68
#ЗНАЧ!-qeyd etdiyimiz kimi mətn informasiya üzərində
hesablamalar aparmaq olmaz. Xanada bel
ə inormasiya onu
göstərir ki, arqument mətn tiplidir və proqram məsələn, ədədi
m
ətnə vura (və ya bölə) bilmir. Belə hallarda xanaya daxil edilən
funksiyanın arqumentinin növünü dəqiqləşdirmək lazımdır.
M
əsələn, A5 xanasında ədəd, A6 xanasında mətn informasiya
xanası varsa, =A5+A6 düsturunu yazasınız, xanada #ЗНАЧ!
Işarəsi görünəcək.
# ## #-daxil edil
ən və ya düsturla hesablama zamanı alınan ədəd
xanaya yerl
əşmədikdə belə işarə görünür. Bu zaman sütunun
enini böyütsəniz, ədəd xanaya yerləşəcək.
#ССЫЛКА-düsturda qeyri səlis istinada rast gələrkən xanada bu
işarə görünür. Məzmunu təmizlənmiş və yox edilmiş xanalar
arasında fərq vardır. Yox edilmiş xananın yerinə qonşu sətir və ya
sütundan xana keçir və başqa tip və.s verilənlər ola bilən bu
xanaya istinad baş verdikdə, Excel sistemi bunu bizə xatırladır.
Faylın yolu, faylların və vərəqlərin adları düzgün seçilməyəndə
d
ə, xanada bu cür işarə görünür. Mövcud olmayan ünvana
müraciət etdikdə də bu işarəyə rast gələ bilərsiniz. Məsələn, tutaq
ki, B5 xanasında =SUMM(A1:A5) düsturu vardır. Xananın
aşağısındakı kiçik qara kvadratı mausun köməyi ilə aşağıya doğru
daşımaqla bilirik ki, xananın məzmununu aşağı köçürmək olar və
B6 xanasında =SUMM(A2:A6) alınacaq. Amma əgər siz düsturu
yuxarı B4 xanasına köçürmək istəsəniz, nisbi ünvanların dəyişmə
m
əntiqinə
görə
orada
bel
ə
bir
düstur
görünməlidir.
=SUMM(A0:A4). Bilirik ki, 0 nömrəli sətir yoxdur və ona görə də
xanada s
əhv etdiyiniz haqda məlumat görünəcək.
Başqa növ səhvlər də vardır. İş prosesində belə səhvlərə rast
g
əldikcə,
Dostları ilə paylaş: