T. X. Musayeva, Azərbaycan Respublikasının



Yüklə 2.04 Mb.
Pdf просмотр
səhifə1/19
tarix11.06.2017
ölçüsü2.04 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19

 
1
 
 
Türk dünyasının böyük oğlu, 
Azərbaycan xalqının xilaskarı, 
müstəqilliyimizin banisi, 
görkəmli dövlət xadimi
ümummilli liderimiz 
Heydər Əlirza oğlu Əliyevin 
əziz xatirəsinə ithaf edirəm 
 
 

 
2
 
 
 
 

 
3
 
Abuzər  Xələfov 
 
 
 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV 
və 
Azərbaycanda 
Kitabxana işi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRNƏŞR 
BAKI
 
 2006 
 
 

 
4
 
UOT: 021 (09)  
KBT: 78-33 
Elmi məsləhətçi: 
S.Y.Məmmədəliyeva, fəlsəfə elmləri doktoru, professor, 
AMEA-nın müxbir üzvü 
 
Elmi redaktor: 
T.X.Musayeva, Azərbaycan Respublikasının 
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor 
 
Redaktorlar: 
K.İ.Aslan, pedaqoji elmlər namizədi, dosent  
L.A.Məmmədova, tarix elmləri namizədi 
 
Rəyçilər: 
X.İ.İsmayılov, tarix elmləri doktoru, professor  
N.İ.İsmayılov, pedaqoji elmlər namizədi, dosent 
 
Xələfov Abuzər Alı oğlu  
X-49    Heydər Əliyev və Azərbaycanda kitabxana işi. - Bakı. 
Azərnəşr, 2006.- 312 s. 
 
Kitabda ümummilli lider Heydər  Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi 
olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətləri ümumiləşdirilib elmi nəticələr çıxarılır. 
Burada kitabxanaların xalqımızın mədəni-mənəvi tərəqqisində  və  cəmiyyətdəki rolu haqqında 
Heydər Əliyevin fikirləri şərh olunmuş, həmçinin onun XX əsrin II yarısında respublikada kitabxana 
şəbəkələrinin inkişafı, kitabxanaların mərkəzləşdirilməsi, kitabxana fondlarının inkişafı,  əhaliyə 
kitabxana xidmətinin yaxşılaşdırılması, kitabxanaların maddi-texniki bazasının və kadr potensialının 
möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti konkret faktlar əsasında təhlil edilmişdir. Kitabda 
müstəqillik dövründə kitabxanaların qorunub saxlanılması, kitabxana işinin inkişaf istiqamətləri və 
dövlətin kitabxana siyasətinin formalaşmasında Heydər  Əliyev ideyalarının  şərhinə geniş yer 
verilmişdir. 
Kitabxana işçiləri, habelə  mədəniyyət tarixi və ulu öndərin həyat və  fəaliyyəti ilə  məşğul olan 
tədqiqatçılar, eləcə  də  mədəniyyət və kitabxanaçılıq təhsili müəssisələrinin tələbələri və professor-
müəllim heyəti üçün nəzərdə tutulmuşdur

 
 
2006
)
07
(
615
0503020907

M
  
 
 
© Azərnəşr, 2006 
  

 
5
 
 
 
 
ÖN SÖZ 
 
Digər  əsrlər kimi, XX əsr də Azərbaycan xalqına çox böyük tarixi 
şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərdən biri də, ümummilli 
liderimiz, görkəmli dövlət, siyasət, elm və  mədəniyyət xadimi Heydər 
Əlirza oğlu Əliyevdir. 
XX  əsrin II yarısında hakimiyyətə  gələn, 34 il ardıcıl olaraq dövlət 
sükanı arxasında məharətlə dayanan, Azərbaycanın tərəqqisi və inkişafı 
üçün cahanşümul tarixi əhəmiyyətə malik işlər görən bu böyük insan 
Azərbaycan xalqının sevimli rəhbəri imicini qazanmaqla yanaşı, dünya 
şöhrətli bir şəxsiyyət səviyyəsinə qalxmış, dünyanın görkəmli 
siyasətçilərinin etiraf etdiyi kimi, Şərqin ulduzuna çevrilmişdir. 
Heydər  Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür 
yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, 
zəkası, fitri qabiliyyəti ilə  ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca 
zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, 
şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. 
Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, 
müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir 
şəxsiyyətlərindən biri Heydər  Əliyev çox zəngin irs qoyub getmişdir. 
Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca 
respublikamızın son 50 illik həyatında bu nəhəng şəxsiyyətin öz xalqına 
qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı 
və  tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını 
Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə 
gəlir. Heydər  Əliyev bu quruculuğun  əsasını 1970-ci illərdən qoymağa 
başlamışdı. 
1950-ci ildə Sankt-Peterburq (Leninqrad) milli təhlükəsizlik orqanları 
məktəbini əla qiymətlərlə, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix 
fakültəsini fərqlənmə diplomu ilə bitirən və böyük həyat təcrübəsinə 
malik olan Heydər Əliyev artıq gənc yaşlarından rəhbər işə irəli çəkilmiş,  

 
6
1964-cü ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 
1967-ci ildə isə komitə  sədri vəzifəsini tutmuşdur. Onu da qeyd etmək 
lazımdır ki, Heydər  Əliyevə  qədər Azərbaycan Dövlət Təhlükəsizlik 
Komitəsinin sədri vəzifəsində digər millətlərdən olan şəxslər işləmişlər. 
Heydər  Əliyev bu böyük vəzifəni tutan ilk azərbaycanlı olmuşdur. 
Heydər  Əliyevin dövlətçilik məharətinə, təşkilatçılıq qabiliyyətinə 
hakimiyyətin yuxarı dairələrinin marağı gündən-günə artmış, o, böyük 
şəxsiyyət imici qazanmışdır. 
Məhz buna görədir ki, 1969-cu ilin iyul ayında Heydər  Əliyev 
Sov.İKP MK-nın tövsiyəsi ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi 
Komitəsinin birinci katibi seçildi. O bu vəzifəyə seçilərkən respublika 
rəhbərliyinin yuxarı eşalonunda böyük hərc-mərclik, dedi-qodu, anarxiya, 
qeyri-sabitlik hökm sürürdü. 60-cı illərdə respublikamız ittifaq 
respublikaları içərisində iqtisadi və sosial inkişaf baxımından SSRİ-nin 
geridə qalmış respublikalarından biri hesab edilirdi. 
Respublikamız kənd təsərrüfatı, sənayenin inkişafı sahəsində Sovet 
İttifaqı respublikaları içərisində sonuncu yeri tuturdu. Dövlət planlarının 
heç biri yerinə yetirilmirdi. 
Həmçinin həmin illərdə respublikamızda iqtisadi, siyasi sahədə olduğu 
kimi mədəniyyət sahəsində də böyük geriləmə prosesi baş vermişdi. Bu 
proses özünü mədəniyyətimizin mühüm sahəsi olan kitabxana işində  də 
göstərmişdi. 1960-cı ildə  vəsait çatışmazlığı  əsas götürülərək 500-dən 
artıq müstəqil kütləvi kitabxana bağlanmışdı. Kəndlərimizin  əksəriyyəti 
kitabxana xidmətindən məhrum olmuşdu. Kitabxana işi bilavasitə qalıq 
prinsipi əsasında  maliyyələş-dirildiyindən  kitabxanaların  maddi-texniki 
bazası olduqca zəif idi. Xeyli vaxt idi ki, respublikada yeni kitabxana 
binaları tikilmirdi. Mövcud kitabxana binalarının əksəriyyətinin, xüsusilə 
kənd yerlərindəki binaların təmirə ehtiyacı var idi. Kənd rayonlarındakı 
xeyli yaşayış məntəqələrində kitabxanalar yox idi. Əlbəttə, bütün bunlar 
ölkədə əhaliyə kitabxana xidmətinin təşkilinə mənfi təsir göstərirdi. 
Belə ağır bir şəraitdə hakimiyyətə gələn Heydər Əliyev öz təşkilatçılıq 
qabiliyyəti, möhkəm iradəsi sayəsində  qısa müddətdə böyük 
müvəffəqiyyətlər  əldə etdi, xalqın məhəbbətini qazandı, Azərbaycan 
xalqının sevimli, ədalətli rəhbərinə çevrildi. 
 
  

 
7
Respublikanın zəhmətkeşləri, ziyalıları  tərəfindən ardıcıl dəstəklənməyə 
başlandı. 
Tarixçi alimlərimiz çox haqlı olaraq 1969-1983-cü illəri əhatə edən bu 
dövrü Azərbaycanın inkişafında dönüş dövrü kimi xarakterizə edirlər. 
Heydər  Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının 
birinci katibi seçildikdən sonra ölkənin inkişafında dönüş  mərhələsi 
başlanmış, xalq təsərrüfatının bütün sahələrinin inkişafında, elm və 
mədəniyyətin, təhsil sisteminin tərəqqisində böyük nailiyyətlər  əldə 
edilmişdir. Bu dövrdə xalqımızda milli qürur, milli mənlik  şüuru 
oyanmış, xalq öz tarixini, soy-kökünü dərindən dərk etməyə, milli 
ideologiyanın formalaşması sayəsində ilk addımlar atmağa başlamışdır. 
Məhz 1969-1985-ci illərdə respublikamızda mədəni quruculuq 
sahəsində həyata keçirilən böyük tədbirlər kitabxana işinin inkişafına da 
müsbət təsir göstərmiş,  əvvəllər ləğv edilmiş  kənd kitabxanaları 
planauyğun qaydada ardıcıl olaraq bərpa olunmuş, kənd rayonlarının 
yaşayış məntəqələrində kitabxanalar təşkil edilmiş, kitabxanaların maddi-
texniki bazası möhkəmləndirilmiş, kitabxana işinin maliyyələşdirilməsinə 
diqqət artırılmışdır. Məhz bu illərdə  həm kənd yerlərində, həm də 
şəhərlərdə yeni kitabxana binalarının tikilməsinə, mövcud binaların bərpa 
və təmiri işlərinə vəsait ayrılmağa başlanılmışdı. 
Kitabxanaların mərkəzləşdirilməsi məsələsi respublikamızda da 
müvəffəqiyyətlə başa çatdırılmış, mühüm elmi-təcrübi nəticələr  əldə 
edilmişdir. 
Respublikada kütləvi kitabxana şəbəkəsi ilə yanaşı, ayrı-ayrı idarə və 
müəssisələrin, nazirliklərin və ictimai təşkilatların kitabxana şəbəkələri 
də böyük tərəqqi əldə etmişdilər. 
Bu dövrdə xüsusilə Azərbaycan Təhsil Nazirliyinin (o zaman Maarif, 
Ali və Orta İxtisas Təhsili nazirlikləri), Səhiyyə Nazirliyinin, Kənd 
Təsərrüfatı Nazirliyinin, Milli Elmlər Akademiyasının kitabxana 
şəbəkələri  əsaslı surətdə yenidən qurulmaqla oxuculara kitabxana 
xidmətinin təşkilini xeyli yaxşılaşdırmağa müvəffəq olmuşdular. 
Kitabxanalar təhsil və elm sahəsinin əsas atributlarından biri kimi təhsilin 
və elmin inkişafına, kitabxana-informasiya xidmətinin təşkilinə layiqli  

 
8
töhfələr vermişdir. Birinci mərhələyə yekun vurarkən böyük iftixar hissi 
ilə demək olar ki, ulu öndər Heydər  Əliyevin Azərbaycana rəhbərlik 
etdiyi (1969-1982-ci illər) qısa zaman kəsiyində respublikamız Sovet 
İttifaqının iqtisadi, siyasi və  mədəni cəhətdən  ən inkişaf etmiş, xalq 
təsərrüfatı, elm, mədəniyyət, təhsil sahələrində  ən çox nailiyyətləri olan 
respublikalardan birinə çevrilmişdir. Azərbaycanın böyük iqtisadi inkişaf 
yoluna düşməsinin əsası qoyulmuşdur. 
Heydər  Əliyevin hakimiyyətə  gəlişi Azərbaycanın ictimai-siyasi, 
sosial-iqtisadi və mədəni-mənəvi həyatına uğurlu yeniliklər, dəyişikliklər 
gətirdi. Məhz Heydər  Əliyevin qayğısı  nəticəsində  həmin dövrdə 
Azərbaycan sosial-iqtisadi və mədəni cəhətdən yüksək səviyyədə inkişaf 
edərək Sovetlər Birliyinin ən böyük mükafatlarına layiq görülmüş, 
xalqımızın adı  həmişə hörmət və iftixarla çəkilmişdir. Heydər  Əliyevin 
qazandığı bu müvəffəqiyyətlər qısa zaman içərisində onun bir partiya və 
dövlət xadimi kimi nüfuzunun təkcə Azərbaycanda deyil, bütün SSRİ 
məkanında artmasına, böyük şöhrət qazanmasına səbəb oldu. Məhz buna 
görədir ki, o, 1979-cu ildə Sov. İKP MK Siya- 
si Bürosu üzvlüyünə namizəd, 1982-ci ildə isə üzv seçildi. 1982-ci 
ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli 
çəkildi. SSRİ hökumətində ikinci şəxsiyyət olan Heydər  Əliyev tezliklə 
Sovet İttifaqı məkanında, həmçinin xarici ölkələrdə müdrik dövlət xadimi 
kimi yüksək nüfuz qazandı. Bu da Sovetlər Birliyi dövründə beynəlxalq 
aləmdə öz fəaliyyəti ilə böyük şöhrət və hörmət qazanmış Azərbaycan 
oğlunun dünya siyasətində tutduğu yüksək yerdən xəbər verirdi. 
O, Moskvada yaşayıb-işlədiyi müddətdə  də Azərbaycanla  əlaqəsini 
kəsməmiş, həmişə doğma respublikamızın qeydinə qalmış, onun inkişafı 
üçün əlindən gələni əsirgəməmişdir. 
Doğrudur, Azərbaycan xalqının dahi oğlunun belə nüfuzlu bir 
vəzifəyə  təyin edilməsi bütün Azərbaycan xalqının, həmçinin Türk 
dünyasının böyük fəxri idi. Xalqımız bu təyinatı fərəh hissi ilə qəbul etdi. 
Həmin günlərdə Azərbaycanda bayram əhval-ruhiyyəsi yaşanırdı. 
Ancaq tezliklə respublikada Heydər Əliyevin yeri görünməyə başladı. 
Onun böyük çətinliklə əldə etmiş olduğu iqtisadi inkişaf 
 
  
 
 
 

 
9
sürəti tədricən aşağı düşməyə, respublikada ətalət hökm sürməyə, 
idarəçilikdə nöqsanlar baş qaldırmağa başladı. 
Heydər  Əliyevdən sonra respublika rəhbərliyi baxımından 
Azərbaycanın bəxti gətirmədi. 1983-1993-cü illərdə respublikamıza çox 
səriştəsiz, siyasi cəhətdən savadsız, uzağı görə bilməyən insanlar başçılıq 
etmişlər. 
80-ci illərin ikinci yarısından başlayaraq SSRİ dövləti tərəfindən 
müdafiə edilən qondarma Dağlıq Qarabağ problemi qızışdırılmağa 
başladı. Azərbaycana böyük təzyiqlər göstərildi. Yerevanda və 
Xankəndində Qarabağı Azərbaycandan qoparmaq üçün separatçı 
xarakterli mitinqlər başladı. 1988-ci ildə Ermənistanda yaşayan 230 
mindən çox azərbaycanlı öz dədə-baba yurdlarından qovuldu. Hər 
tərəfdən böyük təzyiqlərə, öz dövləti tərəfindən  ədalətsizliklərə  məruz 
qalan xalqımız Azərbaycanı parçalamaq cəhdlərinə, Dağlıq Qarabağın 
Ermənistana verilməsi tələblərinə qarşı mübarizəyə qalxdı. 1988-ci il 
fevralın 19-da Bakı şəhərində ilk etiraz mitinqi keçirildi. Getdikcə etiraz 
dalğası kütləvi hal almaqla bütün respublikanı bürüdü. Belə bir şəraitin 
yaranması Moskva üçün gözlənilməz oldu. Moskva bu etiraz dalğasının 
qarşısını ala bilməyən, yaxud almaq istəməyən, olduqca iradəsiz və 
qətiyyətsiz Kamran Bağırovu 1988-ci il mayın 21-də Azərbaycan 
Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən 
götürdü və onun yerinə  Əbdürrəhman Vəzirovu gətirdi. Milli ruhdan, 
azərbaycançılıqdan çox-çox uzaq olan, öz ana dilini belə bilməyən  Ə. 
Vəzirov xalqın milli mənafelərinə zidd siyasəti ilə Dağlıq Qarabağın 
Ermənistana verilməsi haqqında Sov.İKP-nin baş katibi Mixail 
Qorbaçovun rəhbərliyi ilə hazırlanmış  məkrli planın həyata ke-
çirilməsinə xidmət göstərməklə gözdən düşdü. Bütün bu hadisələr 1990-
cı ilin qanlı 20 Yanvar faciəsinə  gətirib çıxardı. Bu faciənin 
təşkilatçılarından və günahkarlarından biri olan Ə.Vəzirov Moskvaya - öz 
ağalarının yanına qaçmalı oldu. Ə.Vəzirovdan sonra hakimiyyətə  gələn
xalqımızın müstəqilliyini istəməyən, suveren Azərbaycan 
Respublikasının yaranmaması üçün ciddi-cəhdlə çalışan, Azərbaycan 
torpaqlarının işğalına  Şərait yaradan, Xocalı faciəsinin səbəbkarı olan 
Ayaz Mütəllibovun aqibəti də öz məsləkdaşı Ə.Vəzirovun aqibəti kimi  

 
10
oldu. O da Moskvaya - öz ağalarının yanına qaçmağı doğma xalqa 
xidmətdən üstün tutdu. 
Nəhayət, 1992-93-cü illərdə respublika prezidenti olan Əbülfəz 
Elçibəy də öz səriştəsizliyi üzündən dövləti idarə edə bilməyərək, ölkədə 
anarxiya, xaos yarandığı üçün Naxçıvana - Kələki kəndinə qaçıb getdi. 
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqillik əldə etdi. 
Azərbaycan xalqı illərdən bəri ürəyində bəslədiyi arzusuna çatdı. Ancaq 
bu müstəqillik Azərbaycan xalqına çox baha başa gəldi. 1988-ci ildə 
erməni daşnak millətçiləri tərəfindən qızışdırılan Dağlıq Qarabağ 
erməniləri Ermənistan Respublikasına və SSRİ dövlətinə arxalanaraq 
Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi 
niyyətlərini həyata keçirmək üçün açıq-aşkar separatçılıq və təxribatçılıq 
fəaliyyətinə başladılar. 
Bu məsələnin həllində o zamankı Azərbaycan rəhbərliyinin tam 
biganəlik göstərməsi, Moskvanın tapşırıqlarını can-başla yerinə yetirməsi 
torpaqlarımızın bir hissəsinin ermənilər tərəfindən işğal olunmasına 
gətirib çıxardı. Müstəqillik əldə etdikdən sonra hakimiyyət başına gəlmiş 
Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyətinin 
səriştəsizliyi üzündən Dağlıq Qarabağ və ona bitişik olan rayonlarımızın 
əraziləri erməni faşistləri tərəfindən işğal edildi. Ölkədə siyasi hakimiyyət 
böhranı baş verdi. 
Acınacaqlı haldır ki, 1993-cü ilin əvvəllərində Azərbaycanın bir neçə 
“müstəqil” bölgəyə parçalanması prosesi gedirdi. Respublikamızda ayrı-
ayrı “xanlıqlar” yaradılması  həvəsi ilə yaşayan, xalq tərəfindən 
tanınmayan və  qətiyyətlə  rədd edilən bəzi üzdəniraq liderlər üçün 
hakimiyyət ehtirası Vətən, xalq, torpaq kimi müqəddəs anlayışlardan çox-
çox yüksəkliklərdə dururdu. Məhz belə bir dövrdə, ölkəmizin real 
vətəndaş müharibəsi ilə üz-üzə dayandığı bir zamanda xalqın çoxdan bəri 
arzuladığı  şəxsiyyətin - Heydər  Əlirza oğlu  Əliyevin Azərbaycan 
rəhbərliyinə qayıtması ölkəni parçalanma bəlasından xilas etdi, milli 
dövlətçiliyimizin qorunub saxlanılmasına əlverişli şərait yaratdı. 
Heydər Əliyevin 1993-cü ildən başlayaraq respublikamızda yaranmış 
çətinlikləri məhz xalqla məsləhətləşərək, xalqa arxalanaraq aradan  

 
11
qaldırması ona bəslənilən ümidi və inamı durmadan artırdı. Onun milli 
dövlətçiliyimiz, milli ideologiyamız və müstəqilliyimiz istiqamətində 
apardığı işlər əvəzsizdir, misilsizdir. Bunu zaman bir daha sübut edir. 
1993-2003-cü illəri  əhatə edən ikinci mərhələ Azərbaycan xalqının 
hətında baş verən taleyüklü dövrü - müstəqillik dövrünü əhatə edir. 
90-cı illərin  əvvəllərində Azərbaycan xalqının xarici və daxili 
düşmənləri, müstəqil dövlətçiliyimizi gözü götürməyən xainlər və 
satqınlar hər vəchlə Azərbaycanı parçalamağa çalışır, Qarabağı 
Azərbaycandan qoparmaq niyyətinə düşən erməni faşistlərinin 
dəyirmanına su tökürdülər. 
Nəhayət, 1993-cü ilin may-iyun aylarında baş verən dövlət böhranı, 
hakimiyyətsizlik, xaos, anarxiya o dərəcəyə  gəlib çatmışdı ki, ölkə 
vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi qarşısında 
qalmışdı. Məhz belə bir vəziyyətdə xalq ayağa qalxıb Heydər  Əliyevi 
hakimiyyətə gətirdi. 
Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtdığı gün - 1993-cü 
ilin 15 iyunu Milli Qurtuluş günü elan olundu. 
Heydər  Əliyev hakimiyyətə  gəldikdən sonra böyük cəsarətlə  həyata 
keçirdiyi siyasət nəticəsində ölkəmizdə tam sabitlik yarandı, beynəlxalq 
aləmdə Azərbaycanın nüfuzu xeyli artdı. Belə ki, milli müstəqillik xətti 
məqsədyönlü şəkildə həyata keçirilmiş, ölkəmiz vətəndaş müharibəsi və 
parçalanma təhlükəsindən xilas olmuş, Azərbaycan Milli Ordusu 
yaradılmış, aparıcı dünya dövlətlərinin və beynəlxalq qurumların köməyi 
ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün 
atəşkəs elan edilmiş, respublikamızda səmərəli iqtisadi islahatların 
aparılmasına başlanılmış, “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq neft 
kontraktı imzalanmış, bir sözlə, hüquqi və demokratik dövlət 
quruculuğunda böyük müvəffəqiyyətlər  əldə edilmişdir. Bu illərdə ilk 
dəfə demokratik prinsiplər  əsasında müstəqil Azərbaycanın parlamenti - 
Milli Məclisi seçilmiş, dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə 
hazırlanmış ilk müstəqil Azərbaycan Konstitusiyası ümumxalq 
referendumu yolu ilə  qəbul olunmuşdur. Milli dövlətçilik ideyaları real 
həyatda öz parlaq ifadəsini tapmağa başlamışdır. 
 
  
 
 

 
12
Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan 
iqtisadiyyatı böyük dəyişikliklər və islahatlar mərhələsi keçmiş, bazar 
iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə inteqrasiya prosesi baş 
vermişdir. 80-ci illərin sonu-90-cı illərin əvvəllərindəki iqtisadi tənəzzül 
dayandırılmış, demək olar ki, istehsalın  əksər sahələrində ciddi inkişaf 
başlamışdır. 
Bu dövrdə ölkəmizdə iqtisadi, siyasi və sosial sahədə olduğu kimi, 
mədəniyyət, təhsil və elm sahəsində  də mühüm tədbirlər görülməyə, 
islahatlar aparılmağa, keçmiş totalitar rejimdən miras qalan neqativ 
hallardan yaxa qurtarılmağa başlandı. Heydər  Əliyevin yenidən 
hakimiyyətə  gəlməsi dövlətçiliyimizlə yanaşı, Azərbaycan elmini, 
mədəniyyətini, təhsilini də dağılmaqdan və  məhv olmaqdan xilas etdi. 
Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə bir çox elm, təhsil və 
mədəniyyət müəssisələri bağlanmaq təhlükəsi qarşısında qalmış, binaları 
əllərindən alınmış, onlara ayrılan vəsait ya dayandırılmış, ya da miqdarı 
olduqca azaldılmışdı. Hakimiyyətdə olan “bəylər” Azərbaycan elminin 
baş  qərargahı olan Milli Elmlər Akademiyasını bağlamaq haqqında 
təkliflər irəli sürür, Azərbaycan sovet ədəbiyyatının görkəmli 
nümayəndələri Səməd Vurğunun, Süleyman Rəhimovun, Süleyman 
Rüstəmin, Rəsul Rzanın,  Əli Vəliyevin, Mehdi Hüseynin, Mirzə 
İbrahimovun və başqalarının sovet dövrü yaradıcılığını  şübhə altına 
alırdılar. Bir çox görkəmli dövlət xadimlərini, görkəmli alimləri rus 
imperiyasına xidmət etməkdə  təqsirləndirir, onları xain adlandırırdılar. 
Böyük vətənpərvər, ictimai-siyasi xadim, yazıçı  və publisist Nəriman 
Nərimanovu xalq düşməni kimi qələmə verməyə çalışırdılar. Azərbaycan 
elminin, mədəniyyətinin və  təhsilinin inkişafında böyük xidmətləri olan 
Heydər  Əliyev tezliklə bu cür xalqa zidd hərəkətlərin qarşısını almaqla 
elm, təhsil və mədəniyyət sahəsində böyük islahatlar keçirdi, bu sahələrə 
ayrılan maliyyə  vəsaitinin həcmini artırdı, onların inkişafı üçün geniş 
şərait yaratdı. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunu öz 
fərmanı ilə daha da möhkəmləndirdi, onun hərtərəfli inkişafı, həyatın 
bütün sahələrində istifadəsi üçün geniş imkanlar açdı. Latın qrafikasına 
keçid kimi çox çətin və mürəkkəb proses Heydər  Əliyevin böyük 
uzaqgörənliyi ilə çox müvəffəqiyyətlə başa çatdırıldı. 
 
  
 
 

 
13
Mədəniyyətimizin mühüm sahələrindən biri olan kitabxana işi 
sahəsində çox mürəkkəb dövr olan son 10 ildə olduqca ciddi tədbirlər 
həyata keçirildi. Hər şeydən əvvəl kəskin maliyyə çətinliyinə baxmayaraq 
kitabxana  şəbəkələri qorunub saxlandı. Bu gün fəxrlə demək olar ki, 
Azərbaycan MDB ölkələri içərisində dövlət kitabxana şəbəkəsini qoruyub 
saxlayan, kitabxana müəssisələrinin özəlləşdirilməsini qadağan edən 
yeganə respublikadır. 
Bu dövrdə böyük öndər Heydər  Əliyev bir neçə  dəfə M.F. Axundov 
adına Azərbaycan Milli Kitabxanasına (əvvəllər Azərbaycan Dövlət 
Kitabxanası) getmiş, şəxsi kitabxanasından həmin kitabxanaya xeyli kitab 
bağışlamış, kitabxana, kitabxana işi və kitabxanaçı haqqında parlaq 
nitqlər söyləmiş, kitabxananı “xalq, millət üçün, cəmiyyət üçün 
müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi” adlandırmışdır. 
Fərəhləndirici haldır ki, son 13 ildə kitabxana işi haqqında bir çox 
sərəncamlar və dövlət qərarları verilmiş, 1999-cu ildə Milli Məclis 
tərəfindən “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu 
qəbul edilmişdir. Həmin qanunun böyük öndərimiz tərəfindən 
imzalanması  mədəniyyətimizin bu mühüm sahəsinə böyük dövlət 
qayğısının təzahürüdür. 
Beləliklə, xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi, müstəqil 
Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər 
Əliyevin respublikamıza 34 illik rəhbərliyi dövründə  mədəniyyətimizin 
çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilmiş, bu 
sahə  həmişə böyük öndərin diqqət mərkəzində olmuşdur. Məhz buna 
görədir ki, həmin illər respublikamızda kitabxana işinin tarixinə inkişaf 
və tərəqqi dövrü kimi daxil olmuşdur. 
Müasir Azərbaycan tarixinin yeni, parlaq səhifələrinin yazılmasında 
böyük rolu olan bu dahi şəxsiyyətin ümummilli liderimiz olması bizi 
sevindirir. 
İllər, əsrlər keçəcək, ancaq Azərbaycan tarixinin Heydər Əliyev dövrü 
tariximizin ən parlaq səhifələrindən biri kimi qalacaq. 
Azərbaycanda kitabxana işinin tarixinə dönüş dövrü kimi daxil olan 
bu illərdə kitabxana quruculuğu sahəsində əldə olunan nailiyyətlərin, baş  

 
14
verən proseslərin,  əhaliyə kitabxana xidmətinin təşkili sahəsində 
meydana gələn yeni iş forma və üsullarının təhlil edilib öynərilməsinə və 
ümumiləşdirilməsinə böyük ehtiyac duyulmaqdadır. Hazırda oxuculara 
təqdim olunan “Heydər  Əliyev və Azərbaycanda kitabxana işi” adlı bu 
kitab məhz kitabxana tariximizdə olan boşluğu doldurmaq, kitabxana 
quruculuğu sahəsində ulu öndərin titanik fəaliyyətini, böyük qayğı  və 
məhəbbətini, kitabxana işi haqqında ölməz ideyalarını, nəzəri irsini 
gələcək nəsillərə çatdırmaq məqsədini öz qarşısına qoymuşdur. 
Kitab ön söz, 2 fəsil, son söz əvəzi və əlavələrdən ibarətdir. 
I fəsil “Azərbaycanda kitabxana işinin inkişafında Heydər  Əliyev 
mərhələsi (XX əsrin 70-80-ci illəri)” adlanır. Burada əsasən Heydər 
Əliyevin fəaliyyətinin sovet dövrü mərhələsi öz əksini tapır. 
II fəsil “Heydər  Əliyev və müstəqillik illərində Azərbaycanda 
kitabxana işi” mövzusunda yazılmışdır. Burada 1993-2003-cü illərdə 
kitabxana işi sahəsində respublikamızda aparılan dövlət siyasəti, xüsusilə 
bu siyasətin həyata keçirilməsində Heydər Əliyevin böyük rolu və qayğısı 
öz əksini tapmışdır. 
Əlavələrdə kitabxana işçilərinə kömək məqsədi ilə Heydər  Əliyev 
haqqında qısa bioqrafik məlumat verilmiş, ulu öndərin təltifləri öz əksini 
tapmışdır. 
“Heydər  Əliyevin kəlamları” adlanan bölmədə müdrik kəlamlar və 
aforizmlər müxtəlif mövzularda kütləvi tədbirlər təşkil edən kitabxana 
işçilərinin zəruri tələbatlarını ödəmək məqsədinə xidmət göstərir. Bu 
seçmələr eyni zamanda bütün ziyalılarımız və kitabxanaların oxucuları 
üçün çox faydalı ola bilər. 
Əlavələrdə  həmçinin “Dünyanın görkəmli siyasətçiləri, elm və 
mədəniyyət xadimləri Heydər  Əliyev haqqında” adlı bölmə verilmişdir 
ki, burada da dünyanın görkəmli dövlət xadimlərinin, siyasətçilərinin, 
elm və  mədəniyyət xadimlərinin Heydər  Əliyev haqqında söylədikləri 
fikirlərdən seçmələr verilmişdir. 
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü bir daha təsdiq edən həmin 
fikirlər kitabxanalarda təşkil edilən fərdi, kütləvi tədbirlərdə və oxucular  

 
15
arasında Heydər  Əliyev irsinin təbliğində istifadə etmək, onları 
oxucuların diqqətinə çatdırmaq üçün verilmişdir. 
Əlavələr Heydər  Əliyevin kitabxana işinə dair çıxışları, həmçinin 
imzaladığı qanunlar, fərmanlar və  sərəncamlarla tamamlanır. Bu 
bölmənin monoqrafiyaya əlavə edilməsi çoxsaylı kitabxana işçilərinin bu 
mühüm dövlət sənədlərinə olan böyük ehtiyacını ödəmək məqsədi 
daşıyır. 
Uzun illərdən bəri kitabxanaçılıq təhsili sahəsində fəaliyyət göstərən, 
bütün ömrünü kitabxana işinə  həsr edən, Azərbaycan Kitabxanaçılıq 
Cəmiyyətinə başçılıq edən müəllif bu monoqrafiyanı  məhz həmişə 
təmasda olduğu respublikamızın çoxsaylı kitabxanaçılar ordusunun arzu 
və istəklərini və belə bir vəsaitə böyük tələbat hiss etdiklərini nəzərə 
alaraq milli öndərimizə dərin məhəbbətlə qələmə almışdır. 
Müəllif kitab haqqında öz fikrini bildirəcək bütün oxuculara 
qabaqcadan öz təşəkkürünü bildirir. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
16


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə