Sumqayit döVLƏt universiteti faküLTƏ



Yüklə 0,99 Mb.
səhifə16/22
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#47227
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
Dispers sistem. tesn.

Fiziki kondensləşmə metodlarına aşağıdakılar aiddir: buxarların kon­dens­ləşməsi və həlledicinin dəyişdirilməsi. Buxarların kondensləşməsi üsu­lu ilə müxtəlif maddələrin aerozolları alınır. Məsələn, təbiətdə temperatur və təzyiqin dəyişməsi ilə su buxarının kondensləşməsi nəticəsində duman və bulud əmələ gəlir. Maddənin buxarlarını mayedən keçirdikdə kon­dens­ləş­mə nəticəsində davamlı zol əmələ gəlir. Məsələn, elektrik metodları ilə me­talların zollarını almaq üçün su və ya üzvi həlledicidə Volta qövsündə (Bre­diq metodu) və yüksək gərginlikli qığılcımlı boşalmasında (Svedberq me­todu) metalları buxarlandırmaqla alırlar. Bu zollarda əlavə reaksiyalar nə­ticəsində alınan metal oksidləri stabilizator rolu oynayır. Metal oksidləri me­tal hissəciklərinin səthində qoruyucu adsorbsiya təbəqələri yaradır. S.Z.Roqinski və A.İ.Şalnikov molekulyar dəstələrdən zolların alınmasının ef­fektiv üsulunu işləyib hazırlamışlar. Metodun mahiyyəti vakuumda dis­pers­ləşdirilən maddə və həlledicinin birgə buxarlandırılmasından ibarətdir. Bu­xar qarışığı soyudulan bərk səthdə kondensləşdirilir, dondurulur və sonra əri­dilərək qaba yığılır. Bu metodla çətin əldə olunan zollar alınır və bu zol­lar yüksək təmizlik dərəcəsinə malik olur.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin