Azərbaycan diLİ VƏ tariXİ


§ 2. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNDƏ SOSİAL-



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə44/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   40   41   42   43   44   45   46   47   ...   72
§ 2. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNDƏ SOSİAL-

SİYASİ VƏZİYYƏT 

 

1919-cu  ilin  axın  -  1920-ci  ilin  ə vvəli.  Respublikada  iqtisadi  və  siyasi 

vəziyyət mürəkkəb olaraq qalmaqda davam ed ird i. Ölkədə yaranmış siyasi şərait və 

iqtisadi  vəziyyətlə  əlaqədar  olaraq,  1919-cu  il  sentyabrın  12-də  "Müsavat" 

Partiyasının parla ment fraksiyası höku mətə et imad məsələsini irəli sürdü, sesvermə  

zaman ı  bitərəf  mövqe  tutan  "Müsavat"  fraksiyasından  fərqli  o laraq,  "Əhrar", 

"İttihad" və sosialistləri təmsil edən fraksiyalar höku mətə etimad gös tərmədiklərini 

qəti və açıq şəkildə bildirdilər. 

Koalisyon  hökumətə  etimad  barədə  sorğunun  nəticələri  göstərdi  ki, 

hakimiyyətdə təmsil olunmuş partiyalar arasında birlik yo xdur və o, təsadüfi ço xluğa 

arxalanır.  Bunu  nəzərə  alan  Nazirlər  Şurasının   sədri  N.Yusifbəyli  1919 -cu  il 

sentyabrın 13-də parlament sədrina yazılı  müraciət etdi və göstərdi ki,  koalisiyaya 

girdiy i  partiyalarla  höku mətə  etimadsızlıq  b ild irən   sosialistlər  arasında  dərin 




 

 

314 



ixtilaflar  meydana  çıxd ığı  üçün  bundan  sonra  özünün  baş  nazir  vəzifəsində 

qalmasını mü mkünsüz hesab edir

130



Rusiya  ilə  iqtisadi  əlaqələrin  q ırılması,  xüsusilə  onun  tələbatını  ödəmək 



üçün  şimala  neft  ixracının  dayandırılması  üzündən  neft  sənayesində  dərinləşən 

böhran,  işsizliy in  artması,  fəhlələrin  vəziyyətinin  daha  da  pisləşməsi  və  aqrar 

məsələsinin  həll  edilməməsi  bu  istefanın  əsas  səbəblərindəndir.  Mü xtəlif  siyasi 

partiyalar  arasındakı  ziddiyyətlər  və  mövqe  ayrılığı  koalisyon  hökumət  yaratmaq 

imkanını  məhdudlaşdırırdı.  Buna görə də hökumət böhranı uzun müddət - dekabrın 

sonuna qədər davam etdi. Heç bir partiya  məsuliyyəti öz üzərinə götürüb koalisyon 

hökumət  yaratmağa  cəsarət  etmird i.  Eyni  vaxtda  parlament  və  bütün  nazirliklər 

fəaliyyət göstərməkdə davam ed irdi. 

Hökumət  böhranı  davam  edən  dövrdə  respublikanın  siyasi  həyatında  bir 

sıra  mühü m  hadisələr  baş  verdi.  Türk  Demokratik  Federalistlər  "Müsavat" 

Partiyasının  1919-cu  il dekabrın  2-də öz  işinə başlayan II qurultayında onun bütün 

MK  və  parlament  fraksiyası  üzvləri  də  daxil  o lmaqla  140  nü mayəndə,  həmçin in 

digər siyasi partiyalardan qonaqlar və tanınmış ictimai xad imlər iştirak edirdilər.  

"Müsavat"  Partiyası  MK  sədri  M.Ə.Rəsulzadə  qurultayı  açaraq,  onun 

iştirakçılarına  mü raciətində qeyd etdi ki, partiyanın növbəti qurultayı Azərbaycan 

xalq ının  öz  istiqlaliyyətinə  qovuşduğu  yeni  bir  tarixi  şəraitdə  və  müstəqil  azad 

Azərbaycanın  paytaxtında  öz  işinə  başlamışdır.  Partiyanın  iki  qurultayı  arasındakı 

dövrdə  göstərdiyi  fəaliyyətə  siyasi  qiy mət  verən  M.Ə.Rəsulzadə  eyni  zamanda 

partiyanın  millət  qarşısında  daşıdığı  məsul  vəzifələri  xatırladaraq,  onların  şərəflə  

yerinə yetirilməsi naminə bütün partiya üzvlərini daha sıx birləş məyə çağırd ı.  

Qurultayın  rəyasət  heyətinə  M.Ə.Rəsulzadə  sədr,  Ş.Rüstəmbəyov, 

M.A.Rəfiyev,  A.B.Rüstəmzadə,  İbrahim  Yusif  sədrin  müavinlə ri,  İ.Kabulov, 

M.M.A xundov, D.A xundzadə və Mövsümzadə isə katib  seçildilər. 

Qurultayın   ilk  günü  çıxış  edən  natiqlər  dövlət  quruculuğu  sahəsində

 

"Müsavat‖ın bir siyasi partiya kimi aparıcı rolunu qeyd etdilər. 



Qurultaya  təbriklə  mü raciət  edən  baş  nazir  N.Yusifbəyli  çıxışında 

göstərirdi  ki,  "Müsavat"  öz  fəaliyyəti  ilə  müstəqilliy in  möhkəmləndirilməsi  üçün 

mühü m  " xid mət  göstərmiş  və  partiyanın  rəhbərliy i  həmişə  xalqın  mənafeyini  öz 

partiya  maraqlarından  üstün  tutmuşdur"

131

.  Yollar  naziri  Xudadat  bəy 



Məlikaslanov da bu partiyanın  Azərbaycan xalqının  taley ində oynadığı rolun tarixi 

əhəmiyyətini  nəzərdə  tutaraq  qeyd  etdi  ki,  "əgər  "Müsavat"  Partiyası  olmasaydı, 

indi bizim şahidi olduğumu z hadisələrin heç biri baş verməzd i"

132


Qurultayın  birinci  iş  günü,  əsasən,  iştirak  edən  qonaqların  təbrik 

çıxışlarına və teleqramların oxun masına həsr edildi, əsas məs ələlərin  mü zakirəsinə 

isə  növbəti  gün  başlandı  və  hesabat  məru zəsi  ilə  "Müsavat"  Partiyası  M K  sədri 

M.Ə.Rəsulzadə çıxış etdi. 

Məruzədə  partiyanın  I  qurultaydan  sonra  keçən  dövrdəki  fəaliy yəti,  II 

qurultaydan  qabaq  Azərbaycanda  mövcud  olan  siyasi  vəziyyət  dərindən  təhlil 



 

 

315 



edilmişdi.  Hesabat  məru zəsində  həmçinin  partiyanın  parlament  fəaliyyəti  də  öz 

əksini tapmışdı. M.Ə.Rəsulzadə bunun vacibliyin i onunla izah  edird i ki, partiyanın 

MK-sı  və  M K  ü zvlə rindən  bir  ço xunun  sırasında  olduğu  parlament  fraksiyası 

həmişə sıx əlaqədə fəaliyyət göstərmişdir. 

Sədrin hesabat məruzəsi ciddi  mü zakirələrə səbəb oldu. Müzakirə  zamanı 

çıxış  edən  partiya  üzvləri  onu  aqrar  və  fəh lə  məsələləri  ü zrə  partiya  siyasətini 

hesabatda kifayət qədər əks etdirmədiyi üçün tənqid etdilər. O da xüsusi qeyd olundu 

ki,  "Müsavat"  nümayəndələrinin  başqalarına  nisbətən  çoxluq  təşkil  etdiyi  hökumət  bu 

sahədə  hələ  də  ciddi  bir  qərar  qəbul  etməmişdir.  Buna  görə  də  çıxış  edənlər  öz  partiya 

yoldaşlarından  Azərbaycanda  vəziyyəti  yaxşılaşdırmaq  üçün  hökumət  orqanlarında  öz 

fəaliyyətlərini  gücləndirməyi  tələb  edirdilər.  Partiyanın  liderlərindən  biri  -  Mirzə  Bala 

Məmmədzadə aqrar siyasət sahəsində  parlamentin  fəaliyyətindən danışarkən gös tərdi  ki, 

"...tərkibində daha çox  müsavatçılar olan və öz  bəyanatında bəylərlə  kəndlilər  arasındakı 

mövcud  ziddiyyətləri  aradan  qaldıracağını  vəd  etmiş  hökumət  öz  vədini  yerinə 

yetirmədi"

133


.  Mirzə  Bala Məmmədzadə bəylərin  kəndlilərlə amansız  rəftarını sübut  edən 

çoxlu fakt gətirdi. O, "Müsavat" Partiyası torpağın aqrar məsələ tam həll edilənə qədər 

bəylərin əlində qalmasını zəruri saydığına görə, heç olmazsa bəylərin kəndlilərdən vergi 

toplamasını dayandırmağı təklif edirdi

134



M.Ə.Rəsulzadə  çox  təəssüflə  təsdiq  etdi  ki,  cəmiyyət  hələ  də  köhnə  çar 



qanunları  ilə  yaşamaqda davam  edir və təkcə "Müsavat‖  Partiyasının gücü  ilə  mövcud 

vəziyyəti  dəyişmək  mümkün  deyildir.  M.Ə.Rəsulzadənin  fikrincə,  "Müsavat" 

fraksiyasının  parlamentdə  çoxluq  təşkil  etməməsi  və  fraksiyalar  arasındakı  fikir  ayrı-

lıqları çox ciddi məsələ olan aqrar məsələni qısa zamanda həll etməyə imkan vermir". 

Aqrar  məsələ  hesabat  məruzəsində öz  ciddi  əksini  tapmadığına  görə qurultay 

nümayəndələrin tələbi  ilə yenidən partiyanın  aqrar  proqramının  müzakirəsinə  qayıtdı və 

dekabrın  8-də  keçirilən  4-cü  iclasını tamamilə  aqrar  məsələnin  müzakirəsinə həsr etdi. 

Məsələ  barəsində  fikrini  bildirən  20  nümayəndənin  əksəriyyəti  qurultayın  aqrar 

komissiyasının  mövqeyini  müdafiə  etdi.  Dörd  saatlıq  müzakirədən  sonra  həmin 

komissiyanın irəli sürdüyü aşağıdakı qətnamə qəbul olundu: 

"1.  Xəzinəyə,  keçmiş  çar  ailəsinə,  həmçinin  mülkədarlara  və  xüsusi 

sahibkarlara  məxsus olan  torpaqlar  əvəzsiz  olaraq onların  əlindən  alınır  və  zəhmətkeş 

kəndlilər arasında bölüşdürülür. 

2.  Torpaqların  zəhmətkeşlərə  verilməsilə  əlaqədar  olaraq,  suvarma  qurğuları  və 

motorlar  alınır  və  onların  dəyəri  varlı  siniflər  üzərinə  qoyulan  gəlir  vergisi  hesabına 

yaranan fonddan ödənilir"

136



Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin