Sumqayit apellyasiyaməHKƏMƏSİ Cİnayət kollegiyasi q ə r a r



Yüklə 310.7 Kb.
Pdf просмотр
tarix20.06.2017
ölçüsü310.7 Kb.

İş № 1 (105)-268

2017-ci il

AZƏRBAYCAN RESPUBLİKASI

SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİ

CİNAYƏT KOLLEGİYASI



Q Ə R A R

(Apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı)

3 may 2017-ci il

Sumqayıt şəhəri

Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası

aşağıdakı tərkibdə,

Hakim Hüseyn Əmir oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə,

Hakim Nazim Rasim oğlu Mövsümovdan,

Hakim Vidadi Cəfər oğlu Cəfərovdan ibarət tərkibdə,

Məhkəmə iclas katibi – İlkin Adil oğlu Behbudovun katibliyi ilə,

Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının

Müdafiəsi üzrə İdarənin prokuroru Zəfər Akif oğlu Ramazanovun,

Təqsirləndirilən şəxs Seymur Zakir oğlu Niftəliyevin iştirakı ilə,

Bakı Ağır Cinayətlər Məhkəməsinin Niftəliyev Seymur Zakir oğlunun Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində bu Məcəllənin

62.1-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına

məhkum edilməsinə dair 15 fevral 2017-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən

verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq



M Ü Ə Y Y Ə N E T D İ :

Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim-Allahverdiyeva Ramella Allahverdi qızının

sədrliyi, hakimlər Nəsrullayeva Tamila Xudat qızından və Kərimov Novruz Ağakərim oğlundan

ibarət tərkibdə) 15 fevral 2017-ci il tarixli hökmü ilə,

Niftəliyev Seymur Zakir oğlu – 26 fevral 1995-ci ildə

Şabran (Dəvəçi) rayonunda anadan olmuş, Azərbaycan

Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə

məşğul olan, əvvəllər məhkum olunmamış, Şabran şəhəri,

R.Behbudov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan və

yaşayan,


Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində

Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə ona 6 (altı) ay müddətinə

azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15

avqust 2016-cı il tarixdən hesab edilməklə ona təyin edilmiş və təyin edilimş azadlıqdan

məhrum etmə cəzasını çəkib qurtardığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv

edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir.

Məhkəmənin hökmünə əsasən Niftəliyev Seymur Zakir oğlu Azərbaycan Respublikası

CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 14 avqust 2016-cı

ildə saat təxminən 19 radələrində, Şabran şəhəri Zərifə Əliyeva küçəsində yerləşən eyni adlı

parkda, Şabran rayonu Sincanboyad kənd sakini Kamilova Şəfəq Abdulhey qızının istifadəsində

olan 055-952-13-18 nömrəli mobil telefona səhvən etdiyi zəng üstündə onun oğlu Təbriz Rafiq

oğlu Kamilovla şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı özü ilə

1


gəzdirdiyi cib bıçağı ilə sonuncunun döş qəfəs nahiyyəsinə 2 (ki) zərbə endirərək «döş qəfəsinin

ön səthindəki kəsilmiş-deşilmiş yara və döş qəfəsinin sol yarısının bayır səthindəki qançır»

növündə sağlamlığa zərərvurmayan və yetirilən anda həyat üçün təhlükəli olması əlamətinə görə

ağır xəsarətlər növünə aid edilmiş «döş qəfəsi və qarın boşluğuna keçərək plevranın, peritonun və

dalağın zədələnməsi ilə müşayət olunan döş qəfəsinin sol yarısındakı kəsilmiş-deşilmiş yaradan

ibarət xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına ağır zərər vurmuşdur.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verərək

Niftəliyev Seymur Zakir oğlunun

Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2.017-ci il tarixli hökmü, təqsirləndirilən şəxsin barəsində Azərbaycan

Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəaları hökmdən xaric olunmaqla, qətimkan tədbiri ilə bağlı hökmün təsviri-əsaslandırıcı və nəticəvi hissəsində zmdiyyəti aradan qaldırmaqla,

ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cinayət qanunun müddəalarına uyğun daha ağır azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş

etmişdir.

Dövlət ittihamçısı apellyasiya protestini bununla əsaslandırmışdır ki,

Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2017-ci il larixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza

ilə bağlı hissədə dəyişdirilməlidir.

Belə ki, Azərbaycan Respublikası CPM-nin 349.3 və 349.4-cü maddələrinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.

Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə

çıxarıldıqda qanuni hesab edilir.

Azərbaycan Respublikası CPM-nin 349.5.3-cü maddəsinə əsasən, məhkəmənin müəyyən etdiyi hallar onun

tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü asaslı hesab edilir.

Azərbaycan Respublikası CPM-nin 144, 145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar

tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.

Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.

Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin

xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran

hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Dövlət ittihamçısının fikirincə məhkəmə cəza təyin edərkən cinayət qanunun normasını düzgün tətbiq

etməmiş,


məhkəmənin

gəldiyi


nəticələr

işin


faktiki

hallarına

uyğun

olmamış,


təyin

edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır.

Təqsirləndirilən

şəxs


Seymur

Niftəliyevin

cinayət

əməlinin


tövisifi

ilə


bağlı

məsələ


mübahisə doğurmur.

Apellyasiya protestində əlavə olaraq göstərilmişdir ki, məhkəmə hökmdə cəza təyini ilə bağlı məsələni

müzakirə edərkən təqsirləndirilən şəxs Seymur Niftəliyevin zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş

şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətmiş

olduğu cinayət əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır.

Dövlət ittihamçısının fikrincə məhkəmə Seymur Niftəliyevin şəxsiyyətini xarakterizə edan hallar kimi onun

yaşadığı yerdən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayətin

törədilməsindən sonrakı davranışı, törətdiyi əməldən peşmançılıq çəkməsini, hadisədən sonra zərər çəkmiş şəxslə

barışıq əldə etməsini, atası vəfat etdiyindən anasının onun himayəsində yaşaması kimi halların məcmusunu

müstəsna hal hesab etməklə onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək təqsirli

bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı hədindən də az

cəza təyin etmişdir.

Dövlət ittihamçısının fikirincə məhkəmə tərəfindən cəza təyini zamanı göstərilən hallar Seymur Niftəliyevin

cəzasını yüngülləşdirən və şəxsiyyətini xarakterizə edan hallar kimi qəbul edilməsi əsassız olmaqla cinayət işinin

materialları ilə uyğun olmamışdır.

Halbuki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan

Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003- cü il tarixli qərarının 4-cü və 8-ci bəndlərinə əsasən,

«Azərbaycan

Respublikası

CM-


nin

59-cu


maddəsi

ilə


cəzanı

yüngülləşdirən

halların

sayı


məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən

hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə

əsaslandırılmalıdır.

Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət

qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət

təqibi üzrə icraat zamanı yalnız sübutlara əsaşən müəyyən edilir.

Belə ki, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində S.Niftəliyevin yaşadığı ərazidən müsbət

xarakterizə olunması barədə nəticəyə gələrkən və həmin halı cəzanı yüngülləşdirən hal kimi qəbul edərkən cinayət

işinin materiallarına əlavə edilmiş xasiyyətnaməyə istinad etmişdir.

Lakin məhkəmə həmin xasiyyətnaməni hökmdə tədqiq etməmiş, onun şəxsiyyətini müstəsna dərəcədə

müsbət fərqləndirən halları göstərməmiş, ümumiyyətlə həmin hallara istinad belə etməmişdir.

Bundan əlavə, məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hansı halları, onun hansı

cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunması, şəxsiyyətini əhəmiyyətli dərəcədə

müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və müsbət xarakterizə olunmada cəzanı yüngülləşdirməyə

2


imkan verən amilin nədən ibarət olmasını hökmündə əsaslandırmamışdır.

Bundan başqa, məhkəmənin Seymur Niftəliyevin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, cinayətin

törədilməsindən sonrakı davranışı, törətdiyi əməldən peşmançılıq çəkməsi, hadisədən sonra zərər çəkmiş şəxslə

barışıq əldə etməsi barədə halları cəzanı yüngülləşdirən kimi qəbul etməsi barədə gəldiyi nəticə əsassız olmaqla

cinayət işinin faktiki materialları ilə ziddiyyət təşkil etmişdir.

Belə ki, səmimi peşmançılığını anlayışı Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsində şərh

olunmuşur.

Göstərilən cinayət qanunun normasına əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş

şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində

dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yollarla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə

bilər.

Lakin cinayət qanunun normasında nəzərdə tutulan bu hallar hazırki iş üzrə təqsirləndirilən şəxsə şamil



edilə bilməz. Belə ki, təqsirləndirilən şəxsin hərəkətlərində könüllü gəlib təqsirini boynuna alma və vurulmuş ziyanı

könüllü olaraq ödəməsi müəyyən edilməmişdir.

Göstərilən yüngülləşdirən hallar Azərbaycan Respublikası CM-nin 59.1.9 və 59.1.10-cu maddələrində şərh

olunmuşdur.

Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna alma,

cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına

və tapılmasına fəal kömək etmə cəzanı yüngülləşdirən hal hesab edilir.

Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, cinayət nəticəsində dəymiş maddi və

mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərər çəkmiş şəxsə dəymiş zərərin

azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur.

İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Seymur Niftəliyev hüquq-mühafizə orqanlarına

könüllü gəlib təqsirini boynuna almamış, onun hərəkətlərində cinayət nəticəsində maddi və mənəvi zərərin könüllü

olaraq ödənilməsi və ya aradan qaldırılması, zərər çəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş xüsusatlar

müşahidə olunmamışdır.

Belə

ki,


təqsirləndirilən

şəxs


Niftəliyev

Seymur


Zakir

oğlu


məhkəmədə

verdiyi


ifadəsində göstərmişdir ki, hadisə yerinə özü ilə gətirdiyi, arxa cibində olan bıçağı çıxararaq Təbriz Kamilovu

bıçaqla qarın nahiyəsinə iki dəfə vurmuş, vurulan zərbələrdən Təbriz yerə yıxılmış, sonra kənarda dayanıb Təbrizi

gözləyən taksi avtomobilin sürücüsü köməklik edib sonuncunu avtomobilə əyləşdirib həmin yerdən uzaqlaşdırmış,

o, isə yaşadığı evə gələrək bıçağı həyətlərində olan ayaqyoluna atmışdır. Hadisədən sonra polis əməkdaşları yaşadığı

evə gəlib onu rayon polis şöbəsinə aparmışlar.

Zərər çəkmiş şəxs Kamilov Təbriz Rafiq oğlu məhkəmədə verdiyi ifadəsində təsdiq etmişdir ki, hadisə

vaxtı Seymur cibindən çıxartdığı bıçaqla onu iki dəfə vurduqdan sonra oradan uzaqlaşmış, o, bir qədər gedərək yerə

yıxılmış, taksi avtomobilinin sürücüsü Samir Əliyevi çağıraraq onu Şabran rayon mərkəzi xəstəxanasına aparmasını

xahiş etmişdir.

Şahid Əliyev Samir Əliqasım oğlu məhkəmədə verdiyi ifadəsində həmin halı təsdiq etmişdir (məhkəmə

iclas protokolu, iş vər. 212-223).

Beləliklə, işin faktiki materiallarından görünür ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə özü ilə gətirdiyi

bıçaqla iki dəfə xəsarət yetirdikdən sonra hadisə verindən uzaqlaşaraq ağır bədən xəsarəti almış və təcili tibbi

yardıma ehtiyacı olan şəxsə köməklik edilməsi, xəstəxanaya çatdırılması üçün hər hansı bir tədbir görməmişdir.

Belə olan halda məhkəmənin S.Niftəliyevin cinayət törətdikdən sonrakı davranışını cəzanı yüngülləşdirən

hal kimi qəbul edilməsi barədə gəldiyi nəticə əsassızdır.

Bundan başqa, Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən, ladisələrin təsadüfi axarı

zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı

yüngülləşdirən hal hesab edilir.

Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə törədilmiş cinayət

əməli Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən ağır cinayət hesab olunur, qəsdən törədilmiş, yəni

təqsirli şəxs cinayət əməlin törədilməsinin ictimai təhlükəli olduğunu dərk edib belə əməli törətməyi arzu etmişdir,

yəni bıçaqla silahlanaraq zərər çəkmiş şəxsi görüşə çağırıb həmin yerə getmiş, mübahisə edərək bıçaqla onu vurub

ağır xəsarət yetirmişdir.

Odur ki, təqsirləndirilən şəxs cinayəti hadisələrin təsadüfi axarı zəminində yox, qəsdən törətdiyindən,

cinayətin törədilməsini qabaqcadan planlaşdırıldığından, törədilən cinayət əməli ilk dəfə böyük ictimai təhlükə

törətməyən və ya az ağır cinayətlər yox, ağır cinayət hesab edildiyindən, onun barəsində Azərbaycan Respublikası

CM-nin 59.1.1-ci maddəsində nəzərdə tutulan hallar tətbiq oluna bilməz.

Bundan əlavə, məhkəmə hökmdə təqsirləndirilən şəxsin atası vəfat etdiyindən anasının onun himayəsində

yaşamasını onun cəza təyini zamanı cəzasını yüngülləşdirən halı kimi nəzərə almasını qeyd etsə də, həmin xiisusatın

hansı sübut növü ilə təsdiq olunmasını hökmdə göstərməmişdir.

Hökmdən aydın deyil ki, məhkəmənin müəyyən etdiyi bu hal onun tədqiq etdiyi hansı sübutla

3


əsaslandırılmışdır. Halbuki, cəzanı yüngülləşdirən hal CPM-nin 139.0.5-ci maddəsinə əsasən sübut edilməli haldır.

Dövlət ittihamçısının fikirincə məhkəmənin hökmünü əsaslı hesab etmək olmaz, çünki Azərbaycan

Respublikası CPM-nin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə

istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara

uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab edilir.

Bundan başqa, hökmdən görünür ki, məhkəmənin iş üzrə gəldiyi nəticələr məhkəmə iclasında tədqiq

edilmiş sübutlarla təsdiq olunmamışdır.

Belə ki, hökmün təsviri-əsaslandırıc hissəsində göstərilmişdir ki, zərər çəkmiş şəxs Təbriz Kamilov

tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onun təqsirləndirilən

şəxs Seymur Niltəliyevə qarşı heç bir şikayəti və tələbi yoxdur (hökmün 6-cı səhifəsi).

Lakin, iş materiallarından görünür ki, 10 fevral 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəni

zərər çəkmiş şəxs Təbriz Kamilov yox, onun atası Kamilov Rafiq Bayram oğlu təqdim etmişdir.

Ərizənin məzmunundan isə görünür ki, Rafiq Kərimovun ərizəsində məhkəmənin hökmdə şərh etdiyi kimi,

yəni onun S.Niftəliyevə qarşı heç bir şikayətin və tələbin olmaması yox, təqsirləndirilən şəxsə cəza təyin edilərkən

ona güzəşt edilməsi xahiş olunmuşdur.

Göründüyü kimi, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmədə tədqiq edilmiş sübutlara

əsaslanmadığından Azərbaycan Respublikası CPM-nin 349.5.1–ci maddəsinin tələbləri pozulmuş, bu səbəbdən də

məhkəmənin hökmü əsaslı hesab edilə bilməz.

Dövlət ittihamçısının fikirincə məhkəmə hökmünün tərtib edilməsi zamanı Azərbaycan Respublikası CPM-

nin 353.2-ci maddəsinin tələblərinin pozulmasına yol verilmşdir.

Belə ki, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin qətimkan tədbiri ilə bağlı

məsələni müzakirə edərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək

dəyişdirilməməsi nəticəsinə, hökmün nəticəvi hissəsində isə həbs qətimkan tədbirinin ləğv edilməsi nəticəsinə

gəlmişdir (hökmün 7-ci səhifəsi).

Halbuki, Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə əsasən, hökm qanuni qüvvəyə

minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli məhkəmənin ittiham hökmünün nəticəvi

hissəsində göstərilməlidir.

Dövlət ittihamçısının fikirincə təqsirləndirilən şəxs Seymur Niftəliyevin yaşadığı yerdən müsbət xarakterizə

olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, cinayətin törədilməsindən sonrakı davranışı, törətdiyi

əməldən peşmançılıq çəkməsi, hadisədən sonra zərər çəkmiş şəxslə barışıq əldə etməsi, atası vəfat etdiyindən

anasının onun himayəsində yaşaması onun şəxsiyyətini xarakterizə edən hallar kimi və həmin halların məcmusu

müstəsna hal kimi qəbul olunmaqla barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi əsassız olmuş, bununla da

məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir.

Apellyasiya protestində əlavə olaraq göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı

məsələni müzakirə edərkən, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi

haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1 -ci və 8-

ci bəndlərinin tövsiyələrini nəzərə almayaraq əsassız nəticəyə gəlmişdir.

Göstərilən Plenum qərarının bəndlərində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda

təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın

məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz

təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş

şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə,

təqsirkarın

şəxsiyyətinə

uyğun

olmalıdır.



Cinayətin

ictimai


təhlükəlilik

dərəcəsi


onun

törədilmə

hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş

nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir.

Təqsirləndirilən şəxs tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma cinayəti yüksək ictimai

təhlükəlilik dərəcəsinə malik olan cinayətdir.

Belə ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin xüsusi bir növünün- sağlamlıq əleyhinə olan

cinayətlərin ən təhlükəlisidir.

Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən

biriolaninsansağlamlığına zərərvurulur.

CM-nin126-cımaddəsində nəzərdətutuluşcinayətin obyektiinsanların sağlamlığının təhlükəsizliyini təminedənictimai münasibətlərdir.

Cinayətin obyektivcəhəti başqaşəxsinsağlamlığına ağırzərərvurulmasından ibarətdir.

Seymur Niftəliyev tərəfindən törədilmiş cinayətin xarakteri ondan ibarətdir ki, o, özü ilə gəzdirdiyi bıçaqla Təbriz Kamilova döş qəfəs nahiyəsinə 2 (iki) zərbə endirərək yetirilən anda həyat

üçün təhlükəli olması əlamətinə görə ağır xəsarət növünə aid enilmiş döş qəfəsi və qarın boşluğuna keçərək plevranın, peritonun və dalağın zədələnməsi ilə müşayiət olunan xəsarət yetirməklə qəsdən

onun

sağlamlığına



ağır

zərər vurmuşdur. S.Niftəliyev cinayəti törətdikdən sonra zərər çəkmiş şəxsə köməklik və tibbi yardım göstərilməsi üçün hər hansı bir tədbir görməmiş, hadisə yerindən uzaqlaşaraq yaşadığı evə gələrək

törədilmiş cinayəti gizlətmək məqsədi ilə cinayətin aləti olan bıçağı itirmək məqsədi ilə ayaqyoluna atmış və sonradan polis əməkdaşları tərəfindən yaxalanaraq polis şöbəsinə gətirilərək istintaqa cəlb

olunmuşdur.

İşinbuxüsusatları təqsirləndirilən şəxsincinayət törətdikdən sonraonundavranışını xarakterizə edənhallardır.

Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza ləyin edilməsi şəxs tərəfindən

törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə

4


mümkündür.

Bu

zaman



nəyinkicinayətin məqsədivəmotivi,habelətəqsirkarın cinayətin törədilməsində rolu,cinayəti törədərkənvəondansonrakıdavranışınəzərəalınmalıdır”.

Dövlət ittihamçısının fikirincə

məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun zərər çəkmiş şəxsə qarşı törədilmiş qəsdən sağlamlığa ıgır zərər

vurma cinayətinin ictimai-təhlükəlilik dərəcəsinin yüksək olmaqla ağır cinayətlərə aid edilməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almayaraq əsassız olaraq

barəsində

CM-nin


62-ci

maddəsini

tətbiq

edərək ona təqsirli bilinən maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddən də az 6 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə



təyinedilmiş cəzanı çəkibqurtardığından faktikionuhəbsdənazadetmişdir.

Məhkəmə CM-nin 41..2-ci maddəsində nəzərdə tutulan cəzanın belə bir məqsədini nəzərə almamışdır ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də

başqaşəxslərtərəfindən yenicinayətlərin törədilməsinin qarşısım almaqməqsədiilətətbiqedilir.

Beləliklə, məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, təyin edilmiş cəza cinayətin ağırlığına və

məhkumunşəxsiyyətinə uyğunolmamışdır.

Azərbaycan Respublikası CPM-nın 399.1.2, 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, .cinayət qanunun normasının

düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya

dəyişdirilməsiüçünəsaslardır.

Azərbaycan Respublikası CPM-nin401.2.1–cimaddəsinə əsasən məhkəmənin hökmvə yaqərarında əksedilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq

edilmiş sübutlrrlatəsdiqedilmədikdə məhkəmənin gəldiyinəticələr işinfaktikihallarına uyğunolmayanhesabedilir.

Azərbaycan Respublikası CPM-nin 401.3.0.2. –ci maddəsinə əsasən tətbiq edilməli olmayan cinayət qanıınun normasını tətbiq edilməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının

ləğvedilməsinə, yaxuddəyişdirilməsinə səbəbolancinayət qanununnormasınındüzgüntətbiqedilməməsi hesabedilir.

Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən, cinayətin müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan

cəza cinayətin ağırlığına vəməhkumunşəxsiyyətinə uyğunolmayancəzahesabedilir.

Məhkəmə kollegiyası

Bakı Ağır Cinayətlər Məhkəməsinin Niftəliyev Seymur Zakir oğlunun Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində bu Məcəllənin 62.1-ci

maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair

15 fevral 2017-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin

dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə nəzərdən hazırkı iş üzrə Bakı Ağır Cinayətlər

Məhkəməsinin hökmünün dəyişdirilərək hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci

maddəsinin tətbiqinə müddanın çıxarılaraq təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi bu Məcəlləsinin

126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə dövlət

ittihamçısının rəyini, məhkəmə hökmünün dəyişdirilmədən, hökmündən dövlət ittihamçısı tərəfindən

verilmiş apellyasiya protestinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının rəyinin dinləyib

belə hesab edir ki, hazırkı iş üzrə dövlət ittihamçısı tərəfindən mübahisələndirilən məhkəmənin hökmü

dəyişdirilmədən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmədən saxlanılmalıdır.

Belə ki, dövlət ittihamçısı tərfindən mübahisələndirilən məhkəmə hökmündən verilmiş apellyasiya

protestində təqsirləndirilən şəxs

Niftəliyev Seymur Zakir oğlunun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan zərərçəkmiş şəxsə qarşı qəsdən

sağlamlığa ağır zərər vurma cinayət əməlinin törədilməsinin hüquqi tövsüfü mübahisələndirilmir və məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi

tərəfindən Niftəliyev SeymurZakiroğlununəməli Azərbaycan Respublikası CM-nin126.1-cimaddəsiilədüzgünixy\tisaslaşdırılmışdır.

Eləcədə məhkəmə kollegiyası dövlət ittihamçısı tərfindən mübahisələndirilən məhkən hökmündən

verilmiş apellyasiya protestinin

Niftəliyev Seymur Zakir oğlunun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər

Məhkəməsinin 15 fevral 2.017-ci il tarixli hökmü, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəaları hökmdən xaric olunmaqla, qətimkan

tədbiri ilə bağlı hökmün təsviri-əsaslandırıcı və nəticəvi hissəsində zidiyyəti aradan qaldırmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cinayət qanunun müddəalarına uyğun daha ağır

azadlıqdan məhrumetməcəzası təyin edilməklə dəyişdirilməsi barədədəlillərini işinmühüməhəmiyyət kəsbedənfaktikihallarına uyğunhesabetmir.

Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Niftəliyev Seymur

Zakiroğlu əvvəllər cinayət məsuliyyətinə cəlbolunmamışdır.

Şabran rayon İcara hakimyyəti Başçısının Şabran şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş 23 sentyabr 2016-cil tarixli 8283 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxs Niftəliyev

Seymur Zakir oğlu anası - 966-cı ildə andan olmuş Niftəliyeva Ellada Əliyoldaş qızı ilə bilikdə yaşayır. Şabran şəhər Rəşid Behbudov küçəsinin məhəllə komitəsinin sədri Güloğlan Abbasov tərəfindən

verilmiş vəxasiyyətnamədən görünürki,təqsirləndirilən şəxsNiftəliyev SeymurZakiroğluyaşadığıməhəllə komitəsi üzrəmənfixaraterizə olunmur.

İş vərəqə 210-dan görünür ki, iş üzrə zərərçəkmiş şəxs Kamilov Təbriz Rafiq oğlu 12 dekabr 2016-cı il tarixdə yazlılı ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək hazırkı iş

üzrənövbətiməhkəmə iclaslarının onuniştirakı omadankeçirilməsini.təqsirləndirilən şəxsdənheçbirşikayətrinin vətələbinin olmamasınıvə təqsirləndirlən şəxsibağışladığını bildirmişdir.

Eləcədə iş vərəqə 235-dən görünür ki, iş üzrə zərərçəkmiş şəxs Kamilov Təbriz Rafiq oğlunun atası Kamilov Rafiq bayram oğlu notarial qaydada təsdiq olunmuş 10 fevral 2017-ci ildə yazlılı

ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək hazırkı iş üzrə təqsirləndirilən şəxs Niftəliyev Seymur Zakir oğlu ilə iş üzrə zərərçəkmiş şəxs Kamilov Təbriz Rafiq oğlu arasında heç bir

mübahisə olmadığını,aralarında yüngül anlaşmazlıq olduğunu bidirərək özü və ailə üzvüləri adından artıq dərəcədə xahiş etmişdir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun tək övlad olduğunu

nəzərəalaraqgüzəştedilməsini xahişetmişdir.

Həmçinin cinayət işinin materiallarıına əlavə edilmiş V-JQ N 264864 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxs Niftəliyev Seymur Zakir oğlunun atası Niftəliyev

ZakirMəmmədoğlu31avqust1998-ciildəvəfatetmişdir.

Şəhr olunalara əsasən məhkəmə kollegiyası qeyd edir ki,

Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən

birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən t

əqsirləndirilən şəxs Seymur Niftəliyevin zərərçəkmiş

şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması,

həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Seymur Niftəliyevin ilk dəfə

cinayət məsuliyyətinə cəlb olunması, törətmiş olduğu cinayət əməlindən peşmançılıq hissi

keçirərək zərərçəkmiş şəxslə barışıq əldə

etməsi cəzanı yüngülləşdiən hallar kimi nəzərə

alırnmış, həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar

müəyyən edilməmişdir.

Məhkəmə kollegiyası qeyd edir ki,işin mühüm əhəmiyyət kəcb edən faktiki hallarında

görünür ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlindən peşmançılıq hissi keçirməsi

onun zərərçəkmiş şəxslə barışıq əldə etməsində ifadə olunmuşdur.

Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi,

5


təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun

davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə

azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin

cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində

müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə

müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan

əlavə cəzanı təyin etməyə bilər.

Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar,

həm də bu cür halların məcmusu müstəsna hal hesab edilər bilər.

Məhkəmə kollegiyası qeyd edir ki, birinci instasiya məhkəməsi Azərbaycan Respublikası

CM-nin 62.2-ci maddəsinə əsasən düzgün olaraq iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən

halların məcmusu müstəsna hal qiymətləndirərək təqsirləndirilən şəxs təqsirləndirilən şəxs

Seymur Niftəliyevin barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq etməklə

onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında

nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə azadlıqdan

məhrum etmə cəzası təyin

etmiş, təqsirləndirilən şəxs Seymur Niftəliyevə təyin edilmiş

azadlıqdan məhrum etmə növündə cəzasının cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə

təqsirləndirilən şəxsin həbs olunduğu 15.08.2016-cı il tarixdən hesablanılmaqla ona hökmlə

təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının ,əzaçəkmə müddətinin

başlanğıcını həbsə alındığı 15 avqust 2016-cı il tarixdən hesab edərək ona təyin edilmiş

azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından, barəsində seçilmiş həbs qətimkan

tədbiri ləğv edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir.

Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Niftəliyev Seymur Zakir oğlunun

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində bu

Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə

cəzasına məhkum edilməsinə dair 15 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmədən, dövlət

ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmi edilmədən saxlanılmalıdır.

Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 394,

397, 398.1, 398.1.1, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası



Q Ə R A R V E R D İ:

Bakı Ağır Cinayətlər Məhkəməsinin Niftəliyev Seymur Zakir oğlunun Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin

Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə

cəzasına məhkum edilməsinə dair 15 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmədən, dövlət

ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmədən saxlanılsın.

Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş

müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya

şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən hakim: imza

Hakimlər: imzalar:

Əsli ilə düzdür:



Hakim

Hüseyn Nəbiyev



6



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə