Sumqayit döVLƏt universiteti



Yüklə 344 Kb.
səhifə2/13
tarix29.12.2021
ölçüsü344 Kb.
#48739
1   2   3   4   5   6   7   8   9   ...   13
d word finw psixo 779

___________________________________

* Bu program Ə.Baxşəliyev və N.Şükürova tərəfindən hazırlanmışdır.
XIX əsr Azərbaycan ədəbiyyatında, habelə XX əsr Azərbaycan ədəbiyyatında psixoloji fikir və ideyaları araşdırılmışdır. Biz isə qarşımızda duran problemi sistem halında, yığcam formada sərbəst iş səviyyəsində tədqiq etməyə qərara almışıq.

Əsas məqsədimiz Azərbaycanda psixoloji fikrin inkişaf tarixini öyrənməkdir. Tədqiqatın predimetini müxtəlif tarixi dövrlərdə Azərbaycanda psixoloji fikrin inkişaf tarixini və Azərbaycan psixoloqlarının bu problemi araşdırmasının öyrənilməsi təşkil edir. Tədqiqatın məqsədi isə Azərbaycanda psixoloji fikrin inkişaf tarixi problemini öyrənərkən aşağıdakı vəzifələrin yerinə yetirilməsidir: Azərbaycanda psixoloji fikrin inkişaf tarixi müxtəlif tarixi dövrlərin spesifik xüsusiyyətləri nəzərə alınaraq öyrənilməsi. “Kitabi-Dədə Qorqud” dastanlarında psixoloji xüssusilə etnopsixoloji məsələlər tədqiq olunması və Azərbaycan psixoloqlarının yaradıcılığında psixoloji fikrin inkişaf tarixi öyrənilməsidir.

Psixologiya çox qədim tarixə malik olsa da bir elm kimi o gənc elm hesab olunur. Psixologiyanın müstəqil bir elm kimi inkişafı on illiklərlə söykənməsinə baxmayaraq onun əsas problematikası fəlsəfənin bir elm kimi mövcudluğundan başlayaraq fəlsəfi fikirlərdə özünə yer tutub. Gənc elm olmasına baxmayaraq psixologiyada öz inkişasfı müddətində bir sıra mühüm cəryanlar, elmi yanaşmalar meydana gəlib ki onlar da elmdə öz izlərini buraxıblar. Mən sərbəst işimdə məhz bu cəryanlardan biri olan biheviorizim haqqında yazmağı qərara aldım. Doğrudan da, biheviorizm bu günə qədər təklif olunan ən orijinal və psixologiya tarixində xüsusi iz qoyan cərəyanlardandır. Bu sahədə tədqiqatlar aparmış bir sıra alimlərin işlərinə nəzər salsaq, görərik ki, insan davranışını öyrənməklə onun psixi fəaliyyətini daha aydın anlamaq olar. Öz mahiyyəti etibarilə bu cərəyanlar mənim də diqqətimi cəlb etdi. Sərbəst işimdə biheviorizm və neobiheviorizm cəryanlarının yaranmasına və inkişafına yer verməyi vacib bildim.

Ölkəmizdə gənc nəslin təlim və tərbiyəsində psixologiya və pedaqogika fənlərinin rolu daha da artmışdır. Hazırda pedaqoji inistitutlarda ümumi və pedaqoji psixologiya ilə yanaşı, yaş psixologiyası fənni də tədris olunur. Yetişməkdə olan gənc nəslin hərtərəfli, ahəngdar inkişafı, omlarda müvafiq bilik, bacarıq və vərdişlərin, yüksək mənəvi keyfiyyətlərin, materialist dünyagörüşün təşəkkülü müasir təlim – tərbiyə prosesinin qarşısında duran ən mühüm vəzifələrdir. Bu vəzifələrin həyata keçirilməsi üçün tərbiyəçi və müəllimlər müxtəlif yaş dövrlərində şəxsiyyətin inkişaf qanunauyğunluqlarını, yaş və fərdi xüsusiyyətləri, onda təzahür edən psixi dəyişmələr, biliklərə biliklərə yiyələnmə imkanları, fəaliyyətin psixoloji strukturu, onun mexanizm və motivləri haqda geniş və zəruri biliyə malik olmalıdır. Öz obyektini digər elmlərlə əlaqəli surətdə öyrənən inkişaf və yaş psixologiyası belə bir müddəanı əldə rəhbər tutur ki, başqa elmlərlə müştərək rabitə həyati məsələlərin müvəffəqiyyətli həllini və alınan nəticələrin insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiq edir.

Araşdırmalar müəyyən etmişdir ki, Azərbaycan elm və mədəniyyət tarixi, şifahi xalq yaradıcılığı nümunələri, ədəbi qaynaqlar psixoloji fikir və ideyalarla zəngindir. Onları sistem halında öyrənmək, psixoloji təhlil etmək, psixoloji ictimaiyyətə çatdırmaq məqsədəuyğundur. Tədqiqatın elmi yeniliyi sərbəstş iş səviyyəsində ilk dəfə olaraq Azərbaycanda psixoloji fikrin inkişaf tarixi problemi tədqiq olunur. Problemin tədqiqində müasir elmi psixoloji yanaşma prinsipi əsas götürülür. Tədqiqatın praktik əhəmiyyəti aparılmış tədqiqatın nəticələrindən psixoloq kadırların hazırlanmasında, xüsusilə “Psixologiya tarixi” və “Azərbaycanda psixoloji fikrin inkişaf tarixi” kursunun tədrisində istifadə oluna bilməsidir. Sərbəst işimin quruluşu yeddi plan, giriş, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.


Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin