SüNİ İntellektiN ƏMƏk bazarina təTBİQİNİn xarakterik xüsusiYYƏTLƏRİ


Süni intellektin mahiyyəti və inkişaf tarixi



Yüklə 139,66 Kb.
səhifə2/4
tarix22.01.2023
ölçüsü139,66 Kb.
#80117
1   2   3   4
Şəms-məqalə

Süni intellektin mahiyyəti və inkişaf tarixi
Müasir biznes həyatını süni intellekt olmadan təsəvvür etmək mümkünsüzdür. Belə ki, 10 il öncəyə qayıtsaq, heç bir biznes mühitində, rəsmi-işgüzar iclaslarda süni intellekt anlayışına rast gəlmək mümkün olmazdı. Lakin müasir dövrün tələbləri artıq istehsal proseslərinin, maliyyə əməliyyatlarının özünü belə süni intellekt tətbiqləri vasitəsilə reallaşdırılması zərurətini ortaya qoyur [1., s.43].
Süni intellekt (Aİ) texnologiyası bugün iş dünyasında başverən dijital transformasiyanın (rəqəmsal çevrilmənin) əsas parçalarından biridir ki, şirkətlər toplanan və ya yaradılan məlumatlara (data) görə külli miqdarda pul ödəmək üçün sıraya düzülüblər. Beyninizdə sual yarana bilər ki, dijital transformasiya və yaxud (dilimizə daha yaxın olan formada) rəqəmsal çevrilmə nə deməkdir. Rəqəmsal çevrilmə daim dəyişən biznes, bazar, istehlakçı tələblərinə cavab verə bilmək üçün rəqəmsal texnologiyalardan istifadə etmədir. Rəqəmsal çevrilmə çox böyük gəlir gətirmə potensiyalı olduğu üçün sahibkarlar lazımi məlumatlara pul ödəməkdən çəkinmirlər. Bu müəyyən qədər Big Data “inqilabından” qaynaqlanır. Belə ki, məlumatın çoxluğu intensiv tədqiqata icazə verdi. Daha sonra intensiv tədqiqat işinə maşınların insanlardan daha uyğun olduğu bəlli oldu. İnsanlar üçün yeganə iş bu maşınları daha səmərəli tədqiqat etmələrini təmin etmək üçün mümkün qədər “daha ağıllı” etməyə çalışmaq oldu. Nəticədə həmin ağıllı maşınlar bugünki adı ilə süni intellekt yarandı [5., s.78].
Süni intellekti təyin edən təriflər zamanla dəyişir, amma əsas məğz olan insan kimi düşünən maşınlar ideyası dəyişməz olaraq qalır. Hər şeydən əlavə, insanların ətraflarındakı dünyanı izah etmədə və topladıqları məlumatla dəyişikliklər yaratmaqda xüsusi bacarıqları olduğu sübut olunmuşdur. Əgər biz daha səmərəli işləyən (insan kimi) maşınlar düzəltmək istəyiriksə, demək biz özümüzdən model kimi, eskiz kimi istifadə edəcəyik. Süni intelekti həm də insana xas düşünmə, yaradıcı (kreativ) olma, öyrənmə kimi bacarıqların kompyuterlərin rəqəmsal və ikili məntiqi (digital and binary logic) vasitəsilə təqlidi kimi də başa düşmək olar.
Aşağıdakı şəkildə süni intellektin (Aİ) mahiyyəti kifayət qədər asan izah olunmuşdur.



Yüklə 139,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin