatr tamaşaları, konsertlər göstərilirdi. 

Qaraşəhərdəki  xalq  evi  böyük  mədəni-maarif  işi  aparır,  teatr  tamaşaları  təşkil 

edirdi. Mövsüm bağlandıqdan sonra dövlət teatrı öz fəaliyyətini burada davam etdirmiş 

və həftədə iki dəfə opera tamaşası göstərmişdi

77



Qaraşəhərdəki  Xalq  Evi  Cəmiyyəti  nəzdində  mayın  1-də  mədəni-maarif  və 



musiqi-teatr  bölmələri  təşkil  edilmişdi

78

.  İyulun  2-də  isə  Şamaxı  xalq  evi  təsis 



edilmişdi

79



Xalq evinə xeyriyyə köməyi də göstərilirdi. Belə ki, "Uriot" xeyriyyə cəmiyyəti 

xalq  evlərinə  avadanlıq  alınması  üçün  600  manat  vəsait  ayırmışdı.  Məhz  bu  yardım 




 

 

412 



sayəsində  orada  kinematoqrafiya  zalı  yaradılmış  və  filmlərin  nümayiş  etdirilməsinə 

başlanmışdı. 

Beləliklə,  qısa  vaxt  ərzində  Bakı  şəhərində,  onun  bütün  mədən  və  zavod 

ərazilərində  Xalq  Evi  Cəmiyyətinin şöbələri açılrmş, böyüklər  üçün  təşkil  edilmiş  savad 

kurslarında beş minə yaxın adam oxu maq və yazmaq öyrənmişdi

80

. Xalq Evi Cəmiyyəti bu 



kurslara  7  min  manatdan  çox  vəsait  xərcləmişdi

81

.  Xalq  evləri  öz  təyinatlarına  -



mədəniyyətin  və  maarifin  əhali  arasında  geniş  yayılması  məqsədlərinə  tam  cavab 

verird i. 

Lakin  fəhlə  klublarının  və  xalq  evlərinin  qis mətinə  kifayət  qədər  ikili, 

ziddiyyətli  və  mürəkkəb bir  rol  düşmüşdü.  Bir  tərəfdən,  onlar  mütərəqqi  maarifçilik 

meylinin  daşıyıcıları  idilər,  digər  tərəfdən  isə  onların  fəaliyyəti  mürtəce  xarakter 

daşıyırdı; çünki Azərbaycan Cümhuriyyətinə düşmən olan bolşeviklər maarifçilik pərdəsi 

altında onun müstəqillik özüllərini qazıyıb yıxmağa yönəlmiş ideyalarını yayırdılar. 

Azərbaycan  Cümhuriyyətinin  sosial-mədəni  sahədə  fəaliyyəti  ölkədəki 

azlıqlardan  ibarət  əhali  ilə  sıx  qarşılıqlı  əlaqədə  həyata  keçirilirdi.  Milli  azlıqların 

mədəni-maarif  ehtiyaclarının  ödənilməsi  üçün  mövcud  imkanlardan  (dövlət  xərcləri, 

ictimai təşkilatların və xeyriyyəçi cəmiyyətlərin qüvvələri) istifadə olunurdu. 

Azərbaycan  hökumətinin  demokratik  mahiyyətli  incə  və  ehtiyatlı  siyasəti 

sayəsində  əhalinin etnik qatlarının  mənafe  ahəngdarlığı  təmin edildi,  ilk  vaxtlarda  bəzi 

tədbirlərlə  əlaqədar  meydana  çıxmış  bir  çox anlaşılmazlıq və narazılıqlara baxmayaraq, 

respublikanın mədəni həyatında bütün millətlərin fəal iştirak etmələrinə nail olundu. 

Azərbaycandakı milli azlıqlar özlərinin mədəni-maarif cəmiyyətləri ilə təmsil 

olunurdular. Rus, erməni, yəhudi, polyak, alman, fars və başqa milli icma və koloniyalara 

məxsus  cəmiyyətlər  - "Bakı rus  xeyriyyə  cəmiyyəti", "Serafim  komitəsi", "Bakı  erməni 

mədəni  birliyi",  "Erməni  Miutsyun"  tələbə  ittifaqı  və  digərləri  sərbəst  fəaliyyət 

göstərirdi.  Beləliklə,  Azərbaycan  hökumətinin  həyata  keçirdiyi  demokratik  siyasət 

nəticəsində liberal təmayüllü mədəni-maarif cəmiyyətləri böyüyür və inkişaf edirdi. 

Azərbaycan Cümhuriyyətinin varlığı dövründə milli dirçəliş naminə maarif və 

mədəniyyətin  inkişaf  etdirilməsi  əsas  amil  sayılmış  və  onun  həyata  keçirilməsi  üçün 

mü mkün  olan  heç  nə  əsirgənməmişdi.  Daxili  sabitlik  möhkəmləndikcə,  müstəqillik 

qüvvətləndikcə  sosial-mədəni  sahəni  əhatə  edən  konkret,  məqsədyönlü  siyasət  işlənib 

hazırlanmış,  bu  zaman  dünyəvi  dövlət,  təhsil  və  mədəniyyət  prinsipləri  əsas 

götürülmüşdü. Milli özünüdərkin güclü oyanışı,  onun yüksəlişi düzgün yola, yaradıcı 

axara istiqamətləndirilərək  inkişaf etdirilirdi. Sosial-mədəni problemlərin həlli  zamanı 

milli  mənafelər  diqqət  mərkəzində  saxlanır,  meydana  çıxan  ziddiyyət  və  çətinliklər 

demokratik məzmunlu, sivil üsullarla həll edilirdi. 

Azərbaycan  Cümhuriyyətinin  xalq  maarifi  və  mədəniyyət  sahəsindəki 

fəaliyyətinin  təhlili  belə  bir  qənaətə  gəlməyə  imkan  verir  ki,  onun  bu  istiqamətdə 

gördüyü  işlər  mədəni  inkişafın  qanunauyğun  davamı,  Azərbaycan  maarifçilərinin 

çoxdankı arzularının yeni şəraitdə gerçəkləş məsi id i. 

 



 

 

413 



XI FƏSİL 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin